Skip to content

İsrail xalqının tarixini izləməyi asanlaşdırmaq üçün tarixlərini izah edən bir sıra vaxt qurmaq fikrindəyəm. İsraillilərin tarixinə İsa əl Məsih (ə.s) -ın dövrünə qədər ən çox tanıan peyğəmbərləri qrafiki qoyduqdan başlayırıq.

This image has an empty alt attribute; its file name is Slide1-1-e1573970060108.jpg

Müqəddəs Kitabın böyük peyğəmbərləri

Burada Qərbi təqvim istifadə olunur (yadda saxlayın ki, bunların hamısı b.e.ə. və ya b.e. aiddir). Göy xəttin uzunluğu peyğəmbərin yaşadığı həyatın uzunluğunu göstərir. İbrahim və Musa (s) böyük peyğəmbərlərdir və biz artıq onların Əlamətlərinə nəzər saldıq. Davud (s) böyük peyğəmbər hesab olunur, çünki o, Zəburu başladı və Yerusəlimdə yaşayan sülalənin birinci padşahı idi. İsa Məsih (s) böyük peyğəmbərdir, çünki İncil bütövlüklə Ona həsr olunub.

Yaşıl xətt ilə qeyd olunan müddətdə İsrail xalqı qul əsarəti altında Misirdə yaşayıb.

This image has an empty alt attribute; its file name is Slide2-1-e1573970159987.jpg

Fironun qul əsarəti altında Misirdəki həyat

Tarixin bu hissəsi İbrahimin (s) nəticəsi Yusifin xalqı Misirə aparmasından başlayır. Lakin daha sonra xalq orada qul əsarətinə düşür. Musa (s) Pasxa günündə İsrailliləri Misirdən çıxarır.

Beləliklə, sarı xətt ilə qeyd olunan Musanın (s) dövründə İsraillilərin tarixi dəyişir.

This image has an empty alt attribute; its file name is Slide3-1-e1573970270468.jpg

Vəd olunmuş torpaqda həyat – hələ ki, Yerusəlimdə padşah yoxdur

Onlar İsrailin torpağında (və ya Fələstində) yaşayırdılar. Musa (s) onlara xeyir-dua və lənətlər  oxuyur, sonra vəfat edir. Xəttin rəngi yaşıldan sarıya dəyişir. Beləliklə, bir neçə yüz il ərzində İsraillilər  İbrahimin birinci nümunəsində təsvir edilən Vəd Olunmuş Torpaqda yaşadılar. Hərçənd bu vaxt onların padşahı və paytaxt şəhəri Yerusəlimi də olmayıb. O zaman Yerusəlim başqa xalqlara məxsus idi.

Hərçənd, b.e.ə. 1000-ci ildə Davudun gəlişi ilə İsraillilərin vəziyyəti dəyişir.

This image has an empty alt attribute; its file name is Slide4-1-e1573970353458.jpg

Davud Yerusəlim şəhərindən padşahlıq edir

Davud (s) Yerusəlimi ələ keçirərək onu paytaxt şəhəri edir. Burada padşahın sarayı tikilir, Şamuel (s) peyğəmbər Davudu padşah təyin edir. Davudun oğlu Süleyman da öz müdrikliyi ilə məşhur olur və Davuddan sonra padşah olur. Süleyman Yerusəlimdə Rəbb üçün gözəl məbəd tikir. Davudun nəsli 400 il ərzində padşahlıq edir. Bu dövr zaman xəttində mavi rəng ilə qeyd olunur (b.e.ə. 1000 – 600). Bu, İsraillilərin izzətli vaxtı olub; onlar vəd olunmuş xeyir-duaları yaşamağa başladılar. Onlar dünyada qüvvətli padşahlıq, qabaqcıl cəmiyyət idi, onların mənəviyyatı, Məbədi var idi; bu dövrdə bir çox peyğəmbər Allahın Sözünü bəyan edirdi. Bunlar  Davudun başladığı Zəbur kitabında qeyd olunur. Çox sayda peyğəmbərlərin göndərilməsinin səbəbi bundan ibarət idi ki, İsraillilər getdikcə korlanır, bütlərə sitayiş edir və On Əmrə itaət etmirdilər. Buna görə də Allah onlara xəbərdarlıq etmək üçün peyğəmbərlər göndərirdi, onlara Musanın lənətlərini xatırladırdı. Lakin İsraillilər qulaq asmırdılar.

Nəhayət, b.e.ə. 600-cü ildə xalqın üzərinə lənət gəldi. Babilin qüdrətli padşahı Navuxodonosor gəldi və Musanın peyğəmbərlik etdiyi kimi lənətlər həyata keçdi:

“Rəbb uzaqdan, dünyanın ucqarlarından bir milləti – dilini başa düşmədiyiniz bir milləti qartal kimi üzərinizə şığıdacaq. Bu elə sərt sifətli bir millətdir ki, nə qocaların şəxsiyyətinə hörməti var, nə də uşaqlara rəhmi gəlir. Bu millət sizi həlak edənə qədər heyvanlarınızın balalarını, torpağınızın məhsulunu yeyib qurtaracaq, sizin üçün nə taxıl, nə təzə şərab, nə zeytun yağı, nə mal-qaranızın, nə də qoyun-keçilərinizin balalarını qoymayacaq. Bütün şəhərlərinizi mühasirəyə alıb ölkənizdəki güvəndiyiniz möhkəm və hündür divarlarınızı tamamilə yerlə yeksan edəcəklər. Allahınız Rəbbin sizə verəcəyi ölkənin bütün şəhərlərini mühasirəyə alacaqlar” Qanunun Təkrarı 28: 49-52

Navuxodonosor Yerusəlimi ələ keçirdi, onu yandırdı, Süleymanın tikdiyi Məbədi dağıtdı. Sonra o, İsraillilərin əksəriyyətini sürgün edərək bütün Babil İmperiyasında yaydı. Yerusəlimdə yalnız kasıb İsraillilər qaldı. Musanın dediyi kimi oldu:

“Sizə yaxşılıq etmək və artırmaqdan Rəbb necə razı qalırdısa, sizi həlak etdiyi və yox etdiyi üçün də elə razı qalacaq. Mülk olaraq almaq üçün gedəcəyiniz ölkədən qoparılacaqsınız. Rəbb sizi dünyanın bu başından o biri başınadək bütün xalqların arasına səpələyəcək. Orada sizin də, atalarınızın da tanımadığı, ağacdan və ya daşdan düzəldilmiş yad allahlara sitayiş edəcəksiniz” Qanunun Təkrarı 28:63-64

This image has an empty alt attribute; its file name is Slide5-e1573970423238.jpg

İşğal və Babilə sürgün

Beləliklə,  qırmızı xətt ilə qeyd edilən 70 il ərzində İsraillilər Vəd Olunmuş Torpaqdan uzaqda sürgündə yaşadılar.

Bundan sonra Fars imperatoru Kir Babilə qalib gəldi; Kir dünyanın ən böyük hökmdarı oldu. O, verdiyi əmr ilə İsraillilərə öz torpaqlarına qayıtmağa icazə verdi.

This image has an empty alt attribute; its file name is Slide6-e1573970482293.jpg

Fars İmperiyası zamanı öz Torpaqlarında yaşadılar

Hərçənd, onlar daha müstəqil deyil, möhtəşəm Fars İmperiyanın bir vilayəti idi. Bu, 200 il davam etdi (zaman xəttində çəhrayı rənglə qeyd olunur). Bu müddət ərzində Məbəd bərpa olundu (və İkinci Məbəd adlandırıldı); Əhdi-Ətiqin sonuncu peyğəmbərləri Allahın sözlərini xalqa çatdırırdı.

Daha sonra Böyük İsgəndər Fars İmperiyasına qalib gəldi və İsrailliləri öz İmperiyasının vilayəti etdi. Bu, daha 200 il davam etdi (göy xətt).

This image has an empty alt attribute; its file name is Slide7-e1573970903608.jpg

Yunan İmperiyasının tərkibində öz Torpaqlarında yaşadılar

Sonra Romalılar Yunan İmperiyasına qalib gəldilər və  böyük Roma İmperiyası yarandı. İsraillilər indi bu İmperiyanın vilayəti idi (sarı xətt). Peyğəmbər İsa Məsih İsraildə bu vaxt yaşadı. Məhz buna görə İncildə bir çox yerdə Roma Hakimi və Roma əsgərləri xatırladılır. İsa Məsihin dövründə yəhudilərin üzərində Romalılar hökm sürürdülər.

This image has an empty alt attribute; its file name is Slide8-e1573970966175.jpg

Roma İmperiyası zamanı öz Torpaqlarında yaşadılar

Hərçənd, Babil hakimiyyətindən (b.e.ə. 600-cü il) başlayaraq İsraillilər (və ya yəhudilər) bir daha Davudun sülaləsi zamanı olduğu kimi müstəqil olmadılar. Onları başqa adamlar və başqa hakimiyyətlər idarə edirdi. Onlar hiddətlənərək İsa Məsihin ölümündən sonra Roma hakimiyyətinə qarşı inqilab etdilər. Müstəqillik uğrunda müharibə başladı. Lakin yəhudilər məğlub oldular. O vaxt Romalılar gəlib Yerusəlimi və İkinci Məbədi dağıtdılar; yəhudiləri qul əsarətinə salaraq sürgün etdilər və bütün Roma İmperiyasına yaydılar. Bu İmperiya çox böyük olduğuna görə yəhudilər bütün dünyaya yayıldılar.

This image has an empty alt attribute; its file name is Slide9-e1573971095426.jpg

B.e. 70-ci ilində Yerusəlim və Məbəd dağıdıldı, yəhudilər bütün dünyaya sürgün olundu. Təxminən 2000 il ərzində onlar məhz belə – dünyaya yayılmış, pərən-pərən düşmüş; özgə torpaqlarda qərib kimi yaşadılar. Musanın lənət sözləri yerinə yetdi:

“… Bu millətlər arasında nə sülhünüz, nə də rahatlığınız olacaq. Rəbb sizə orada ürəkqopması, ümidsizlik, gözləməkdən yorulan gözlər verəcək” Qanunun Təkrarı 28:65

Beləliklə,   Musanın lənətləri yerinə yetdimi? Bəli, hər biri yerinə yetdi. İsraillilərə qarşı bütün lənətlər yerinə yetdi ki, qeyri-yəhudi olan bizlər bu sualı verək:

Bütün millətlər “Rəbb bu ölkəyə niyə belə etdi? Bu böyük qəzəb niyə alovlandı?” deyə soruşacaqlar.

O zaman deyəcəklər: “Çünki onları Misir torpağından çıxararkən atalarının Allahı Rəbbin onlarla bağladığı əhdi atdılar”  (Qanunun Təkrarı 29:24-25).

Bu, bizim üçün vacib Əlamətdir. Biz peyğəmbərlərin xəbərdarlıqlarına ciddi yanaşmalıyıq, çünki bunlar bizə də aiddir.

Əlbəttə, bu tarixi icmal yalnız 2000 il əvvələ gedir. Musa (s) peyğəmbərin lənət və xeyir-dualarının bizə aidiyyətini burada oxuya bilərsiniz.