Skip to content

Təbriklər! Məhkəmə Günündə arxayın və rahat ola bilərsiniz, çünki Qanunun bütün qaydalarına həmişə riayət etsəniz salehliyiniz olacaq. Şəxsən mən Qanuna həmişə riayət edən bir kəsə rast gəlməmişəm. Buna görə də, siz, həqiqətən, böyük adamsınız. Lakin çalışmaqda dayanmayın, çünki siz bu Doğru Yol ilə ömür boyu davam etməlisiniz.

Dediyim kimi, Qanundakı bu On Əmr heç vaxt ləğv edilməyib, çünki bunlar bir Allaha səcdə, zina, oğurluq, düzgünlük kimi əsas məsələlərə aiddir. Sonrakı peyğəmbərlər bu Əmrlərin tətbiqini izah ediblər. İncildə İsa Məsih (s) bu On Əmrin icrası barədə dindarlar və din alimləri olan fariseylərə belə demişdi: 

On Əmrə aid İsa Məsihin (s) sözləri

“Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz.

Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan. Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan.

“Zina etmə” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur. Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır”

Matta 5:20-30

Bundan başqa, İsa Məsihin həvariləri də bütpərəstlik barədə öyrədirdilər. Onlar deyirdilər ki, bütpərəstlik yalnız daş bütlərə deyil, Allahdan başqa istənilən bir şeyə pərəstişdir. Bu, pula da aiddir. Beləliklə, görəcəksiz ki, acgözlük də bütpərəstlikdir, çünki pulpərəst insan Allahdan başqa pula da pərəstiş edir.

“Buna görə cisminizin dünyəvi meyilləri olan cinsi əxlaqsızlığı, murdarlığı, şəhvəti, pis ehtirası və bütpərəstliyə tay olan tamahkarlığı öldürün. Bunlara görə Allahın qəzəbi itaətsizlərin üzərinə gəlir”, “Ədəbsizlik, boşboğazlıq və yaxud kobud zarafat da olmasın. Bunlar sizə yaramaz. Bunun əvəzində qoy şükür olsun. Əlbəttə, bilirsiniz ki, heç bir əxlaqsız, murdar yaxud bütpərəstə tay olan tamahkar adam Məsihin və Allahın Padşahlığında irsə malik olmayacaq. Qoy heç kim sizi boş sözlərlə aldatmasın. Bu şeylərə görə Allahın qəzəbi itaətsiz adamların üzərinə gəlir”

Kolosselilərə 3:5-6; Efeslilərə 5:4-6

Bu nəsihətlər On Əmrdən qaynaqlanaraq zahiri hərəkətlərə, eləcə də, yalnız Allahın gördüyü daxili niyyətlərə aiddir. Bu, Qanunun icrasını daha da çətinləşdirir.

“İsa evdə süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm”

Matta 9:10-13

Qanunun icrası barədə suala verdiyiniz cavaba bir daha nəzər salın. Bütün Qanuna mükəmməl riayət etdiyinizə əminsinizsə, onda sizə İncil gərək deyil. Davam edib Əlamətləri tədqiq etməyə və ya İncili anlamağa cəhdlərin də faydası yoxdur. Çünki İncil yalnız Qanunu icra edənlər üçün deyil, etməyənlər üçündür. İsa Məsih bunu belə izah edir: