Skip to content

İsa Məsih cənnət barədə öyrədir

İsa Məsih cənnət barədə öyrədir

Kəhf Surəsi (Surə 18) xeyirxah əməlləri olan adamların cənnətə gedəcəyi barədə yazır:

“İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs bağları olacaqdır”

Surə Kəhf 18:107

Əslində,  Casiyə Surəsi (Surə 45) bu fikri təkrarlayır: yaxşı işlər görənlər cənnəti görəcəklər:

“İman gətirib yaxşı işlər görənlərə gəlincə, Rəbbi onları Öz mərhəmətinə nəsib edəcəkdir. Bu, açıq-aşkar müvəffəqiyyətdir”

Surə Casiyə 45:30

Bir gün cənnətə gedəcəyinizə ümid edirsinizmi? Cənnətə getmək üçün sizdən və məndən nə tələb olunur? Bir dəfə Musa peyğəmbərin Şəriət Qanunu üzrə alim olan bir yəhudi din xadimi İsa Məsihə (s) sual verir. İsa Məsihin (s) cavabı gözlənilməz olur. İncildə qeyd olunmuş bu hekayəni diqqətinizə çatdırırıq. İsanın məsəlini başa düşmək üçün bilməlisiniz ki, o dövrdə yaşayan yəhudilər ‘samariyalılara’ nifrət edirdilər. Cavabında, Samariyalılar da yəhudilərə nifrət edirdilər. Samariyalılarla yəhudilər arasında olan münasibət israillilərlə fələstinlilərin, yaxud sünni-şiə münasibətinə bənzəyirdi.

Əbədi həyat və Yaxşı Qonşu haqda məsəllər

«Bir qanunşünas İsanı sınamaq məqsədi ilə qalxıb dedi: “Müəllim, əbədi həyatı irs olaraq almaq üçün mən nə etməliyəm?

” İsa ondan soruşdu: “Qanunda nə yazılıb? Orada nə oxuyursan?” Bu adam İsaya belə cavab verdi:

“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün gücünlə və bütün düşüncənlə sev” və “Qonşunu özün kimi sev”

. İsa ona dedi: “Sən düz cavab verdin, buna əməl et və yaşayacaqsan”. Amma o özünə haqq qazandırmaq üçün İsadan soruşdu: “Bəs mənim qonşum kimdir?”

İsa belə cavab verdi: “Bir nəfər Yerusəlimdən Yerixoya gedən yolda quldurların əlinə düşdü.

Quldurlar onu soyundurub döydülər və yarımcan halda qoyub getdilər. Təsadüfən o yoldan bir kahin enirdi.

Bu adamı görən kimi yolun o biri tərəfi ilə keçib getdi. Bir Levili də ora yaxınlaşıb o adamı görəndə yolun o biri tərəfi ilə keçib getdi. O yolla gedən bir Samariyalı isə bu adamı görəndə ona rəhmi gəldi. Ona yaxınlaşdı və zeytun yağı ilə şərab tökərək yaralarını sarıdı. Sonra bu adamı öz heyvanına mindirib mehmanxanaya gətirdi və ona qayğı göstərdi.

Ertəsi gün o, iki dinar çıxarıb mehmanxana sahibinə verərək dedi: “Onun qayğısını çək. Əgər bundan da çox xərcin çıxsa, mən geri qayıdanda sənə verərəm”

. Səncə bu üç nəfərdən hansı quldurların əlinə düşən adamın qonşusu idi?” Qanunşünas cavab verdi: “Ona mərhəmət göstərən”. İsa da ona dedi: “Get, sən də elə et”»

Luka 10:25-37

Qanunşünas ‘Allahın Rəbbi sev’ və ‘qonşunu özün kimi sev’ cavabını Musanın (s) Şəriətinə istinad edirdi. Düzgün cavab verdiyinə görə İsa onu təriflədi və növbəti sualı verdi: “Sənin qonşun kimdir?” Beləliklə, İsa Məsih (s) bu məsəli danışdı.

Bu məsəldə dindarlar (kahin və levi) döyülmüş adama kömək etməli idilər, lakin onlar etinasızlıq göstərib ondan yan keçirlər. Din onları Yaxşı Qonşu etmədi. Döyülmüş adama düşmən sayılan kəs kömək etdi. 

İsa Məsih (s) əmr edir: «Get, sən də elə et». Sizi bilmirəm, ancaq mən bu məsəli ilk dəfə oxuyanda onu başa düşmədim və ona diqqət yetirmək istəmədim.

Lakin ətrafımızdakı müharibələr, qətllər, dərd və bəlalar barədə düşünün. Bunlar baş verir, çünki adamların əksəriyyəti bu əmrə diqqət yetirmək istəmir. Hər birimiz bu Samariyalı kimi olsaydıq, onda şəhərlərimiz, ölkələrimiz sülh içində olardı. Onda Cənnətə gedəcəyimizə əmin ola bilərdik. Əslində, çox az adam Cənnətdə olacağına əmindir. Hətta İsa  (s) ilə danışan qanunşünas belə, Cənnətdə olacağına əmin deyildi.

Cənnətdə olacağınıza əminsinizmi?

Belə qonşu olmaq mümkündürmü? Bunu necə edə bilərik? Düzünü desək, İsanın dediyi kimi Qonşu olmaq çox çətindir. 

İndi isə ümid yaranır, çünki qadir olmadığımızı görəndə biz ‘ruhən yoxsul’ oluruq. İsa Məsih (s) öyrədirdi ki, ‘Allahın Padşahlığı’na daxil olmaq üçün insan ruhən yoxsul olmalıdır.

Bu məsəli diqqətdən kənarda qoymaq, ona etinasızlıq göstərmək əvəzinə, yaxşı olar, özümüzü yoxlayaq və düzünü deyək: biz bunu edə bilmirik, bu həddən artıq çətindir. Gücsüz olduğumuz üçün Allahdan kömək istəyə bilərik. İsa Məsih (s) Dağüstü Vəzdə demişdi:

“Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar.

Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi? Ya da balıq diləsə, ona ilan verərmi? Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir!”

Matta 7:7-11

Beləliklə, Məsih bizə diləməyi məsləhət görür. O, diləyənə veriləcəyini deyir. Məsələn, biz Allaha belə dua edə bilərik:

“Göylərdəki Ata! Bizə doğru yolu öyrətmək üçün Sən peyğəmbərləri göndərdin. İsa Məsih (s) hətta düşmənlərimi sevməyi və onlara kömək etməyi öyrədirdi. Bunu etməsəm, Cənnətə gedə bilmərəm. Lakin mənim üçün bu, qeyri-mümkündür. Xahiş edirəm, mənə kömək et, məni dəyiş ki, mən doğru yol ilə gedərək Cənnətə düşə bilim. Mən günahkara mərhəmət et!

Ey Allah, Məsihin məsləhəti və nəsihəti ilə mən Sənə dua edirəm”.

(Bu sözləri dəqiqliklə demək əsas deyil. Əsas ehtiyacımızı Allaha bildirərək mərhəmət diləməkdir).

Həmçinin İncil İsa Məsihin (s) bir Samariyalı ilə görüşü barədə yazır. Peyğəmbər yəhudilərin düşməni ilə necə davranmalı idi? Samariyalı ilə nə baş verdi? Yaxşı Qonşu olmağı öyrənmək üçün buraya baxın.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *