Skip to content

Lutun nümunəsi

Lut İbrahimin (s) qardaşı oğlu olub. Lut pis adamlarla dolu olan bir şəhərdə yaşamağı seçmişdi. Allah bunu bütün adamlara nümunə etdi. Nümunə nədən ibarətdir? Cavabı tapmaq üçün bizim burada iştirak edən adamlara diqqət yetirməliyik. Tövratda və Quranda Lut barədə oxumaq üçün buraya tıklayın.

Tövratda və Quranda biz insanların üç növünü və həmçinin Allahın mələklərini (və ya elçilərini) görə bilərik. Gəlin hər birinə növbə ilə nəzər salaq.

Sodomun  sakinləri

Bu  adamlar  çox pozğun idi. Sodomun sakinləri kişiləri zorlamaq istəyirdilər. Əslində isə, bu kişilər Allahın mələkləri idi. Bu, elə böyük günah idi ki, Allah mühakimə edərək bütün şəhəri məhv etməyi qərara aldı. Bu mühakimə Adəmə verilən mühakiməyə uyğun idi. Geri qayıdaraq, Allahın Adəmi xəbərdarlıq etməsini bir daha oxusaq görəcəyik ki, günahın cəzası ölümdür. Heç bir başqa cəza (döyülmə, zindana salınma) kifayət deyildi. Allah Adəmə demişdi:

“Xeyirlə şəri bilmə ağacının meyvəsindən yemə, çünki ondan yeyən gün hökmən öləcəksən”

Yaradılış 2:17

Eləcə də, Sodom şəhərinin sakinləri öz günahlarının cəzasında ölməli oldular. Faktiki olaraq, bütün şəhər və şəhərdə yaşayan hər kəs göydən yağan odla məhv edildi. Bu nümunə daha sonra İncildə belə izah edilir:

“Günahın əvəzi ölümdür”

Romalılara 6:23

Lutun kürəkənləri 

Nuhun nümunəsində Allah bütün dünyanı mühakimə etdi və Adəmin nümunəsində gördüyümüz kimi, həmin mühakimə böyük daşqındakı ölümlə nəticələndi. Tövrat və Quran bizə deyir ki, o vaxt bütün dünya «şər» içində idi. Allah Sodom sakinlərini pozğun və pis olduqlarına görə mühakimə etdi. Özümü Sodom sakinləri ilə müqayisə etsəm, deyə bilərəm ki, Allahın mühakiməsi mənə aid deyil, çünki mən onlar qədər pis deyiləm; mən Allaha inanıram, bir çox xeyirxah işlər görürəm və belə pis hərəkətləri heç vaxt etməmişəm. Əməllərim məni Allahın cəzasından xilas edirmi? Lutun kürəkənlərinin nümunəsi məni xəbərdar edir. Onlar homoseksual zorakılığı etməyə çalışan kişilərin bandasının bir hissəsi deyildilər. Buna baxmayaraq, onlar Allahın Mühakiməsi barədə xəbərdarlığa ciddi yanaşmadılar. Faktiki olaraq, Tövrat bizə deyir ki, kürəkənlər Lutun sözlərini eşidəndə «o zarafat edir» deyə, fikirləşdilər. Onların taleyi şəhərin digər sakinlərinin taleyindən fərqli oldumu? Xeyr! Onlar eyni tale ilə üzləşdilər. Nəticədə bu kürəkənlərin və Sodomun pis sakinlərinin arasında heç bir fərq olmadı. İbrət budur ki, hər kəs bu xəbərdarlığa ciddi yanaşmalıdır. Xəbərdarlıqlar yalnız pis adamlar üçün deyil.

Lutun arvadı

Lutun arvadı da böyük bir nümunədir. Həm Tövratda, həm də Quranda o, başqa  adamlarla birlikdə məhv oldu. O, peyğəmbərin arvadı idi. Ancaq onun Sodom sakinləri kimi homoseksualizmdə iştirak etməməsinə baxmayaraq, Lut ilə onun yaxın əlaqəsi onu xilas etmədi. Mələklər onlara əmr etmişdi:

“Heç kəs dönüb arxaya baxmasın” (Surə 11:81) Hud;

“Arxana baxma”

Yaradılış 19:17

Tövrat bizə deyir:

“Ancaq Lutun arvadı dönüb geriyə baxdı və duz sütununa çevrildi” .

Yaradılış 19:26

Onun dönüb geriyə baxmasının mənası burada izah edilmir. Məsələ bundadır ki, o, Allahın kiçik əmrini poza biləcəyini fikirləşdi və bunun əhəmiyyət daşımayacağına ümid etdi. Onun taleyi Sodomun şər sakinlərinin taleyi ilə eyni oldu – ölüm. Bu, bizim üçün böyük əhəmiyyət kəsb edən bir nümunədir. Heç vaxt «kiçik» günahları Allah mühakimə etmir deyə fikirləşməməliyik. Lutun arvadının nümunəsi bizi belə səhv düşüncə barədə xəbərdar edir.

Lut, Allah və mələklər

Adəmin nümunəsində gördüyümüz kimi, Allah Mühakimə edəndə Mərhəməti də verdi. Həmin Mühakimə zamanı Allah ilk insanları dəri paltarlarla təmin etdi. Nuhun nümunəsində Allah Mühakimə edərkən gəmi vasitəsilə Öz Mərhəmətini göstərdi. Yenə də, Mühakimə edərək, Allah həmçinin adamlara Mərhəmət etdi. Tövrat bunu təsvir etdi:

“Lut yavaş tərpəndi. Rəbb ona mərhəmət etdiyinə görə həmin şəxslər onun, arvadının və iki qızının əlindən tutub şəhərdən kənara çıxartdılar”

Yaradılış 19:16

Biz bundan nə öyrənə bilərik? Əvvəlki nümunələrdə gördüyümüz kimi, Allah yenə Mərhəmət edərək çıxış yolu verdi: onlara kömək göstərib şəhərdən çıxartdı. Mərhəmətli Allah, məsələn, şəhərdə göydən yağdırılan oda tab gətirən bir sığınacaq vermədi. Mərhəməti almaq üçün yalnız bircə yol var idi: mələklərin bələdçiliyi ilə şəhərdən çıxmaq. Allah Lutun mükəmməl olduğuna görə ona və onun ailəsinə Mərhəmət etmədi. Faktiki olaraq, həm Tövratda, həm də Quranda biz görürük ki, Lut öz qızlarını zorakı adamlara təklif edirdi, bu da, heç də alicənab hərəkət deyil. Tövrat yazır ki, mələklər Lutu xəbərdar edəndə o, «yavaş tərpəndi». Rəbb ona mərhəmət etdiyinə görə onun əlindən tutub şəhərdən kənara çıxartdı. Bu, bizə bir ibrətdir: Allah bizə Mərhəmət edəcək və bu, bizim əməlimizdən asılı deyil. Lut kimi, biz də Mərhəməti qəbul etməliyik ki, O, bizə kömək edə bilsin. Kürəkənlər Mərhəməti qəbul etmədilər və onun xeyrini görmədilər.

Tövrat bizə deyir: Allah Luta Mərhəmət etdi, çünki onun əmisi, böyük Peyğəmbər İbrahim (s) onun üçün dua etmişdi (Yaradılış Kitabındakı mətni oxumaq üçün buraya tıklayın). Tövrat yazır: “Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın” (Yaradılış 22:18). Bu vəd bizi hazır etməlidir, çünki kim olduğumuzdan, hansı dildə danışdığımızdan, hansı dinə mənsub olduğumuzdan, harada yaşadığımızdan asılı olmayaraq, siz və mən “dünyanın bütün millətlərinə” aidik. İbrahimin duası ilə Allah layiq olmayan Luta Öz Mərhəmətini verdisə, İbrahimin xeyir-duasına görə Allah “dünyanın bütün millətlərinə” aid olan bizlərə də Öz Mərhəmətini verəcək. Bunu nəzərə alaraq Tövratı oxumaqda davam edirik və İbrahimin nümunəsinə nəzər salırıq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *