Skip to content

Biz Qanuna nə qədər itaət etməliyik?

Mənə tez-tez belə bir sual verirlər: Allah doğrudanmı bizdən tam itaət tələb edir? İnsanlar bu mövzuda müxtəlif fikirlər irəli sürə və uzun müzakirələr apara bilərlər. Ancaq bu sualın cavabını insanlar deyil, Allah Özü verir. Qanuna nə dərəcədə itaət etməli olduğumuz barədə Tövratın ayələrinə diqqət yetirək. Ayələrin sayına və onların nə qədər aydın ifadə olunduğuna fikir verin. Bu ayələrdə “bütün əmrlərimə”, “diqqətlə itaət edin”, “əmrlərimin hamısı”, “bütün qəlbinizlə”, “həmişə itaət edin”, “hər şeydə”, “tam itaət”, “bütün sözlərimə” və “hamısına əməl edin” kimi ifadələrə tez-tez rast gəlinir.

Sonralar gələn peyğəmbərlər də tam itaət prinsipini dəyişmədilər. İsa Məsih (ə) İncildə belə buyurur:

“Elə düşünməyin ki, Mən Qanunu və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəlmişəm. Mən onları ləğv etmək üçün deyil, yerinə yetirmək üçün gəlmişəm. Sizə doğrusunu deyirəm: göy və yer yox olub keçməyincə, hər şey yerinə yetməyincə, Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə yox olmayacaq. Buna görə də, kim bu əmrlərdən ən kiçiyini pozar və başqalarına da belə öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrlərə əməl edər və onları başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq.”

Matta 5:17-19

Məhəmməd peyğəmbər (s) bir hədisdə buyurur:

Sünən Əbu Davud, Kitab 38, hədis № 4434

Bu, çox aydındır. Allah cənnəti hazırlayır. Cənnət mükəmməl və müqəddəs bir yerdir. Allah Özü oradadır. Orada polisə, orduya, qıfıllara və bu gün bir-birimizi günahdan və pislikdən qorumaq üçün istifadə etdiyimiz digər təhlükəsizlik tədbirlərinə ehtiyac olmayacaq. Məhz buna görə də orası cənnət olacaq. Cənnətin mükəmməl qalması üçün ora yalnız mükəmməl insanlar daxil ola bilərlər. Bunlar Allahın bütün əmrlərinə hər zaman, tam şəkildə və hər sahədə əməl edən insanlardır.

Tövrat qanuna nə dərəcədə riayət edilməli olduğunu belə öyrədir.