Musanın (s) sonuncu lənəti baş verdimi?

Biz  İsraillilərin tarixində gördük ki, b.e. 70-ci ilində onlar Vəd Olunmuş Torpaqdan sürgün olundular və bütün dünyada yaşayan millətlər arasında qərib kimi yaşadılar. Təxminən 2000 il ərzində İsraillilər belə yaşadılar. Müxtəlif xalqlar arasında yaşayarkən vaxtaşırı kəskin təqib olunurdular. Xüsusilə bu, xristian olan Avropada baş verdi. Avropanın Qərbindən başlayaraq İspaniyadan Rusiyaya qədər İsraillilər çox vaxt təhlükədə yaşayırdılar. Musanın lənət sözləri yerinə yetdi:

“Bu millətlər arasında nə sülhünüz, nə də rahatlığınız olacaq. Rəbb sizə orada ürəkqopması, ümidsizlik, gözləməkdən yorulan gözlər verəcək”

 Qanunun Təkrarı 28:65

Növbəti zaman xətti bu 2000 illik zamanı göstərir. İsraillilərin bu tarixi Müqəddəs Kitabın dövründən başlayır və qırmızı rənglə qeyd edilir. 

Musadan bu günə qədər yəhudi xalqının tarixi bir qrafiki

Öz tarixlərində yaşadıqları iki sürgün zamanı İsraillilərin nələrdən keçdiyini aydın görə bilərsiniz. İkinci sürgün dövrü birinci sürgün dövründən daha uzundurbirincisi b.e.ə. 600 – 530-cu illərdə id

Yəhudilər öz mədəniyyətlərini qoruyub-saxladılar

Məni təəccübləndirən odur ki, İsraillilərin yeri olmasa da, eləcə də, sayca böyük millət olmasalar da (təqiblərdə ölüm səbəbi də əhəmiyyət kəsb edir), onlar 2000 illik müddət ərzində öz mədəniyyətlərini itirmədilər. Bu, çox qəribədir. Musanın (s) birinci nümunəsində qeyd etdiyimiz kimi, Tövratda Vəd Olunmuş Torpaqda yaşayan xalqların adları çəkilir:

“Mən ona görə gəldim ki, onları Misirlilərin əlindən qurtarıb bu ölkədən çıxarım və geniş, nemətli bir diyara, süd və bal axan torpağa – Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə aparım”

 Çıxış 3:8

Xeyir-dua və lənətlər verilən zamanda da yaşayan xalqların adları verilir:

“Allahınız Rəbb sizi gedəcəyiniz torpağa aparır. Siz oranı mülk olaraq alacaqsınız. O sizin önünüzdən bir çox milləti – Xetliləri, Qirqaşlıları, Emorluları, Kənanlıları, Perizliləri, Xivliləri, Yevusluları – sizdən xeyli çox, xeyli qüvvətli yeddi milləti qovacaq”

 Qanunun Təkrarı 7:1

Bu xalqlardan hansı bu gün mövcuddur, öz mədəniyyətini və dilini qoruyub-saxladı? Yox, onlar çoxdan yox olublar. Qədim tarixdən biz yalnız Qirqaşlılarla tanışıq. Böyük Babil, Fars, Yunan və daha sonra Roma kimi böyük İmperiyalar bu millətləri əsarətə alanda onlar çox tez öz dillərini və millətlərini itirdilər. Mən Kanadada yaşayıram və bütün dünyadan gələn immiqrantları görürəm. Üçüncü nəsildən sonra köçdüyü ölkədən nə mədəniyyət, nə də dil qalır. Mən özüm İsveçdən Kanadaya gənc ikən köçmüşəm. Oğlum İsveç dilində danışmır. Bacı-qardaşlarımın da uşaqları İsveç dilində danışmırlar. Ulu babalarımızdan bizdə olan İsveç milli mənsubiyyəti Kanadada yox olub gedir. Bu, bütün immiqrantlarda belədir. Çin, Yapon, Koreya, İran, Şimali Amerika, Afrika və ya Avropa ölkələrindən köçdükləri fərq etmir. Üç nəsildən sonra yox olub gedir.

Beləliklə, maraqlıdır ki, belə düşmənçilik içində yaşayan, əsrlər boyu bir yerdən o biri yerə köçməyə məcbur olan İsraillilərin dünyada sayı 15 milyondan çox olmadığı halda, 2000 il ərzində öz milli mənsubiyyətini – dinini, mədəniyyətini və dilini itirmədilər.

Yəhudilərin müasir soyqırımı – Holokost

Yəhudilərə qarşı təqiblər çox gücləndi. İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyada Hitler Avropada yaşayan bütün yəhudilərin kökünü kəsmək qərarına gəldi. Demək olar ki, o, qaz sobaları sayəsində buna nail oldu. Hərçənd, müharibədə məğlub olduğu üçün yəhudilərin qalığı xilas oldu.

Müasir İsrail yenidən yarandı

Daha sonra, 1948-ci ildə yəhudilər BMT-nin qərarı ilə müasir İsrail dövləti yaratdı. Artıq qeyd etdiyimiz kimi, təəccüblü haldır ki, bu qədər il keçəndən sonra özlərini hələ də yəhudi adlandıran adamlar tapıldı. Lakin 3500 il əvvəl Musanın yazdığı sözlər həyata keçdi: vədi qəbul edəcək bir qalıq saxlanıldı. Beləliklə,  uzun müddət sürgündə olmalarına baxmayaraq, onlar bir xalq olaraq qaldılar.

“Allahınız Rəbb sizə rəhm edib əsirlikdən geri qaytaracaq, sizi yenidən səpələdiyi bütün xalqların arasından toplayacaq”

Qanunun Təkrarı 30:3-4

Bu, doğrudan da, bir Əlamətdir: Allah Öz Sözünü yerinə yetirir.

Nə üçün Allah İsrailin yenidən qurulmasına imkan verdi?

Bu gün bütün bu müasir hadisələr çox ziddiyyətlidir. Demək olar ki, müasir dünyada baş vermiş heç bir hadisə İsrailin yenidən qurulması və İsraillilərin qayıtması qədər ziddiyyətli deyil. Bu, hər gün baş verir: bütün dünyada yaşayan millətlərin arasında minilliklər ərzində sürgündə yaşayan yəhudilər öz Torpağına qayıdırlar. Aydındır ki, müasir yəhudilər dindar deyil – əksəriyyəti dindən çox uzaq və ya ateistdirlər. Bu, Hitlerin, demək olar ki, uğurlu soyqırımı nəticəsində baş verdi. Demək olmaz ki, yəhudilər düzgün hərəkət edirlər. Qəribə məsələ lənətlər siyahısının sonunda Musanın yazdığının yerinə yetməsidir. Bunlar hələ də, yerinə yetirlər. Nə üçün? Bu, nə deməkdir? Onların Məsihi rədd etdikləri halda bu necə mümkündür? Bunlar vacib suallardır. Bu suallara bütün cavabları Tövrat və Zəburda tapmaq olar. Peyğəmbərliklər bizim faydamız üçün yazılıb. Bunların hamısı Mühakimə Günü üzə çıxacaq, çünki həm yəhudilər, həm də qeyri-yəhudilər – bütün insanlar Allah qarşısında eynidir. Ən azı, biz peyğəmbərlərin yazdıqlarını bilməliyik ki, bütün Yazılardan bir nəticə çıxara bilək. Biz Zəbur Kitabını tədqiq edərək davam edirik və sual veririk: “Nə üçün yəhudilər Məsihi rədd etdilər?”