Skip to content

Musanın birinci əlaməti: Pasxa

İbrahim peyğəmbərdən (s) sonra təxminən 500 il keçdi. İndi təxminən b.e.ə.1500-ci ildir. İbrahim öldü, onun İshaqdan olan nəsli indi İsraillilər adlanır. Bu xalq çox böyüdü və Misirdə qul oldu, çünki İbrahimin (s) nəticəsi Yusif Misirə qul əsarətinə  satıldı və bir neçə il sonra bütün ailə Misirə köçdü. Bu, Musa yazdığı Tövratın ilk kitabı olan Yaradılış 45-46-cı fəsillərdə bəhs edilir.

Beləliklə, biz indi daha bir böyük peyğəmbər olan Musaya (s) nəzər salacağıq. Onun həyatı Tövratın ikinci kitabında təsvir edilir. Rəbb Musaya (s) fironla görüşməyi əmr etdi. Nəticədə, Musa (s) ilə fironun sehrbazları arasında münaqişə baş verdi. Bu münaqişə zamanı Misirə və firona qarşı əlamət olaraq doqquz cəza gəldi. Lakin Firon Rəbbin iradəsinə tabe olmadı və bu əlamətlərdən nəticə çıxararaq itaət etmədi.

Surə Naziat (Surə 79 – Can alanlar surəsi) həmin hadisələri belə təsvir edir:

“Musanın hadisəsi sənə yetişdimi? O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi: “Fironun yanına yollan! O, həddini çox aşmışdır. De: “(Günahlardan) xilas olmaq istəyirsənmi? Səni Rəbbinə doğru yönəldimmi ki, (Ondan) qorxub çəkinəsən?” (Musa) ən böyük möcüzəni (Firona) göstərdi”

(Surə Naziat 79:15-20)

Surə Muzzəmmil (Surə 73 – Örtünüb bürünən surəsi) fironun cavabını qeyd edir:

“Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq”

(Surə Muzzəmmil 73:16)

Naziat Surəsində təsvir olunan Musanın böyük möcüzəsi və fironun cəzası Muzzəmmil surəsində qeyd olunurmu? Əlamət və cəza onuncu bəladadır.

Onuncu bəla

Beləliklə, Allah onuncu və ən dəhşətli cəzanı göndərəcəyini söylədi. Tövrata görə, 10-cu cəzadan əvvəl bir çox izahlar verildi və hazırlıq görüldü. Quran həmçinin bu barədə danışır. Növbəti ayəyə fikir verin:

Biz Musaya doqquz aşkar möcüzə verdik. İsrail oğullarından soruş; (Musa) onların yanına gəldikdə Firon ona: “Ey Musa! Mən sənin ovsunlandığını zənn edirəm” – demişdi. (Musa) dedi: “Sən artıq bilirsən ki, bunları yalnız göylərin və yerin Rəbbi, açıq-aşkar möcüzə olaraq endirdi. Mən isə, ey Firon, sənin məhv olacağını yəqin bilirəm”

sure İsra 17 :101-102

Beləliklə, Firon ‘məhv olacaqdı’. Bu, necə baş verməli idi? Allah əvvəllər müxtəlif bəlaları göndərmişdi. Nuhun dövründə daşqın baş verdi; Lutun arvadı daş sütununa döndü. Fironun məhvi isə fərqli olmalı idi, çünki bu, bütün adamlar üçün böyük bir ibrət dərsi olmalı idi. Quran deyir:

“(Musa) ən böyük möcüzəni (Firona) göstərdi.”

(Surə 79:20)

Tövratın Çıxış adlanan hissəsində 10-cu bəlaya aid buradan oxuya bilərsiniz. Tam və təfsilatlarla verilmiş bu məlumat sizə növbəti izahı anlamağa kömək edəcək.

Pasxa Quzusu ölümdən xilas edir

Müqəddəs Yazı burada bizə Allahın göndərəcəyi cəza barədə yazır: ilk oğul ölməlidir. Yalnız quzu qurban gətirilmiş evdən bəla yan keçəcəkdi. Həmin qurbanın qanından evin qapısının yan taxtasına sürtməli idilər. Firon bunu etmədiyi halda taxtının varisi olan oğlu öləcəkdi. Misirdəki hansı evdə qurbanın qanı qapı taxtasına sürtülməsə, ilk oğul öləcəkdi. Beləliklə, Misir milli təhlükə ilə qarşılaşdı.

Lakin qurbanın qanı qapı taxtasına sürtülmüş evlərdə salamatlıq olacaqdı. Allahın mühakiməsi bu evdən yan keçəcəkdi. Həmin gün və həmin əlamət Pasxa adlandırıldı. Qapı taxtasına sürtülmüş qan kimlər üçün əlamət idi? Tövrat bizə deyir:

Rəbb Musaya dedi: “… Rəbb Mənəm. Sizin olduğunuz evlər üzərindəki qan sizin üçün əlamət olacaq. Qanı görəndə yan keçəcəyəm və Misir ölkəsini cəzalandırdığım zaman sizə məhvedici bəla gəlməyəcək”.

Çıxış 12:12-13

Beləliklə, Rəbb evlər üzərindəki qana baxırdı; qanı görəndə yan keçirdi. Qan Rəbb üçün əlamət deyildi. Ayədə Allah deyir: “…qan sizin üçün əlamət olacaq”. Həmçinin qan Tövratı oxuyan bütün adamlar üçün də əlamət idi. Bu qan bizə hansı mənada əlamətdir? Bədbəxtlik gətirən bu gündən sonra Rəbb əmr etdi:

“Bu, Misirliləri bəlaya saldığı zaman Misirdə İsrail övladlarının evləri yanından keçib xilas edən Rəbb üçün Pasxa qurbanıdır”.

Çıxış 12:27

Yəhudi təqvimi Pasxa ilə başlayır

Beləliklə, İsraillilərə hər il Pasxa bayramını qeyd etmək əmr olundu. İsraillilərin təqvimi Qərbdəki təqvimdən bir qədər fərqlənir; Qərbdəki təqvimlə izləsəniz, Ramadan kimi, həmin günün tarixi hər il bir qədər fərqli olacaq. İlin uzunluğu fərqli olduğuna görə Qərbdəki təqvimlə fərq yaranır. Lakin 3500 keçəndən sonra bu günə qədər yəhudilər hər il Rəbbin Tövratda verdiyi əmrinə itaət edərək Pasxa bayramını qeyd edir və Musanın (s) dövründə baş vermiş hadisəni xatırlayırlar.

Yaxınlaşan yəhudi Pasxa bayramı üçün çox sayda quzunun kəsildiyi müasir gündən mənzərə

Bu şəkildə siz müasir yəhudilərin Pasxa qurbanlarını görürsünüz. Bu, Qurban bayramına bənzəyir.

Tarixdə bu bayrama nəzər salsaq qeyri-adi bir şey görəcəyik. Siz bunu Müjdədə (İncildə) də görə bilərsiniz. Peyğəmbər İsa Məsihin (s) həbsi və məhkəməsi barədə yazılıb:

Sonra Yəhudi başçıları İsanı Qayafanın yanından vali sarayına apardılar. Səhər açılırdı. Amma özləri vali sarayına girmədilər ki, murdar olmasınlar və Pasxa yeməyini yeyə bilsinlər… Pilat yəhudilərə dedi: “Axı sizdə bir adətdir ki, Pasxa zamanı mən sizin üçün bir nəfəri azad edirəm. İndi istəyirsinizsə, sizin üçün Yəhudilərin Padşahını azad edim?» Bunun cavabında onlar yenə bağırıb dedi: «Bu adamı yox…”

Yəhya 18:28, 39-40

Başqa sözlə, İsa Məsih (s) Pasxa günü həbs olunaraq edam edildi. Yadınızdadırsa, İbrahimin üçüncü nümunəsində Yəhya (s) peyğəmbər İsa barədə deyir:

“Dünyanın günahını aradan götürən Allah Quzusu budur!”      

Yəhya 1:29-30

İsa (s) Pasxa günü məhkum olunur

Burada biz əlamətin böyüklüyünü görürük. Allahın Quzusu olan İsanın (s) edam edildiyi (qurban -olduğu) həmin gündə (Qərb təqvimi ilə b.e. 33-cü il) bütün yəhudilər 1500 il əvvəl baş vermiş Pasxa bayramını xatırlayaraq qurban gətirirdilər. Məhz buna görə yəhudi Pasxa bayramı hər il adətən xristianların məsihçilərin Pasxa bayramı ilə eyni həftədə qeyd edilir. Xristianların Məsihçilərin Pasxa bayramı İsa Məsihin ölümünün xatirəsi üçün qeyd edilir; İsa (s) həmin gün qurban olmuşdu. (xristianların və yəhudilərin Pasxa bayramları eyni tarixdə deyil, çünki yəhudi və Qərbi təqvimlərində ilin uzunluğu fərqlidir; lakin adətən, həmin həftə qeyd olunur).

İndi bir dəqiqəlik əlamətlər və ya işarələr barədə fikirləşin. Bəzi işarələrə nəzər salın:

‘İşarələr’ nə edir? Bizi başqa bir şey düşünməyimiz üçün düşündürücülərdir

Sümüklərin işarəsini görəndə dərhal ölüm və təhlükə barədə düşünürük. Qızıl alaqapıları görəndə McDonalds yadımıza düşür. Tennisçi Nadalın başındakı çənbərin üzərində olan ‘√’ işarəsini görəndə Nike yadımıza düşür. Nike Nadalın üzərində bu işarəni görəndə onu yada salmağımızı istəyir. Başqa sözlə, əlamətlər və ya işarələr fikrimizi və ağlımızı istiqamətləndirirlər. Musanın (s) nümunəsində Allah bizə əlamət verdi. Allah nə üçün bizə əlaməti və ya işarəni verdi? Çünki İsanın öldüyü gün qurbanların gətirilməsi İsa Məsihin (s) qurbanına işarə edir.

Pasxa İsa əl Məsihin qurbanlığına işarə edən mənə bir əlamətdir

Fikirlərimiz diaqramda göstərdiyim kimi belə istiqamətlənir. Əlamət İsa Məsihin qurbanına işarədir. Birinci Pasxada quzular qurban gətirildi, qan axıdıldı, qapılara sürtüldü ki, adamlar sağ qalsınlar. Eləcə də, İsaya işarə edən əlamət bizə bunu deyir: Allahın Quzusu olan Məsih öldü ki, biz yaşayaq.

İbrahim oğlunun qurbanlığı bizi düşüncə tərzimizdə İsa əl Məsihə göstərməli idi

İbrahimin qurbanı da bizə İsa Məsihin ölümünü xatırladır

İbrahimin üçüncü nümunəsində biz gördük ki, İbrahim (s) oğlunu qurban gətirməsi ilə Moriya dağında sınağa çəkildi. Onun oğlu əvəzinə bir quzu qurban oldu. Quzu öldü ki, İbrahimin oğlu yaşasın. İsa (s) həmin Moriya dağında qurban oldu. Bu, bir əlamət idi; İsa Məsih (s) həmin yerdə qurban oldu. Musanın bu əlamətində biz həmin hadisəyə – İsanın (s) qurbanına – daha bir işarə görürük. Hadisə təqvimin Pasxa Qurbanı günündə baş verdi. Quzunun qurbanı eyni hadisəyə işarə edir. Nə üçün? Başa düşmək üçün Musanın növbəti əlamətinə nəzər salacağıq. Bu əlamət – Sina dağında verilmiş Qanundur.

Fironun hekayəsi necə bitdi? Tövratda oxuyuruq ki, firon xəbərdarlığı eşitmədi və onun ilk oğlu (varis) həmin gecə öldü. Beləliklə, o, nəhayət, İsraillilərə Misiri tərk etməyə icazə verdi. Sonra isə fikrini dəyişib onları Qırmızı dənizə qədər təqib etdi. Orada Rəbb İsrailliləri dənizdən keçirtdi, firon isə öz qoşunu ilə birlikdə suda batdı. Doqquz bəladan, Pasxa günü ölümdən, qoşunun məhvindən sonra Misir çox zəiflədi və daha heç vaxt dünyada böyük qüvvə əldə etmədi. Allah Misiri mühakimə etdi.

1 thought on “Musanın birinci əlaməti: Pasxa”

  1. selamu aleyküm okudum güzel şeyler yazıyor anlamadığım nokta bence insan dürüstlük doğrulukla allahın karşısına geçer iman ederse oda onu artısıdır israil oğulları dunya ya hüküm ediyor bi filistinle anlaşmıyorlar anlaşmamalarının sebebi daha önce den filistinlilerin yaptığı yanlışlar dır israil oğullarına allah kımsenın hakkını kımsede bırakmaz dunyasıdır daha önce araştırdım israiloğulları müslümanım dıye geçinenlerden zamanında rahat bır nefes alamamışlar şimdi allah cc onlara ülkenın en güzelını hayatın en güzelliklerini rahatın en rahatını vermiş ben israiloğullarını tanımak ısterdım nasıl insanlardırlar doğrumudurlar hayatları müslümanlara göre nasıldır israiloğulları mı doğru yaşıyor gerçek müslümanlar mı vesellam herkese selam saygılar allah her zama doğrunun yanında olsun benım iletişimi geçersenız benı aydınlatırsanız sizlere minnettar kalırım allaha amanet olalım

Leave a Reply

Your email address will not be published. Required fields are marked *