Skip to content

İbrahimin üçüncü nümunəsi: Qurban

Böyük peyğəmbər İbrahimə (s) Allah oğul vəd etmişdi. Buna biz İbrahimin ikinci nümunəsində nəzər saldıq. Allah Öz vədini yerinə yetirdi. Əslində, Tövrat İbrahimin (s) hekayəsini davam edir və onun iki oğlu barədə yazır. Tövratda, Yaradılış 16-cı fəsildə İbrahimin Həcərdən doğulan oğlu İsmaildən, 14 il sonra isə, 21-ci fəsildə,  Saradan doğulan oğlu İshaqdan bəhs edilir. Təəssüf ki, onun evində bu iki qadın – Həcərlə Saranın arasında böyük rəqabət başladı; nəticədə İbrahim Həcəri və onun oğlunu evindən yola saldı. Bu, eləcə də, Allahın Həcərə və İsmailə xeyir-dua verməsi barədə buradan oxuya bilərsiniz. 

İbrahim peyğəmbərin qurbanı: Eid əl-adha üçün əsas

Beləliklə, tək bir oğul ilə öz evində qalmış İbrahim (s) ən böyük sınağı ilə rastlaşır. Bu sınaq bizə Düz Yolu açıqlayır. İbrahimin öz oğlunu qurban gətirməsinə aid Tövrat və Quranın mətnini buradan oxuya bilərsiniz. Kitablarda təsvir olunan məhz bu hekayəyə görə eid əl-adha bayram kimi qeyd edilir. Lakin bu, sadəcə tarixi hadisə deyildir. Bu, daha böyük bir şeydir.

Kitablarda yazılandan görə bilərik ki, İbrahim (s) üçün bu, sadəcə bir sınaq deyildi. İbrahim peyğəmbər olduğuna görə bu sınaq da bizim üçün bir ibrətdir. Biz bu sınaqda Allahın bizim qayğımıza qalması barədə öyrənə bilərik. Buradakı ibrət nədən ibarətdir? İbrahim öz oğlunun qurban təqdim ediləcəyi yerə ad vermişdi. Lütfən, bu ada fikir verin. Tövratın bu ayələri burada göstərilir; beləliklə, siz onları oxuya bilərsiniz.

“İbrahim başını qaldırıb baxdı və arxasında buynuzları kolluğa ilişmiş bir qoç gördü. İbrahim gedib qoçu götürdü və oğlunun əvəzinə yandırma qurbanı olaraq təqdim etdi. İbrahim o yeri Yahve-İre (İbrani dilində “Rəbb hazırlayar”) adlandırdı; buna görə də indiyə qədər belə deyilir: «Rəbbin dağında hazırlanacaq»”

Yaradılış 22:13-14

İbrahimin o yerə verdiyi ada fikir verin. O, həmin yeri “Rəbb hazırlayar” adlandırdı. Burada keçmiş zaman, indiki zaman və ya gələcək zaman istifadə olunur? Aydındır ki, gələcək zamandır. Daha aydın etmək üçün növbəti ayədə izah edilir (bunu Musa (s) hadisədən təxminən 500 il sonra Tövratı yazanda əlavə etmişdi): «Rəbbin dağında hazırlanacaq». Yenə də, bu, gələcək zamandadır və söhbət gələcəkdən gedir. Əksər adamlar fikirləşir ki, söhbət qoçdan gedir. Bu qoç sıx meşədə ilişib qalmışdı və daha sonra İbrahim onu öz oğlunun əvəzinə qurban gətirdi. Lakin İbrahim bu yerə ad verəndə qoç artıq kəsilmiş, qurban təqdim edilmiş və yandırılmışdı. İbrahim artıq kəsilmiş, qurban təqdim edilmiş və yandırılmış qoçu nəzərdə tutsaydı, həmin yerə “Rəbb hazırladı” adını verərdi. Ad keçmiş zamanda olmalı idi. Musa (s) isə İbrahimin oğlunun yerində qurban gətirilmiş qoç barədə yazardı: «Rəbbin dağında hazırlandı». Ancaq həm İbrahim, həm də Musa yerin adını gələcək zamanda göstərdilər və buna görə də, artıq ölü və qurban gətirilmiş qoçu nəzərdə tutmurdular. 

Bəs, onlar nə haqda fikirləşirdilər? Cavabı tapmaq üçün görək hekayənin əvvəlində Allah İbrahimi qurban gətirmək üçün haraya göndərir:

Allah dedi: «Sevdiyin yeganə oğlunu – İshaqı götürüb Moriya torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et».

2-ci ayə

Bu, «Moriya» torpağında baş verdi. Bu torpaq haradadır? İbrahimin dövründə (təxminən, b.e.ə.2000-ci ildə) bu, səhralıq olduğuna baxmayaraq, min il sonra (təxminən, b.e.ə.1000-ci ildə) məşhur Padşah Davud orada Yerusəlim şəhərini saldı, onun oğlu Süleyman isə orada Məbədi tikdi. Biz bu barədə peyğəmbərlərin yazılarında oxuyuruq:

“Süleyman Yerusəlimdə atası Davuda Rəbbin göründüyü Moriya dağında, Yevuslu Ornanın xırmanında Davudun hazırladığı yerdə Rəbbin məbədini tikməyə başladı”

2 Salnamələr Kitabı 3:1

Başqa sözlə, İbrahimin (və daha sonra Musanın) dövründə “Moriya dağı” səhrada yerləşən bir dağın zirvəsi idi. Lakin 1000 il sonra, Davud və Süleymanın dövründə bu yer İsrail xalqının mərkəzinə və paytaxtına çevrildi. Onlar burada Rəbbə məbəd tikdilər. Həmin yer bu gün də yəhudilər üçün müqəddəs hesab olunur. 

Moriya dağı İbrahim (s) deyil, Rəbb tərəfindən seçilmişdir. Cinn Surəsi izah edir (Surə 72 – Cinn):

“Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!”

Surə Cinn 72:18

İbadət yerlərini Rəbb Özü seçir. Bu yerin seçilməsinin səbəbini biz aşkar edirik.

İsa əl Məsih və Moriya Dağında təqdim olunan qurban

Burada biz İsa əl Məsihə (s) və İncilə birbaşa istinadı görürük. Biz İsanın adlardan biri haqqında biləndə bu əlaqəni görürük. İsaya  bir çox ad verilmişdir. Onun ən tanınmış adı «Məsih» olub. İsanın daha bir vacib və məşhur adı var. Biz bunu İncildə, Yəhyanın Müjdəsində oxuyuruq; Yəhya peyğəmbər (İncildə Vəftizçi Yəhya) deyir:

“Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur! “Məndən sonra bir Şəxs gəlir ki, məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Kəs budur”

Yəhya 1:29-30

Yəhya İsaya (s) daha az tanınan, lakin çox mühüm olan «Allah Quzusu» adını verdi. İndi isə gəlin İsanın həyatının sonuna nəzər salaq. O, harada həbs olundu və edama məhkum edildi? Yerusəlim şəhərində. Gördüyümüz kimi, bu, həmin o «Moriya Dağı»dır. Onun həbsi barədə çox aydın yazılıb:

“İsanın Hirodun idarə etdiyi vilayətdən olduğunu bildikdə Onu Hirodun yanına göndərdi. Çünki o günlər Hirod da Yerusəlimdə idi”

Luka 23:7

Başqa sözlə, İsanın həbsi, məhkəməsi və edama məhkum edilməsi Yerusəlimdə ( = Moriya Dağında) baş verdi.

Gəlin indi İbrahimə qayıdaq. O, niyə bu yeri gələcək zamanda «Rəbbin dağında hazırlanacaq» deyə adlandırdı? O, peyğəmbər idi və gələcəkdə bu dağda nəyinsə hazırlanacağı ona açılmışdı. Həmin hekayədə İbrahimin oğlu sonuncu anda ölümdən xilas edilir, çünki onun əvəzində quzu ölür. İki min il sonra «Allahın Quzusu» adlandırılan İsa həmin yerdə həbs olunur və ölümə məhkum edilir!

Yerusəlimdə / Moriya Dağında baş verən hadisələrin vaxtları

Qurban İbrahimi ölümdən satın aldı

Bu, bizim üçün vacibdirmi? İbrahimin bu hekayəsinin sonuna diqqət yetirirəm. Quranın Saffat Surəsinin 31:107-ci ayəsində İbrahim (s) haqqında belə deyilir:

“Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik”.

“Fidyə” ifadəsinin mənası nədir? Fidyə – girovu azad etmək üçün qiymət ödəməkdir. İbrahimin (s) fidyəsi nə deməkdir? O, nəyinsə girovu idi. Böyük peyğəmbər olduğuna baxmayaraq, bu, həqiqətdir! O, nəyin girovu idi? Onun oğlu haqqında hekayə bizə bu suala cavab verir. O, ölümün girovu idi. Peyğəmbər olduğuna baxmayaraq, ölüm onu girov etmişdi. Biz Adəmin nümunəsindən gördük ki, Allah Adəmi və onun övladlarını (peyğəmbərlər daxil olmaqla hər kəsi) ölümə məhkum etdi. Onların hamısı ölümün girovlarıdırlar. Ancaq elə olur ki, bu hekayədə İbrahim (s) qurbanlıq quzusu vasitəsilə satın alındı. Növbəti nümunələrə nəzər salsanız (Adəm, Habil və Qabil, Nuh, İbrahim 1) görəcəksiniz ki, peyğəmbərlər həmişə heyvan qurbanlarını gətirirdilər. Onlar qurbanın xilas gətirmək xüsusiyyətini bilirdilər.  Həmçinin, qurbanlar gələcək “Allahın Quzusu” olan İsaya işarə edirlər. Buna görə də, qurbanların İsaya da aidiyyəti var.

Qurban: Bizim üçün xeyir-dua

Moriya Dağındakı quzunun qurbanı bizim üçün də vacibdir. Mübadilənin sonunda Allah İbrahimə elan edir:

“Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın” (Yaradılış 22:18).

Əgər siz «dünyanın bütün millətləri»ndən birinə mənsubsunuzsa (əlbəttə ki, mənsubsunuz!), bunun sizə aidiyyəti var, çünki vədə görə, siz Allahın Özündən «xeyir-dua» ala bilərsiniz! Bu, çox əhəmiyyətli məsələ deyilmi?! İbrahimin hekayəsinin İsa ilə əlaqəsi bizə necə xeyir-dua gətirə bilər? Bu əlaqə nə üçün xeyir-dua gətirir? Biz qeyd edirik ki, İbrahim (s) üçün fidyə verilmişdi və bəlkə də bu, bizim üçün bir işarədir. Ancaq həmin işarə bu hekayədə aşkar deyil. Beləliklə, biz Musanın iki nümunəsi ilə davam edəcəyik. Bunlar bizə cavabı aydın edəcək.

İndi isə mən sadəcə qeyd etmək istəyirəm ki, «övladı» sözü tək haldadır. Bu, cəm halda “övladlar”, adamlar, nəsillər və ya xalqlar deyildir. Vəd olunmuş xeyir-dua İbrahimin tək halda olan «övladı» vasitəsilə gəlməli idi. Həmin “övlad” barədə tək halda “o” deyilir; adamlar və millətlər üçün istifadə edilən cəm halda “onlar” istifadə edilmir. Musanın Pasxa nümunəsi bizə daha çox aydınlıq gətirəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *