Skip to content

Müqəddəs Ramazan ayı – oruc necə tutulmalıdır?

Ramazan ayında dostlarım çox vaxt düzgün oruc barədə danışırlar.  Orucun nə vaxt başlamalı və bitməli olduğunu müzakirə edirlər. Ramazan yay mövsümünə düşəndə şimalda yaşayan dostlarımız orucu Məkkə vaxt ilə açmağı təklif edirlər. Dostlarım müxtəlif alimlərin məsləhətlərinə riayət edərək nəyin düzgün, nəyin isə səhv olduğu barədə danışırlar. 

Bu müzakirələrdə əhəmiyyətli məsələ çox vaxt yaddan çıxır: Allaha məqbul həyatı biz necə yaşamalıyıq ki, O, orucumuzu qəbul etsin? Peyğəmbərlər bu barədə yazıblar. Allaha məqbul olan oruc barədə qədim peyğəmbərlərin yazdıqları bu gün yaşayan bizlərə də aiddir.

Yeşaya peyğəmbərin (s) yaşadığı dövrdə imanlılar dua və oruc kimi dini öhdəliklərini çox ciddi icra edirdilər. Onlar dindanlar idilər.

Yeşaya (s) və digər peyğəmbərlərin yaşadığı dövrü əks etdirən zaman xətti

Lakin bu dövrdə pozğunluq da böyük idi (bax Zəbur kitabına giriş sözü); adamlar mübahisə və müharibə edirdilər. Buna görə də peyğəmbər onlara bu sözlərlə müraciət etdi:

Düzgün oruc

1 «Avazla çığırın, çəkinməyin,

Səsinizi şeypur səsi kimi ucaldın,

Xalqıma üsyankarlığını,

Yaqub nəslinə günahlarını bildirin!

2 Onlar hər gün Məni axtarır,

Mənim yolumu öyrənməkdən zövq alır.

Sanki bu əməlisaleh,

Allahının hökmündən ayrılmayan millət imiş.

Onlar Məndən düzgün hökmlər diləyirdi,

Allaha yaxınlaşmaqdan zövq alırdı.

3 Onlar belə deyir:

“Oruc tutduğumuzu nə üçün görmürsən,

Özümüzü aşağı tutanda,

Sən niyə fikir vermirsən?”

Baxın, oruc tutduğunuz gün

Siz istədiyinizi edirsiniz,

Bütün işçilərinizi sıxışdırırsınız.

4 Baxın, orucunuzu savaşma ilə,

Dava ilə, yumruqla, döyməklə keçirirsiniz.

Səsinizi ucalara çatdırmaq üçün

Bugünkü kimi sizə oruc tutmaq olmaz.

5 İstədiyim oruc, insanın özünü aşağı tutduğu gün belə olmalı idimi?

Bu, qamış kimi başınızı əyib,

Əyninizə çul geyib, kül üstündə oturmağınızdırmı?

Bunamı oruc və Rəbbə məqbul olan gün deyirsiniz?

6 Mənim istədiyim orucsa

Haqsızlığın buxovlarını qırmaq,

Boyunduruğun iplərini açmaq,

Sıxıntı içində olanları azad etmək,

Hər cür boyunduruğu məhv etmək deyilmi?

7 Yediyiniz çörəyi acla bölüşdürmək,

Yurdsuz kasıbları evinizə gətirmək deyilmi?

Mənim istədiyim oruc bu deyilmi?

Çılpaq görəndə geyindirmək,

Yaxınlarınızdan köməyinizi əsirgəməmək deyilmi?

8 Onda nurunuz şəfəq kimi saçacaq,

Tezliklə şəfa tapacaqsınız,

Qarşınızda salehliyiniz gedəcək,

Rəbbin izzəti sizə arxa olacaq.

9 O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək.

Fəryad edəcəksiniz, O sizə “buradayam” deyəcək.

Əgər siz boyunduruğu,

Yəni başqalarına zülm etməyinizi

Aranızdan rədd etsəniz,

Barmaq uzadıb şər sözlər söyləməyə yol verməsəniz,

10 Can-dildən acların qayğısına qalsanız,

Fəqirlərin ehtiyaclarını ödəsəniz,

Nurunuz qaranlıqda parlayacaq,

Qaranlığınız günorta işığı kimi nur saçacaq.

11 Rəbb həmişə sizə yol göstərəcək,

Quru torpaqlarda sizi doyuzduracaq, güc verəcək.

Siz də sulanmış bağça kimi,

Suları heç vaxt əskilməyən

Bulaq kimi olacaqsınız.

12 Sizdən törənənlər qədim dağıntıları tikəcək,

Nəsillərdən qalma təməllərin üstünü

Siz bərpa edəcəksiniz.

Sizə xarabalıqları bərpa edənlər,

Camaatın yaşaması üçün

Küçələri yenidən quranlar deyiləcək.

Yeşaya 58: 1-12

Həqiqi orucun nəticəsi olan bol həyata aid vədlər gözəl deyilmi? Lakin peyğəmbərin dövründə yaşayan yaşayan adamlar ona qulaq asmadılar və tövbə etmədilər ( Yəhya (s) peyğəmbər tövbə haqqında öyrədir). Beləliklə, Musa peyğəmbərin (s) xəbərdarlıq etdiyi kimi, onlar məhkum olundular.  Bu söz bizə də aiddir, çünki Yeşaya peyğəmbərin təsvir etdiyi vəziyyət bizim dövrdə yaşayan adamları da təsvir edir.

İmamların verdiyi icazələrə baxmayaraq, Allaha məqbul olmayan həyatı yaşamaqda davam etsək tutduğumuz orucun faydası olmayacaq. Buna görə də, peyğəmbər  İsa Məsih (s) vasitəsilə Allahın mərhəmətini qəbul edin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *