Mən bütün qaydalara əməl etmirəm

Təəssüf edirəm. Bu, yaxşı xəbər deyil. Əslində, bu, çox pis xəbərdir, ona görə ki, sizdə (və məndə, çünki mən də eyni vəziyyətdəyəm) salehlik yoxdur. Salehlik mühümdür; cənnətdə Allahın Padşahlığının əsasını təşkil edən məhz salehlikdir. Bu, düzgün davranışımızdır (yalan, oğurluq, qətl, zina və s. olmamalıdır); bizi cənnətə gətirən Allaha düzgün səcdədir. Salehlik Müqəddəs Padşahlığa daxil olmaq üçün zəruridir. Davud bu barədə Zəbur Kitabında yazır. Yalnız saleh adamlar Müqəddəs Padşahlığa daxil olacaq və buna görə də bura Cənnət olacaq.

“Ya Rəbb, çadırında kim qalar?

Müqəddəs dağında kim məskən salar?

Kamillik yolu ilə gedən,

Əməlisaleh olan,

Ürəkdən həqiqəti söyləyən,

Dilinə böhtan gəlməyən,

Dostuna yamanlıq etməyən,

Qonşusunu təhqir etməyən,

Şərəfsizə xor baxan,

Rəbdən qorxanlarasa hörmət edən,

Zərərinə olsa belə, andından geri dönməyən,

Sələmlə pul verməyən,

Təqsirsizin əleyhinə işləmək üçün rüşvət almayan.

Əsla sarsılmaz belə həyat sürən insan!”

Zəbur 15:1-5

Günah nədir

Siz (və mən) həmişə belə olmuruq, çünki bəzən Əmrləri pozub günah edirik. Günah nədir? Əhdi-Ətiqdə Tövratdan sonra gələn kitab bunu yaxşı izah edir. Ayədə deyilir:

“Bütün bu xalqın arasında solaxay olan yeddi yüz seçmə adam var idi ki, hər biri sərrast sapand atıb daşla başda olan bir tükü belə, vura bilirdi və atdıqları boşa çıxmırdı”

Hakimlər 20:16

Bu ayədə məharətli əsgərlər təsvir edilir. Bunların atdıqları heç vaxt boşa çıxmırdı. Tövrat və Əhdi-Ətiq peyğəmbərlər tərəfindən ibrani dilində yazılmışdır. İbrani dilində boşa çıxmaq sözü budur: יַחֲטִֽא (Khav-tav oxunur). İbrani dilində olan həmin sözTövratda günah kimi tərcümə olunur. Məsələn, Yusif Misirə qul əsarətinə satılanda ağasının arvadı ilə zina etmədi; qadın ona yalvarsa belə, Yusif günah etmədi (bu, Quranda da qeyd olunur: Surə 12:22-29 – Yusif). Yusif ona dedi:

“Bu evdə isə hətta o məndən böyük deyil və səndən başqa heç bir şeyi məndən əsirgəmədi, çünki sən onun arvadısan. Bəs mən necə bu böyük pisliyi edib Allahın önündə günaha bata bilərəm?”

Yaradılış 39:9

On Əmr veriləndən dərhal sonra Tövrat yazır:

“Qorxmayın, Allah ona görə gəlib ki, sizi sınağa çəksin və siz günah etməmək üçün Onun qorxusu qarşınızda olsun”

Çıxış 20:20

Hər iki ayədə “günah” kimi tərcümə olunan eyni ibrani sözü istifadə olunurיַחֲטִֽא ׃. Əsgərlərin “atdıqları boşa çıxmırdı” sözü və adamların bir-biri ilə münasibətdə etdikləri günah – eyni sözdür. Allah bizə günahı çox gözəl izah edir. Əsgər hədəfə vurmaq üçün daş götürür. Boşa çıxırsa, məqsədə nail olmur. Eləcə də, Allah bizi hədəfə düşmək üçün yaradıb; Ona səcdə etməkdə və bir-birimizlə münasibətdə biz qalib olmalıyıq. Günah etmək – məqsədə nail olmamaqdır, Allahın bizim üçün nəzərdə tutduğu hədəfdən yayınmaqdır. Bütün Əmrləri yerinə yetirməyəndə biz bu vəziyyətə düşürük – biz Allahın bizim üçün niyyətindən yayınırıq.

Ölüm – Tövratda ölümün nəticəsidir

Beləliklə, günahın nəticəsi nədir? Adəmin nümunəsində biz bu barədə az da olsa, oxumuşuq. Adəm (bir dəfə!) itaətsizlik edəndə Allah onu öləri etdi. Başqa sözlə, Adəm ölməli idi. Bu, Nuhun nümunəsində davam etdi. Allah adamları mühakimə edərək su daşqınında ölümə məruz qoydu. Lutun nümunəsində də biz bunu görürük: günahın cəzası yenə ölüm idi. İbrahimin oğlu qurban gətirilərək ölməli idi. Onuncu cəza –  Pasxada ilk övladlar öldü. Allah Musa (s) ilə danışanda da bu, davam edir. Oxuyuruq ki, Allah Özü lövhələrdə On Əmri yazmamışdan əvvəl əmr edir:

“Rəbb Musaya dedi: «Xalqın yanına get. Bu gün və sabah onları təqdis et. Qoy paltarlarını da yusunlar. Üçüncü günə hazır olsunlar, çünki üçüncü gün bütün xalqın gözü qarşısında Rəbb Sina dağı üzərinə enəcək. Xalqın ətrafına sərhəd çəkib de: “Özünüzü dağa çıxmaqdan, onun ətəyinə toxunmaqdan gözləyin. Dağa toxunan hər kəs öldürülməlidir”

Çıxış 19:10-12

Bu qayda bütün Tövratda davam edir. Daha sonra, İsraillilər Allaha tam itaət etmədilər (günah etdilər) və sonra Onun ibadətgahına yaxınlaşdılar. Fikir verin ki, nəticələri görəndə onlar təlaşa düşdülər.

İsrail övladları Musaya dedilər: «Yox olacağımız bəllidir! Məhv olacağıq! Hamımız həlak olacağıq! Rəbbin məskəninə yaxınlaşan hər kəs ölür. Doğrudanmı hamımız öləcəyik?»

Saylar 17:12-13

Musanın (s) qardaşı Harunun (s) da günaha görə ölən oğulları var idi. Onlar günah ilə Allahın Ən Müqəddəs Yerinə yaxınlaşdılar.

“Harunun iki oğlu Rəbbin hüzuruna yaxınlaşıb öləndən sonra Rəbb Musaya dedi: «Qardaşın Haruna söylə ki, istənilən vaxt pərdənin iç tərəfindəki Müqəddəs yerə, sandıq üzərindəki kəffarə qapağının önünə keçməsin ki, özü ölməsin, çünki Mən kəffarə qapağının üzərindəki buludda zahir oluram”

Levililər 16:1-2

Beləliklə, Haruna (s) göstərişlər verildi ki, o, müqəddəs yerə şəxsən özü keçsin. Allah kahin olan Haruna (s) Özü əmr etdi:

“Lakin qurbangaha və pərdənin iç tərəfinə aid olan hər şeyə yalnız sən və oğulların kahin kimi xidmət edin. Kahinlik xidmətinizi sizə hədiyyə olaraq verirəm. Sizdən başqa müqəddəs yerə kim yaxınlaşarsa, öldürülsün”

Saylar 18:7

Daha sonra, qardaşı olmayan bəzi qızlar torpağı miras almaq xahişi ilə Musanın (s) yanına gəldilər. Onların ataları nə üçün öldü?

“Atamız səhrada öldü, lakin Qorahın tərəfini tutub Rəbbə qarşı üsyan edənlərin arasında deyildi. O öz günahına görə öldü və oğulları olmadı”

Saylar 27:3

Beləliklə, ümumi qayda var idi. Bu qayda Tövratın sonunda belə yekunlaşdırılır:

“… hər kəs öz günahına görə öldürülsün”

Qanunun Təkrarı 24:16b

Allah İsraillilərə (və bizə) bu qaydanı öyrədir: günahın nəticəsi ölümdür.

Allahın mərhəməti

Bəs Allahın mərhəməti? O vaxt mərhəmət nədə görünürdü? Biz bundan ibrət ala bilərikmi? Bəli! Əlbəttə! Salehliyi olmayan biz günahkarlara mərhəmət məsələsi çox vacibdir. Əvvəlki bir neçə Əlamətlərdə mərhəmətlə artıq rastlaşmışdıq. İndi isə Harunun nümunəsi – bir düyə və iki təkə məqaləsində daha aydın görəcəyik.