Skip to content

Salam və aleykum. Bu veb-sayt İncil haqqındadır. İncil həmçinin Müjdə kimi də tanınır. İncil sözünün hərfi mənası ‘Xoş Xəbər’dir. Bu Xəbər artıq həyatınıza təsir göstərib. Roma İmperiyasının dövründə bu Xoş Xəbər bütün Avropa, Orta Şərq, Asiya və Afrika ölkələrində inqilabi dəyişikliklərə səbəb oldu. Bu Xoş Xəbər o dövrdə dünyanı elə dəyişdi ki, istəsək də, istəməsək də, onun təsiri hətta bu gün də bizim həyatlarımıza təsir edir. İncil adamları kitabların yaranmasına, sözlərin arasında məsafənin qoyulmasına, punktuasiyanın, eləcə də, böyük və kiçik hərflərin yaranmasına gətirib çıxartdı. Xoş Xəbərin cəmiyyətə təsiri barədə öyrənən adamlar  universitetləri, xəstəxanaları və hətta uşaq evlərini təsis etdilər.

Bu Xoş Xəbər bütün dünyada yaşayan adamlara sülh yolunu öyrədir.

Məhəmməd (s) peyğəmbər Quranda İncil barədə ehtiramla danışır. Bu veb-saytda olan bəzi məqalələrdə görəcəyimiz kimi, öz davamçıları ilə birlikdə Məhəmməd (s) peyğəmbər İncildən əvvəl gələn kitablara (Tövrat, Zəbur və İncilə) da hörmət edir. Məhəmməd (s) peyğəmbər müsəlmanlara nümunədirsə, adamlara bu kitablarla tanış olmaq gərək deyilmi?

Bu gün çox şey dəyişib. İncilin (və ya Müjdənin) dünyası adamlara Xoş Xəbərin məzmununu çatdırmır. Bir çoxları İncili xristianlığa və ya Qərbə aid edirlər. Bu, düzgün deyil. İncil Allaha inanan bütün adamlara aiddir. İncil qərbdə deyil, Şərqdə yazılıb.

Adamlar İncilə qarşı olmasalar da, ona çox əhəmiyyət vermirlər. Görəsən, bu gün İncil sonra gələn vəhy ilə əvəz olunubmu? Bəzən İncilin dəyişdirilməsi barədə düşünürük. Həyatımızda elə məşğuluq ki, bəzən Xoş Xəbərin nədən ibarət olduğunu diqqətlə araşdırmağa vaxtımız olmur. Beləliklə, yəhudilər, müsəlmanlar və hətta xristianların əksəriyyəti (İncil daxil olmaqla) Müqəddəs Kitabları öyrənmək imkanını əldən verdilər.

Məhz bu səbəblə biz bu veb-saytı yaratdıq. Məqsədimiz sizə İncilin Xoş Xəbər olduğunun səbəbini ilk dəfə olsa belə, anlamağa imkan verməkdir. Bu veb-sayt, həmçinin bizim İncil barədə suallarımıza cavab tapmaq imkanını verəcək. Bu veb-sayta ilk dəfə gəlmisinizsə, özüm barədə adlı məqalədən başlayın. Burada mən İncilin mənə göstərdiyi təsiri barədə yazıram. İnşallah, ümidvaram, buradakı məqalələrə nəzər salacaqsınız, məlumatı qiymətləndirəcəksiniz və İncilin Xoş Xəbərinə nəzər salaraq macəralı tədqiqat yoluna çıxacaqsınız.