Skip to content

Müqəddəs Kitabın nə üçün bu qədər tərcümələri var?

Bu yaxında bir məscidə gedib imama qulaq asdım. O, tamamilə səhv olan sözləri deyirdi. Bu sözləri mən əvvəllər də yaxın dostlarımdan eşitmişdim. Ola bilsin, siz də bunları eşitmisiniz və buna dair suallarınız var. Beləliklə, gəlin buna nəzər salaq.

İmam dedi ki, Müqəddəs Kitabın bir çox növü var. Sonra imam dedi ki, müxtəlif kitabların mövcud olması Müqəddəs Kitabın dəyişdirildiyini təsdiqləyir; bunlardan hansının həqiqi olduğunu bilmək mümkün deyil. Bəli, doğrudan da, bir çox tərcümələr mövcuddur, lakin bunların Müqəddəs Kitabın dəyişdirilməsinə heç bir aidiyyəti yoxdur. Bunlar fərqli kitablar deyil. Əslində, bunlar eyni Müqəddəs Kitabdır.

Məsələn, biz tərcümə barədə danışanda orijinal Yunan dilindən İncilin və orijinal İbrani dilindən Tövratla Zəburun tərcüməsi barədə danışırıq. Müqəddəs Kitabın müxtəlif tərcümələri ola bilər.

Quranın da tərcümələri var.  Mən adətən ingilis dilinə Yusuf Əlinin, bəzən isə Pikthall tərcüməsindən istifadə edirəm.  Həm Pikthall, həm də  Yusuf Əli Quranı ərəb dilindən tərcümə edərkən ingilis dilində eyni sözlərdən istifadə etməyiblər.  Buna görə də, tərcümə fərqli alınıb. Lakin nə xristianlar, nə də yəhudilər, hətta ateistlər belə, Quranın ingilis dilinə iki (Pikthallın və Yusuf Əlinin) tərcüməsinin olması müxtəlif Quranların mövcudluğunu təsdiqlədiyini və Müqəddəs Quran dəyişdirildiyini demirlər. Eyni ilə, İncilin orijinal mətni Yunan dilindədir (buraya baxın); Tövrat ilə Zəburun isə orijinal mətni İbrani dilindədir (buraya baxın). Lakin adamların əksəriyyəti bu dillərdə oxuya bilmir. Buna görə də, ingilis dilinə (və digər dillərə) müxtəlif tərcümələr mövcuddur. Tərcümələr ona görə edilir ki, adamlar doğma dillərində Kitabın söylədiyini anlaya bilsinlər. Müxtəlif tərcümələrin məqsədi adamların başa düşmələri üçündür.

Bəs tərcümə zamanı baş verən səhvlər necə?  Müxtəlif tərcümələrin mövcud olması orijinal mətnin müəlliflərinin yazdıqlarını anlamağın mümkün olmadığını göstərirmi? Klassik ədəbiyyatın əksəriyyəti Yunan dilində yazıldığına görə orijinal mətndəki fikirləri və sözləri dəqiq tərcümə etmək mümkündür. Əslində, bunu müxtəlif müasir tərcümələr göstərir. Məsələn, Əhdi-Cədiddən bir ayəyə nəzər salaq. Bu, 1 Timoteyə 2:5-dəndir:

εις γαρ θεος εις και μεσιτης θεου και ανθρωπων ανθρωπος χριστος ιησους

1 Timoteyə 2:5

Bu ayənin müxtəlif tərcümələri mövcuddur.

“Bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır”.

“Allah birdir, Allahla insanlar arasında Vasitəçi də birdir. O da bədən alıb İnsan olan Məsih İsadır”

Gördüyünüz kimi, ayələr çox oxşardır, cəmi bir neçə söz fərqlidir. Amma əsas məsələ isə budur ki, fərqli sözlərdən istifadə olunsa da, ayənin mənası eynidir. Səbəb bundan ibarətdir ki, yalnız bir Müqəddəs Kitab var; bu Kitabın tərcümələri də çox oxşardır. Bir neçə Müqəddəs Kitab yoxdur. Əvvəldə qeyd etdiyim kimi, bir neçə Müqəddəs Kitabın mövcudluğu barədə söz tamamilə yanlışdır. Müxtəlif tərcümələrin mövcud olması müxtəlif Müqəddəs Kitabın mövcud olması demək deyil.

Oxucularımın hər birindən xahiş edirəm, öz dilinizdə Müqəddəs Kitabın tərcüməsini götürüb oxuyun. Bu Kitabı oxumağa dəyər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *