Peyğəmbər İsa Məsih (s) və Yunus peyğəmbərin əlaməti

Qureyş – Məkkə və Kəəbəni idarə edən Ərəb tayfası olub. Məhəmməd peyğəmbər də həmin tayfadan olub. Qureyş Surəsi (106 – Qureyş) birlik və ya əhdlər barədə yazır:

Qureyşin birliyi xatirinə, onların qış və yay səfərlərindəki birliyi xatirinə…

Qureyş 106:1-2

Yunus Surəsi (10 – Yunus) isə Məhəmməd peyğəmbərin Qureyşə kəlam gətirdiyi barədə yazır.

İçərilərindən bir adama: “İnsanları qorxut və iman gətirənləri müjdələ ki, özlərinin Rəbbinin dərgahında onların etdikləri yaxşılıqların mükafatı vardır!”– deyə vəhy etməyimiz insanlara qəribəmi göründü? Kafirlər: “Sözsüz ki, bu, açıq-aşkar bir sehrbazdır!”– dedilər

Yunus 10:2

Onun sözünü rədd edərək, Qamər Surəsi (54 – Qamər) Qureyşləri xəbərdar etdi…

Sizin kafirləriniz onlardan yaxşıdırmı? Yoxsa Kitablarda sizə toxunulmazlıq vəd edilmişdir? Yoxsa onlar: “Biz qalib gələcək bir dəstəyik!”– deyirlər? Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaqdır. Xeyr! Onlara vəd edilmiş vaxt o Saatdır. O Saat isə daha ağır, daha acıdır

Qamər 54:43-46

Yunus Surəsi həmçinin izah edir ki, peyğəmbərlərin əksəriyyətinin adamlar tərəfindən rədd olunmasına baxmayaraq (Qureyş kimi), Yunus (s) peyğəmbər kimi istisna olub:

(Əzab gəldiyi an) Yunusun qövmündən başqa, iman gətirib imanı özünə fayda verən bir məmləkət (əhli) olubmu? (Yunusun) (qövmü) iman gətirəndə onlardan dünya həyatında rüsvayçılıq əzabını sovuşdurduq və onlara müəyyən vaxta qədər (fani nemətlərdən) faydalanmaq imkanı verdik

Yunus10:98

Yunus peyğəmbər özgə xalqın yanına göndərilmişdi və bu xalq onun sözünü qəbul etdi. Yunus özü isə öz vəzifəsini qəbul etməyərək öhdəlikdən qaçmağa çalışdı; onu böyük balıq uddu. Qaləm Surəsi (68 – Qaləm) Yunusun balığın içində itaətsizliyinə görə tövbə etməsi və peyğəmbər vəzifəsinə qayıtması barədə yazır.

Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunus ) kimi olma! O zaman o, qəm-qüssə içində (Rəbbinə) dua etmişdi. Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda (heç bir bitki bitməyən) boş yerə atılacaqdı. Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi

Al-Qaləm 68:48-50

Məhəmməd peyğəmbər kimi, İsa Məsih peyğəmbər də öz xalqının (yəhudilərin) yanına göndərilmişdi. Yəhudilər onu cadugərlikdə təqsirləndirərək onun sözünü rədd etdilər. Beləliklə, peyğəmbər İsa Məsih Yunus peyğəmbərin əlaməti barədə dedi. Bu, nə əlamətdir?

Adamlar İsa Məsihin səlahiyyətinə şübhə edirlər.

İncil peyğəmbər İsa Məsihin (s) təlimi, şəfalarımöcüzələri barədə yazır. Biz bu barədə artıq oxumuşuq. İsa onu dinləyən adamları (biz daxil olmaqla) onun təklifini qəbul etməyə çağırır. İsa ‘canlı suları günahkarlara mərhəmətiitmişləri tapmağı təklif edir və Allahın Padşahlığına daxil olmaq istəyən bütün adamları dəvət edir.

Bu təlimlər o dövrdə yaşayan din rəhbərlərini çaşqınlığa saldılar. Bu din rəhbərləri bugünkü imamlara bənzəyirdilər. Bunlar xüsusilə İsanın səlahiyyətinə şübhə ilə yanaşırdılar. Məsələn, təqsirkar adamlara Allahın mərhəmətini vermək səlahiyyəti Onda varmı? Hamının Allahın Padşahlığına daxil olması üçün qiyməti ödəməyə Onun səlahiyyəti varmı? Beləliklə, din rəhbərləri Onun səlahiyyətini təsdiqləmək üçün Ondan bir əlamət istədilər. İncil onların arasında olan söhbəti qeyd edir:

İsa Yunusun əlaməti barədə deyir

«O zaman bəzi ilahiyyatçılar və fariseylər İsaya dedilər: “Müəllim, Səndən bir əlamət görmək istəyirik”. İsa onlara belə cavab verdi: “Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunus peyğəmbərin əlamətindən başqa heç bir əlamət verilməyəcək. Çünki Yunus üç gün-üç gecə nəhəng balığın qarnında necə qalmışdısa, Bəşər Oğlu da üç gün-üç gecə yerin bağrında elə qalacaq. Nineva xalqı qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır”»

Matta 12:38-41

Tarixdə yaşamış Yunus peyğəmbər

İsa Məsih (s) Yunus peyğəmbərə işarə edərək cavab verdi. Növbəti zaman xəttində görəcəksiniz ki, Yunus peyğəmbər İsa Məsihdən (s) təxminən 800 il əvvəl yaşayıb.

http://al-injil.net/wp-content/uploads/2017/03/jonah-in-timeline-e1489180437825.jpg

Yunus peyğəmbər zaman xəttində

Yunus peyğəmbər Quranda

Yunus peyğəmbər bit Kitab yazdı. Həmin Kitab peyğəmbərlərin yazılarına daxildir. Quran Yunus barədə belə yazır:

Yunus da, həqiqətən, elçilərdəndir. Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı. Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu. O, qınanmağa layiq olduqda balıq onu uddu. Əgər o, Allaha tərif deyənlərdən olmasaydı, balığın qarnında Qiyamət gününə qədər qalardı

Saffat 37:139-144

Peyğəmbər Yunusu böyük balıq uddu, çünki o, Allahın tapşırığından qaçmaq istədi. Allah Yunusa Nineva şəhərinin sakinlərini tövbəyə çağırmağı tapşırmışdı. Nineva şəhəri bugünkü İraqın Mosul şəhərinə yaxın yerləşirdi. İslam alimi Yusuf Əli bu ayə barədə yazır:

Bu, sadəcə bir idiomdur. Bu, Yunusun dəfni və qəbiri olmalı idi. Yunus tövbə etməsəydi onu udmuş məxluqun qarnından bayıra çıxa bilməzdi. Dirilmə günü bütün ölülər diriləcəklər

Qeyd 4125 Yusuf Əli Quranın tərcüməsi

Beləliklə, balığın içində ikən Yunus ölməli idi və yalnız Dirilmə Günündə dirilə bilərdi.

Yunus peyğəmbərin Kitabı

Yunusun Kitabında balığın qarnında olduğu vaxt barədə daha çox təfsilatlar var. Yunus yazır:

«Yunusu udmaq üçün Rəbb böyük bir balıq yetirdi və Yunus üç gün-üç gecə balığın qarnında qaldı. Yunus balığın qarnından Allahı Rəbbə dua edib dedi:

“Əzab içində Rəbbi çağırdım,

O, mənə cavab verdi.

Ölülər diyarının bağrından fəryad etdim,

Sən mənim səsimi eşitdin.

Sən məni dərinə, dənizin qoynuna atdın,

Məni sellər sarıdı,

Sənin bütün ləpələrin və dalğaların

Üstümdən keçdi.

Mən dedim: “Sənin gözlərinin önündən qovuldum”,

Lakin yenə Sənin müqəddəs məbədini görəcəyəm.

Nəfəsim kəsilənə qədər məni sular bürüdü,

Məni dərinliklər aldı,

Başıma yosunlar sarıldı.

Dağların dibinə qədər endim,

Arxamca əbədilik dünya bağlandı.

Lakin, ya Rəbb Allahım, Sən canımı dərin çuxurdan çıxartdın.

Daxilimdə canım üzüləndə Rəbbə üz tutdum,

Mənim duam Sənə,

Sənin müqəddəs məbədinə çatdı.

Puç olan bütlərə səcdə edənlər

Onlara verilən lütfdən imtina edərlər.

Amma mən Sənə şükür nəğməsi ilə qurban gətirəcəyəm,

Əhdimi yerinə yetirəcəyəm.

Xilas Rəbdədir!”

Rəbb balığa əmr etdi və balıq Yunusu ağzından quruya qaytardı»

Yunus 1:17–2:10

‘Yunusun əlaməti’ nədir?

Bildiyimizə görə bir nəfərin (məsələn, Peyğəmbər İsa Məsihin) səlahiyyətinə şübhə varsa, O, qüdrətini, qələbəsini və uğurunu göstərərək Öz səlahiyyətini təsdiq etməlidir. Lakin İsa Məsih Öz səlahiyyətini müdafiə edərək Yunus peyğəmbərin 3 gün ‘ölülər diyarının bağrında’ olmasına istinad edir. Bu 3 gün ərzində Allahın əmrinə itaətsizlik göstərən Yunus “Allahın gözlərinin önündən qovuldu”. Yunus 3 gün dərinlikdə, qaranlıqda qalaraq, Allahın gözü önündən uzaq idi. Bizim üçün bu, bir əlamət deyil. İsa Məsih Öz səlahiyyətini təsdiqləmək üçün niyə Yunusun əlamətini seçdi?

Bu, ilk dəfə deyil ki, zəiflik və ölüm bir əlamət olaraq verilir. Yeşaya peyğəmbər gələcək Qul barədə peyğəmbərlik etmişdi. Yeşaya demişdi ki, insanlar tərəfindən bu Qula xor baxılacaq və Ona nifrət ediləcək, hamı Onun Allah tərəfindən cəzalandırıldığını zənn edəcək; O, sağ adamların arasından çıxarılacaq və quldurlarla dəfn ediləcək. Həmin Qulu əzmək Allahın iradəsi olacaq. Bu da qəribədir. Bu, Yunusun vəziyyətinə bənzəyir. İsa Məsih buna işarə edirdi.

Bunu başa düşmək üçün balığın qarnında dua edən Yunusun son sözlərinə nəzər salaq. O, duasını belə bitirir: “Xilas Rəbdədir”. Biz gələcək Budaq barədə peyğəmbərliyi oxuduq onu ad‘İsa’ olacaq. Bəs “İsa” adının mənası nədir? İbrani dilində adın mənası belədir: “Rəbb xilas edir”. Öz duasında Yunus peyğəmbər etiraf etdi ki, ona (və bizə) xilas olmaq lazımdır və xilası Rəbb Özü edir. Onun duasında hər iki ehtiyacımız əks olunur: xilasa olan ehtiyacımız və xilas edən Rəbdir. İsa Məsihin adı  (İbranicə Yhowshuwa) eyni həqiqəti əks etdirir. Balığın qarnındakı Yunus da bu həqiqəti etiraf etdi: “Xilas Rəbdədir”. Bu, İsa adının mənasıdır.

Peyğəmbər İsa Məsih dindarlarla söhbətini Nineva şəhərinin sakinlərini xatırlamaqla bitirir (Yunus bu şəhərdə vəz etməyə göndərilmişdi). Nəticədə şəhər sakinləri Yunusun sözlərinə iman edərək tövbə etdilər; İsa Məsihin sözlərinə qulaq asan dindarlar isə tövbə etmək istəmirdilər. Onlar xilasa olan ehtiyaclarını etiraf etmək istəmirdilər. Biz öz ürəklərimizə diqqət yetirməliyik. Biz daha çox kimə bənzəyirik: tövbə etmiş Nineva sakinlərinə, yoxsa tövbə etməmiş yəhudi dindarlarına? Siz özünüzü kimə aid edirsiniz?

Biz davam edərək İsa Məsihin həyatını öyrənirik. Yunusun əlaməti Onun həyatında necə icra olundu? İsa Məsihin xidməti sona çatanda Rəbb necə xilas edir?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *