Skip to content

Sağ və sol tərəfdə olan mələklər Qiyamət Günündə kömək edəcəklərmi?

Haqqə Surəsi (Surə 69) Qiyamət Günü səslənəcək sur barədə yazır:

Sur bircə dəfə üfürüləcəyi, yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman – həmin gün Vaqiə qopacaq. Göy yarılacaq və həmin gün o, süst olacaqdır. Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz (mələk) daşıyacaqdır. O gün siz (məhşərə) gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir.

Haqqə Surəsi 69:13-18

Qaf Surəsi (Surə 50), həmçinin Allahın surunun üfürüləcəyi günü təsvir edir. Həmin gün sağda və solda olan qoruyucu mələklər əməllərimiz və nailiyyətlərimizi üzə çıxaracaqlar:

İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır.) Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın. Ölüm bihuşluğu həqiqətən gələcəkdir. (Ey insan!) Bu sənin uzaq qaçdığın şeydir. Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür. Hər kəs onu qova-qova (məhşərə) gətirənlə və bir də (əməllərinə) şahidlik edənlə (birlikdə) gələcəkdir. Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!” Yoldaşı (şahid mələk) deyəcəkdir: “Bu yanımdakı hazırdır!”

Qaf Surəsi 50:16-23

20-ci ayə “sur üfürüləcəkdir” deyir.  Sur nə vaxt üfürüləcək? İncildə İsa Məsih (s) Öz gəlişi barədə peyğəmbərlik edəndə göydəki surun (şeypurun) üfürüləcəyi barədə deyir:

“O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini toplayacaq”

Matta 24:31

Bundan sonra nə baş verəcək? Qaf Surəsi sağda və solda dayanan mələyin əməllərimizi qeyd etdiyini deyir. Allah bizə şah damarından da yaxın olduğuna görə İncil bizə əməllərimiz barədə qeydlərin çox olduğunu və kitablara yazıldığını deyir. Bu, İsa Məsihin şagirdi Yəhyanın gördüyü və yazdığı Vəhydə deyilir. Vəhy İncilin sonuncu Kitabıdır. Burada yazılıb:

“Böyük ağ taxt və onun üstündə Oturanı gördüm. Yer və göy Onun önündən qaçdı və onlara yer tapılmadı. Mən gördüm ki, böyükdən kiçiyə qədər ölülər taxtın önündə dayanıb. Kitablar açıldı və həyat kitabı olan başqa bir kitab da açıldı. Ölülər kitablarda yazılanlara əsasən öz əməllərinə görə mühakimə olundu. Dəniz öz içində olan ölüləri, ölüm və ölülər diyarı da öz qoynunda olan ölüləri təslim etdi. Hər biri öz əməlinə görə mühakimə olundu. Ölüm və ölülər diyarı odlu gölə atıldı. Bu odlu göl ikinci ölümdür. Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı”

Vəhy 20:11-15

Kitablarda qeyd olunan əməllərinə görə hamı mühakimə olunacaq. Buna görə də, sağda və solda olan mələkləri salamlayaraq əməllərimizin yazılmasına fayda verdiyimizə ümid edirik.

Həyat Kitabı

Lakin fikir verin ki,  ‘Həyat Kitabı’ adlanan başqa bir kitab da var. Bu kitab yaxşı və pis əməllərimizin qeyd olunduğu kitablardan fərqlidir. Belə yazılıb: “Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı” (cəhənnəmin başqa adıdır). Beləliklə, sağda olan mələk yaxşı əməllərimizin uzun siyahısını tərtib etsə belə və soldakı günah siyahımız qısa olsa belə, adımız ‘Həyat Kitabı’nda deyilsə, cəhənnəmə gedəcəyik. Bu ‘Həyat Kitabı’ nədir və adımız orada necə yazıla bilər?

Həm Tövrat, həm də Quran Həzrət Adəmin günah etməsindən, Allahın onu cənnətdən qovmasından və onu öləri etməsindən yazır. Yəni Adəm (və onun övladları olan biz) Həyat Mənbəyindən ayrı düşdü. Məhz bu səbəblə biz öləriyik və bir gün öləcəyik. Peyğəmbər İsa Məsih (s) bu Həyatı bərpa etməyə gəldi ki, adlarımız Həyat Kitabına yazılsın. Belə yazılıb:

“Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib”

Yəhya 5:24

İbrahim (s) peyğəmbər bu həyat ənamını necə görmüşdü? İsa Məsih bu həyatı bizə necə verir? Ətraflı cavab burada yazılıb. Qaf Surəsi bizə xəbərdarlıq edir:

(Allah əmr edib deyəcək:) “Atın Cəhənnəmə hər bir inadcıl kafiri”

Qaf Surəsi 50:24

Beləliklə, Əbədi Həyat təklif olunursa, nə üçün bundan xəbərimiz olmasın?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *