Zəbur və Peyğəmbərlərin kitabları İsa Məsih barədə necə peyğəmbərlik edir?

 Tövratda Musa peyğəmbər (s) gələcək İsa Məsih (s) barədə bildiyini göstərdi. O, bunu Əlamətlər vasitəsilə göstərdi. Bu Əlamətlər peyğəmbərin gəlişinə işarə edir. Musadan sonra gələn peyğəmbərlər Allahın planını açıqlayıblar. Allahdan ilham alan Davud (s) əvvəlcə Zəbur 2-də gələcək Məsih barədə yazır. Bu, təxminən b.e.ə. 1000-ci ildə baş verdi. Daha sonra Zəbur 22-də Davud əl-ayaqları “deşilən” və əzab çəkən bir nəfər barədə vəhy alaraq yazır. Daha sonra onun barəsində ‘torpağa salıb ölüm verdin’, sonra isə yer üzündə yaşayan “bütün millətlərin soyları”na təsir göstərəcək böyük qələbəyə nail olduğu barədə yazır.  Bu, gələcək İsa Məsihin çarmıxdakı qurbanı və dirilməsi barədə deyilmi? Gəlin görək Səba Surəsi (Surə 34) və Nəml Surəsi (Surə 27) bizə Zəbur (yəni Zəbur 22-də) Kitabında Allahın Davuda ilham verməsi barədə nə yazır.

Zəbur 22-də yazılan peyğəmbərlik

Burada siz  Zəbur 22-ni oxuya bilərsiniz. Növbəti cədvəl Zəbur 22-ni İsa Məsihin çarmıxa çəkilməsi ilə müqayisə edir.  İsa Məsihin çarmıxa çəkilməsi barədə Onun şagirdləri İncildə yazırlar. Mətnlərdə eyni yerlər eyni rənglə qeyd olunur ki, oxşarlığı asanlıqla görə biləsiniz.

Çarmıxa çəkilmə barədə İncildə yazılanlar Zəbur 22 – b.e.ə. 1000-ci ildə yazılıb
(Matta 27: 31-48) .. Sonra Onu (İsanı) çarmıxa çəkməyə apardılar….. 39 Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq 40 «Ey məbədi dağıdıb üç gündə tikən! Əgər Allahın Oğlusansa, Özünü xilas et və çarmıxdan düş!» deyirdilər.41 Eynilə baş kahinlər, Qanun müəllimləri və ağsaqqallar ona lağ edirdilər. 42 «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! İsrailin Padşahıdır, qoy indi çarmıxdan düşsün və biz də Ona iman edək. 43 Allaha güvənirdi. Allah Onu sevirsə, qoy indi xilas etsin! Çünki “Mən Allahın Oğluyam” dedi»… Doqquzuncu saata yaxın İsa uca səslə nida edərək dedi: «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» 48 Aralarından biri dərhal qaçıb bir süngər gətirdi, şərab sirkəsinə batırıb bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin. Mark 15:16-20, 37 16 Əsgərlər İsanı… apardılar. 17Ona tünd qırmızı bir xalat geyindirdilər və tikanlardan bir tac hörüb başına qoydular. 18«Yəhudilərin Padşahı sağ olsun!» deyərək İsanı salamlamağa başladılar. 19Sonra qamışla Onun başına vurub Ona tüpürdülər və önündə diz çökərək səcdə qıldılar. 20Onu ələ salandan sonra tünd qırmızı xalatı əynindən çıxarıb Öz paltarlarını geyindirdilər. Sonra Onu çarmıxa çəkmək üçün bayıra apardılar… 37 İsa uca səslə qışqırıb son nəfəsini verdi.(YƏHYA 19:34) əsgərlər onun ayaqlarını qırmadılar…, İsanın böyrünü nizə ilə deşdilər, oradan qan və su axdı.…onu çarmıxa çəkdilər… (YƏHYA 20:25) [Tomas] Onun əllərində mıxların açdığı yaraları görməsəm,…”…YƏHYA 20:23-24 Əsgərlər İsanı çarmıxa çəkdikləri zaman Onun paltarlarını götürüb hər əsgər üçün bir pay olmaqla dörd hissəyə böldülər. Tikişsiz və başdan-ayağa toxunma olan köynəyini götürdülər. 24 Onlar bir-birinə dedilər: «Bunu cırmayaq, püşk ataq, görək kimin olur». Müqəddəs Yazıdakı  «Aralarında paltarlarımı bölüşdürdülər, Geyimim üçün püşk atdılar» sözü yerinə yetsin deyə əsgərlər bunu etdilər 1 Ey Allahım, Allahım, niyə məni tərk etdin? Niyə ah-zarımdan uzaq durursan, mənə imdad etmirsən? 2 Ey Allahım, gündüz çağıranda mənə cavab vermirsən, Gecə rahatlığım yoxdur… 7 Məni hər görən lağ edir;
Dodaq büzüb, başını yırğalayıb belə deyir:
8 «Qoy güvəndiyi Rəbb onu azad etsin,
Rəbb ondan razı qalıb, qoy onu xilas etsin» 9 Lakin bətndən dünyaya məni gətirən, Ana qucağında ikən mənə əminlik verən Sənsən.
10
Doğulandan bəri Səndən asılıyam, Ana bətnindən bəri Allahım Sənsən.11 Məndən uzaq durma, çünki əzab yaxındır, Köməyimə çatan yoxdur.12 Nə qədər buğa məni dövrəyə salıb, Güclü Başan buğaları yan-yörəmi bürüyüb.
13
Yırtıcı aslanlar kimi nərə çəkirlər, Məni parçalamaq üçün ağızlarını açırlar.
14 Mən su kimi töküldüm, Bütün sümüklərim oynaqlarından çıxdı, Köksümdəki ürəyim mum kimi əridi. 15 Saxsı parçası kimi gücüm qurudu, Dilim damağıma yapışdı, Sən məni torpağa salıb ölüm verdin. 16 Şər insanlar dəstəsi məni dövrəyə aldı, İt sürüsü kimi yan-yörəmi bürüdülər, Ayaqlarımı, əllərimi deşdilər. 17 Sümüklərimi saya bilirəm, Onlar baxırlar, gözlərini mənə zilləyirlər! 18 * Aralarında paltarlarımı bölüşdürürlər, Geyimim üçün püşk atırlar.

İncil çarmıxdakı ölümü gözləri ilə görən şahidlər tərəfindən yazmışdı. Zəbur 22 isə çarmıxa çəkilən adamın adından yazılıb. Zəbur 22 və İsa Məsihin çarmıxa çəkilməsi arasında bu oxşarlığı necə izah etmək olar? Bu dərəcədə olan uyğunluq təsadüfdürmü? Paltarların bölünməsinə görə püşkün atılması necə? Tikişi olan paltarlar tikişindən bölünüb əsgərlərin arasında bölündü, tikişsiz paltar üçün isə püşk atıldı. Çarmıx edamı icad olunmasından xeyli əvvəl yazılmış Zəbur 22 onu ətraflı təsvir edir (əl-ayaqlar deşilib, ölən adamın əllərinin dartıldığına görə sümüklər oynaqdan çıxıb). Bundan başqa, Yəhyanın Müjdəsi yazır ki, İsanın böyrünü nizə ilə deşəndə qan və su axdı. Bu, ürəyin ətrafında mayenin yığılmasını göstərir. Beləliklə, İsa Məsih ürəyi partladığına görə öldü. Bu, Zəbur 22-də olan təsvir ilə eynidir: ‘Köksümdəki ürəyim mum kimi əridi’. Zəbur 22-də İbrani dilində ‘deşildi’ kimi tərcümə olunan söz əslində ‘aslan kimi’-dir. Başqa sözlə, əl-ayaqlar deşiləndə, sanki aslandan zərər çəkmiş kimi oldular.

Zəbur 22-nin İncil ilə uyğun gəlməsini imansızlar belə izah edirlər ki, İncili yazan şahidlər İsa ilə baş verənləri uyduraraq peyğəmbərliyə uyğunlaşdırıblar. Bu, oxşarlığın səbəbini izah edirmi?

Zəbur 22 və İsa Məsihin həqiqiliyi

Lakin Zəbur 22 yuxarıda qeyd olunan 18-ci ayə ilə bitmir. O davam edir. Ölümdən sonrakı təsvirlərin nə qədər zəfərli olduğuna fikir verin!

“Qoy məzlumlar doyunca yesin,

Rəbbi axtaranlar Ona həmd etsin!

Qoy canınız həmişə sağ olsun!

Yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar

Rəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər.

Bütün millətlərin soyları

Onun hüzurunda səcdə qılacaq.

Çünki hökmranlıq Rəbbindir,

Millətlər üzərində səltənət sürən Odur!

Bütün dünya zənginləri yeyib-doyacaq,

Rəbbin hüzurunda səcdə qılacaq.

Torpağa düşənlərin hamısı –

Özlərini ölümdən saxlaya bilməyənlər

Onun hüzurunda diz çökəcəklər.

Gələcək nəsillər Ona qulluq edəcək,

Xudavənd haqqında övladlarına deyəcək;

Onun ədalətini, Onun əməllərini

Gələcəkdə doğulan xalqa bildirəcək”

Zəbur 22:26-31

Bu, həmin adamın ölümü barədə yazmır. Ölüm barədə Zəbur 22-nin əvvəlində yazılıb. İndi Davud peyğəmbər (s) gələcəyə baxaraq həmin adamın ölümünün “nəsillərə” (30-cu ayə) və “gələcəkdə doğulan xalqa” təsiri barədə yazır. Bu, İsa Məsihdən 2000 il sonra yaşayan bizlər barədədir. Davud bizə “gələcəkdə doğulan xalq” deyir. Bu, xalq əl-ayağı deşilən, dəhşətli əzabda ölən adamdan sonra doğulacaq. “Gələcək nəsillər Ona qulluq edəcək, Xudavənd haqqında övladlarına deyəcək”. 27-ci ayə nəticəni təsvir edir: “Bütün millətlərin soyları

Onun hüzurunda səcdə qılacaq”. 29-cu ayə: “Torpağa düşənlərin hamısı – özlərini ölümdən saxlaya bilməyənlər (yəni biz) Onun hüzurunda diz çökəcəklər”. Bu adamın salehliyi Onun öldüyü vaxt hələ dünyaya gəlməyən adamlara bəyan ediləcək.

Beləliklə, “İncili yazanlar onu Zəbur 22-yə uyğunlaşdırıblar” sözü əsassız qalır, çünki peyğəmbərlik daha uzaq gələcəyə – bizim yaşadığımız vaxta aiddir. Birinci əsrdə yaşayan İncili yazanlar İsa Məsihin ölümünü bizim dövrümüzə qədər təsirli edə bilməzdilər. İmansızların söylədikləri Zəbur 22-nin 3000 il əvvəl peyğəmbərlik etdiyi İsa Məsihin bütün dünyaya uzun müddətli təsirini izah etmir.

Quran – Davuda Allah tərəfindən əvvəlcədən bilik verildi

Zəbur 22-nin sonunda qələbə barədə yazılan söz Quranın Saba Surəsinin və An-Naml Surəsinin (Saba 34 və An-Naml 27) təsdiqidir, çünki burada Zəburu yazan Davudun Allahdan lütf və bilik alması qeyd olunur:

“Biz Davuda Özümüzdən bir lütf bəxş etdik (və buyurduq:) “Ey dağlar və quşlar! Onunla birlikdə (Allahın şəninə) təriflər deyin!” Biz dəmiri onun üçün yumşaltdıq”

Səba Surəsi 34:10

Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!”

Nəml Surəsi 27:15

Burada deyildiyi kimi, gələcəyi görmək üçün Davuda Allah bilik və lütf verdi. Həmin bilik sayəsində Davud Zəbur 22-də şükür nəğmələrini yazdı.

İndi isə Vaqiə Surəsində (Surə 56) yazılan suala nəzər salaq:

(Can) boğaza yetişdiyi zaman – həmin an siz (can verən adama) baxırsınız. Biz ona sizdən daha yaxın oluruq, siz isə (bunu) görmürsünüz. Madam ki, siz (iddianıza görə) haqq-hesab olunmayacaqsınız və doğru danışanlarsınız, onda o canı geri qaytarın?

Vaqiə Surəsi 56:83-87

Ölüyə canı kim qaytara bilər? Allahın işini insanın işindən ayırmaq üçün bu tapşırıq verilir. Vaqiə Surəsi Zəbur 22-də yazılanları təsvir edir və İsa Məsihin (s) işi barədə xəbər verir və ya peyğəmbərlik edir.

Heç kim İsa Məsihin çarmıxdakı ölümünün təsiri barədə Zəbur 22-dən daha yaxşı peyğəmbərlik edə bilməzdi. Tarixdə daha kim Onun ölümünün təfsilatlarını, eləcə də Onun həyatının uzaq gələcəkdə yaşayanlara təsirini söyləyə bilərdi? Yalnız İsa Məsihdən 1000 il əvvəl yaşamış adam. Heç bir insan uzaq gələcəyi belə ətraflı və dəqiq peyğəmbərlik edə bilməz. Buna görə də, bu peyğəmbərlik İsa Məsihin qurbanının “Allahın planı və əvvəlcədən məlum” olduğunun dəlilidir.

Başqa peyğəmbərlər İsa Məsihin qurbanı barədə peyğəmbərlik edirlər

Tövrat İsa Məsihin son həftəsinin əksi olan hadisələrin təsviri ilə başlayır və daha sonra bu təsvirləri aydın edir. Davuddan sonra yaşayan peyğəmbərlər İsa Məsihin ölümü və dirilməsi barədə daha ətraflı məlumat verirlər. Növbəti cədvəl nəzər saldığımız məsələlərin xülasəsini təqdim edir.

Peyğəmbərlərin sözləri Bu, Məsihin gəlişinə aid planı necə açıqlayır
Bakirədən doğulacaq ‘Bakirə oğul doğacaq və bu oğul günahsız həyat yaşayacaq’ Yeşaya peyğəmbər b.e.ə.700-ci ildə söyləmişdi.  Yalnız mükəmməl həyat başqası uğrunda qurban olaraq təqdim edilə bilər. Bu peyğəmbərliyə uyğun doğulan İsa Məsih həmin peyğəmbərliyi yerinə yetirdi və müqəddəs həyat yaşadı.
Gələcək ‘Pöhrənin’ adı olacaq və o, bizim günahlarımızı üzərinə götürəcək Yeşaya, Yeremya və Zəkəriyyə peyğəmbərlər gələcək şəxs barədə bir çox peyğəmbərliklər etdilər. İsadan 500 il əvvəl yaşayan Zəkəriyyə onun adı “İsa” olacaq demişdi.  Həmçinin Zəkəriyyə “bir gündə adamların günahları təmizlənəcək” demişdi. İsa Özünü qurban verdi və bütün günahlara görə qurban bir günün içində təqdim olundu və peyğəmbərliklər yerinə yetirildi.
Daniel peyğəmbər və Məsihin gəlişinin vaxtı Daniel Məsihin gəlişinin dəqiq ilini – 480-ci ili peyğəmbərlik etmişdi. İsa peyğəmbərliyə uyğun vaxtda dünyaya gəldi.
Daniel peyğəmbər Məsih ‘kəsiləcək’ demişdi Daniel peyğəmbər yazmışdı: Məsih ‘kəsilmək və həlak olmaq’ üçün gələcək. Bu, gələcək İsa Məsihin ölümü barədə peyğəmbərlikdir, çünki O, həyatdan “kəsiləcək”.
Yeşaya peyğəmbər gələcək Qulun ölümü və dirilməsi barədə söyləyir Yeşaya peyğəmbər Məsihin ölümü, əzabı, bizim günahlarımıza görə əl-ayağının deşilməsi, kəsilməyə aparılan quzu kimi olması, günah qurbanı olması, yenə həyat görəcəyi və qələbə çalacağı barədə çox ətraflı peyğəmbərlik etmişdi. İsa Məsih çarmıxa çəkiləndə və ölülərdən diriləndə bütün bunlar baş verdi. Bu peyğəmbərlik Məsihdən 700 il əvvəl verilmişdi və bu peyğəmbərlik Allahın planına işarə edən böyük Əlamətdir.
Yunus peyğəmbər və İsa Məsihin ölümü Yunus peyğəmbər balığın qarnında olanda qəbirdə yaşadı. Bu, İsa Məsihin bənzər öləcəyini izah edir.
Zəkəriyyə peyğəmbər və məhbusların ölümdən azad edilməsi Zəkəriyyə İsa Məsih barədə peyğəmbərlik edir: o, ‘ölüm məhbuslarını (artıq ölən adamları) azad edəcək’. Peyğəmbərliklərə uyğun olaraq, Məsihin vəzifəsi ölümə daxil olaraq onun məhbuslarını azad etmək olub.

Bir-birini yüzlərlə il ayıran, müxtəlif ölkələrdə yaşayan, müxtəlif şəraitlərdə yaşayan peyğəmbərlərin hamısının İsa Məsihin ölümüdirilməsi  nəticəsində əldə etdiyi böyük qələbə barədə qismən peyğəmbərlik etmələri bunun Allahın planına uyğun olduğunu təsdiq edir. Məhz bu səbəblə İsa Məsihin şagirdlərinin başçısı Peter öz dinləyicilərinə dedi:

“Allah peyğəmbərlərin dili ilə Öz Məsihinin əzab çəkməsi barədə əvvəlcədən bəyan etdiyini yerinə yetirdi

Həvarilərin İşləri 3:18

Peter bunu deyəndən dərhal sonra bəyan etdi:

“Beləliklə, günahlarınız silinsin deyə tövbə edib Allaha tərəf dönün ki,…”

Həvarilərin İşləri 3:19

Burada bizə aid bir xeyir-dua var:bizi günahlarımız silinə bilər.Burada biz bu məsələyə daha ətraflı nəzər salacağıq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *