Bəzən mənə sual verirlər: Allah doğrudan da bizdən 100% itaət tələb edir? Biz insanlar öz aramızda bu barədə çox müzakirələr edə bilərik, lakin suala cavabı biz deyil, Allah Özü verir. Qanuna itaətin qədəri barədə Tövratın ayələrini diqqətinizə çatdırıram. Ayələrin çoxluğuna və aydın yazıldığına fikir verin. Həmin ayələrdə “bütün əmrlərimə”, ‘diqqətlə itaət’, ‘əmrlərimin hamısı’, “bütün ürəyinizlə”, “həmişə itaət”, “hər şeydə”, “bütün əmrlərimə”, “tam itaət”, “bütün sözlərimə”, “hamısına dillə” kimi ifadələr olduqca çoxdur.
Daha sonra gələn peyğəmbərlər 100% itaət qaydasını dəyişmədilər. İsa Məsih (s) İncildə deyir:
“Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq”
Matta 5:17-19
Məhəmməd (s) peyğəmbər bir hədisdə deyir:
SunanAbuDawudBook38,No.4434
Bu, çox aydındır. Allah Cənnəti hazırlayır. Bu, mükəmməl və müqəddəs yerdir. Allah Özü buradadır. Burada polis, ordular, qıfıllar və özümüzü bir-birimizin günahından qorumaq üçün bu gün istifadə etdiyimiz digər təhlükəsizlik vasitələri olmayacaq. Məhz buna görə bu yer cənnət olacaq. Bu yerin mükəmməl olaraq qalması üçün buraya yalnız mükəmməl adamlar daxil olmalıdır. Bunlar bütün əmrlərə həmişə, tam və hər şeydə riayət edən adamlardır.
Tövrat Qanuna tələb olunan riayətin qədəri barədə belə öyrədir.