Bizim hamımıza Allahdan nə lazımdır? Bu suala bir neçə cavab var, lakin biz Adəmin nümunəsindən gördük ki, bizim ilk və ən böyük ehtiyacımız salehlik və ya təqvadır. Adəmin oğulları olan bizlərə bilavasitə müraciət olunur:
“Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək-düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb (onlardan) ibrət alasınız”
Surə 7:26
Beləliklə, “təqva” və ya “salehlik” nədir? Tövrat Allah haqqında bizə belə deyir:
“O, işləri kamil Qayadır, çünki bütün yolları haqdır, sadiq Allahdır, heç zaman haqsızlıq etməz, adil və doğru olan Odur”
Qanun 32:4
Bu, Tövratda verilən Allahın salehliyinin təsviridir. Salehlik mükəmməllik deməkdir; saleh Allahın bütün yolları (sadəcə bəzi və ya əksər deyil, bütün yolları) ədalətlidir; O, heç bir haqsızlıq etmir (hətta kiçik bir haqsızlıq belə, etmir); doğru olan Odur. Bu salehlikdir və Tövrat Allahı belə təsvir edir. Bəs, bizə salehlik nə üçün lazımdır? Cavabı Zəburda tapırıq. Zəbur 15-də Davud yazır:
“(1) Ya Rəbb, çadırında kim qalar?
Müqəddəs dağında kim məskən salar?
(2) Kamillik yolu ilə gedən,
Əməlisaleh olan,
Ürəkdən həqiqəti söyləyən,
(4) Dilinə böhtan gəlməyən,
Dostuna yamanlıq etməyən,
Qonşusunu təhqir etməyən,
Şərəfsizə xor baxan,
Rəbdən qorxanlarasa hörmət edən,
Zərərinə olsa belə, andından geri dönməyən,(5) Sələmlə pul verməyən,
Zəbur 15
Təqsirsizin əleyhinə işləmək üçün rüşvət almayan.
Əsla sarsılmaz belə həyat sürən insan!”
Davud “Ya Rəbb, çadırında kim qalar? Müqəddəs dağında kim məskən salar?” deyə soruşanda, əslində, “Cənnətdə Allah ilə kim ola bilər?” sualını nəzərdə tutur. Cavab 2-ci ayədə verilir: “Kamillik yolu ilə gedən, əməlisaleh olan”. Allahla birgə Cənnətdə belə bir adam yaşayacaq. Məhz buna görə bizə salehlik lazımdır. Allah ilə birgə Cənnətdə olmaq üçün salehlik tələb olunur, çünki Allah mükəmməldir.
İndi isə İbrahimin (s) həyatından ikinci ibrət dərsinə nəzər salaq. Kitablarda bu barədə yazılanları oxumaq üçün buraya tıklayın. İbrahim (s) «onun ardıcıllarından idi» və Allahın yolu ilə gedirdi – Tövrat və Quran (Surə 37:83) belə yazır. Beləliklə, o, saleh olur (Yaradılış 15:6). Adəmin nümunəsində oxuduğumuz kimi, bizə məhz bu lazımdır. Beləliklə, bizim üçün vacib sual budur: İbrahim bu salehliyi necə əldə etdi?
Çox vaxt hesab edirəm ki, salehliyi mən iki yol ilə əldə edə bilərəm. Birinci yol (mənim düşündüyümə görə) – mən Allahın mövcudluğuna inanmalı və ya bunu etiraf etməliyəm. Mən Allaha «inanıram». Bu fikri Yaradılış 15:6-cı ayə dəstəkləyir. İbrahim (s) RƏBBƏ iman etmədimi? Ancaq daha çox diqqət yetirəndə mən başa düşdüm ki, o, bir Allahın mövcudluğuna yalnız inanmadı. Allah ona böyük vəd – oğul vədi vermişdi. İbrahim (s) bu vədə iman etməli idi. Bu barədə fikirləşin. İblis (və ya Şeytan) da Allahın mövcudluğuna inanır, lakin onun salehliyi yoxdur. Beləliklə, Allahın mövcudluğuna sadəcə inanmaq düzgün «Yol» deyil. Bu, kifayət deyildir.
Salehliyi əldə etməyin ikinci yolu (mənim fikrimcə) odur ki, mən ona layiq olmalı və ya onu xeyirxah və dini əməllərlə qazanmalıyam. Yaxşı işlərim pis işlərimdən çox olmamalıdır: dua, oruc və ya başqa dini əməllər məni salehliyə layiq edir, salehliyi qazandırır. Ancaq fikir verin ki, Tövrat bunu öyrətmir.
İbrahim “Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı”
Yaradılış 15:6
İbrahim salehliyi «qazanmadı»; Rəbb imanı ona salehlik saydı. Beləliklə, fərq nədədir? Əgər siz işləyib nəyisə «qazanırsınızsa», siz buna layiq olursunuz. Bu, öz haqqını almağa bənzəyir. Ancaq bir şey sizə sayılırsa, bu, sizə verilir. Bu, qazanılmır və ya siz buna layiq deyilsiniz.
İbrahim (s) Allahın mövcudluğunda çox inanan bir adam idi. O, dua edən, öz həyatını Allaha həsr edən, adamlara kömək edən bir şəxs idi (məsələn, öz qardaşı oğlu Luta kömək və dua edirdi). Biz bunlardan imtina etmirik. Lakin burada təsvir olunan İbrahimin «Yolu» o qədər sadədir ki, biz onu, demək olar ki, nəzərdən kənarda qoya bilərik. Tövrat bizə deyir ki, Allahın vədinə inandığına görə İbrahimə (s) salehlik verildi. Bu, bizim fikrimizə ziddir; biz hesab edirik ki, salehliyi əldə etmək üçün Allahın mövcudluğunda inanmaq, xeyirxah və dini işlər (oruc, dua…) etmək kifayətdir. İbrahim bu yol ilə getmirdi. O, sadəcə, vədə inanmağı seçdi.
Oğul barədə Allahın vədinə inanmaq sadə görünsə də, əslində, asan deyildi. İbrahim (s) belə düşünərək vədə etinasızlıq göstərə bilərdi: əgər Allah ona oğul vermək istəsəydi və oğulu ona verə bilsəydi, bunu çoxdan etmiş olardı. Çünki İbrahim və onun arvadı Sara artıq yaşlı idilər, övlad dünyaya gətirən yaşı keçmişdi. İbrahimin birinci nümunəsində onun 75 yaşı var idi; bu yaşda o, öz doğma torpağından çıxıb Kənana yollandı. Həmin vaxt Allah ona «böyük milləti» vəd etmişdi. Bundan sonra çox il keçdi. İbrahim və onun arvadı Sara çox qocalmış və artıq uzun zaman idi ki, övlad gözləyirdilər. Lakin onların hələ də bir övladı belə, yox idi. Bu halda böyük millətdən heç söz ola bilməz. İbrahim (s) fikirləşə bilərdi: «Hər şeyə qadir Allah niyə bizə oğul vermədi?» Başqa sözlə, vəd barədə suallarına cavab tapmasa da, İbrahim (s) oğulun veriləcəyi barədə vədə yenə də, inanırdı. Övlad dünyaya gətirmək yaşları ötsə də, İbrahim (s) Allahın möcüzə edəcəyinə inanırdı.
İbrahim (s) iman etdiyinə görə, gözləyərək, müvafiq hərəkət də edirdi. O, vəd olunmuş Kənan torpağında çadırlarda yaşayaraq Allahın vəd etdiyi oğulu gözləyirdi. O, vədi unudub geri, Mesopotamiya (müasir İraq) sivilizasiyasına, qohumlarının yanına qayıda bilərdi. Lakin İbrahim (s) vədə inanaraq və hər gün çətin şəraitdə yaşayaraq, bir çox il ərzində oğulu gözləyirdi. İbrahim (s) vədə o qədər əmin idi ki, həyatın adi məqsədləri – onun rahatlığı və rifahı daha onun üçün əhəmiyyət kəsb etmirdi. Əslində, vədin icrasını gözləmək – həyatın gündəlik məqsədləri üçün ölmək deməkdir. İbrahim (s) vədə iman edərək Allaha öz etibarını və sevgisini göstərdi.
Beləliklə, vədə «iman etmək», ağılla hərəkət etmədi. İbrahim öz həyatı, şöhrəti, təhlükəsizliyi, hərəkətləri barədə düşünmədən bu vədə ümid edirdi. İman etdiyinə görə o, müvafiq hərəkət edir və itaətkarlıqla gözləyirdi.
İbrahimin (s) nümunəsindən Allahın oğul vədinə inandığını və oğulu imanla aldığını görürük. Həmçinin ona Allahdan salehlik də verildi. İbrahim tamamilə özünü bu vədə tabe etdi. O, iman etməyib doğma torpağına (müasir İraqa) geri qayıda bilərdi. Allaha inanaraq, dua edərək, orucda və xeyirxah işlərdə davam edərək vədə məhəl qoymaya da bilərdi. Bu halda o, dindar olacaqdı, ancaq Allahdan ona «salehlik» verilməyəcəkdi. Quran Adəmin övladları olan bizim hamımıza deyir: «Təqva (salehlik) libası daha xeyirlidir». Bu, İbrahimin getdiyi Yol idi.
Biz çox şey öyrəndik. Cənnət üçün tələb olunan salehlik qazanılmır, Allah tərəfindən verilir. Salehlik bizə Allahın Vədinə iman edəndə verilir. Bəs, salehliyin verilməsi necə mümkün olur? İbrahimin üçüncü nümunəsinə nəzər salaq.