Quranın ən sonuncu Surəsi – Nas Surəsi (114 – Nas) yazır:
De: “Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına
Surə Nas 114:1-2
Allah ali Hökmdar və bəşəriyyətin Padşahıdır. O, Padşahdırsa, onda Padşahlıq da olmalıdır. Allahın Padşahlığı nəyə bənzəyir? Kəvsər Surəsi (Surə 108 – Kəvsər) bu suala cavab verir.
Həqiqətən, Biz Kəvsəri sənə bağışladıq
Surə Kəvsər 108:
Padşah bolluğu verirsə, Onun Padşahlığında bolluq var. Bəs bu, necə bolluqdur? Bu, Zəbur Kitabını yazan peyğəmbərlərə açıqlanmışdır.
Yeşaya (s) peyğəmbər Bakirənin oğlunun gəlişi barədə peyğəmbərlik edirdi. Bu peyğəmbərlik yüz illərlə sonra, İsa Məsihin (s) doğulmasında yerinə yetdi. Lakin Müqəddəs Kitabın digər peyğəmbərlikləri var ki, bunlar Məsihin gəlişinin vaxtını, yerini və xeyir-duasını əvvəlcədən xəbər veriblər.
İsraillilərin tarixində peyğəmbər və padşah olan Davud (s) Yerusəlim şəhərindən hökm edən padşahların sırasında birincisi olub. Lakin buna baxmayaraq, Davud və Süleymandan (s) sonrakı padşahlar şər işlərlə məşğul olublar. Beləliklə, onların padşahlığındakı həyat bu gün bir çox diktatorun hakimiyyəti altında yaşamağa bənzəyir. Həmin vaxt adamlar və millətlər arasında müharibələr olub. Bunları biz bu gün də müşahidə edirik. O vaxt rüşvətxorluq olub, zəngin kasıbı istismar edib. Bu gün də biz bunları görürük. O vaxt ölüm və bədbəxtçilik olub – həmin şey bu gün də var. Lakin Müqəddəs Kitabda peyğəmbərlər gələcəkdə qurulan Padşahlıq barədə yazıblar. Bu, ədalətli, mərhəmətli, məhəbbət və sülh ilə dolu bir Padşahlıq olacaq. Yeşaya (s) peyğəmbər bu Padşahlıqdakı həyatı təsvir edir.
“Millətlər arasında Rəbb hakim olacaq, Çox xalqlar haqqında qərar çıxaracaq. Onlar qılınclarından kotan, Nizələrindən isə dəryaz düzəldəcək. Millət millətə qarşı qılınc qaldırmayacaq, rtıq dava etməyi öyrənməyəcək”
Yeşaya 2:4
Daha müharibə olmayacaq! Bugünkü dünyada sülhə əminlik yoxdur. Lakin adamlar arasındakı sülhdən başqa, peyğəmbər təbiətdə də baş verəcək dəyişiklikdən yazıb.
“O gün qurdla quzu bir yerdə yaşayacaq, Bəbirlə çəpiş birgə yatacaq, Dana, gənc aslan və bəslənmiş mal-qara Yan-yana duracaq, Onları balaca uşaq gəzdirəcək. İnəklə ayı bir yerdə otlayacaq, Onların balaları bir yerdə yatacaq, Şir də buğa tək saman yeyəcək. Südəmər körpə əfi ilanın Yuvası üstündə oynayacaq, Süddən kəsilmiş uşaq Əlini gürzənin yuvasına salacaq. Müqəddəs dağımın heç bir yerində Heç kimə zərər dəyməyəcək, Heç bir kəs o birisini məhv etməyəcək. ünki sular dənizi bürüdüyü kimi Dünya Rəbbin biliyi ilə dolacaq”
Yeşaya 11:6-9
Hələ ki, bu, baş verməmişdir. Peyğəmbərliklər uzun ömür və təhlükəsizlik barədə də yazır:
“Uşaqlar artıq körpə çağlarında ölməyəcək, Uzun ömür sürməyən qoca olmayacaq, Yüz yaşında ölənlər cavan sayılacaq, Yüz yaşına çatmayanlar lənətli sayılacaq. Onlar evlər tikib orada məskunlaşacaq, Üzüm bağları salacaq, bəhrələrindən yeyəcək. ikdikləri evdə özgələr yaşamayacaq, Əkdikləri bağın meyvələrini başqaları yeməyəcək. Çünki xalqım ağaclar tək uzun ömür sürəcək, Seçilmişlərim əllərinin işlərindən zövq alacaq. Onlar boş yerə əlləşməyəcək, Övladları bəlalarla üzləşməyəcək. ünki özləri də, övladları da, Rəbbin xeyir-dualı nəsli olacaq. Onlar Məni çağırmamışdan Mən onlara cavab verəcəyəm, Onlar hələ danışarkən Mən eşidəcəyəm. Qurdla quzu bir yerdə otlayacaq, Şir buğa tək saman yeyəcək, İlanın yediyi torpaq olacaq. Müqəddəs dağımın heç bir yerində Heç kimə zərər dəyməyəcək, Heç bir kəs o birisini məhv etməyəcək». Rəbb belə deyir”
Yeşaya 65:20-25
Təhlükəsizlik, sülh, duaların dərhal cavabı… Bu peyğəmbərliklərin heç biri hələ ki, yerinə yetməyib. Bu peyğəmbərliklər söylənilib və yazıya alınıb. Bir çoxları düşünür ki, bu ümidverici peyğəmbərliklərdə səhv var. Lakin Bakirənin oğul doğması əlaməti hərfi mənada icra olunduğuna görə biz bu peyğəmbərliklərə də ciddi yanaşmalı və onların icra olunmasını gözləməliyik.
Allahın Padşahlığı
Bir qədər düşünsək bunların nə üçün hələ icra olunmadıqlarını anlaya bilərik. Bu peyğəmbərliklər Allahın Padşahlığına aiddir. Allahın Padşahlığında Allah insanların həyatlarında və əməllərində hökm edir. Allahın Padşahlığına aid daha bir peyğəmbərliyi oxuyun:
“Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək, Möminlərin Sənə alqış edəcək. Padşahlığının əzəmətindən deyəcəklər, Qüdrətindən danışacaqlar. Padşahlığının izzətini, əzəmətini bilsin. ənin padşahlığın əbədi padşahlıqdır, Səltənətin nəsildən-nəslə qədər uzanır. Rəbb yıxılanların hamısına dayaqdır,
Zəbur 145: 10-14
Padşah və peyğəmbər Davud (s) bu sözləri təxminən 1000 b.e.ə. yazmışdı (Davud və Müqəddəs Kitabın digər peyğəmbərlərin yaşadığı illəri görmək üçün buraya baxın). Bu peyğəmbərlik Allahın Padşahlığının gələcəyi gün barədə danışır. Bu Padşahlıqda izzət və cah-calal olacaq. Bu Padşahlıq insanların padşahlıqları kimi müvəqqəti olmayacaq. Bu, əbədi Padşahlıq olacaq. Bu Padşahlıq hələ gəlməyib və buna görə də biz sülhə aid peyğəmbərliklərin icra olunduğunu görmürük. Həqiqi sülh Allahın Padşahlığı ilə gəlir.
Müqəddəs Kitabdakı digər peyğəmbər – Daniel (s) təxminən 550 b.e.ə. Babildə yaşayıb. O, İsraillilərin sürgünü zamanı yaşayıb. Daniel həmin Padşahlığın qurulacağı barədə yazır.
Daniel (s) və digər peyğəmbərlər zaman xəttində
Allahın Babil padşahına Padşahlıqların tarixinə aid verdiyi yuxunu Daniel (s) peyğəmbər yozmuşdu. Daniel bunu belə etmişdi:
“Yuxu budur. İndi isə padşahın önündə onu yozaq. Ey padşah, sən şahənşahsan. Göylərin Allahı padşahlığı, qüvvəti, qüdrəti və izzəti sənə verib. O hər yerdə yaşayan bəşər övladlarını, çöl heyvanlarını və göy quşlarını ixtiyarına verməklə səni onlara hökmdar edib. Qızıldan olan baş sənsən! Sonra səndən aşağı səviyyədə olan başqa padşahlıq yaranacaq. Ondan sonra isə tuncdan olan, bütün dünyaya hökmranlıq edən üçüncü bir padşahlıq olacaq. Dördüncü padşahlıq isə dəmir kimi möhkəm olacaq, çünki dəmir hər şeyi qırıb-dağıtdığı kimi o da başqalarını hər şeyi əzən dəmir tək qırıb-əzəcək. Ayaqların və barmaqların bir hissəsinin dulusçu gilindən, bir hissəsinin isə dəmirdən olduğunu görməyinin mənası budur ki, o bölünmüş padşahlıq olacaq. Onda bir qədər dəmir möhkəmliyi qalacaq, necə ki sən dəmiri dulusçu gili ilə qarışıq görmüsən. Ayaq barmaqlarının bir hissəsi dəmirdən, bir hissəsi gildən olduğu kimi bu padşahlığın da bir hissəsi möhkəm, bir hissəsi kövrək olacaq. Dəmiri dulusçu gili ilə qarışıq gördüyünün mənası budur ki, onlar müxtəlif insan nəsilləri vasitəsilə bir-birləri ilə qarışacaq, ancaq dəmir gillə birləşmədiyi kimi onlar da bir-birləri ilə birləşməyəcək. O padşahların dövründə göylərin Allahı heç vaxt dağılmayan bir padşahlıq quracaq və bu padşahlıq başqa xalqın əlinə keçməyəcək. O bütün əvvəlki padşahlıqları əzib-dağıdacaq, özü isə əbədi qalacaq. Sən gördün ki, dağdan bir daş əl dəymədən qoparıldı, dəmiri, tuncu, gili, gümüşü və qızılı parça-parça etdi. Beləcə böyük Allah bundan sonra nə olacağını padşaha bildirib. Bu yuxu doğrudur və onun yozumu da etibarlıdır”
Daniel 2:36-45
Bu Padşahlığın başlanğıcı kiçikdir (‘dağdan bir daş əl dəymədən qoparıldı’), lakin tədricən böyüyərək əbədi Padşahlıq olacaq. Bu, yuxarıda qeyd etdiyimiz Davudun (s) peyğəmbərliyinə oxşayır. Beləliklə, Allah Öz Padşahlığını nə üçün belə ləng qurur? Nə üçün buna bu qədər vaxt lazımdır? Nə üçün bu Padşahlıq hələ gəlməyib? Siz bu barədə düşünəndə xatırlayın ki, bütün padşahlıqlar növbəti hissələrdən ibarətdir:
- Padşah və ya hakim
- Vətəndaşlar
- Qanun
- Torpaq
Məsələn, mən Kanadada yaşayıram və bura bir padşahlığa bənzəyir. Kanadanın başçısı var –seçilmiş Baş Nazir Castin Trudeau. Kanadanın vətəndaşları var – mən onlardan biriyəm. Kanadada qanun var və bu qanun vətəndaşların hüquq və öhdəliklərini müəyyən edir. Kanadanın torpağı var, yəni yer üzündə müəyyən bir yerdədir; onun ölçüsü, iqlimi, təbii sərvətləri və s. var. Keçmişdə və indiki zamanda mövcud olan bütün ölkə və padşahlıqlar bu dörd hissədən ibarətdir.
Siz və mən Allahın Padşahlığına dəvət olunuruq
Bu, Allahın Padşahlığına da aiddir. Yuxarıda oxuduğumuz peyğəmbərliklərdən artıq gördük ki, bu Padşahlığın xüsusi yeri olacaq (izzətli və əbədi), onun Qanunu olacaq (sülh, ədalət, uyğunluq və s.). Daha iki hissə Allahın Padşahlığının mövcudluğunu mümkün edir: onun Padşahı və onun vətəndaşları. Padşaha biz növbəti məqalədə nəzər salacağıq. Hələlik isə özünüzə sual verin: bu Padşahlığın vətəndaşı olmaq istəyirsinizmi? Yeşaya (s) peyğəmbər bütün adamları bu Padşahlığın vətəndaşı olmağa dəvət edir.
“Ey bütün susamışlar, gəlin su başına! Ey pulu olmayanlar, gəlin, alın, yeyin! Gəlin, şərabı və südü pulsuz, havayı alın! Nə üçün pulunuzu çörək olmayan şeylərə, Qazandığınızı sizi doydurmayan şeylərə xərcləyirsiniz? Məni diqqətlə dinləyin ki, Yaxşı şeylər yeyəsiniz, nemətlərdən dadasınız. Qulaq asın, Mənim yanıma gəlin, Dinləyin ki, sağ qalasınız. Mən sizinlə əbədi əhd, Davuda vəd etdiyim sadiq məhəbbət əhdi kəsəcəyəm. Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Onu çağırın”
Yeşaya 55:1-3,6
Allah bu Padşahlıq üçün susayan bütün adamları ona dəvət edir. Padşah Davuda (s) verilən məhəbbət bu vətəndaşlara da veriləcək. Siz dəvət olunursunuzsa, deməli, hələ gəlməmisiniz. Əslində, Allah bizi dəvət edir. Yəni Allah bizi Öz Padşahlığının vətəndaşları olmağa və sülhün idarəsi altında yaşamağa dəvət edir. Beləliklə, hal-hazırda bizim bu Padşahlığa dair bir çox sualımız var: necə, nə vaxt… Biz bunlara Müqəddəs Kitaba aid sonrakı məqalələrdə nəzər salacağıq. Lakin bir suala siz indi cavab verə bilərsiniz: «Mən bu Padşahlıqda olmaq istəyirəmmi?»