Adamlar Müqəddəs Kitabı adətən orijinal yazıldığı (İbrani və Yunan) dillərində oxumurlar. Səbəb bu dillərdə kitabın tapılmadığı deyil. Bu dillərdə Kitab var. Alimlər Yunan və İbrani dillərini universitetlərdə öyrənirlər ki, Müqəddəs Kitabı orijinal dildə oxuya bilsinlər. (Tövratı orijinal İbrani dilində burada görə bilərsiniz); İncili orijinal Yunan dilində burada görə bilərsiniz). Müqəddəs Kitabın peşəkar müəllimləri çox vaxt Müqəddəs Kitabı orijinal dildə tədqiq edirlər. Lakin adi imalılar adətən Müqəddəs Kitabı orijinal dillərdə oxuyub tədqiq etmirlər. Onlar Müqəddəs Kitabın öz dillərinə tərcüməsini oxuyurlar. Məhz buna görə Müqəddəs Kitab orijinal dildə çox yayılmayıb. Bu səbəblə, bəziləri “orijinal mətn itirilib”, yaxud “tərcümədə mətn dəyişdirilib” deyə düşünürlər. Bu nəticəyə gəlməzdən əvvəl yaxşı olar ki, Müqəddəs Kitabın tərcümə prosesini anlayaq. Məqaləmiz məhz bu mövzuya həsr edilib.
Tərcümə və transliterasiya
Ümumiyyətlə, biz tərcümənin əsaslarını başa düşməliyik. Tərcüməçilər bəzən adları tərcümə edəndə məna deyil, səslənməyə fikir verirlər. Bu, transliterasiya adlanır. Növbəti diaqram tərcümə ilə transliterasiya arasındakı fərqi göstərir. “Allah” sözünü Ərəb dilindən bizim dilə iki yol ilə tərcümə etmək olar. Sözün mənasını tərcümə edə bilərsiniz (“God”), yaxud transliterasiyadan istifadə edərək (“Allah”) yaza bilərsiniz.
Son zamanlar ingilis və ərəb dilləri arasında mübadilə artdığına görə ingilis dilində danışanlar ərəbcə “Allah” sözünün mənasını başa düşürlər. Adları və əsas sözləri həm tərcümə, həm də transliterasiya etmək düzgündür. Seçimi müəyyən etmək üçün bu sözün tərcümə olunan dildə nə qədər qəbul olunduğunu və başa düşüldüyünü nəzərə almaq lazımdır.
Septuaginta
Müqəddəs Kitabın ilk tərcüməsi b.e.ə.250-ci ildə olub; Əhdi-Ətiq (Tövrat və Zəbur) İbrani dilindən Yunan dilinə tərcümə olunmuşdur. Bu tərcümə Septuaginta (və ya LXX) adlandırılır, çox böyük səlahiyyətə malik olan mətn hesab olunur. Əhdi-Cədid Yunan dilində yazıldığı üçün Əhdi-Ətiqin bir çox ayələri Yunan Septuagintadan götürülmüşdür.
Septuagintanın tərcümə və transliterasiyası
Növbəti diaqram bunun Müqəddəs Kitabın müasir tərcümələrinə təsirini göstərir. Tərcümə mərhələləri kvadratlarda göstərilir.
Orijinal İbrani Əhdi-Ətiq (Tövrat və Zəbur) 1№-li kvadratda qeyd olunur; o, Masoretic mətn və Ölü Dəniz Əlyazmalarında mövcuddur. Septuaginta İbrani –> Yunan dilinə tərcümə olduğuna görə ox İşarəsi ilə qeyd olunur və 1№-li kvadratdan 2№-li kvadrata keçidi göstərir. Əhdi-Cədid Yunan dilində yazılmışdır, yəni 2№-li kvadratda həm Əhdi-Ətiq, həm də Əhdi-Cədid var. Aşağıdakı 3№-li kvadratda Müqəddəs Kitabın müasir dilə tərcüməsidir. Buraya çatmaq üçün Əhdi-Ətiq orijinal İbrani dilindən (1 -> 3) Əhdi-Cədid isə Yunan dilindən (2 -> 3) tərcümə olundu. Tərcüməçilər adların transliterasiya və ya tərcümə olunması barədə qərar qəbul etməlidirlər. Bu barədə daha əvvəl izah edilir. Bu, yaşıl ox İşarələri ilə göstərilərək transliterasiya və tərcümə sözləri üzərində yazılıb. Yəni tərcüməçilər iki variantdan birini seçməlidirlər.
Septuaginta Müqəddəs Kitabın dəyişdirilməsinə dair suala cavab verir
Septuaginta İbrani dilindən təxminən b.e.ə. 250-ci ildə tərcümə olunduğuna görə biz (Yunan dilindən İbrani dilinə geri tərcümə etsək) İbrani əlyazmalardakı mətnin dediklərini biləcəyik. Bu mətnlər demək olar ki, eynidir. Bu göstərir ki, Əhdi-Ətiq mətni ən azı, b.e.ə. 250-ci ildən sonra dəyişməyib. Septuaginta Yaxın Şərqdə və Aralıq Dənizi ətrafında olan ölkələrdə yüzlərlə il dövrü ərzində yəhudilər, xristianlar və hətta bütpərəstlər tərəfindən oxunurdu. Hətta bu gün bir çox Yaxın Şərqdə yaşayan bir çoxları bundan istifadə edirlər. Bir nəfər (xristian, yəhudi və ya başqa bir kəs) Əhdi-Ətiqi dəyişib korlasaydı onda Septuaginta İbrani mətnindən fərqlənərdi. Lakin bunlar əsasən eynidir.
Eləcə də, məsələn, Misirin İsgəndəriyyə şəhərində yaşayan bir kəs Septuagintanı dəyişsəydi, onda İsgəndəriyyədəki Septuaginta əlyazmaları bütün Yaxın Şərqdə və Aralıq Dənizi ətrafında olan ölkələrdəki əlyazmalardan fərqlənərdi. Lakin bunlar eynidir. Beləliklə, əlimizdəki dəlillər yekdilliklə Əhdi-Ətiqin dəyişdirilmədiyini bizə söyləyir.
Septuagintanın tərcümələrdə vəzifəsi
Septuaginta həmçinin müasir tərcümələrdə istifadə olunur. Tərcümə üzrə mütəxəssislər bu gün də Əhdi-Ətiqin çətin hissələrini tərcümə etmək üçün Septuagintadan istifadə edirlər. Əhdi-Ətiqin Yunan dilinə tərcüməsi çox aydındır; tərcüməçilər İbrani mətninin çətin olduğu bəzi hissələri Septuagintada oxuyanda tərcüməçilərin 2250 il əvvəl yazılmış anlaşılmayan hissələri anladıqlarına heyran qalırlar.
Tərcümə/transliterasiya prinsiplərini anlayanda Septuaginta bizə “Məsih” termininin haradan gəlməsini göstərir, çünki “Məsih” – İsaya aiddir (s). İncili başa düşmək istəyiriksə, biz bunu qəbul etməliyik. Növbəti məqalədə buna nəzər salacağıq.