Quran İsanı (s) ‘Məsih’ adlandırır. Məsih nə deməkdir? Bu ad haradan gəlir? Nə üçün xristianlar İsaya “Məsih” deyirlər? ‘Məsih’ və ‘Xristos’ eynidirmi? Burada bir ziddiyyət və ya dəyişdirilmə varmı? Zəbur bu vacib suallara cavab verir. Lakin bu məqaləni başa düşmək üçün siz əvvəlcə ‘Müqəddəs Kitab necə tərcümə olunub?’ adlı məqaləni oxumalısınız, çünki biz indi orada verilən məlumata istinad edəcəyik.
‘Xristos’ adı haradan yaranıb
‘Müqəddəs Kitab necə tərcümə olunub?’ adlı məqalədə tərcümə prosesi izah edilir. Növbəti diaqramda mən bu mövzuda danışmaqda davam edirəm, lakin Əhdi-Cədid və ya İncildə istifadə olunan ‘Xristos’ adına nəzər salacağam.
Gördüyünüz kimi, orijinal İbrani dilində yazılmış Zəbur (1№-li kvadratda) termin ‘maşiyah’ olub; İbrani lüğətində sözün mənası belədir: ‘məsh olunmuş və ya həsr olunmuş şəxs’. Zəburun müəyyən hissələri xüsusi maşiyah (müəyyən artikl istifadə olunur) barədə yazır; onun gəlişi barədə əvvəlcədən peyğəmbər tərəfindən xəbər verilmişdir. Septuaginta b.e.ə.250-ci ildə hazır olanda (‘Müqəddəs Kitab necə tərcümə olunub? adlı məqaləyə baxın) alimlər Yunan dilində İbrani maşiyah üçün eyni mənalı Χριστός = Xristosos – sözündən istifadə etdilər; sözün kökü “chrio”-dur, yəni “mərasim zamanı yağla sürtmək”. Buna görə də, bu xüsusi şəxsə işarə edən İbrani ‘maşiyah’ sözü Yunan dilində olan Septuagintaya Xristosos kimi mənaca tərcümə olundu (səslənməsinə görə transliterasiya olunmadı). Bu, 2№-li kvadratdadır. İsanın şagirdləri (s) başa düşdülər ki, İsa Septuagintada söhbəti gedən həmin şəxsdir, buna görə də onlar İncildə (və ya Əhdi-Cədiddə) Xristosos terminindən istifadə edərək davam etdilər (2№-li kvadratda baxın).
Lakin müasir dillərdə ‘Xristosos’ adı Yunan dilindən İngilis dilinə (və digər müasir dillərə) ‘Xristos’ kimi transliterasiya olundu. Bu, diaqramın 3№-li kvadratındadır. İngilis dilində ‘Xristos’ Zəbur kitabından gələn çox xüsusi addır, İbrani dilindən Yunan dilinə tərcümə zamanı gəlib; daha sonra isə Yunan dilindən İngilis dilinə transliterasiya olunub. İbrani dilində olan Zəbur müasir dillərə tərcümə olunur və tərcüməçilər orijinal İbrani ‘maşiyah’ sözünün tərcüməsində müxtəlif sözlərdən istifadə edirlər. Bəziləri səslənməsinə görə İbrani ‘maşiyah’ adını transliterasiya edirlər. Digərləri isə Zəburda olan bu sözün mənasını tərcümə edərək “Məsh Olunmuş Şəxs‘ yazırlar. Hər iki halda Zəbur Kitabının tərcüməsində ‘Xristos’ sözü istifadə olunmur. Lakin bu təhlildən aydın olur ki, Müqəddəs Kitabda:
‘Xristos’=’Messiah’=’Məsh Olunmuş Şəxs’
Bu, xüsusi vəzifənin adı olub.
Beləliklə, Qurana ‘Məsih’ haradan gəlib?
Biz gördük ki, Müqəddəs Kitabın müxtəlif hissələrində rast gəldiyimiz ‘Xristos’=’Messiah’=’Məsh Olunmuş Şəxs’ eyni addır. Bəs bu ad Quranda necə yazılır? Bu suala cavab vermək üçün mən Maşiyah->Xristos adının gəlməsini izah edən yuxarıdakı diaqramı daha da genişləndirəcəyəm.
Növbəti diaqram Ərəb Quranı da daxil edir. Quran Müqəddəs Kitabın İbrani və Yunan tərcümələrindən daha sonra yazılmışdır. Gördüyünüz kimi, 1№-li kvadratı iki hissəyə bölmüşəm. 1a hissəsi dəyişməz olaraq qalır və İbrani Zəbur Kitabında orijinal ‘maşiyah’ sözünü əks etdirir. 1b isə bu terminin Ərəb dilinə gəlməsini izah edir. Burada görə bilərsiniz ki, ‘maşiyah’ termini Qurana səslənməsinə görə transliterasiya olunmuşdur (مسيح). Daha sonra Quranın Ərəb dilli oxucuları İngilis dilinə həmin sözü yenə transliterasiya edərək ‘Məsih’ yazdılar.
Bu biliyi nəzərə alaraq görə bilərik ki, bunların hamısı eyni addır və hamısının mənası eynidir, məsələn: “4= ‘dörd’ = ‘quatre’ (fransızca) = IV (Roma rəqəmi) = 6-2 = 2+2.
Məsihin gəlişini birinci əsrdə gözləyirdilər
Bunu nəzərə alaraq, gəlin Müjdəyə (İncilə) müraciət edək. İsanın (s) doğulması haqqında hekayədə Padşah Hirodun davranışına fikir verin. Şərqdən münəccimlər yəhudilərin padşahını axtararaq onun yanına gəlirlər. Fikir verin ki, burada Məsih adı İsaya (s) aid edilmir.
“Padşah Hirod bunu eşitdikdə özü və bütün Yerusəlim xalqı təlaşa düşdü. Hirod xalqın bütün başçı kahinlərini və ilahiyyatçılarını toplayaraq onlardan Məsihin harada doğulduğunu soruşdu”
Matta 2:3-4
Gördüyünüz kimi, ‘Məsih’ adı həm Hirod, həm də onun dindar məsləhətçilərinə çox tanış idi. Hətta İsa (s) dünyaya gəlməmişdən əvvəl belə, adamlar Məsih barədə eşitmişdilər və bu mətndə Məsih adı heç İsaya da aid edilmir. Səbəb budur: ‘Məsih’ – yüzlərlə il əvvəl padşah və peyğəmbər Davud (s) tərəfindən yazılmış Zəbur Kitabından gəlir. Zəburu 1-ci əsrdə yaşayan Hirod kimi yəhudilər Yunan Septuaginta tərcüməsində çox oxuyurdular. ‘Məsih’ – adam adı deyil, vəzifədir. Beləliklə, biz Da Vinçi Kodu kimi filmlərin məşhur etdiyi gülüş doğuran anlayışı kənara ata bilərik: guya ‘Xristos’ xristianların və ya b.e.300-cü ildə yaşamış Roma İmperatoru Konstantinin icadıdır. İlk xristianlardan və ya Konstantindən yüzlərlə il əvvəl Məsih (və ya Xristos) vəzifəsi artıq məşhur idi.
Zəburda ‘Məsih’
Gəlin b.e.ə.1000 il əvvəl yaşamış Davud (s) peyğəmbərin Zəburundakı Məsih barədə peyğəmbərliklərə nəzər salaq. Bu, İsanın (s) doğulmasından çox-çox əvvəl idi.
Dünya şahları yığışır, hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir. Deyirlər: «Gəlin onların buxovlarını qoparaq, üstümüzdəki zəncirlərini ataq». Göylərin sakini gülür, Xudavənd onlara istehza edir. Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək, qəzəbi ilə onları dəhşətə gətirəcək. O deyir: «Mən padşahımı müqəddəs dağım Sionda əyləşdirmişəm»
Zəbur 2:2-4
Əhdi-Ətiqin Yunan dilinə tərcüməsi olan Septuagintada Zəburun 2-ci Məzmuru belədir. Mən transliterasiya olunmuş Xristosos adını sizin diqqətinizə çatdırmaq üçün qeyd edirəm.
Dünya şahları yığışır, hökmdarlar Rəbbə və Onun Xristosuna qarşı birləşir. Deyirlər: «Gəlin onların buxovlarını qoparaq, üstümüzdəki zəncirlərini ataq». Göylərin sakini gülür, Xudavənd onlara istehza edir. Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək, qəzəbi ilə onları dəhşətə gətirəcək. O deyir: «Mən padşahımı müqəddəs dağım Sionda əyləşdirmişəm»
Zəbur 2
Birinci əsrdə yaşamış oxucu bu ayələri belə oxuyurdu. Növbəti transliterasiyanın mənası eynidir:
Dünya şahları yığışır, hökmdarlar Rəbbə və Onun Məsihinə qarşı birləşir. Deyirlər: «Gəlin onların buxovlarını qoparaq, üstümüzdəki zəncirlərini ataq». Göylərin sakini gülür, Xudavənd onlara istehza edir. Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək, qəzəbi ilə onları dəhşətə gətirəcək. O deyir: «Mən padşahımı müqəddəs dağım Sionda əyləşdirmişəm»
Zaburun 2-ci məzmuru
Gələcək Məsih barədə Zəbur daha sonra hələ çox yazır. Mən eyni ayələri yan-yana qoyuram ki, transliterasiya olunmuş ‘Xristos’ və ‘Məsih’ adlarını görə biləsiniz.
Zəbur 132- İbrani dilində | Zəbur 132 –Septuaginta | Zəbur 132 Ərəb transliterasiyası |
Ya Rəbb, … Qulun Davudun xatirinə Məsh etdiyindən üz döndərmə. 11 Rəbb Davuda sədaqətlə and içdi, bu andından dönməz: «Belindən gələn oğullarından birini səndən sonra taxtında oturdacağam. 12 Əgər övladların əhdimə, onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə, onların oğulları da sonsuza qədər sənin taxtında oturacaq». 13 Çünki Rəbb Sionu seçdi, orada Öz məskənini salmaq istədi. 14 Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir, istəyirəm ki, burada məskən salım. 15 Bu yerə bol ruzi-bərəkət verəcəyəm, buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm. 16 Kahinlərini zəfərə bürüyəcəyəm, möminləri sevinclə mədh oxuyacaq. 17 Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm, Məsh etdiyim üçün bir çıraq hazır etmişəm. | Ya Rəbb, … Qulun Davudun xatirinə Xristosdan üz döndərmə. 11 Rəbb Davuda sədaqətlə and içdi, bu andından dönməz: «Belindən gələn oğullarından birini səndən sonra taxtında oturdacağam. 12 Əgər övladların əhdimə, onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə, onların oğulları da sonsuza qədər sənin taxtında oturacaq». 13 Çünki Rəbb Sionu seçdi, orada Öz məskənini salmaq istədi. 14 Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir, istəyirəm ki, burada məskən salım. 15 Bu yerə bol ruzi-bərəkət verəcəyəm, buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm. 16 Kahinlərini zəfərə bürüyəcəyəm, möminləri sevinclə mədh oxuyacaq. 17 Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm, Xristosum üçün bir çıraq hazır etmişəm. | Ya Rəbb, … Qulun Davudun xatirinə Məshihindən üz döndərmə. 11 Rəbb Davuda sədaqətlə and içdi, bu andından dönməz: «Belindən gələn oğullarından birini səndən sonra taxtında oturdacağam. 12 Əgər övladların əhdimə, onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə, onların oğulları da sonsuza qədər sənin taxtında oturacaq». 13 Çünki Rəbb Sionu seçdi, orada Öz məskənini salmaq istədi. 14 Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir, istəyirəm ki, burada məskən salım. 15 Bu yerə bol ruzi-bərəkət verəcəyəm, buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm. 16 Kahinlərini zəfərə bürüyəcəyəm, möminləri sevinclə mədh oxuyacaq. 17 Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm, Məshihim üçün bir çıraq hazır etmişəm. |
Gördüyünüz kimi, Zəbur 132 xüsusilə gələcək zaman barədə danışır (“…Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm…”). Tövrat və Zəburda belə ayələr çoxdur. Peyğəmbərliklərə nəzər salanda bunları unutmamaq gərəkdir. Aydındır ki, Zəbur gələcək barədə danışır və gələcəyə aid peyğəmbərlik sözünü deyir. Hirod Əhdi-Ətiq peyğəmbərlərinin gələcək Məsih barədə sözlərini bilirdi; məhz buna görə o, bu xəbərə hazır idi. Sadəcə, Hirodun məsləhətçiləri bu peyğəmbərliklərin təfsilatlarını ona söylədilər, çünki Hirod özü Zəburu çox yaxşı bilmirdi. Yəhudilər öz Məsihlərini gözləyirlər. Yəhudilər Məsihi İncildə yazılanlara görə deyil, Zəburdakı peyğəmbərliklərə əsaslanaraq gözləyirlər.
Tövrat və Zəburda olan peyğəmbərliklər: qıfıl və açara bənzəyirlər
Tövrat və Zəburun gələcəyə aid peyğəmbərlikləri qıfıla bənzəyir. Qıfıl elə düzəldilib ki, onu yalnız öz açarı aça bilər. Eləcə də, Əhdi-Ətiqin açarı var. Artıq gördüyümüz kimi, İbrahimin (s) böyük qurbanı, Musa (s) peyğəmbərin Pasxa qurbanı (bunları oxumamısınızsa, lütfən, oxuyun) və daha sonra oxuyacağınız Bakirənin Oğlunun əlaməti adlı məqalələrdə bu gələcək şəxsə aid xüsusi peyğəmbərliklər var. Zəbur 132 yazır ki, həmin Məsih padşah və peyğəmbər Davudun (s) nəslindən olacaq. Beləliklə, Əhdi-Ətiqdə peyğəmbərlik ayələrini oxuyanda açar daha aydın olur. Zəbur bu peyğəmbərliklərlə bitmir. Zəburun bir çox ayələri Məsihin təfsilatlarını verir, onun işlərini xırdalıqları ilə təsvir edir. Biz Zəburu oxumaqla davam edəcəyik.