İsraillilərin tarixi adlı məqalədə biz oxuyuruq ki, onlara Qanunun verilməsinə baxmayaraq, Müqəddəs Kitab yazır ki, onlar bütün tarixləri boyu bu Qanuna qarşı çox itaətsizlik və günah ediblər. Zəbur Kitabına giriş sözü adlı məqalədə mən qeyd edirəm ki, Davud və Süleyman (s) peyğəmbərlərdən sonra olan padşahlar onların nəslindən olsalar da, əksəriyyəti şər əməllərlə məşğul olub. Beləliklə, Allah onlara xəbərdarlıq etmək üçün Zəburun bir çox peyğəmbərlərini göndərdi.
Yeremya – xəbərdarlıq edən peyğəmbər
Zaman xəttində Zəburun peyğəmbərləri ilə bərabər Yeremya peyğəmbər də qeyd olunur.
Yeremya (s) peyğəmbər (zaman xəttinə nəzər salın) padşahların dövrünün sonuna yaxın yaşamışdır. O vaxt günah və şər çoxalmışdı. Onun sadaladığı günahlar bu gün də çoxdur: zina, sərxoşluq, cinsi əxlaqsızlıq, bütpərəstlik, cadugərlik, rüşvətxorluq, dalaşqanlıq, zorakılıq, yalan, zənginin kasıbı istismar etməsi və s. Lakin Yeremya öz kitabını adamların günahlarını yekunlaşdırmaqla başlayır. Yeremya bütün günahları iki əsas hissəyə bölür:
““Çünki xalqım iki pis əməl etdi: Məni – axar suların mənbəyini atıb özlərinə hovuzlar, su saxlamayan çatlı hovuzlar düzəltdilər”
Yeremya 2:13
Yeremya peyğəmbər günahı yaxşı izah etmək üçün metaforadan istifadə edir. Allah (peyğəmbər vasitəsilə) onların susayan adamlar olduğunu deyir. Susamaq pis şey deyil. Sadəcə, onlar yaxşı sudan içməli idilər. Allah Özü onların susuzluğunu yatıra bilən yaxşı Sudur. Lakin susuzluqlarını yatırmaq üçün Allahın yanına gəlmək əvəzinə İsraillilər hovuzların yanına getdilər, lakin bu hovuzlar çatlı olduqlarına görə susuz idilər. Başqa sözlə desək, onların müxtəlif formalarda olan günahını belə yekunlaşdırmaq olar: onlar öz susuzluqlarını doyurmaq üçün Allaha deyil, başqa şeylərə müraciət etdilər və bu şeylər onların susuzluğunu yatıra bilmədi. Günahda davam edən İsraillilər hələ də susuz vəziyyətdə idilər, lakin indi Allah onların yanında deyildi və onlarda olan yalnız çatlı hovuz idi. Bu, günahın səbəbi ilə yaranan problem və çətinliklərdir.
Süleyman bizim ‘çatlı hovuzlarımız’ barədə yazır
Əslində, Süleyman (s) da bunu yaşamışdı. Allahın mərhəmətinə itaət edərkən əldə etdiyim müdriklik adlı məqalədə izah etdiyim kimi, mənə ən böyük təsir göstərən məhz Süleymanın yazıları oldu. O, öz həyatını təsvir edirdi – insanın arzulaya bildiyi hər bir şey onda var idi, lakin Süleyman yenə də, susayırdı. Ətrafda saysız qədər çatlı hovuzlardan içmək cəhdini Süleyman belə təsvir edir.
Mən Vaiz Yerusəlimdə İsrailin padşahı idim. Ürəyimdə niyyət etdim ki, göylər altında edilən bütün işləri hikmətlə öyrənib araşdırım. Bu çətin işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib. Səma altında edilən bütün işlərə nəzər saldım və bildim ki, onların hamısı puçdur, külək dalınca qaçmağa bənzər.
Öz-özümə dedim: “Bax mən böyük adam olmuşam və məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından çox hikmət qazanmışam. Ağlımda çoxlu hikmət və bilik var” Sonra ürəyimdə niyyət etdim ki, hikmətin nə olduğunu, dəlilik və axmaqlığın nə olduğunu öyrənim. Amma bildim ki, bu da külək dalınca qaçmağa bənzər.
Mən ürəyimdə dedim: “Gəl indi də şadlıq etməyi sınaqdan keçir və kefə bax”. Amma gördüm ki, bu da puçdur. Gülmək haqqında “Dəlilikdir!”, şadlıq haqqında “Nə faydası var?” dedim.Hələ ağlım başımda olarkən cəhd etdim ki, necə özümü şərabla şənləndirib ağılsız olum. Beləcə görmək istəyirdim ki, göylər altında insanlar üçün bir neçə günlük ömürlərində kef açan nədir.
Mən böyük işlər gördüm: özümə evlər tikdim, üzüm bağları saldım, özümə bağçalar və bağlar düzəltdim, orada hər cür meyvə ağacı əkdim. Özümə su hovuzları düzəltdim ki, meşədə bitən ağacları suvarsın. Nökərlər və kənizlər aldım, evimdə doğulan qullarım var idi. Naxırlarım və sürülərim də məndən əvvəl Yerusəlimdə yaşayanların hamısınınkından çox idi. Özümə qızıl-gümüş, padşahların və vilayətlərin xəzinələrini yığdım. Özümə kişi və qadın müğənnilər gətirtdim, kişilərin xoşuna gələn ən gözəl qadınların sayını artırdım.
Özümdən gözlərimin istədiyi heç bir şeyi rədd etdim; Mən ürəyimdən heç bir məmnuniyyətlə imtina etdim. Ürəyim bütün işlərimdən ləzzət aldı və bu, bütün əməyimin mükafatı idi. Əllərimin nə olduğunu və nəyə nail olmaq üçün səy göstərdiyimi araşdırdıqda, hər şey mənasız idi, küləyin arxasınca qaçmaq; heç bir şey alınmadı.
Süleymanın müdrikliyi və Yeremyanın xəbərdarlığı bu gün yaşayan bizlər üçün yazılıb. Bunun xüsusi səbəbi həmçinin odur ki, əvvəlki nəsillərlə müqayisədə biz daha zəngin, daha əyləncəli, çoxlu filmlər, musiqi və s. olan dünyada yaşayırıq. İstənilən dövrlə müqayisədə müasir cəmiyyətimiz daha varlı, daha savadlı, çoxlu səyahət etmiş, daha çox əyləncə görmüş, daha çox xoş olanı güdən və daha inkişaf etmiş texnologiya dövründə yaşayır. Beləliklə, biz bu şeylərə çox asanlıqla müraciət edə bilirik. Həyatımıza asanlıqla daxil olan digər şeylər də var: pornoqrafiya, qadağan olunmuş münasibətlər, narkotiklər, spirtli içkilər, tamahkarlıq, pul, qəzəb, həsəd – bunların bizim susuzluğumuzu yatırmasına ümid edirik. Bütün peyğəmbərlərin yazdığı Qanundan bilirik ki, bunların hamısı səhvdir, lakin bunların ürəklərimizdəki susuzluğu yatıra biləcəyini düşünürük və ehtirasla bunların ardınca gedirik. Bu həm Süleymanın, həm Yeremyanın, həm digər peyğəmbərlərin, eləcə də, bizim dövrümüzdə belədir.
Yeremya və Süleyman vasitəsilə edilən xəbərdarlıq Allah tərəfindən göndərilmişdir ki, özümüzə bəzi düzgün suallar verək.
- Nə üçün belə zəngin olan bu müasir dünyada biz depressiya, intihar, piylənmə, boşanma, qısqanclıq, paxıllıq, nifrət, pornoqrafiya, narkotik var?
- Öz susuzluğunuzu yatırmaq üçün hansı hovuzlara müraciət edirsiniz? Bu hovuzlarda “su” varmı?
- Sizcə Süleyman qədər müdriklik, məhəbbət və səxavət əldə edə bilərsinizmi? Öz nailiyyətləri Süleymanı qane etmədi. Bu şeylər vasitəsilə siz özünüzü qane edə biləcəksinizmi?
Məsələ təkcə əmrləri yerinə yetirməkdə deyil, başqa şey də var. Diqqət yetirməli olduğumuz başqa şey də var. Bu, bizim susuzluğumuzun Əlamətidir. Nəyə qarşı susuz olduğumuzu müəyyən etsək artıq müdriklik əldə etmiş olarıq. Allah bu barədə Zəburda yazır, çünki bizim susuz olduğumuzdan tam xəbərdardır. Allah bizim də bundan xəbərdar olmağımızı istəyir. Bizdə olan susuzluğu yalnız Allah Özü yatıra bilər və O, bunu etmək istəyir. Allah bunu həmişə etdiyi kimi edir – O, peyğəmbərlik vədini verir və yenə peyğəmbərliyini Yeremya vasitəsilə edir. Buna növbəti məqalədə nəzər salacağıq.