Ənam Surəsi (Surə 6) bizə tövbə etməyi əmr edir:
“Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə (onlara) de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib (əməllərini) islah etsə, (Allah onu bağışlayar). Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”
Surə Ənam 6:54
Tövbə nədir? Hud Surəsində (Surə 11) bir neçə ayə bizə bunu deyir:
“(And to preach thus), ‘Seek ye to your Lord, and turn to Him in repentance; that He may grant you enjoyment, good (and true), for a term directed, and bestow His abounding grace upon all who abound in merit! But if you turn away, then I fear for you for a great day:
Surah Hud 11: 3
“Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin”
Surə Hud 11:52
Səmud qövmünə də qardaşları Salehi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. O, sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim Yaxındır, (çağırışa) cavab verəndir”
Surə Hud 11:61
Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim Rəhmlidir, Sevəndir (həm də Seviləndir)
Surə Hud 11:90
Tövbə – etiraf edərək Allaha tərəf dönməkdir. İncildə Yəhya (s) peyğəmbər tövbə barədə çox deyir (buraya baxın).
Biz gördük ki, Əhdi-Ətiq Malaki (s) peyğəmbərin sözləri ilə tamamlanır. O, yolu hazırlayan adamın gəlişi barədə yazır (Malaki 3:1). Daha sonra biz görürük ki, İncilin ilk sözləri Cəbrayıl mələyin Yəhya (s) və Məsihin (bakirədən) doğulması barədə söylədiklərindən ibarətdir.
İlyas peyğəmbərin ruhu və qüdrətində gələcək Yəhya peyğəmbər (s)
Daha sonra İncil (Müjdə) Yəhya (Vəftizçi Yəhya – s) barədə yazır:
“Körpə isə böyüyüb ruhən qüvvətlənirdi və İsrail xalqına görünən günədək çöldə qaldı”
Luka 1:80
Çöldə tənha yaşayan Yəhya barədə Müjdə yazır:
“Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi”
Matta 3:4
Yəhyanın (s) güclü ruhu onu kobud paltar geyinməyə istiqamətləndirdi. O, çöl yeməkləri ilə qidalanırdı. Lakin bu, təkcə onun ruhuna görə deyildi. Bu, həmçinin, əhəmiyyətli bir əlamət idi. Əhdi-Ətiqin sonunda biz gördük ki, həmin adam yolu hazırlamaq üçün ‘İlyasın ruhunda’ gələcək. İlyas Əhdi-Ətiqin əvvəlində yaşayan peyğəmbərlərdən biri olub; səhrada yaşayıb və qidalanıb, geyimi barədə isə belə deyilir:
“Tüklü bir adam idi, belinə dəri qurşaq bağlamışdı”
2 Padşahlar 1:8
Beləliklə, Yəhyanın (s) geyim və həyat tərzi onun yolu hazırlayan adam olduğuna işarə edirdi. O, İlyasın ruhunda gəlməli idi. Onun geyimi, həyat tərzi, çöl qidası Allahın sözünə uyğun gələn adam olduğunu göstərir.
İncilin tarixdəki yeri
Sonra İncil bizə deyir:
“Qeysər Tiberinin hakimiyyətinin on beşinci ili idi. O dövrdə Ponti Pilat Yəhudeyanın valisi idi. Hiroda Qalileyada, qardaşı Filip İtureya və Traxonitis bölgəsində, Lisaniya Abileniyada hökmranlıq edirdi. Xananla Qayafa baş kahin idi. O vaxt çöldə Zəkəriyyənin oğlu Yəhyaya Allahın kəlamı nazil oldu”
Luka 3:1-2
Bu sözlər Yəhyanın (s) xidmətinin başlanğıcını təsvir edir. Bu, çox vacibdir, çünki bu dövrdə mövcud olan məşhur hakimlərin adı çəkilir. Buna fikir verin. Bu bizə Müjdənin tarixi dəqiqliyini yoxlamağa imkan verir. Tədqiq etsəniz görəcəksiniz ki, Qeysər Tiberi, Ponti Pilat, Hirod, Filip, Lisaniya, Xananla Qayafa Roma və Yəhudi tarixçilərinin əsərlərindən çox məşhurdurlar. Hər bir hakimin vəzifəsi belə, tarixi baxımdan dəqiq qeyd olunur (məs. ‘vali’ Ponti Pilat, ‘hökmdar’ Hirod və s.). Bunun əsasında biz Müjdənin tarixi baxımdan etibarlı məlumat mənbəsi olduğunu deyə bilərik.
Qeysər Tiberi b.e.14-cü ilində hakimiyyətə gəldi. Onun hakimiyyətinin on beşinci ili idi. Yəni b.e.29-cu ilindən başlayaraq, Yəhyaya Allahın kəlamı nazil olur.
Yəhyanın vəzi: tövbə və günahların etirafı
Yəhya nə barədə vəz edirdi? Həyat tərzi kimi, onun sözü də sadə, lakin qüdrətli və birmənalı idi. İncil deyir:
«O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı. O belə deyirdi: “Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb”»
Matta 3:1-2
Əhdi-Ətiq peyğəmbərləri Allahın gələcək Padşahlığı barədə yazırdılar. Yəhya (s) isə Padşahlığın artıq yaxınlaşdığını deyir.
Tövbə etməmiş adamlar Allahın Padşahlığı üçün hazır deyildi. Əslində, tövbə etməmiş adamlar Allahın Padşahlığına daxil ola bilməzdilər. Tövbə – “düşüncəni dəyişmək”; “yenidən düşünmək”; “başqa cür düşünmək” deməkdir. Adamlar nə barədə başqa cür düşünməli idilər? Adamların Yəhyaya (s) cavablarından aydın olur ki, o, nədən tövbə etməyi onlara aydın deyirdi. İncil adamlar barədə yazır:
“Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdu”
Matta 3:6
Yadınızdadırsa, Adəmin nümunəsi adlı məqalədə qadağan olunmuş meyvəni yeyən Adəm və Həvva:
“Rəbb Allahın hüzurundan qaçıb bağdakı ağacların arasında gizləndilər”
Yaradılış 3:8
O vaxtdan etibarən, günahı gizlətmək adəti bizim üçün çox təbii olur. Günahı etiraf etmək, tövbə etmək bizim üçün çox çətindir. Bakirənin oğlu adlı məqalədə biz gördük ki, Davud (s) və Məhəmməd (s) kimi peyğəmbərlər də öz günahlarını etiraf etmişdilər. Bu, bizim üçün çox çətindir, çünki təqsir və xəcaləti aşkar edir. Bizə bunu etmək olduqca çətindir. Lakin Yəhya (s) adamların Allahın Padşahlığı üçün hazır olmalarından ötrü tövbə etmələrinin zəruri olduğunu vəz edirdi.
Tövbə etməyən dindarlara xəbərdarlıq
Bəzi adamlar həqiqətən tövbə etdilər. Bəziləri isə günahlarını etiraf etmədilər. İncil deyir:
«Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: “Ey gürzələr nəsli! Gələcək qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib? İndi isə tövbəyə layiq bəhrə verin. Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır”» .
Matta 3:7-10
Musanın Qanunu üzrə müəllimlər farisey və sadukey adlanırdı. Onlar çox dindar idilər, Qanunda əmr edilmiş dua, oruc, qurbanlar və s. kimi digər ayin və mərasimlərə böyük diqqət yetirirdilər. Hamı bu dindar rəhbərlərin Allah adamları olduğuna əmin idi. Yəhya peyğəmbər (s) isə onları ‘gürzələr nəsli’ adlandıraraq Allahın odlu qəzəbi barədə xəbərdarlıq edirdi! Nə üçün? Çünki ‘tövbəyə layiq bəhrə vermirdilər’, yəni əməlləri həqiqətən tövbə etdiklərini göstərmirdi. Onlar öz günahlarını etiraf etmədən şər əməllərini ört-basdır etmək üçün dini ayinləri icra edirdilər. İbrahimin (s) nəslindən olduqlarına görə tövbə edərək həyatlarını düzəltmək əvəzinə lovğalanırdılar.
Davudun tövbəsi bizim üçün nümunədir
Yəhyanın xəbərdarlığından tövbənin və günahların etirafının zəruri olduğunu görürük. Əslində, tövbə etməsək, Allahın Padşahlığına daxil ola bilmərik. Yəhyanın fariseylərlə sadukeylərə etdiyi bu xəbərdarlıqdan bizə aydın olur ki, din pərdəsinin arxasında günahı gizlətmək çox asan və təbiidir. Bəs, siz və mən necə? Bu xəbərdarlıq burada tövbəyə inadkarlıq etməməyimiz üçün yazılıb. Günahlarımızı doğrultmaq, inkar etmək və gizlətmək əvəzinə biz Davuddan (s) nümunə götürməliyik. O, Zəburda belə bir duada öz günahlarını etiraf edir:
“Məhəbbətinə görə, ey Allah, mənə rəhm et,
Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil.
Təqsirimi tamamilə yu,
Günahımdan məni təmizlə.
Çünki qanunsuzluqlarımı bilirəm,
Günahım daim gözümün qarşısındadır.
Sənə, yalnız Sənə qarşı günah işlətmişəm,
Gözündə pis sayılanı etmişəm.
Mənə görə çıxarılan hökmündə ədalətlisən,
Məni məhkum etməkdə haqlısan.
Mən doğulandan bəri günahkaram,
Ana bətnindən belə, təqsirkaram.
Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən,
Mənə daxilən hikmət öyrət.
Məni züfa ilə pak et, təmiz olum,
Məni yu, qardan da ağ olum.
Mənə şadlıq, sevinc səsini eşitdir,
Qırdığın sümüklərim xoşhallansın.
Üzünü tut, günahlarımı görmə,
Bütün təqsirlərimi sil.
Ey Allah, məndə təmiz ürək yarat,
Daxilimə yenidən sədaqət ruhunu ver.
Məni Öz hüzurundan atma,
Müqəddəs Ruhunu məndən götürmə.
Xilasının sevincini mənə qaytar,
İtaətkarlıq ruhu verib mənə dayaq ol”
Zəbur 51:1-12
Tövbənin bəhrəsi
Tövbə nəticəsində həyat dəyişir. Adamlar Yəhyaya (s) sual verdilər və İncil belə yazır:
«Camaat ondan soruşurdu: “Bəs biz nə edək?” Yəhya onlara belə cavab verdi: “İki köynəyi olan birini köynəyi olmayana versin. Həmçinin yeməyi olan adam da olmayanla bölüşsün”. Vergiyığanlar da vəftiz olunmaq üçün onun yanına gəlib soruşdular: “Müəllim, biz nə edək?” Yəhya onlara dedi: “Sizə tapşırılan məbləğdən artıq vergi yığmayın”. Bəzi əsgərlər də gəlib ondan soruşdular: “Bəs biz nə etməliyik?” Yəhya da onlara cavab verdi: “Heç kimdən zorla pul almayın, nahaq yerə ittiham etməyin, aldığınız maaşla kifayətlənin”»
luka3;10-14
Yəhya Məsih olubmu?
Yəhyanın güclü sözlərinə görə adamlar onun Məsih olub-olmadığı barədə düşünürdülər. İncil yazır:
«Xalq ümidlə gözləyirdi və hamı ürəyində Yəhya haqqında öz-özündən soruşurdu: “Görəsən bu, Məsihdirmi?” Yəhya onların hamısına belə cavab verdi: “Mən sizi su ilə vəftiz edirəm, amma məndən daha Qüdrətlisi gəlir. Mən Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. O, sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. Öz xırmanını sovurmaq və taxılı anbarına toplamaq üçün kürəyi əlində hazırdır. Küləşi isə sönməz odda yandıracaq”. Yəhya çoxlu başqa öyüd-nəsihət verərək xalqa Müjdəni vəz edirdi”»
Luka 3:15-18
Nəticə
Yəhya peyğəmbər (s) adamları Allahın Padşahlığına daxil olmağa hazırlamağa gəlmişdi. Bunun üçün Yəhya onlara əlavə Qanunlar vermədi, onları günahlarından tövbə etməyə çağırdı. Əslində bu, qaydalara riayət etməkdən daha çətindir, çünki tövbə xəcalət və təqsiri aşkar edir. O dövrdə yaşayan dini rəhbərlər tövbədə günahlarını etiraf etmirdilər. Onlar din altında öz günahlarını gizlədirdilər. Buna görə də Məsihi qəbul etməyə və Allahın Padşahlığını dərk etməyə hazır deyildilər. Yəhyanın (s) xəbərdarlıq sözləri bu gün bizə də aiddir. Biz də tövbədə günahlarımızı etiraf etməliyik. Bunu edəcəyikmi?