Tovbə Surəsi (9 – Tovbə) Cihad və ya cəhdi, səyi təsvir etdiyinə görə mübahisə yaradır. Ayə fiziki döyüşə istiqamətləndirdiyinə görə müxtəlif alimlər onu fərqli şərh edirlər. Tovbə Surəsindən həmin ayə budur:
(Sizə) yüngül (gəlsə də), ağır (gəlsə də), döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir. Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!”(– deyə) Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir
Tovbə 9:41-42
Tovbə Surəsi 42 ayədə olan məzəmmət bu səbəblə verildi: yol asan olanda adamlar döyüşə gedirdilər, yol çətin olanda isə adamların səyləri yox olurdu. Bundan əvvəlki ayə tərəddüd edən davamçıların sözlərini və bəhanələrini təsvir edir. Tovbə Surəsi xəbərdarlıq edir:
De: “Doğrudanmı siz bizlərə iki uğurdan (qələbədən və ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik. Siz gözləyin; şübhəsiz, biz də sizinlə birlikdə gözləyirik” .
Tovbə 9:52
Xəbərdarlığın səbəbi iki nəticədir: ölüm (şəhidlik) və ya qələbə. Bəs döyüş böyük olsa, hər iki nəticə – həm şəhidlər, həm də qələbə olurdu. Peyğəmbər İsa Məsih (s) Yerusəlimə gedəndə məhz bununla üzləşdi – oraya gəlib çatanda aypara və ya hilal ay yüz illərlə əvvəl verilmiş peyğəmbərliklərin icrasını göstərdi.
Yerusəlimə gəliş
Məhəmməd (s) peyğəmbərin gecə səyahətini təsvir edən İsra Surəsi (17 – İsra) çox tanınmışdır. Burada o, Məkkədən uçan Buraq üzərində gecə tək gəldi:
Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir
İsra 17:1
İsa Məsih (s) də həmin yerə gedirdi. Lakin İsa Məsihin məqsədi fərqli idi. Əlamətlər göstərmək əvəzinə İsa Məsih Yerusəlimə gəlib Əlamətləri nümayiş etdirdi. Beləliklə, o, Buraq üstündə deyil, sıpa üstündə, gecə deyil, gündüz, hamının gözü qarşısında gəldi. Uçan Buraqda gəliş ilə müqayisə olunmasa da, İsa Məsihin (s) Yerusəlimdəki məbədə sıpa üstündə gəlməsi adamlar üçün aydın bir Əlamət idi. Bunu izah edəcəyik.
Peyğəmbər İsa Məsih (s) Lazarı dirildərək Öz vəzifəsini açıqladı. İndi isə O, Yerusəlimə (Əl-Qüdsə) gedir. Yüz illərlə əvvəl Onun bu gəlişi barədə peyğəmbərlik edilmişdi. İncil izah edir:
«Ertəsi gün bayrama gələn böyük kütlə İsanın Yerusəlimə gələcəyini eşidəndə xurma budaqları götürərək Onu qarşılamağa çıxdı. Onlar “Hosanna! Rəbbin ismi ilə gələn İsrailin Padşahına alqış olsun!” deyə qışqırırdı. İsa bir sıpa tapıb belinə mindi. Necə ki yazılıb: “Ey Sion qızı, qorxma. Bax Padşahın bir sıpaya minib gəlir”.
Şagirdləri o zaman bunları anlamadılar. Lakin İsa izzətlənəndən sonra barəsində bunun yazıldığını və xalqın Ona nə etdiyini yada saldılar. İsanın Lazarı qəbirdən çağırıb ölülər arasından diriltdiyi zaman Onun yanında olan camaat buna şəhadət edirdi. Bu səbəbdən xalq Onu qarşılamağa çıxdı, çünki İsanın bu əlaməti göstərdiyini eşitmişdi. Odur ki, fariseylər bir-birlərinə dedilər: “Baxın əlimizdən bir iş gəlmir. Artıq aləm Onun ardınca getdi”»
Yəhya 12:12-19)
Davud Məsihin Yerusəlimə gəlişi barədə yazır
Davuddan (s) sonra qədim yəhudi padşahları hər il atın üstündə Yerusəlimə daxil olaraq xalqa başçılıq edirdilər. İsa Məsih Yerusəlimə sıpa üstündə daxil olanda bunu icra etdi. Adamlar əvvəllər Davud padşah üçün oxunan mahnıları İsa Məsih üçün oxudular:
“Aman, ya Rəbb, bizi qurtar!
Aman, ya Rəbb, bizə uğur göndər!
Rəbbin ismi ilə gələnə alqış olsun!
Sizə Rəbbin evindən xeyir-dua veririk.
Rəbb Allahdır, O, üzərimizə nur saçdı,
Qurbangahın buynuzlarına bayram qurbanını bağlayın”
Zəbur 118:25-27
İsanın Lazarı diriltdiyini bilən adamlar padşah üçün yazılmış bu mahnını İsaya oxudular. Beləliklə, onlar onun Yerusəlimə gəlişini görüb sevinirdilər. Onlar ‘Hosanna’ deyə nida edirdilər. “Hosanna” – ‘xilas et’ – Zəbur 118:25 uzun illər əvvəl bunu yazmışdı. O, adamları nədən xilas etməli idi? Peyğəmbər Zəkəriyyə bunu bizə deyir.
Zəkəriyyənin peyğəmbərliyi
İsa Məsih yüz illərlə əvvəl şəhərə daxil olan padşahların hərəkətini təkrar etsə də, o, bunu fərqli etdi. Məsihin adını peyğəmbərlik edən Zəkəriyyə (s) peyğəmbər Məsihin Yerusəlimə sıpa üzərində gələcəyini yazmışdı. Zaman xəttində Zəkəriyyə peyğəmbər Yerusəlimə daxil olan Məsih barədə peyğəmbərlik edən digər peyğəmbərlərlə bərabər qeyd olunur.
Yuxarıda, Yəhyanın Müjdəsində (mavi mətn) bu peyğəmbərlik qismət verilir. Zəkəriyyənin tam peyğəmbərliyi budur:
“Ey Sion qızı, böyük sevinclə coş,
Ey Yerusəlim qızı, hayqır!
Bax padşahın sənə tərəf gəlir.
O ədalətli və xilaskardır.
O itaətkardır və bir eşşəyə –
Eşşəyin balası olan sıpaya minib gəlir.
Döyüş arabalarını Efrayimdən,
Atları Yerusəlimdən uzaqlaşdıracağam.
Döyüş kamanları qırılacaq.
Padşahınız millətlərə sülh elan edəcək.
Onun hökmranlığı dənizdən dənizə,
Çaydan yer üzünün qurtaracağınadək hər yerə uzanacaq.
Sizə gəlincə, əhd qurbanının qanından ötrü
Sürgündəki xalqınızı
Susuz quyudan çıxarıb xilas edəcəyəm”
Zəkəriyyə 9:9-11
Zəkəriyyənin bəhs etdiyi padşah digər padşahlardan fərqli idi. O, cəng arabalarından, döyüş atlarından və döyüş qalibinə verilən təzimləri tələb edən Padşah kimi gəlməyəcəkdi. Bu padşah silahları kənar edib millətlərə sülhü bəyan edəcəkdir. Lakin buna baxmayaraq, həmin padşah düşmənə qalib gəlmək üçün döyüşüb ölməli idi. O, ən böyük cihadda olduğu kimi, böyük səy göstərməli idi.
Həmin padşahın düşməninin kim olduğunu biləndə biz bunu başa düşəcəyik. Adətən, padşahın düşməni digər ölkənin padşahı, başqa ordu, öz xalqındakı üsyankarlar, ona qarşı olan adamlardır. Lakin Zəkəriyyə peyğəmbər sıpanın üstündə gələn padşahın sülh bəyan edəcəyini yazır; bu padşah sürgündəki xalqı susuz quyulardan çıxarıb xilas edəcək (11-ci ayə). Susuz quyu qəbiri və ya ölümü təsvir edən ibrani sözüdür. Bu padşah sürgündəki xalqı azad edəcək. Hakimləri deyil, rüşvətxor siyasətçiləri deyil, adamların tikdiyi zindan məhbuslarını deyil, ölüm məhbuslarını azad edəcək.[1]
Adamları ölümdən xilas etmək barədə danışanda ölümdən azad etməni nəzərdə tuturuq. Məsələn, suda batan adamı xilas etmək olar, kiminsə həyatını xilas etmək üçün ona dərman vermək olar. Xilas adlandırsaq da, bu, ölümü təxirə salır, çünki hər halda, həmin insan sonra vəfat edəcək. Zəkəriyyə isə adamları ölümdən deyil, ölüm məhbuslarından, artıq ölü olanların xilasından danışır. Zəkəriyyə sıpa üstündə gələn padşah barədə yazır; bu padşah ölümlə üzləşəcək və ölümə qalib gələrək onun məhbuslarını və ya sürgünlərini azad edəcək. Bunun üçün böyük səy gərəkdir. Bu, hələ tarixdə görünməmiş bir cihaddır. Alimlər bəzən böyük cihaddan – daxilimizdəki mübarizədən, kiçik cihaddan – zahiri mübarizədən danışırlar. Ölümlə qarşılaşaraq padşah hər iki mübarizədən və ya cihaddan keçir.
Ölümlə mübarizədə və ya cihadda padşah hansı silahdan istifadə edəcək? Peyğəmbər Zəkəriyyə padşahın döyüşə gətirdiyi yalnız “əhd qurbanının qanı” barədə yazır. Ölümü məğlub etmək üçün padşah yalnız öz qanı olan silahı gətirir.
Yerusəlimə sıpa üstündə gəlməklə İsa Özünü həmin bu padşah – Məsih bəyan etdi.
İsa Məsih (s) nə üçün kədərlə ağladı
İsa Məsih Yerusəlimə daxil olanda dini rəhbərlər Ona qarşı çıxdılar. Lukanın Müjdəsi İsa Məsihin cavabını qeyd edir:
«İsa Yerusəlimə yaxınlaşanda ona baxıb şəhər üçün ağladı. O dedi: “Ah, kaş sən də bu gün sülhə aparan yolu tanıyaydın! Amma bu yol hələlik sənin nəzərindən gizlənib. Çünki səni elə günlər gözləyir ki, düşmənlərin səni sədlə əhatə edəcək, mühasirəyə alacaq və hər yerdən sıxışdıracaqlar. Səni də, qucağındakı övladlarını da yerlə-yeksan edəcəklər. Daşını daş üstə qoymayacaqlar, çünki Allahın sənə yaxınlaşdığı zamanı anlamadın”»
Luka 19:41–44
İsa Məsih xüsusilə qeyd etdi: dini rəhbərlər “bu günü” və “Allahın yaxınlaşdığı zamanı” anlamalı idilər. O, nəyi nəzərdə tuturdu? Dini rəhbərlər nəyi anlamadılar?
Peyğəmbərlər həmin gün barədə peyğəmbərlik etmişdilər
Əsrlərlə əvvəl Daniel (s) peyğəmbər Məsihin gəlişi barədə söyləmişdi. Məsih Yerusəlimin bərpasına aid əmrin verilməsindən 483 il sonra gəlməli idi. Bizim hesablamalarımıza görə, Daniel Məsihin gəlişini b.e. 33-cü ilində gözləyirdi. Həmin ildə İsa Məsih Yerusəlimə sıpa üstündə daxil oldu. Bu hadisənin ilinin yüz illərlə əvvəl deyilməsi bir möcüzədir. Vaxt isə dəqiq hesablana bilər. (Lütfən, buraya baxın və biz davam edək).
Məsihin gəlişinin vaxtını peyğəmbərlik edən Daniel 360 günlük ildən istifadə edərək 483 ili qeyd etmişdi. Beləliklə, günlərin sayı belədir:
483 il x 360 ilin günləri = 173880 gün
Müasir təqvimə görə, ildə 365.2422 gün var. Beləliklə, 476 il və 25 gün. (173 880/365.24219879 = 476 qalıq 25)
Yerusəlimin bərpasına aid əmr hansı ildə verildi? Bu, qeyd edilir:
“Padşah Artaxşastanın hakimiyyətinin iyirminci ili, Nisan ayı idi…”
Nehemya 2:1
Nisan (yəhudi təqvimində ay) ayının dəqiq günü verilmir, lakin çox güman ki, Nisan 1, çünki həmin gün Yeni İl başlayır, padşah bayram vaxtı Nehemya ilə danışır. Nisan 1 – yeni ayın başlanğıcıdır, çünki təqvim aya görə hesab olunurdu (İslam təqvimi kimi). Yeni ayı müsəlmanlar yeni ayparanı (hilalı) görəndə müəyyən edirlər. Müasir astronomiya bizə göstərir ki, Nisan 1 tarixini göstərən ay b.e.ə. 444-cü ilə başlanğıc qoydu. Adamlar həmin gecə yeni ayı gördülər, yoxsa onu növbəti gün görüb ayı bir gün sonra hesablamağa başladılar? Bunu dəqiq demək çətindir. Astronomik hesablamalar Padşah Artaxşastanın hakimiyyətinin iyirminci ilinin Nisan 1-i bizim təqvimlə b.e.ə. 444-cü il, 4 mart, saat 22.00-yə təsadüf edir[2]. Təzə ayı görməyiblərsə, Nisan 1 növbəti gün başlayır, bu da, 5 mart, b.e.ə. 444-cü ilə təsadüf edir. Hər halda, Yerusəlimin bərpasına aid fars padşahının əmri mart 4 və ya 5 mart, b.e.ə. 444-cu ildə verilmişdir.
Danielin peyğəmbərlik etdiyi 476 ili əlavə etsək, 4 mart və ya 5 mart, b.e.33-cü ilinə təsadüf edir. (0-cı il yoxdur, müasir təqvim b.e.ə.1-ci ilindən b.e.1-ci ilinə keçir. Beləliklə, daha bir il. Hesablama belədir: -444 + 476 +1= 33). Qalan 25 günü də əlavə etsək Danielin peyğəmbərliyinin vaxtını müəyyən edə bilərik: 4 mart və ya 5 mart, b.e.33-cu ili, yaxud 29 mart və ya 30 mart, b.e. 33-cu ili. Bu, növbəti zaman xəttində qeyd olunur. 29 mart, b.e. 33-cu ili bazar günü olub. İsanın Yerusəlimə təntənəli girişi. Həmin gün İsa (s) Yerusəlimə sıpa üstündə daxil oldu və Məsih olduğunu bəyan etdi. Biz bunu bilirik, çünki növbəti cümə günü Pasxa bayramı idi və bu bayram həmişə Nisan ayının14-cü günündə qeyd olunurdu. Nisan 14 b.e. 33-cü ilində bizim təqvimlə aprelin 3-dür. Aprelin 3-dən 5 gün əvvəl bazar günü 29 mart olub.
B.e. 33-cü ilinin mart ayının 29-da sıpa üstündə Yerusəlimə gələn İsa (s) peyğəmbər həm Zəkəriyyənin, həm də Danielin peyğəmbərliklərini gününə qədər dəqiq icra etdi. Bu, növbəti zaman xəttində göstərilir.
Bir çox peyğəmbərliklər həmin gün yerinə yetdi. Bu, açıq-aydın əlamətlərdir. Allah Məsihə aid Öz planını icra etdi. Lakin həmin gün daha sonra, İsa Məsih Musa (s) peyğəmbərin bir peyğəmbərliyini də icra etdi. Bununla O, düşməni olan ölümə qarşı cihadla nəticələnən hadisələri hərəkətə gətirdi. Biz buna növbəti məqalədə nəzər salacağıq.
[1] Peyğəmbərlər üçün ölüm “quyu” mənasını daşıyır. Bəzi nümunələr bunlardır:
“Ancaq ölülər diyarına, ölüm çuxurunun dərinliyinə endiriləcəksən”
Yeşaya 14:15
“Axı ölülər diyarı Sənə şükür etməz, ölüm həmdlər söyləməz, qəbirə düşənlər Sənin sədaqətinə ümid etməz”
Yeşaya 38:18
“Canı quyuya, həyatı ölüm mələklərinə yaxınlaşır”
Əyyub 33:22
“Səni məzara endirəcəklər.
Sən dənizlərin qoynunda
Dəhşətli bir ölümlə məhv olacaqsan”
Yezekel 28:8
“Onların məzarları qəbirin lap dibində, ordusu məzarının ətrafında uzanıb. Dirilər arasına qorxu salanların hamısı qılıncdan keçirilib öldürülmüşdür”
Yezekel 32:23
“Ya Rəbb, canımı
Ölülər diyarından azad etdin,
Qəbirə düşməyim deyə
Sən mənə həyat verdin”
Zəbur 30:3
[2] Qədim və müasir təqvimlərə aid söhbət (məsələn, Nisan 1 = 4 mart, b.e.ə. 444-cü il) və keçmişdəki yeni ayın hesablamaları üçün Dr. Harold V. Hoehner, Chronological Aspects of the Life of Christ. 1977. səh.176 istinad etmişəm.