İsa Məsihin Yerusəlimə təntənəli girişi ilə ömrünün sonuncu həftəsi başladı. Ənbiya Surəsi bizə deyir:
“İsmətini qoruyan (Məryəmi də yada sal!) Biz Öz ruhumuzdan (Cəbrayıl vasitəsilə) ona üfürdük, onu və onun oğlunu aləmlərə bir möcüzə etdik.”
Ənbiya Surəsi 21:91
Ənbiya Surəsi aydın deyir: Allah İsa Məsihi (s) xristianlar və ya yəhudilər kimi bəzi adamlar üçün deyil, aləmlərə bir möcüzə etdi. Peyğəmbər İsa Məsih bizim üçün necə möcüzə oldu? Allah dünyanı yaradanda bütün aləmlər və adamlar üçün yaratdı. Beləliklə, ömrünün son həftəsinin hər günü ərzində İsa Məsihin sözləri və əməlləri (s) Yaradılışın altı gününə işarə edirdi (Quran və Tövrat Allahın hər şeyi altı gün ərzində yaratdığını öyrədir).
İsa Məsihin sonuncu həftəsinin hər gününə nəzər salacağıq, Onun sözlərinin və hərəkətlərinin Yaradılışa işarə etdiyini görəcəyik. Bu həftənin hər günündə baş verənlərin Allah tərəfindən lap əvvəldən müəyyən olunduğunu görəcəksiniz. Bunlar insanın fikirləri deyil, çünki insan özü min illərlə əvvəl peyğəmbərlik edilmiş hadisələri təşkil edə bilməz. Biz birinci gün olan bazar günündən başlayacağıq.
1-ci gün – zülmətdə olan nur
Nur Surəsi (Surə 24) nur barədə bir məsəl bəhs edir:
“Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir.”
Nur Surəsi 24:35
Bu məsəl Yaradılışın sonuncu gününə işarə edir. Həmin gün Allah işığı yaratdı. Tövrat deyir:
“Allah dedi: «Qoy işıq olsun». İşıq oldu. Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı. Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, birinci gün idi. Sonra Allah dedi: «Qoy suların arasında bir qübbə olsun və suları bir-birindən ayırsın»”
Yaradılış 1:3-6)
Yaradılışın 1-ci günündə Allah Öz sözü ilə zülməti qovmaq üçün işığı yaratdı. Həmin günün hadisələrinin Yaradılışın 1-ci günündə planlaşdırıldığı möcüzəsinə bir işarə olaraq, Məsih Özünün nur olduğundan danışır.
Bütpərəstlərin üzərinə Nur saçır
Peyğəmbər İsa Məsih (s) sıpanın üstündə Yerusəlimə yenicə daxil olmuşdu. Bu barədə peyğəmbər Zəkəriyyə (s) 500 il əvvəl peyğəmbərlik etmişdir. Bu, Danielin (s) 550 il əvvəl peyğəmbərlik etdiyi həmin gündə baş verdi. Bir çox ölkədə yaşayan yəhudilər Yerusəlimə Pasxa bayramına gəldilər. Beləliklə, (Həcc vaxtında Məkkə kimi) şəhər yəhudi zəvvarları ilə dolu idi. Buna görə də peyğəmbərin gəlişi yəhudilərin arasında oyanışa səbəb oldu. Lakin İsa Məsihin gəlişini görən təkcə yəhudilər deyildi. İncil İsa Məsihin Yerusəlimə daxil olandan dərhal sonra baş verənlər barədə belə yazır:
“Bayramda Yerusəlimə ibadətə gələnlər arasında bəzi Yunanlar da var idi. Onlar Qalileyanın Bet-Sayda şəhərindən olan Filipin yanına gəlib «ağa, biz İsanı görmək istəyirik» deyə ondan xahiş etdilər. Filip gəlib Andreyə söylədi, Andrey və Filip də birgə gəlib İsaya xəbər verdilər”
Yəhya 12:20-22
Peyğəmbərin dövründə yunanlar ilə yəhudilərin arasında olan ayrılıq
Qeyri-yəhudi olan yunanlar üçün yəhudi bayramında iştirak etmək qeyri-adi bir təcrübə idi. O dövrdə yaşayan yunanlar və romalılar politeist (çoxallahlı) olduqlarına görə yəhudilər onları natəmiz hesab edir, özlərini onlardan ayırırdılar. Yunanların əksəriyyəti isə yəhudilərin gözəgörünməz və təkallahlı dinini, eləcə də, dini bayramlarını axmaqlıq hesab edirdilər. O dövrdə yalnız yəhudilər monoteist olublar. Beləliklə, bu adamlar daim bir-birindən ayrı dururdular. Qeyri-yəhudilərin cəmiyyəti yəhudi cəmiyyətindən qat-qat daha böyük olduğuna görə yəhudilər dünyadan təcrid olunmuş halda yaşayırdılar. Fərqli din, halal qida məhsulları, peyğəmbərlərinin xüsusi kitabları yəhudilərlə bütpərəstlər arasında böyük fərq və düşmənçilik yaratdı.
Bu gün dünyanın əksər ölkələri çoxallahlılıq və bütpərəstliyi rədd etsələr də, bu peyğəmbərin dövründə vəziyyətin xeyli fərqli olduğunu unutmamalıyıq. Əslində, İbrahimin (s) dövründə ondan başqa hamı çoxallahlı idi. Musa (s) peyğəmbərin dövründə bütün millətlər bütlərə sitayiş edirdilər; firon özü bu allahlardan biri olduğuna iddia edirdi. İsraillilər okeanda kiçik bir monoteist adaya bənzəyirdilər; ətrafdakı millətlər bütpərəst idi. Yeşaya (s) peyğəmbərə (750 b.e.ə.) gələcək açıldı və o, bu millətlərin dəyişəcəyi barədə yazdı:
“Ey uzaq diyarlar, Məni dinləyin!
Ey uzaqda yaşayan ümmətlər, yaxşı qulaq asın!
Rəbb məni anadan olandan bəri çağırmışdı,
Ana bətnindən adımı yadına saldı… Rəbb məni qulu etmək üçün
Ana bətnində mənə quruluş verdi ki,
Yaqub nəslini Ona tərəf döndərim,
İsraili Onun önünə toplayım.
Onun gözündə hörmət qazandım,
Qüdrətim Allahım oldu.
Rəbb indi belə deyir.
O deyir:
«Yaqub qəbilələrinin bərpası,
İsrailin sağ qalanlarının geri qayıtması üçün
Qulum olmağın kifayət deyil.
Səni millətlərə nur edəcəyəm ki,
Xilasım dünyanın ən uzaq yerlərinə yayılsın»”
Yeşaya 49:1, 5-6
“Ey xalqım, mənə qulaq asın;
Yeşaya 51: 4
dinlə, millətim:
Təlimat məndən çıxacaq;
ədalətim millətlərə bir işıq olacaq.
“Qalx, işıqlan, çünki nurun gəldi,
Rəbbin izzəti üzərinə gəldi!
Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək.
Amma Rəbb üzərinə nur saçacaq,
İzzəti səni əhatə edəcək.
Millətlər sənin nuruna,
Padşahlar üzərinə çökən aydınlığa doğru gələcək”
Yeşaya 60:1-3
Beləliklə, Yeşaya peyğəmbər gələcək Rəbbin Qulu barədə yazır. Baxmayaraq ki, yəhudilər (‘Yaqub qəbilələri’) ‘millətlərə nur’ (bütün qeyri-yəhudilərə) olacaqlar və bu nur dünyanın ən uzaq yerlərinə yayılacaq. Bəs yəhudilərlə bütpərəstlərin arasında yüz illərlə ayrılıq davam olunduğu vəziyyətdə bu, necə ola bilərdi?
İsa peyğəmbər Yerusəlim şəhərinə daxil olanda bütpərəstləri nur cəlb etdi. Yəhudi bayramında peyğəmbər İsa Məsih (s) barədə xəbər tutmaq üçün Yerusəlimə gələn yunanlar da var idi. Bəs yəhudilərin haram hesab etdiyi yunanlar peyğəmbəri görə bildilərmi? Onlar İsanın yoldaşları vasitəsilə peyğəmbərə xəbər göndərdilər. İsa nə cavab verdi? İsa həqiqi dindən xəbərsiz olan bu yunanlara Onunla görüşməyə icazə verdimi? İncil davam edir:
“İsa cavabında dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi. Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir. Öz canını sevən kəs onu itirər, bu dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar. Kim Mənə xidmət etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək.
İndi ürəyim təlaş keçirir. Nə deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim. Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim, yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi. Orada duran xalqın bir qismi «göy guruldadı» dedi, başqaları isə «Onunla bir mələk danışdı» söylədi. Onda İsa dedi: «Bu səs Mənim üçün deyil, sizin üçün gəldi. İndi isə bu dünyaya hökm veriləcək və bu dünyanın hökmdarı bayıra atılacaq. Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm». İsa bu sözü söyləməklə necə bir ölümlə öləcəyini qabaqcadan bildirdi. Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?» Onda İsa onlara dedi: «Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz. Nurunuz var ikən nura iman edin ki, nur övladları olasınız».
İsa bu sözləri söyləyəndən sonra gedib onlardan gizləndi. Onların qabağında bu qədər əlamət göstərdiyi halda yenə Ona iman etmirdilər. Bunlar ona görə baş verdi ki, Yeşaya peyğəmbərin bu sözləri yerinə yetsin:
«Ya Rəbb, xəbərimizə kim inandı,
Rəbbin gücü kimə zühur oldu?»
Onlar iman edə bilmirdilər, ona görə ki Yeşaya başqa yerdə deyib:
«Allah onların gözlərini kor etdi
Və ürəklərini kütləşdirdi ki,
Gözləri ilə görməsinlər,
Ürəkləri ilə anlamasınlar
Və Mənə sarı dönməsinlər ki,
Mən onlara şəfa verim».
Yeşaya İsanın ehtişamını gördüyü üçün bu sözləri deyərək Onun barəsində danışıb. Bununla bərabər, rəhbərlərdən bir çoxu İsaya iman etdi, lakin sinaqoqdan qovulmasınlar deyə fariseylərə görə bunu açıq bildirmədilər. Çünki insanlardan izzət qazanmağı Allahdan izzət almaqdan artıq sevdilər.
İsa nida edib dedi: «Mənə iman edən Mənə deyil, Məni Göndərənə iman edir. Məni görən də Məni Göndərəni görür. Mən dünyaya nur olub gəldim ki, Mənə iman edən hər kəs qaranlıqda qalmasın. Kim sözlərimi eşidib onlara riayət etməzsə, Mən onu mühakimə etmərəm, çünki dünyanı mühakimə etmək üçün deyil, onu xilas etmək üçün gəldim. Məni rədd edib sözlərimi qəbul etməyəni mühakimə edən var: bu da Mənim söylədiyim sözdür ki, son gündə onu mühakimə edəcək. Çünki Mən Özümdən söyləmədim, Məni göndərən Ata nə deyəcəyim və nə söyləyəcəyim haqqında Mənə əmr verdi. Mən bilirəm ki, Onun əmri əbədi həyatdır. Beləcə Mənim söylədiklərimi Ata Mənə necə dedisə, eləcə də söyləyirəm»”
Yəhya 12:23-50
Səmalardan olan bir səsin müdaxiləsi ilə davam edən bu söhbətdə peyğəmbər “yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm” dedi. İsa bütün yəhudiləri deyil, bütün insanları Özünə cəzb edəcəyini dedi. Bir çox yəhudilər bir Allaha sitayiş etsələr də, peyğəmbərin sözlərini anlamırdılar. Yeşaya peyğəmbər bunun səbəbini belə izah edir: Allah onların “ürəklərini kütləşdirib”; onlar Allahdan qorxub Ona iman etsələr belə, Ona tabe olmaq istəmirdilər, əsas səbəb də budur.
Peyğəmbər İsa Məsih cəsarətlə bəyan etdi: “Mən dünyaya nur olub gəldim” (46-cı ayə). Qədim peyğəmbərlər bütün millətlərə işıq saçacaq nur barədə yazırdılar. Yerusəlimə daxil olduğu gün bütpərəstlərin üzərinə nur saçmağa başladı. Bu nur bütün millətlərə yayılacaqdımı? Peyğəmbər “yerdən yuxarı qaldırılsam” sözləri ilə nə demək istəyirdi? Bu suallara cavab tapmaq üçün sonuncu həftənin tədqiqini davam edəcəyik.
Növbəti rəsm həmin həftənin hər gününü təsvir edir. Həftənin ilk günü olan Bazar Günü İsa üç müxtəlif peyğəmbərin söylədiklərini yerinə yetirdi. Birincisi, o, Zəkəriyyə peyğəmbərin dediyi kimi, Yerusəlimə sıpa üzərində daxil oldu. İkincisi, İsa bunu Daniel peyğəmbərin söylədiyi vaxtda etdi. Üçüncüsü, Onun sözləri və möcüzələri bütpərəstlərdə maraq oyatdı; bu barədə peyğəmbər Yeşaya yazmışdı: dünyada yaşayan bütün millətlərə nur saçacaq.