Yerusəlimdə Əl-Əqsa və Qübbətüs-Saxra məscidləri nə üçün bu qədər böyük əhəmiyyət kəsb edir? Burada bir çox müqəddəs hadisələr baş vermişdir, lakin bu müqəddəs yerdə peyğəmbər İsa Məsihlə (s) baş verənlərdən adamlar yaxşı xəbərdar deyil.
Peyğəmbər İsa Məsihin (s) Yerusəlimdə üzləşdiyi çətinlikləri daha yaxşı anlamaq üçün biz Məhəmməd peyğəmbərin (s) Məkkədə qarşılaşdığı çətinliklərə nəzər salaq. Fəth Surəsi (Surə 48) Kəbəyə girişi qoruyan Qureyş barədə yazır:
“Onlar kafirlər, sizi Məscidul-Hərama buraxmayan və qurbanlıq heyvanlarını qurbangaha gedib çatmağa qoymayan kimsələrdir. Əgər (Məkkədə) tanımadığınız mömin kişi və mömin qadınları bilmədən tapdalayıb əzmək və onların ucbatından günaha batmaq təhlükəsi ilə qarşılaşmasaydınız, (Allah ora zorla girməyinizə izin verərdi.) Lakin Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə (buna izin vermədi.) Əgər onlar bir-birindən seçilsəydilər, Biz onlardan kafir olanlara ağrılı-acılı bir əzab verərdik”
Fəth Surəsi 48:25
Qureyş peyğəmbərə (s) və onun davamçılarına Müqəddəs Məscidə və Məkkədə qurban gətirilən yerə daxil olmağa mane olurdu. Müqəddəs Məbəddə və Yerusəlimdə qurban gətirilən yerdə də həmin şey İsa Məsihin (s) dövründə baş verirdi. Dini rəhbərlər qurbanlıq heyvanların alverini edir, uzaqdan gələn zəvvarlardan pullarını dəyişməyi tələb edirdilər. Bu, Məbəddəki həqiqi ibadətə mane olurdu. Lakin Məbəd Rəbbi millətlərdən gizlətmək üçün deyil, Rəbbi millətlərə tanıtmaq üçün tikilmişdi. İsa Məsih (s) vəziyyəti düzəltməyə çalışdı; nəticədə Təğabun Surəsində (Surə 64) təsvir olunan vəziyyət yarandı.
Peyğəmbər yüz illərlə əvvəl peyğəmbərlik olunmuş gündə Yerusəlimə daxil oldu, Özünü Məsih və millətlərə nur bəyan etdi. Həmin gün yəhudi təqvimində Bazar günü, Nisan 9, müqəddəs həftənin 1-ci günü olub. Tövratın qaydalarına görə, növbəti gün, 10Nisan yəhudi təqvimində xüsusi bir gün idi. Uzun müddət bundan əvvəl Tövrat qeyd edir ki, Musa peyğəmbər (s) Allahın göstərişi ilə firona qarşı 10-cu cəzanı hazırlayırdı:
“Misir torpağında Rəbb Musaya və Haruna dedi: «Bu ay sizin üçün ilin ilk ayı olacaq. Bütün İsrail icmasına söyləyin: qoy bu ayın onuncu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev üçün bir quzu götürsün”
Çıxış 12:1-3
Həmin vaxt Nisan yəhudi ilinin birinci ayı olub. Beləliklə, Musa peyğəmbərin dövründən başlayaraq, hər dəfə Nisan ayının10-u hər bir yəhudi ailəsi Pasxa bayramı üçün bir quşu seçərdi. Quzu məhz bu gün seçilməli idi. Peyğəmbər İsa Məsihin dövründə yəhudilər Pasxa quzularını Yerusəlimdəki Məbədlərində seçirdilər. Həmin yerdə 2000 il əvvəl peyğəmbər İbrahim (s) oğlunu qurban gətirməklə sınağa çəkilmişdi. Bu gün bu yerdə Əl-Əqsa Məscidi və Qübbətüs-Saxra yerləşir. Beləliklə, bir xüsusi yerdə (bu gün Əl-Əqsa və Qübbətüs-Saxra məscidlərinin olduğu və peyğəmbər İsa Məsihin dövründə yəhudi Məbədinin olduğu yerdə), yəhudi ilinin xüsusi günündə (Nisan 10), yəhudilər hər bir ailə üçün Pasxa quzusunu seçməli idilər (kasıblar göyərçin seçirdi). Çoxlu sayda adamlar, qurbanlıq heyvanları, alverin səs-küyü, pul dəyişənlərin səsləri (yəhudilər bir çox yerdən gəlirdilər) təsəvvür edin. 10 Nisan tarixində bunlar Məbədi elə vəziyyətə salmışdılar ki, İncil peyğəmbər İsa Məsihin həmin gün qəzəbləndiyindən yazır. “Növbəti gün” – Yerusəlimə təntənəli girişdən sonrakı gündür –Nisan 10 – həmin gün Məbəddə Pasxa quzuları seçilirdi.
“İsa Yerusəlimə daxil olub məbədə girdi. O hər şeyə nəzər saldı. Sonra On İki şagirdlə bərabər Bet-Anyaya getdi, çünki artıq gec idi.
Ertəsi gün onlar Bet-Anyadan çıxdılar. O zaman İsa acmışdı. Uzaqda yarpaqlı bir əncir ağacı gördü və ağaca yaxınlaşdı ki, bəlkə onda meyvə tapar. Amma onun yanına gələndə ağacda yarpaqdan başqa bir şey tapmadı, çünki əncirin bar mövsümü deyildi. Onda İsa ağaca dedi: «Qoy səndən bir daha heç kəs meyvə yeməsin!» Bunu şagirdləri də eşitdi. Onlar Yerusəlimə gəldilər. İsa məbədə girib orada alver edənləri qovmağa başladı. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi, heç kimi yük daşıyaraq məbəd həyətlərindən keçməyə qoymadı. Onlara təlim öyrədərək dedi: «Məgər yazılmayıb ki, “Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq”? Amma siz onu “quldur yuvasına” çevirmisiniz!»”
Mark 11:11-17
Peyğəmbər İsa Məsih Məbədə bazar ertəsi (müqəddəs həftənin 2-ci günü), Nisan 10 tarixində daxil oldu və alverə son qoydu. Alver edənlər səmalara istiqamətlənən dualara və xüsusilə digər millətlərə maneə idi. Peyğəmbər millətlərə nur olduğu üçün alverə son qoymaqla yer ilə göy arasındakı maneəni aradan qaldırdı. Lakin eyni vaxta gözə görünməyən bir şey də baş verdi. Bu, Yəhya (s) peyğəmbərin İsa Məsihə verdiyi addan məlum olur. Yəhya İsanın peyğəmbər olduğunu bəyan edərək dedi:
Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: “Dünyanın günahını aradan götürən Allah Quzusu budur!” (Yəhya 1:29).
Peyğəmbər İsa Məsih ‘Allah Quzusudur’. İbrahimin qurbanı adlı məqalədə quzunu İbrahimin oğlu əvəzinə Allah Özü seçdi. Məhz buna görə Qurban Bayramı (Eid al-adha) bu gün qeyd olunur. Məbəd quzunun seçildiyi həmin yerdə tikilmişdi. Bu gün Əl-Əqsa və Qübbətüs-Saxra məscidləri də eyni yerdədir. Peyğəmbər İsa Məsih Nisan 10 tarixində Məbədə gedəndə o, Allah tərəfindən Pasxa Quzusu olaraq seçildi. O, seçilmək üçün həmin gün Məbəddə olmalı idi və O, Məbəddə idi.
Allahın Quzusu olan İsanın məqsədi
İsa nə üçün Pasxa Quzusu olaraq seçildi? Cavabı İsanın təlimində tapırıq. İsa Yeşaya (s) peyğəmbərin sözlərini təkrarlayaraq demişdi: ‘Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq’. Aşağıda həmin mətni diqqətinizə çatdırırıq (peyğəmbərin sözləri qırmızı rənglə qeyd olunub).
“Rəbbə xidmət etmək, Onun adını sevmək,
Onun qulu olmaq üçün Şənbə gününə riayət edən, o günü murdarlamayan,
Əhdimə itaət edən,
Rəbbə bel bağlayan bütün yadelliləri
Müqəddəs dağıma gətirib
Dua evimdə sevindirəcəyəm.
Onların gətirdikləri
Yandırma qurbanları, bütün qurbanlar
Qurbangahımda qəbul olunacaq.
Çünki Mənim evim bütün xalqlar üçün
Dua evi adlandırılacaq»”
Yeşaya 56:6-7
Yeşaya ‘Müqəddəs Dağ’ barədə yazırdı. Bu, Moriya Dağıdır. Burada İbrahim peyğəmbər öz oğlunun yerinə Allahın seçdiyi heyvanı qurban gətirdi . Məbəd – ‘Dua Evi’dir. İsa Məsih Nisan 10 tarixində buraya daxil olmuşdu. Yəhudilər üçün həmin bayramın yerini və tarixini İbrahimin qurbanı və Musanın Pasxa qurbanı müəyyən edirdi. Hərçənd, yalnız yəhudilər Məbəddə qurban təqdim edərək Pasxa bayramını qeyd edə bilərdilər. Yeşaya peyğəmbər yazmışdı: ‘millətlər’ (qeyri-yəhudilər) bir gün görəcəklər ki, onların da ‘yandırma qurbanları, bütün qurbanlar Qurbangahımda qəbul olunacaq’. Peyğəmbər Yeşayaya istinad edən İsa bəyan etdi ki, Onun sayəsində qeyri-yəhudiləri Allah üçün məqbul edəcək. İsa təfsilatları izah etmədi. Lakin biz tədqiq edərkən Allahın sizə və mənə xeyir-dua vermək niyyətini aşkar edəcəyik.
Müqəddəs Həftənin növbəti günləri
10 Nisan tarixində qurbanlıq heyvanları seçən yəhudilərə Tövratın göstərişləri budur:
“Onu ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşamçağı bütün İsrail icmasının camaatı onu kəssin”
Çıxış 12:6
Musa peyğəmbərin dövründəki ilk Pasxadan sonra yəhudilər hər il Nisan 14 tarixində Pasxa quzusunu qurban təqdim edirdilər. Həmin həftəni təsvir edən cədvələ biz “qurbanlığı saxlamaq” və “Tövratın qaydalarına uyğun qurban kəsmək” bəndlərini əlavə edirik. Zaman xəttinin aşağı hissəsinə biz peyğəmbərin həftənin 2-ci günündə etdiklərini qeyd edirik: Məbədi təmizləməsi və Allahın Pasxa quzusu olaraq seçilməsi.
Peyğəmbər İsa Məsihin (s) Məbədə daxil olaraq onu təmizləməsi adamlara təsir etdi. İncil yazır:
“Bunu eşidən başçı kahinlər və ilahiyyatçılar İsanı öldürmək üçün yol axtarırdılar. Çünki bütün xalq Onun təliminə təəccübləndiyi üçün Ondan qorxurdular”
Mark 11:18
İsa peyğəmbər Məbədi təmizləyəndən sonra yəhudi rəhbərləri Onu öldürməyə qərar verdilər. Onlar peyğəmbərə qarşı çıxmağa başladılar. İncil növbəti gün barədə yazır:
“Onlar yenə Yerusəlimə gəldilər. İsa məbəddə gəzən zaman başçı kahinlər, ilahiyyatçılar və ağsaqqallar Ona yaxınlaşıb dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Bu işləri görmək üçün Sənə bu səlahiyyəti kim verib?»”
(Mark 11:27-28
At-Təğabun Surəsi o dövrdəki peyğəmbərlərin çətinlikləri barədə yazır:
“Daha öncə kafir olmuş və öz əməllərinin cəzasını dadmış kimsələrin xəbəri sizə gəlib çatmadımı? Onlar üçün acılı-ağrılı bir əzab hazırlanmışdır… ”
Təğabun Surəsi 64:5-7
Təğabun Surəsinin qeyd etdiyi kimi, İsa Məsih (s) sınaqdan keçərək Öz səlahiyyətini təsdiq etməli idi. İmansızlar peyğəmbərləri həmişə sınaqdan keçirərək yoxlayırdılar. Nəticədə peyğəmbərin sadəcə insani səlahiyyətlə hərəkət etmədiyi aşkar olunurdu. Təğabun Surəsinin söylədiyi kimi, sınaq – ölülərdən dirilmək idi. Lakin əvvəlcə bu sonuncu həftə ərzində peyğəmbərliklər yerinə yetməli idi.
Burada 3 və 4-cü günlərdə baş verənlərə nəzər salsaq səlahiyyətli şəxslərin hazırladıqları sui-qəsdin və peyğəmbərin hərəkətinin Tövratın söylədikləri ilə uyğun gəldiyini görəcəyik.