Peyğəmbər İsa Məsih (s) sonuncu həftəsinin 4-cü günündə Öz gəlişinin əlamətlərini söylədi. İncil dini rəhbərlərin Onu öldürmək niyyətində olduqları barədə yazır. Şeytan (və ya iblis) düşməni olan bu peyğəmbəri vurmaq üçün bundan istifadə etdi. Müqəddəs Kitab belə yazır:
“Pasxa adlanan Mayasız Çörək bayramı yaxınlaşırdı. Başçı kahinlər və ilahiyyatçılar İsanı öldürmək üçün bir yol axtarırdılar, çünki xalqdan qorxurdular. O zaman Şeytan On İki şagirddən biri olan İskaryot adlanan Yəhudanın ürəyinə girdi. O da gedib başçı kahinlər və məbəd mühafizəçilərinin başçıları ilə danışdı ki, İsanı necə onlara təslim etsin. Onlar sevindilər və ona pul verməyə razı oldular. Buna söz verən Yəhuda İsanı xalqdan gizlin onlara təslim etmək üçün fürsət axtarmağa başladı”
Luka 22:1-6
Gördüyümüz kimi, Şeytan vəziyyətdən istifadə edərək daha sonra peyğəmbərə xəyanət edəcək Yəhudanın ürəyinə girdi. Bu, bizi təəccübləndirməməlidir. Fatir Surəsi (Surə 35) və Ya-Sin Surəsi (Surə 36) Şeytan barədə yazır:
“Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O, öz tərəfdarlarını Od sakini olmağa çağırır”
Fatir Surəsi 35:6
“Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o, sizin açıq-aydın düşməninizdir”
Yasin Surəsi 36:60 -62
İncilin sonunda iblis belə təsvir edilir:
“Göydə döyüş oldu. Mikael və onun mələkləri əjdaha ilə döyüşdü. Əjdaha və onun mələkləri də onlarla döyüşdü, amma gücləri çatmadı. Göydə artıq onlara yer qalmadı. O böyük əjdaha – iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birgə atıldı”
Vəhy 12:7-9
İblis həmçinin sizin də düşməninizdir. Müqəddəs Kitabda o, bütün dünyanı ardınca aparmağa qadir olan qüdrətli əjdaha kimi təsvir olunur. Bağda Həzrət Adəmə edilən peyğəmbərliyə müvafiq olaraq, bu düşmən peyğəmbər İsa Məsihi (s) öldürmək üçün Yəhudadan istifadə etdi. İncil yazır:
“O vaxtdan Yəhuda İsanı təslim etmək üçün fürsət axtarmağa başladı”
Matta 26:16)
Həftənin 6-cı günü olan növbəti gün Pasxa Bayramı idi. Pasxa bayramını Musa peyğəmbər (s) 1500 il bundan əvvəl başlamışdı. İblis Yəhuda vasitəsilə bu müqəddəs gündə bunu etməyə necə imkan tapdı? İndi biz bunu tədqiq edəcəyik.
5-ci gün üzrə xülasə
Növbəti zaman xətti bu həftənin 5-ci günündə böyük əjdaha olan iblisin ən böyük düşməni peyğəmbər İsa Məsihi (s) vurmaq üçün hərəkətə keçməsini göstərir.