Yəhudilərin müqəddəs Pasxa günündə peyğəmbər İsa Məsihə xəyanət olundu və O, çarmıxa çəkildi. Buna görə də, məsihçilərdə Cümə xoş gün hesab olunur. Pasxa Cümə Axşamı gün batanda başladı və Cümə günü axşam gün batanda bitdi. Yəhudi təqvimində bu, həftənin 6-cı günüdür. Həmin günün sonuncu hadisəsi – ölü Peyğəmbərin dəfni oldu. Peyğəmbərin dəfnində iştirak edən qadınların şahidliyi barədə İncil belə yazır:
“İsa ilə Qalileyadan gəlmiş qadınlar da Yusifin ardınca gedib qəbiri və Onun cəsədinin necə qoyulduğunu gördülər. Onlar evlərinə qayıdıb ətirli maddələr və qiymətli yağlar hazırladılar. Şənbə günü Allahın əmri ilə istirahət etdilər”
Luka 23:55-56
Qadınlar cəsədi dəfn üçün hazırlamaq istəyirdilər, lakin buna vaxt yox idi, çünki Cümə günü axşam gün batanda Şənbə günü başlayır. Yəhudilərin təqvimində bu, həftənin 7-ci günüdür. Şənbə günündə yəhudilərə iş görməyə icazə yoxdur. Bu əmr Tövratın Yaradılış Kitabından gəlir. Allah hər şeyi 6 gün ərzində yaratdı. Tövrat yazır:
“Göylər və yer, oradakı hər şey beləcə tamamlandı. Allah yeddinci günə qədər gördüyü işləri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi”
Yaradılış 2:1-2
Beləliklə, qadınlar cəsədi dəfnə hazırlamaq istəsələr də, Tövrata itaət edib Şənbə günü iş görmədilər.
Baş kahinlər isə Şənbə günü öz işlərini davam etdilər. İncil onların hakim ilə görüşü barədə yazır.
“Ertəsi gün, yəni Hazırlıq günündən sonrakı gün başçı kahinlərlə fariseylər Pilatın yanına toplaşıb dedilər: «Ağa, biz xatırlayırıq ki, o yalançı hələ sağ ikən “üç gün sonra diriləcəyəm” demişdi. Ona görə də əmr et ki, üçüncü günə qədər qəbirin təhlükəsizliyi qorunsun. Yoxsa şagirdləri gəlib Onu oğurlayar və xalqa “O, ölülər arasından dirildi” deyərlər. Axırıncı yalan birincisindən daha pis olar». Pilat onlara dedi: «Bir dəstə keşikçi götürün, gedin, bacardığınız kimi qəbirin təhlükəsizliyini qoruyun». Onlar gedib qəbirin qarşısında keşikçi dəstəsi qoydular və qəbir daşına möhür basdılar. Beləliklə, qəbirin təhlükəsizliyi qorundu”
Matta 27:62-66
Beləliklə, həmin Şənbə günündə baş kahinlər işlə məşğul idilər – bir dəstə keşikçi götürüb qəbirin təhlükəsizliyinin qorunmasını təşkil etdilər. Müqəddəs Həftənin Şənbə günündə qadınlar itaətlə istirahət edir, peyğəmbər İsa Məsihin (s) cəsədi isə ölü vəziyyətində qalmışdı. Zaman xəttində görəcəksiniz ki, onların istirahəti Yaradılışın 7-ci günündəki Allahın istirahətini əks etdirir. Bu, Tövrat Kitabında yazılır.
Lakin bu, möhtəşəm qüdrətin təzahüründən əvvəl olan bir sükut idi. Fəcr Surəsi (Surə 89) qara gecədən sonra günün çıxmasının əhəmiyyətini qeyd edir. Günün çıxması “ağıl sahibi üçün” qəribə şeyləri aşkar edə bilər.
“And olsun dan yerinə! və olsun on gecəyə! və olsun cütə və təkə! və olsun keçib getməkdə olan gecəyə! Məgər bu (andlar) ağıl sahibi üçün kifayət deyilmi?”
Fəcr Surəsi 89:1-5
Növbəti gün möhtəşəm qələbə baş verdi (buraya baxın).
Gördüyümüz kimi, səhər günəşin çıxması növbəti günün hadisələrini işıqlandırdı.