Skip to content

İsa Məsihdən həyat hədiyyəsini qəbul etməyin yolu

Peyğəmbər İsa Məsihin (s) sonuncu həftəsini ətraflı araşdırdıq. İncil yazır ki, O,  6-cı gün – Xoş Cümə günündə çarmıxa çəkildi və  növbəti olan Bazar günü dirildi. Bu barədə Tövrat , Zəbur və Peyğəmbərlərin kitabları əvvəlcədən söyləyir. Bəs bu, nə üçün baş verdi? Bu gün sizə və mənə bunun nə xeyri var? Gəlin görək peyğəmbər İsa Məsih bizə nə təklif edir və biz mərhəməti və bağışlanmanı necə qəbul edə bilərik. Bunu bilsək, Saffat Surəsində təsvir olunan (Surə 37) İbrahimin qurbanını, Fatihə Surəsində (Surə 1) ‘bizi doğru yola yönəlt’ duasının mənasını başa düşərik. Həmçinin ‘Müsəlman’ sözünün mənası nə üçün ‘təslim olan’dır? Nə üçün dəstəmaz, zəkat və halal yemək kimi dini şərtlər yaxşıdır, lakin Mühakimə Günü üçün kifayət deyil?

Pis xəbər – bizim Allah ilə münasibətlərimiz barədə peyğəmbərlər nə yazır

https://youtu.be/Zoh4GoU1Urk

Tövrat Allahın insanı yaratması barədə belə yazır:

“Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı.”

Yaradılış 1:27

“Surətində” fiziki mənada deyil, Allaha emosional, düşüncə, ünsiyyət və ruhani cəhətdən bənzəmək deməkdir. Biz Allah ilə ünsiyyətdə olmaq üçün yaradılmışıq. Biz bu münasibəti növbəti rəsmdə aydın görə bilərik. Uca Hakim olan Yaradan Allah yuxarıda, kişi və qadın isə şəkildə aşağıda yerləşdirilib, çünki biz fani məxluqlarıq. Allah ilə münasibət ox işarələri ilə göstərilir.

Adamlar Yaradan Allah ilə münasibətdə olmaq üçün Allahın surətində yaradıldılar 

Allahın xasiyyəti mükəmməldir. O, müqəddəsdir. Zəbur yazır:

“Sən pislikdən xoşlanan Allah deyilsən, Şər Sənin yanına gəlməz. Təkəbbürlülər hüzurunda dayana bilməz, Bütün şər iş görənlərə nifrət edirsən”

Zəbur 5:4-5

Adəm yalnız bircə dəfə itaətsizlik etdi və Allahın müqəddəsliyi Adəmi məhkum etməyi tələb etdi. Tövrat və Quran yazır ki, Allah insanı öləri etdi və Öz hüzurundan qovdu. Həmin vəziyyət bizə də aiddir. Biz günah edəndə və Allaha istənilən cəhətdən itaətsizlik edəndə Allaha hörmətsizlik etmiş oluruq, çünki biz yaradıldığımız surətə uyğun hərəkət etmirik. Allah ilə münasibətlərimiz pozulub. Nəticədə bizimlə Yaradan Allah arasında dəfedilməz divar yaranır.

Günahlarımız bizimlə müqəddəs Allah arasında dəfedilməz divar yaradır

Günahın yaratdığı divarı aşmaqda din kömək edirmi

Bir çoxumuz Allah ilə aramızda olan maneəni din vasitəsilə aradan qaldırmağa çalışırıq. Xeyirxah əməllərlə bu divarı aşmağa çalışırıq. Dualar, oruc, Həcc, məscidə getmək, zəkat, sədəqə – bütün bunlar növbəti şəkildə göstərildiyi kimi, divardan aşmağın cəhdləridir. Dini xeyirxahlığımızın bəzi günahları yox etdiyinə ümid edirik. Xeyirxah işlərimiz kifayət qədər çox olsa bütün günahlarımızdan azad ola bilərik və mərhəmətlə bağışlanmanı əldə edə bilərik.

Allah qarşısında layiq olmaq üçün xeyirxah əməllərlə divarı aşmağa çalışırıq

Görəsən, günahdan azad olmaq üçün nə qədər xeyirxah işlər görməliyik? Xeyirxah əməllərimizin günahlarımızı silmək və Allah ilə bizim aramızda divarı aradan qaldırmaq üçün kifayət olduğunu necə biləcəyik? Saleh niyyətlə olan cəhdlərimiz  kifayətdirmi? Biz əmin deyilik və buna görə də mümkün qədər çox cəhd edirik; Mühakimə Günündə kifayət qədər çox xeyirxah işlər görəcəyimizə ümidvarıq.

Layiq olmaq üçün xeyirxah işlər görmək cəhdlərdən başqa xoş niyyətlə cəhdlər edirik, çoxlarımız təmiz olmaq üçün çox çalışır. Biz duadan qabaq böyük səylə dəstəmaz alırıq. Bizi murdarlaya bilən adamlardan, əşyalardan və qida məhsullarından uzaq olmağa çalışırıq. Lakin peyğəmbər Yeşaya dedi:

“Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir. Hamımız yarpaq kimi soluruq, Şər əməllərimiz bizi külək tək sovurub-aparır.”

Yeşaya 64:6

Peyğəmbər bizə deyir ki, hətta bizi murdarlayan bütün şeylərdən uzaq dursaq belə, günahlarımız “bütün saleh əməllərimizi murdar əskiyə” bənzədir. Bu, pis xəbərdir. Lakin vəziyyət bundan da pisdir.

Daha pis xəbər: günah ilə ölümün gücü

Musa peyğəmbər (s) Qanunun tələbini aydın söylədi: tam itaət tələb olunur. Qanun heç vaxt “əmrlərin çoxuna riayət etməyə çalış” deməyib. Əslində Qanun dəfələrlə qeyd edir ki, günahın cəzası ölümdür. Nuhun (s) dövründə və Lutun (s) arvadı məsələsində də günahın ölümlə nəticələndiyini gördük.

İncil bu həqiqəti belə söyləyir:

Günahın əvəzi ölümdür…

Romalılara 6:23

“Ölüm” sözünün hərfi mənası ‘ayrılıq’ deməkdir. Can bədəndən çıxanda insan fiziki cəhətdən ölür. Eyni ilə biz indi Allahdan ruhani cəhətdən ayrıyıq və buna görə də Onun gözündə ölü və natəmizik.

Bunun günahdan azad olmaq üçün xeyirxah əməllərlə layiq olmağa ümidin problemini üzə çıxarır. Məsələ bundadır ki, bizim cəhdlərimiz, xeyirxah işlərimiz, xoş niyyətlərimiz, əməlisalehliyimiz pis olmasa da, kifayət deyil, çünki günah əvəzində ölüm tələb edir. Yalnız ölüm bu divarı aşmağı mümkün edir, çünki bu halda, Allahın ədaləti qane olur. Layiq olmaq cəhdlərimiz xərçəng xəstəliyini halal qida ilə sağaltmaq cəhdlərinə bənzəyir (nəticəsi ölümdür). Halal qida pis deyil, yaxşıdır – və insan halal qidalanmalıdır – lakin bu, xərçəng xəstəliyini sağalda bilməz. Xərçəng üçün sizə tamamilə başqa şey – xərçəng hüceyrələrini öldürən bir müalicə gərəkdir.

Beləliklə, dini cəhətdən layiq olmaq üçün bütün cəhdlərimizə və xoş niyyətlərimizə baxmayaraq, Allahın gözündə biz əslində meyit kimi ölü və natəmizik.

Günahımızın nəticəsi ölümdür – Allah qarşısında biz natəmiz cəsədlər kimiyik

İbrahim doğru yolu göstərir

Peyğəmbər İbrahimlə (s) bu, başqa cür oldu.  ‘İbrahim Allaha iman etdi və bu, ona salehlik sayıldı’. İbrahim saleh əməllərinə görə deyil, iman etdiyinə və ona vəd edən Allaha etibar etdiyinə görə saleh oldu. Layiq olmaq cəhdləri əvəzinə o, lazım olan əvəzi təmin edən Allaha etibar etdi. Biz bunu İbrahimin oğlu əvəzinə Allahın qurbanlıq quzunu təmin etməsi barədə məqalədə gördük.

İbrahimə doğru yol göstərildi və o, vəd verən Allaha etibar etdi və Allah ölmək üçün qurbanı təmin etdi

Quran bu barədə Saffat Surəsində (Surə 37) yazır:

Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik. Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq. İbrahimə salam olsun!  

Saffat Surəsi 37:107-109

Allah ‘fidyə verdi’ (qiyməti ödədi) və İbrahim xeyir-dua, mərhəmət və bağışlanmanı aldı. Bunların hamısı “salam” sözündə cəmləşir.

Xoş Xəbər: İsa Məsihin bizim uğrumuzda etdikləri

İbrahim peyğəmbər bizə doğru yolu göstərən bir nümunədir. Fatihə Surəsi (Surə 1) yazır:

“Haqq-hesab gününün Hökmdarına! Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola yönəlt – nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!”

Fatihə Surəsi 1:4-7

İncil izah edir ki, İbrahimin nümunəsi Allahın əvəz qurbanını təmin etdiyini göstərir. Allah günahın əvəzini təmin edərək ölümə sadə, lakin çox möhtəşəm bir çarə verir.

“Günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.”

Romalılara 6:23

Bu vaxta qədər biz yalnız ‘pis xəbər’ lərdən danışırdıq. Lakin ‘İncil’ sözünün hərfi mənası ‘Xoş Xəbər’dir. İncilin əsas sözü budur: İsanın ölümü bizimlə Allah arasında olan divarı aradan qaldırmaq üçün kifayət olan qurbandır. Buna görə də İncil Xoş Xəbərdir. 

Qurbanlıq quzu İbrahimin qurbanını əvəz etdiyi kimi, Allahın Quzusu olan İsa Məsih də qurban olaraq günaha görə əvəzimizdə ölür

Peyğəmbər İsa Məsih qurban oldu və daha sonra  Nübar olaraq ölülərdən dirildi. İndi O, bizə Öz yeni həyatını təklif edir. Artıq biz günahın ölüm məhbusları olmamalıyıq.

İsa Məsihin dirilməsi ‘Nübar’ idi. Biz də ölümdən dirilərək yeni həyatı yaşaya bilərik.

İsa Məsih qurban və dirilmə vasitəsilə bizi Allahdan ayıran günah divarında bir qapı oldu. Buna görə Peyğəmbər dedi:

“Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və otlaq tapar. Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun.”

Yəhya 10:9-10
Beləliklə, İsa Məsih günah və ölüm divarında bir qapıdır

Bu qapı sayəsində biz Yaradan Allah ilə ilkin və günahdan əvvəl olan münasibətimizi bərpa edə bilərik, mərhəmət alaraq  günahlarımızın bağışlamasına əmin ola bilərik.

Qapı açıq olduğuna görə Yaradan Allah ilə münasibətimiz bərpa olunur

İncil bəyan edir:

“Bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır. O hamını satın almaq üçün Özünü fidyə verdi və bu da münasib vaxtda edilən şəhadətdir.”

1 Timoteyə 2:5-6

Allahın sənə hədiyyəsi

Peyğəmbər ‘hamını satın almaq’ üçün ‘Özünü fidyə verdi‘. “Hamı” bizi də daxil edir. Ölümü və dirilməsi vasitəsilə O, fidyə verdi, qiyməti ödədi ki, Vasitəçi olsun. O, bizə həyatı təklif edir. Bu həyat necə verilir?

“Günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.”

Romalılara 6:23

Fikir verin bu həyat bizə necə verilir. Bu, … ‘ənamdır’. Ənam və ya hədiyyə barədə fikirləşin. Hədiyyənin böyük-kiçiyi olmur. Hədiyyəni qazanmırlar, hədiyyə üçün layiq olmaq gərək deyil. Layiq olmağa çalışaraq qazanmısansa, bu, artıq hədiyyə deyil, zəhmət haqqıdır! Eyni ilə siz İsa Məsihin qurbanına layiq olmaq üçün onu qazana bilməzsiniz. Bu, sizə ənam və ya hədiyyə olaraq verilir. Bu, çox sadədir.

Bəs ənam özü nədir? Ənam – əbədi həyatdır. Yəni sizə və mənə ölüm gətirən günahın əvəzi ödənildi. Allah sizi və məni bu qədər sevir. Bu, möhtəşəmdir.

Beləliklə, siz və mən yeni həyatı necə əldə edirik? Yenə də hədiyyələr barədə düşünün. Bir kimsə sizə hədiyyə vermək istəyirsə, siz onu qəbul etməlisiniz. Hədiyyə təklif olunanda iki variant var. Ya hədiyyə rədd olunur, (“Yox, sağ ol”), ya da qəbul olunur (“Hədiyyənə görə çox sağ ol. Qəbul edirəm”). Bu hədiyyəni də qəbul etmək lazımdır. Bu hədiyyəni dərk etmək, buna iman etmək, tədqiq etmək olmur. Fayda olsun deyə, təklif olunan hədiyyəni qəbul etmək gərəkdir.

“Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. O, başlanğıcda Allahla birlikdə idi. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. Həyat Onda idi və bu həyat insanların nuru idi. Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi.

Allahın göndərdiyi bir adam var idi, onun adı Yəhya idi. O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi.  Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.”

Yəhya 1:12-13

İncil Allah barədə deyir:

“Xilaskarımız Allah bütün insanların xilas olmasını istəyir…”

1 Timoteyə 2:3-4

O, Xilaskardır və O, təklif etdiyi hədiyyəni bütün adamların qəbul etməsini, günahdan və ölümdən xilas olmasını istəyir. Bu hədiyyəni qəbul etməyimiz Allahın iradəsidir. Allahın iradəsinə təslim olmaq – bu, “müsəlman” sözünün əsl mənasıdır. Müsəlman təslim olan kəsdir.
Beləliklə, bu hədiyyəni biz necə qəbul edirik? İncil deyir:

“Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir.”

Romalılara 10:12

Fikir verin ki,  bu vəd ‘hamı’ üçündür. Ölülərdən dirildiyi üçün  İsa Məsih indi sağdır. Beləliklə, Onun adını çağırsanız O eşidəcək və Öz hədiyyəsini sizə verəcək. Onun adını çağırın və Ondan xahiş edin. Çox güman ki, əvvəllər heç vaxt bunu etməmisiniz. Növbəti dua sizə kömək edə bilər. Bu, sehrli sözlər deyil. Allahın qüdrətini həyatınıza gətirən bu sözlər deyil. İbrahim kimi əvəz qurbanına etibar etməlisiniz. Bu hədiyyəni verən İsa Məsihə etibar etməlisiniz. Ona etibar edəndə O, bizi eşidəcək və cavab verəcək. İncil qüdrətlidir və eyni zamanda çox sadədir. Dua nümunəsinin sözlərini təkrar edə bilərsiz.

Əziz Peyğəmbər və Xilaskar İsa Məsih. Günahlarım məni Yaradan Allahdan ayırıb. Çox çalışsam belə, bu divarı aşa bilmirəm. Başa düşürəm ki, sənin ölümün günahlarımı təmizləmək üçün bir qurban idi. Bilirəm, qurban olandan sonra ölülərdən dirildin. Qurbanının kifayət olduğuna inanıram və Sənə təslim oluram. Xahiş edirəm, məni günahlardan təmizlə və Yaradanla münasibətimi bərpa etmək üçün Vasitəçim ol ki, əbədi həyatım olsun. İsa Məsih, bunların hamısını mənim üçün etdiyinə görə Sənə minnətdaram. Xahiş edirəm, məni həyatda istiqamətləndirməkdə davam et, mənim Rəbbim və Rəhbərim ol. Uca və mərhəmətli Allahın adı ilə dua edirəm. Amin.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *