“Quran bir əlyazmadır – eyni dildə, hərflərlə və oxunuşla verilib. Burada insan şərhi və ya tərcümə səhvi yoxdur… Dünyanın müxtəlif yerlərində olan evlərdəki Quranı götürüb müqayisə etsəniz onların arasında fərq tapmazsınız”.
Bu sözləri mənə dostum yazdı. O, Müqəddəs Quranı İncilin mətni ilə müqayisə edirdi. İncilin 24000 qədim əlyazmaları mövcuddur və onların arasında çox kiçik fərqlər var, sadəcə, bir neçə söz fərqlidir. 24000 əlyazmaların hamısında bütün mövzular və fikirlər eynidir. Bu, İsa Məsihin qurban ölümü və dirilməsinə də aiddir. Yuxarıda oxuduğunuz kimi, Quran mətnlərinin arasında bir fərqin olmadığı barədə çox söz deyilir və buna görə də, Quranın Müqəddəs Kitabdan daha üstün olması vurğulanır, çünki möcüzəli şəkilidə onun qorunub saxlanılması bunu təsdiq edir. Bəs hədislər Quranın tərtibatı barədə nə deyir?
Peyğəmbərdən Xəlifələrə qədər dövrdə Quranın tərtib olunması
Ömər ibn Xəttab yazır:
Hişam ibn Hakim ibn Hizamın Furqan Surəsini məndən fərqli söylədiyini eşitdim. Allahın Elçisi bunu mənə özü öyrətmişdi (fərqli tərzdə). Beləliklə, mən onunla (dua vaxtı) mübahisə etmək istədim, lakin duanın bitməsini gözlədim. Daha sonra mən onun paltarını boynuna dolayaraq onu tutub Allahın Elçisinin yanına gətirdim və dedim: “Bu Furqan Surəsini mənə öyrətdiyindən fərqli söylədiyini eşitdim”. Peyğəmbər mənə onu buraxmağı əmr etdi və Hişamdan Surəni söyləməyi xahiş etdi. O, Surəni əzbər söyləyəndə Allahın Elçisi dedi: “Surə belə verilmişdi”. Daha sonra o, Surəni söyləməyi məndən xahiş etdi. Mən Surəni əzbər söyləyəndən sonra o dedi: “Surə belə verilmişdi. Quran yeddi müxtəlif yol ilə verilmişdir, beləliklə, sizə necə asandırsa, elə də onu söyləyin”.
Sahih al-Bukhari 2419; Kitab 44, hədis 9
İbn Məsud danışmışdı:
Bir nəfərin (Quran) ayəsini başqa cür söylədiyini eşitdim; peyğəmbərin isə həmin ayəni fərqli söylədiyini eşitmişdim. Beləliklə, onu peyğəmbərin yanına gətirdim və bu barədə ona xəbər verdim, lakin onun üzündə narazılıq ifadəsinə fikir verdim. Daha sonra o dedi: “Hər ikiniz haqlısınız, ayrı-seçkilik salmayın, çünki sizdən əvvəl yaşayan xalqlar ayrı-seçkilik saldılar və məhv olundular”.
Səhih əl-Buxari 3476 Kitab 60, hədis 143
Bu iki hədis bizə aydın söyləyir ki, Məhəmməd peyğəmbərin (s) dövründə Quranı müxtəlif cür söyləyirdilər və Məhəmməd (s) peyğəmbər bunların hamısını qəbul edir və təsdiqləyirdi. Bəs onun ölümündən sonra nə baş verdi?
Abu Bəkr və Quran
Zaid İbn Thabit yazır:
Yamama əhalisi (yəni Müsailimaya qarşı döyüşən peyğəmbərin bir çox tərəfdarları) öldürüləndə Abu Bəkr As-Siddiq məni çağırmaq üçün bir nəfəri göndərdi. (Mən onun yanına getdim) və Ömər İbn Al-Xəttabın onunla oturduğunu gördüm. Abu Bəkr daha sonra (mənə) dedi: “Ömər yanıma gəlib dedi: “Yamama döyüşü günündə Quran Qürrələri (yəni Quranı əzbər bilənlər) arasında tələfat çox oldu. Qorxuram, digər döyüşlərdə daha böyük tələfatlar olar və beləliklə, Quranın böyük hissəsi itmiş olar. Buna görə də təklif edirəm, sən (Abu Bakr) əmr et ki, Quran toplansın. “Allahın Elçisi etmədiyi işi sən necə edə bilərsən?” mən Ömərə dedim. Ömər cavab verdi: “Allah üçün bu yaxşı işdir”. Ömər öz təklifini qəbul etməyim üçün çox təkid etdi, o vaxta qədər ki, Allah qəlbimi açdı və mən Ömərin təklifində yaxşı tərəfi görməyə başladım”. Daha sonra Abu Bəkr (mənə) dedi. “Sən ağıllı cavansan və sənə şübhə etmirik; sən Allahın Elçisi üçün ilahi vəhyləri yazırdın (ﷺ). Beləliklə, sən Quranın (hissələrini) axtarmalısan və onu bir kitaba toplamalısan”. Allahın izni ilə onlar mənə dağı yerindən köçürməyi əmr etsəydilər bu, Quranı bir yerə toplamaq qədər çətin olmazdı. Daha sonra mən Abu Bakrə dedim: “Allahın Elçisinin (ﷺ) etmədiyi işi sən necə edəcəksən?” Abu Bəkr cavab verdi: “Allahın izni ilə, bu yaxşı işdir”. Abu Bəkr ta ki, Allah ürəyimi açana qədər mənə təkid etməkdə davam edirdi və Abu Bəkr ilə Ömərin ürəyinə qoyduğunu mənim də ürəyimə qoydu. Beləliklə, mən Quranı axtarmağa başladım və (üzərində yazılan) palma gövdələrindən, nazik ağ daşlarda və həmçinin onu əzbər bilən adamlardan toplamağa başladım və Abi Xuzaima Al-Ansaridən Tövbə Surəsinin sonuncu ayəsini tapana qədər davam etdim. Bu ayəni ondan başqa bir kimsədə tapa bilmədim. Ayə belədir: “Həqiqətən sizin yanınıza aranızdan bir Elçi (Məhəmməd) gəldi. İstənilən yara və ya çətinliyiniz onu kədərləndirir (Bəraət Surəsinin sonuna qədər (Tövbə) (9.128-129). Daha sonra Quranın bütöv əlyazmalarının (nüsxəsi) Abu Bəkr ölənə qədər onda qaldı; daha sonra Ömərin ömrü bitənə qədər onda qaldı və daha sonra Ömərin qızı Həfsədə qaldı.
Səhih əl-Buxari 4986 : Kitab 66, hədis 8
Bu, Abu Bəkr Məhəmməddən (s) sonra xəlifə olanda baş vermişdi. Hədis bizə deyir ki, Məhəmməd (s) heç vaxt Quranı bir mətn formasına salmamışdı və ya bu barədə bir göstəriş verməmişdi. Quranı əzbər bilənlər döyüşlərdə şəhid olduqlarına görə Abu Bəkr və Ömər (2-ci xəlifə) Zaidi yola gətirdilər ki, o, Quranı müxtəlif mənbələrdən toplamağa başlasın. Zaid əvvəlcə bunu etmək istəmirdi, çünki Məhəmməd (s) mətni standart formasına salmaq barədə bir göstəriş verməmişdi. O, bir neçə yoldaşına Quranı davamçılarına öyrətməyi etibar etmişdi. Növbəti hədis bizə bu barədə deyir:
Masriq danışıb:
Abdulla İbn Əmr Abdulla İbn Məsudun adını çəkib dedi: “Həmişə bu adamı sevəcəyəm, çünki eşitmişdim, peyğəmbər (ﷺ) demişdi: ‘Quranı dörd nəfərdən götürüb (əzbərlə): Abdulla İbn Məsud, Səlim, Muadh və Ubai İbn Kab'”.
Səhih əl-Buxari 4999: Kitab 66, hədis 21
Lakin buna baxmayaraq, peyğəmbərin (s) ölümündən sonra davamçıların arasında fikir ayrılığı artdı, çünki ayələr fərqli tərzdə söylənilirdi. Növbəti hədis Surə 92:1-3 (Al-Layl) aid fikir ayrılığı barədə yazır:
İbrahim danışır:
Abdulla (bin Məsudun) yoldaşları Abu Dardanın yanına gəldilər (və bundan əvvəl onlar onun evinə gəlmişdilər), o, onları axtarıb tapdı. Daha sonra onlardan soruşdu: ‘Sizlərdən Abdulla kimi (Quranı) əzbər kim söyləyə bilər?” Onlar cavab verdilər: “Hamımız”. O sual verdi: “‘Sizlərdən kim onu əzbər bilir?” Onlar Əlqama işarə etdilər. Daha sonra o, Əlqamadan soruşdu: “Abdulla İbn Məsud Al-Lail Surəsini necə söyləyir?” Alqama əzbər dedi: ‘Kişi və qadın ilə’. Abu Ad-Darda dedi: “Şəhadət edirəm sizə ki, Peyğəmbərin də eynilə söylədiyini eşitmişəm, lakin bu adamlar mənim belə söyləməyimi istəyirlər: And olsun kişini və qadını yaradana’. Lakin Allah haqqı, mən onların dediyini etməyəcəyəm.
: Vol. 6, Kitab 60, hədis 468
Bu gün Quran Leyl Surəsi 92:3-cü ayəni ikinci variantda yazır. Maraqlıdır ki, əvvəlki hədisdə Məhəmməd peyğəmbərin (s) Quranı əzbər danışmaq üçün səlahiyyət təyin etdiyi dörd nəfərdən biri olan Abdulla və Abu Ad-Darda bu ayəni başqa cür söyləyirdilər və onu başqaları kimi söyləmək istəmirdilər.
Növbəti hədis göstərir ki, bütün İslam imperiyasının regionlarında ayəni müxtəlif cür əzbər söyləyirdilər, elə ki, ayənin deməsindən haralı olduğu müəyyən edilirdi. Növbəti hədisdə Kufalı İraqis Surə 92:1-3-ü Abdulla İbn Məsud kimi söyləyir.
‘Alqama dedi:
Abu Darda ilə görüşdüm və o, mənə dedi: Haralısan? Mən dedim: Mən İraqdanam. O yenə soruşdu: Hansı şəhərindən? Cavab verdim: Kufa şəhərindən. O yenə soruşdu: Sən Abdulla b. Məsud kimi ayəni söyləyirsən? Mən dedim: Bəli. O dedi: Bu ayəni əzbər de. Beləliklə, mən əzbər dedim: “(And olsun (yer üzünü zülmətə) bürüməkdə olan gecəyə! And olsun aydınlaşan gündüzə! And olsun kişini və qadını yaradana!” O güldü və dedi: Allahın Elçisinin (ﷺ) bunu belə söylədiyini eşitmişəm.
: Kitab 6, hədis 346
İbn Abbas deyir:
Ömər dedi, aramızda (Quranı) əzbər danışanların ən yaxşısı Ubai olub. Lakin buna baxmayaraq, biz onun söylədiklərinin bəzilərini demirik.’ Ubai deyir: ‘Mən bunu Allahın Elçisinin (ﷺ) ağzından eşitmişəm və heç bir halda bir hissəsini belə, kənarda qoymaram”. Lakin Allah dedi: “Vəhyimizin heç birini Biz ləğv etməyəcəyik və ya unutdurmarıq. Biz onu daha yaxşısı ilə və ya ona bənzəri ilə əvəz edəcəyik”. 2.106
: Kitab 66, hədis 27
Ubai Quranı əzbər söyləyənlərin ‘ən yaxşısı’ olmasına baxmayaraq (Məhəmməd (s) özü ona fikir vermişdi), cəmiyyətdə olanların qalan hissəsi onun söylədiklərinin bir hissəsini kənar etdi. Hansı hissələrin ləğv olunmalı və ləğv olunmamalı olduğuna dair mübahisələr gedirdi. Növbəti hədisdə gördüyümüz kimi, problem belə həll olundu.
Xəlifə Osman və Quran
Anas İbn Malik danışır:
Huzeyfə İbn Al-Yaman Osmanın yanına gəldi. Həmin vaxt Şəm əhalisi və İraq əhalisi Arminya və Adharbijanı ələ keçirmək üçün müharibə edirdilər. Huzeyfə onların (Şəm və İraq) əhalisinin Quranı fərqli söylədiklərindən narahat idi və buna görə də o, Osmana dedi: “Ey imanlıların başçısı! Yəhudilər və xristianlar kimi olmasın deyə, bu xalqı xilas et ki, Kitab (Quran) barədə onlarda fikir ayrılığı yaranmasın”. Beləliklə, Osman Həfsəyə xəbər göndərdi: “Quranın əlyazmasını bizə göndər ki, biz Quranın hissələrini tərtib edərək mükəmməl nüsxə yaradaq və əlyazmaları sonra sənə qaytaraq”. Həfsə onu Osmana göndərdi. Osman daha sonra Zaid İbn Thabit, Abdulla İbn AzZubair, Said İbn Al-As və AbdurRahman İbn Harith İbn Hişama əmr etdi ki, əlyazmaları köçürərək mükəmməl nüsxə yaratsınlar. Osman Quranı bilən üç kişiyə dedi: “Qureyşə dair Zaid İbn Thabit ilə razı olmasanız, daha sonra onu Qureyş dialektində yazın, Quran onların dilində verilmişdir”. Beləliklə, onlar bunu etdilər və bir çox surətləri yazandan sonra Osman orijinal əlyazmaları Həfsəyə göndərdi. Osman hər bir Müsəlman vilayətinə yazdıqları bir nüsxəni göndərdi və Quranın hissələrini və ya bütöv əlyazmaları yandırmağı əmr etdi.
: Kitab 66, hədis 9
Buna görə də bu gün Quranın mətni hər yerdə eynidir. Səbəb bu deyil ki, Məhəmməd peyğəmbər (s) bir mətni qəbul etdi və ya istifadə etdi (o, yeddi mətni istifadə edirdi). Məhəmməd peyğəmbər (s) səlahiyyətli Quranı da tərtib etmədi. O, bunu etmədi. Əslində, online sunna arasında “müxtəlif oxunan Quran ayələri” axtarsanız 61 hədis görəcəksiniz ki, bunlar Quranın müxtəlif oxunuşları barədə yazırlar. Bugünkü Quran təkdir, çünki Osman (üçüncü xəlifə) bir variantı götürdü, onun üzərində düzəlişlər etdi və digər variantları yandırdı. Növbəti hədislər bugünkü Quranda olan düzəlişlər barədə yazırlar:
İbn Abbas dedi:
Ömər dedi: “Qorxuram, uzun müddət keçəndən sonra adamlar deyəcəklər: “Müqəddəs Kitabda Rəcm (daşqalaq) barədə bir söz tapmırıq” və nəticədə adamlar Allahın verdiyi öhdəlikdən yan keçə bilərlər. Qulaq asın! Mən təsdiq edirəm ki, Rəcm cəzası qanunsuz cinsi əxlaqsızlıq edən kəsə tətbiq oluna bilər, əgər o, evlidirsə və cinayəti şahidlər və ya hamiləlik və ya etiraf təsdiq edirlərsə”. Sufyan əlavə etdi: “Bu sözü mən əzbərləmişəm”. Ömər əlavə etdi: “Əlbəttə, Allahın Elçisi (ﷺ) Rəcm cəzasını tətbiq edirdi və biz də ondan sonra tətbiq edirdik”.
: Kitab 86, hədis 56
İbn Abbas dedi:
…Allah Məhəmmədi həqiqət ilə göndərdi və ona Müqəddəs Kitabı açıqladı və Allah Rəcm (daşqalaq) barədə göstərişi də verdi. Bu, zina edən evli adamın (kişi və qadının) daşqalaq olunmasına aiddir. Biz bu ayəni söylədik, anladıq və əzbər söylədik. Allahın Elçisi (ﷺ) daşqalaq cəzasını tətbiq edirdi və biz də ondan sonra edirdik…”
Buxari Kitab 86, hədis 57
Bu gün Quranda daşqalaq barədə (Rəcm) bir söz yoxdur. Beləliklə, bu, düzəliş vaxtı mətndən çıxarılıb.
İbn Az-Zubair dedi: Mən Osmana dedim: “Bəqərə Surəsində olan bu ayə: “Sizlərdən kim ölür və dul qadınlarını sağ qoyur…” başqa ayə ilə ləğv olunub. Daha onu (Quranda) nə üçün yazırsınız?” ‘Osman dedi: “Onu (olduğu yerdə) qoyun qalsın, … çünki mən onda (yəni Quranda) olan əvvəlki yazını dəyişməyəcəyəm”.
: Vol. 6, Kitab 60, hədis 60
Burada biz Osman və İbn Az-Zubair arasında fikir ayrılığı görürük. Söhbət ləğv olunmuş ayəni Quranda saxlayıb-saxlamamaq barəsindədir. Osman özü bildiyi kimi etdi və buna görə də ayə bu gün Qurandadır. Lakin bu barədə mübahisə gedir.
Osman və Tövbə Surəsindəki (Surə 9) başlıq
Osman İbn Affan dedi:
Yazid al-Farisi dedi: İbn Abbas deyəndə eşitmişdim: Mən Osman İbn Affandan soruşdum: Hansı səbəblə sən yüz ayəsi olan Surələrə aid Bəqərə Surəsini və Ənfal Surəsini Quranın ilk uzun Surəsi və ya fəslinə aid etdin və onların arasında “Mərhəmətli və Rəhmli Allahın adı ilə” yazmadın?
Osman cavab verdi: Quranın ayələri peyğəmbərə (ﷺ) veriləndə o, onları onun üçün yazmağa bir nəfəri çağırır və ona deyirdi: Bu ayəni bunu və bunu söyləyən Surəyə yaz; və bir və ya iki ayə veriləndə o, (onlara dair) oxşar sözü deyirdi. (Surə) al-Ənfal Mədinədə verilən ilk Surədir, (Surə) Bəqərə isə Quranda sonuncu verilən Surədir və bunların məzmunu Ənfal Surəsi ilə oxşardır. Buna görə də Ənfal Surəsinin bir hissəsi olmasına baxmayaraq, mən onu yeddi uzun Surələrə aid etdim və bunların arasında “Mərhəmətli və Rəhmli Allahın adı ilə” yazmadım.
: Kitab 2, hədis 396
Surə 9 (Tövbə və ya Barah) Quranda yeganə Surədir ki, ‘Mərhəmətli və Rəhmli Allahın adı ilə’ sözləri ilə başlamır. Hədis bunun səbəbini izah edir. Osman Surə 9-u Surə 8-in bir hissəsi olduğunu hesab edirdi, çünki mövzu bənzər idi. Sual-cavabdan görürük ki, ilk müsəlman cəmiyyətində bu, mübahisəli məsələ olub. Növbəti hədis bir nəfərin Osmanın Quranına münasibətini göstərir.
‘Abdulla (b. Məsud) dedi ki, o, (yoldaşlarına onlarda olan Quranın nüsxələrini) gizlətməyi söylədi və daha sonra dedi:
Bir şeyi gizlədən hər bir kəs gizlətdiyini Qiyamət Günü üzə çıxaracaq və daha sonra dedi: Kimin söylədiyi kimi mənə söyləməyi əmr edirsən? Mən Allahın Elçisinin (ﷺ) qarşısında Quranın yetmişdən çox Surəsini əzbər söyləmişəm və Allahın Elçisinin (ﷺ) adamları bilir ki, mən Allahın Kitabını (onlardan) daha yaxşı anlayıram və kiminsə məndən yaxşı Surələri anladığını bilsəydim, onun yanına gedərdim. Şaqiq dedi: Məhəmmədin (ﷺ) adamlarının yanında oturmuşam, lakin heç kimin onun əzbər söylədiyini rədd etməsini və ya bunlarda bir qüsur tapmasını eşitməmişəm.
Səhih Müsəlman Kitab 44, hədis 162
Bir neçə məsələyə fikir verin:
- Abdulla b. Məsud müxtəlif səbəblərə görə davamçılarına Quranı gizlətməyi tapşırır.
- Görünür, başqa bir kəs ona fərqli cür əzbər söyləməyi əmr edir. Bunun səbəbini bilmək üçün Osmanın Quranın standart mətnini yaratdığı vaxta nəzər salaq.
- İbn Məsudun Quranı fərqli cür əzbər söyləməyə etirazının səbəbi budur: Mən (Məsud) Kitabı daha yaxşı anlayıram.
- Şaqiq dedi ki, Məhəmmədin adamları Məsud ilə razı idilər.
Quranın bu gün mövcud olan müxtəlif mətnləri
Buna baxmayaraq, Osmanın düzəlişlərindən sonra mətndə fərqlər qaldı. Əslində, görünür, 4-cü əsrdə peyğəmbərdən [(s)] sonra fərqli oxunuşa qayıtmağa icazə verildi. Beləliklə, bu gün əsas oxunan Ərəb mətn Hafs (və ya Hofs) olduğuna baxmayaraq, Şimali Afrikada Varş, Qərbi Afrikada Al-Duri və digərləri mövcuddur. Bu mətnlər əsasən yazılışa və sözlərdə olan kiçik müxtəlifliyə görə fərqlənir. Adətən bu, mənaya təsir göstərmir. Lakin mənaya təsir göstərən bəzi fərqli sözlər geniş fikrə deyil, kiçik hissəyə aiddir.
Beləliklə, Quranın hansı variantının istifadəsini seçmək olar?
Biz öyrəndik ki, bu gün Ərəbcə Quranın fərqli variantları mövcuddur və Məhəmməd peyğəmbərin (s) ölümündən sonra Quranın mətni düzəldildi və əlyazmalar arasından seçildi. Quran mətnində fərq çox azdır və bunun səbəbi o dövrdə fərqli mətnlərin yandırılmasındadır. Quran ayələrinin fərqli oxunuşuna aid qeydlər yoxdur; səbəb bu fərqli oxunuşların mövcud olmaması deyil, fərqli mətnlərin məhv edilməsindədir. Çox güman ki, Osman Quranın gözəl mətnini tərtib etdi, lakin bu, yeganə mətn deyildi və bu mətn ziddiyyətsiz deyildi. Beləliklə, Quran “orijinal yazıdır – bir dildə, eyni hərflərlə, eyni oxunuşla. İnsan şərhinə ehtiyac qalmır” fikri geniş yazılsa da, düzgün deyil. Həm Müqəddəs Kitabın, həm də Quranınmətn fərqliliyi olduğuna görə, hər ikisinin əlyazmaları mövcuddur. Bu əlyazmalar bugünkü mətnin orijinala yaxın olduğunu təsdiq edir. Hər iki kitab orijinalı layiqincə təmsil edə bilər. Bir çoxları kitabların məzmununu başa düşməyə çalışmır. Bunun səbəbi Qurana həddən böyük sitayiş və Müqəddəs Kitabın dəyişməzliyinə həddən çox xor baxmaqdır. Bundansa, kitabları anlamaq üçün böyük səy göstərsəydik, daha yaxşı olardı. Kitablar ilk növbədə bunun üçün verilmişdir. Bunu etmək üçün Adəmdən başlamaq əla olardı.