Huməzə Surəsi (Surə 104) Məhkəmə Günü barədə bizə xəbərdarlıq edir:
“Hər bir qeybət edənin, tənə vuranın vay halına! O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. Xeyr! O, mütləq Hütəməyə atılacaqdır”
Huməzə 104:1-6
Huməzə Surəsi Allahın bizim, xüsusilə də, xəsislər başqaları haqqında pis danışanlar üçün qaladığı Oddur. Səxavətli, ehtiyacda olana əl tutanlar, zənginə paxıllıq etməyən, başqası barədə pis söz danışmayan, pul məsələsində başqası ilə mübahisə etməyənlərin isə əzilməyəcəklərinə və Qiyamət Günündə Allahın qəzəbi ilə üzləşməyəcəklərinə ümid edə bilərlər.
Bəs, biz necə?
Peyğəmbər İsa Məsih (s) Allahın qəzəbindən qorxan adamlar üçün gəldi. O, İncildə deyir:
“Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub. Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, Ona iman edən hər kəs əbədi həyata malik olsun».
Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib. Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz. Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun”
Yəhya 3:13-21
İsa Məsih (s) böyük səlahiyyəti barədə danışırdı. O, hətta, Özünün göydən endiyini bəyan edirdi. O, Samariyalı qadınla söhbətində (burada daha ətraflı oxuya bilərsiniz) Peyğəmbər Özünü ‘canlı sular’ adlandırır:
“İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi». Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs o həyat suyunu haradan götürəcəksən? Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?» İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar, amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək»”
Yəhya 4:10-14
Səlahiyyət haqqında sözlərini Musa peyğəmbərin Tövratındakı peyğəmbərliklər təsdiqləyir. Tövrat dünyanı altı gün ərzində yaradan Kəlam barədə yazır. Zəbur və sonrakı peyğəmbərlər Onun gəlişi barədə ətraflı peyğəmbərlik ediblər və Onun gəlişinin səmalarda planlaşdırıldığını göstəriblər. “Bəşər Oğlu yuxarı qaldırılmalıdır ki, Ona iman edən hər kəs əbədi həyata malik olsun”. Bəs peyğəmbərin bu sözlərinin mənası nədir? Bu sözlərin izahı buradadır.