Biz bu sualı dərindən araşdıracağıq. Bu məsələni aydın etmək üçün Kəbədən Qara Daşın aparılmasına (h.q.318) nəzər salacağıq.
İsa Məsihin (s) çarmıxda ölümünü inkar edənlər adətən Nisa Surəsi 157-ci ayəyə istinad edirlər.
“Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətədüçaredildilər.) Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər”
Nisa Surəsi 4:157
İsa Məsih öldürüldümü?
Fikir verin, ayə İsa Məsihin ölmədiyini söyləmir. Ayə deyir yəhudilər ‘nə öldürdülər, nə də çarmıxa çəkdilər…’. Bu, fərqlidir. İncil yəhudilərin peyğəmbəri həbs etdikləri, baş kahin Qayafanın sorğu-suala tutduğu barədə yazır:
“Yəhudi başçıları İsanı Qayafanın yanından vali sarayına apardılar. Səhər açılırdı. Amma özləri vali sarayına girmədilər ki, murdar olmasınlar və Pasxa yeməyini yeyə bilsinlər”
Yəhya 18:28
Pilat Roma valisi idi. Roma işğalı altında olduqları üçün yəhudilər edam edə bilməzdilər. Daha sonra Pilat peyğəmbəri öz Roma əsgərlərinin əlinə verdi.
“Onda Pilat İsanı çarmıxa çəkilmək üçün onlara təslim etdi”
Yəhya 19:16
Beləliklə, İsa Məsihi çarmıxa çəkən yəhudilər deyil, Roma hakimiyyəti və Roma əsgərləri olub. Peyğəmbərin şagirdi yəhudi rəhbərlərini ittiham edəndə demişdi:
“İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı, ata-babalarımızın Allahı Qulu İsanı izzətləndirib. Siz Onu sataraq Pilatın qarşısında rədd etdiniz. Pilat Onu azad etmək üçün qərar vermişdi”
Həvarilərin İşləri 3:13
Yəhudilər onu Romalılara verdilər, onlar da onu çarmıxa çəkdilər. Çarmıxda öləndən sonra onun bədənini qəbirə qoydular:
“İsanın çarmıxa çəkildiyi yerdə bir bağça, bu bağçanın içində də hələ heç kəsin qoyulmadığı təzə bir qəbir var idi. Qəbir yaxında olduğuna görə İsanın cəsədini oraya qoydular, çünki o gün Yəhudilərin Hazırlıq günü idi”
Yəhya 19:41-42
Nisa Surəsi 157 yəhudilərin İsa Məsihi çarmıxa çəkmədiyi barədə yazır. Bu, düzdür. İsa Məsihi çarmıxa Romalılar çəkdilər.
Məryəm Surəsi və peyğəmbərin ölümü
Məryəm Surəsi İsa Məsihin ölüb-ölməməsini aydınlaşdırır.
“Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur”
Məryəm Surəsi 19:33-34
Burada aydın deyilir ki, İsa Məsih gələcəkdə Öz ölümünü əvvəlcədən görür və bu barədə danışırdı. İncil də bu barədə yazır.
‘Əvəzində Yəhuda öldürüldü’ nəzəriyyəsi
Yəhudanın İsa Məsihə bənzər simasının dəyişməsi barədə nəzəriyyə geniş yayılıb: yəhudilər (İsa kimi görünən) Yəhudanı həbs etdilər, Romalılar (İsa kimi görünən) Yəhudanı çarmıxa çəkdilər, və nəhayət, (İsa kimi görünən) Yəhuda dəfn olundu. Bu nəzəriyyəyə görə, İsa Məsih ölmədən səmalara yüksəldi. Nə Quran, nə də İncil hadisələrin bu gedişini təsvir etmir, lakin buna baxmayaraq, bu nəzəriyyə geniş yayılıb. Beləliklə, gəlin bu nəzəriyyəni tədqiq edək.
İsa Məsih tarixi yazılarda
Dünyəvi tarixdə İsa Məsihə və Onun ölümünə dair bir neçə sənəd qalıb. Gəlin bunlardan ikisinə nəzər salaq. B.e.65-ci ilində İsa Məsihin davamçılarını təqib edən Roma İmperatoru Neron barədə yazaraq Roma tarixçisi Takit İsa Məsihdən bəhs edir:
‘Dəhşətli cinayətlərinə görə xristian adlananlara hamı nifrət edirdi. Neron… ən kəskin əzablar verərək onları cəzalandırırdı. Onların müəllimi Xristos Qeysər Tiberinin hakimiyyəti dövründə Yəhudeyanın valisi Ponti Pilat tərəfindən öldürülmüşdür. Lakin müvəqqəti yatırılmış bu ziyanlı mövhumat yenidən canlandı. Lakin təkcə bu bəlanın yarandığı Yəhudeyada deyil, bütün Roma şəhərində də yayıldı’.
Takit. Annals XV. 44
Takit İsa Məsih barədə növbəti qeyd olunanları təsdiqləyir:
- 1) O, tarixi Şəxsiyyət olub;
- 2) Ponti Pilat tərəfindən edam edilib;
- 3) Peyğəmbər İsa Məsih öləndən sonra davamçıları hərəkatı Yəhudeyada (Yerusəlimdə) başladılar;
- 4) B.e.65-ci ilində (Neronun dövründə) onlar Yəhudeyadan Romaya yayıldılar, elə ki, Roma İmperatoru bunun qarşısını almaq məcburiyyətində qaldı.
Yosef yəhudi hərbi komandanı/tarixçi olub. O, birinci əsrə aid yəhudi tarixini yazıb. İsa Məsihin həyatı barədə bunları qeyd edir:
‘O vaxt bir müdrik adam var idi … İsa. O, … xeyirxah və … saf idi. Yəhudilərdən və digər millətlərdən bir çoxları Onun şagirdi oldu. Pilat Onu çarmıxda ölümə məhkum etdi. Onun şagirdləri Onun təlimindən dönmədilər. Şagirdlərinin dediklərinə görə, çarmıxda öləndən üç gün sonra İsa onlara göründü və O, sağ idi’.
Yosef. 90 AD. Antiquities xviii. 33
Yosef bunların təsdiq edir:
- 1) İsa Məsih tarixdə yaşayıb,
- 2) O, dini müəllim olub,
- 3) Roma valisi Pilat Onu edam etdirib,
- 4) Ölümündən sonra şagirdləri Onun dirilməsini hamıya elan etdilər.
Tarixi yazılardan görünür ki, peyğəmbərin ölümü hamıya məlum idi, bu barədə mübahisə getmirdi; şagirdləri Onun dirilməsini Roma dünyasına elan etdilər.
Tarixi vəziyyət – Müqəddəs Kitabdan
Müqəddəs Kitabda Həvarilərin İşləri Kitabında yazılıb ki, çarmıxdakı ölümdən bir neçə həftə sonra şagirdlər İsa Məsihin dirilməsini Yerusəlimdəki Məbəddə bəyan etdilər:
“Kahinlər, məbəd mühafizəçilərinin başçısı və sadukeylər xalqa vəz edən Peterlə Yəhyanın üstünə getdilər. Çünki bu həvarilərin xalqı öyrətməsinə, İsaya şamil edərək ölülər arasından dirilməni bəyan etməsinə qıcıqlandılar. Onları tutdular və axşam olduğu üçün sabahkı günə qədər zindanda saxladılar. Lakin onların sözünə qulaq asanlardan bir çoxu iman etdi. Beləliklə, iman edən kişilərin sayı beş minə qədər çatdı.
Ertəsi gün Yəhudilərin rəhbərləri, ağsaqqalları və ilahiyyatçıları Yerusəlimə toplaşdılar. Baş kahin Xanan, Qayafa, Yəhya, İsgəndər və baş kahinin nəslindən olanların hamısı orada idi. Peterlə Yəhyanı onların qarşısına gətirib soruşdular: «Siz bunu hansı qüdrətlə, kimin adı ilə edirsiniz?» O zaman Peter Müqəddəs Ruhla dolub dedi: «Ey xalqın rəhbərləri və ağsaqqalları! Əgər bu gün biz bir xəstəyə etdiyimiz yaxşılığa və onun necə sağalmasına görə sorğu-suala çəkiliriksə, hamınız, bütün İsrail xalqı bilsin ki, bu adam sizin çarmıxa çəkdiyiniz, lakin Allahın ölülər arasından diriltdiyi Nazaretli İsa Məsihin adı ilə qarşınızda sağlam durub. Siz “bənnaların rədd etdiyi daş guşədaşı olan” həmin İsadır. Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq».
Onlar Peter və Yəhyanın cəsarətini görəndə, onların savadsız, sadə insanlar olduğunu biləndə heyrətə düşdülər, amma tanıdılar ki, onlar İsa ilə birgə olmuşdular. Şəfa tapan adam Peter və Yəhya ilə birgə onların gözləri qarşısında durmuşdu, buna görə onların əleyhinə heç nə deyə bilmədilər. Ali Şuranın üzvləri onlara bayıra çıxmağı əmr edəndən sonra aralarında müzakirəyə başlayıb dedilər: «Bu adamlara nə edək? Bütün Yerusəlim əhalisinə aydın olub ki, bu adamların əli ilə əhəmiyyətli bir əlamət göstərilib və biz bunu dana bilmərik. Amma bu xəbərin xalq arasında daha çox yayılmasının qarşısını almaq üçün onlara hədə-qorxu gələk ki, bundan sonra bu Adı çəkib heç kimə heç nə deməsinlər»”
-Həvarilərin İşləri 4:1-17
“Bu, baş kahini və yanındakıların hamısını, yəni sadukey təriqətinə mənsub olanları hərəkətə gətirdi, çünki qısqanclıqları aşıb-daşırdı. Ona görə də həvariləri tutub ümumi zindana atdılar. Amma Rəbbin mələyi gecənin bir vaxtında gəlib zindanın qapısını açdı, onları bayıra çıxarıb dedi: «Gedin, məbəddə durun və camaata yeni həyatla bağlı sözlərin hamısını deyin».Həvarilər bunu eşidəndə səhər tezdən məbədə daxil olub təlimlərini öyrətməyə başladılar.
Baş kahin və yanındakılar gəlib Ali Şuranı İsrailin bütün ağsaqqallar məclisini çağırdı ki, bir yerə yığılsınlar. Onlar həvariləri gətirtmək üçün mühafizəçiləri zindana göndərdilər. Lakin mühafizəçilər gəlib zindanda həvariləri tapa bilmədi və geri qayıdıb belə xəbər verdilər: «Gördük ki, zindan bağlıdır, tamamilə nəzarət altındadır və gözətçilər qapıda dayanıb. Amma qapıları açanda içəridə heç kimi tapa bilmədik». Bu sözləri eşidən məbəd mühafizəçilərinin başçısı ilə başçı kahinlər «Bu işin sonu necə qurtaracaq?» deyə çaşıb-qaldılar. Elə bu zaman kimsə onların yanına gəlib xəbər verdi: «Baxın, zindana saldığınız adamlar məbəddə dayanıb camaata təlim öyrədir». Bu vaxt başçı ilə mühafizəçilər gedib həvariləri gətirdilər. Xalqın onları daşqalaq etməsindən qorxduqları üçün güc tətbiq etmədilər.
Onlar həvariləri Ali Şuranın qarşısına gətirdilər. Baş kahin onlardan soruşdu: «Bu adla təlim öyrətməyi sizə qəti qadağan etmədikmi? Amma siz təliminizi bütün Yerusəlimə yaydınız və o Adamın qanını bizim boynumuza yükləmək istəyirsiniz». Peter və başqa həvarilər belə cavab verdi: «İnsana deyil, Allaha itaət etmək daha vacibdir. Ata-babamızın Allahı sizin çarmıxa çəkib öldürdüyünüz İsanı diriltdi. İsrailə günahlarından tövbə və bağışlanma imkanı vermək üçün Allah Onu Bani və Xilaskar olaraq Öz sağ tərəfinə qaldırdı. Bu şeylər barədə biz şahidik, Allahın Özünə itaət edənlərə verdiyi Müqəddəs Ruh da şahiddir».
Onlar bunu eşidəndə çox qəzəbləndi və həvariləri öldürmək istədilər. Lakin bütün xalqın hörmətini qazanmış Qanun müəllimi olan Qamliel adlı bir farisey Ali Şurada ayağa qalxdı və əmr etdi ki, bu adamları qısa müddətə bayıra çıxarsınlar. O, Ali Şuranın üzvlərinə belə dedi: «Ey İsraillilər, bu insanlara nə edəcəyiniz barədə yaxşı-yaxşı fikirləşin. Bir qədər bundan əvvəl Tevda özü barəsində yüksək iddiada olaraq ortaya çıxdı və ona təxminən dörd yüz nəfər qoşuldu. Lakin bu kişi öldürüldü, bütün tərəfdarları darmadağın edildi və bu hərəkat yatırıldı. Sonra siyahıyaalma zamanı Qalileyalı Yəhuda ortaya çıxdı və camaatı ardınca apardı. O da öldü və tərəfdarlarının hamısı darmadağın edildi. İndiki iş barəsində sizə onu deyirəm ki, bu adamlardan əl çəkin və azad buraxın. Əgər bu hərəkat, bu iş insandandırsa, məhv olub gedəcək. Yox, əgər Allahdandırsa, bu adamların işini məhv edə bilməzsiniz. Allaha qarşı çıxanların vəziyyətinə belə, düşə bilərsiniz». Onlar Qamlielin sözünə baxdılar, həvariləri içəri çağırıb qamçılatdılar və əmr etdilər ki, İsanın adını çəkərək heç nə danışmasınlar. Sonra onları azad etdilər.
Həvarilər bu ad uğrunda təhqirə layiq görüldükləri üçün sevinərək Ali Şuranın önündən ayrıldılar”
Həvarilərin İşləri 5:17-41
Yəhudi rəhbərlərinin bunları susdurmağa çox çalışdıqlarlına fikir verin. Bu gün də hakimiyyətlər ölkədə yeni hərəkatların qarşısını almaq üçün şagirdləri həbs edir, hədələyir, döyür və daha sonra (bəzilərini) öldürürlər. Bu şagirdlər Yerusəlimdə öz sözlərini bəyan edirdilər. Həmin şəhərdə bir neçə həftə əvvəl İsa Məsihə bənzəyən şəxs açıq-aşkar edam olundu və sonra dəfn olundu. Kim edam olundu? Peyğəmbər? Yoxsa ona bənzəyən Yəhuda?
Gəlin müxtəlif variantlara nəzər salaq və məntiqi nəticəni seçək.
İsa Məsihin cəsədi və qəbir
Qəbirə aid iki variant var. Qəbir ya boşdur, ya da peyğəmbərə bənzəyən adamın cəsədi oradadır. Başqa variant ola bilməz.
Gəlin güman edək ki, Yəhuda peyğəmbər kimi göründü, onun əvəzinə çarmıxa çəkildi və daha sonra onun (peyğəmbərə bənzəyən) cəsədi qəbirə qoyuldu. İndi isə növbəti hadisələr barədə düşünün. Bunlar barədə biz tarixdən bilirik. Yosefus, Takitus və Həvarilərin İşləri kitabları – hamısı bizə çarmıxdakı ölümdən qısa müddət sonra şagirdlərin Yerusəlimdə xəbəri bəyan etmələrindən, hakimiyyətin isə onlara qarşı ciddi tədbirlər gördüklərindən yazır. Bu nəzəriyyəni araşdırdığımıza görə, deyək, ölən peyğəmbər kimi görünən Yəhuda olub. Lakin bu nəzəriyyəyə görə, Yəhuda ölü vəziyyətdə qaldı. Bu nəzəriyyəyə görə, cəsəd qəbirdə qaldı (lakin hələ də, peyğəmbərə bənzəyirdi). Şagirdlər, hakimiyyət, Takitus, Yosefus – hamı səhv edib cəsədin peyğəmbərə aid olduğunu düşünürdülər, əslində isə bu, (peyğəmbərə bənzəyən) Yəhudanın cəsədi olub.
Bu, sual yaradır. Nə üçün Yerusəlimdəki Roma və yəhudi rəhbərləri hələ də qəbirdə olan cəsədin dirilməsi haqqında əfsanələri susdurmaq üçün ciddi tədbirlər gördülər? Axı qəbir kütlələrə peyğəmbərin dirilməsi haqqında vəz edən şagirdlərin gözü qarşısında idi?! (İsa Məsihə bənzəyən) Yəhuda hələ də qəbirdə olsaydı, rəhbərlər, sadəcə, cəsədi hamıya göstərərdilər və beləliklə, (Məsihin dirildiyi barədə vəz edən) şagirdlərinin yalanı ifşa olunardı. Daha şagirdləri həbs etmək, onlara əzab vermək, öldürmək nəyə lazım idi? Rəhbərlər bunu etmədilər, çünki onlara cəsədi göstərə bilmədilər – qəbir boş idi.
Bir nümunə olaraq: Qara Daş, Kəbə, Məkkə və Mədinənin Məscidləri
B.e.930-cu (h.q.318-ci) ilində Qara Daş (Həcərül Əsvəd) o dövrdə Abbasid hakimiyyətinə qarşı olan Şiyələr qrupu tərəfindən Kəbədən oğurlanıb aparılmışdı. Qara Daşı 23 il saxladılar və sonra Qara Daş Kəbəyə qaytarıldı. Qara Daş yerində olmaya bilər.
Belə bir vəziyyəti təsəvvür edin: Məkkənin böyük Məscidində (Məscid-əl Haram) bir qrup adam kütlələrə bəyan edir ki, Qara Daş artıq Kəbənin Pasxan küncündə deyil. Onlar elə inandırıcı danışırlar ki, Məsciddəki zəvvarlar Qara Daşın yox olmasına inanmağa başlayırlar. İki müqəddəs Məscidin mühafizəçiləri (Xədim əl-Ḥaramayn aš-Šarīfayn) bunun qarşısını necə ala bilər? Bu uydurmadırsa və Qara Daş Kəbədədirsə, yaxşısı, hamıya Qara Daşın əsrlər boyu olduğu kimi Kəbədə olduğunu göstərməkdir. Onda bu söhbət dərhal bitər. Qara Daşın Məkkədəki Məscidə yaxın olması bunu mümkün edir. Əgər mühafizəçilər bu xəbəri susdurmaq üçün Qara Daşı göstərə bilmirlərsə, onda bu daş h.q.318-ci ildə olduğu kimi, yenə aparılıb.
Lakin şayiə yayan adamlar Mədinədə Peyğəmbər Məscidindədirsə (Məscid ən-Nəbəvi) və Qara Daşın (450 km məsafədə olan) Məkkədəki Kəbədən aparıldığını bəyan edirlərsə, Məscid mühafizəçiləri bu xəbəri elə də asanlıqla susdura bilməyəcəklər, çünki Mədinədəki adamlara uzaqda olan Qara Daşı göstərmək çətindir.
Müqəddəs əşyanın mübahisəyə yaxın olması yalanı təkzib və ya sözün doğruluğunu təsdiq etməyi mümkün edir, çünki o yoxlamaq üçün yaxındadır.
Dirilmə barədə xəbərə qarşı çıxan yəhudi rəhbərləri kütləyə cəsədi göstərmədilər
Bu prinsip Yəhudanın/İsanın Yerusəlimdəki cəsədinə də tətbiq oluna bilər. (İsaya bənzəyən) Yəhudanın qəbiri Məbəddən bir neçə metr məsafədə yerləşirdi. İsa Məsihin şagirdləri Məbəddə səs-küy salaraq kütlələrə peyğəmbərin dirilməsindən xəbər verirdilər. Yəhudi rəhbərlər qəbirdəki (İsaya bənzər) Yəhudanın cəsədini göstərərək dirilmə barədə şayiəni asanlıqla susdura bilərdilər. Əslində, (qəbirdəki cəsədin ifşa etdiyi) dirilmə barədə xəbər qəbirə yaxın yarandı; bunu təsdiq edən dəlil açıq-aşkar idi. Yəhudi rəhbərləri onları susdurmaq üçün cəsədi göstərmədiklərinə görə cəsəd orada yox idi.
Yerusəlimdə minlərlə adam dirilmə xəbərinə inandı
Həmin vaxt Yerusəlimdə minlərlə adam İsa Məsihin dirilməsinə iman etdi. Peteri dinləyən kütlənin içində olsaydınız və bu sözün düzgün olub-olmadığı barədə düşünsəydiniz, vaxt ayırıb qəbirdə cəsədin olub-olmadığını yoxlamazdınızmı? (Peyğəmbər İsa Məsihə bənzəyən) Yəhudanın cəsədi qəbirdə olsaydı həvarilərə heç kim inanmazdı. Lakin tarix onların Yerusəlimdə minlərlə davamçılarının yaranmasından yazır. Peyğəmbərə bənzəyən cəsəd Yerusəlimə yaxın bir yerdə olsaydı, bu, baş verməzdi. Qəbirdə qalan Yəhudanın cəsədi barədə söz cəfəngiyatdır. Bu, mənasızdır.
“Yəhudanın cəsədi” nəzəriyyəsi boş qəbirin səbəbini izah etmir.
İsa Məsihə bənzər dəyişən, Onun əvəzinə çarmıxa çəkilən və dəfn olunan Yəhuda nəzəriyyəsinin problemi bundan ibarətdir ki, cəsəd qəbirdə qalmalıdır. Şagirdlər peyğəmbərin dirilməsinə əsaslanan hərəkatı edamın icra olunduğu şəhərdə başladılar. Bu, Pentikost günündən cəmi bir neçə həftə sonra baş verdi. Bunun yeganə izahı boş qəbirdir.
İki variant var idi: (1) ya peyğəmbərə bənzəyən Yəhudanın cəsədi qəbirdədir, ya da (2) qəbir boşdur və İsa Məsih dirilib. Qəbirdə cəsədin olduğu halda dirilmə haqqında söhbətin cəfəngiyat olduğu üçün, görünür, İsa Məsih Romalıların əlindən öldü və qəbirdən dirildi. Bu barədə aydın yazılıb. İsa Məsih bizə yeni həyat hədiyyəsini təklif edir.
Bu məsələni araşdıraraq, gəlin tədqiqatçı Cumminq Sünni ədəbiyyatına dair yazdıqlarına, ruhanilərin və din alimlərinin şərhlərinə nəzər salaq.