Biz İsa Məsihin (s) qeyri-adi səlahiyyətlə təlim verdiyi barədə oxuduq. Öz sözlərini aydın etmək üçün məsəllər danışırdı. Böyük Ziyafət haqqında məsəldə İsa Məsih Allahın Padşahlığı barədə öyrədirdi. Rəhmsiz Qul haqqında məsəldə mərhəmət barədə öyrədirdi. Digər peyğəmbərlərlə müqayisədə İsa Məsih (s) daha çox məsəllərdən istifadə edib və onun məsəlləri çox mənalıdır.
Surə Ənkəbut (Surə 29) Allahın məsəllərdən istifadə etməsindən yazır:
“Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar”
Surə Ənkəbut 29: 43
İbrahim Surəsi (Surə 14) yazır ki, Allah bizi öyrətmək üçün məsəl çəkir:
“Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (la ilahə illəllah) kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir.
O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə düşünüb ibrət alsınlar.
Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir”
İbrahim Surəsi 14:24-26
İsa Məsihin məsəlləri
Bir dəfə İsadan məsəllərlə danışdığının səbəbini soruşdular. İncil İsanın cavabını qeyd edir:
«Şagirdlər İsaya yaxınlaşıb dedilər: “Nə üçün onlara məsəllərlə danışırsan?”
O isə onlara belə cavab verdi: “Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir. Çünki kimin varıdırsa, ona daha çox veriləcək və o, bolluq içində olacaq. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq. Mənim onlarla məsəllərlə danışmağımın məqsədi budur ki,
“gördükləri halda görməzlər, eşitdikləri halda eşitməzlər və anlamazlar”»
Matta 13:10-13
Burada İsa b.e.ə.700-cü ildə yaşamış Yeşaya (s) peyğəmbərə istinad edir. Yeşaya daş ürəklər barədə xəbərdarlıq edirdi. Başqa sözlə, bəzən biz sözü başa düşmürük, çünki onun mənasını bilmirik. Bir kəs izah etsə, dərhal aydın olur. Lakin bəzən biz başa düşmək istəmədiyimizə görə dərk etmirik. Bəzən biz bunu açıq-aydın göstərmirik, lakin sual verməkdə davam edirik, sanki başa düşmürük. Lakin anlaşmazlıq ağlımızda deyil, ürəyimizdə olanda heç bir izahın faydası olmayacaq. Bu halda problem itaət etməyi istəməməkdə olur. Problem başa düşməməyimizdə deyil.
Peyğəmbər İsa Məsihin (s) məsəlləri adamlara böyük təsir göstərirdi. Başa düşməyənlər maraqlanaraq sual verib cavab alırdılar. İtaət etmək istəməyənlər isə məsələ həqarətlə baxıb onu dərk etməyə heç cəhd etmirdilər. Kəndli buğdanı küləkdə çör-çöpdən təmizlədiyi kimi, Böyük Müəllim də məsəl danışmaqla adamları ayırırdı. İtaət etmək istəyənlər itaətsizlərdən ayrılırlar. İtaət etmək istəməyənlər məsəli qəliz hesab edirlər, çünki ürəkləri məsəldəki həqiqətə itaət etmək istəmir. Onlar baxsalar da, görmürlər.
Əkinçi və toxum barədə məsəl
Şagirdlər peyğəmbər İsadan (s) nə üçün məsəllərlə danışdığını soruşanda İsa Allahın Padşahlığı və onun adamlara təsiri barədə öyrədirdi:
«İsa onlara məsəllərlə bir çox şey öyrədərək dedi: “Bir əkinçi toxum səpməyə çıxdı. Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi. Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerlərə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi. Lakin günəş doğanda qarsalandı və kökləri olmadığına görə qurudu. Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu. Başqaları isə münbit torpağa düşdü. Bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verdi. Qulağı olan eşitsin!”»
Matta 13:3-9
Məsəlin mənası aydındır? Bu, tapmaca deyil. Ürəkdən itaət etmək istəyənlər məsəlin mənasını soruşdular, İsa da onlara cavab verdi:
«İndi əkinçi barədə məsəlin izahını dinləyin: kim Səmavi Padşahlıqla bağlı kəlamı eşidib anlamırsa, şər olan gəlib onun ürəyində səpilmiş olanı oğurlayır. Yol kənarına səpilən toxum budur. Daş-kəsəkli yerlərə səpilən isə kəlamı eşidir və dərhal sevinclə qəbul edir. Lakin onda kök olmadığına görə dözümü az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılır. Tikanlar arasına səpilən odur ki, kəlamı eşidir, lakin bu dövrün qayğıları və var-dövlətin aldadıcılığı kəlamı boğur və kəlam barsız olur. Münbit torpağa səpilənsə odur ki, kəlamı eşidir, anlayır və doğrudan da, səmərə – bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verir»
Matta 13:18-23
Allahın Padşahlığı haqda sözə adamların dörd cür münasibəti olur. Birincisi – başa düşmür, yəni şeytan (iblis) kəlamı ürəklərindən aparır. Qalan üç növ eyni başlayır – adamlar sözü sevinclə qəbul edirlər. Lakin bu söz sınaqlardan keçərək ürəklərimizdə böyüməlidir. Təkcə ağılla bu sözü dərk etmək, sonra isə həyatımızı istədiyimiz kimi yaşamaqda davam etmək kifayət deyil. Beləliklə, üç növ adamlardan iki növü əvvəlcə kəlamı qəbul edir, lakin ürəklərində böyüməyə imkan vermirlər. Yalnız dördüncü növ adamlar “kəlamı eşidir, anlayır”, Allahın kəlamını itaətlə qəbul edirlər.
Bu məsəli eşidən hər bir kəs özünə sual verməlidir: “Mən hansı növ adamlara aidəm?” Yalnız kəlamı anlayanlar böyüyüb səmərə verir. Anlamaq üçün Adəmdən başlayan bütün peyğəmbərlərin Tövrat və Zəburda açıqladıqları Allahın planını aydın görmək gərəkdir. Adəmdən sonra əhəmiyyətli Əlamətləri biz Tövratda, İbrahimə verilən vəddə (s) və onun qurbanında, Musada (s), On əmrdə, Harunda (s) görürük. Əhdi-Ətiqdə Yeşaya, Yeremya, Zəkəriyyə, Daniel və Malaki peyğəmbərlərin yazılarında ‘Məsih’ haqda öyrənsək ‘Allahın Padşahlığı haqqında kəlamı’ başa düşəcəyik.
Buğda və dəlicə haqda məsəl
Peyğəmbər İsa Məsih (s) buğda və dəlicə barədə də bir məsəl danışdı:İsa Məsih bu məsəli izah edir.
24 İsa onlara başqa bir məsəl söylədi: «Səmavi Padşahlıq öz tarlasında yaxşı toxum səpən adama bənzəyir. 25 Hər kəs yatarkən, düşməni gəldi və buğda arasında ot alaq otları səpdi və getdi. 26 buğda çiçəkləndi və başlar meydana gəldi, sonra otlar da göründü.
27 Sahibinin qulları yanına gəlib dedilər: “Ağa, əkin sahəsinə yaxşı toxum səpmədinmi? Bəs otlar haradan gəldi? ‘
28 «Düşmən bunu etdi» dedi.
“Xidmətçilər ondan soruşdular:” İstəyərsən gedib onları qaldıraq? “
29 İsa cavab verdi: «Xeyr, çünki otları yuduqca buğdanı da yırğalaya bilərsən. 30 Biçinə qədər hər ikisi birlikdə böyüsün. O vaxt biçinçilərə deyəcəyəm: əvvəlcə alaq otlarını yığın və yandırılmaq üçün bağlamalara bağlayın; sonra buğdanı toplayıb anbara aparın
Budur verdiyi izahat
36 Sonra camaatı qoyub evə girdi. Şagirdləri onun yanına gəlib dedilər: “Çöldəki alaq otları məsəlini bizə izah et”.
37 Cavabında dedi: «Yaxşı toxum səpən Bəşər Oğludur. 38 Tarla dünyadır və yaxşı toxum padşahlıq xalqı üçündür. Yabanı otlar pis adamın adamlarıdır, 39 onları əkən düşmən şeytandır. Məhsul əsrin sonudur, yığımçılar mələklərdir.
40 «Yabanı otlar yandırılaraq odda yandırıldığı kimi, dövrün sonunda da belə olacaq. 41 İnsan Oğlu mələklərini göndərəcək və onlar Padşahlığından günah gətirən və pislik edən hər şeyi götürəcəklər. 42 Onları yanan ocağa atacaqlar. Orada ağlamaq və dişlərin qıcılması olacaq. 43 Sonra salehlər Atalarının Padşahlığında günəş kimi parlayacaqlar. Kimin qulaqları varsa, eşitsinlər.
Xardal toxumu və xəmir mayası haqda məsəllər
Peyğəmbər İsa Məsih (s) qısa məsəllər də danışırdı.
«Səmavi Padşahlıq bir adamın götürüb öz tarlasında səpdiyi xardal toxumuna bənzəyir. Xardal toxumu bütün toxumların ən kiçiyi olsa da, böyüdükdə bütün bostan bitkilərindən hündür, lap ağac boyda olur. Belə ki göydə uçan quşlar gəlib onun budaqlarında yuva qurur».
İsa onlara başqa bir məsəl də söylədi: «Səmavi Padşahlıq xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır»
Allahın Padşahlığı bu dünya üçün kiçik və gözə görünməzdir, lakin xəmirdəki maya kimi, böyüyür, kiçik toxumu böyük bitkiyə çevirir. Bu, zorla və ya bir dəfəyə mümkün deyil. Lakin gözlə görünməz Padşahlıq böyüyür və bunun qarşısını almaq mümkün deyil.
Dəfinə və dəyərli mirvari haqda məsəllər
“Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı.
Yenə Səmavi Padşahlıq gözəl mirvarilər axtaran bir tacirə bənzəyir. O, çox dəyərli olan bir mirvari tapanda gedib bütün varını satdı və onu satın aldı”
Matta 13:44-46
Bu məsəllər Allahın Padşahlığının dəyəri barədə danışır. Tarlada gizlədilmiş bir dəfinə barədə düşünün. Gizli yerdə olduğu üçün adamlar ondan yan keçir, tarlanı dəyərləndirmir, tarla ilə maraqlanmırlar. Bir nəfər isə tarlada dəfinənin olduğunu bilir, bütün varını sataraq tarlanı alır. Allahın Padşahlığı da belədir – çox adam onu dəyərləndirmir; onu az sayda adam görür, görəndə isə onun böyük dəyərini bilir.
Tor haqda məsəl
«Səmavi Padşahlıq dənizə atılan və hər cür balıq tutan bir tora bənzəyir. Tor dolduğu zaman onu sahilə çəkdilər və oturub yaxşılarını qablara yığdılar, pisləri isə kənara atdılar. Bu dövrün sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər. Sonra onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq»
Allahın Padşahlığı adamları böləcək. Mühakimə Günündə də ürəkləri tam ifşa olunan adamlar bölünəcək.
Allahın Padşahlığının böyüməsi bir sirdir, xəmir mayasına bənzəyir; çoxlarının görmədiyi, gizlədilmiş dəfinəyə bənzəyir. Adamlar Allahın Padşahlığına müxtəlif münasibət bəsləyirlər. Allahın Padşahlığı adamları onu anlayan və anlamayanlara bölür. Bu məsəlləri öyrədəndən sonra peyğəmbər İsa Məsih dinləyicilərinə vacib bir sual verir:
«İsa “Bütün bunları anladınızmı?” deyə soruşdu. Onlar İsaya “bəli, ya Rəbb” dedilər»
Bəs, siz?