Qariə Surəsi (Surə 101) Məhkəmə Günü barədə belə yazır:
“(Qəlbləri) Qorxuya salan nədir? Sən haradan biləsən ki, (qəlbləri) Qorxuya salan nədir?
O gün insanlar (ətrafa )səpələnmiş pərvanələr tək olacaqlar. Dağlar isə didilmiş yun görkəmi alacaqdır. (O gün) kimin tərəziləri ağır gələrsə xoşbəxt güzəran sürəcək. Kimin tərəziləri yüngül gələrsə, anası Haviyə olacaqdır”
Qariə 101:2-9
Qariə Surəsi Məhkəmə Günündə tərəziləri ağır gələn adamların ümidi barədə yazır.
Bəs, tərəziləri yüngül gələnlər necə?
Təkasur Surəsi (Surə 102) xəbərdarlıq edir:
“Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, (gömülməklə) qəbirləri ziyarət etdiniz. Yox-yox! Siz (aqibətinizi) hökmən biləcəksiniz! Bir də yox! Siz (aqibətinizi) tezliklə biləcəksiniz! Xeyr! Kaş ki, yəqin biləydiniz. Siz Cəhənnəmi mütləq görəcəksiniz! Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz! Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız”
Təkasur Surəsi 102:1-8
Təkasur Surəsi Məhkəmə Günü sorğu-suala tutulacağımız və Cəhənnəmin qorxulu odu barədə yazır.
Xeyirxah işlərimizin tərəzisi yüngüldürsə, həmin Günə hazır ola bilərikmi?
Peyğəmbər İsa Məsih xeyirxah işlərinin tərəzisi yüngül olanlar üçün gəldi. O, İncildə demişdi:
“İsa onlara dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç vaxt susamaz. Lakin sizə dedim ki, Məni gördünüz, amma iman etmədiniz. Atanın Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara atmaram. Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün göydən enmişəm. Məni Göndərənin iradəsi budur ki, Mənə verdiyi şəxslərin heç birini həlak olmağa qoymayım, lakin son gündə onları dirildim. Çünki Atamın iradəsi budur ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə dirildim». Bunun cavabında Yəhudilər İsanın «göydən enmiş çörək Mənəm» sözünə görə deyinib dedilər: «Bu, ata-anasını tanıdığımız, Yusifin Oğlu olan İsa deyilmi? İndi necə olur ki, “göydən enmişəm” deyir?» İsa onlara cavab verdi: «Aranızda deyinməyin. Əgər Məni göndərən Ata bir kəsi cəzb etməsə, o Mənim yanıma gələ bilməz. Yanıma gələni isə Mən son gündə dirildəcəyəm. Peyğəmbərlərin kitablarında yazılıb: “Onların hamısını Allah öyrədəcək”. Atadan eşidib öyrənən hər kəs Mənim yanıma gəlir. Əlbəttə, Allahdan gələn Şəxsdən savayı Atanı heç kəs görməyib, yalnız O, Atanı görüb. Doğrusunu, doğrusunu sizə deyirəm: iman edən əbədi həyata malikdir. Həyat çörəyi Mənəm. Ata-babalarınız çöldə manna yedilər, amma öldülər. Bu isə
Yəhya 6: 35-51
Peyğəmbər İsa Məsih ‘göylərdən endiyini’, eləcə də, Ona iman edənə ‘əbədi həyat’ verəcəyini bəyan etdi. Onu dinləyən yəhudilər səlahiyyətini təsdiq etməyini tələb etdilər. Peyğəmbər isə əvvəlki peyğəmbərlərə istinad etdi. Bunlar Onun gəlişi və səlahiyyəti barədə peyğəmbərlik etmişdilər. Musanın Tövratı Onun gəlişi barədə yazır; Musadan (s) sonrakı peyğəmbərlər də Onun gəlişi barədə peyğəmbərlik edirlər. ‘Ona iman etmək’ nədir? Bu sualı burada araşdıracağıq.
İsa Məsih şəfa möcüzələri və təbiət üzərində möcüzələri ilə Öz səlahiyyətini göstərərək təlimini dəstəkləyirdi.
“Artıq bayramın yarısı keçəndə İsa məbədə gedib təlim öyrətməyə başladı. Yəhudi başçıları buna heyrətlənib dedilər: «Bu Adam təhsil almadığı halda necə olub ki savadlıdır?» İsa da onlara cavab verdi: «Öyrətdiyim təlim Mənim deyil, Məni Göndərənindir. Kim Onun iradəsini yerinə yetirmək istəyirsə, təlimimin Allahdan olduğunu, yoxsa Özümdən söylədiyimi biləcək. Özündən söyləyən öz izzətini axtarır, lakin Onu Göndərənə izzət axtaran Şəxs haqdır, Onda yalan olmaz. Qanunu sizə Musa vermədimi? Amma heç biriniz Qanuna əməl etmirsiniz. Niyə Məni öldürməyə çalışırsınız?» Xalq cavab verdi: «Səndə cin var. Kim Səni öldürməyə çalışır?» İsa onlara dedi: «Mən bir iş gördüm və hamınız buna heyrətlənirsiniz. Musa sizə sünnət etməyi buyurdu, amma Musa yox, ata-babalarınız bunun əsasını qoydu. Siz Şənbə günü də adamı sünnət edirsiniz. Musanın Qanunu pozulmasın deyə Şənbə günü adam sünnət edilir; bəs Şənbə günü bir adamı tamam sağaltdığıma görə Mənə niyə qəzəblənirsiniz? Zahirə görə mühakimə etməyin, ədalətlə mühakimə edin».
İsa Məsihdirmi?
Onda Yerusəlimlilərin bəzisi dedi: «Öldürməyə çalışdıqları Bu deyilmi? Budur, O açıq danışır, amma Ona bir söz demirlər. Bəlkə rəhbərlər, doğrudan da, Onun Məsih olduğunu öyrəndilər? Ancaq bu adamın haradan olduğunu bilirik, halbuki Məsih gələndə Onun haradan olduğunu heç kəs bilməyəcək». İsa məbəddə təlim öyrədərkən nida edib dedi: «Doğrudan da, Məni tanıyırsınızmı, haradan gəldiyimi bilirsinizmi? Mən Özümdən gəlmədim, lakin Məni Göndərən haqdır. Siz Onu tanımırsınız, Mənsə Onu tanıyıram, çünki Ondan gəlmişəm və O Məni göndərdi». Bu sözlərə görə İsanı tutmağa çalışdılar, lakin heç kəs Ona toxunmadı, çünki vaxtı hələ çatmamışdı. Ancaq xalq arasından çoxu Ona iman edib dedi: «Məsih gələndə bu Adamın etdiklərindən çox əlamət göstərəcəkmi?»
Fariseylər xalqın İsa haqqında belə dedi-qodu etdiyini eşitdilər. Başçı kahinlər və fariseylər Onu tutmaq üçün mühafizəçilər göndərdi. İsa dedi: «Bir az müddət də Mən sizinlə olacağam, sonra isə Məni Göndərənin yanına gedəcəyəm. Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə gələ bilməzsiniz». Bunun cavabında Yəhudilər öz aralarında dedilər: «Bu Adam hara gedəcək ki, Onu tapa bilməyəcəyik? Yunanlar arasına səpələnmiş Yəhudilərin yanına gedib Yunanlaramı təlim öyrədəcək? “Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə siz gələ bilməzsiniz” sözü ilə nə demək istəyir?»
Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: «Kim susayıbsa, yanıma gəlib içsin. Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq». Bunu Ona iman edənlərin alacaqları Ruh barədə söylədi. Ruh isə hələ verilməmişdi, çünki İsa hələ izzətlənməmişdi.
Xalqın bir qismi bu sözləri eşidəndə «Bu, doğrudan da, gəlməli olan peyğəmbərdir» dedilər. Başqaları isə «Bu, Məsihdir» söylədi, ancaq bəziləri dedi: «Nə? Məsih Qalileyadanmı gəlir? Məgər Müqəddəs Yazılarda deyilmir ki, Məsih Davudun nəslindən, Davudun yaşadığı Bet-Lexem kəndindən gəlir?» Beləcə İsa barədə xalq arasında fikir ayrılığı oldu. Bəziləri Onu tutmaq istədi, amma heç kəs Ona toxunmadı”
Yəhya 7:14-44
Onun vəd etdiyi həyat suyu axan çaylar Müqəddəs Ruhdur. Həmin Ruh Pentikost günü gəldi. Bu gün Müqəddəs Ruh Məhkəmə Günündəki ölümdən adamları azad edərək Həyat verir. Biz yalnız öz susuzluğumuzu etiraf etməliyik.