Böyük məhəbbət hekayələrini nümunə gətirmək istəsəniz Məhəmməd peyğəmbər (s) və Xədicə, peyğəmbər (s) və onun sevimli arvadı Aişə, Əli və Fatimədən danışarsınız; kinolardan və ədəbiyyatdan isə Romeo və Culyetta, Leyli və Məcnun, Əli və Jasmin (Ələddinin kinosundan), Sindrella və Bədheybət. Bunlarda tarix, mədəniyyət və romantik əhvalat birləşərək çılğın məhəbbət hekayəsini yaradaraq ürəklərimizi, hisslərimizi və xəyalımızı fəth edir.
Lakin bunlardan fərqli olaraq, Rut ilə Boazın arasında olan heyrətamiz məhəbbət uzun müddət davam edən nəticələri ilə daha məşhurdur. Əslində, aşiqlərin yaşadıqları vaxtdan üç min il keçməsinə baxmayaraq, bu məhəbbət hekayəsi yaşayan milyonlarla adamlara hələ bu gün də təsir göstərir.
Rut və Boaz barədə Maun Surəsi, Duha Surəsi, Şərh Surəsi və Mumtəhənə Surəsi nə yazır.
Bu Surələrdə Rutla Boazın məhəbbət hekayəsi əbədi dəyərləri nümayiş etdirirlər. Ruta balaca xeyirxahlıq göstərən Boaz Maun Surəsinin (Surə 107) təsvir etdiyi şər adamın tam əksi idi:
“O elə adamdır ki, yetimi qovar və (heç kəsi) kasıba əl tutmağa sövq etməz”
Maun Surəsi 107:2-3.
“Və az bir şey verməkdən belə imtina edirlər”
Maun Surəsi 107:7)
Rut isə Duha Surəsinin (Surə 93) təsvir etdiyi adamın mükəmməl nümunəsidir:
“Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi? Kasıb olduğun zaman səni varlandırmadımı? Elə isə yetimə xor baxma! Səndən (kömək) diləyəni qovma! Və Rəbbinin nemətindən danış”
Duha Surəsi 93:7-11
Şərh Surəsindəki (Surə 94) həqiqət isə Rutun qaynanası Naomiyə aiddir:
“Məgər Biz sənin üçün köksünü açmadıqmı? Yükünü səndən götürmədikmi? (Onlar) belini bükürdü. Biz adını sənə görə ucaltmadıqmı? Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir”
Şərh Surəsi 94:1-6
Boaz imana gəlmiş qaçqın Rut ilə Mumtəhənə Surəsində (Surə 60) verilən nümunəyə uyğundur:
“Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar onlara halaldır, nə də onlar bunlara halaldırlar. (Kafirlərin bu qadınlara) sərf etdikləri mehri özlərinə qaytarın. (Həmin) qadınların mehrlərini özlərinə verdiyiniz halda onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınlarınızı kəbin altında saxlamayın, sərf etdiyiniz mehri tələb edin. Qoy onlar da (mömin qadınlara) sərf etdikləri mehri (sizdən) tələb etsinlər. Allahın hökmü budur. O sizin aranızda hökm verir. Allah Biləndir, Müdrikdir”
Mumtəhənə Surəsi 60:10
Rut və Boaz bu gün
Onların məhəbbət hekayəsi həmçinin Allahın sizə və mənə olan məhəbbətinin rəmzidir. Müxtəlif xalqların nümayəndələri olan Rut ilə Boazın hekayəsində qadağa olunmuş məhəbbət, immiqrasiya, güclü kişi ilə zəif qadın arasında olan münasibət təsvir olunur. Bu, müasir dövrdə də belədir. Söhbət Ərəb-yəhudi münasibətlərindən gedir. Hekayə sağlam nikah qurmaqda bizə nümunədir. Rut ilə Boazın məhəbbət hekayəsini hər cəhətdən bilməyə dəyər.
Müqəddəs Kitabda Rut Kitabı onların məhəbbəti barədə yazır. Kitab çox qısa, yalnız 2400 sözdən ibarətdir və onu oxumağa dəyər (burada). Söhbət b.e.ə.1150-ci ildə baş verənlərdən gedir. Beləliklə, bu, qələmə alınmış ən qədim məhəbbət hekayəsidir. Bu barədə bir neçə film çəkilib.
Rutun məhəbbət hekayəsi – Hollivudun çəkilişi
Rutun məhəbbət hekayəsi
Yəhudi millətindən olan Naomi və onun əri İsraildəki quraqlıq səbəbi ilə iki oğullarını götürüb yaxınlıqdakı Moav (bugünkü İordaniya) ölkəsinə köçdülər. İki oğul yerli qızlarla evlənəndən qısa müddət sonra vəfat etdilər. Naominin əri də öldü. Naomi iki gəlini ilə tək qaldı. Naomi doğma İsrail torpağına qayıtmaq qərarına gəldi. Gəlinlərindən biri, Rut onunla getmək istədi. Uzun müddət sonra dul və övladsız qalmış Naomi cavan və aciz gəlini və (Ərəb) köçkünü Rut ilə birlikdə doğma Bet-Lexem şəhərinə qayıdır.
Rut və Boazın ilk görüşü
Rut kasıbçılıqdan əlacsız qalıb əkinlərdə biçinçilərin ardınca düşüb yerə düşən sünbülləri yığmağa getdi. Musa peyğəmbərin (s) Şəriət Qanunu biçinçilərə tökülən sünbülləri kasıbların yığması üçün yığmamağı tapşırır. Təsadüfi görünsə də, Rut Boaz adlı zəngin bir mülkədarın tarlalarında sünbül yığmağa başlayır. Boaz Rutu sünbül yığan digər kasıbların arasında görür və biçinçilərinə onun üçün qəsdən arxada çox sünbül qoymağı tapşırır. Beləliklə, Boaz Maun Surəsində təsvir olunan şər adamın əksi kimi davranır. Rutun isə Duha Surəsində qeyd olunduğu kimi, ehtiyacları ödənilir.
Rut və Boazın ilk görüşü. Bu rəsmdə incəsənət baxımından əlavələr olunub.
Çoxlu sünbül yığa bildiyi üçün Rut hər gün Boazın tarlasına gəlir. Qayğıkeş Boaz biçinçilərinə Rutu tapşırır ki, onu incidən və ya ona sataşan olmasın. Rut və Boaz bir-biri ilə maraqlanmağa başladılar, lakin aralarında yaşda, cəmiyyətdə tutduqları mövqedə, milliyyətdə böyük fərq olduğu üçün heç biri hünər edib ilk addımı atmırdı. Onda Naomi kömək etdi. O, Ruta məhsul bayramından sonra gecə Boazın yanında cəsarətlə uzanmağı məsləhət gördü. Boaz bunun nikaha dəvət olduğunu bildi və onunla evlənməyə qərar verdi.
Qohum qəyyum
Lakin bu, adi məhəbbət münasibəti deyildi. Naomi Boazın qohumu, Rut isə Naominin gəlini olduğu üçün Boaz və Rut nikahsız da artıq qohum idilər. Boaz ‘qohum qəyyum’ idi. Yəni Musanın (s) Qanununa uyğun olaraq, Boaz Rutla onun vəfat etmiş əri (Naominin oğlunun) adından evlənməli və onu təmin etməli idi. Yəni Boaz Naominin ailəsinə məxsus olan tarlaları da satın almalı idi. Qiymət baha olsa da bu, Boazı dayandırmadı. Naominin ailəsinə məxsus tarlaları almağa (həmçinin Rutla evlənməyə) daha bir qohumun da ixtiyarı var idi. Beləliklə, Rut ilə Boazın evlənməsi həmin o adamın qərarından asılı idi. Həmin adam Naomi və Rutun qeydinə qalmaq məsuliyyətini öz üzərinə götürə bilərdi. Şəhər ağsaqqallarının məclisində bu adam öz mülkünü düşünərək nikahdan imtina edir. Beləliklə, Naominin ailə mülkünü satın almağa və Rutla evlənməyə Boazın yolu açılır. Bir çox əzablı illərdən sonra Naomi xoş günə çıxır və bu, Şərh Surəsində çox yaxşı təsvir olunur.
Rut və Boazın nəsli
Onların Oved adlı oğlu dünyaya gəldi. Oved padşah Davudun babası idi. Davuda verilən vədə görə, Məsih onun nəslindən gələcəkdi. Daha sonrakı peyğəmbərliklər Məsihin bakirədən doğulacağı barədə söyləyirlər. Nəhayət, peyğəmbər İsa Məsih (s) Bet-Lexemdə doğulur; vaxtilə Rut və Boaz həmin şəhərdə görüşmüşdülər. Onların məhəbbəti və nikahı nəticəsində nəslindən gələn Xilaskar vasitəsilə bu gün müasir təqvimin əsası qoyuldu; Milad və Pasxa kimi ümumdünya bayramları 3000 il əvvəl kənddə başlayan məhəbbətin nəticəsidir.
Daha böyük məhəbbət hekayəsini təsəvvür edin
Zəngin və qüdrətli Boaz kasıb köçkün Rutla mərdlik və ehtiramla davrandı. Sıxıntı və təzyiqlə dolu müasir dünyada Boaz xeyirxah nümunədir. Məhəbbət və nikahla başlayan bu ailənin nəslinin tarixə olan təsiri böyükdür. Hər dəfə cihazlarımızda bugünkü tarixi görəndə məhəbbət hekayəsini və nəslin təsirini xatırlayırıq. Rut ilə Boazın məhəbbət hekayəsi daha böyük olan bir məhəbbətin rəmzidir. Siz və mən bu məhəbbətə dəvət olunuruq.
Müqəddəs Kitab Ruta aid sözləri qeyd edir:
Xalqımı ölkədə Özüm üçün əkəcəyəm,
“Mərhəmət tapmamış” dediyimə
Mərhəmət edəcəyəm.
“Xalqım deyil” dediyimə
“Xalqımsan” deyəcəyəm.
O isə Mənə “Allahımsan” deyəcək
Huşə 2:23
Əhdi-Ətiq peyğəmbəri Huşə (b.e.ə.750) öz pozulmuş nikahının bərpasından danışaraq Allahın məhəbbətlə bizə müraciət etməsindən bəhs edir. Məhəbbət görməyən Rut daha sonra Boaz tərəfindən sevilir. Eləcə də, Allah məhəbbət hiss etməyən adamlara Öz məhəbbətini göstərmək istəyir. Bu, İncildə qeyd olunur (Romalılara 9:25): Allah Ondan uzaqda olanları sevir.
Allah Öz məhəbbətini necə göstərir? Boaz Ruta qohum olduğu kimi, onların nəslindən gələn İsa Məsih də bizə qohumdur. İsa çarmıxa çəkiləndə bizim Allah qarşısında əvəzimizə günahın cəzasını Öz üzərinə götürdü:
“O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın”
Titə 2:14
‘Qohum və qəyyum’ olan Boaz Rutu satın almaq üçün qiymət ödədi. Eləcə də, İsa bizim üçün ‘qohum və qəyyum’dur, bizi satın almaq üçün Öz həyatını qurban verdi.
Nikah nümunəsi
İsa Məsih (və Boaz) öz gəlinini satın aldı. Bu, nikahda bizim üçün nümunədir. Müqəddəs Kitab nikah barədə belə izah edir:
“Məsih qorxusu ilə bir-birinizə tabe olun. Ey qadınlar, Rəbbə tabe olduğunuz kimi ərlərinizə tabe olun. Çünki bədənin Xilaskarı olan Məsih imanlılar cəmiyyətinin Başı olduğu kimi ər də arvadının başıdır. Ona görə cəmiyyət Məsihə tabe olduğu kimi arvadlar da hər vəziyyətdə öz ərlərinə tabe olsunlar.
Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib onun uğrunda Özünü fəda etdiyi kimi siz də arvadlarınızı sevin. Məsih bunu ona görə etdi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis etsin və beləcə onda ləkə, qırışıq yaxud başqa qüsur olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq Öz hüzuruna çıxarsın. Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər. Arvadını sevən özünü sevir. Çünki heç kim heç zaman öz vücuduna nifrət etməz. Əksinə, Məsih cəmiyyətə yanaşdığı kimi onu bəsləyib qayğısına qalar. Axı biz Onun bədən üzvləriyik.
«Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq».
Bu sirr böyükdür, mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm. Sizə gəlincə, qoy hər kəs öz arvadını özü kimi sevsin, arvad isə ərinə ehtiram etsin”
Efeslilərə 5:21-33
Boaz və Rut nikahlarını məhəbbət və hörmət üzərində qurdular. İsanın bizim qeydimizə qalması da bütün ərlər üçün nümunədir; onlar öz arvadlarını fədakar məhəbbətlə sevməlidirlər. Beləliklə, eyni dəyərlərlə nikahımızı qursaq, düzgün hərəkət etmiş olarıq.
Sizin və mənim üçün toya dəvət
Bütün yaxşı məhəbbət hekayələri kimi, Müqəddəs Kitab da toy ilə bitir. Boaz Rutu satın almaq üçün qiymət ödəməklə toya yol açdı. Eləcə də, İsa Məsihin (s) ödədiyi qiymət bizim toyumuza yol açır. Bu toy məcazi deyil, həqiqidir. Toya dəvəti qəbul edənlərin hamısı ‘Məsihin gəlini’ adlanır. Belə yazılıb:
“Gəlin sevinib şad olaq,
Onu izzətləndirək!
Çünki Quzunun toyu başlayır.
Gəlini özünü hazırlayıb”
Vəhy 19:7
İsanın təklifini qəbul edənlərin hamısı satın alınaraq onun ‘gəlini’ olurlar. Səmada baş verəcək bu toy bizim hamımıza təklif olunur. Müqəddəs Kitab sizi və məni bu toya dəvətlə tamamlanır:
“Ruh da, gəlin də deyir: «Gəl!» Qoy eşidən də desin: «Gəl!» Susayan qoy gəlsin, arzu edən həyat suyunu müftə götürsün”
Vəhy 22:17
Rut və Boazın arasında olan münasibət bu gün də adamlar üçün məhəbbət nümunəsidir. Bu, Allahın səmavi məhəbbətinin rəmzidir. Gəlin təklifi qəbul edəndə O, Öz gəlini ilə evlənəcək. İstənilən nikah təklifi olduğu kimi, Allahın da təklifi barədə düşünmək gərəkdir. Burada başlayaraq Həzrət Adəmin vaxtından təsvir olunan ‘planı’ oxuyun, burada Həzrət İbrahimin bu planını gördüyünə fikir verin, burada baxın Musa qiyməti ödəyəcək Satın alanı necə göstərdi və burada uzun müddət əvvəl bunlar barədə edilən peyğəmbərliklərə nəzər salın və bunun Allahın təklifinin olub-olmadığını dəqiq bilin.
Rutun kitabına aid film də çəkilib