Skip to content

İbrahim İsmayılı yoxsa İshaqı qurban gətirdi?

Söhbət İbrahim peyğəmbərin (s) öz oğlunu qurban gətirməsindən düşəndə dostlarım təkid edirlər ki, İbrahim peyğəmbərin (s) qurban gətirmək istədiyi oğlu Saradan doğulan kiçik oğlu İshaq deyil, Həcərdən doğulan Həzrət İsmayıl olub. Buna görə, Quranda bu barədə oxuyanda təəccüblənirəm. Bunu dostlarıma göstərəndə onlar da təəccüb edirlər. İbrahimin üçüncü nümunəsində mühüm olan bu hadisəyə nəzər saldıq. Həmin mətn tam olaraq burada verilir. Beləliklə, necə yazılıb? Həmin ayə burada təkrar verilir.

O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbrlilərdən olduğumu görəcəksən”. (Əl-Saffat 37:102)

İbrahimin (s) qurban gətirməsinə aid olan bu ayədə oğulun adı qeyd olunmur. Belə halda daha çox araşdırma və tədqiqatlar etməliyik. Bütün Quranda İsmayıl peyğəmbərin adını axtarsanız görəcəksiniz ki, bu ad 12 dəfə qeyd olunur.  

  • İki dəfə onun adı atası İbrahimin adı ilə bərabər çəkilir (2:125, 2:127). 
  • Beş dəfə onun adı İbrahim və qardaşı İshaq ilə birgə çəkilir (3:84, 4,163, 2:133, 2:136, 2:140). 
  • Qalan ayələrdə isə, onun adı atası İbrahimin adı ilə çəkilmir. İsmayıl peyğəmbərlərin siyahısında qeyd olunur (6:86, 14:39, 19:54, 21:85, 38:48). 

İsmayılın adı atası İbrahimin (s) adı ilə bərabər çəkiləndə, fikir verin ki, söhbət qurbandan deyil, duadan gedir. 

“Biz evi (Kəbəni) insanlar üçün ziyarət və əmin-amanlıq yeri etdik. “İbrahimin dayandığı yeri namazgah edin!” Biz İbrahimə və İsmailə: “Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!”– dedik” (əl-Bəqərə 2:125).

“O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən (belə) (dua etdilər): “Ey Rəbbimiz! (bunu) bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!” (əl-Bəqərə 2:127).

İsmayılın qurban ilə sınanması barədə Müqəddəs Quran heç yazmır. Quran, sadəcə, “oğul” deyə, yazır. Bəs, nə üçün adamlar qurban gətirilən oğulun İsmayıl olduğuna inanırlar?

İbrahimin oğlunun qurban gətirilməsi haqqında

Yusuf Əli Quranın həm böyük şərhçisi, həm də tərcüməçisidir.  Onun şərhlərini buradan oxuya bilərsiniz: http://əl-quran.info

O, oğulun qurban gətirilməsinə aid mətni şərh edərkən iki qeyd verir.

 4071  Bu, Suriya və Fələstinin məhsuldar torpağı idi. Müsəlman ənənəsinə görə, burada doğulan oğul İbrahimin birinci oğlu, yəni, İsmayıl olub. Adın özü “eşitmək” mənasını daşıyan “samiə” kökünə malikdir: Allah İsmayılın dualarını eşitdi (ayə 100). İsmayıl doğulanda İbrahimin 86 yaşı var idi  (Yaradılış 16:16).

Yusuf Əli bunu yalnız “Müsəlman ənənəsinə” görə deyir. 

4076 Bizim nöqteyi-nəzərimiz Əhdi-Ətiqə əsaslanan Yəhudi-Xristian nöqteyi-nəzəri ilə müqayisə oluna bilər. Bildiyiniz kimi, yəhudilərin əcdadı İbrahimin kiçik oğlu İshaq, ərəblərin əcdadı isə böyük oğlu İsmayıldır. Yəhudilərin ənənəsi ailənin daha gənc nəslini izzətləndirmək üçün İshaqın qurban gətirilməsi barədə bəhs edir (Yaradılış  22:1-18). İshaq atası İbarhim 100 yaşında olanda dünyaya gəldi (Yaradılış  21:5), İsmayıl doğulanda isə İbrahimin 86 yaşı var idi (Yaradılış  16:16). Beləliklə, İsmayıl İshaqdan 14 yaş böyükdür. 14 il ərzində İsmayıl İbrahimin yeganə oğlu olub; İshaq heç vaxt İbrahimin yeganə oğlu olmayıb. Əhdi-Ətiq qurban barədə danışarkən yazır: Allah dedi: «Sevdiyin yeganə oğlunu – İshaqı götürüb Moriya torpağına get. Orada sənə göstərəcəyim bir dağda oğlunu yandırma qurbanı olaraq təqdim et» (Yaradılış  22:2).

Yusuf Əli öz qeydində Tövratın “Sevdiyin yeganə oğlunu” yazdığını deyir (Genesis 22:2). İsmayıl İshaqdan 14 yaş böyük idi. Buna görə də, qurban gətirilməli olan yeganə oğul İsmayıl olmalı idi.  Lakin o, daha əvvəlki fəsildə, Yaradılış 21-də İbrahimin (s) İsmayılla Həcəri artıq yola saldığını unudur.  Yaradılış 22-də İshaq “yeganə oğul” adlandırır, çünki, əslində, o, “yeganə oğul” idi və İsmayıl artıq evdən qovulmuşdu.  Bu barədə burada daha çox oxuya bilərsiz.

İbrahimin oğlunu qurban gətirməsi: Tövratın şəhadəti

Beləliklə, Quran oğulun adını çəkmir. Tövrat isə çox aydın yazır. Tövrat Yaradılış 22-də İshaqın adını altı dəfə qeyd edir (22:2, 3, 6, 7 (2 dəfə), 9).

Məhəmməd peyğəmbər (s) Tövratı dəstəkləyirdi

Məhəmməd peyğəmbər (s) Tövratı dəstəkləyirdi. Bunu hədislər aydın söyləyir.  Buna dair bir neçə hədis var, məsələn:

“Sənə və səni göndərənə iman etdim” Sunan Abu Dawud Book 38, No. 4434

Peyğəmbər İsa əl Məsih (s) Tövratı dəstəkləyirdi

Burada gördüyümüz kimi, peyğəmbər İsa əl-Məsih (s) də Tövratı dəstəkləyirdi. Məqalədə onun təlimindən bir hissəyə istinad edirik:

“Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq” (Matta 5:18-19).

Xəbərdarlıq: Ənənə Tövratdan üstün olmamalıdır

İstənilən bir ənənə səbəbilə Musanın Tövratını kənara atmaq ağıllı iş deyil. Əslində, peyğəmbər İsa əl-Məsih (s) onun dövründə yaşayan dini rəhbərləri məhz elə buna görə tənqid edirdi: onlar öz ənənələrini Qanundan üstün tuturdular. Məsələn:

İsa cavabında onlara dedi: «Bəs siz nə üçün öz adət-ənənəniz naminə Allahın əmrini pozursunuz? Çünki Allah belə əmr etdi: “Ata-anana hörmət et” və “Atasını yaxud anasını söyən adam öldürülməlidir”. Sizsə deyirsiniz: “Kim atasına yaxud anasına ‹məndən umduğun yardım Allaha həsr olundu› desə, onda atasınaa hörmət etməyə bilər”. Beləliklə, siz öz adət-ənənəniz naminə Allahın kəlamını heç edirsiniz. Ey ikiüzlülər! Yeşaya peyğəmbər sizin üçün nə yaxşı söyləyib! O demişdir: “Bu xalq dodaqları ilə Mənə hörmət edir, amma qəlbləri Məndən uzaqdır. Boş yerə Mənə səcdə edirlər, insan əmrlərindən çıxardıqları təlimləri öyrədirlər”» (Matta 15:3-8).

Burada peyğəmbər ciddi xəbərdarlıq edir: anənələrə görə Allahın Sözüna etinasızlıq göstərilməməlidir.

Bugünkü Tövratın şəhadətini Ölü Dəniz Əlyazmaları tərəfindən dəstəkləyirlər

Növbəti diaqram göstərir ki, Tövratın ən erkən nüsxələri olan Ölü Dəniz Əlyazmaları (b.e.ə. 200-ci il. Əlavə məlumat üçün buraya baxın). Yəni, Məhəmməd peyğəmbərin (s) və peyğəmbər İsa əl Məsihin (s) istinad etdiyi Tövrat bu gün istifadə olunan həmin Tövratdır.

Bugünkü Müqəddəs Kitabın qədim əlyazmaları 

Peyğəmbərlərin açıqlamaları bu məsələyə aydınlıq gətirir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *