Şəriət Qanununu pozmusunuzmu? Heç birimiz Şəriəti pozmaq istəmirik, lakin çoxlarımız günah və səhvlərimizi gizlədərək xəcalətdən qurtulacağımıza ümid edirik. Bəs günahınız açılsa, nəyə ümid edəcəksiniz?
Loğman Surəsi (31 – Loğman) bizə xatırladır:
Bu, hikmətli Kitabın ayələridir. Xeyirxah əməl sahiblərinə doğru yolu göstəricisi və rəhmətdirLoğman
Loğman surəsi 31: 2-3
Loğman Surəsi deyir ki, ‘Xeyirxah əməl sahibləri’ rəhmə ümid edə bilərlər. Həmçinin, Hicr Surəsi (15 – Hicr) çox vacib olan bir sualı verir:
(İbrahim) dedi: “(Doğru yoldan) azanlardan başqa Rəbbinin mərhəmətindən kim ümidini üzər?”
Hicr 15:56
Bəs doğru yoldan azanlar necə? İsa Məsihin vəzifəsi doğru yoldan azanlara və mərhəmətə layiq olmayanlara aiddir. İsa peyğəmbər (s) günahlarına görə xəcalət çəkənlərə mərhəmət göstərə bilirdi.
Peyğəmbər İsa Məsih (s) təlim verəndə bu, gənc bir qadınla baş verdi. İncil belə yazır:ImageDrag an image, upload a new one or select a file from your library.UploadMedia LibraryInsert from URL
Qadın zinakarlığa tutuldu
«Səhər tezdən yenə məbədə gəldi. Bütün xalq Onun yanına toplaşdı, O da oturub onlara təlim öyrətməyə başladı. İlahiyyatçılar və fariseylər zina üstündə tutulmuş bir qadını oraya gətirdilər. Onu ortaya çıxarıb İsaya dedilər: “Müəllim, bu qadın zina edərkən əməlində yaxalandı. Qanunda Musa bizə əmr edib ki, belələrini daşqalaq edək. Bəs Sən nə deyirsən?” Bunu İsanı sınamaq üçün deyirdilər, Onu ittiham etmək üçün bəhanə axtarırdılar. Amma İsa əyilib barmağı ilə yerə yazı yazmağa başladı. Ondan təkrar soruşduqları zaman dikəlib onlara dedi: “Sizdən kim günahsızdırsa, qadına birinci daş atsın”. Sonra yenə əyilib yerə yazı yazdı. Bu sözləri eşidənlər başda ağsaqqallar olmaqla bir-bir oradan uzaqlaşdılar. İsanı tək qoydular, qadın da ortada idi. İsa dikəlib ona dedi: “Qadın, onlar hara getdilər? Bəs heç kim səni məhkum etmədi?” Qadın “heç kim, Ağa” dedi. Onda İsa dedi: “Mən də səni məhkum etmirəm, get, daha günah etmə”»
Yəhya 8:2-11
Bu qadın zina edərkən yaxalandı və Musa Peyğəmbərin (s) Şəriət Qanunu ilə (s) onu daşqalaq etmək istədilər, lakin əvvəlcə onu Peyğəmbər İsa Məsihin (s) yanına gətirdilər və Onun qərarını bilmək istədilər. O, Qanunun həqiqətini dəstəkləyəcəkmi? (Əslində, Şəriətə görə, zina edən həm kişi, həm də qadın daşqalaq olunmalı idi, lakin bu dəfə yalnız qadını cəzalandırmaq istəyirdilər).
Allahın ədaləti və bəşəriyyətin günahı
İsa Məsih (s) Qanunu pozmadı. Qanun Allah tərəfindən verilmişdir və mükəmməl ədaləti göstərirdi. Lakin İsa günahı olmayan adamın birinci daşı atmasını söylədi. Burada olan Qanun müəllimləri Zəbur ayəsini xatırladılar:
“Rəbb göylərdən bəşər övladına baxır. Görəsən Allahı dərk edən, Onu axtaran varmı? Hamı birgə pozulub, namus əldən gedib, bir nəfər də olsun yaxşı iş görən yoxdur”
Zəbur 14:2-3
Yəni günah edən təkcə imansızlar, kafirlər və bütpərəstlər deyil; Allaha və Onun peyğəmbərlərinə iman edənlər də günah edirlər. Əslində, bu ayəyə əsasən, Allah adamlara baxanda bir nəfər belə, xeyirxah insan tapmır.
Musanın (s) Şəriət Qanunu Allahın mükəmməl ədalətini adamlara göstərmək üçün verilmişdi. Qanuna riayət edənlər saleh olurdular. Lakin Qanunun tələbləri çox yüksək idi, bir pozuntu belə, buraxmaq olmazdı.
Allahın mərhəməti
“Hamı günah işlətmişdir”. Buna görə də, başqa təminat olmalı idi. Bu təminat salehliyi qazandırmırdı, çünki adamlar Qanunu yerinə yetirə bilmirdilər. Buna görə də, bu təminat Allahın başqa xüsusiyyətinə – mərhəmətinə əsaslanırdı. Allah borcu Öz mərhəməti ilə əvəz etdi. Musa (s) peyğəmbərin Qanununda bu barədə yazılıb: Qapı dirəyinə qurban qanını sürtən hər bir kəsə Pasxa quzusunun qurbanı mərhəmət və həyat təmin etdi; Harunun (s) İnəyi (Surə 2 Bəqərə Surəsi həmin inəyin adını daşıyır) . Hətta lap əvvəldə, Adəmə paltar veriləndə mərhəmətə artıq ümid var idi. Habilin (s) qurbanında mərhəmət var idi, Nuh (s) peyğəmbərə mərhəmət verilmişdi. Əhdi-Ətiq kitabları da mərhəmət barədə yazaraq ona ümid edir:
Bir gün içində bu ölkənin günahını ortadan götürəcəyəm…» Zəkəriyyə 3:9
İndi isə peyğəmbər İsa Məsih (s) mərhəmətə ümidi olmayan bir adama mərhəmət edir. Maraqlıdır ki, qadının dini barədə söhbət getmir. Biz bilirik ki, peyğəmbər İsa Məsih Dağüstü Vəzində demişdi:
“Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək” Matta 5:7
və
“Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız. Çünki hansı hökmlə mühakimə etsəniz, onunla da mühakimə olunacaqsınız. Siz hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək”
Matta 7:1-2
Mərhəmət göstərin ki, mərhəmət alasınız
Məhkəmə Günündə hər birimizə mərhəmət gərəkdir. Peyğəmbər İsa Məsih (s) Qanunu açıq-aşkar pozan və mərhəmətə layiq olmayan adama mərhəmət etmək istəyirdi. Peyğəmbərin sözünə görə, göstərdiyimiz mərhəmətin qədəri alacağımız mərhəmətin qədərini müəyyən edir. Başqalarının günahlarını mühakimə etməyə cəldik; ətrafımızda çox münaqişələr baş verir. Bizə pislik edənlərə mərhəmət göstərsək ağıllı iş görmüş olarıq. Gəlin Allahdan bizi dəyişməsini xahiş edək; bizi mərhəmətə layiq olmayanlara mərhəmət edən peyğəmbər İsa Məsih (s) kimi etsin. Bu halda mərhəmətə layiq olmayan bizlər də ehtiyac duyanda mərhəmət alacağıq. Bu halda İncilin Xoş Xəbərində bizə təklif olunan mərhəməti biz dərk edə bilərik.