Pentikost – Qüdrət və istiqamət vermək üçün gələn Vəsatətçi

Bələd Surəsi (Surə 90) şəhər, An-Nasr Surəsi (Surə 110) isə kütlələrin həqiqi Allaha səcdə qılmağa gəlməsindən yazır:

“And içirəm bu şəhərə! Sən də o şəhərin sakinisən”

Bələd Surəsi 90:1-2

“Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!”

Surə An-Nasr 110: 1-3

İsa Məsihin (s) dirilməsindən düz 50 gün sonra Bələd Surəsində və An-Nast Surəsində təsvir olunanlar baş verdi. Həmin şəhər Yerusəlim, İsa Məsihin şagirdləri – şəhərdə şəhadətçilik edənlər idi. Lakin həmin şəhərdə kütlələri hərəkətə gətirən Rəbbin Ruhu idi. Nəticədə bayram, şükürlər və bağışlanma oldu. Biz də həmin günü yaşaya bilərik. Gəlin bu xüsusi günün tarixini öyrənək.

Peyğəmbər İsa Məsih (s) Pasxa günü çarmıxa çəkildi, lakin növbəti gün olan Bazar günü ölülərdən dirildi. Ölüm üzərində qələbə çalaraq O, hər bir qəbul etmək istəyənə həyat ənamını təklif edir. Dirilməsində əmin olmaları üçün şagirdləri ilə 40 gün vaxt keçirən İsa Məsih  daha sonra səmalara yüksəldi. Lakin göyə qalxmazdan əvvəl bu göstərişi verdi:

“Gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm»”

Matta 28:19-20

O, həmişə şagirdləri ilə birlikdə olacağına söz verdi, lakin qısa müddət sonra onları tərk edərək göylərə yüksəldi. Göyə qalxandan sonra İsa Öz şagirdləri ilə (və bizimlə) necə birgə ola bilər?

Cavabı bir müddət sonra baş verən hadisə verir. Həbsdən əvvəl şagirdləri ilə şam yeməyi vaxtı İsa Məsih bir Vəsatətçi göndərəcəyinə söz verdi. Dirilmədən 50 gün sonra (göyə yüksələndən 10 gün sonra) bu söz yerinə yetirildi. Həmin gün Pentikost günü adlanır. Bu, böyük hadisəni qeyd edən bir bayramdır. Lakin məsələ həmin gün təkcə nəyin baş verməsi deyil, nə vaxtnə üçündür. Bu, Allahdan olan bir Əlamət və sizin üçün möhtəşəm bir hədiyyədir.

Pentikost günündə nə baş verdi

Bu hadisələr Müqəddəs Kitabın Həvarilərin İşləri Kitabının 2-ci fəslində ətraflı təsvir olunur. Həmin gün Allahın Müqəddəs Ruhu İsa Məsihin (s) ilk davamçılarının üzərinə endi və onlar dünyanın müxtəlif dillərində ucadan danışmağa başladılar. Bu, elə böyük həyəcana səbəb oldu ki, Yerusəlimə gələn minlərlə adam baş verənlərə tamaşa etməyə gəldi. Toplanmış kütlənin qarşısında Peter ilk Müjdə vəzini etdi və ‘o gün üç min nəfərə yaxın insan imanlılara qoşuldu’ (Həvarilərin İşləri 2:41). Həmin Pentikost günündən başlayaraq Müjdə davamçılarının sayı artır.

Pentikost günündə baş verənlər bununla bitmir. Peyğəmbərin həyatında baş verən digər hadisələr kimi, Pentikost günü də bir bayram gününə düşdü. Həmin bayramın qeyd olunması Tövratda Musa peyğəmbər (s) tərəfindən başlamışdı.

Musanın Tövratında təsvir olunan Pentikost Bayramı

Musa (s) (b.e.ə.1500) il ərzində bir neçə bayramı qeyd etməyi əmr etmişdi. Pasxa yəhudi ilinin birinci bayramı idi. İsa Pasxa Bayramı günündə çarmıxa çəkildi. Onun ölümünün və Pasxa quzularının qurban təyin edilməsi bizim üçün bir Əlamətdir.

İkinci bayram Nübar adlanır, bu bayramda peyğəmbər dirildi. Nübar Bayramında dirildiyi üçün ona iman edənlərin dirilməsinə aid vəd verilir. Bayramın adı peyğəmbərlik etdiyi kimi, onun dirilməsi ‘Nübardır’.

Düz 50 gün ‘Nübar’ Bayramından sonra Tövrat yəhudilərdən Pentikost Bayramını qeyd etməyi tələb edir (‘Pente’ = 50). Əvvəlcə bu bayramın adı “Həftələr” olub, çünki yeddi həftə sayılaraq onun günü müəyyən edilirdi. Yəhudilər Həftələr Bayramını 1500 il ərzində peyğəmbər İsa Məsihin (s) dövrünədək qeyd ediblər. Peterin vəzini eşidən adamların bütün dünyadan gəlmələrinin səbəbi Həftələr Bayramı idi. Bu adamlar Tövratda təsvir olunan bayramı qeyd etmək üçün Yerusəlimə gəlmişdilər. Həmin gün də Allahın Müqəddəs Ruhu adamların üzərinə endi. Bu gün yəhudilər Pentikost Bayramını qeyd edirlər, lakin ona Şavuot deyirlər.

Tövratda Həftələr Bayramına dair bu göstərişləri oxuyuruq:

“Yeddinci Şənbə gününün ertəsinədək əlli gün sayın, sonra Rəbbə təzə taxıl təqdimi gətirin. Yaşadığınız hər yerdən yellədib təqdim etmək üçün bir efanın onda ikisi narın undan maya ilə bişirilmiş iki kömbə çörəyi Rəbbə nübar təqdimi gətirin”

Levililər 23:16-17

Pentikost: Allahdan bir Əlamət

Müqəddəs Ruh adamların üzərinə Pentikost Bayramında endi. Bu, Tövratın Həftələr (və ya Pentikost) Bayramıdır.  İsa Məsih Pasxa Bayramı günü çarmıxa çəkildi,  Nübar Bayramında dirildi, Müqəddəs Ruh isə Həftələr Bayramı günü verildi. Bunlar bizim üçün Allahdan olan Əlamətlərdir. İl ərzində nə çox gün var! Nə üçün çarmıxa çəkilmə, dirilmə və daha sonra Müqəddəs Ruhun gəlməsi Tövratın üç bayramının gününə düşür? Məgər bu, Allahın planını bizə göstərmək üçün deyilmi?

İncildəki hadisələr Tövratın üç bahar bayramına düşür

Pentikost: Vəsatətçi Yeni Qüdrət verir

Müqəddəs Ruhun gəlişinin Əlamətlərini izah edən Peter Yoel peyğəmbərin sözünə istinad edir. Yoel peyğəmbər Allahın Ruhunun bütün adamların üzərinə töküləcəyi barədə əvvəlcədən söyləmişdi. Pentikost günündə həmin peyğəmbərlik yerinə yetdi.

Gördüyümüz kimi, peyğəmbərlər  bizi günaha aparan ruhani susuzluğun təbiətini göstərmişdilər. Peyğəmbərlər həmçinin Yeni Əhdin gələcəyini söyləyirdilər. Həmin vaxt Qanun təkcə daş lövhələr və kitablarda deyil, ürəklərimizdə yazılacaq. Yalnız Qanun ürəklərimizdə yazılanda bizdə Qanuna riayət etmək üçün qüdrət və bacarıq olacaq. Adamların qəlbində yaşamaq üçün Müqəddəs Ruhun Pentikost Günündə gəlməsi bu vədin yerinə yetirilməsidir.

Müjdənin ‘Xoş Xəbər’ olmasının daha bir səbəbi odur ki, Müjdə həyatı daya yaxşı yaşamaq üçün qüvvətlə təmin edir. Artıq həyat –  Allah ilə adamların birliyidir. Bu birlik Allahın Ruhunun insanın daxildə yaşaması nəticəsində yaranır. Bu, Pentikost Günü başladı (Həvarilərin İşləri 2-ci fəsil). Artıq həyat başqa səviyyədə, Müqəddəs Ruh vasitəsilə Allah ilə birgə yaşana bilər. Xoş Xəbər budur. Allah Öz Müqəddəs Ruhu vasitəsilə bizi daxildən istiqamətləndirir. Müqəddəs Kitab bunu belə izah edir:

“Həqiqət kəlamını, xilasınızın Müjdəsini eşidib Məsihə iman edən zaman siz də vəd olunmuş Müqəddəs Ruhla Onda möhürləndiniz. Müqəddəs Ruh Allaha məxsus olanların satın alınmasından ötrü irsimiz üçün qoyulan girovdur. Belə ki Allahın izzətini mədh edək”

Efeslilərə 1:13-14

“Əgər İsanı ölülər arasından Dirildənin Ruhu sizdə yaşayırsa, Məsihi ölülər arasından Dirildən, sizdə yaşayan Ruhu ilə sizin də fani bədənlərinizə həyat verəcək”

Romalılara 8:11

“Ancaq təkcə Yaradılış yox, Ruhun nübarını alan biz özümüz də övladlığa qəbul olunmağımızı, yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildəyirik”

Romalılara 8:23

İnsanın daxilində yaşayan Allahın Ruhu ikinci Nübardır, çünki Ruh – möhür, girovdur, “Allahın övladı” olacağımız üçün tam dəyişəcəyimizin zəmanətidir.

Müjdə  Qanunu icra etməyə çalışaraq, lakin buna nail olmadan yeni həyatı təklif edir. Bu, Süleymanın boş hesab etdiyi var-dövlət, vəzifə, mülk və bu dünyanın digər ötüb-keçən həzzləri sayəsində bol həyat deyil. İncil yeni və bol həyatı Allahın Müqəddəs Ruhunun qəlbimizdə yaşaması nəticəsində vəd edir. Allah qəlbimizə gəlib yaşamaq istəyir, bizə qüdrət və istiqamət vermək istəyir – Xoş Xəbər budur! Tövratın Pentikost Bayramında maya ilə bişirilən yumşaq çörək gələcək bol həyatın rəmzidir. Köhnə və Yeni Pentikost bayramlarının bir günə düşməsi Allahın bizə bol həyat vermək planına açıq-aydır bir Əlamət və işarədir.  

Dirilmənin nübarı: sənin üçün həyat

Rad Surəsi (Surə 13) imansızların tənqidi barədə yazır:

Əgər təəccüblənirsənsə, onların: “Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. Kafir olanlar deyirlər: “Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” Sən ancaq xəbərdar edənsən. Hər qövmün bir yolgöstərəni vardır.

Rad Surəsi 13:5,7

Fikir iki hissədən ibarətdir. Rad Surəsi 5-ci ayədə təsvir olunan imansızlar dirilmənin mümkünlüyü barədə sual verirlər.  Onların fikrincə, bu, əvvəllər baş verməmişdisə, gələcəkdə də baş verməyəcək. Daha sonra onlar dirilmənin olacağına bir əlamət olaraq möcüzə görmək istəyirlər. Əslində, onlar dəlil və ya bir təsdiq tələb edirlər.

Furqan Surəsi (Surə 25) eyni məsələdən bəhs edir, lakin bir qədər fərqli yazır:

(Məkkə müşrikləri) bəla yağmuru düşüb (viran qalmış) şəhərin yanından keçmişdilər. Məgər onlar onu görməmiş­­dilər? Xeyr, onlar öldükdən sonra dirilməyə də inanmırlar. Onlar səni gördükdə ancaq sənə lağ edir (və deyirlər: )“Budurmu Allahın elçi göndərdiyi kəs?”

Furqan Surəsi 25:40-41

Onlarda nə gələcək dirilmədən, nə də Peyğəmbərdən (s) qorxu var. Onlar dirilmənin göstərilməsini tələb edirlər.

Furqan Surəsi həmçinin Allahın qeyri-imanlılara münasibətini göstərir:

(Kafirlər) isə Onun əvəzinə heç nəyə fayda verməyən, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə tanrı götürdülər.

Furqan Surəsi 25:3

Furqan Surəsi adamların çox vaxt yalançı tanrılara ibadət etdikləri barədə yazır. İnsan həqiqi Tanrını yalançı tanrıdan necə fərqləndirə bilər? Cavab ayədədir. Yalançı tanrıların “öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti” yoxdur. Yenidən dirildə bilmək qabiliyyəti həqiqi Tanrını yalançı tanrıdan fərqləndirir.

İmansızlar etinasızlıq göstərmək, yaxud qorxmaq, yalançı tanrılara ibadət edib-etməmək kimi məsələlərdə Allahdan və Onun elçilərindən əlamət tələb edirlər. Bu imansızlar üçün də meyar eynidir: dirilmə.

Dirilmə ən uca səlahiyyət və qüdrət sahibinə məxsusdur. İbrahim (s), Musa (s), Davud (s) və Məhəmməd (s) böyük peyğəmbərlər olsalar da, öləndən sonra dirilmədilər. Sokrat, Eynşteyn, Nyuton və Süleyman kimi ən müdrik adamlar da dirilmədilər. Yunan, Roma, Bizans, Əməvilər, Abbasilər, Məmlüklər, Osmanlı kimi imperatorluqlarında heç bir taxt-tac sahibi, heç bir imperator ölümə qalib gələrək dirilməyib. Bu, çox çətin məsələdir. Məhz bu çətin məsələ ilə üzləşməyi İsa Məsih (s) seçdi.

O, Bazar günü səhər gün çıxmazdan əvvəl zəfər çaldı. Sübh tezdən İsanın ölümə qalib gəlməsi sizin və mənim üçün də qələbədir. Dünyanın dərdi içində daha əsir qalmamalıyıq. Falaq Surəsi (Surə 113) yazır:

De: “Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən, çökən zülmətin şərindən…”

Falaq Surəsi 113:1-3

Tövratın Nübar bayramında biz yüz illərlə əvvəl məhz bu sübh haqqında edilən peyğəmbərlikləri, sübhün Rəbbinin bizi bu dünyanın bəlalarından necə azad etdiyini görəcəyik.  

İsa Məsih və Tövratın bayramları

İncildə qeyd olunan Peyğəmbər İsa Məsihin həyatının sonuncu həftəsinin hər günündə baş verən hadisələri biz diqqətlə öyrəndik. Həftənin sonunda O,  müqəddəs yəhudi bayramı olan Pasxa günündə çarmıxa çəkildi. Daha sonra O, həftənin müqəddəs sayılan 7-ci günü –  Şənbə günü ərzində fəaliyyətsiz olaraq ölü qaldı. Bu müqəddəs günlərini Allah uzun müddət əvvəl Tövratda Musa peyğəmbər (s) vasitəsilə müəyyən etmişdi. Bu göstərişlər barədə belə yazılıb:

“Rəbb Musaya dedi: «İsrail övladlarına belə de: “Rəbbin təyin etdiyi bayramlar, Mənim bayramlarım bunlardır. Bu vaxt müqəddəs toplantı çağırın:

Şənbə istirahət günü

Altı gün işinizi görün, yeddinci gün isə Şənbə istirahət və müqəddəs toplantı günüdür. Qoy Rəbbin bu Şənbə günü yaşadığınız bütün yerlərdə heç bir iş görülməsin.

Rəbbin təyin etdiyi bu müqəddəs toplantı günlərini bayramlar elan edin.

Birinci ayın on dördü axşamçağı Rəbbin Pasxa bayramıdır”

Levililər 23:1-5

Zaman xəttində gördüyünüz kimi, Peyğəmbər İsa Məsihin çarmıxa çəkilməsi və fəaliyyətsiz qalaraq istirahət etməsi 1500 il əvvəl təyin edilmiş bayram günlərinə düşür. Bu, heyranedici deyilmi? Cavab hamımıza, hətta hər gün bir-birimizlə salamlaşmağımıza belə, təsir göstərir.  

İsa Məsih Pasxa qurbanının günündə öldü (6-cı gün) və Şənbə günü istirahət etdi (7-ci gün)

Peyğəmbər İsa Məsihin Tövratın bayramları ilə əlaqəsini izləməkdə davam edirik. Tövratdan gətirdiyimiz ayələr ilk iki bayramlara aiddir. Növbəti bayram ‘Nübar’ adlanır və Tövrat bu bayrama aid belə göstərişlər verir.

Rəbb Musaya belə dedi: «İsrail övladlarına de: “Sizə verəcəyim torpağa gəldiyiniz zaman məhsulunuzu biçəndə biçdiyiniz ilk dərzi kahinin yanına gətirin. O, dərzi Rəbbin hüzurunda yellədərək təqdim etsin ki, sizdən qəbul olunsun. Kahin onu Şənbənin ertəsi günü yellətsin… Bu qurbanı Allahınıza təqdim etdiyiniz həmin günə qədər nə çörək, nə qovurğa, nə də təzə sünbül yeməyin. Bu bütün yaşadığınız yerlərdə nəsildən-nəslə sizin üçün əbədi qayda olsun

Levililər 23:9-11,14

Beləliklə, Pasxa bayramı olan ‘Şənbədən sonrakı gün’ üçüncü Müqəddəs gün olub. Hər il bu gündə Baş Kahin Müqəddəs Məbədə daxil olaraq RƏBBİN hüzurunda iki dərzi yellədərək təqdim edir. Bu, ölüm rəmzi olan qışdan sonra yeni həyatın başlanğıcına işarə edir, adamların yeyib doyması üçün bol məhsulun olacağını söyləyir.

Şənbə günü İsa Məsih (s) fəaliyyətsiz olaraq ölümdə istirahət etdi. Bu, məhz sonrakı gün – yeni həftənin Bazar günü, 16 Nisan tarixində baş verdi. İncil həmin günün hadisələrini təfsilatlarla qeyd edir. Əvvəlcə Baş Kahin Məbədə yeni həyatın ‘Nübar’ını təqdim etmək üçün gəldi. Mətn belədir:

İsa Məsih ölülərdən dirilir

Həftənin ilk günü səhər çox erkən qadınlar hazırladıqları ətirləri götürüb qəbirin yanına gəldilər. Qəbirin qapısındakı daşı yuvarlanmış gördülər. Amma içəri girib Rəbb İsanın cəsədini tapmadılar. Onlar bundan çaşqınlıq içində olarkən şimşək kimi parıldayan paltar geymiş iki kişi qəflətən onların qarşısında peyda oldu. Qadınlar təlaş içində üzüstə yerə sərildilər. Kişilər soruşdular: «Nə üçün siz Dirini ölülər arasında axtarırsınız? O burada yoxdur, O dirilmişdir! Hələ Qalileyada olarkən Onun sizə dediklərini yadınıza salın. Demişdi ki, “Bəşər Oğlu günahkar insanlara təslim olmalı, çarmıxa çəkilməli və üçüncü gün dirilməlidir”». Qadınlar da İsanın sözlərini yada saldılar.

 Qəbirdən qayıdan qadınlar bütün bunları On Bir şagirdə və başqa adamların hamısına xəbər verdilər. Həvarilərə bu xəbəri çatdıranlar Məcdəlli Məryəm, Yoxanna, Yaqubun anası Məryəm və onlarla birgə olan digər qadınlar idi. Amma bu sözlər həvarilərə mənasız göründü və qadınlara inanmadılar. Peter isə qalxıb qəbirə tərəf qaçdı. O əyilib yalnız kətan bezləri gördü və bu hadisəyə heyrət edərək öz evinə qayıtdı.

Elə o gün onlardan ikisi Yerusəlimdən altmış stadi uzaqlığında yerləşən Xamma adlı kəndə gedirdi. Onlar olub-keçən bütün bu hadisələr barədə öz aralarında söhbət edirdi. Onlar söhbət edərək öz aralarında müzakirə edərkən İsa Özü yaxınlaşıb onlarla birlikdə yol getdi. Amma onların gözləri bağlanmışdı, buna görə də Onu tanımadılar.

İsa onlardan soruşdu: «Siz yol gedə-gedə öz aranızda nə barədə danışırsınız?» Onlar qaşqabaqlı dayandılar. Onlardan Kleopa adlı bir nəfər İsaya cavab verdi: «Sən yəqin Yerusəlimə gələn adamlar arasında bu günlərdə orada baş vermiş hadisələrdən xəbəri olmayan yeganə adamsan». İsa onlara dedi: «Hansı hadisələrdən?» Onlar da Ona dedilər: «Nazaretli İsa barəsindəki hadisələrdən. O, Allahın və bütün xalqın önündə əməldə və sözdə qüdrətli bir peyğəmbər idi. Bizim başçı kahin və rəhbərlərimiz Onu ölümə məhkum etmək üçün təslim edib çarmıxa çəkdirdilər.  Biz də ümid edirdik ki, bu, İsrailin gələcək Satınalanıdır. Bundan əlavə, bu hadisələr artıq üç gündür ki, baş verib. Üstəlik bizim qadınlardan bəzisi də bizi mat qoydular: onlar səhər erkən qəbir üstünə gedib Onun cəsədini orada tapa bilməyiblər və gəlib dedilər ki, görüntüdə Onun diri olduğunu bəyan edən mələkləri görüblər. Bizimlə olan bəziləri qəbirə gedib oranın qadınların dediyi kimi olduğunu müəyyən etdilər, amma Onu görmədilər».

 Onda İsa onlara dedi: «Ey ağılsızlar və peyğəmbərlərin xəbər verdiklərinə inanmaq üçün ürəyində ləngiyənlər! Məsih bu əzabları çəkib Öz izzətinə qovuşmalı deyildimi?» Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi.

Onlar getdikləri kəndə yaxınlaşdılar. İsa Özünü yoluna davam etmək istəyən kimi apardı. Amma onlar İsadan təkidlə xahiş edib dedilər: «Bizimlə qal, çünki axşam düşür və gün batmaq üzrədir». O da onlarla qalmaq üçün içəri girdi.

İsa onlarla süfrəyə oturanda çörək götürüb şükür duası etdi, böldü və onlara verdi. Bu anda onların gözləri açıldı və onlar İsanı tanıdılar. Amma İsa onlar üçün görünməz oldu. Onlar bir-birlərinə dedilər: «O, yolda bizimlə danışıb və Müqəddəs Yazıları bizə izah edəndə bizim ürəklərimiz alışıb-yanmırdımı?»

Onlar elə o saat qalxıb Yerusəlimə qayıtdılar, On Bir şagirdi və onlarla birlikdə olanları bir yerdə toplaşmış gördülər. Bunlar deyirdi: «Rəbb, doğrudan da, dirilmiş və Şimona görünmüşdür». Onlar da yolda baş verənləri və çörəyi böldüyü zaman Onu necə tanıdıqlarını nəql etdilər.

Onlar bu barədə danışarkən İsa Özü aralarında durub onlara «Sizə salam olsun!» dedi. Onlarsa çaşıb dəhşətə gələrək bir ruh gördüklərini zənn etdilər. Amma İsa onlara dedi: «Nə üçün təlaşa düşürsünüz? Nəyə görə ürəklərinizə belə fikirlər gəlir? Əllərimə və ayaqlarıma baxın. Bu – Mən Özüməm! Mənə toxunun və baxın, çünki Məndə olduğunu gördüyünüz kimi ruhun əti və sümüyü olmur».  İsa bunu deyib onlara əllərini və ayaqlarını göstərdi. Onlar hələ sevincdən inanmayıb heyrətlənərkən İsa onlara dedi: «Burada yeməyə bir şey varmı?» Ona bir tikə bişmiş balıq verdilər. İsa da yeməyi götürüb onların qabağında yedi.

Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır». Bundan sonra Müqəddəs Yazıları anlamaq üçün onların zehnini açdı. İsa onlara dedi: «Belə yazılıb: Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir. Yerusəlimdən başlayaraq bütün millətlərə günahların bağışlanması üçün tövbə Onun adı ilə vəz edilməlidir. Siz bu hadisələrin şahidisiniz

Luka 24:1-48

İsa Məsihin qələbəsi

Peyğəmbər İsa Məsih (s) müqəddəs Nübar Bayramı günündə böyük qələbə çaldı. Onun düşmənləri və şagirdləri bunun mümkün olduğuna inana bilmirdilər – İsa ölümə qalib gələrək həyata qayıtdı. İncil izah edir:

“Çürüyən bədən çürüməzliyə və ölümə düçar olan bədən ölməzliyə büründükdə

«Ölüm yox edildi,

Onun üzərində qələbə çalındı!»

deyə yazılmış söz yerinə yetəcək.

«Ey ölüm, qələbən hanı?

Ey ölüm, neştərin hanı?»

Ölümün neştəri günahdır, günah isə gücünü Qanundan alır”

1 Korinflilərə 15:54-56

Lakin bu, yalnız peyğəmbərin qələbəsi deyildi. Bu, həmçinin, sizin və mənim qələbəmdir. Bu qələbə Nübar bayramında baş verdi. İncil bunu belə izah edir:

“Əslində Məsih ölülər arasından, vəfat edənlərin ilki olaraq dirildi. Ölüm bir insan vasitəsilə gəldiyinə görə ölülərin dirilməsi də bir İnsan vasitəsilə gəlir. Adəmdə hamı öldüyü kimi Məsihdə də hamı həyata qovuşacaq. Hər biri öz növbəsi ilə – ilk növbədə Məsih, sonra Məsihin zühurunda Məsihə məxsus olanlar həyata qovuşar. Bundan sonra O hər başçını, hər hakimi və hər qüvvəni aradan götürüb Padşahlığı Ata Allaha təslim edəcəyi zaman hər şey tamamlanacaq. Çünki Allah Onun bütün düşmənlərini ayaqlarının altına salanadək O, padşahlıq etməlidir. Aradan götürüləcək son düşmən isə ölümdür”

1 Korinflilərə 15:20-26

Peyğəmbər məhz Nübar bayramı günü dirilib həyata qayıtdığına görə biz də bir gün ölülərdən diriləcəyimizi bilməliyik.  Nübar bayramı yeni həyatın təqdimatı, böyük məhsulun təvəkkülüdür.  İncil İsa Məsihin dirilməsinin ‘nübar’ olduğunu bizə deyir; daha böyük dirilmə – Ona məxsus olanların dirilməsi sonra baş verəcək. Tövrat və Quran ölümün Adəm vasitəsilə gəldiyini öyrədir. İncil də eyni ilə dirilmənin İsa Məsih vasitəsilə gəldiyini öyrədir. İsa Məsih yeni həyatın Nübarıdır, hamımız onu dadmağa dəvət olunuruq.

Pasxa: Bazar günü qeyd edilən Dirilmə bayramı

Bu gün bir çoxları İsa Məsihin dirilmə bayramını Pasxa adlandırırlar; onun dirildiyi gün Pasxa Bazar günü adlanır. Lakin bu sözlər yüz illərlə sonra yarandı. Adlar əhəmiyyət kəsb etmir. Əsas məsələ – Nübar bayramının işarə etdiyi Peyğəmbərin dirilməsidir. Bu bayram yüz illərlə əvvəl, Musa peyğəmbərin vaxtında təyin olundu və bunun mənası bizim üçün çox əhəmiyyətlidir.

Zaman xəttində növbəti həftənin Bazar gününə aid qeyd olunanlara fikir verin:

İsa Məsih Nübar bayramı günü dirilir – sizə və mənə ölümdən sonra yeni həyat təklif olunur.

‘Xoş Cümə’ sualına cavab

‘Xoş Cümə’ barəsində sualımıza bu, cavab verir.  İncil izah edir:

“Amma Allahın lütfü ilə hər kəsin uğrunda ölmək üçün mələklərdən az müddət ərzində aşağı tutulmuş Şəxsi, yəni İsanı görürük. Çəkdiyi ölüm əzabına görə Onun başına izzət və əzəmət tacı qoyuldu”

İbranilərə 2:9

Xoş Cümə günündə İsa ölüm əzabını sizin, mənim və “hər kəsin uğrunda” çəkdi. Cümə günü bizə böyük xeyir verdiyi üçün “Xoş Cümə” adlanır. Nübar bayramında İsa dirildi və indi hər bir kəsə yeni həyatı təklif edir.

Quranda İsa Məsihin dirilməsi və salam

Təfsilatları az olsa da, Quran İsa Məsihin dirilmə gününü üç günün ən mühümü hesab edir. Məryəm Surəsi yazır:

 [İsal Məsih dedi] “Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!”

Məryəm Surəsi 19:33

İncil  İsa Məsihin doğulmasını, Onun ölümünü və dirilməsini qeyd edir. Onun dirilməsi ‘Nübar’ olduğuna görə, dirilən Peyğəmbərdə olan salam indi sizə və mənə təklif olunur. İsa Məsih dirildiyi gün şagirdləri ilə görüşərkən onları salamladı və onlara bunu bildirdi:

O gün – həftənin ilk günü axşam çağı Yəhudi başçılarından qorxduqları üçün şagirdlərin olduqları yerin qapıları bağlı olsa da, İsa içəri girdi. O ortada durub onlara «Sizə salam olsun!» dedi. Bunu söyləyib onlara əllərini və böyrünü göstərdi. Şagirdlər də Rəbbi görüb sevindilər.  İsa yenə onlara dedi: «Sizə salam olsun! Ata Məni göndərdiyi kimi Mən də sizi göndərirəm». Bunu söylədikdən sonra onların üzərinə üfürərək dedi: “Müqəddəs Ruhu alın!”

Yəhya 20:19-22

Müsəlmanlar bir-biri ilə salamlaşaraq “salam əleyküm” – sənə salam olsun deyirlər. Daha əvvəllər “salam” sözünü peyğəmbər İsa Məsih işlədib; Öz dirilməsini bizə verdiyi sülh ilə əlaqələndirmək üçün “salam” sözündən istifadə edib.  Hər dəfə “salam” deyəndə və ya “salam” eşidəndə Peyğəmbərin bu vədini xatırlamalıyıq, bizə təklif olunan Müqəddəs Ruhun ənamı barədə düşünməliyik.

İsa Məsihin dirilməsi

Peyğəmbər İsa Məsih diriləndən sonra bir çox gün ərzində şagirdlərinə görünürdü. İncildə bu barədə qeyd olunanları burada oxuya bilərsiniz. Lakin fikir verməliyik ki, İsa Məsih şagirdlərinə ilk dəfə görünəndə:

“…bu sözlər həvarilərə mənasız göründü”

Luka 24:11

Peyğəmbər məcbur olub:

“Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi”

Luka 24:27

Daha sonra yenə:

“İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır»”

Luka 24:44

Bunun həqiqətən Allahın planı və bizi ölümdən həyata aparan doğru yolun olduğuna necə əmin ola bilərik? Gələcəyi yalnız Allah bilir. Beləliklə, yüz illərlə əvvəl Tövrat, Zəbur və Peyğəmbərlərin digər kitabları vasitəsilə verilən Əlamətlər İsa Məsihdə icra olundu. Bunlar bizi əmin etmək üçün yazılmışdı:

Belə ki sən öyrəndiyin şeylərin doğru olduğunu biləsən

Luka 1:4

Peyğəmbər İsa Məsihin qurban olması və dirilməsi məsələsindən xəbərdar olmaq çox mühümdür. Bunun üçün dörd müxtəlif məqalələrə istinad verilir:

  1. Bu məqalə Musanın Tövratında İsa Məsihə verilən işarələrdən bəhs edir.
  2. Bu məqalə Zəbur və Peyğəmbərlərin kitablarında İsa Məsihə verilən işarələrdən bəhs edir. Bu iki məqalə bizə özümüz üçün həqiqəti aşkar etməyə imkan verir: doğrudanmı  “Məsih əzab çəkib üçüncü gün ölülər arasından dirilməlidir” (Luka 24:46).
  3. Bu məqalə bizə İsa Məsihdən dirilmə həyatını hədiyyə olaraq qəbul etməyin yolunu dərk etməyə kömək göstərir.  
  4. Bu məqalə  İsa Məsihin çarmıxa çəkilməsinə aid çaşqınlıqlar barədə yazır və müqəddəs Quranın bu barədə söylədiklərini diqqətinizə çatdırır.

7-ci gün – Şənbə və istirahət

 Yəhudilərin müqəddəs Pasxa günündə peyğəmbər İsa Məsihə xəyanət olundu və O, çarmıxa çəkildi. Buna görə də, məsihçilərdə Cümə xoş gün hesab olunur. Pasxa Cümə Axşamı gün batanda başladı və Cümə günü axşam gün batanda bitdi. Yəhudi təqvimində bu, həftənin 6-cı günüdür. Həmin günün sonuncu hadisəsi – ölü Peyğəmbərin dəfni oldu. Peyğəmbərin dəfnində iştirak edən qadınların şahidliyi barədə İncil belə yazır:

İsa ilə Qalileyadan gəlmiş qadınlar da Yusifin ardınca gedib qəbiri və Onun cəsədinin necə qoyulduğunu gördülər. Onlar evlərinə qayıdıb ətirli maddələr və qiymətli yağlar hazırladılar. Şənbə günü Allahın əmri ilə istirahət etdilər

Luka 23:55-56

Qadınlar cəsədi dəfn üçün hazırlamaq istəyirdilər, lakin buna vaxt yox idi, çünki Cümə günü axşam gün batanda Şənbə günü başlayır. Yəhudilərin təqvimində bu, həftənin 7-ci günüdür. Şənbə günündə yəhudilərə iş görməyə icazə yoxdur. Bu əmr Tövratın Yaradılış Kitabından gəlir. Allah hər şeyi 6 gün ərzində yaratdı. Tövrat yazır:

“Göylər və yer, oradakı hər şey beləcə tamamlandı. Allah yeddinci günə qədər gördüyü işləri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi”

Yaradılış 2:1-2

Beləliklə, qadınlar cəsədi dəfnə hazırlamaq istəsələr də, Tövrata itaət edib Şənbə günü iş görmədilər.

Baş kahinlər isə Şənbə günü öz işlərini davam etdilər. İncil onların hakim ilə görüşü barədə yazır.

“Ertəsi gün, yəni Hazırlıq günündən sonrakı gün başçı kahinlərlə fariseylər Pilatın yanına toplaşıb dedilər: «Ağa, biz xatırlayırıq ki, o yalançı hələ sağ ikən “üç gün sonra diriləcəyəm” demişdi. Ona görə də əmr et ki, üçüncü günə qədər qəbirin təhlükəsizliyi qorunsun. Yoxsa şagirdləri gəlib Onu oğurlayar və xalqa “O, ölülər arasından dirildi” deyərlər. Axırıncı yalan birincisindən daha pis olar». Pilat onlara dedi: «Bir dəstə keşikçi götürün, gedin, bacardığınız kimi qəbirin təhlükəsizliyini qoruyun». Onlar gedib qəbirin qarşısında keşikçi dəstəsi qoydular və qəbir daşına möhür basdılar. Beləliklə, qəbirin təhlükəsizliyi qorundu”

Matta 27:62-66

Beləliklə, həmin Şənbə  günündə baş kahinlər işlə məşğul idilər – bir dəstə keşikçi götürüb qəbirin təhlükəsizliyinin qorunmasını təşkil etdilər. Müqəddəs Həftənin Şənbə günündə qadınlar itaətlə istirahət edir, peyğəmbər İsa Məsihin (s) cəsədi isə ölü vəziyyətində qalmışdı. Zaman xəttində görəcəksiniz ki, onların istirahəti Yaradılışın 7-ci günündəki Allahın istirahətini əks etdirir. Bu, Tövrat Kitabında yazılır.

Peyğəmbər İsa Məsih Şənbə günü ölü vəziyyətində qalır

Lakin bu, möhtəşəm qüdrətin təzahüründən əvvəl olan bir sükut idi. Fəcr Surəsi (Surə 89) qara gecədən sonra günün çıxmasının əhəmiyyətini qeyd edir. Günün çıxması “ağıl sahibi üçün” qəribə şeyləri aşkar edə bilər. 

“And olsun dan yerinə! və olsun on gecəyə! və olsun cütə və təkə! və olsun keçib getməkdə olan gecəyə! Məgər bu (andlar) ağıl sahibi üçün kifayət deyilmi?”

Fəcr Surəsi 89:1-5

Növbəti gün möhtəşəm qələbə baş verdi (buraya baxın).

Gördüyümüz kimi, səhər günəşin çıxması növbəti günün hadisələrini işıqlandırdı.

6-cı gün: İsa Məsih və Cümə

Cumuə Surəsi (Cümə 62) bizə müsəlmanların dua gününün Cümə olduğunu deyir. Lakin Cumuə Surəsi əvvəlcə bizə çağırış atır. Peyğəmbər İsa Məsih bu çağırışı – Məsih vəzifəsini qəbul etdi. Al-Cumuə sirəsi Cüməni dua günü elan etməkdən əvvəl bəyan edir:

“De: “Ey yəhudilər! Əgər insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və doğru danışanlarsınızsa, onda ölüm diləyin!” Lakin onlar öz əlləri ilə törətdikləri əməllərə görə ölümü əsla diləməzlər. Allah zalımları tanıyır”

Cumuə Surəsi 62:6-7

Cumuə Surəsindəki bu ayələrin mənası budur: biz həqiqətən Allahın dostlarıyıqsa, ölümdən qorxmamalıyıq. Lakin onlar (və biz) əməllərimizin xeyirxah olub-olmadığına şübhə ediriksə, ölümdən qaçacağıq. Həmin bu Cümə günündə, həyatının son həftəsinin 6-cı günündə, bir yəhudi kimi, İsa Məsih məhz bu sınaqdan keçdi. O, bu sınağa dua ilə başladı. İncil peyğəmbər barədə deyir:

“O, Peter ilə Zavdayın iki oğlunu Özü ilə apardı. Özündə bir kədər və narahatlıq hiss etməyə başladı. Onlara belə dedi: «Ürəyimi elə dərin kədər bürüyüb, az qalır ki, ölüm. Burada qalın və Mənimlə birlikdə oyaq olun».

İsa bir qədər irəli getdi və üzüstə yerə qapanıb dua etdi: «Ey Atam, mümkündürsə, qoy bu kasa Məndən yan keçsin. Amma Mənim yox, Sənin iradən olsun»”

Matta 26:37-39

Cümə gününün hadisələrini izləməkdən əvvəl biz Cümə duasına gətirib çıxaran hadisələrə nəzər salacağıq. Düşmənimiz Şeytan peyğəmbər İsa Məsihə (s) xəyanət etmək üçün 5-ci gün Yəhudanın ürəyinə girdi. Növbəti gün axşam (6-cı gündə) peyğəmbər şagirdləri ilə şam yeməyini yedi. Həmin vaxt O, nümunə göstərərək bir-birimizi sevmək barədə və Allahın bizə olan böyük sevgisi barədə öyrətdi. Bu, İncildə belə təsvir edilir. Daha sonra O, bütün imanlılar üçün dua etdi (burada oxuyun).

İncil bu Cümə duasından sonra baş verənləri təsvir edir:

Bağda həbs

“İsa bunları söylədikdən sonra şagirdləri ilə birgə çıxıb Qidron vadisinin o biri tayına keçdi. Orada bir bağça var idi. İsa və şagirdləri oraya girdilər. Ona xəyanət edən Yəhuda da bu yeri tanıyırdı, çünki İsa tez-tez şagirdləri ilə orada yığışırdı. Beləcə Yəhuda bir alay əsgərlə başçı kahinlərin və fariseylərin göndərdiyi bəzi mühafizəçiləri götürüb çıraqlar, məşəllər və silahlarla oraya gəldi. İsa başına gələcək hər şeyi bildiyi üçün qabağa çıxdı və «Kimi axtarırsınız?» deyə onlardan soruşdu. Ona cavab verdilər: «Nazaretli İsanı». İsa onlara «Mənəm» dedi. Ona xəyanət edən Yəhuda da onlarla yanaşı idi. İsa onlara «Mənəm» deyəndə geri çəkilib yerə qapandılar. Onda yenə «Kimi axtarırsınız?» deyə onlardan soruşdu. Onlar da «Nazaretli İsanı» dedilər. İsa cavab verdi: «Sizə dedim ki, Mənəm. Əgər Məni axtarırsınızsa, yanımdakıları buraxın getsinlər».  Bunu etdi ki, əvvəlcə dediyi «Mənə verdiyin şəxslərin heç birini həlak olmağa qoymadım» sözü yerinə yetsin. Şimon Peterin yanında qılınc var idi. Onu çəkib baş kahinin qulunu vuraraq sağ qulağını kəsdi. O qulun adı Məlik idi. Onda İsa Peterə dedi: «Qılıncı qınına qoy! Atanın Mənə verdiyi kasanı içməyimmi?»

Beləcə minbaşı ilə alay və Yəhudi başçılarının mühafizəçiləri İsanı tutub əl-qolunu bağladılar. Onu əvvəlcə Xananın yanına apardılar, çünki Xanan o il baş kahin olan Qayafanın qayınatası idi”

Yəhya 18:1-13

Peyğəmbər Yerusəlimin yanındakı bağa dua etmək üçün getdi. Yəhuda onu həbs etmək üçün oraya əsgərləri gətirdi. Bizi həbs etmək istəsələr biz müqavimət göstərərik, qaçarıq və gizlənərik. Lakin peyğəmbər İsa Məsih (s) döyüşmədi və qaçmadı. O, onların axtardığı peyğəmbər olduğunu açıq etiraf etdi. Onun aydın etirafı (“Mənəm”) əsgərləri heyrətə saldı, dostları isə qorxub qaçdı. Peyğəmbər könüllü həbs olundu və sorğu-sual üçün Xananın yanına aparıldı.

Birinci sorğu-sual

İnjil peyğəmbərin orada necə dindirildiyini yazır:

“O vaxt baş kahin İsadan şagirdləri və təlimi barədə soruşdu. İsa ona cavab verdi: «Mən dünyaya açıq söyləmişəm, Yəhudilərin hamısının toplaşdıqları sinaqoqlarda və məbəddə həmişə təlim öyrədirdim, Mən heç nəyi gizli söyləməmişəm.  Niyə Məndən soruşursan? Nə dediyimi eşidən adamlardan soruş. Axı onlar Mənim söylədiyim şeyləri bilirlər». İsa bu sözləri söyləyəndən sonra orada duran mühafizəçilərdən biri «Baş kahinə beləmi cavab verirsən?» deyib Ona bir şillə vurdu.  İsa ona cavab verdi: «Əgər haqsız danışdımsa, haqsız olduğunu sübut et. Əgər doğru dedimsə, onda Məni nə üçün vurursan?» Xanan Onu əl-qolu bağlı halda baş kahin Qayafanın yanına göndərdi”

Yəhya 18:19-24

Peyğəmbər İsa əl Məsih PBUH, keçmiş baş kahindən ikinci dindirmə üçün həmin ilin baş kahininə göndərildi.

İkinci sorğu

Orada bütün rəhbərlərin qarşısında dindiriləcəkdi. İncil bu növbəti dindirməni qeyd etdi:

İsanı baş kahinin yanına gətirdilər. Başçı kahinlərin hamısı, ağsaqqallar və ilahiyyatçılar da oraya toplaşdı. Peter uzaqdan baş kahinin həyətinə qədər İsanın ardınca gedirdi. O, mühafizəçilərlə birgə həyətdə, tonqalın ətrafında oturub qızınırdı.

Başçı kahinlər və Ali Şuranın hamısı İsanı edam etmək üçün Onun əleyhinə şahidlik ifadəsi axtarırdılar, amma tapa bilmirdilər. Çoxları Onun əleyhinə yalançı şahidlik etdi, lakin ifadələri bir-birinə uyğun gəlmirdi. Bəziləri qalxıb Onun əleyhinə yalançı şahidlik edərək dedilər: «Biz Onun belə dediyini eşitdik: “Mən əllə qurulan bu məbədi dağıdıb üç gün ərzində əllə qurulmayan başqa bir məbəd tikəcəyəm”». Amma onların da ifadələri bir-birinə uyğun gəlmirdi.

Baş kahin toplantı arasından ayağa qalxıb İsadan soruşdu: «Sənin heç cavabın yoxdur? Onlar Sənin əleyhinə bu nə ifadədir verirlər?» Amma İsa susmaqda davam etdi, heç cavab vermədi. Baş kahin yenə Ondan soruşdu: «Xeyir-dua Sahibi Olanın Oğlu Məsih Sənsənmi?» İsa ona dedi: «Mənəm! Siz Bəşər Oğlunun Qüdrətli Olanın sağında oturduğunu və göyün buludları ilə gəldiyini görəcəksiniz». Onda baş kahin əynindəki paltarını cırıb dedi: «Artıq şahidlərə nə ehtiyacımız var? Siz Onun küfr söylədiyini eşitdiniz! Bəs buna nə deyirsiniz?» Onların hamısı İsa üçün hökm verdi ki, O, ölüm cəzasına layiqdir.

Bəziləri Onun üstünə tüpürməyə, Onun gözlərini bağlayaraq yumruq vurmağa başladılar və dedilər: «Peyğəmbərlik elə görək!» Mühafizəçilər də tutub Ona şillə vurdular

Mark 14:53-65

Yəhudi rəhbərlər peyğəmbər İsa Məsihi ölümə məhkum etdilər. Lakin Yerusəlim Roma işğalı altında olduğuna görə edam Roma hakimi tərəfindən təsdiqlənməli idi. Beləliklə, onlar peyğəmbəri Roma hakimi Ponti Pilatın yanına apardılar. İncil həmçinin İsaya xəyanət edən Yəhuda İskaryotun başına gələnləri də qeyd edir.

Xain Yəhuda ilə nə baş verdi?

Səhər açılanda bütün başçı kahinlərlə xalqın ağsaqqalları İsanı edam etmək üçün məşvərət etdilər. İsanın əl-qolunu bağlayaraq vali Pilatın yanına aparıb ona təslim etdilər.

O zaman İsaya xəyanət edən Yəhuda Onun məhkum edildiyini görəndə peşman oldu. Otuz gümüşü başçı kahinlərə və ağsaqqallara geri gətirib «mən təqsirsiz qanı təslim etməklə günah işlətdim» dedi. Onlarsa ona «Bundan bizə nə? Özün bilərsən» dedilər. Yəhuda gümüş pulları məbədin içinə atıb oradan çıxdı, gedib özünü asdı.

Başçı kahinlər gümüş pulları götürüb dedilər: «Madam ki qan bahasıdır, bu gümüş pulları məbədin xəzinəsinə qoymağa icazəmiz yoxdur». Öz aralarında məşvərət keçirərək o pulla yadelliləri dəfn etmək üçün dulusçunun tarlasını satın aldılar. Buna görə o tarlaya bu günə qədər «Qan tarlası» deyilir

Matta 27:1-8

İsa Məsih Roma hakimi qarşısında sorğu-suala tutulur

“İsa valinin önündə dayanmışdı. Vali Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa da ona dedi: «Sənin dediyin kimidir». Başçı kahinlər və ağsaqqallar Onu ittiham etdikləri vaxt İsa heç bir cavab vermədi. Onda Pilat Ona dedi: «Sənin əleyhinə edilən bu qədər şəhadəti eşitmirsənmi?» İsa onun heç bir sözünə cavab vermədi. Vali buna çox heyrətləndi.

Hər Pasxa bayramında valinin xalqın istədiyi bir məhbusu azad etməsi adət idi. O günlərdə Barabba adlı məşhur bir məhbus həbsdə saxlanılırdı. Beləliklə, onlar bir yerə toplaşdıqları vaxt Pilat onlardan soruşdu: «Sizin üçün kimi azad etməyimi istəyirsiniz? Barabbanı, yoxsa Məsih deyilən İsanı?» Çünki bilirdi ki, onlar İsanı paxıllıqdan təslim etmişdilər.

Pilat hökm kürsüsündə oturarkən arvadı «o saleh Adamla sənin heç bir işin olmasın, çünki bu gün röyada Ona görə çox əzablar çəkmişəm» deyə xəbər göndərdi.

Başçı kahinlər və ağsaqqallarsa xalqı təhrik edirdilər ki, Barabbanın azad olmasını, İsanınsa ölümünü istəsinlər. Vali onlardan soruşdu: «İkisindən hansını sizin üçün azad etməyimi istəyirsiniz?» Onlar da «Barabbanı» dedilər. Pilat onlara «Elə isə Məsih deyilən İsaya nə edim?» dedi. Onların hamısı «Çarmıxa çəkilsin!» dedilər. Vali «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Çarmıxa çəkilsin!» deyə daha ucadan bağırdılar.

Pilat əlindən heç bir şeyin gəlmədiyini və əksinə, iğtişaşın gücləndiyini görərək su götürüb xalqın önündə əllərini yudu və belə dedi: «Mən bu Adamın qanı üçün təqsirkar deyiləm, qoy sizin boynunuzda qalsın».  Bütün xalq cavab verib dedi: «Onun qanının məsuliyyəti bizim və övladlarımızın üzərinə olsun!» Onda Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi”

Matta 27:11-26

Çarmıx, peyğəmbər İsa Məsihin ölümü və dəfni

Daha sonra İncil ətraflı surətdə peyğəmbər İsa Məsihin çarmıxa çəkilməsini təsvir edir. Ayələr bunlardır:

“Sonra valinin əsgərləri İsanı vali sarayına apardılar. Bütün alayı Onun başına topladılar. Onu soyundurub al rəngli xalat geyindirdilər. Tikanlardan bir tac hörüb başına qoydular, sağ əlinə də bir qamış verdilər. Önündə diz çöküb «Yəhudilərin Padşahı sağ olsun!» deyərək Onu ələ saldılar. Ona tüpürdülər, qamışı götürüb başına vurdular. Onu ələ salandan sonra xalatı əynindən çıxarıb Öz paltarını geyindirdilər. Sonra Onu çarmıxa çəkməyə apardılar.

İsanın çarmıxa çəkilməsi

Qolqota, yəni «Kəllə yeri» adlanan yerə gələndə Ona içməyə ödlə qarışıq şərab verdilər. İsa onu daddıqda içmək istəmədi. Əsgərlər Onu çarmıxa çəkdilər və püşk ataraq paltarlarını aralarında bölüşdürdülər. Sonra orada oturub Onun keşiyini çəkdilər. Başı üzərinə «Yəhudilərin Padşahı İsa budur» ittihamını yazıb qoydular. O zaman İsa ilə birlikdə biri sağında, biri də solunda iki quldur da çarmıxa çəkildi.

Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq «Ey məbədi dağıdıb üç gündə tikən! Əgər Allahın Oğlusansa, Özünü xilas et və çarmıxdan düş!» deyirdilər. Başçı kahinlər də ilahiyyatçılar və ağsaqqallarla birgə eyni şəkildə İsanı ələ salaraq deyirdilər: «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! İsrailin Padşahıdır, qoy indi çarmıxdan düşsün və biz də Ona iman edək. Allaha güvənirdi. Allah Onu sevirsə, qoy indi xilas etsin! Çünki “Mən Allahın Oğluyam” dedi». İsa ilə birlikdə çarmıxa çəkilən quldurlar da Onu təhqir edirdilər.

İsanın ölümü

Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir. Orada dayananların bəzisi bunu eşidərkən dedilər: «Bu Adam İlyası çağırır». Aralarından biri dərhal qaçıb bir süngər gətirdi, şərab sirkəsinə batırıb bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin. O biriləri isə dedilər: «Onu rahat burax, görək İlyas gəlib Onu xilas edəcəkmi?» İsa yenə uca səslə qışqırıb ruhunu tapşırdı.

O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. Yer sarsıldı, qayalar yarıldı.  Qəbirlər açıldı, vəfat etmiş bir çox müqəddəsin cəsədi dirildi. Onlar İsanın dirilməsindən sonra qəbirlərdən çıxıb müqəddəs şəhərə girdilər və bir çox insana göründülər.

İsaya nəzarət edən yüzbaşı və onunla birlikdə olan əsgərlər zəlzələni və baş verən şeyləri gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» deyərək dəhşətə düşdülər.

Orada olub-keçənlərə uzaqdan baxan bir çox qadın var idi ki, xidmət etmək üçün Qalileyadan İsanın ardınca gəlmişdilər. Məcdəlli Məryəm, Yaqub ilə Yusifin anası Məryəm və Zavdayın oğullarının anası da onların arasında idi”

Matta 27:27-56

İncil Məsihin ölüm anında yerin sarsılması, qayaların yarılması və qəbirlərin açılması barədə yazır. Zəlzələ Surəsi (Surə 99) həmçinin bu barədə yazır:

“Yer titrəyib lərzəyə gələcəyi zaman; Yer öz yükünü bayıra atacağı və insan: “Ona nə olub?”– deyəcəyi zaman – həmin gün yer öz əhvalatlarını da­­nışacaqdır. Çünki Rəbbin ona vəhy edəcəkdir. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər”

Zəlzələ Surəsi 99:1-6

Zəlzələ Surəsi Məhkəmə Günü barədə yazır. İsa Məsihin ölümünün təfsilatları Zəlzələ Surəsinin yazdıqları ilə eynidir. Bu, bir əlamətdir, çünki İsa Məsihin ölümü Gələcək Gün üçün zəruri qurban idi.

Böyrü ‘deşildi’

Yəhyanın Müjdəsi çarmıxdakı ölümün mühüm bir təfsilatını qeyd edir:

“Hazırlıq günü olduğuna görə Yəhudi başçıları Pilatdan çarmıxa çəkilənlərin baldırlarının qırılmasını və cəsədlərin götürülməsini xahiş etdilər. Onlar cəsədlərin Şənbə günü çarmıxda qalmasını istəmirdilər, çünki o Şənbə günü böyük bir bayram idi. Onda əsgərlər gəlib əvvəl İsa ilə çarmıxa çəkilən bir adamın, sonra isə o biri adamın baldırlarını qırdılar. İsanın yanına gələndə isə Onun artıq öldüyünü görüb baldırlarını qırmadılar. Amma əsgərlərdən biri Onun böyrünü nizə ilə deşdi, o anda oradan qan və su axdı. Bunu görən adam özü şəhadət edir və onun şəhadəti doğrudur, sizin də iman etməyiniz üçün həqiqəti söylədiyini bilir. Bunlar ona görə oldu ki, Müqəddəs Yazıdakı «Onun bir sümüyü də qırılmayacaq» sözü yerinə yetsin. Yenə başqa bir Yazıda «bədənini deşdikləri Şəxsə baxacaqlar» deyilir”

Yəhya 19:31-37

Yəhya Roma əsgərinin İsa Məsihin böyrünü nizə ilə deşdiyini gördü. Oradan qan və su axdı. Bu, peyğəmbərin ürəyinin partlamasından öldüyünü göstərir.

İncil həmin günün sonuncu hadisəsini qeyd edir: dəfn.

“Axşam düşəndə İsanın şagirdi olmuş varlı bir adam – Yusif adlı bir Arimateyalı gəldi. O, Pilatın yanına gedib İsanın cəsədini istədi. Pilat da cəsədin ona verilməsini əmr etdi. Yusif cəsədi alıb təmiz bir kəfənə bükdü. 0, Onu qaya içində qazdığı öz yeni qəbrinə qoydu və qəbirin ağzına bir iri daş yuvarlayıb getdi. Məcdəlli Məryəm və o biri Məryəm orada, qəbirin qarşısında oturmuşdular”

Matta 27:57-61

6-cı gün – Cümə

Yəhudi təqvimində hər gün axşam, gün batanda başlayır. Beləliklə, həftənin 6-cı günü peyğəmbərin şagirdləri ilə şam yeməyi ilə başladı. Həmin günün sonunda O, həbs olundu, bir neçə dəfə sorğu-suala tutuldu, sonra çarmıxa çəkildi, böyrü nizə ilə deşildi, dəfn olundu. Cümə günü məsihçilər üçün xoş gündür. Sual yaranır: peyğəmbərin xəyanət olunduğu, ona əzab verildiyi, onun öldüyü gün necə xoş gün adlana bilər? Bu, nə üçün “ağır gün” deyil, “xoş gün” adlanır?

Bu, əla sualdır və cavabı İncildə növbəti günlər barədə yazıldığını oxuyaraq biləcəyik. Zaman xəttinə fikir versək görəcəyik ki, bu Cümə günü müqəddəs bayram günü hesab olunan Nisan 14 tarixində idi, həmin Pasxa günündə yəhudilər 1500 il əvvəl Misirdəki ölümdən xilas olduqlarını xatırlayaraq qurbanlıq quzusunu təqdim edirdilər.

Day 6 - Friday - of the last week in Isa al Masih's life compared to the regulations of Taurat

6-cı gün – Cümə – İsa Məsihin Tövratın peyğəmbərlikləri ilə müqayisəsi 

Adamların həyatları haqqında yazıların əksəriyyəti ölüm ilə bitir. Lakin İncil davam edir ki, Cümənin xoş gün olduğunun səbəbini başa düşək. Növbəti 7-ci gün Şənbə günü idi.

Lakin gəlin əvvəlcə Cumuə Surəsinə qayıdaq və oxuduğumuz ayədən davam edək.

De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!

Cumuə Surəsi 62:8-9

İsa Məsih Cumuə Surəsinin 6 və 7-ci ayələrində söylənildiyi kimi, ölümdən qaçmadı, lakin böyük sınağına dua ilə başladı. Bununla O, ‘Allahın dostu’ olduğunu sübut etdi. Bu cəsarətin xatirəsi səbəbi ilə müsəlmanların Cüməni məsciddə dua günü təyin etmələri müvafiq deyilmi? Sanki Allah peyğəmbərin xidmətini unutmamağımızı istəyir.

5-ci gün – Şeytan Məsihi vurmaq üçün enir

Peyğəmbər İsa Məsih (s) sonuncu həftəsinin 4-cü günündə Öz gəlişinin əlamətlərini söylədi. İncil dini rəhbərlərin Onu öldürmək niyyətində olduqları barədə yazır. Şeytan (və ya iblis) düşməni olan bu peyğəmbəri vurmaq üçün bundan istifadə etdi. Müqəddəs Kitab belə yazır:

“Pasxa adlanan Mayasız Çörək bayramı yaxınlaşırdı. Başçı kahinlər və ilahiyyatçılar İsanı öldürmək üçün bir yol axtarırdılar, çünki xalqdan qorxurdular. O zaman Şeytan On İki şagirddən biri olan İskaryot adlanan Yəhudanın ürəyinə girdi. O da gedib başçı kahinlər və məbəd mühafizəçilərinin başçıları ilə danışdı ki, İsanı necə onlara təslim etsin. Onlar sevindilər və ona pul verməyə razı oldular. Buna söz verən Yəhuda İsanı xalqdan gizlin onlara təslim etmək üçün fürsət axtarmağa başladı”

Luka 22:1-6

Gördüyümüz kimi, Şeytan vəziyyətdən istifadə edərək daha sonra peyğəmbərə xəyanət edəcək Yəhudanın ürəyinə girdi. Bu, bizi təəccübləndirməməlidir. Fatir Surəsi (Surə 35) və Ya-Sin Surəsi (Surə 36) Şeytan barədə yazır:

“Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O, öz tərəfdarlarını Od sakini olmağa çağırır”

Fatir Surəsi 35:6

“Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o, sizin açıq-aydın düşməninizdir”

Yasin Surəsi 36:60 -62

İncilin sonunda iblis belə təsvir edilir:

“Göydə döyüş oldu. Mikael və onun mələkləri əjdaha ilə döyüşdü. Əjdaha və onun mələkləri də onlarla döyüşdü, amma gücləri çatmadı. Göydə artıq onlara yer qalmadı. O böyük əjdaha – iblis və Şeytan deyilən, bütün dünyanı aldadan qədim ilan yer üzünə atıldı, mələkləri də onunla birgə atıldı”

Vəhy 12:7-9

İblis həmçinin sizin də düşməninizdir. Müqəddəs Kitabda o, bütün dünyanı ardınca aparmağa qadir olan qüdrətli əjdaha kimi təsvir olunur. Bağda Həzrət  Adəmə edilən peyğəmbərliyə müvafiq olaraq, bu düşmən peyğəmbər İsa Məsihi (s) öldürmək üçün Yəhudadan istifadə etdi. İncil yazır:

“O vaxtdan Yəhuda İsanı təslim etmək üçün fürsət axtarmağa başladı”

Matta 26:16)

Həftənin 6-cı günü olan növbəti gün Pasxa Bayramı idi. Pasxa bayramını Musa peyğəmbər (s) 1500 il bundan əvvəl başlamışdı. İblis Yəhuda vasitəsilə bu müqəddəs gündə bunu etməyə necə imkan tapdı? İndi biz bunu tədqiq edəcəyik.

5-ci gün üzrə xülasə

Növbəti zaman xətti bu həftənin 5-ci günündə böyük əjdaha olan iblisin ən böyük düşməni peyğəmbər İsa Məsihi (s) vurmaq üçün hərəkətə keçməsini göstərir.

Shaytan, the Great Dragon, enters Judas to strike the Prophet Isa al Masih

Böyük əjdaha olan Şeytan peyğəmbər İsa Məsihi vurmaq üçün Yəhudanın ürəyinə girdi

3 və 4-cü günlər – İsa Məsih gələcək barədə danışır və Öz gəlişi barədə xəbər verir

Əncir ağacının ulduzlarla hansı ümumi cəhətləri var? Bunların hər ikisi böyük hadisələrin əlamətlərini göstərir və hazır olmayan adamlara xəbərdarlıq edir. Tin Surəsi belə başlayır:

“And olsun əncirə və zeytuna!”

Tin Surəsi 95:1

Gələcək barədə yazır:

“Biz insanı ən gözəl surətdə yaratdıq! Sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin dibinə) qaxacağıq”

Tin Surəsi 95:4-5

Mursəlat Surəsi, Təkvir Surəsi və İnfitar Surəsi dəfələrlə ulduzların sönəcəyi böyük bir şeyin əlamətinin olduğunu söyləyirlər:

“Ulduzlar sönəcəyi zaman; Göy yarılacağı zaman; Dağlar dağılacağı zaman” (

Mursəlat Surəsi 77:8-10

“Günəş sarınacağı zaman, ulduzlar soluxub sönəcəyi zaman, dağlar hərəkətə gətiriləcəyi zaman”

Təkvir Surəsi 81:1-3

“Göy parçalanacağı zaman, ulduzlar səpələnəcəyi zaman, dənizlər daşıb bir-birinə qarışacağı zaman”

İnfitar Surəsi 82:1-3

Bunların mənası nədir? Peyğəmbər İsa Məsih (s) son həftə ərzində bunu izah edir. Əvvəlcə gəlin buna nəzər salaq.

Bazar günü Nisan 9 tarixində Daniel və Zəkəriyyə peyğəmbərlərin söylədiklərinə uyğun olaraq, Yerusəlimə daxil olandan sonra Tövratda Musa peyğəmbərin (s) göstərişlərinə uyğun olaraq, Allahın quzusu olaraq seçilmək üçün İsa Məsih Bazar Ertəsi günü Nisan 10 tarixində Məbədə gəlir; peyğəmbər İsa Məsih (s) yəhudi rəhbərləri tərəfindən rədd edilir. Əslində, İsa Məsih Məbədi təmizləməyə başlayanda onlar Onu öldürmək qərarına gəldilər. Peyğəmbər İsa Məsihin sonra etdikləri barədə İncil belə yazır:

Əncir ağacının lənətləməsi

İsa onları (Məbəddəki yəhudi rəhbərlərini Bazar Ertəsi, Nisan 10 tarixində) tərk edib şəhərdən çıxdı. Bet-Anyaya gedib orada gecələdi.

Səhəri gün (Çərşənbə Axşamı, Nisan 11, 3-cü gün) İsa şəhərə qayıdanda acmışdı. Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: «Qoy bir daha sənin meyvən çıxmasın». Əncir ağacı o anda qurudu

Matta 21:17-19

Bir çox adam bunu başa düşməyərək sual verir: “Nə üçün İsa Məsih söz deyərək ağacı lənətlədi?” İncil bunu aydın izah etmir, əvvəlki peyğəmbərlər isə bizə bunu aydın edir. Gələcək cəza barədə yazan bu peyğəmbərlər çox vaxt qurumuş əncir ağacı barədə danışırdılar. Fikir verin ki, əvvəlki peyğəmbərlər də qurumuş əncir ağacı barədə danışaraq xəbərdarlıq edirdilər:

“Tənək qurudu, Əncir ağacı soldu, Nar, xurma, alma, Çölün bütün ağacları qurudu. Görün ki, bəşər övladları arasından sevinc yox oldu”

Yoel 1:12

“Əkininizə səmum küləyi və kif göndərərək sizə zərər vurdum. Bağlarınızı və üzümlüklərinizi, əncir və zeytun ağaclarınızı çəyirtkə yedi. Lakin yenə Mənə tərəf dönmədiniz” Rəbb belə bəyan edir

Amos 4:9

“Anbarda toxum qalıbmı? Məgər üzüm, əncir, nar, zeytun ağacı bar gətirməyib? Bu gündən etibarən sizə bərəkət verəcəyəm!”

Haqqay 2:19

“Bütün göy cisimləri çürüyəcək,

Göylər bir tumar kimi büküləcək.

Göy ulduzları meynə yarpağı kimi,

Əncir yarpağı kimi düşəcək, saralıb-solacaq”

Yeşaya 34:4

«Onları qırıb-çatacağam»

Rəbb belə bəyan edir.

«Tənək üzüm gətirməyəcək,

Əncir ağacı bar verməyəcək,

Yarpaqlar solacaq.

Mən onlara nə verdimsə,

Hamısı əllərindən alınacaq»

Yeremya 8:13)

Peyğəmbər Huşə (s) isə lənət oxuyanda əncir ağacı barədə danışaraq İsraili nəzərdə tutdu:

“Səhrada üzüm tapan kimi Mən İsraili tapdım, İlk dəfə məhsul verən əncir nübarı kimi Mən atalarınızı gördüm. Amma onlar Baal-Peora çatanda Rüsvayçı bütlərə təslim oldu. Özləri də sevdikləri şeylər kimi İyrənc oldu. Efrayimin calalı Bir quş kimi uçub gedəcək. Nə doğum, nə hamiləlik, nə mayalanma olacaq. Öz uşaqlarını böyütsələr də, Balalarını əllərindən alacağam, Onları kimsəsiz qoyacağam. Mən onları tərk etdikdə vay hallarına!…Efrayim kəsildi, Kökləri qurudu. Onlar bar verməyəcək. Əgər doğsalar da, Bətnlərinin əziz barını Mən məhv edəcəyəm». Allahım onları rədd edəcək, Çünki Ona qulaq asmadılar. Millətlər arasında sərgərdan gəzəcəklər”

Huşə 9:10-12, 16-17; fikir verin: Efrayim = İsrail

Bu lənətlər b.e.ə. 586-cı ildə Yerusəlim şəhəri dağılanda baş verdi (yəhudilərin tarixi burada oxuya bilərsiz). Peyğəmbər İsa Məsihin əncir ağacını lənətləməsi, əslində, Yerusəlim şəhərinin bir daha dağılmasının və yəhudilərin sürgün edilməsinin rəmzi idi. 

Əncir ağacını lənətləyəndən sonra İsa Məsih Məbədə gedib adamlara təlim verməkdə və yəhudi rəhbərlərlə danışmaqda davam etdi. O, Allahın Məhkəməsi barədə bir çox xəbərdarlıqlar etdi. İncil bu təlimlərin hamısını qeyd edir və siz bunların hamısını burada oxuya bilərsiniz.

Peyğəmbər qayıdacağı vaxtın əlamətlərini söyləyir

Daha sonra peyğəmbər İsa Məsih Yerusəlimdəki yəhudi Məbədinin dağılması barədə peyğəmbərlik edir. O dövrdə bu məbəd bütün Roma İmperiyasında olan ən möhtəşəm bina olub. Lakin İncil qeyd edir ki, İsa Məsih onun dağılmasını əvvəlcədən görmüşdü. Beləliklə, İsa yer üzünə ikinci gəlişi və həmin dövrün əlamətləri barədə danışır. İncil onun sözlərini qeyd edir:

“İsa məbəddən çıxıb gedərkən şagirdləri məbədin binalarını Ona göstərmək üçün yanına gəldilər. İsa onlara cavab verib dedi: «Bütün bunları görürsünüzmü? Sizə doğrusunu deyirəm: onların daşı daş üstündə qalmayacaq, hamısı yerlə yeksan olacaq».

İsa Zeytun dağında oturanda şagirdlər ayrılıqda Onun yanına gəlib dedilər: «Bizə söylə, bu dediklərin nə vaxt baş verəcək? Sənin zühurun və dövrün sonuna hansı əlamətlər olacaq?»”

Matta 24:1-3

Peyğəmbər yəhudi Məbədinin tam dağılmasını peyğəmbərlik etməklə başlayır. Tarixdən bilirik ki, bu, b.e. 70-ci ilində baş verdi. Daha sonra, axşam[i] O, Məbəddən çıxdı və Yerusəlim şəhərinin yanında olan Zeytun Dağına getdi. Yəhudilərdə yeni gün axşam, gün batanda başlayır. Buna görə də, artıq həftənin 4-cü günü – Çərşənbə, Nisan 12 başlamışdı. Həmin gün o, ikinci gəlişinə aid şagirdlərinin suallarına cavab verdi və dövrün sonu barədə öyrətdi.

“Dua edin ki, qaçmağınız qış fəslində və ya Şənbə günündə baş verməsin. Çünki o vaxt elə dəhşətli əzab-əziyyət olacaq ki, dünyanın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da. Əgər o günlər qısaldılmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma seçilmişlərə görə o günlər qısaldılacaq.

O zaman əgər kimsə sizə desə ki, “bax, Məsih buradadır”, yaxud da “oradadır”, inanmayın. Çünki yalançı məsihlər və yalançı peyğəmbərlər törəyəcək. Onlar böyük əlamətlər və xariqələr göstərəcəklər ki, imkan taparlarsa, seçilmişləri də aldatsınlar.  Bax Mən sizə əvvəlcədən söyləmişəm. Ona görə sizə “bax, O çöldədir” desələr də, çıxmayın. “Bax, O daxili otaqlardadır” desələr də, inanmayın. Çünki şimşək şərqdə çaxıb qərbdə belə, göründüyü kimi Bəşər Oğlunun zühuru da elə olacaq. Leş haradadırsa, kərkəslər də orada toplaşar.

Amma o günlərin əzab-əziyyətindən dərhal sonra

Günəş tutulacaq,

Ay nurunu saçmayacaq,

Ulduzlar göydən töküləcək,

Səma cisimləri lərzəyə gələcək.

O zaman Bəşər Oğlunun əlaməti göydə görünəcək. O vaxt yer üzünün bütün tayfaları şivən qoparacaq və Bəşər Oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcək. O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini toplayacaq”

Matta 24:4-31

Burada peyğəmbər İsa Məsih Məbədin dağılmasından sonrakı vaxta nəzər salır. O dedi ki, Məbədin dağılmasından onun ikinci gəlişinə qədər olan dövrdə şər çoxalacaq, zəlzələlər, aclıq, müharibələr olacaq; onun davamçıları təqib olunacaq. Bu baxmayaraq, İsa İncil ‘bütün dünyada vəz ediləcək’ demişdi (14-cü ayə). Dünya Məsih barədə eşitdikcə, yalançı peyğəmbərlərin sayı çoxalacaq və İsanın İkinci Gəlişinə aid yalan fikirlər söyləniləcək. İsanın İkinci Gəlişinin həqiqi əlaməti – müharibə, qatmaqarışıqlıq və fəlakət zamanı günəşin, ayın və ulduzların açıq-aydın dəyişməsi olacaq. Necə olacaqsa, onlar tutqunlaşacaq.

Biz həmin müharibəni, qatmaqarışıqlığı, zəlzələlərin sayının artmasını görürük. Beləliklə, İsanın gəlişinin vaxtı yaxınlaşır. Lakin göydəki əlamətləri hələ görmürük, yəni İsanın gəlişinin vaxtı çox da yaxın deyil. Bəs siz necə, İsanın gəlişinə hazırsınızmı? İsa Məsih demişdi:

“Əncir ağacından ibrət alın: onun budağı cücərib yarpaqlananda bilirsiniz ki, yay fəsli artıq yaxındır. Eləcə siz də bütün bu şeyləri görəndə bilin ki, Bəşər Oğlu yaxındadır, lap qapıdadır.  Sizə doğrusunu deyirəm: bu nəsil ömrünü sona çatdırmazdan əvvəl bütün bunlar baş verəcək. Yer və göy keçib gedəcək, amma Mənim sözlərim əsla keçib getməyəcək”

Matta 24:32-35

İsrailin rəmzi olan əncir ağacını yadda saxlayın. İsa əncir ağacını lənətlədi və ağac qurudu. B.e. 70-ci ilində Məbəd dağıdılanda İsrail qurudu və min illər ərzində quru vəziyyətdə qaldı. Peyğəmbər əncir ağacının yarpaqlarına və budaqlarına fikir verməyimizi söyləyir – onda vaxtın yaxın olub-olmadığını biləcəyik. Son 70 il ərzində biz hamımız bu ‘əncir ağacının’ yarpaqlandığını görürük. Bu, müasir İsrailin yenidən doğulmasından başladı və davam etdi, çünki yəhudilər İsrailə qayıtmağa başladılar, əkin və heyvandarlıq işlərini təşkil etdilər. Bəli, bunun nəticəsində müharibələr, bir çoxları üçün məyusluq və bəlalar artdı, lakin biz buna təəccüb etməməliyik, çünki peyğəmbər Öz təlimində bu barədə bizə xəbərdarlıq etmişdi. Lakin əncir ağacının yarpaqlanmasına baxmayaraq, bu ‘ağac’ hələ ölüdür.

Beləliklə, biz diqqətli və ehtiyatlı olmalıyıq, çünki peyğəmbər adamların Onun gəlişinə dair etinasız olacaqlarına dair xəbərdarlıq etmişdi.

“Lakin o günü və o saatı nə göylərin mələkləri, nə də Oğul bilir. Atadan başqa heç kim bilmir. Nuhun günləri necə idisə, Bəşər Oğlunun zühuru da elə olacaq. Daşqından əvvəlki həmin günlərdə, Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. Daşqın gəlib hamısını aparana qədər bixəbər idilər. Bəşər Oğlunun zühuru da belə olacaq. O zaman tarladakı iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq. Dəyirmanda dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq.

Ona görə də oyaq olun. Çünki Rəbbinizin hansı gün gələcəyini bilmirsiniz. Amma bunu bilin ki, əgər evin yiyəsi oğrunun gecə hansı saatda gələcəyini bilsəydi, oyaq qalıb evinin yarılmasına imkan verməzdi. Buna görə siz də hazır olun, çünki Bəşər Oğlu gözləmədiyiniz vaxt gələcək.

Vaxtlı-vaxtında onlara yemək vermək üçün ağasının öz nökərləri üzərinə qoyduğu sadiq və ağıllı qul kimdir? Nə bəxtiyardır o qul ki, ağası evinə qayıdanda onu iş başında görür! Sizə doğrusunu deyirəm: ağası bu qula bütün əmlakı üzərində idarəçiliyi tapşıracaq. Amma həmin qul pis olub ürəyində “ağam gec gələcək” deyərsə, öz yoldaşlarını döyməyə və əyyaşlarla yeyib-içməyə başlayarsa, o qulun ağası onun gözləmədiyi gün və ağlına gəlmədiyi vaxt gələcək, ona ağır cəza verəcək və onu ikiüzlülərlə bir yerdə saxlayacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq”

Matta 24:1-51

İsa Məsih İncildə Öz gəlişi barədə təlim verməkdə davam edir (buraya baxın).

3 və 4-cü günə dair xülasə

Növbəti zaman xətti göstərir ki, peyğəmbər İsa Məsih Çərşənbə Axşamı olan 3-gün əncir ağacını lənətlədi. Bu, yəhudi rəhbərlərlə uzun söhbətlərdən daha əvvəl baş verdi. İsa bu hərəkəti ilə İsrail xalqına dair peyğəmbərlik etdi. Daha sonra, Çərşənbə olan 4-cü gündə O, Öz gəlişinin əlamətlərini söylədi. Bu əlamətlərdən ən böyüyü göydəki cisimlərin tutqunlaşmasıdır.

Signs of Isa al Masih on Days 3 and 4 of his last week compared to regulations of Taurat

Sonuncu həftənin 3 və 4-cü günlərində İsa Məsihin Tövratın peyğəmbərlikləri ilə müqayisəsi

Daha sonra İsa Onun geri qayıdacağı üçün hazır olmağımız barədə xəbərdarlıq edir. Əncir ağacının yarpaqlandığını görürük, buna görə də ehtiyatlı və diqqətli olmalıyıq.

İncil şeytanın (iblisin) peyğəmbərə qarşı hərəkətə başladığı barədə yazır. Bu, həftənin 5-ci günü baş verir və növbəti məqalədə biz buna nəzər salacağıq.


[i] Həftənin hər gününü təsvir edən Lukanın Müjdəsi bunu da qeyd edir: “İsa gündüzlər məbəddə təlim öyrədirdi, gecələri isə oradan çıxaraq Zeytun dağı adlanan dağda keçirirdi”

Luka 21:37

2-ci gün: İsa Məsih seçilir – Əl-Əqsa və Qübbətüs-Saxra harada yerləşir

Yerusəlimdə Əl-Əqsa və Qübbətüs-Saxra məscidləri nə üçün bu qədər böyük əhəmiyyət kəsb edir? Burada bir çox müqəddəs hadisələr baş vermişdir, lakin bu müqəddəs yerdə peyğəmbər İsa Məsihlə (s) baş verənlərdən adamlar yaxşı xəbərdar deyil.

Peyğəmbər İsa Məsihin (s) Yerusəlimdə üzləşdiyi çətinlikləri daha yaxşı anlamaq üçün biz Məhəmməd peyğəmbərin (s) Məkkədə qarşılaşdığı çətinliklərə nəzər salaq. Fəth Surəsi (Surə 48) Kəbəyə girişi qoruyan Qureyş barədə yazır:

“Onlar kafirlər, sizi Məscidul-Hərama buraxmayan və qurbanlıq heyvanlarını qurbangaha gedib çatmağa qoymayan kimsələrdir. Əgər (Məkkədə) tanımadığınız mömin kişi və mömin qadınları bilmədən tapdalayıb əzmək və onların ucbatından günaha batmaq təhlükəsi ilə qarşılaşmasaydınız, (Allah ora zorla girməyinizə izin verərdi.) Lakin Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə (buna izin vermədi.) Əgər onlar bir-birindən seçilsəydilər, Biz onlardan kafir olanlara ağrılı-acılı bir əzab verərdik”

Fəth Surəsi 48:25

Qureyş peyğəmbərə (s) və onun davamçılarına Müqəddəs Məscidə və Məkkədə qurban gətirilən yerə daxil olmağa mane olurdu. Müqəddəs Məbəddə və Yerusəlimdə qurban gətirilən yerdə də həmin şey İsa Məsihin (s) dövründə baş verirdi. Dini rəhbərlər qurbanlıq heyvanların alverini edir, uzaqdan gələn zəvvarlardan pullarını dəyişməyi tələb edirdilər. Bu, Məbəddəki həqiqi ibadətə mane olurdu. Lakin Məbəd Rəbbi millətlərdən gizlətmək üçün deyil, Rəbbi millətlərə tanıtmaq üçün tikilmişdi. İsa Məsih (s) vəziyyəti düzəltməyə çalışdı; nəticədə Təğabun Surəsində (Surə 64) təsvir olunan vəziyyət yarandı.

Peyğəmbər yüz illərlə əvvəl peyğəmbərlik olunmuş gündə Yerusəlimə daxil oldu, Özünü Məsih və millətlərə nur bəyan etdi. Həmin gün yəhudi təqvimində Bazar günü, Nisan 9, müqəddəs həftənin 1-ci günü olub. Tövratın qaydalarına görə, növbəti gün, 10Nisan yəhudi təqvimində xüsusi bir gün idi. Uzun müddət bundan əvvəl Tövrat qeyd edir ki, Musa peyğəmbər (s) Allahın göstərişi ilə firona qarşı 10-cu cəzanı hazırlayırdı:

“Misir torpağında Rəbb Musaya və Haruna dedi: «Bu ay sizin üçün ilin ilk ayı olacaq. Bütün İsrail icmasına söyləyin: qoy bu ayın onuncu günündə hər kəs öz ailəsi üçün bir quzu, hər ev üçün bir quzu götürsün”

Çıxış 12:1-3

Həmin vaxt Nisan yəhudi ilinin birinci ayı olub. Beləliklə, Musa peyğəmbərin dövründən başlayaraq, hər dəfə Nisan ayının10-u hər bir yəhudi ailəsi Pasxa bayramı üçün bir quşu seçərdi. Quzu məhz bu gün seçilməli idi. Peyğəmbər İsa Məsihin dövründə yəhudilər Pasxa quzularını Yerusəlimdəki Məbədlərində seçirdilər. Həmin yerdə 2000 il əvvəl peyğəmbər İbrahim (s) oğlunu qurban gətirməklə sınağa çəkilmişdi. Bu gün bu yerdə Əl-Əqsa MəscidiQübbətüs-Saxra yerləşir. Beləliklə, bir xüsusi yerdə (bu gün Əl-Əqsa və Qübbətüs-Saxra məscidlərinin olduğu və peyğəmbər İsa Məsihin dövründə yəhudi Məbədinin olduğu yerdə), yəhudi ilinin xüsusi günündə (Nisan 10), yəhudilər hər bir ailə üçün Pasxa quzusunu seçməli idilər (kasıblar göyərçin seçirdi). Çoxlu sayda adamlar, qurbanlıq heyvanları, alverin səs-küyü, pul dəyişənlərin səsləri (yəhudilər bir çox yerdən gəlirdilər) təsəvvür edin. 10 Nisan tarixində bunlar Məbədi elə vəziyyətə salmışdılar ki, İncil peyğəmbər İsa Məsihin həmin gün qəzəbləndiyindən yazır. “Növbəti gün” –  Yerusəlimə təntənəli girişdən sonrakı gündür –Nisan 10 – həmin gün Məbəddə Pasxa quzuları seçilirdi.

“İsa Yerusəlimə daxil olub məbədə girdi. O hər şeyə nəzər saldı. Sonra On İki şagirdlə bərabər Bet-Anyaya getdi, çünki artıq gec idi.

Ertəsi gün onlar Bet-Anyadan çıxdılar. O zaman İsa acmışdı. Uzaqda yarpaqlı bir əncir ağacı gördü və ağaca yaxınlaşdı ki, bəlkə onda meyvə tapar. Amma onun yanına gələndə ağacda yarpaqdan başqa bir şey tapmadı, çünki əncirin bar mövsümü deyildi. Onda İsa ağaca dedi: «Qoy səndən bir daha heç kəs meyvə yeməsin!» Bunu şagirdləri də eşitdi. Onlar Yerusəlimə gəldilər. İsa məbədə girib orada alver edənləri qovmağa başladı. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi, heç kimi yük daşıyaraq məbəd həyətlərindən keçməyə qoymadı. Onlara təlim öyrədərək dedi: «Məgər yazılmayıb ki, “Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq”? Amma siz onu “quldur yuvasına” çevirmisiniz!»”

Mark 11:11-17

Peyğəmbər İsa Məsih Məbədə bazar ertəsi (müqəddəs həftənin 2-ci günü), Nisan 10 tarixində daxil oldu və alverə son qoydu. Alver edənlər səmalara istiqamətlənən dualara və xüsusilə digər millətlərə maneə idi. Peyğəmbər millətlərə nur olduğu üçün alverə son qoymaqla yer ilə göy arasındakı maneəni aradan qaldırdı. Lakin eyni vaxta gözə görünməyən bir şey də baş verdi. Bu, Yəhya (s) peyğəmbərin İsa Məsihə verdiyi addan məlum olur. Yəhya İsanın peyğəmbər olduğunu bəyan edərək dedi:

Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: “Dünyanın günahını aradan götürən Allah Quzusu budur!” (Yəhya 1:29).

Peyğəmbər İsa Məsih ‘Allah Quzusudur’.  İbrahimin qurbanı adlı məqalədə quzunu İbrahimin oğlu əvəzinə Allah Özü seçdi. Məhz buna görə Qurban Bayramı (Eid al-adha) bu gün qeyd olunur. Məbəd quzunun seçildiyi həmin yerdə tikilmişdi. Bu gün Əl-Əqsa və Qübbətüs-Saxra məscidləri də eyni yerdədir. Peyğəmbər İsa Məsih Nisan 10 tarixində Məbədə gedəndə o, Allah tərəfindən Pasxa Quzusu olaraq seçildi. O, seçilmək üçün həmin gün Məbəddə olmalı idi və O, Məbəddə idi.

Allahın Quzusu olan İsanın məqsədi

İsa nə üçün Pasxa Quzusu olaraq seçildi? Cavabı İsanın təlimində tapırıq. İsa Yeşaya (s) peyğəmbərin sözlərini təkrarlayaraq demişdi: ‘Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq’. Aşağıda həmin mətni diqqətinizə çatdırırıq (peyğəmbərin sözləri qırmızı rənglə qeyd olunub).

“Rəbbə xidmət etmək, Onun adını sevmək,

Onun qulu olmaq üçün Şənbə gününə riayət edən, o günü murdarlamayan,

Əhdimə itaət edən,

Rəbbə bel bağlayan bütün yadelliləri

Müqəddəs dağıma gətirib

Dua evimdə sevindirəcəyəm.

Onların gətirdikləri

Yandırma qurbanları, bütün qurbanlar

Qurbangahımda qəbul olunacaq.

Çünki Mənim evim bütün xalqlar üçün

Dua evi adlandırılacaq»”

Yeşaya 56:6-7
Historical Timeline of Prophet Isaiah (PBUH) with some other prophets in Zabur

Peyğəmbər Yeşaya (s) və Əhdi-Ətiqin digər peyğəmbərləri zaman xəttində

Yeşaya ‘Müqəddəs Dağ’ barədə yazırdı. Bu, Moriya Dağıdır. Burada İbrahim peyğəmbər öz oğlunun yerinə Allahın seçdiyi heyvanı qurban gətirdi . Məbəd – ‘Dua Evi’dir. İsa Məsih Nisan 10 tarixində buraya daxil olmuşdu. Yəhudilər üçün həmin bayramın yerini və tarixini İbrahimin qurbanı və Musanın Pasxa qurbanı müəyyən edirdi. Hərçənd, yalnız yəhudilər Məbəddə qurban təqdim edərək Pasxa bayramını qeyd edə bilərdilər. Yeşaya peyğəmbər yazmışdı: ‘millətlər’ (qeyri-yəhudilər) bir gün görəcəklər ki, onların da ‘yandırma qurbanları, bütün qurbanlar Qurbangahımda qəbul olunacaq’. Peyğəmbər Yeşayaya istinad edən İsa bəyan etdi ki, Onun sayəsində qeyri-yəhudiləri Allah üçün məqbul edəcək. İsa təfsilatları izah etmədi. Lakin biz tədqiq edərkən Allahın sizə və mənə xeyir-dua vermək niyyətini aşkar edəcəyik.

Müqəddəs Həftənin növbəti günləri

10 Nisan tarixində qurbanlıq heyvanları seçən yəhudilərə Tövratın göstərişləri budur:

“Onu ayın on dördüncü gününə qədər saxlayın. Qoy axşamçağı bütün İsrail icmasının camaatı onu kəssin”

Çıxış 12:6

Musa peyğəmbərin dövründəki ilk Pasxadan sonra yəhudilər hər il Nisan 14 tarixində Pasxa quzusunu qurban təqdim edirdilər. Həmin həftəni təsvir edən cədvələ biz “qurbanlığı saxlamaq” və “Tövratın qaydalarına uyğun qurban kəsmək” bəndlərini əlavə edirik. Zaman xəttinin aşağı hissəsinə biz peyğəmbərin həftənin 2-ci günündə etdiklərini qeyd edirik: Məbədi təmizləməsi və Allahın Pasxa quzusu olaraq seçilməsi.

Activities of the Prophet Isa al Masih on Monday - Day 2 - compared to regulations in Taurat

Tövratın göstərişlərinə uyğun olaraq, peyğəmbər İsa Məsihin Bazar Ertəsi – 2-ci gün etdikləri

Peyğəmbər İsa Məsihin (s) Məbədə daxil olaraq onu təmizləməsi adamlara təsir etdi. İncil yazır:

“Bunu eşidən başçı kahinlər və ilahiyyatçılar İsanı öldürmək üçün yol axtarırdılar. Çünki bütün xalq Onun təliminə təəccübləndiyi üçün Ondan qorxurdular”

Mark 11:18

İsa peyğəmbər Məbədi təmizləyəndən sonra yəhudi rəhbərləri Onu öldürməyə qərar verdilər. Onlar peyğəmbərə qarşı çıxmağa başladılar. İncil növbəti gün barədə yazır:

“Onlar yenə Yerusəlimə gəldilər. İsa məbəddə gəzən zaman başçı kahinlər, ilahiyyatçılar və ağsaqqallar Ona yaxınlaşıb dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Bu işləri görmək üçün Sənə bu səlahiyyəti kim verib?»”

(Mark 11:27-28

At-Təğabun Surəsi o dövrdəki peyğəmbərlərin çətinlikləri barədə yazır:

“Daha öncə kafir olmuş və öz əməllərinin cəzasını dadmış kimsələrin xəbəri sizə gəlib çatmadımı? Onlar üçün acılı-ağrılı bir əzab hazırlanmışdır… ”

Təğabun Surəsi 64:5-7

Təğabun Surəsinin qeyd etdiyi kimi, İsa Məsih (s) sınaqdan keçərək Öz səlahiyyətini təsdiq etməli idi. İmansızlar peyğəmbərləri həmişə sınaqdan keçirərək yoxlayırdılar. Nəticədə peyğəmbərin sadəcə insani səlahiyyətlə hərəkət etmədiyi aşkar olunurdu. Təğabun Surəsinin söylədiyi kimi, sınaq – ölülərdən dirilmək idi. Lakin əvvəlcə bu sonuncu həftə ərzində peyğəmbərliklər yerinə yetməli idi.

Burada 3 və 4-cü günlərdə baş verənlərə nəzər salsaq səlahiyyətli şəxslərin hazırladıqları sui-qəsdin və peyğəmbərin hərəkətinin Tövratın söylədikləri ilə uyğun gəldiyini görəcəyik.

1-ci gün: İsa Məsih – millətlərin nuru

İsa Məsihin Yerusəlimə təntənəli girişi ilə ömrünün sonuncu həftəsi başladı. Ənbiya Surəsi bizə deyir:

“İsmətini qoruyan (Məryəmi də yada sal!) Biz Öz ruhumuzdan (Cəbrayıl vasitəsilə) ona üfürdük, onu və onun oğlunu aləmlərə bir möcüzə etdik.”

Ənbiya Surəsi 21:91

Ənbiya Surəsi aydın deyir: Allah İsa Məsihi (s) xristianlar və ya yəhudilər kimi bəzi adamlar üçün deyil, aləmlərə bir möcüzə etdi. Peyğəmbər İsa Məsih bizim üçün necə möcüzə oldu? Allah dünyanı yaradanda bütün aləmlər və adamlar üçün yaratdı. Beləliklə, ömrünün son həftəsinin hər günü ərzində İsa Məsihin sözləri və əməlləri (s) Yaradılışın altı gününə işarə edirdi (Quran və Tövrat Allahın hər şeyi altı gün ərzində yaratdığını öyrədir).

İsa Məsihin sonuncu həftəsinin hər gününə nəzər salacağıq, Onun sözlərinin və hərəkətlərinin Yaradılışa işarə etdiyini görəcəyik. Bu həftənin hər günündə baş verənlərin Allah tərəfindən lap əvvəldən müəyyən olunduğunu görəcəksiniz. Bunlar insanın fikirləri deyil, çünki insan özü min illərlə əvvəl peyğəmbərlik edilmiş hadisələri təşkil edə bilməz. Biz birinci gün olan bazar günündən başlayacağıq.

1-ci gün – zülmətdə olan nur

Nur Surəsi (Surə 24) nur barədə bir məsəl bəhs edir:

“Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir.”

Nur Surəsi 24:35

Bu məsəl Yaradılışın sonuncu gününə işarə edir. Həmin gün Allah işığı yaratdı. Tövrat deyir:

“Allah dedi: «Qoy işıq olsun». İşıq oldu. Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı. Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, birinci gün idi. Sonra Allah dedi: «Qoy suların arasında bir qübbə olsun və suları bir-birindən ayırsın»”

Yaradılış 1:3-6)

Yaradılışın 1-ci günündə Allah Öz sözü ilə zülməti qovmaq üçün işığı yaratdı. Həmin günün hadisələrinin Yaradılışın 1-ci günündə planlaşdırıldığı möcüzəsinə bir işarə olaraq, Məsih Özünün nur olduğundan danışır.

Bütpərəstlərin üzərinə Nur saçır

Peyğəmbər İsa Məsih (s)  sıpanın üstündə Yerusəlimə yenicə daxil olmuşdu. Bu barədə peyğəmbər Zəkəriyyə (s) 500 il əvvəl peyğəmbərlik etmişdir. Bu, Danielin (s) 550 il əvvəl peyğəmbərlik etdiyi  həmin gündə baş verdi. Bir çox ölkədə yaşayan yəhudilər Yerusəlimə Pasxa bayramına gəldilər. Beləliklə, (Həcc vaxtında Məkkə kimi) şəhər yəhudi zəvvarları ilə dolu idi. Buna görə də peyğəmbərin gəlişi yəhudilərin arasında oyanışa səbəb oldu. Lakin İsa Məsihin gəlişini görən təkcə yəhudilər deyildi. İncil İsa Məsihin Yerusəlimə daxil olandan dərhal sonra baş verənlər barədə belə yazır:

“Bayramda Yerusəlimə ibadətə gələnlər arasında bəzi Yunanlar da var idi. Onlar Qalileyanın Bet-Sayda şəhərindən olan Filipin yanına gəlib «ağa, biz İsanı görmək istəyirik» deyə ondan xahiş etdilər. Filip gəlib Andreyə söylədi, Andrey və Filip də birgə gəlib İsaya xəbər verdilər”

Yəhya 12:20-22

Peyğəmbərin dövründə yunanlar ilə yəhudilərin arasında olan ayrılıq

Qeyri-yəhudi olan yunanlar üçün yəhudi bayramında iştirak etmək qeyri-adi bir təcrübə idi. O dövrdə yaşayan yunanlar və romalılar politeist (çoxallahlı) olduqlarına görə yəhudilər onları natəmiz hesab edir, özlərini onlardan ayırırdılar. Yunanların əksəriyyəti isə yəhudilərin gözəgörünməz və təkallahlı dinini, eləcə də, dini bayramlarını axmaqlıq hesab edirdilər. O dövrdə yalnız yəhudilər monoteist olublar. Beləliklə, bu adamlar daim bir-birindən ayrı dururdular. Qeyri-yəhudilərin cəmiyyəti yəhudi cəmiyyətindən qat-qat daha böyük olduğuna görə yəhudilər dünyadan təcrid olunmuş halda yaşayırdılar. Fərqli din, halal qida məhsulları, peyğəmbərlərinin xüsusi kitabları yəhudilərlə bütpərəstlər arasında böyük fərq və düşmənçilik yaratdı.

Bu gün dünyanın əksər ölkələri çoxallahlılıq və bütpərəstliyi rədd etsələr də, bu peyğəmbərin dövründə vəziyyətin xeyli fərqli olduğunu unutmamalıyıq. Əslində, İbrahimin (s) dövründə ondan başqa hamı çoxallahlı idi. Musa (s) peyğəmbərin dövründə bütün millətlər bütlərə sitayiş edirdilər; firon özü bu allahlardan biri olduğuna iddia edirdi. İsraillilər okeanda kiçik bir monoteist adaya bənzəyirdilər; ətrafdakı millətlər bütpərəst idi. Yeşaya (s) peyğəmbərə (750 b.e.ə.) gələcək açıldı və o, bu millətlərin dəyişəcəyi barədə yazdı:

“Ey uzaq diyarlar, Məni dinləyin!

Ey uzaqda yaşayan ümmətlər, yaxşı qulaq asın!

Rəbb məni anadan olandan bəri çağırmışdı,

Ana bətnindən adımı yadına saldı… Rəbb məni qulu etmək üçün

Ana bətnində mənə quruluş verdi ki,

Yaqub nəslini Ona tərəf döndərim,

İsraili Onun önünə toplayım.

Onun gözündə hörmət qazandım,

Qüdrətim Allahım oldu.

Rəbb indi belə deyir.

O deyir:

«Yaqub qəbilələrinin bərpası,

İsrailin sağ qalanlarının geri qayıtması üçün

Qulum olmağın kifayət deyil.

Səni millətlərə nur edəcəyəm ki,

Xilasım dünyanın ən uzaq yerlərinə yayılsın»”

Yeşaya 49:1, 5-6

“Ey xalqım, mənə qulaq asın;
dinlə, millətim:
Təlimat məndən çıxacaq;
ədalətim millətlərə bir işıq olacaq.

Yeşaya 51: 4

“Qalx, işıqlan, çünki nurun gəldi,

Rəbbin izzəti üzərinə gəldi!

Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək.

Amma Rəbb üzərinə nur saçacaq,

İzzəti səni əhatə edəcək.

Millətlər sənin nuruna,

Padşahlar üzərinə çökən aydınlığa doğru gələcək”

Yeşaya 60:1-3

Beləliklə, Yeşaya peyğəmbər gələcək Rəbbin Qulu barədə yazır. Baxmayaraq ki, yəhudilər (‘Yaqub qəbilələri’) ‘millətlərə nur’ (bütün qeyri-yəhudilərə) olacaqlar və bu nur dünyanın ən uzaq yerlərinə yayılacaq. Bəs yəhudilərlə bütpərəstlərin arasında yüz illərlə ayrılıq davam olunduğu vəziyyətdə bu, necə ola bilərdi?

İsa peyğəmbər Yerusəlim şəhərinə daxil olanda bütpərəstləri nur cəlb etdi. Yəhudi bayramında peyğəmbər İsa Məsih (s) barədə xəbər tutmaq üçün Yerusəlimə gələn yunanlar da var idi. Bəs yəhudilərin haram hesab etdiyi yunanlar peyğəmbəri görə bildilərmi? Onlar İsanın yoldaşları vasitəsilə peyğəmbərə xəbər göndərdilər. İsa nə cavab verdi? İsa həqiqi dindən xəbərsiz olan bu yunanlara Onunla görüşməyə icazə verdimi? İncil davam edir:

“İsa cavabında dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi. Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir. Öz canını sevən kəs onu itirər, bu dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar. Kim Mənə xidmət etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək.

İndi ürəyim təlaş keçirir. Nə deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim. Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim, yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi. Orada duran xalqın bir qismi «göy guruldadı» dedi, başqaları isə «Onunla bir mələk danışdı» söylədi. Onda İsa dedi: «Bu səs Mənim üçün deyil, sizin üçün gəldi. İndi isə bu dünyaya hökm veriləcək və bu dünyanın hökmdarı bayıra atılacaq. Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm». İsa bu sözü söyləməklə necə bir ölümlə öləcəyini qabaqcadan bildirdi. Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?» Onda İsa onlara dedi: «Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz. Nurunuz var ikən nura iman edin ki, nur övladları olasınız».

İsa bu sözləri söyləyəndən sonra gedib onlardan gizləndi. Onların qabağında bu qədər əlamət göstərdiyi halda yenə Ona iman etmirdilər. Bunlar ona görə baş verdi ki, Yeşaya peyğəmbərin bu sözləri yerinə yetsin:

«Ya Rəbb, xəbərimizə kim inandı,

Rəbbin gücü kimə zühur oldu?»

Onlar iman edə bilmirdilər, ona görə ki Yeşaya başqa yerdə deyib:

«Allah onların gözlərini kor etdi

Və ürəklərini kütləşdirdi ki,

Gözləri ilə görməsinlər,

Ürəkləri ilə anlamasınlar

Və Mənə sarı dönməsinlər ki,

Mən onlara şəfa verim».

Yeşaya İsanın ehtişamını gördüyü üçün bu sözləri deyərək Onun barəsində danışıb. Bununla bərabər, rəhbərlərdən bir çoxu İsaya iman etdi, lakin sinaqoqdan qovulmasınlar deyə fariseylərə görə bunu açıq bildirmədilər. Çünki insanlardan izzət qazanmağı Allahdan izzət almaqdan artıq sevdilər.

İsa nida edib dedi: «Mənə iman edən Mənə deyil, Məni Göndərənə iman edir. Məni görən də Məni Göndərəni görür. Mən dünyaya nur olub gəldim ki, Mənə iman edən hər kəs qaranlıqda qalmasın. Kim sözlərimi eşidib onlara riayət etməzsə, Mən onu mühakimə etmərəm, çünki dünyanı mühakimə etmək üçün deyil, onu xilas etmək üçün gəldim. Məni rədd edib sözlərimi qəbul etməyəni mühakimə edən var: bu da Mənim söylədiyim sözdür ki, son gündə onu mühakimə edəcək. Çünki Mən Özümdən söyləmədim, Məni göndərən Ata nə deyəcəyim və nə söyləyəcəyim haqqında Mənə əmr verdi. Mən bilirəm ki, Onun əmri əbədi həyatdır. Beləcə Mənim söylədiklərimi Ata Mənə necə dedisə, eləcə də söyləyirəm»”

Yəhya 12:23-50

Səmalardan olan bir səsin müdaxiləsi ilə davam edən bu söhbətdə peyğəmbər “yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm” dedi. İsa bütün yəhudiləri deyil, bütün insanları Özünə cəzb edəcəyini dedi. Bir çox yəhudilər bir Allaha sitayiş etsələr də, peyğəmbərin sözlərini anlamırdılar. Yeşaya peyğəmbər bunun səbəbini belə izah edir: Allah onların “ürəklərini kütləşdirib”; onlar Allahdan qorxub Ona iman etsələr belə, Ona tabe olmaq istəmirdilər, əsas səbəb də budur.

Peyğəmbər İsa Məsih cəsarətlə bəyan etdi: Mən dünyaya nur olub gəldim” (46-cı ayə). Qədim peyğəmbərlər bütün millətlərə işıq saçacaq nur barədə yazırdılar. Yerusəlimə daxil olduğu gün bütpərəstlərin üzərinə nur saçmağa başladı. Bu nur bütün millətlərə yayılacaqdımı? Peyğəmbər “yerdən yuxarı qaldırılsam” sözləri ilə nə demək istəyirdi? Bu suallara cavab tapmaq üçün sonuncu həftənin tədqiqini davam edəcəyik.

Növbəti rəsm həmin həftənin hər gününü təsvir edir. Həftənin ilk günü olan Bazar Günü İsa üç müxtəlif peyğəmbərin söylədiklərini yerinə yetirdi. Birincisi, o, Zəkəriyyə peyğəmbərin dediyi kimi, Yerusəlimə sıpa üzərində daxil oldu. İkincisi, İsa bunu Daniel peyğəmbərin söylədiyi vaxtda etdi. Üçüncüsü, Onun sözləri və möcüzələri bütpərəstlərdə maraq oyatdı; bu barədə peyğəmbər Yeşaya yazmışdı: dünyada yaşayan bütün millətlərə nur saçacaq.

Son həftənin 1-ci günü – Bazar günü

Heyrətli yolla, başqa düşmənə, düzgün vaxtda – İsa Məsih cihadı bəyan edir

Tovbə Surəsi (9 – Tovbə) Cihad və ya cəhdi, səyi təsvir etdiyinə görə mübahisə yaradır. Ayə fiziki döyüşə istiqamətləndirdiyinə görə müxtəlif alimlər onu fərqli şərh edirlər. Tovbə Surəsindən həmin ayə budur:

(Sizə) yüngül (gəlsə də), ağır (gəlsə də), döyüşə çıxın, malınız və canınızla Allah yolunda cihad edin! Biləsiniz ki, bu sizin üçün daha xeyirlidir. Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar: “Əgər taqətimiz olsaydı, biz də sizinlə bərabər çıxardıq!”(– deyə) Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir

Tovbə 9:41-42

Tovbə Surəsi 42 ayədə olan məzəmmət bu səbəblə verildi: yol asan olanda adamlar döyüşə gedirdilər, yol çətin olanda isə adamların səyləri yox olurdu. Bundan əvvəlki ayə tərəddüd edən davamçıların sözlərini və bəhanələrini təsvir edir. Tovbə Surəsi xəbərdarlıq edir:

De: “Doğrudanmı siz bizlərə iki uğurdan (qələbədən və ya şəhidlikdən) birinin yetişməsini gözləyirsiniz? Biz isə ya Allahın Özü tərəfindən və yaxud da bizim əllərimizlə sizi əzaba düçar etməsini gözləyirik. Siz gözləyin; şübhəsiz, biz də sizinlə birlikdə gözləyirik” .

Tovbə 9:52

Xəbərdarlığın səbəbi iki nəticədir: ölüm (şəhidlik) və ya qələbə. Bəs döyüş böyük olsa, hər iki nəticə – həm şəhidlər, həm də qələbə olurdu. Peyğəmbər İsa Məsih (s) Yerusəlimə gedəndə məhz bununla üzləşdi – oraya gəlib çatanda aypara və ya hilal ay yüz illərlə əvvəl verilmiş peyğəmbərliklərin icrasını göstərdi.

Yerusəlimə gəliş

Məhəmməd (s) peyğəmbərin gecə səyahətini təsvir edən İsra Surəsi (17 – İsra) çox tanınmışdır. Burada o, Məkkədən uçan Buraq üzərində gecə tək gəldi:

Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir

İsra 17:1

İsa Məsih (s) də həmin yerə gedirdi. Lakin İsa Məsihin məqsədi fərqli idi. Əlamətlər göstərmək əvəzinə İsa Məsih Yerusəlimə gəlib Əlamətləri nümayiş etdirdi. Beləliklə, o, Buraq üstündə deyil, sıpa üstündə, gecə deyil, gündüz, hamının gözü qarşısında gəldi. Uçan Buraqda gəliş ilə müqayisə olunmasa da, İsa Məsihin (s) Yerusəlimdəki məbədə sıpa üstündə gəlməsi adamlar üçün aydın bir Əlamət idi. Bunu izah edəcəyik.

Peyğəmbər İsa Məsih (s)  Lazarı dirildərək Öz vəzifəsini açıqladı. İndi isə O, Yerusəlimə (Əl-Qüdsə) gedir. Yüz illərlə əvvəl Onun bu gəlişi barədə peyğəmbərlik edilmişdi. İncil izah edir:

«Ertəsi gün bayrama gələn böyük kütlə İsanın Yerusəlimə gələcəyini eşidəndə xurma budaqları götürərək Onu qarşılamağa çıxdı. Onlar “Hosanna! Rəbbin ismi ilə gələn İsrailin Padşahına alqış olsun!” deyə qışqırırdı. İsa bir sıpa tapıb belinə mindi. Necə ki yazılıb: “Ey Sion qızı, qorxma. Bax Padşahın bir sıpaya minib gəlir”.

Şagirdləri o zaman bunları anlamadılar. Lakin İsa izzətlənəndən sonra barəsində bunun yazıldığını və xalqın Ona nə etdiyini yada saldılar. İsanın Lazarı qəbirdən çağırıb ölülər arasından diriltdiyi zaman Onun yanında olan camaat buna şəhadət edirdi. Bu səbəbdən xalq Onu qarşılamağa çıxdı, çünki İsanın bu əlaməti göstərdiyini eşitmişdi. Odur ki, fariseylər bir-birlərinə dedilər: “Baxın əlimizdən bir iş gəlmir. Artıq aləm Onun ardınca getdi”»

Yəhya 12:12-19)

Davud Məsihin Yerusəlimə gəlişi barədə yazır

Davuddan (s) sonra qədim yəhudi padşahları hər il atın üstündə Yerusəlimə daxil olaraq xalqa başçılıq edirdilər. İsa Məsih Yerusəlimə sıpa üstündə daxil olanda bunu icra etdi. Adamlar əvvəllər Davud padşah üçün oxunan mahnıları İsa Məsih üçün oxudular:

“Aman, ya Rəbb, bizi qurtar!

Aman, ya Rəbb, bizə uğur göndər!

Rəbbin ismi ilə gələnə alqış olsun!

Sizə Rəbbin evindən xeyir-dua veririk.

Rəbb Allahdır, O, üzərimizə nur saçdı,

Qurbangahın buynuzlarına bayram qurbanını bağlayın”

Zəbur 118:25-27

 İsanın Lazarı diriltdiyini bilən adamlar padşah üçün yazılmış bu mahnını İsaya oxudular. Beləliklə, onlar onun Yerusəlimə gəlişini görüb sevinirdilər. Onlar ‘Hosanna’ deyə nida edirdilər. “Hosanna” – ‘xilas et’ –  Zəbur 118:25 uzun illər əvvəl bunu yazmışdı. O, adamları nədən xilas etməli idi? Peyğəmbər Zəkəriyyə bunu bizə deyir.

Zəkəriyyənin peyğəmbərliyi

İsa Məsih yüz illərlə əvvəl şəhərə daxil olan padşahların hərəkətini təkrar etsə də, o, bunu fərqli etdi.  Məsihin adını peyğəmbərlik edən Zəkəriyyə (s) peyğəmbər Məsihin Yerusəlimə sıpa üzərində gələcəyini yazmışdı. Zaman xəttində Zəkəriyyə peyğəmbər Yerusəlimə daxil olan Məsih barədə peyğəmbərlik edən digər peyğəmbərlərlə bərabər qeyd olunur.

https://al-injil.net/wp-content/uploads/2017/07/Palm-sunday-prophecy-prophets-1-e1499886893969.jpg

Yerusəlimə daxil olan Məsih barədə peyğəmbərlik edən peyğəmbərlər

Yuxarıda, Yəhyanın Müjdəsində (mavi mətn) bu peyğəmbərlik qismət verilir. Zəkəriyyənin tam peyğəmbərliyi budur:

“Ey Sion qızı, böyük sevinclə coş,

Ey Yerusəlim qızı, hayqır!

Bax padşahın sənə tərəf gəlir.

O ədalətli və xilaskardır.

O itaətkardır və bir eşşəyə –

Eşşəyin balası olan sıpaya minib gəlir.

Döyüş arabalarını Efrayimdən,

Atları Yerusəlimdən uzaqlaşdıracağam.

Döyüş kamanları qırılacaq.

Padşahınız millətlərə sülh elan edəcək.

Onun hökmranlığı dənizdən dənizə,

Çaydan yer üzünün qurtaracağınadək hər yerə uzanacaq.

Sizə gəlincə, əhd qurbanının qanından ötrü

Sürgündəki xalqınızı

Susuz quyudan çıxarıb xilas edəcəyəm”

Zəkəriyyə 9:9-11

Zəkəriyyənin bəhs etdiyi padşah digər padşahlardan fərqli idi. O, cəng arabalarından, döyüş atlarından və döyüş qalibinə verilən təzimləri tələb edən Padşah kimi gəlməyəcəkdi. Bu padşah silahları kənar edib millətlərə sülhü bəyan edəcəkdir. Lakin buna baxmayaraq, həmin padşah düşmənə qalib gəlmək üçün döyüşüb ölməli idi. O, ən böyük cihadda olduğu kimi, böyük səy göstərməli idi.

Həmin padşahın düşməninin kim olduğunu biləndə biz bunu başa düşəcəyik. Adətən, padşahın düşməni digər ölkənin padşahı, başqa ordu, öz xalqındakı üsyankarlar, ona qarşı olan adamlardır. Lakin Zəkəriyyə peyğəmbər sıpanın üstündə gələn padşahın sülh bəyan edəcəyini yazır; bu padşah sürgündəki xalqı susuz quyulardan çıxarıb xilas edəcək (11-ci ayə). Susuz quyu qəbiri və ya ölümü təsvir edən ibrani sözüdür. Bu padşah sürgündəki xalqı azad edəcək. Hakimləri deyil, rüşvətxor siyasətçiləri deyil, adamların tikdiyi zindan məhbuslarını deyil, ölüm məhbuslarını azad edəcək.[1]

Adamları ölümdən xilas etmək barədə danışanda ölümdən azad etməni nəzərdə tuturuq. Məsələn, suda batan adamı xilas etmək olar, kiminsə həyatını xilas etmək üçün ona dərman vermək olar. Xilas adlandırsaq da, bu, ölümü təxirə salır, çünki hər halda, həmin insan sonra vəfat edəcək. Zəkəriyyə isə adamları ölümdən deyil, ölüm məhbuslarından, artıq ölü olanların xilasından danışır. Zəkəriyyə sıpa üstündə gələn padşah barədə yazır; bu padşah ölümlə üzləşəcək və ölümə qalib gələrək onun məhbuslarını və ya sürgünlərini azad edəcək. Bunun üçün böyük səy gərəkdir. Bu, hələ tarixdə görünməmiş bir cihaddır. Alimlər bəzən böyük cihaddan – daxilimizdəki mübarizədən, kiçik cihaddan – zahiri mübarizədən danışırlar. Ölümlə qarşılaşaraq padşah hər iki mübarizədən və ya cihaddan keçir. 

Ölümlə mübarizədə və ya cihadda padşah hansı silahdan istifadə edəcək? Peyğəmbər Zəkəriyyə padşahın döyüşə gətirdiyi yalnız “əhd qurbanının qanı” barədə yazır. Ölümü məğlub etmək üçün padşah yalnız öz qanı olan silahı gətirir.

Yerusəlimə sıpa üstündə gəlməklə İsa Özünü həmin bu padşah – Məsih bəyan etdi.

İsa Məsih (s) nə üçün kədərlə ağladı

İsa Məsih Yerusəlimə daxil olanda dini rəhbərlər Ona qarşı çıxdılar. Lukanın Müjdəsi İsa Məsihin cavabını qeyd edir:

«İsa Yerusəlimə yaxınlaşanda ona baxıb şəhər üçün ağladı. O dedi: “Ah, kaş sən də bu gün sülhə aparan yolu tanıyaydın! Amma bu yol hələlik sənin nəzərindən gizlənib. Çünki səni elə günlər gözləyir ki, düşmənlərin səni sədlə əhatə edəcək, mühasirəyə alacaq və hər yerdən sıxışdıracaqlar. Səni də, qucağındakı övladlarını da yerlə-yeksan edəcəklər. Daşını daş üstə qoymayacaqlar, çünki Allahın sənə yaxınlaşdığı zamanı anlamadın”»

Luka 19:41–44

İsa Məsih xüsusilə qeyd etdi: dini rəhbərlər “bu günü” və “Allahın yaxınlaşdığı zamanı” anlamalı idilər. O, nəyi nəzərdə tuturdu? Dini rəhbərlər nəyi anlamadılar?

Peyğəmbərlər həmin gün barədə peyğəmbərlik etmişdilər

Əsrlərlə əvvəl Daniel (s) peyğəmbər Məsihin gəlişi barədə söyləmişdi. Məsih Yerusəlimin bərpasına aid əmrin verilməsindən 483 il sonra gəlməli idi. Bizim hesablamalarımıza görə, Daniel Məsihin gəlişini b.e. 33-cü ilində gözləyirdi. Həmin ildə İsa Məsih Yerusəlimə sıpa üstündə daxil oldu. Bu hadisənin ilinin yüz illərlə əvvəl deyilməsi bir möcüzədir. Vaxt isə dəqiq hesablana bilər. (Lütfən, buraya baxın və biz davam edək).

Məsihin gəlişinin vaxtını peyğəmbərlik edən Daniel 360 günlük ildən istifadə edərək 483 ili qeyd etmişdi. Beləliklə, günlərin sayı belədir:

483 il x 360 ilin günləri = 173880 gün

Müasir təqvimə görə, ildə 365.2422 gün var. Beləliklə, 476 il və 25 gün. (173 880/365.24219879 = 476 qalıq 25)

Yerusəlimin bərpasına aid əmr hansı ildə verildi? Bu, qeyd edilir:

“Padşah Artaxşastanın hakimiyyətinin iyirminci ili, Nisan ayı idi…”

Nehemya 2:1

Nisan (yəhudi təqvimində ay) ayının dəqiq günü verilmir, lakin çox güman ki, Nisan 1, çünki həmin gün Yeni İl başlayır, padşah bayram vaxtı Nehemya ilə danışır. Nisan 1 – yeni ayın başlanğıcıdır, çünki təqvim aya görə hesab olunurdu (İslam təqvimi kimi). Yeni ayı müsəlmanlar yeni ayparanı (hilalı) görəndə müəyyən edirlər. Müasir astronomiya bizə göstərir ki, Nisan 1 tarixini göstərən ay b.e.ə. 444-cü ilə başlanğıc qoydu. Adamlar həmin gecə yeni ayı gördülər, yoxsa onu növbəti gün görüb ayı bir gün sonra hesablamağa başladılar? Bunu dəqiq demək çətindir. Astronomik hesablamalar Padşah Artaxşastanın hakimiyyətinin iyirminci ilinin Nisan 1-i bizim təqvimlə b.e.ə. 444-cü il, 4 mart, saat 22.00-yə təsadüf edir[2]. Təzə ayı görməyiblərsə, Nisan 1 növbəti gün başlayır, bu da, 5 mart, b.e.ə. 444-cü ilə təsadüf edir. Hər halda, Yerusəlimin bərpasına aid fars padşahının əmri mart 4 və ya 5 mart, b.e.ə. 444-cu ildə verilmişdir.

Danielin peyğəmbərlik etdiyi 476 ili əlavə etsək, 4 mart və ya 5 mart, b.e.33-cü ilinə təsadüf edir. (0-cı il yoxdur, müasir təqvim b.e.ə.1-ci ilindən b.e.1-ci ilinə keçir. Beləliklə, daha bir il. Hesablama belədir: -444 + 476 +1= 33). Qalan 25 günü də əlavə etsək Danielin peyğəmbərliyinin vaxtını müəyyən edə bilərik: 4 mart və ya 5 mart, b.e.33-cu ili, yaxud 29 mart və ya 30 mart, b.e. 33-cu ili. Bu, növbəti zaman xəttində qeyd olunur. 29 mart, b.e. 33-cu ili bazar günü olub. İsanın Yerusəlimə təntənəli girişi. Həmin gün İsa (s) Yerusəlimə sıpa üstündə daxil oldu və Məsih olduğunu bəyan etdi. Biz bunu bilirik, çünki növbəti cümə günü Pasxa bayramı idi və bu bayram həmişə Nisan ayının14-cü günündə qeyd olunurdu. Nisan 14 b.e. 33-cü ilində bizim təqvimlə aprelin 3-dür. Aprelin 3-dən 5 gün əvvəl bazar günü 29 mart olub.

B.e. 33-cü ilinin mart ayının 29-da sıpa üstündə Yerusəlimə gələn İsa (s) peyğəmbər həm Zəkəriyyənin, həm də Danielin peyğəmbərliklərini gününə qədər dəqiq icra etdi. Bu, növbəti zaman xəttində göstərilir.

https://al-injil.net/wp-content/uploads/2017/07/daniels-weeks-prophecy-in-detailed-timeline-1-e1499886843299.jpg

Daniel Məsihin gəlişini 173 880 gün peyğəmbərlik etdi; Nehemya həmin vaxtı başladı. Həmin müddət 29 mart, b.e. 33-cü ilində bitdi. Həmin gün İsa Yerusəlimə daxil oldu.

Bir çox peyğəmbərliklər həmin gün yerinə  yetdi. Bu, açıq-aydın əlamətlərdir. Allah Məsihə aid Öz planını icra etdi. Lakin həmin gün daha sonra, İsa Məsih Musa (s) peyğəmbərin bir peyğəmbərliyini də icra etdi. Bununla O, düşməni olan ölümə qarşı cihadla nəticələnən hadisələri hərəkətə gətirdi. Biz buna növbəti məqalədə nəzər salacağıq.


[1] Peyğəmbərlər üçün ölüm “quyu” mənasını daşıyır. Bəzi nümunələr bunlardır:

“Ancaq ölülər diyarına, ölüm çuxurunun dərinliyinə endiriləcəksən”

Yeşaya 14:15

“Axı ölülər diyarı Sənə şükür etməz, ölüm həmdlər söyləməz, qəbirə düşənlər Sənin sədaqətinə ümid etməz”

Yeşaya 38:18

“Canı quyuya, həyatı ölüm mələklərinə yaxınlaşır”

Əyyub 33:22

“Səni məzara endirəcəklər.

Sən dənizlərin qoynunda

Dəhşətli bir ölümlə məhv olacaqsan”

Yezekel 28:8

“Onların məzarları qəbirin lap dibində, ordusu məzarının ətrafında uzanıb. Dirilər arasına qorxu salanların hamısı qılıncdan keçirilib öldürülmüşdür”

Yezekel 32:23

“Ya Rəbb, canımı

Ölülər diyarından azad etdin,

Qəbirə düşməyim deyə

Sən mənə həyat verdin”

Zəbur 30:3

[2] Qədim və müasir təqvimlərə aid söhbət (məsələn, Nisan 1 = 4 mart, b.e.ə. 444-cü il) və keçmişdəki yeni ayın hesablamaları üçün Dr. Harold V. Hoehner, Chronological Aspects of the Life of Christ. 1977. səh.176 istinad etmişəm.

Peyğəmbər İsa Məsih (s) xaini xilas edir

Şura Surəsi (42 – Şura) yazır:

İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi (nemət) budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir

(Şura 42:23

O, iman gətirib yaxşı əməllər edənlərin duasını qəbul edər və Öz lütfünü onlara artırar. Kafirlər üçün isə şiddətli əzab hazırlanmışdır

Şura 42:26

Qasas Surəsi (28 – Qasas) bəyan edir:

Tövbə edib iman gətirən və yaxşı işlər görən kimsəyə gəlincə, ola bilsin ki, o, nicat tapanlardan olsun

Qasas 28:67

Bəs biz saleh deyiliksə, saleh işlər görməmişiksə, Allaha layiqli xidmət etməmişiksə, onda necə? Musanın Qanunu tam itaəti tələb edir və itaət etməyənə dəhşətli cəza təyin edir. Şura və Qasas Surələri bunu təsdiq edir. Bu ayələrdə təsvir edilən saleh əməlləri olmayan adamlara Peyğəmbər İsa Məsihin (s) təklifi var. Həyatınız tam saleh olmayıbmı? Onda İsa Məsihin saleh olmayan bir kəslə görüşü barədə oxuyun. O, hətta xalqın xaini olub.

Peyğəmbər İsa Məsih (s) Lazarı diriltdi və bununla öz vəzifəsinin məqsədini açıqladı. Onun vəzifəsi ölümə qalib gəlməkdir. İndi O, Öz vəzifəsini yerinə yetirmək üçün Yerusəlimə gedir. Yol ilə gedərkən (bu gün Fələstin tərəfdə olan) Yerixo şəhərinin yanından keçdi. Çoxlu möcüzələritəlimi barədə eşidən böyük kütlə Onu qarşılamağa çıxdı. Bu kütlənin içində zəngin, lakin nifrət edilən Zakkay adlı bir adam var idi. O, Yəhudeyanı işğal edən romalılar üçün vergi yığdığına görə zəngin idi. Romalıların tələb etdiyindən də çox vergi yığırdı, bir hissəsini özünə də götürürdü. Yəhudilər ona nifrət edirdilər, çünki yəhudi olduğu halda işğalçı romalılara işləyirdi, öz xalqını da aldadırdı. Onu xain hesab edirdilər.

Beləliklə, balacaboy Zakkay kütlə içərisində Peyğəmbər İsa Məsihi (s) görə bilmirdi, heç kim də ona kömək etmək istəmirdi. İncil onun Peyğəmbər ilə görüşü barədə belə yazır:

«İsa Yerixoya daxil olub oradan keçirdi. Orada vergiyığanların rəisi olan Zakkay adlı varlı bir adam var idi. İsanın kim olduğunu görməyə can atırdı. Amma balacaboy olduğuna görə izdihamın arasından Onu görə bilmirdi. İsanı görmək üçün irəliyə qaçıb bir firon ənciri ağacına dırmaşdı. Çünki İsa oradan keçməli idi.

İsa o yerə çatdıqda yuxarı baxıb onu gördü və ona dedi: “!Ey Zakkay, tez aşağı düş. Bu gün Mən sənin evində qalmalıyam”. O tez aşağı düşüb İsanı sevinclə qəbul etdi. Bütün xalq bunu gördükdə deyinməyə başladı: “Gedib günahkar bir kişinin qonağı oldu!” Zakkay isə ayağa qalxıb Rəbbə belə dedi: “Ya Rəbb, əmlakımın yarısını yoxsullara verərəm və kimdən haqsızlıqla bir şey almışamsa, ona dördqat qaytaracağam”. İsa ona dedi: “Bu gün bu evə xilas gəldi, çünki bu adam da İbrahimin oğludur. Çünki Bəşər Oğlu itmişləri axtarıb xilas etmək üçün gəlmişdir”»

Luka 19:1-10

Zakkayın evinə gedən Peyğəmbərin hərəkətindən adamlar məmnun qalmadılar. Zakkay pis adam idi və hamı bunu bilirdi. Lakin Zakkay günahkar olduğunu bilirdi. Əksərimiz öz günahlarımızı gizlədirik, üstünü örtür və günahsız kimi davranırıq. Lakin Zakkay belə deyildi. O, səhv etdiyini bilirdi. Peyğəmbəri görmək üçün ilk addımı atdı, İsa Məsih isə onu o qədər xoş qarşıladı ki, hamı təəccüb etdi.

İsa Məsih (s) Zakkayın tövbə etməsini, günahdan dönməsini, onu ‘Məsih’ kimi qəbul etməsini istəyirdi. Zakkay bunu edəndə Peyğəmbərin (s) onu bağışladığını və itmiş adamın  ‘xilas’ olduğunu bəyan etdiyini gördü.

Bəs siz və mən necə? Ola bilsin Zakkay qədər xəcalətli işlər görməmişik. Lakin onun qədər pis olmasaq da, Adəm kimi günahlarımızı gizlədə, örtə bilmərik, kiçik günahları və səhvləri görməməzliyə vurmamalıyıq. Pis əməllərimizi kifayət qədər xeyirxah işlərlə örtməyə ümid edirik. Kütlə peyğəmbərin də belə düşündüyünü zənn edirdi. Buna görə də İsa bu adamların heç birinin evinə getmədi və onların Zakkay kimi xilas olduqlarını bəyan etmədi. Yaxşı olar Allah qarşısında günahlarımızı etiraf edək, onları gizlətməyək. İsa Məsihin mərhəmətini axtarsaq dərrakəmizdən üstün olan bağışlanmanın bizə verildiyini görəcəyik.

Bəs Zakkayın pis əməlləri necə yox ola bilərdi?  Məhkəmə Günündən əvvəl o, bağışlandığına necə əmin ola bilərdi? Gəlin oxumaqda davam edək. İsa Məsih (s) Öz vəzifəsini icra etmək üçün  Yerusəlimə yolunu davam edir.