Məhkəmə Günü: Tariq, Adiyat və Məsih

Tariq Surəsi (Surə 86) bizi məhkəmə günü barədə xəbərdar edir:

Şübhəsiz ki, (Allah) onu (dirildib) qaytarmağa qadirdir. Sirlərin sınaqdan keçiriləcəyi gün, onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar

Tariq Surəsi 86:8-10

Tariq Surəsi deyir ki, Allah bizim bütün gizli, xəcalətli və sirli düşüncələrimizi və əməllərimizi sınaqdan keçirəcək və bizə bir köməkçi olmayacaq. Adiyat Surəsi (Surə 100) də həmin günü təsvir edir:

Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur. Özü də bunun şahididir. Həqiqətən, o, var-dövlətə çox hərisdir. Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı və kökslərdə olanlar aşkar ediləcəyi zaman – məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?

Adiyat Surəsi 100:6-11

Adiyat Surəsi xəbərdarlıq edir: kökslərdə olan xəcalətli sirlər aşkar ediləcək, çünki Allah bunlardan xəbərdardır.

Biz bu gələcək Gün barədə düşünməyə bilərik. Biz hər şeyin yaxşı olacağına ümid edə bilərik, lakin Tariq Surəsi və Adiyat Surəsi Məhkəmə Günü haqqında çox ciddi xəbərdarlıq edir.

Hazır olmaq daha yaxşı deyilmi? Bu, necə mümkündür? 

Peyğəmbər İsa Məsih (s) həmin Günə hazır olmaq istəyən bizlər üçün gəlib.  O, İncildə dedi:

“Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir. Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir.

Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq. Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur”

Yəhya 5:21-27

Peyğəmbər İsa Məsih (s) böyük səlahiyyətə malik olduğunu bəyan edir. O hətta Məhkəmə Günündəki səlahiyyəti barədə də deyir.  Səlahiyyət haqqında sözlərini  Musa peyğəmbərin Tövratındakı peyğəmbərliklər təsdiqləyir. Tövrat dünyanı altı gün ərzində yaradan Kəlam barədə yazır.  Zəbur və sonrakı peyğəmbərlər Onun gəlişi barədə ətraflı peyğəmbərlik ediblər və Onun gəlişinin səmalarda planlaşdırıldığını göstəriblər.  “Bəşər Oğlu yuxarı qaldırılmalıdır ki, Ona iman edən hər kəs əbədi həyata malik olsun”. Bəs peyğəmbərin bu sözlərinin mənası nədir?  Bu sözlərin izahı  buradadır.

Məhkəmə Günü: Huməzə və Məsih

Huməzə Surəsi (Surə 104) Məhkəmə Günü barədə bizə xəbərdarlıq edir:

Hər bir qeybət edənin, tənə vuranın vay halına! O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. Xeyr! O, mütləq Hütəməyə atılacaqdır

Huməzə 104:1-6

Huməzə Surəsi Allahın bizim, xüsusilə də, xəsislər başqaları haqqında pis danışanlar üçün qaladığı Oddur.  Səxavətli, ehtiyacda olana əl tutanlar, zənginə paxıllıq etməyən, başqası barədə pis söz danışmayan, pul məsələsində başqası ilə mübahisə etməyənlərin isə əzilməyəcəklərinə və Qiyamət Günündə Allahın qəzəbi ilə üzləşməyəcəklərinə ümid edə bilərlər. 

Bəs, biz necə?

Peyğəmbər İsa Məsih (s) Allahın qəzəbindən qorxan adamlar üçün gəldi.  O, İncildə deyir:

“Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş Bəşər Oğlu orada olub. Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı qaldırılmalıdır ki, Ona iman edən hər kəs əbədi həyata malik olsun».

Allah dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun. Allah dünyanı mühakimə etmək üçün deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi. Ona iman edən mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid Oğlunun adına iman etməyib. Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz. Həqiqətə əməl edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun”

Yəhya 3:13-21

İsa Məsih (s) böyük səlahiyyəti barədə danışırdı. O, hətta, Özünün göydən endiyini bəyan edirdi. O, Samariyalı qadınla söhbətində (burada daha ətraflı oxuya bilərsiniz) Peyğəmbər Özünü ‘canlı sular’ adlandırır:

“İsa ona cavab verdi: «Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi». Qadın Ona dedi: «Ağa, su çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs o həyat suyunu haradan götürəcəksən? Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız Yaqubdan da üstünsən?» İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar, amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim su onun daxilində əbədi həyat verən bir su qaynağına çevriləcək»”

Yəhya 4:10-14

Səlahiyyət haqqında sözlərini  Musa peyğəmbərin Tövratındakı peyğəmbərliklər təsdiqləyir. Tövrat dünyanı altı gün ərzində yaradan Kəlam barədə yazır.  Zəbur və sonrakı peyğəmbərlər Onun gəlişi barədə ətraflı peyğəmbərlik ediblər və Onun gəlişinin səmalarda planlaşdırıldığını göstəriblər.  “Bəşər Oğlu yuxarı qaldırılmalıdır ki, Ona iman edən hər kəs əbədi həyata malik olsun”. Bəs peyğəmbərin bu sözlərinin mənası nədir?  Bu sözlərin izahı  buradadır.