İsa Məsih mərhəmət barədə öyrədir

Ğafir Surəsi (Surə 40) Allahın rəhmli olduğu barədə yazır.

“Bu, günahları Bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli olan lütf Sahibindəndir! Ondan başqa məbud yoxdur. Dönüş də Onadır. Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər. Onların şəhərlərdə gəzib

dolaşmaları səni aldatmasın. Onlardan əvvəl Nuhun xalqı və sonrakı əlbir dəstələr də elçiləri yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar. Mən də onları yaxaladım. Bir görəydin Mənim cəzam necə oldu! Kafirlərin od sakinləri olacağı barədə Rəbbinin Sözü beləcə həqiqətə çevrildi. Ərşi daşıyanlar və onun ətrafındakılar öz Rəbbinə həmd edərək onu tərifləyir, Ona iman gətirir və möminlər üçün də bağışlanma diləyirlər: “Ey Rəbbimiz! Sən mərhəmətin və elminlə hər şeyi əhatə edirsən. Tövbə edib Sənin yolunla gedənləri bağışla, onları Cəhənnəm əzabından xilas et!”

Surə Ğafir 40:3-7

Al-Hucurat Surəsi (Surə 49) öyrədir ki, bu mərhəmətə nail olmaq üçün bir-birimizlə barışmalıyıq.

“Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin”

Surə Al-Hucurat 49:10.

İsa Məsih də Allahın rəhmi barədə öyrədəndə bir-birimizi bağışlamağımızın əhəmiyyətini vurğulayırdı.

İsa Məsih bağışlama haqqında öyrədir

Xəbərlərə baxanda bütün dünyada zorakılığın və qan tökmənin artdığını görürük. Əfqanıstanda bombardman, Livandakı döyüşlər, Suriya və İraq, Misirdəki zorakılıq, Pakistandakı qətllər, Türkiyədəki qiyam, Nigeriyada uşaq oğurluğu, Fələstin-İsrail müharibəsi, Keniyada şəhərlərdəki qantökmə – bunları mən pis xəbər axtarmadan eşitmişəm. Bunlardan əlavə, bir çox günahlar, kədər və dərdlər var ki, biz bir-birimizə ötürürük. Bunlar qəzet başlıqlarında olmasa da, bizə böyük təsir göstərir. Qisas və intiqam dövründə İsa Məsihin bağışlama təlimi xüsusilə əhəmiyyət kəsb edir. Bir  dəfə İsanın şagirdi neçə dəfə bağışlamaq lazım olduğu barədə sual verdi. İncil yazır:

Zəhmətkeş qulluqçunun hekayəsi

«Peter gəlib İsaya dedi: “Ya Rəbb! Qardaşım mənə qarşı günah işlədərsə, neçə dəfə mən onu bağışlamalıyam? Yeddi dəfəmi?” İsa ona dedi: “Sənə deyirəm: yeddi dəfə yox, yetmiş dəfə yeddi. Ona görə də Səmavi Padşahlıq öz qulları ilə hesablaşmaq istəyən bir padşaha bənzəyir. Hesablaşmağa başladığı zaman onun yanına on min talant borcu olan biri gətirildi. Amma onun ödəməyə bir şeyi olmadığı üçün ağası əmr etdi ki, özü, arvadı, uşaqları və bütün malı satılaraq borcunu ödəsin. Elə bu vaxt qul yerə qapanıb ona səcdə edərək dedi: “Səbir et! Mən hamısını ödəyəcəyəm”. Ağasının o qula rəhmi gəldi, onu buraxdı və borcunu bağışladı.

Amma o qul kənara çıxıb ona yüz dinar borclu olan bir yoldaşını tapdı. Onu yaxaladı və “Borcunu ödə!” deyərək boğmağa başladı. Yoldaşı yerə qapanıb ona “səbir et, borcunu ödəyəcəyəm” deyə yalvardı. O isə istəmədi. Gedib borcunu ödəyənə qədər onu zindana saldırdı. Ağanın digər qulları baş verən hadisəni görəndə çox kədərləndilər və gedib bütün olanı ağalarına nəql etdilər.

Onda ağa o qulu yanına çağırıb dedi: “Ey pis qul, bütün o borcu sənə bağışladım, çünki mənə yalvardın. Mən sənə mərhəmət etdiyim kimi sən də yoldaşına mərhəmət etməli deyildinmi?” Ağası qəzəblənib bütün borcunu ödəyənə qədər onu işgəncə verənlərə təslim etdi. Hər biriniz qardaşlarınızı ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər”» (Matta 18:21-35).

Bu hekayənin ibrəti bundan ibarətdir ki, biz Allahın mərhəmətini aldıq; Allah (Padşah) bizim çox günahlarımızı bağışlayır. Biz padşaha on min qızıl kisəsi borclu olan qula bənzəyirik. Həmin qul borcu ödəmək üçün vaxt dilədi, lakin borc həddindən çox olduğu üçün Padşah onu bağışladı. Allahın mərhəmətini qəbul edəndə O, bizimlə də eyni cür davranır.

Lakin sonra həmin qul ona borclu olan yoldaşını tapdı. Borcunu dərhal geri istədi və ona vaxt vermədi. Biz günah edəndə həm Allaha, həm də adamlara ziyan vururuq, lakin Allaha qarşı etdiyimiz günahlar adamlara vurduğumuz ziyandan daha çoxdur, 100 gümüş pulun minlərlə qızıl kisələri ilə müqayisəsi kimi.

Beləliklə, Padşah (Allah) öz qulunu zindana salır və borcunu tam tələb edir. İsa Məsih öyrədir ki, bizə qarşı günah edən adamlara bağışlamasaq Allahın mərhəmətindən məhrum olacağıq və Allah bizi cəhənnəmə məhkum edəcək. Bundan ciddi məsələ ola bilməz.

Rəhm ruhunu daim saxlamaq çətindir. Bizə pislik edənin dərsini vermək arzusu bəzən bizdə güclü olur. Bəs rəhm ruhunu necə əldə edə bilərik? Biz İncili tədqiq etməliyik.

Tövratda həmin Peyğəmbərin Əlaməti

Musa (s) və Harun (s) peyğəmbərlər İsraillilərə 40 il rəhbərlik etdilər. Onlar Əmrləri yazdılar, qurbanları təşkil etdilər, eləcə də, Tövratda bir çox Əlamətləri təsvir etdilər. Vaxt gəldi, bu iki peyğəmbər bu dünyadan köçməli oldular. Gəlin Tövratın sonunu oxumazdan əvvəl Tövratdakı nümunələrə nəzər salaq.

Tövratdakı nümunələr

Tövratda hansı Əlamətlər var?

Tövratda qurban

Qurbanların əhəmiyyətinə və tez-tez gətirilməsinə fikir verin. Öyrəndiyimiz mövzular barədə bir daha düşünün:

Bu qurban üçün yalnız təmiz heyvan – qoç, təkə və ya öküz götürülürdü. Bir düyədən başqa, hamısı erkək idi.

Bu qurbanlar qurban təqdim edən adamları günahdan yuyurdu. Yəni qurban örtük kimi onu təqdim edən insanın təqsir və xəcalətini örtürdü. İlk qurban Adəmin dövründə kəsildi; Ona  Allahın mərhəməti ilə dəri paltar verildi. Bu dəri paltar Adəmin çılpaqlığını örtərək heyvanın ölümünü xatırladırdı. Vacib sual yaranır: Nə üçün daha qurbanlar təqdim olunmur? Cavabı daha sonra görəcəyik.

Tövratda salehlik

‘Salehlik’ sözü daim təkrar olunur. Biz bu sözə Adəmin hekayəsində rast gəldik; Allah ona ‘təqva libası daha yaxşıdır’ dedi. Biz İbrahimə salehliyin verildiyini gördük, çünki o, Allahın oğul barədə vədinə iman etdi. İsraillilər Əmrlərə riayət edəndə salehliyi əldə edirdilər – lakin onlar bu əmrlərə həmişə və tam itaət etməli idilər.

Tövratda cəza

Biz həmçinin gördük ki, Əmrləri yerinə yetirməməyin nəticəsi Allahın cəzasıdır. Bu, Adəmdən başladı, Adəm cəmi bir dəfə itaətsizlik edərək cəzalandı. Cəza həmişə ölümlə nəticələnir. Ya günah etmiş insan özü ölür, ya da, onun əvəzinə qurban təqdim olunan heyvan ölür. Növbəti deyilənlər barədə düşünün:

  • Adəmin vaxtında dəri səbəbi ilə qurban təqdim olunan heyvan öldü.
  • Habilin vaxtında – onun qurban təqdim etdiyi heyvan öldü.
  • Nuhun vaxtında adamlar su daşqını zamanı öldü. Su daşqınından sonra Nuh özü qurban təqdim etdi; həmin qurban heyvanı öldü.
  •  Lutun vaxtında Sodom və Homorra əhalisi cəzalanaraq öldü. Lutun arvadı da öldü.
  •  İbrahimin oğlu qurban təqdim ediləndə ölməli idi, lakin onun əvəzinə bir qoç öldü.
  • Pasxa günü (firon və digər imansızların ailəsində) ya ilk oğul öldü, ya da qanı qapı taxtasına sürtülən qurban quzusu öldü.
  • Qanuna görə, Kəffarə günündə ya təqsirkar adam ölməli, ya da onun günahına görə bir təkə qurban təqdim olunaraq ölməli idi.

Bu, nə deməkdir? Davam edərkən görəcəyik. İndi Musa ilə Harun (s) Tövrat Kitabını tamamlayırlar. Tövratın sonunda onlar Allahdan gələn iki vacib sözü qeyd edirlər. Bu sözlərin hər ikisi gələcəyə aiddir və bu gün də, hər birimiz üçün vacibdir: gələcək Peyğəmbər və gələcək Lənət və xeyir-dualar. İndi biz burada Peyğəmbərə nəzər salacağıq.

Gələcək Peyğəmbər

Sina Dağında Allah lövhələri  verəndə möhtəşəm qüdrətini nümayiş etdirdi. Tövrat bunu belə təsvir edir:

“Üçüncü günün səhəri açılanda göy gurultusu, şimşəklər, dağ üzərində qatı bir bulud və çox uca şeypur səsi oldu. Düşərgədə olan bütün xalq titrədi. Allahı qarşılamaq üçün Musa xalqı ordugahdan apardı və onlar dağın ətəyində durdular. Bütün Sina dağı tüstü içində idi, çünki Rəbb onun üzərinə alov içərisində enmişdi. Bütün dağ kürənin verdiyi tüstü kimi tüstülənirdi, bərk titrəyirdi”

Çıxış 19:16-18

Adamlar qorxu ilə doldular. Tövrat deyir:

“Bütün xalq göy gurultusunu, şimşəkləri, şeypur səsini, dağın tüstülənməsini eşidib görəndə qorxub sarsıldı və uzaqda durdu. Musaya dedilər: «Sən bizimlə danış, biz də eşidək. Qoy Allah bizimlə danışmasın, yoxsa ölərik»”

Çıxış 20:18-19

Bu, Musanın (s) xalqa 40 illik rəhbərlik etdiyi dövrün əvvəlində baş verdi. Həmin dövrün sonunda Allah Musa (s) peyğəmbər ilə danışanda bunu ona xatırlatdı, adamların qorxduqlarını onun yadına saldı və gələcəyə aid vəd etdi. Musa (s) Tövratda yazır:

Allahınız Rəbb sizin üçün aranızdan, digər İsrail övladlarınız arasından mənim kimi bir peyğəmbər yetişdirəcəkdir. Ona qulaq asmalısan. Yığıncaq günü Xorebdə (yəni Sinayda) Allahınız Rəbdən soruşdunuz: “Allahımız Rəbbin səsini eşitməyək və bu böyük atəşi görməyək, yoxsa öləcəyik. ”

Rəbb mənə dedi: «Onların dedikləri yaxşıdır. İsrail övladlarının arasından sizin kimi bir peyğəmbər yetişdirəcəyəm və sözlərimi onun ağzına soxacağam. Ona əmr etdiyim hər şeyi onlara söyləyəcəkdir. Mən özüm peyğəmbər mənim adımdan söylədiyi sözlərə qulaq asmayan hər kəsə cavab verəcəyəm. Ancaq mənim adımdan əmr etmədiyim bir şeyi danışmağı düşünən bir peyğəmbər və ya başqa tanrıların adından danışan bir peyğəmbər öldürülməlidir. ”

 “Axı bu sözün Rəbdən olub-olmadığını necə bilək?” deyə düşünə bilərsiniz. Əgər bir peyğəmbər Rəbbin adından danışanda dediyi söz həyata keçməzsə yaxud düz çıxmazsa, bilin ki, onu Rəbb söyləməmişdir. O peyğəmbərin dediklərinin səlahiyyəti yoxdur. Ondan qorxmayın”

Qanunun Təkrarı 18:15-22

Allah adamlarda Özünə qarşı müvafiq hörmət görmək istəyirdi. Beləliklə, Lövhədə Əmrləri verəndə elə etdi ki, xalq böyük qorxu ilə doldu. Burada isə keçmişə baxaraq gələcək Peyğəmbər barədə danışır. Bu, Musa (s) peyğəmbər kimi İsraillilərin arasından çıxacaq. Sonra iki göstəriş verilir:

  1. Adamlar gələcək Peyğəmbərə fikir verməsələr Allah Özü onları cəzalandıracaq.
  2. Allahın peyğəmbər vasitəsilə danışdığını təsdiqləmək üçün onun sözləri gələcəyə aid olmalı və gələcəkdə yerinə yetirilməli idi.

Birinci göstərişə görə, Musa (s) peyğəmbərdən sonra təkcə bir peyğəmbər gəlməyəcək. Elə bir qeyri-adi peyğəmbər gələcək ki, ona mütləq qulaq asmalıyıq, çünki onun xüsusi vəzifəsi olacaq; o, Allahın xüsusi sözlərini deyəcək. Gələcəyi yalnız Allah bilir. Heç bir insan, əlbəttə ki, gələcəyi bilmir. Buna görə də, ikinci göstəriş peyğəmbərlik sözünün Allahdan olub-olmadığını müəyyən etmək üçün adamlara verilmişdir. Musa (s) peyğəmbərin sözlərinə görə, bu ikinci göstəriş İsraillilərə onların gələcəyini bilmək imkanını verir. Bu,  İsraillilərə veriləcək xeyir-dua və lənətlər  bölməsində qeyd olunur və bu sözlərlə Tövrat bitir.

Bəs, gələcək Peyğəmbər? O, kim idi? Bəzi alimlər bu sözlərin Məhəmməd (s) peyğəmbərə aid olduğunu deyirlər. Lakin fikir verin ki, Musa (s) həmin peyğəmbər haqqında demişdi: “Allahınız Rəbb sizin üçün aranızdanöz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək– yəni yəhudilərdən. Beləliklə, bu, Məhəmməd (s) peyğəmbərə aid edilə bilməz. Digər alimlər bu sözlərin İsa Məsihə (s) aid olub-olmadığı barədə fikirləşirlər. İsa Məsih yəhudi olub və  böyük səlahiyyətlə öyrədib, sanki Allah Özü onun dili ilə danışıb. İsa Məsihin (s) gəlişi əvvəlcədən deyilib. Bu barədə İbrahimin qurbanı, Pasxa zamanı və həmçinin, “Allahın sözləri dilində olan” bu Peyğəmbərin gələcəyi barədə deyiləndə qeyd edilib.