Yəhya peyğəmbər (s) əzab çəkir və şəhid olur

Munafiqun Surəsi (Surə 63) Məhəmməd (s) peyğəmbərə yalan söyləyən adamlar barədə yazır:

“Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən Allahın Elçisisən!”– deyirlər. Allah da bilir ki, sən Onun Elçisisən. Allah şahiddir ki, münafiqlər əsl yalançıdırlar.

Onlar andlarını sipər edib insanları Allah yolundan döndərdilər. Həqiqətən, onların törətdikləri əməllər necə də pisdir!”

Surə Munafiqun 63:1-2

Münafiqlərdən (ikiüzlülərdən) fərqli olaraq, Zumər Surəsi (Surə 39) doğru ‘şahidliyi’ təsvir edir.

“Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməllər yazılmış kitab hər kəsin qarşısına qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir”

Zumər Surəsi 39:69

Peyğəmbər İsa Məsihin (s) dövründə həqiqi şahidə ‘şəhid’ deyirdilər. Şəhid həqiqətə şahidlik edən adamdır. İsa Məsih Öz şagirdlərinə ‘şəhidlər’ deyirdi:

“Müqəddəs Ruh üzərinizə enəndə siz qüdrət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər yerdə Mənim şahidlərim olacaqsınız”

Həvarilərin İşləri 1:8

‘Şəhid’ sözü düzgün şəhadət edənlərə aid olunurdu.

Bu gün isə, “şəhid” sözü çox istifadə olunur. Bir çox müharibələrdən birində ölən adama da şəhid deyirlər. Dini davada ölənə də şəhid deyirlər. Belə adamı onun tərəfi “şəhid”, digər tərəfi isə kafir adlandırır.

Bu, düzgündürmü? İncil Yəhya peyğəmbərin (s) qətlə yetirilməsi barədə yazır. Həmin vaxt İsa Məsih (s) adamlara xidmət edirdi və bu hadisəni belə izah edir. İncil yazır:

«O vaxt İsa barədə olan xəbərləri hökmdar Hirod eşitdi. Nökərlərinə dedi: «Bu, Vəftizçi Yəhyadır. O, ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır».

Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. Çünki Yəhya Hiroda demişdi: “Hirodiyanı almaq sənə qadağandır”. Hirod Yəhyanı öldürmək istəyirdi, amma camaatdan qorxurdu. Çünki camaat Yəhyanı peyğəmbər sayırdı.

Hirodun ad günü qeyd ediləndə Hirodiyanın qızı ortaya çıxıb rəqs etməyə başladı. Bu, Hirodun xoşuna gəldi. O and içib bəyan etdi ki, qız nə istəsə, ona verəcək. Qız isə anasının təhriki ilə dedi: “Vəftizçi Yəhyanın başını burada bir sini içində mənə ver”. Padşahı kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə əmr etdi ki, ona istədiyini versinlər. Beləliklə, zindanda Yəhyanın boynunu vurdurdu. Onun başı bir sini içində gətirilib qıza verildi. Qız da anasına apardı. Yəhyanın şagirdləri gəlib onun cəsədini götürdülər. Onu basdırdılar və gəlib İsaya bu barədə xəbər verdilər»

Matta 14:1-12

Əvvəlcə, Yəhya peyğəmbərin (s) həbs olunduğunu görürük. Padşah (Hirod) qardaşından onun arvadını almışdı. Bu, Musanın Şəriət Qanununa (s) zidd idi. Yəhya peyğəmbər (s) bunun günah olduğunu hamıya dedi. Lakin padşah peyğəmbərin sözünə baxmaq əvəzinə onu zindana saldı. Padşahın arvadı yeni nikahdan istifadə edərək (artıq böyük padşahın arvadı olduğuna görə) peyğəmbərin ölümünü istədi. Onun böyük qızı qonaqlıqda padşah və əyanların qarşısında şəhvani rəqs etdi. Padşah rəqsi bəyənib istədiyini verəcəyinə and içdi. Gənc qızın anası ona Yəhya peyğəmbərin (s) başını istəməyi öyrətdi. Beləliklə, həqiqəti söylədiyinə görə zindana düşən Yəhya peyğəmbər (s) edam edildi: çünki qızın şəhvani rəqsi padşahı valeh etmişdi. 

Həmçinin Yəhya peyğəmbərin (s) tək döyüşmədiyini görürük. O, padşahı öldürməyə çalışmadı. O, sadəcə, həqiqəti danışırdı. Özünü müdafiə etməyə gücü olmasa da, günahkar padşaha xəbərdarlıq etməkdən qorxmurdu. O, Musa (s) peyğəmbərin Şəriət Qanununu sevdiyinə görə həqiqəti danışırdı. Bu, bizim üçün yaxşı nümunədir. Biz də (həqiqəti danışaraq) döyüşə bilərik; (peyğəmbərlərin həqiqəti) uğrunda döyüşə bilərik. Yəhya peyğəmbər (s) padşahı öldürməyə çalışmadı, inqilaba rəhbərlik etmədi, müharibə başlamadı.

Yəhyanın şahidliyinin nəticəsi

Onun davranışı çox təsirli oldu. Padşah qətlə görə vicdan əzabı çəkdi. Peyğəmbər İsa Məsihin (s) səlahiyyətli təlimi və möcüzələri barədə eşidəndə Yəhyanın (s) dirildiyini zənn etdi.

Hirodun xaincəsinə Yəhya peyğəmbəri öldürməsi barədə Fil Surəsi (Surə 105) yazır.

“Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?

Məgər Rəbbin onların hiyləsini dolaşığa salmadımı?

Onların üzərinə qatar-qatar quşlar göndərdi.

O quşlar ki, onların üstünə odda bişmiş bərk gildən daşlar yağdırdı”

Surə Fil 105:1-4

İsa Məsih (s) Yəhya peyğəmbər (s) barədə dedi:

“Onlar gedərkən İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı? Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma nəfis toxunmuş paltar geyənlər padşahların saraylarında qalır. Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə. Bu o adamdır ki, onun haqqında yazılıb:

“Budur, Sənin önündə Öz elçimi göndərirəm,

O, Sənin qabağında yolunu hazırlayacaq”.

Sizə doğrusunu deyirəm: qadından doğulanlar arasında Vəftizçi Yəhyadan daha üstün olan meydana çıxmayıb. Amma Səmavi Padşahlıqda ən kiçik olan ondan üstündür. Vəftizçi Yəhyanın günlərindən indiyə qədər Səmavi Padşahlıq zorla alınır və zor işlədənlər onu ələ keçirir. Çünki bütün Peyğəmbərlər və Qanun Yəhyaya qədər peyğəmbərlik etdi. Əgər onu qəbul etmək istəyirsinizsə, gəlməli olan İlyas odur. Qulağı olan eşitsin!”

Matta 11:7-15

Məsih Yəhyanın (s) böyük peyğəmbər və ‘Yolu hazırlamaq üçün gələcək’ adam olduğunu təsdiqləyir. Yəhya (s) Səmavi Padşahlıqdadır. O vaxt böyük hökmdar olan padşah Hirod isə peyğəmbərin sözünə itaət etmədiyinə görə Səmavi Padşahlığa daxil olmadı.

Yəhya (s) peyğəmbərin dövründə başkəsən zorakı adamlar yaşayırdı. Bu gün də zorakı adamlar var. Bu zorakı adamlar hətta Səmavi Padşahlığa gözlənilməz hücumlar edirlər. Lakin onlar ona daxil ola bilməyəcəklər. Səmavi Padşahlığa daxil olmaq Yəhyanın (s) getdiyi yol ilə getməkdir. Yəhya (s) həqiqi şahid idi. Ətrafdakı zorakı adamlardan yox, Yəhyadan (s) nümunə götürsək müdrik olarıq.

İsa Məsih (s) məsəllərlə öyüd verir

Biz İsa Məsihin (s) qeyri-adi səlahiyyətlə təlim verdiyi barədə oxuduq. Öz sözlərini aydın etmək üçün məsəllər danışırdı. Böyük Ziyafət haqqında məsəldə İsa Məsih Allahın Padşahlığı barədə öyrədirdi. Rəhmsiz Qul haqqında məsəldə mərhəmət barədə öyrədirdi. Digər peyğəmbərlərlə müqayisədə İsa Məsih (s) daha çox məsəllərdən istifadə edib və onun məsəlləri çox mənalıdır.

Surə Ənkəbut (Surə 29) Allahın məsəllərdən istifadə etməsindən yazır:

“Biz insanlar üçün belə məsəllər çəkirik. Onları isə ancaq həqiqəti dərk edən adamlar anlayarlar”

Surə Ənkəbut 29: 43

İbrahim Surəsi (Surə 14) yazır ki, Allah bizi öyrətmək üçün məsəl çəkir:

“Allahın necə məsəl çək­di­yini gör­mürsənmi? Gözəl söz (la ilahə illəllah) kökü yerdə möh­kəm olan, budaqları isə göyə yük­sələn gözəl bir ağac kimidir.

ağac Rəbbinin izni ilə öz bəhrə­sini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə düşünüb ibrət alsınlar.

Pis söz isə yerdən qopa­rıl­mış və artıq kökü üstə dura bil­məyən pis bir ağaca bən­zəyir”

İbrahim Surəsi 14:24-26

İsa Məsihin məsəlləri

Bir dəfə İsadan məsəllərlə danışdığının səbəbini soruşdular.  İncil İsanın cavabını qeyd edir:

«Şagirdlər İsaya yaxınlaşıb dedilər: “Nə üçün onlara məsəllərlə danışırsan?”

 O isə onlara belə cavab verdi: “Səmavi Padşahlığın sirlərini bilmə qabiliyyəti sizə verilmişdir, lakin onlara verilməmişdir. Çünki kimin varıdırsa, ona daha çox veriləcək və o, bolluq içində olacaq. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq. Mənim onlarla məsəllərlə danışmağımın məqsədi budur ki,

“gördükləri halda görməzlər, eşitdikləri halda eşitməzlər və anlamazlar”»

Matta 13:10-13

Burada İsa b.e.ə.700-cü ildə yaşamış Yeşaya (s) peyğəmbərə  istinad edir. Yeşaya daş ürəklər barədə xəbərdarlıq edirdi. Başqa sözlə, bəzən biz sözü başa düşmürük, çünki onun mənasını bilmirik. Bir kəs izah etsə, dərhal aydın olur. Lakin bəzən biz başa düşmək istəmədiyimizə görə dərk etmirik. Bəzən biz bunu açıq-aydın göstərmirik, lakin sual verməkdə davam edirik, sanki başa düşmürük. Lakin anlaşmazlıq ağlımızda deyil, ürəyimizdə olanda heç bir izahın faydası olmayacaq. Bu halda problem itaət etməyi istəməməkdə olur. Problem başa düşməməyimizdə deyil.

Peyğəmbər İsa Məsihin (s) məsəlləri adamlara böyük təsir göstərirdi. Başa düşməyənlər maraqlanaraq sual verib cavab alırdılar. İtaət etmək istəməyənlər isə məsələ həqarətlə baxıb onu dərk etməyə heç cəhd etmirdilər. Kəndli buğdanı küləkdə çör-çöpdən təmizlədiyi kimi, Böyük Müəllim də məsəl danışmaqla adamları ayırırdı. İtaət etmək istəyənlər itaətsizlərdən ayrılırlar. İtaət etmək istəməyənlər məsəli qəliz hesab edirlər, çünki ürəkləri məsəldəki həqiqətə itaət etmək istəmir. Onlar baxsalar da, görmürlər. 

Əkinçi və toxum barədə məsəl

Şagirdlər peyğəmbər İsadan (s) nə üçün məsəllərlə danışdığını soruşanda İsa Allahın Padşahlığı və onun adamlara təsiri barədə öyrədirdi:

«İsa onlara məsəllərlə bir çox şey öyrədərək dedi: “Bir əkinçi toxum səpməyə çıxdı. Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü və quşlar gəlib onları dənlədi. Bəzisi torpağı çox olmayan daş-kəsəkli yerlərə düşdü. Torpağı dərin olmadığına görə tez cücərdi. Lakin günəş doğanda qarsalandı və kökləri olmadığına görə qurudu. Bəzisi tikanlar arasına düşdü. Tikanlar böyüyüb onları boğdu. Başqaları isə münbit torpağa düşdü. Bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verdi. Qulağı olan eşitsin!”»

Matta 13:3-9

Məsəlin mənası aydındır? Bu, tapmaca deyil. Ürəkdən itaət etmək istəyənlər məsəlin mənasını soruşdular, İsa da onlara cavab verdi:

«İndi əkinçi barədə məsəlin izahını dinləyin: kim Səmavi Padşahlıqla bağlı kəlamı eşidib anlamırsa, şər olan gəlib onun ürəyində səpilmiş olanı oğurlayır. Yol kənarına səpilən toxum budur. Daş-kəsəkli yerlərə səpilən isə kəlamı eşidir və dərhal sevinclə qəbul edir. Lakin onda kök olmadığına görə dözümü az olur, kəlama görə əziyyət və təqibə məruz qalan kimi yıxılır. Tikanlar arasına səpilən odur ki, kəlamı eşidir, lakin bu dövrün qayğıları və var-dövlətin aldadıcılığı kəlamı boğur və kəlam barsız olur. Münbit torpağa səpilənsə odur ki, kəlamı eşidir, anlayır və doğrudan da, səmərə – bəzisi yüz, bəzisi altmış, bəzisi otuz qat səmərə verir»

Matta 13:18-23

Allahın Padşahlığı haqda sözə adamların dörd cür münasibəti olur. Birincisi – başa düşmür, yəni şeytan (iblis) kəlamı ürəklərindən aparır. Qalan üç növ eyni başlayır – adamlar sözü sevinclə qəbul edirlər. Lakin bu söz sınaqlardan keçərək ürəklərimizdə böyüməlidir. Təkcə ağılla bu sözü dərk etmək, sonra isə həyatımızı istədiyimiz kimi yaşamaqda davam etmək kifayət deyil. Beləliklə, üç növ adamlardan iki növü əvvəlcə kəlamı qəbul edir, lakin ürəklərində böyüməyə imkan vermirlər. Yalnız dördüncü növ adamlar “kəlamı eşidir, anlayır”, Allahın kəlamını itaətlə qəbul edirlər.

Bu məsəli eşidən hər bir kəs özünə sual verməlidir: “Mən hansı növ adamlara aidəm?” Yalnız kəlamı anlayanlar böyüyüb səmərə verir. Anlamaq üçün Adəmdən başlayan bütün  peyğəmbərlərin Tövrat və Zəburda açıqladıqları Allahın planını aydın görmək gərəkdir. Adəmdən sonra əhəmiyyətli Əlamətləri biz Tövratda,  İbrahimə verilən vəddə (s) və onun qurbanında, Musada (s), On əmrdə, Harunda (s) görürük. Əhdi-Ətiqdə Yeşaya, Yeremya, Zəkəriyyə, DanielMalaki peyğəmbərlərin yazılarında ‘Məsih’ haqda öyrənsək ‘Allahın Padşahlığı haqqında kəlamı’ başa düşəcəyik.

Buğda və dəlicə haqda məsəl

Peyğəmbər İsa Məsih (s) buğda və dəlicə barədə də bir məsəl danışdı:İsa Məsih bu məsəli izah edir.

24 İsa onlara başqa bir məsəl söylədi: «Səmavi Padşahlıq öz tarlasında yaxşı toxum səpən adama bənzəyir. 25 Hər kəs yatarkən, düşməni gəldi və buğda arasında ot alaq otları səpdi və getdi. 26 buğda çiçəkləndi və başlar meydana gəldi, sonra otlar da göründü.

27 Sahibinin qulları yanına gəlib dedilər: “Ağa, əkin sahəsinə yaxşı toxum səpmədinmi? Bəs otlar haradan gəldi? ‘

28 «Düşmən bunu etdi» dedi.

“Xidmətçilər ondan soruşdular:” İstəyərsən gedib onları qaldıraq? “

29 İsa cavab verdi: «Xeyr, çünki otları yuduqca buğdanı da yırğalaya bilərsən. 30 Biçinə qədər hər ikisi birlikdə böyüsün. O vaxt biçinçilərə deyəcəyəm: əvvəlcə alaq otlarını yığın və yandırılmaq üçün bağlamalara bağlayın; sonra buğdanı toplayıb anbara aparın

Budur verdiyi izahat

36 Sonra camaatı qoyub evə girdi. Şagirdləri onun yanına gəlib dedilər: “Çöldəki alaq otları məsəlini bizə izah et”.

37 Cavabında dedi: «Yaxşı toxum səpən Bəşər Oğludur. 38 Tarla dünyadır və yaxşı toxum padşahlıq xalqı üçündür. Yabanı otlar pis adamın adamlarıdır, 39 onları əkən düşmən şeytandır. Məhsul əsrin sonudur, yığımçılar mələklərdir.

40 «Yabanı otlar yandırılaraq odda yandırıldığı kimi, dövrün sonunda da belə olacaq. 41 İnsan Oğlu mələklərini göndərəcək və onlar Padşahlığından günah gətirən və pislik edən hər şeyi götürəcəklər. 42 Onları yanan ocağa atacaqlar. Orada ağlamaq və dişlərin qıcılması olacaq. 43 Sonra salehlər Atalarının Padşahlığında günəş kimi parlayacaqlar. Kimin qulaqları varsa, eşitsinlər.

Xardal toxumu və xəmir mayası haqda məsəllər

Peyğəmbər İsa Məsih (s) qısa məsəllər də danışırdı.

«Səmavi Padşahlıq bir adamın götürüb öz tarlasında səpdiyi xardal toxumuna bənzəyir. Xardal toxumu bütün toxumların ən kiçiyi olsa da, böyüdükdə bütün bostan bitkilərindən hündür, lap ağac boyda olur. Belə ki göydə uçan quşlar gəlib onun budaqlarında yuva qurur».

İsa onlara başqa bir məsəl də söylədi: «Səmavi Padşahlıq xəmir mayasına bənzəyir. Qadın onu götürüb üç kisə una qarışdırıb bütün xəmir acıyanadək saxlayır»

Allahın Padşahlığı bu dünya üçün kiçik və gözə görünməzdir, lakin xəmirdəki maya kimi, böyüyür, kiçik toxumu böyük bitkiyə çevirir. Bu, zorla və ya bir dəfəyə mümkün deyil. Lakin gözlə görünməz Padşahlıq böyüyür və bunun qarşısını almaq mümkün deyil. 

Dəfinə və dəyərli mirvari haqda məsəllər

“Səmavi Padşahlıq tarlada gizlədilən bir dəfinəyə bənzəyir. Tapan adam onu gizlətdi, sevinclə gedib bütün varını satdı və o tarlanı satın aldı.

Yenə Səmavi Padşahlıq gözəl mirvarilər axtaran bir tacirə bənzəyir. O, çox dəyərli olan bir mirvari tapanda gedib bütün varını satdı və onu satın aldı”

Matta 13:44-46

Bu  məsəllər Allahın Padşahlığının dəyəri barədə danışır. Tarlada gizlədilmiş bir dəfinə barədə düşünün. Gizli yerdə olduğu üçün adamlar ondan yan keçir, tarlanı dəyərləndirmir, tarla ilə maraqlanmırlar. Bir nəfər isə tarlada dəfinənin olduğunu bilir, bütün varını sataraq tarlanı alır. Allahın Padşahlığı da belədir – çox adam onu dəyərləndirmir; onu az sayda adam görür, görəndə isə onun böyük dəyərini bilir.

Tor haqda məsəl

«Səmavi Padşahlıq dənizə atılan və hər cür balıq tutan bir tora bənzəyir. Tor dolduğu zaman onu sahilə çəkdilər və oturub yaxşılarını qablara yığdılar, pisləri isə kənara atdılar. Bu dövrün sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər. Sonra onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq»

Allahın Padşahlığı adamları böləcək. Mühakimə Günündə də ürəkləri tam ifşa olunan adamlar bölünəcək.

Allahın Padşahlığının böyüməsi bir sirdir, xəmir mayasına bənzəyir; çoxlarının görmədiyi, gizlədilmiş dəfinəyə bənzəyir. Adamlar Allahın Padşahlığına müxtəlif münasibət bəsləyirlər. Allahın Padşahlığı adamları onu anlayan və anlamayanlara bölür. Bu  məsəlləri öyrədəndən sonra peyğəmbər İsa Məsih dinləyicilərinə vacib bir sual verir:

«İsa “Bütün bunları anladınızmı?” deyə soruşdu. Onlar İsaya “bəli, ya Rəbb” dedilər»

Bəs, siz?

Məsih təlim və səlahiyyəti ilə Özünü göstərir

Al-Alaq Surəsi (Surə 96) deyir ki, Allah bizə bilmədiklərimizi öyrədir.

“O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi.”

Surə Ələq 96:4-5

Daha sonra Rum Surəsinə (Surə 30) uyğun olaraq, Allah bunu peyğəmbərlər vasitəsilə edir ki, biz səhv ibadət etdiyimizi dərk edək.

“Məgər Biz onlara müşrik olmalarını söyləyən bir dəlil göndərmişik?”

Surə Rum 30:35

Bu peyğəmbərlər bizim Allaha aid səhv anlayışlarımızı aşkarlamaq üçün Allahdan verilmiş səlahiyyətləri olub. Allaha aid səhv anlayışlar bizim fikirlərimizdə, sözlərimizdə və davranışımızda ola bilər. Peyğəmbər İsa Məsih (s) elə bir Müəllim olub. Ondakı xüsusi səlahiyyət hətta daxili düşüncələrimizi aşkarlayır ki, biz daxilimizdəki səhvlərdən belə, dönək. Bunu burada görə bilərik. Daha sonra biz şəfa möcüzələrində Məsihin səlahiyyətinin əlamətinə nəzər salacağıq.

Şeytan tərəfindən sınağa çəkiləndən sonra İsa Məsih (s) təlim verərək peyğəmbərlik xidmətinə başladı. Onun İncildə qeyd olunmuş ən böyük təlimi Dağüstü Vəz adlanır. Siz onu burada oxuya bilərsiniz. Əsas fikirləri biz aşağıda qeyd edirik. Sonra isə İsa Məsihin təlimini Musanın Tövratdakı peyğəmbərlik sözləri ilə əlaqələndirəcəyik.

İsa Məsih (s) öyrədirdi:

«Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o, səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan. Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan.

 “Zina etmə” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur. Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır.

 “Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir. Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir.

 Yenə qədim zamanlarda adamlara “Yalandan and içmə, amma andlarını Rəbbin önündə yerinə yetir” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, heç and içmə, nə göyə, çünki o, Allahın taxtıdır; nə yerə, çünki yer Onun ayaqlarının altındakı kətildir; nə də Yerusəlimə, çünki ora böyük Padşahın şəhəridir. Başına da and içmə, çünki sən hətta bir dənə saçı belə, ağ və ya qara edə bilməzsən. Ancaq sözünüzdə “bəli”niz bəli, “xeyr”iniz xeyr olsun. Bundan qalanı şər olandandır.

“Göz əvəzinə göz, diş əvəzinə diş” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, pis adama qarşı durma. Əksinə, sağ üzünə şillə vurana o birini də çevir. Səni məhkəməyə verib köynəyini götürmək istəyənə üst paltarını da ver. Kim səni min addım yol getməyə məcbur edirsə, sən onunla iki min addım yol get.  Səndən bir şey diləyənə ver, səndən borc istəyəni geri qaytarma.

 “Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi? Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun”»

Matta 5:21-48

Məsih və Dağüstü Vəz

İsa Məsih (s) vəzində “… deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki,…” sözlərindən istifadə edirdi. Beləliklə, İsa Tövrata istinad edir, sonra isə Allahın əmrini niyyətə, düşüncəyə və sözlərə də aid edir. İsa Məsih Musa (s) peyğəmbərin ciddi əmrlərini götürüb onları daha da çətinləşdirdi!

Fikir verin İsa Tövratın əmrlərini necə çətinləşdirir. O, bunu Öz səlahiyyətinə əsaslanaraq edir: ‘Mənsə sizə deyirəm ki,…’ Bundan sonra əmri daha da çətinləşdirir. Bu, İsanın vəzinə xas olan cəhətdir. İncil yazır:

“İsa bu sözləri bitirəndə xalq Onun təliminə təəccübləndi, çünki onlara öz ilahiyyatçıları kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi”

Matta 7:28-29

Doğrudan da, İsa Məsih (s) böyük səlahiyyət sahibi kimi təlim öyrədirdi. Peyğəmbərlərin əksəriyyəti Allahın sözünü xalqa çatdıran adi elçilər olub, lakin İsa onlardan fərqlənir. Nə üçün İsa Məsih fərqli idi?  Burada gördüyümüz kimi, Əhdi-Ətiqdə ‘Məsih’ – səlahiyyətlə gələcək bir şəxsin adı idi. 2-ci Zəburda biz ‘Məsih’ adına ilk dəfə rast gəlirik. Burada Allah Məsihə deyir:

“Məndən istə, onda irs olaraq millətləri, Mülk olaraq yer üzünün qurtaracağınadək hər yeri Sənə verərəm”

Zəbur 2:8

Məsihə millətlərin üzərində səlahiyyət verilmişdir. Hətta yer üzünün qurtaracağınadək hər yer Məsihə verilmişdir. Beləliklə, Məsih İsa böyük səlahiyyətlə təlim öyrədirdi.

Peyğəmbər və Dağüstü Vəz

Əslində,  burada gördüyümüz kimi, Musa peyğəmbər (s) Tövratda həmin o ‘Peyğəmbərin’ gəlişi barədə söyləmişdi. Bu Peyğəmbər xüsusi təlim verəcəkdi. Musa yazmışdı:

 “Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O əmr etdiyim hər şeyi sizə söyləyəcək. Mənim adımla söylədiyi sözlərə qulaq asmayan adamı ittiham edəcəyəm”

Qanunun Təkrarı 18:18-19

İsa təlim verərkən Məsihin səlahiyyətini göstərirdi və bununla Musanın peyğəmbərliyini yerinə yetirdi. Məsih həmin Peyğəmbərin böyük səlahiyyətlə təlim verəcəyi barədə yazırdı. İsa həm Məsih, həm də Peyğəmbər idi.

Siz, mən və Dağüstü Vəz

Dağüstü Vəzə diqqət yetirsəniz özünüzü itirə bilərsiniz. İnsan ürəyində və niyyətində bu əmrlərə necə riayət edə bilər? İsa Məsih bu vəzdə nə demək istəyirdi? Vəzin sonuncu cümləsində biz bu suala cavabı tapırıq:

“Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun”

Matta 5:48

Fikir verin ki, bu, bir təklif deyil, əmrdir. İsa bizdən kamil olmağı tələb edir! Nə üçün? Çünki Allah kamildir. Allah ilə cənnətdə olmaq istəyiriksə, biz də kamil olmalıyıq. Çox vaxt biz fikirləşirik ki, xeyirxah əməllər pis əməllərdən daha çox olsa, kifayət olar. Belə olsaydı və Allah bizi cənnətə buraxsaydı, cənnət korlanar, bu dünyadakı qarmaqarışıqlıq cənnətdə də olardı. Bu gün həyatımızı məhv edən bizim ehtirasımız, paxıllığımız, qəzəbimizdir. Ehtiras, paxıllıq və qəzəblə cənnətə getsək, cənnət tezliklə bu dünyaya çevriləcək. Bu dünyadakı problemləri insanlar özləri yaradırlar.

Əslində, İsa Məsihin təliminin əksəriyyəti zahiri ayinlərə deyil, daxilə, ürəyə aiddir. Görün İsa Məsih ürəklərimiz barədə daha nə deyir:

«İnsanı murdar edən insandan çıxandır. Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik, zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq çıxar. Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir»

Mark 7:20-23

Beləliklə, daxili paklıq çox vacibdir. Bizdən kamillik tələb olunur. Allah kamil cənnətə yalnız kamil adamları buraxacaq. Lakin bu halda böyük problem yaranır: kamil deyiliksə, cənnətə necə düşə bilərik? Qeyri-kamilliyimiz bizi ümidsizliyə uğradır. 

Allaha elə bu da lazımdır! Biz kamilliyə çata bilmədiyimizi, ümidsiz vəziyyətimizi dərk edəndə, layiq olmadığımızı biləndə “ruhən yoxsul” oluruq. İsa Məsih Öz vəzini bu sözlərlə başlayır:

“Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır”

Matta 5:3

Bu təlimi özümüzə aid etsək və onu rədd etməsək, yaxşı olar. Bu təlim, həqiqətən, bizə aiddir! Allahın tələbi kamillikdir. Bu tələbi özümüzə aid edəndə müvafiq olmadığımızı dərk edirik. Onda Doğru Yola çıxırıq. Çünki kamil olmadığımızı görəndə köməyi qəbul etməyə hazır oluruq.  Öz əməllərimizə arxayın olanda isə, bizə kömək gərək olmur.

Yəhya (s) peyğəmbər yolu hazırlayır

Ənam Surəsi (Surə 6) bizə tövbə etməyi əmr edir:

“Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə (onlara) de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib (əməllərini) islah etsə, (Allah onu bağışlayar). Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir”

Surə Ənam 6:54

Tövbə nədir? Hud Surəsində (Surə 11) bir neçə ayə bizə bunu deyir:

“(And to preach thus), ‘Seek ye to your Lord, and turn to Him in repentance; that He may grant you enjoyment, good (and true), for a term directed, and bestow His abounding grace upon all who abound in merit! But if you turn away, then I fear for you for a great day:

Surah Hud 11: 3

“Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin”

Surə Hud 11:52

Səmud qövmünə də qardaşları Salehi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. O, sizi torpaqdan yaratdı və sizi orada sakin etdi. Elə isə ondan bağışlanma diləyin, sonra da Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim Ya­­xındır, (çağırışa) cavab verəndir”

Surə Hud 11:61

Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim Rəhmlidir, Sevəndir (həm də Seviləndir)

Surə Hud 11:90

Tövbə – etiraf edərək Allaha tərəf dönməkdir. İncildə Yəhya (s) peyğəmbər tövbə barədə çox deyir (buraya baxın).

Biz gördük ki, Əhdi-Ətiq Malaki (s) peyğəmbərin sözləri ilə tamamlanır. O, yolu hazırlayan adamın gəlişi barədə yazır (Malaki 3:1). Daha sonra biz görürük ki,  İncilin ilk sözləri Cəbrayıl mələyin Yəhya (s) və Məsihin (bakirədən) doğulması barədə söylədiklərindən ibarətdir.

İlyas peyğəmbərin ruhu və qüdrətində gələcək Yəhya peyğəmbər (s)

Daha sonra İncil (Müjdə) Yəhya (Vəftizçi Yəhya – s) barədə yazır:

“Körpə isə böyüyüb ruhən qüvvətlənirdi və İsrail xalqına görünən günədək çöldə qaldı”

Luka 1:80

Çöldə tənha yaşayan Yəhya barədə Müjdə yazır:

“Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, yeməyi çəyirtkə və çöl balı idi”

Matta 3:4

Yəhyanın (s) güclü ruhu onu kobud paltar geyinməyə istiqamətləndirdi. O, çöl yeməkləri ilə qidalanırdı. Lakin bu, təkcə onun ruhuna görə deyildi. Bu, həmçinin, əhəmiyyətli bir əlamət idi. Əhdi-Ətiqin sonunda biz gördük ki, həmin adam yolu hazırlamaq üçün ‘İlyasın ruhunda’ gələcək. İlyas Əhdi-Ətiqin əvvəlində yaşayan peyğəmbərlərdən biri olub; səhrada yaşayıb və qidalanıb, geyimi barədə isə belə deyilir:

“Tüklü bir adam idi, belinə dəri qurşaq bağlamışdı”

2 Padşahlar 1:8

Beləliklə, Yəhyanın (s) geyim və həyat tərzi onun yolu hazırlayan adam olduğuna işarə edirdi. O, İlyasın ruhunda gəlməli idi. Onun geyimi, həyat tərzi, çöl qidası Allahın sözünə uyğun gələn adam olduğunu göstərir.

İncilin tarixdəki yeri

Sonra İncil bizə deyir:

“Qeysər Tiberinin hakimiyyətinin on beşinci ili idi. O dövrdə Ponti Pilat Yəhudeyanın valisi idi. Hiroda Qalileyada, qardaşı Filip İtureya və Traxonitis bölgəsində, Lisaniya Abileniyada hökmranlıq edirdi. Xananla Qayafa baş kahin idi. O vaxt çöldə Zəkəriyyənin oğlu Yəhyaya Allahın kəlamı nazil oldu”

Luka 3:1-2

Bu sözlər Yəhyanın (s) xidmətinin başlanğıcını təsvir edir. Bu, çox vacibdir, çünki bu dövrdə mövcud olan məşhur hakimlərin adı çəkilir. Buna fikir verin. Bu bizə Müjdənin tarixi dəqiqliyini yoxlamağa imkan verir. Tədqiq etsəniz görəcəksiniz ki, Qeysər Tiberi, Ponti Pilat, Hirod, Filip, Lisaniya,  Xananla Qayafa Roma və Yəhudi  tarixçilərinin əsərlərindən çox məşhurdurlar. Hər bir hakimin vəzifəsi belə, tarixi baxımdan dəqiq qeyd olunur (məs. ‘vali’ Ponti Pilat, ‘hökmdar’ Hirod və s.). Bunun əsasında biz Müjdənin tarixi baxımdan etibarlı məlumat mənbəsi olduğunu deyə bilərik.

Qeysər Tiberi b.e.14-cü ilində hakimiyyətə gəldi. Onun hakimiyyətinin on beşinci ili idi. Yəni  b.e.29-cu ilindən başlayaraq, Yəhyaya Allahın kəlamı nazil olur.

Yəhyanın vəzi: tövbə və günahların etirafı

Yəhya nə barədə vəz edirdi? Həyat tərzi kimi, onun sözü də sadə, lakin qüdrətli və birmənalı idi. İncil deyir:

 «O günlərdə Vəftizçi Yəhya Yəhudeya çölündə vəz edərək meydana çıxdı. O belə deyirdi: “Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb”»

Matta 3:1-2

Əhdi-Ətiq peyğəmbərləri Allahın gələcək Padşahlığı barədə yazırdılar. Yəhya (s) isə Padşahlığın artıq yaxınlaşdığını deyir. 

Tövbə etməmiş adamlar Allahın Padşahlığı üçün hazır deyildi. Əslində, tövbə etməmiş adamlar Allahın Padşahlığına daxil ola bilməzdilər. Tövbə – “düşüncəni dəyişmək”; “yenidən düşünmək”; “başqa cür düşünmək” deməkdir.  Adamlar nə barədə başqa cür düşünməli idilər? Adamların Yəhyaya (s) cavablarından aydın olur ki, o, nədən tövbə etməyi onlara aydın deyirdi. İncil adamlar barədə yazır:

“Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdu”

Matta 3:6

Yadınızdadırsa,  Adəmin nümunəsi adlı məqalədə qadağan olunmuş meyvəni yeyən Adəm və Həvva:

“Rəbb Allahın hüzurundan qaçıb bağdakı ağacların arasında gizləndilər”

Yaradılış 3:8

O vaxtdan etibarən, günahı gizlətmək adəti bizim üçün çox təbii olur. Günahı etiraf etmək, tövbə etmək bizim üçün çox çətindir. Bakirənin oğlu adlı məqalədə biz gördük ki, Davud (s) və Məhəmməd (s) kimi peyğəmbərlər də öz günahlarını etiraf etmişdilər. Bu, bizim üçün çox çətindir, çünki təqsir və xəcaləti aşkar edir. Bizə bunu etmək olduqca çətindir. Lakin Yəhya (s) adamların Allahın Padşahlığı üçün hazır olmalarından ötrü tövbə etmələrinin zəruri olduğunu vəz edirdi.

Tövbə etməyən dindarlara xəbərdarlıq

Bəzi adamlar həqiqətən tövbə etdilər. Bəziləri isə günahlarını etiraf etmədilər. İncil deyir:

«Fariseylər və sadukeylərdən çoxunun vəftiz olmaq üçün onun yanına gəldiyini görən Yəhya onlara belə dedi: “Ey gürzələr nəsli! Gələcək qəzəbdən canınızı qurtarmağı sizin beyninizə kim yeridib?  İndi isə tövbəyə layiq bəhrə verin.  Ürəyinizdə “atamız İbrahimdir” deyə düşünməyin. Mən sizə deyirəm: Allah bu daşlardan İbrahimə övlad yaratmağa qadirdir. Artıq balta ağacların dibində yatır. Beləliklə, yaxşı bəhrə verməyən hər ağac kəsilir və oda atılır”» .

Matta 3:7-10

Musanın Qanunu üzrə müəllimlər farisey və sadukey adlanırdı. Onlar çox dindar idilər, Qanunda əmr edilmiş dua, oruc, qurbanlar və s. kimi digər ayin və mərasimlərə böyük diqqət yetirirdilər. Hamı bu dindar rəhbərlərin Allah adamları olduğuna əmin idi.  Yəhya peyğəmbər (s) isə onları ‘gürzələr nəsli’ adlandıraraq Allahın odlu qəzəbi barədə xəbərdarlıq edirdi! Nə üçün? Çünki ‘tövbəyə layiq bəhrə vermirdilər’, yəni əməlləri həqiqətən tövbə etdiklərini göstərmirdi. Onlar öz günahlarını etiraf etmədən şər əməllərini ört-basdır etmək üçün dini ayinləri icra edirdilər. İbrahimin (s) nəslindən olduqlarına görə tövbə edərək həyatlarını düzəltmək əvəzinə lovğalanırdılar.

Davudun tövbəsi bizim üçün nümunədir

Yəhyanın xəbərdarlığından tövbənin və günahların etirafının zəruri olduğunu görürük. Əslində, tövbə etməsək, Allahın Padşahlığına daxil ola bilmərik. Yəhyanın fariseylərlə sadukeylərə etdiyi bu xəbərdarlıqdan bizə aydın olur ki, din pərdəsinin arxasında günahı gizlətmək çox asan və təbiidir. Bəs, siz və mən necə? Bu xəbərdarlıq burada tövbəyə inadkarlıq etməməyimiz üçün yazılıb. Günahlarımızı doğrultmaq, inkar etmək və gizlətmək əvəzinə biz Davuddan (s) nümunə götürməliyik. O, Zəburda belə bir duada öz günahlarını etiraf edir:

“Məhəbbətinə görə, ey Allah, mənə rəhm et,

Bol mərhəmətinə görə qanunsuzluqlarımı sil.

Təqsirimi tamamilə yu,

Günahımdan məni təmizlə.

Çünki qanunsuzluqlarımı bilirəm,

Günahım daim gözümün qarşısındadır.

Sənə, yalnız Sənə qarşı günah işlətmişəm,

Gözündə pis sayılanı etmişəm.

Mənə görə çıxarılan hökmündə ədalətlisən,

Məni məhkum etməkdə haqlısan.

Mən doğulandan bəri günahkaram,

Ana bətnindən belə, təqsirkaram.

Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən,

Mənə daxilən hikmət öyrət.

Məni züfa ilə pak et, təmiz olum,

Məni yu, qardan da ağ olum.

Mənə şadlıq, sevinc səsini eşitdir,

Qırdığın sümüklərim xoşhallansın.

Üzünü tut, günahlarımı görmə,

Bütün təqsirlərimi sil.

Ey Allah, məndə təmiz ürək yarat,

Daxilimə yenidən sədaqət ruhunu ver.

Məni Öz hüzurundan atma,

Müqəddəs Ruhunu məndən götürmə.

Xilasının sevincini mənə qaytar,

İtaətkarlıq ruhu verib mənə dayaq ol”

Zəbur 51:1-12

Tövbənin bəhrəsi

Tövbə nəticəsində həyat dəyişir. Adamlar Yəhyaya (s) sual verdilər və İncil belə yazır:

«Camaat ondan soruşurdu: “Bəs biz nə edək?” Yəhya onlara belə cavab verdi: “İki köynəyi olan birini köynəyi olmayana versin. Həmçinin yeməyi olan adam da olmayanla bölüşsün”. Vergiyığanlar da vəftiz olunmaq üçün onun yanına gəlib soruşdular: “Müəllim, biz nə edək?” Yəhya onlara dedi: “Sizə tapşırılan məbləğdən artıq vergi yığmayın”. Bəzi əsgərlər də gəlib ondan soruşdular: “Bəs biz nə etməliyik?” Yəhya da onlara cavab verdi: “Heç kimdən zorla pul almayın, nahaq yerə ittiham etməyin, aldığınız maaşla kifayətlənin”»

luka3;10-14

Yəhya Məsih olubmu?

Yəhyanın güclü sözlərinə görə adamlar onun Məsih olub-olmadığı barədə düşünürdülər. İncil yazır:

«Xalq ümidlə gözləyirdi və hamı ürəyində Yəhya haqqında öz-özündən soruşurdu: “Görəsən bu, Məsihdirmi?”  Yəhya onların hamısına belə cavab verdi: “Mən sizi su ilə vəftiz edirəm, amma məndən daha Qüdrətlisi gəlir. Mən Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. O, sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək. Öz xırmanını sovurmaq və taxılı anbarına toplamaq üçün kürəyi əlində hazırdır. Küləşi isə sönməz odda yandıracaq”. Yəhya çoxlu başqa öyüd-nəsihət verərək xalqa Müjdəni vəz edirdi”»

Luka 3:15-18

Nəticə

Yəhya peyğəmbər (s) adamları Allahın Padşahlığına daxil olmağa hazırlamağa gəlmişdi. Bunun üçün Yəhya onlara əlavə Qanunlar vermədi, onları günahlarından tövbə etməyə çağırdı. Əslində bu, qaydalara riayət etməkdən daha çətindir, çünki tövbə xəcalət və təqsiri aşkar edir. O dövrdə yaşayan dini rəhbərlər tövbədə günahlarını etiraf etmirdilər. Onlar din altında öz günahlarını gizlədirdilər. Buna görə də Məsihi qəbul etməyə və Allahın Padşahlığını dərk etməyə hazır deyildilər. Yəhyanın (s) xəbərdarlıq sözləri bu gün bizə də aiddir. Biz də tövbədə günahlarımızı etiraf etməliyik. Bunu edəcəyikmi?

Cəbrayıl Vəftizçi Yəhyanın (Yəhya – s) gəlişini xəbər verir

Tövrat, Zəbur və qədim İsrailin dövründə yaşayan peyğəmbərlərin kitablarına artıq baxış keçirdik. Gördük ki, Əhdi-Ətiqin sonunda gələcəyə aid bütün peyğəmbərliklərin yerinə yetirilməsi gözlənilirdi

Lakin Əhdi-Ətiqin tamamlanmasından sonra 400 il keçdi. Biz İsraillilərin tarixində bir çox siyasi və dini hadisələrin baş verdiyini gördük. Onlar vədlərin yerinə yetirilməsini gözləyərkən daha peyğəmbərlik sözü olmadı. Lakin İsraillilər Böyük Hirodun hakimiyyəti dövründə Məbədi inkişaf etdirərək onu möhtəşəm tikiliyə çevirdilər. Məbəddəki ibadət, qurbanlar və dualar bütün Roma dünyasının diqqətini cəlb edirdi. Hərçənd, qəddar ürəkli və zahirə daha böyük əhəmiyyət verən dindar olsalar da, yəhudilər öz ürəklərini bütpərəstlikdən qoruyurdular, çünki əvvəllər bütpərəstlikdən çox əzab çəkmişdilər. Bu gün bu, bizdə də belədir. Dindar əməllərə və dualara baxmayaraq, adamların ürəkləri dəyişməlidir. Beləliklə, Böyük Hirodun hakimiyyətinin sonuna yaxın, təxminən, b.e.ə. 5-ci ildə, böyük bir sözü elan etmək üçün xüsusi bir elçi göndərildi.

Məryəm Surəsi (Surə 19) Məryəmə verilən xəbəri qısaca çatdırır:

«Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən (ayrılıb) şərq tərəfdə olan bir yerə çəkilmiş və (ibadət vaxtı) onlardan

(gizlənmək üçün) pərdə tutmuşdu. Biz Öz Ruhumuzu (Cəbrayılı) onun yanına göndərdik.

O, Məryəmin qarşısında tam insan surətində peyda oldu. (Məryəm) dedi: “Mən səndən ər-Rəhmana sığınıram! Əgər müttəqisənsə, (mənə toxunma)”.

(Mələk) dedi: “Mən sənə ancaq pak bir oğlan bəxş etmək üçün Rəbbinin elçisiyəm”.

(Məryəm) dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, necə mənim övladım ola bilər?”

(Mələk) dedi: “Elədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir möcüzə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. (Bu,) hökmü verilmiş bir işdir”»

Məryəm Surəsi 19:16-21

Cəbrayıl Vəftizçi Yəhyanın (Yəhya – s) gəlişini xəbər verir

Bu elçi mələk Cəbrayıl idi. Müqəddəs Kitabda Cəbrayıl yalnız Daniel (s) peyğəmbərə görünmüş (buraya baxın) və Məsihin gələcəyi vaxtı xəbər vermişdi. İndi isə Cəbrayıl Məbəddə duaya rəhbərlik edən Zəkəriyyə (s) adlı kahinin yanına gəldi. Zəkəriyyə və onun arvadı Elizavet qoca yaşlarına qədər övladsız olublar. Lakin Cəbrayıl ona İncildə (Müjdədə) qeyd olunmuş bu sözləri dedi:

«Qorxma, Zəkəriyyə! Sənin duan eşidildi. Arvadın Elizavet sənə bir oğul doğacaq. Sən də onun adını Yəhya qoy. Sən sevinib şadlanacaqsan. Çox adam onun dünyaya gəlməsinə görə sevinəcək. Çünki o, Rəbbin gözündə böyük olacaq. O, şərab və başqa kefləndirici içki içməyəcək; hələ ana bətnində olarkən Müqəddəs Ruhla dolu olacaq. O, İsrail övladlarının çoxunu Allahı Rəbb tərəfə döndərəcək. Ataların ürəklərini övladlarına, itaətsiz adamları salehlərin düşüncə tərzinə yönəltmək və Rəbbə hazırlanmış xalqı

yetişdirmək üçün İlyasın ruhu və qüdrəti ilə Rəbbin önündə gedəcək». Zəkəriyyə mələyə dedi: «Mən bunu necə bilərəm? Axı mən çox yaşlıyam, elə arvadımın da yaşı ötüb». Mələk ona cavab verdi:

«Mən Allahın önündə dayanan Cəbrayılam və səninlə danışıb bu müjdəni sənə çatdırmaq üçün göndərilmişəm. Budur, vaxtında həyata keçəcək sözlərimə inanmadığına görə bu yerinə yetən günədək sən lal olub danışa bilməyəcəksən»

Luka 1:13-20

Əhdi-Ətiqin son sözləri – Yolu hazırlaylan adam barədədir. Bu adam İlyas (s) kimi olacaq. Cəbrayıl bu xüsusi vədi xatırladır və deyir: Zəkəriyyənin (s) oğlu ‘İlyasın ruhu və qüdrəti ilə’ gələcək. O, ‘Rəbbə hazırlanmış xalqı yetişdirmək üçün’ gələcək. Bu sözün mənası budur ki, vəd nəinki unudulmayıb, lakin Zəkəriyyə ilə Elizavetin doğulacaq oğlunun həyatında icra olunacaq. Hərçənd, Zəkəriyyə inanmadığına görə bir müddət lal oldu.

Cəbrayıl bakirənin oğul doğacağını bəyan edir

Yolu hazırlayan adam xalqı Məsihin gəlişinə  hazırlamalı idi. Bir neçə ay sonra mələk Cəbrayıl Məryəm adlı bakirənin yanına göndərildi. İncil (Müjdə) bu barədə belə yazır:

«Mələk onun yanına gəlib dedi: “Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir”.

 Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. Mələk ona dedi: “Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. Sən hamilə olub bir Oğul doğacaqsan.

Onun adını İsa qoy. O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək. O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq”

Məryəm mələyə dedi: “Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm”. Mələk cavabında ona dedi: “Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq.

Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir. Çünki Allah üçün mümkün olmayan şey yoxdur”. Onda Məryəm dedi: “Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun”. Mələk onu tərk edib getdi»

Luka 1:28-38

Cəbrayılın sözlərində biz “Haqq-Taalanın Oğlu adlanacaq” oxuyuruq. Bu barədə burada daha ətraflı danışacağam. Bu məqalədə isə biz iki nəfərin doğulmasını tədqiq edəcəyik.

Yəhya peyğəmbərin (Vəftizçi Yəhyanın – s) doğulması

Hadisələr peyğəmbərlərin əvvəlcədən söylədikləri kimi baş verdi. Malaki peyğəmbər İlyasın ruhu və qüdrətində gələn adam barədə yazır, indi isə Cəbrayıl onun dünyaya gəlməsini xəbər verir. İncil yazır:

«Elizavetin doğmaq vaxtı çatdı. O, bir oğlan doğdu. Onun qohum-qonşuları Rəbbin ona böyük mərhəmət göstərdiyini eşidəndə onunla birgə sevindilər. 

Səkkizinci gün körpəni sünnət etməyə gəldilər. Ona atası Zəkəriyyənin adını qoymaq istədilər. Körpənin anası isə dedi: “Yox, onun adı Yəhya olacaq”. Ona dedilər: “Axı qohumların arasında belə adı olan bir kəs yoxdur”.

 Körpənin atasından körpəyə nə ad qoyulmasını işarə ilə soruşdular. O, bir yazı lövhəciyi istəyib yazdı: “Onun adı Yəhyadır”. Hamı heyrətə gəldi. Həmin o anda Zəkəriyyənin dili açıldı. O, Allaha alqış etməyə başladı. Qonşuların hamısı qorxuya düşdü.

Bütün bu hadisələr haqqında Yəhudeyanın dağlıq bölgəsinin hər yerində danışırdılar. Bu barədə eşidən hər bir kəs fikrə gedib deyərdi: “Bu körpə böyüyüb nə olacaq?” Çünki Rəbbin əli onun üzərində idi»

Luka 1:57-66

İsa Məsihin (s) doğulması

Yeşaya (s) peyğəmbər bu xüsusi peyğəmbərliyi əvvəlcədən söyləmişdi (buraya baxın):

“Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq”

Yeşaya 7:14

İndi isə mələk Cəbrayıl oğlanın doğulmasını bakirə Məryəmə deyir. Bu, yüzlərlə il əvvəl söylənmiş peyğəmbərliyin icrası oldu. İncil (Müjdə) İsa Məsihin (s) doğulması barədə yazır.

«Yusif də Davudun əsil-nəslindən olduğuna görə Qalileyanın Nazaret şəhərindən çıxıb Yəhudeyaya, Davudun şəhəri olan Bet-Lexemə yollandı. O oraya hamilə olan nişanlısı Məryəmlə birlikdə siyahıya alınmaq üçün getdi. Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı. O, ilk Oğlunu doğdu. Körpəni bələyib axura qoydu, çünki qonaq evində onlara yer tapılmadı.

O ərazidə sürülərinin yanında gecə növbəsini çəkən çobanlar var idi. Onlar çöldə gecələyirdi. Birdən Rəbbin bir mələyi onların qarşısında zühur etdi və Rəbbin ehtişamı onların üzərinə nur saçdı. Çobanları böyük qorxu bürüdü. Mələk onlara dedi: “Qorxmayın! Mən sizə bütün xalqı çox sevindirəcək bir Müjdə gətirmişəm. Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir. Sizə əlamət bu olacaq: axurda yatan bələnmiş Körpə tapacaqsınız”. Qəflətən mələyin yanında Allaha həmd edən çoxsaylı səmavi ordu göründü. Onlar belə deyirdi:

“Ən ucalarda Allaha izzət,

Yer üzündə Onun razı olduğu insanlara sülh olsun!”

Mələklər çobanları tərk edib göyə qalxandan sonra onlar bir-birinə dedi: “Gəlin Bet-Lexemə gedək və Rəbbin bizə bildirdiyi bu baş vermiş hadisəni görək”. Onlar tələsik getdilər. Məryəmi, Yusifi və axurda yatan Körpəni tapdılar. Çobanlar Körpəni görəndə Onun haqqında onlara nəql edilənləri bildirdilər. Bunu eşidənlərin hamısı çobanların sözlərindən heyrətə gəldi. Məryəm isə bütün bu şeyləri dərin düşünərək öz ürəyində saxlayırdı. Çobanlar bütün gördükləri və eşitdiklərinə görə Allahı izzətləndirib həmd edərək geri qayıtdılar. Çünki hər şey onlara söylənən kimi baş vermişdi.

Səkkizinci gün Körpənin sünnət olunması vaxtı gələndə Onun adını İsa qoydular. Bu ad ona ana bətninə düşməzdən əvvəl mələk tərəfindən verilmişdi»

Luka 2:4-21

Bu iki böyük peyğəmbərin vəzifəsi

Beləliklə, iki böyük peyğəmbər doğuldu. Bunların arasında yalnız bir neçə ay fərq oldu. Hər iki peyğəmbər barədə yüzlərlə il əvvəl peyğəmbərliklər olunmuşdur! Onların həyatı və sözləri necə olacaqdı? Vəftizçi Yəhyanın (s) atası Zəkəriyyə (s) hər iki uşaq barədə peyğəmbərlik edərək demişdi:

«Körpənin atası Zəkəriyyə Müqəddəs Ruhla dolub belə peyğəmbərlik etdi:

“Alqış olsun İsrailin Allahı Rəbbə! Çünki Öz xalqına nəzər salıb onları satın aldı. O, qulu Davudun nəslindən Bizə qüdrətli Xilaskar yetirdi. Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi Düşmənlərimizdən və bizə nifrət edənlərin əlindən bizi xilas etdi. Beləcə ata-babalarımıza mərhəmət göstərib Öz müqəddəs Əhdini xatırladı.

Atamız İbrahimə and içdiyi kimi Bizə elə güc verdi ki, Düşmənlərimizin əlindən qurtulub Həyatımız boyu qorxmadan Rəbbin önündə Müqəddəslik və salehliklə Ona ibadət edək. Ey körpə, sən Haqq-Taalanın peyğəmbəri adlanacaqsan, Çünki Rəbbin önündə gedəcəksən, Onun yolunu hazırlayacaqsan.

un xalqına günahlarının bağışlanması ilə Xilas olunmaları barədə bildirəcəksən. Axı Allahımızın ürəyi mərhəmətlidir, Onun bu mərhəmətinə görə Ucalarda bizim üçün Günəş doğacaq ki, Zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın, Ayaqlarımızı sülh yoluna yönəltsin”» 

Luka 1:67-79

Müqəddəs Ruhdan ilham alan Zəkəriyyə (s) İsanın (s) doğulmasını Davudun (s – vədi burada oxuya bilərsiz) və İbrahimin (s – vədi burada oxuya bilərsiz) peyğəmbərliyi ilə əlaqələndirdi. Əsrlərlə əvvəl deyilmiş Allahın peyğəmbərlik sözü yetişərək öz zirvəsinə çatdı. Bəs bu, nədən ibarət idi? Bu, düşmən olan Romalıların əlindən qurtuluşdurmu? Musa (s) peyğəmbərin Qanununu əvəz edən yeni bir Qanundurmu? Yeni din? Yeni siyasi sistem? Bunların heç biri deyil. Biz insanlar belə düşünə bilərik. Lakin Allah Öz peyğəmbərlik sözündə aydın deyir: ‘Həyatımız boyu qorxmadan Rəbbin önündə Müqəddəslik və salehliklə Ona ibadət edək’;  ‘günahların bağışlanması ilə

Xilas olunması barədə bildirəcək’ ki, “zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın, ayaqlarımızı sülh yoluna yönəltsin”. Adəmdən başlayaraq, biz hamımız düşmənçiliyə və ölümə məhkum olunmuşuq, salehliyə və günahların bağışlanmasına can atırıq. Adəm, Həvva və iblisin qarşısında Allah qadının övladı barədə  Öz niyyətini bəyan etdi. Əlbəttə ki, Allahın niyyəti bizim düşündüyümüz müharibə, düşüncə və davranış tərzindən daha üstündür. Allahın niyyəti bizim səthi deyil, ən dərində olan ehtiyaclarımızı qarşılamaqdır. Bəs, yolu hazırlayan adam və Məsih nə etməli idilər? İncilin Xoş Xəbərini öyrənməkdə davam edirik.

Tövratda həmin Peyğəmbərin Əlaməti

Musa (s) və Harun (s) peyğəmbərlər İsraillilərə 40 il rəhbərlik etdilər. Onlar Əmrləri yazdılar, qurbanları təşkil etdilər, eləcə də, Tövratda bir çox Əlamətləri təsvir etdilər. Vaxt gəldi, bu iki peyğəmbər bu dünyadan köçməli oldular. Gəlin Tövratın sonunu oxumazdan əvvəl Tövratdakı nümunələrə nəzər salaq.

Tövratdakı nümunələr

Tövratda hansı Əlamətlər var?

Tövratda qurban

Qurbanların əhəmiyyətinə və tez-tez gətirilməsinə fikir verin. Öyrəndiyimiz mövzular barədə bir daha düşünün:

Bu qurban üçün yalnız təmiz heyvan – qoç, təkə və ya öküz götürülürdü. Bir düyədən başqa, hamısı erkək idi.

Bu qurbanlar qurban təqdim edən adamları günahdan yuyurdu. Yəni qurban örtük kimi onu təqdim edən insanın təqsir və xəcalətini örtürdü. İlk qurban Adəmin dövründə kəsildi; Ona  Allahın mərhəməti ilə dəri paltar verildi. Bu dəri paltar Adəmin çılpaqlığını örtərək heyvanın ölümünü xatırladırdı. Vacib sual yaranır: Nə üçün daha qurbanlar təqdim olunmur? Cavabı daha sonra görəcəyik.

Tövratda salehlik

‘Salehlik’ sözü daim təkrar olunur. Biz bu sözə Adəmin hekayəsində rast gəldik; Allah ona ‘təqva libası daha yaxşıdır’ dedi. Biz İbrahimə salehliyin verildiyini gördük, çünki o, Allahın oğul barədə vədinə iman etdi. İsraillilər Əmrlərə riayət edəndə salehliyi əldə edirdilər – lakin onlar bu əmrlərə həmişə və tam itaət etməli idilər.

Tövratda cəza

Biz həmçinin gördük ki, Əmrləri yerinə yetirməməyin nəticəsi Allahın cəzasıdır. Bu, Adəmdən başladı, Adəm cəmi bir dəfə itaətsizlik edərək cəzalandı. Cəza həmişə ölümlə nəticələnir. Ya günah etmiş insan özü ölür, ya da, onun əvəzinə qurban təqdim olunan heyvan ölür. Növbəti deyilənlər barədə düşünün:

  • Adəmin vaxtında dəri səbəbi ilə qurban təqdim olunan heyvan öldü.
  • Habilin vaxtında – onun qurban təqdim etdiyi heyvan öldü.
  • Nuhun vaxtında adamlar su daşqını zamanı öldü. Su daşqınından sonra Nuh özü qurban təqdim etdi; həmin qurban heyvanı öldü.
  •  Lutun vaxtında Sodom və Homorra əhalisi cəzalanaraq öldü. Lutun arvadı da öldü.
  •  İbrahimin oğlu qurban təqdim ediləndə ölməli idi, lakin onun əvəzinə bir qoç öldü.
  • Pasxa günü (firon və digər imansızların ailəsində) ya ilk oğul öldü, ya da qanı qapı taxtasına sürtülən qurban quzusu öldü.
  • Qanuna görə, Kəffarə günündə ya təqsirkar adam ölməli, ya da onun günahına görə bir təkə qurban təqdim olunaraq ölməli idi.

Bu, nə deməkdir? Davam edərkən görəcəyik. İndi Musa ilə Harun (s) Tövrat Kitabını tamamlayırlar. Tövratın sonunda onlar Allahdan gələn iki vacib sözü qeyd edirlər. Bu sözlərin hər ikisi gələcəyə aiddir və bu gün də, hər birimiz üçün vacibdir: gələcək Peyğəmbər və gələcək Lənət və xeyir-dualar. İndi biz burada Peyğəmbərə nəzər salacağıq.

Gələcək Peyğəmbər

Sina Dağında Allah lövhələri  verəndə möhtəşəm qüdrətini nümayiş etdirdi. Tövrat bunu belə təsvir edir:

“Üçüncü günün səhəri açılanda göy gurultusu, şimşəklər, dağ üzərində qatı bir bulud və çox uca şeypur səsi oldu. Düşərgədə olan bütün xalq titrədi. Allahı qarşılamaq üçün Musa xalqı ordugahdan apardı və onlar dağın ətəyində durdular. Bütün Sina dağı tüstü içində idi, çünki Rəbb onun üzərinə alov içərisində enmişdi. Bütün dağ kürənin verdiyi tüstü kimi tüstülənirdi, bərk titrəyirdi”

Çıxış 19:16-18

Adamlar qorxu ilə doldular. Tövrat deyir:

“Bütün xalq göy gurultusunu, şimşəkləri, şeypur səsini, dağın tüstülənməsini eşidib görəndə qorxub sarsıldı və uzaqda durdu. Musaya dedilər: «Sən bizimlə danış, biz də eşidək. Qoy Allah bizimlə danışmasın, yoxsa ölərik»”

Çıxış 20:18-19

Bu, Musanın (s) xalqa 40 illik rəhbərlik etdiyi dövrün əvvəlində baş verdi. Həmin dövrün sonunda Allah Musa (s) peyğəmbər ilə danışanda bunu ona xatırlatdı, adamların qorxduqlarını onun yadına saldı və gələcəyə aid vəd etdi. Musa (s) Tövratda yazır:

Allahınız Rəbb sizin üçün aranızdan, digər İsrail övladlarınız arasından mənim kimi bir peyğəmbər yetişdirəcəkdir. Ona qulaq asmalısan. Yığıncaq günü Xorebdə (yəni Sinayda) Allahınız Rəbdən soruşdunuz: “Allahımız Rəbbin səsini eşitməyək və bu böyük atəşi görməyək, yoxsa öləcəyik. ”

Rəbb mənə dedi: «Onların dedikləri yaxşıdır. İsrail övladlarının arasından sizin kimi bir peyğəmbər yetişdirəcəyəm və sözlərimi onun ağzına soxacağam. Ona əmr etdiyim hər şeyi onlara söyləyəcəkdir. Mən özüm peyğəmbər mənim adımdan söylədiyi sözlərə qulaq asmayan hər kəsə cavab verəcəyəm. Ancaq mənim adımdan əmr etmədiyim bir şeyi danışmağı düşünən bir peyğəmbər və ya başqa tanrıların adından danışan bir peyğəmbər öldürülməlidir. ”

 “Axı bu sözün Rəbdən olub-olmadığını necə bilək?” deyə düşünə bilərsiniz. Əgər bir peyğəmbər Rəbbin adından danışanda dediyi söz həyata keçməzsə yaxud düz çıxmazsa, bilin ki, onu Rəbb söyləməmişdir. O peyğəmbərin dediklərinin səlahiyyəti yoxdur. Ondan qorxmayın”

Qanunun Təkrarı 18:15-22

Allah adamlarda Özünə qarşı müvafiq hörmət görmək istəyirdi. Beləliklə, Lövhədə Əmrləri verəndə elə etdi ki, xalq böyük qorxu ilə doldu. Burada isə keçmişə baxaraq gələcək Peyğəmbər barədə danışır. Bu, Musa (s) peyğəmbər kimi İsraillilərin arasından çıxacaq. Sonra iki göstəriş verilir:

  1. Adamlar gələcək Peyğəmbərə fikir verməsələr Allah Özü onları cəzalandıracaq.
  2. Allahın peyğəmbər vasitəsilə danışdığını təsdiqləmək üçün onun sözləri gələcəyə aid olmalı və gələcəkdə yerinə yetirilməli idi.

Birinci göstərişə görə, Musa (s) peyğəmbərdən sonra təkcə bir peyğəmbər gəlməyəcək. Elə bir qeyri-adi peyğəmbər gələcək ki, ona mütləq qulaq asmalıyıq, çünki onun xüsusi vəzifəsi olacaq; o, Allahın xüsusi sözlərini deyəcək. Gələcəyi yalnız Allah bilir. Heç bir insan, əlbəttə ki, gələcəyi bilmir. Buna görə də, ikinci göstəriş peyğəmbərlik sözünün Allahdan olub-olmadığını müəyyən etmək üçün adamlara verilmişdir. Musa (s) peyğəmbərin sözlərinə görə, bu ikinci göstəriş İsraillilərə onların gələcəyini bilmək imkanını verir. Bu,  İsraillilərə veriləcək xeyir-dua və lənətlər  bölməsində qeyd olunur və bu sözlərlə Tövrat bitir.

Bəs, gələcək Peyğəmbər? O, kim idi? Bəzi alimlər bu sözlərin Məhəmməd (s) peyğəmbərə aid olduğunu deyirlər. Lakin fikir verin ki, Musa (s) həmin peyğəmbər haqqında demişdi: “Allahınız Rəbb sizin üçün aranızdanöz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək– yəni yəhudilərdən. Beləliklə, bu, Məhəmməd (s) peyğəmbərə aid edilə bilməz. Digər alimlər bu sözlərin İsa Məsihə (s) aid olub-olmadığı barədə fikirləşirlər. İsa Məsih yəhudi olub və  böyük səlahiyyətlə öyrədib, sanki Allah Özü onun dili ilə danışıb. İsa Məsihin (s) gəlişi əvvəlcədən deyilib. Bu barədə İbrahimin qurbanı, Pasxa zamanı və həmçinin, “Allahın sözləri dilində olan” bu Peyğəmbərin gələcəyi barədə deyiləndə qeyd edilib.