Yusif kim olub? Onun ibrəti nədir?

Yusif Surəsi (Surə 12) Həzrət  Yusifin hekayəsini təsvir edir. Həzrət Yusif Yaqubun oğlu olub; Həzrət  Yaqub – Həzrət  İshaqın, Həzrət  İshaq isə Həzrət  İbrahimin oğludur. Yaqubun on iki oğlu olub, oğullarından biri Yusif idi. Yusifin on bir qardaşı ona qarşı pis niyyətlə birləşdilər. Bu hekayə ilk dəfə Musanın Tövratında 3500 il bundan əvvəl qeyd olunmuşdu. Tövratdakı bütün hekayə buradadır. Yusif Surəsindən (Surə 12) olan hekayə buradadır. Yusif Surəsi bizə bunun, sadəcə, bir hekayə olmadığını deyir:

Sözsüz ki, Yusif və onun qardaşlarının (hekayətində) soru­­şanlar üçün ibrətlər vardır

Yusif Surəsi 12:7

Yusif və onun qardaşları barədə hekayədə bizim üçün ibrət nədir? Biz bu hekayəni həm Tövratdan, həm də Yusif Surəsindən oxuyaraq bu ibrətləri öyrənəcəyik.

Qarşısında səcdə…?

Bir Əlamət atası Yaquba Yusifin danışdığı yuxusudur:

Bir zaman Yusif atasına dedi: “Atacan! Mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm”

Yusif Surəsi 12:4

Hekayənin sonunda biz oxuyuruq:

O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar (hamısı) onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O, mənə lütf etdi. O, məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan (yanıma) gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir

Yusif Surəsi 12:100

Bütün Quranda ‘səcdə’ sözü dəfələrlə təkrar olunur, lakin bunların hamısı duada, Kəbədə, hər şeyə Qadir olan Allaha səcdəyə və ya Allahın möcüzələrinə aiddir (məsələn, Misirin cadugərləri və Musanın hekayəsində). Burada isə insanın (Yusifin) qarşısında ‘səcdə’dən söhbət gedir. Yalnız bir dəfə mələklərə Həzrət Adəmin qarşısında səcdə etmək əmr olunur  (Ta-Ha Surəsi 116 və Ərəf Surəsi 11). Lakin mələklər insan deyil; adamlara verilən qayda Rəbbin qarşısında səcdə etməkdir.

Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edərək yaxşı işlər görün ki, bəlkə nicat tapasınız

Həcc Surəsi 22:77

Yusif niyə istisna oldu? Atası Yaqub və onun qardaşları nə üçün Yusifin qarşısında səcdə etdilər?

Bəşər Oğlu

Historical Timeline showing Prophet Daniel and other prophets of Zabur

Historical Zaman xətti Daniel peyğəmbər və Əhdi-Ətiqin digər peyğəmbərləri

Müqəddəs Kitabda da yalnız Allahın qarşısında səcdə etmək, yalnız Ona ibadət etmək əmri verilir. Lakin burada da istisna var. Daniel peyğəmbər görüntüdə gələcəyi – Allahın Padşahlığının qurulmasını və ‘Bəşər Oğlu’nu gördü.

Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi. Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq”

Daniel 7:13-14

Yusifin ailəsi Yusifə səcdə etdiyi kimi, görüntüdə adamlar ‘Bəşər Oğlu’na baş əyirlər.

Peyğəmbər İsa Məsih (s)  çox vaxt Özü barədə ‘Bəşər Oğlu’ deyirdi. O, Öz təlimində, verdiyi şəfalardatəbiətin üzərində böyük səlahiyyətə malik idi. Lakin O, Danielin röyada gördüyü kimi, “göyün buludları ilə” gəlmədi. Səbəb həmin röyanın gələcəyə aid olmasındadır, birinci gəlişindən sonra baş verəcək ikinci gəlişinə aiddir. O, (Həzrət Adəmə deyildiyi kimi) Dəccalı məhv etmək üçün bir daha yer üzünə gələcək və Allahın Padşahlığını quracaq.

Birinci gəlişi zamanı O, bakirə Məryəmdən doğulduAllahın Padşahlığı üçün adamlarını satın aldı. Daha sonra O, Özü barədə Bəşər Oğlu kimi buludların üzərində gələcəyi və adamları ayıracağı barədə danışırdı. Yusifin qardaşları Yusifin qarşısında səcdə etdikləri kimi, İsa Məsih də bütün millətlərin qarşısına səcdə ilə gələcəyini gördü. Məsih öyrədirdi:

Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq. Bütün millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən ayıracaq. Qoyunları sağına, keçiləri isə soluna qoyacaq.

 O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın. Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz; çılpaq idim, Məni geyindirdiniz; xəstə idim, qayğımı çəkdiniz; zindanda idim, yanıma gəldiniz”. Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su verdik?  Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik? Nə vaxt Səni xəstə və ya zindanda görüb yanına gəldik?” Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”.

O zaman solundakılara deyəcək: “Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın! Çünki ac idim, Mənə yemək vermədiniz; susamışdım, Mənə su vermədiniz; qərib idim, Məni qəbul etmədiniz; çılpaq idim, Məni geyindirmədiniz; xəstə və zindanda idim, qayğımı çəkmədiniz”. Onda onlar da cavab verib deyəcəklər: “Ya Rəbb, Səni nə vaxt ac, susamış, qərib, çılpaq, xəstə və yaxud zindanda gördük ki, Sənə xidmət etmədik?” O zaman onlara cavab verib deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçiklərdən birinə etmədiyinizi Mənə etməmiş oldunuz”. Bunlar əbədi əzaba, salehlərsə əbədi həyata gedəcək»

Matta 25:31-46

Həzrət Yusif və İsa Məsih

Qarşısında başqa adamların səcdə etməsindən başqa, Həzrət Yusif və İsa Məsih digər oxşar hadisələri yaşadılar. Bu oxşarlığa fikir verin:

Həzrət Yusifin həyatındakı hadisələr İsa Məsihin həyatındakı hadisələr
İsrailin on iki qəbilə başçıları olan Yusifin qardaşları Yusifə nifrət edərək onu rədd etdilər. Bütün yəhudi xalqı İsa Məsihə nifrət edərək Onu Məsih kimi rədd etdilər.
Yusif qardaşlarının ona səcdə edəcəklərini söyləyir. İsa Məsih Öz qardaşlarının (yəhudilərin) Ona səcdə edəcəkləri barədə (Mark 14:62) söyləyir.
Atası Yaqub Yusifi qardaşlarının yanına göndərir, lakin qardaşları onu rədd edərək ona qarşı sui-qəsd hazırlayır, onu öldürmək istəyirlər. Atası İsa Məsihi qardaşları olan yəhudilərin yanına göndərir, “amma soydaşları Onu qəbul etmədi” (Yəhya 1:11); “İsanı öldürməyi qərara aldılar” (Yəhya 11:53).
Onlar Yusifi quyuya saldılar. İsa Məsih “əvvəlcə aşağılara, yer üzünə də enmişdi”.
Yusifi satdılar və öldürmək üçün özgə adamların əlinə verdilər. İsa Məsihi satdılar və öldürmək üçün özgə adamların əlinə verdilər.
O, uzağa aparıldı; atası və qardaşları onun öldüyünü zənn edirdilər. İsrail xalqı və Onun qardaşları olan yəhudilər İsa Məsihin hələ də ölü olduğunu zənn edirlər.
Yusif qul olaraq alçaldıldı. İsa Məsih özünü “qul surətinə sal”dı və “özünü aşağı tutdu və ölümə qədər itaət göstərdi” (Filipililərə 2:7).
Yusifə günah etməsi barədə böhtan atdılar. Yəhudilər Onu nahaq yerə “çox şeydə ittiham edirdilər” (Mark 15:3).
Yusif qul olaraq həbs olundu; zindanda o, bəzi məhbusların zülmətdən azad olmasını əvvəlcədən gördü.  İsa Məsih “…Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün, əsirlərə azadlıq, dustaqlara sərbəstlik elan etmək üçün…” göndərilmişdi (Yeşaya 61:1).
Yusif Misirin taxtına qalxır, bütün qüvvələrdən üstün olur, yalnız firona tabe olur. Onun qarşısında adamlar səcdə qılırdılar. “Allah Onu (Məsihi) çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin…” (Filipililərə 2:10-11).
Qardaşları onu ölü hesab etsələr də, millətlər Yusifin yanına gəlir, o isə onları çörəklə təmin edirdi. Yəhudi qardaşları (soydaşları) Onu rədd edərək ölü hesab etsələr də, millətlər İsa Məsihin yanına gəlib yalnız Onun təmin edə biləcəyi həyat çörəyini alırlar.
Yusif öz qardaşlarının xəyanəti barəsində deyir (Yaradılış 50:20). İsa Məsih yəhudi soydaşlarının xəyanəti barəsində deyir ki, bu, Allahın niyyətidir və çoxlu adamların həyatını xilas edəcəyini deyir (Yəhya 5:24).
Onun qardaşları və millətlər Yusifin qarşısında səcdə qılır. Daniel Bəşər Oğlu barədə peyğəmbərlik edir: “Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin”.

Bir çox təsvirlər və bir çox əlamətlər

Demək olar ki, Tövratın bütün qədim peyğəmbərlərinin həyatları İsa Məsihin həyatının təsviri olub. Bu, Məsihin gəlişindən yüzlərlə il əvvəl baş vermişdir. Bu, bizə göstərir ki, Məsihin gəlişi həqiqətən, Allahın planında olub. Bu, bir insan fikri deyil, çünki insanlar uzaq gələcəyi bilmirlər.

Həzrət Adəmdən başlayaraq, Məsih barədə peyğəmbərliklər olub. Müqəddəs Kitab deyir ki, Həzrət  Adəm

… o gələcək İnsanın əvvəlcədən göstərilən təsviri idi (yəni İsa Məsihin).

Lakin Adəmdən Musaya qədər ölüm hamıya, hətta Adəmin əmri pozmasına bənzər bir günah etməyənlərə də hökmranlıq etdi. Adəm o gələcək İnsanın əvvəlcədən göstərilən təsviri idi”

Romalılara 5:14

Axırda qardaşları Yusifə səcdə etsə də, onun həyatını səciyyələndirən qardaşlarının inkarı, onun qurbanı və qardaşlarından ayrı düşməsi olub. Məsihin qurbanı həmçinin İbrahim peyğəmbərin qurbanında əks etdirilir. Yusifdən sonra Yaqubun on iki oğlundan İsrail xalqının on iki qəbiləsi törəndi; Musa peyğəmbər (s) onları Misirdən çıxartdı. Misirdən çıxış da  Məsihin qurbanına bir işarə olub. Əslində, Tövratda  Məsihin gəlişindən min illərlə əvvəl bir çox Əlamətlər qeyd olunur. Zəbur və digər peyğəmbərlər Məsihin gəlişindən yüz illərlə əvvəl təfsilatları yazıblar.  Məsihin xalq tərəfindən rədd edilməsi Əzab çəkən Qul haqqında peyğəmbərlikdə təsvir edilir. Heç bir insan gələcəyə baxıb yüz illər sonra baş verənləri söyləyə bilməz. Bu peyğəmbərlər Allah tərəfindən ilham almasaydılar, bu təfsilatları haradan bilərdilər? Onlar Allahdan ilham almışdılarsa, onda İsa Məsihin inkar edilməsi və qurbanı Allahın planında olub.

Məsihin gəlişinə aid bu təsvir və peyğəmbərliklərin əksəriyyəti qurbanın səbəbini izah edir:  adamların Allahın Padşahlığına daxil olması və satın alınması üçün Məsih Özünü qurban verdi.

Yusifin nümunəsi, həmçinin uzaq gələcəyə işarə edir; Allahın Padşahlığı başlayacaq və İsa Məsih yer üzünə qayıdanda bütün millətlər Onun qarşısında səcdə qılacaq. İndi yaşadığımız dövrdə bütün adamlar Allahın Padşahlığına dəvət olunurlar. Gəlin  Məaric Surəsində təsvir olunan axmaq adam kimi olmayaq; o, Xilaskarı tapmaq üçün Qiyamət Gününə qədər ləngidi və daha gec oldu. Məsihin sənə həyat təklif etməsi barədə daha çox öyrənin.

Məsih Öz gəlişi barədə öyrədirdi:

O zaman Səmavi Padşahlıq çıraqlarını götürüb bəyin qarşısına çıxan on qıza bənzəyəcək. Onlardan beşi ağıllı, beşi isə ağılsız idi. Ağılsızlar özləri ilə çıraqlarını götürmüşdü, amma yağ götürməmişdi. Ağıllılarsa çıraqları ilə birgə qablarda yağ da götürmüşdü. Lakin bəy gecikdiyindən hamısını yuxu basdı və onlar yatdı. Amma gecə yarısı bir qışqırıq qopdu: “Budur, bəy gəlir, onu qarşılamağa çıxın!” O zaman o qızların hamısı durub öz çıraqlarını düzəltdilər. Ağılsızlar ağıllılara dedi: “Yağınızdan bizə də verin, çünki çıraqlarımız sönür”.  Ağıllılarsa cavab verib dedilər: “Belə olmasın ki, yağ nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız”. Onlar yağ satın almağa getdikləri zaman bəy gəldi. Hazır olanlar onunla toy məclisinə girdilər və qapı bağlandı. O biri qızlar da sonradan gəlib “Ağa! Ağa! Qapını bizə aç!” dedilər. O isə cavab verib dedi: “Sizə doğrusunu deyirəm: sizi tanımıram”. Beləliklə, oyaq olun. Çünki siz nə günü, nə də saatı bilirsiniz.

Səmavi Padşahlıq səyahətə çıxan bir adama bənzəyir. O, qullarını çağırıb əmlakını onlara əmanət etdi. O hər birinə öz qabiliyyətinə görə – birinə beş, birinə iki, birinə də bir talant verdi və yola düşdü. Beş talant alan dərhal gedib bunları sərmayəyə qoydu, daha beş talant qazandı. İki talant alan da beləcə daha iki talant qazandı. Bir talant alansa gedib torpağı qazdı və ağasının pulunu gizlətdi.

Uzun zamandan sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi. Beş talant alan gəlib daha beş talant gətirərək dedi: “Ağa, sən mənə beş talant əmanət etdin. Budur, mən daha beş talant qazandım”. Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”

İki talant alan da gəlib dedi: “Ağa, mənə iki talant əmanət etdin. Budur, mən daha iki talant qazandım”. Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”

Bir talant alan da gəlib dedi: “Ağa, sənin sərt bir adam olduğunu bilirdim. Əkmədiyin yerdən biçərsən, səpmədiyin yerdən yığarsan.  Ona görə qorxdum, gedib sənin talantını torpaqda gizlətdim. Buyur, öz malını geri götür!” Ağası isə cavab verib ona dedi: “Pis və tənbəl qul! Mənim əkmədiyim yerdən biçdiyimi və səpmədiyim yerdən yığdığımı bilirdinmi? Onda gərək mənim pulumu sərraflara verəydin ki, mən qayıdanda onu faizlə geri alım. İndi əlindəki talantı ondan alın və on talantı olana verin! Çünki kimin varıdırsa, daha çox veriləcək və o, bolluq içində olacaq, kimin yoxudursa, əlində olan da ondan alınacaq. Yaramaz qulu isə qaranlıq çölə atın. Orada ağlaşma və diş qıcırtısı olacaq”

Matta 25:1-30