İlyas peyğəmbər kim olub? Bu gün o bizə necə istiqamət verə bilər?

İlyas peyğəmbərin adı Ənam və Saffat Surələrində üç dəfə çəkilir:

“Zəkəriyyəni, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər”

Ənam Surələri 6:85

“Şübhəsiz ki, İlyas da elçilərdəndir. Bir zaman o, öz qövmünə demişdi: “Məgər qorxmursunuz? Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ yalvarırsınız – həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi olan Allahımı (tərk edirsiniz)?” Onlar onu yalançı saydılar. Ona görə də hamısı (Cəhənnəmə) gətiriləcəkdir. Yalnız Allahın seçilmiş (səmimi) qullarından başqa. Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq. İlyasinə salam olsun! Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən, o, Bizim mömin qullarımızdandır”.

Saffat Surələri 37:123-132

Müqəddəs Kitabın peyğəmbərlərindən biri olduğuna görə İlyasın da adı Yəhya və İsa Məsihlə bərabər çəkilir. Qeyd etdiyimiz kimi, İlyas Baal bütünün peyğəmbərlərinə qarşı çıxmışdı. Bu, Müqəddəs Kitabda burada ətraflı təsvir olunur. İndi biz (Saffat Surəsinin vəd etdiyi kimi, “sonradan gələnlər”) İlyasın xeyir-duasına nəzər salacağıq.

İlyas və Baal bütünün peyğəmbərləri

İlyas Baal bütünün 450 peyğəmbərinə qarşı çıxan sərt insan olub. O, bu qədər adama necə qarşı çıxa bildi? Müqəddəs Kitabda yazılana görə o, ağılla bir sınağı təşkil etdi. Həm İlyas, həm də Baal bütünün peyğəmbərləri heyvan qurban təqdim etməli, lakin qurbanı yandırmaq üçün alov gətirməməli idilər. Hər kəs göydən alov endirməsi üçün öz Allahına dua etməli idi. Qurbana göydən alov göndərən Allah həqiqi, Var olandır. Beləliklə, bu 450 peyğəmbərlər bütün gün ərzində Baalı çağırdılar və göydən qurbana alov göndərməsi üçün yalvardılar, lakin alov gəlmədi. Daha sonra tək İlyas Yaradana göydən qurbana alov göndərməsi üçün dua etdi və dərhal göydən alov gəldi, bütün qurbanı yandırdı. Bu sınağın şahidi olanlar həqiqi Allahın və yalançı bütün kim olduğunu bildilər. Baalın yalanı üzə çıxdı.

Biz bu sınağın şahidi olmamışıq, lakin peyğəmbərin Allahdan gəlib-gəlmədiyini öyrənmək üçün İlyas kimi bunu sınaya bilərik. Sınaq elə olmalıdır ki, yalnız Allah və onun elçisi sınaqdan keçə bilsin, bütə sitayiş edən peyğəmbərlər isə sınaqdan keçməyəcəklər.

İlyasın sınağı bu gün

İlyasdan nümunə götürərək bunu necə sınamaq olar?

Nəcm Surəsi bizə deyir:

“Axirət də, dünya da Allahındır”

Nəcm Surəsi 53:25

Axirəti əvvəlcədən yalnız Allah bilir. Adamlar gələcəyi əvvəlcədən bilmir; yalnız hadisələr baş verəndən sonra bilirlər. Buna görə də gələcəyi söyləmək sınağı bizə yarayır. Heç bir insan və ya büt bunu edə bilməz. Gələcəyi yalnız Allah bilir.

Bir çox adam peyğəmbər İsa Məsihin (s) İncildə dediyi sözlərin Allahdan olub-olmamasına şübhə edirlər, bu sözlərin ağıllı adamlar tərəfindən yazıldığını düşünürlər. Bu suala cavab vermək üçün İlyasın sınağını keçirə bilərik. Tövrat, Zəbur və peyğəmbərlərin kitabları İsa Məsihdən (s) yüz illərlə, hətta min illərlə əvvəl yazılmışdır. Bunlar yəhudi peyğəmbərlər tərəfindən yazılmış kitablardır və buna görə də, ‘xristianların’ yazıları deyil. Bu qədim əlyazmalar İsa Məsihin həyatındakı hadisələr barədə dəqiq peyğəmbərliklər edirlərmi? Burada Tövratın peyğəmbərlikləri barədə oxuya bilərsiz. Burada Zəburun və sonrakı peyğəmbərlərin kitablarındakı peyğəmbərliklər barədə oxuya bilərsiz. İlyas kimi özünüz sınayıb yoxlayın: peyğəmbər İsa Məsih (s) haqqında İncilin yazdıqları həqiqətən Allahdandır, yoxsa adamlar İncili təhrif ediblər?

Ənam Surəsi Yəhya və İsa Məsih ilə bərabər İlyasın da adını çəkir. Maraqlıdır ki, Əhdi-Ətiqin sonuncu Kitabında İlyasın yer üzünə gələcəyi və adamları Məsihin gəlişinə hazırlaması haqqında yazır. İncildə  İlyas kimi gələn Yəhya peyğəmbər barədə oxuyuruq. O, adamların səhv həyat tərzinə qarşı çıxdı və onları  Məsihin gəlişinə hazırladı. Yəhya və Məsihlə bərabər İlyas haqqında da peyğəmbərliklər edilib.