İsa Məsihdən həyat hədiyyəsini qəbul etməyin yolu

Peyğəmbər İsa Məsihin (s) sonuncu həftəsini ətraflı araşdırdıq. İncil yazır ki, O,  6-cı gün – Xoş Cümə günündə çarmıxa çəkildi və  növbəti olan Bazar günü dirildi. Bu barədə Tövrat , Zəbur və Peyğəmbərlərin kitabları əvvəlcədən söyləyir. Bəs bu, nə üçün baş verdi? Bu gün sizə və mənə bunun nə xeyri var? Gəlin görək peyğəmbər İsa Məsih bizə nə təklif edir və biz mərhəməti və bağışlanmanı necə qəbul edə bilərik. Bunu bilsək, Saffat Surəsində təsvir olunan (Surə 37) İbrahimin qurbanını, Fatihə Surəsində (Surə 1) ‘bizi doğru yola yönəlt’ duasının mənasını başa düşərik. Həmçinin ‘Müsəlman’ sözünün mənası nə üçün ‘təslim olan’dır? Nə üçün dəstəmaz, zəkat və halal yemək kimi dini şərtlər yaxşıdır, lakin Mühakimə Günü üçün kifayət deyil?

Pis xəbər – bizim Allah ilə münasibətlərimiz barədə peyğəmbərlər nə yazır

Tövrat Allahın insanı yaratması barədə belə yazır:

“Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı.”

Yaradılış 1:27

“Surətində” fiziki mənada deyil, Allaha emosional, düşüncə, ünsiyyət və ruhani cəhətdən bənzəmək deməkdir. Biz Allah ilə ünsiyyətdə olmaq üçün yaradılmışıq. Biz bu münasibəti növbəti rəsmdə aydın görə bilərik. Uca Hakim olan Yaradan Allah yuxarıda, kişi və qadın isə şəkildə aşağıda yerləşdirilib, çünki biz fani məxluqlarıq. Allah ilə münasibət ox işarələri ilə göstərilir.

Adamlar Yaradan Allah ilə münasibətdə olmaq üçün Allahın surətində yaradıldılar 

Allahın xasiyyəti mükəmməldir. O, müqəddəsdir. Zəbur yazır:

“Sən pislikdən xoşlanan Allah deyilsən, Şər Sənin yanına gəlməz. Təkəbbürlülər hüzurunda dayana bilməz, Bütün şər iş görənlərə nifrət edirsən”

Zəbur 5:4-5

Adəm yalnız bircə dəfə itaətsizlik etdi və Allahın müqəddəsliyi Adəmi məhkum etməyi tələb etdi. Tövrat və Quran yazır ki, Allah insanı öləri etdi və Öz hüzurundan qovdu. Həmin vəziyyət bizə də aiddir. Biz günah edəndə və Allaha istənilən cəhətdən itaətsizlik edəndə Allaha hörmətsizlik etmiş oluruq, çünki biz yaradıldığımız surətə uyğun hərəkət etmirik. Allah ilə münasibətlərimiz pozulub. Nəticədə bizimlə Yaradan Allah arasında dəfedilməz divar yaranır.

Günahlarımız bizimlə müqəddəs Allah arasında dəfedilməz divar yaradır

Günahın yaratdığı divarı aşmaqda din kömək edirmi

Bir çoxumuz Allah ilə aramızda olan maneəni din vasitəsilə aradan qaldırmağa çalışırıq. Xeyirxah əməllərlə bu divarı aşmağa çalışırıq. Dualar, oruc, Həcc, məscidə getmək, zəkat, sədəqə – bütün bunlar növbəti şəkildə göstərildiyi kimi, divardan aşmağın cəhdləridir. Dini xeyirxahlığımızın bəzi günahları yox etdiyinə ümid edirik. Xeyirxah işlərimiz kifayət qədər çox olsa bütün günahlarımızdan azad ola bilərik və mərhəmətlə bağışlanmanı əldə edə bilərik.

Allah qarşısında layiq olmaq üçün xeyirxah əməllərlə divarı aşmağa çalışırıq

Görəsən, günahdan azad olmaq üçün nə qədər xeyirxah işlər görməliyik? Xeyirxah əməllərimizin günahlarımızı silmək və Allah ilə bizim aramızda divarı aradan qaldırmaq üçün kifayət olduğunu necə biləcəyik? Saleh niyyətlə olan cəhdlərimiz  kifayətdirmi? Biz əmin deyilik və buna görə də mümkün qədər çox cəhd edirik; Mühakimə Günündə kifayət qədər çox xeyirxah işlər görəcəyimizə ümidvarıq.

Layiq olmaq üçün xeyirxah işlər görmək cəhdlərdən başqa xoş niyyətlə cəhdlər edirik, çoxlarımız təmiz olmaq üçün çox çalışır. Biz duadan qabaq böyük səylə dəstəmaz alırıq. Bizi murdarlaya bilən adamlardan, əşyalardan və qida məhsullarından uzaq olmağa çalışırıq. Lakin peyğəmbər Yeşaya dedi:

“Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir. Hamımız yarpaq kimi soluruq, Şər əməllərimiz bizi külək tək sovurub-aparır.”

Yeşaya 64:6

Peyğəmbər bizə deyir ki, hətta bizi murdarlayan bütün şeylərdən uzaq dursaq belə, günahlarımız “bütün saleh əməllərimizi murdar əskiyə” bənzədir. Bu, pis xəbərdir. Lakin vəziyyət bundan da pisdir.

Daha pis xəbər: günah ilə ölümün gücü

Musa peyğəmbər (s) Qanunun tələbini aydın söylədi: tam itaət tələb olunur. Qanun heç vaxt “əmrlərin çoxuna riayət etməyə çalış” deməyib. Əslində Qanun dəfələrlə qeyd edir ki, günahın cəzası ölümdür.  Nuhun (s) dövründə və  Lutun (s) arvadı  məsələsində də günahın ölümlə nəticələndiyini gördük.

İncil bu həqiqəti belə söyləyir:

Günahın əvəzi ölümdür…

Romalılara 6:23

“Ölüm” sözünün hərfi mənası ‘ayrılıq’ deməkdir. Can bədəndən çıxanda insan fiziki cəhətdən ölür. Eyni ilə biz indi Allahdan ruhani cəhətdən ayrıyıq və buna görə də Onun gözündə ölü və natəmizik.

Bunun günahdan azad olmaq üçün xeyirxah əməllərlə layiq olmağa ümidin problemini üzə çıxarır. Məsələ bundadır ki, bizim cəhdlərimiz, xeyirxah işlərimiz, xoş niyyətlərimiz, əməlisalehliyimiz pis olmasa da, kifayət deyil, çünki günah əvəzində ölüm tələb edir. Yalnız ölüm bu divarı aşmağı mümkün edir, çünki bu halda, Allahın ədaləti qane olur. Layiq olmaq cəhdlərimiz xərçəng xəstəliyini halal qida ilə sağaltmaq cəhdlərinə bənzəyir (nəticəsi ölümdür). Halal qida pis deyil, yaxşıdır – və insan halal qidalanmalıdır – lakin bu, xərçəng xəstəliyini sağalda bilməz. Xərçəng üçün sizə tamamilə başqa şey – xərçəng hüceyrələrini öldürən bir müalicə gərəkdir.

Beləliklə, dini cəhətdən layiq olmaq üçün bütün cəhdlərimizə və xoş niyyətlərimizə baxmayaraq, Allahın gözündə biz əslində meyit kimi ölü və natəmizik.

Günahımızın nəticəsi ölümdür – Allah qarşısında biz natəmiz cəsədlər kimiyik

İbrahim doğru yolu göstərir

Peyğəmbər İbrahimlə (s) bu, başqa cür oldu.  ‘İbrahim Allaha iman etdi və bu, ona salehlik sayıldı’. İbrahim saleh əməllərinə görə deyil, iman etdiyinə və ona vəd edən Allaha etibar etdiyinə görə saleh oldu. Layiq olmaq cəhdləri əvəzinə o, lazım olan əvəzi təmin edən Allaha etibar etdi. Biz bunu İbrahimin oğlu əvəzinə Allahın qurbanlıq quzunu təmin etməsi barədə məqalədə gördük.

İbrahimə doğru yol göstərildi və o, vəd verən Allaha etibar etdi və Allah ölmək üçün qurbanı təmin etdi

Quran bu barədə Saffat Surəsində (Surə 37) yazır:

Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik. Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq. İbrahimə salam olsun!  

Saffat Surəsi 37:107-109

Allah ‘fidyə verdi’ (qiyməti ödədi) və İbrahim xeyir-dua, mərhəmət və bağışlanmanı aldı. Bunların hamısı “salam” sözündə cəmləşir.

Xoş Xəbər: İsa Məsihin bizim uğrumuzda etdikləri

İbrahim peyğəmbər bizə doğru yolu göstərən bir nümunədir. Fatihə Surəsi (Surə 1) yazır:

“Haqq-hesab gününün Hökmdarına! Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola yönəlt – nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!”

Fatihə Surəsi 1:4-7

İncil izah edir ki, İbrahimin nümunəsi Allahın əvəz qurbanını təmin etdiyini göstərir. Allah günahın əvəzini təmin edərək ölümə sadə, lakin çox möhtəşəm bir çarə verir.

“Günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.”

Romalılara 6:23

Bu vaxta qədər biz yalnız ‘pis xəbər’ lərdən danışırdıq. Lakin ‘İncil’ sözünün hərfi mənası ‘Xoş Xəbər’dir. İncilin əsas sözü budur: İsanın ölümü bizimlə Allah arasında olan divarı aradan qaldırmaq üçün kifayət olan qurbandır. Buna görə də İncil Xoş Xəbərdir. 

Qurbanlıq quzu İbrahimin qurbanını əvəz etdiyi kimi, Allahın Quzusu olan İsa Məsih də qurban olaraq günaha görə əvəzimizdə ölür

Peyğəmbər İsa Məsih qurban oldu və daha sonra  Nübar olaraq ölülərdən dirildi. İndi O, bizə Öz yeni həyatını təklif edir. Artıq biz günahın ölüm məhbusları olmamalıyıq.

İsa Məsihin dirilməsi ‘Nübar’ idi. Biz də ölümdən dirilərək yeni həyatı yaşaya bilərik.

İsa Məsih qurban və dirilmə vasitəsilə bizi Allahdan ayıran günah divarında bir qapı oldu. Buna görə Peyğəmbər dedi:

“Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və otlaq tapar. Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun.”

Yəhya 10:9-10
Beləliklə, İsa Məsih günah və ölüm divarında bir qapıdır

Bu qapı sayəsində biz Yaradan Allah ilə ilkin və günahdan əvvəl olan münasibətimizi bərpa edə bilərik, mərhəmət alaraq  günahlarımızın bağışlamasına əmin ola bilərik.

Qapı açıq olduğuna görə Yaradan Allah ilə münasibətimiz bərpa olunur

İncil bəyan edir:

“Bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır. O hamını satın almaq üçün Özünü fidyə verdi və bu da münasib vaxtda edilən şəhadətdir.”

1 Timoteyə 2:5-6

Allahın sənə hədiyyəsi

Peyğəmbər ‘hamını satın almaq’ üçün ‘Özünü fidyə verdi‘. “Hamı” bizi də daxil edir. Ölümü və dirilməsi vasitəsilə O, fidyə verdi, qiyməti ödədi ki, Vasitəçi olsun. O, bizə həyatı təklif edir. Bu həyat necə verilir?

“Günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.”

Romalılara 6:23

Fikir verin bu həyat bizə necə verilir. Bu, … ‘ənamdır’. Ənam və ya hədiyyə barədə fikirləşin. Hədiyyənin böyük-kiçiyi olmur. Hədiyyəni qazanmırlar, hədiyyə üçün layiq olmaq gərək deyil. Layiq olmağa çalışaraq qazanmısansa, bu, artıq hədiyyə deyil, zəhmət haqqıdır! Eyni ilə siz İsa Məsihin qurbanına layiq olmaq üçün onu qazana bilməzsiniz. Bu, sizə ənam və ya hədiyyə olaraq verilir. Bu, çox sadədir.

Bəs ənam özü nədir? Ənam – əbədi həyatdır. Yəni sizə və mənə ölüm gətirən günahın əvəzi ödənildi. Allah sizi və məni bu qədər sevir. Bu, möhtəşəmdir. 

Beləliklə, siz və mən yeni həyatı necə əldə edirik? Yenə də hədiyyələr barədə düşünün. Bir kimsə sizə hədiyyə vermək istəyirsə, siz onu qəbul etməlisiniz. Hədiyyə təklif olunanda iki variant var. Ya hədiyyə rədd olunur, (“Yox, sağ ol”), ya da qəbul olunur (“Hədiyyənə görə çox sağ ol. Qəbul edirəm”). Bu hədiyyəni də qəbul etmək lazımdır. Bu hədiyyəni dərk etmək, buna iman etmək, tədqiq etmək olmur. Fayda olsun deyə, təklif olunan hədiyyəni qəbul etmək gərəkdir.

“Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. O, başlanğıcda Allahla birlikdə idi. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. Həyat Onda idi və bu həyat insanların nuru idi. Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi.

Allahın göndərdiyi bir adam var idi, onun adı Yəhya idi. O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi.  Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.”

Yəhya 1:12-13

İncil Allah barədə deyir:

“Xilaskarımız Allah bütün insanların xilas olmasını istəyir…”

1 Timoteyə 2:3-4

O, Xilaskardır və O, təklif etdiyi hədiyyəni bütün adamların qəbul etməsini, günahdan və ölümdən xilas olmasını istəyir. Bu hədiyyəni qəbul etməyimiz Allahın iradəsidir. Allahın iradəsinə təslim olmaq – bu, “müsəlman” sözünün əsl mənasıdır. Müsəlman təslim olan kəsdir.
Beləliklə, bu hədiyyəni biz necə qəbul edirik? İncil deyir:

“Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir.”

Romalılara 10:12

Fikir verin ki,  bu vəd ‘hamı’ üçündür. Ölülərdən dirildiyi üçün  İsa Məsih indi sağdır. Beləliklə, Onun adını çağırsanız O eşidəcək və Öz hədiyyəsini sizə verəcək. Onun adını çağırın və Ondan xahiş edin. Çox güman ki, əvvəllər heç vaxt bunu etməmisiniz. Növbəti dua sizə kömək edə bilər. Bu, sehrli sözlər deyil. Allahın qüdrətini həyatınıza gətirən bu sözlər deyil. İbrahim kimi əvəz qurbanına etibar etməlisiniz. Bu hədiyyəni verən İsa Məsihə etibar etməlisiniz. Ona etibar edəndə O, bizi eşidəcək və cavab verəcək. İncil qüdrətlidir və eyni zamanda çox sadədir. Dua nümunəsinin sözlərini təkrar edə bilərsiz.

Əziz Peyğəmbər və Xilaskar İsa Məsih. Günahlarım məni Yaradan Allahdan ayırıb. Çox çalışsam belə, bu divarı aşa bilmirəm. Başa düşürəm ki, sənin ölümün günahlarımı təmizləmək üçün bir qurban idi. Bilirəm, qurban olandan sonra ölülərdən dirildin. Qurbanının kifayət olduğuna inanıram və Sənə təslim oluram. Xahiş edirəm, məni günahlardan təmizlə və Yaradanla münasibətimi bərpa etmək üçün Vasitəçim ol ki, əbədi həyatım olsun. İsa Məsih, bunların hamısını mənim üçün etdiyinə görə Sənə minnətdaram. Xahiş edirəm, məni həyatda istiqamətləndirməkdə davam et, mənim Rəbbim və Rəhbərim ol. Uca və mərhəmətli Allahın adı ilə dua edirəm. Amin.

İsanın ‘Məsih’ və ya ‘Xristos’ adı haradan gəlir?

Quran İsanı (s) ‘Məsih’ adlandırır.  Məsih nə deməkdir?  Bu ad haradan gəlir?  Nə üçün xristianlar İsaya “Məsih” deyirlər?  ‘Məsih’ və ‘Xristos’ eynidirmi? Burada bir ziddiyyət və ya dəyişdirilmə varmı?   Zəbur bu vacib suallara cavab verir.  Lakin bu məqaləni başa düşmək üçün siz əvvəlcə ‘Müqəddəs Kitab necə tərcümə olunub?’ adlı məqaləni oxumalısınız, çünki biz indi orada verilən məlumata istinad edəcəyik.

‘Xristos’ adı haradan yaranıb

‘Müqəddəs Kitab necə tərcümə olunub?’ adlı məqalədə tərcümə prosesi izah edilir. Növbəti diaqramda mən bu mövzuda danışmaqda davam edirəm, lakin Əhdi-Cədid və ya İncildə istifadə olunan ‘Xristos’ adına nəzər salacağam.

‘Xristos’ sözü müasir dilə necə gəlib

Gördüyünüz kimi, orijinal İbrani dilində yazılmış Zəbur   (1№-li kvadratda) termin ‘maşiyah’ olub; İbrani lüğətində sözün mənası belədir: ‘məsh olunmuş və ya həsr olunmuş şəxs’.  Zəburun müəyyən hissələri xüsusi maşiyah (müəyyən artikl istifadə olunur) barədə yazır; onun gəlişi barədə əvvəlcədən peyğəmbər tərəfindən xəbər verilmişdir. Septuaginta b.e.ə.250-ci ildə hazır olanda (‘Müqəddəs Kitab necə tərcümə olunub? adlı məqaləyə baxın) alimlər Yunan dilində İbrani maşiyah üçün eyni mənalı Χριστός = Xristosos – sözündən istifadə etdilər; sözün kökü “chrio”-dur, yəni “mərasim zamanı yağla sürtmək”. Buna görə də, bu xüsusi şəxsə işarə edən İbrani ‘maşiyah’ sözü Yunan dilində olan Septuagintaya Xristosos kimi mənaca tərcümə olundu (səslənməsinə görə transliterasiya olunmadı). Bu, 2№-li kvadratdadır.  İsanın şagirdləri (s) başa düşdülər ki, İsa Septuagintada söhbəti gedən həmin şəxsdir, buna görə də onlar İncildə (və ya Əhdi-Cədiddə) Xristosos terminindən istifadə edərək davam etdilər (2№-li kvadratda baxın).

Lakin müasir dillərdə ‘Xristosos’ adı Yunan dilindən İngilis dilinə  (və digər müasir dillərə) ‘Xristos’ kimi transliterasiya olundu. Bu, diaqramın 3№-li kvadratındadır.  İngilis dilində ‘Xristos’ Zəbur kitabından gələn çox xüsusi addır, İbrani dilindən Yunan dilinə tərcümə zamanı gəlib; daha sonra isə Yunan dilindən İngilis dilinə transliterasiya olunub. İbrani dilində olan Zəbur müasir dillərə tərcümə olunur və tərcüməçilər orijinal İbrani ‘maşiyah’ sözünün tərcüməsində müxtəlif sözlərdən istifadə edirlər. Bəziləri  səslənməsinə görə İbrani ‘maşiyah’ adını transliterasiya edirlər. Digərləri  isə Zəburda olan bu sözün mənasını tərcümə edərək “Məsh Olunmuş Şəxs yazırlar. Hər iki halda Zəbur Kitabının tərcüməsində ‘Xristos’ sözü istifadə olunmur. Lakin bu təhlildən aydın olur ki, Müqəddəs Kitabda:

‘Xristos’=’Messiah’=’Məsh Olunmuş Şəxs’

Bu, xüsusi vəzifənin adı olub.

Beləliklə,  Qurana ‘Məsih’ haradan gəlib?

Biz gördük ki, Müqəddəs Kitabın müxtəlif hissələrində rast gəldiyimiz ‘Xristos’=’Messiah’=’Məsh Olunmuş Şəxs’ eyni addır.  Bəs bu ad Quranda necə yazılır? Bu suala cavab vermək üçün mən Maşiyah->Xristos adının gəlməsini izah edən yuxarıdakı diaqramı daha da genişləndirəcəyəm.  

Növbəti diaqram Ərəb Quranı da daxil edir. Quran Müqəddəs Kitabın İbrani və Yunan tərcümələrindən daha sonra yazılmışdır.  Gördüyünüz kimi, 1№-li kvadratı iki hissəyə bölmüşəm.  1a hissəsi dəyişməz olaraq qalır və İbrani Zəbur Kitabında orijinal ‘maşiyah’ sözünü əks etdirir.  1b isə bu terminin Ərəb dilinə gəlməsini izah edir.  Burada görə bilərsiniz ki, ‘maşiyah’ termini Qurana səslənməsinə görə transliterasiya olunmuşdur (مسيح).  Daha sonra Quranın Ərəb dilli oxucuları İngilis dilinə həmin sözü yenə transliterasiya edərək ‘Məsih’ yazdılar.

Tərcümə prosesi: ‘Məsh Olunmuş Şəxs’ = ‘Məsih’ = ‘Messiah’ = ‘Xristos’

Bu biliyi nəzərə alaraq görə bilərik ki, bunların hamısı eyni addır  və hamısının mənası eynidir, məsələn: “4= ‘dörd’ = ‘quatre’ (fransızca) = IV (Roma rəqəmi) = 6-2 = 2+2.

Məsihin gəlişini birinci əsrdə gözləyirdilər

Bunu nəzərə alaraq, gəlin Müjdəyə (İncilə) müraciət edək.  İsanın (s) doğulması haqqında hekayədə Padşah Hirodun davranışına fikir verin. Şərqdən münəccimlər yəhudilərin padşahını axtararaq onun yanına gəlirlər. Fikir verin ki, burada Məsih adı İsaya (s) aid edilmir.

“Padşah Hirod bunu eşitdikdə özü və bütün Yerusəlim xalqı təlaşa düşdü. Hirod xalqın bütün başçı kahinlərini və ilahiyyatçılarını toplayaraq onlardan Məsihin harada doğulduğunu soruşdu”

Matta 2:3-4

Gördüyünüz kimi, ‘Məsih’ adı həm Hirod, həm də onun dindar məsləhətçilərinə çox tanış idi. Hətta İsa (s) dünyaya gəlməmişdən əvvəl belə, adamlar Məsih barədə eşitmişdilər və bu mətndə Məsih adı heç İsaya da aid edilmir. Səbəb budur: ‘Məsih’ – yüzlərlə il əvvəl padşah və peyğəmbər Davud (s) tərəfindən yazılmış Zəbur Kitabından gəlir. Zəburu 1-ci əsrdə yaşayan Hirod kimi yəhudilər Yunan Septuaginta tərcüməsində çox oxuyurdular. ‘Məsih’ – adam adı deyil, vəzifədir. Beləliklə, biz Da Vinçi Kodu kimi filmlərin məşhur etdiyi gülüş doğuran anlayışı kənara ata bilərik: guya ‘Xristos’ xristianların və ya  b.e.300-cü ildə yaşamış Roma İmperatoru Konstantinin  icadıdır. İlk xristianlardan və ya Konstantindən yüzlərlə il əvvəl Məsih (və ya Xristos) vəzifəsi artıq məşhur idi.

Zəburda ‘Məsih’

Gəlin b.e.ə.1000 il əvvəl yaşamış Davud (s) peyğəmbərin Zəburundakı Məsih barədə peyğəmbərliklərə nəzər salaq. Bu, İsanın (s) doğulmasından çox-çox əvvəl idi.

Dünya şahları yığışır, hökmdarlar Rəbbə və Onun məsh etdiyinə qarşı birləşir. Deyirlər: «Gəlin onların buxovlarını qoparaq, üstümüzdəki zəncirlərini ataq». Göylərin sakini gülür, Xudavənd onlara istehza edir. Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək, qəzəbi ilə onları dəhşətə gətirəcək. O deyir: «Mən padşahımı müqəddəs dağım Sionda əyləşdirmişəm»

Zəbur 2:2-4

Əhdi-Ətiqin Yunan dilinə tərcüməsi olan Septuagintada Zəburun 2-ci Məzmuru belədir. Mən transliterasiya olunmuş Xristosos adını sizin diqqətinizə çatdırmaq üçün qeyd edirəm.

Dünya şahları yığışır, hökmdarlar Rəbbə və Onun Xristosuna qarşı birləşir. Deyirlər: «Gəlin onların buxovlarını qoparaq, üstümüzdəki zəncirlərini ataq». Göylərin sakini gülür, Xudavənd onlara istehza edir. Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək, qəzəbi ilə onları dəhşətə gətirəcək. O deyir: «Mən padşahımı müqəddəs dağım Sionda əyləşdirmişəm»

Zəbur 2

Birinci əsrdə yaşamış oxucu bu ayələri belə oxuyurdu. Növbəti transliterasiyanın mənası eynidir:

Dünya şahları yığışır, hökmdarlar Rəbbə və Onun Məsihinə qarşı birləşir. Deyirlər: «Gəlin onların buxovlarını qoparaq, üstümüzdəki zəncirlərini ataq». Göylərin sakini gülür, Xudavənd onlara istehza edir. Sonra onlara hiddəti ilə xəbərdarlıq edəcək, qəzəbi ilə onları dəhşətə gətirəcək. O deyir: «Mən padşahımı müqəddəs dağım Sionda əyləşdirmişəm»

Zaburun 2-ci məzmuru

Gələcək Məsih barədə Zəbur daha sonra hələ çox yazır. Mən eyni ayələri yan-yana qoyuram ki, transliterasiya olunmuş ‘Xristos’ və ‘Məsih’ adlarını görə biləsiniz.

Zəbur 132- İbrani dilində Zəbur 132 –Septuaginta Zəbur 132 Ərəb transliterasiyası
Ya Rəbb, … Qulun Davudun xatirinə Məsh etdiyindən üz döndərmə. 11 Rəbb Davuda sədaqətlə and içdi, bu andından dönməz: «Belindən gələn oğullarından birini səndən sonra taxtında oturdacağam. 12 Əgər övladların əhdimə, onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə, onların oğulları da sonsuza qədər sənin taxtında oturacaq». 13 Çünki Rəbb Sionu seçdi, orada Öz məskənini salmaq istədi. 14 Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir, istəyirəm ki, burada məskən salım. 15 Bu yerə bol ruzi-bərəkət verəcəyəm, buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm. 16 Kahinlərini zəfərə bürüyəcəyəm, möminləri sevinclə mədh oxuyacaq. 17 Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm, Məsh etdiyim üçün bir çıraq hazır etmişəm. Ya Rəbb, … Qulun Davudun xatirinə Xristosdan üz döndərmə. 11 Rəbb Davuda sədaqətlə and içdi, bu andından dönməz: «Belindən gələn oğullarından birini səndən sonra taxtında oturdacağam. 12 Əgər övladların əhdimə, onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə, onların oğulları da sonsuza qədər sənin taxtında oturacaq». 13 Çünki Rəbb Sionu seçdi, orada Öz məskənini salmaq istədi. 14 Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir, istəyirəm ki, burada məskən salım. 15 Bu yerə bol ruzi-bərəkət verəcəyəm, buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm. 16 Kahinlərini zəfərə bürüyəcəyəm, möminləri sevinclə mədh oxuyacaq. 17 Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm,  Xristosum üçün bir çıraq hazır etmişəm. Ya Rəbb, … Qulun Davudun xatirinə Məshihindən üz döndərmə. 11 Rəbb Davuda sədaqətlə and içdi, bu andından dönməz: «Belindən gələn oğullarından birini səndən sonra taxtında oturdacağam. 12 Əgər övladların əhdimə, onlara öyrədəcəyim göstərişlərə əməl edərlərsə, onların oğulları da sonsuza qədər sənin taxtında oturacaq». 13 Çünki Rəbb Sionu seçdi, orada Öz məskənini salmaq istədi. 14 Dedi: «Bura əbədi olaraq istirahət edəcəyim yerdir, istəyirəm ki, burada məskən salım. 15 Bu yerə bol ruzi-bərəkət verəcəyəm, buradakı fəqirlərə doyunca ərzaq verəcəyəm. 16 Kahinlərini zəfərə bürüyəcəyəm, möminləri sevinclə mədh oxuyacaq. 17 Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm, Məshihim üçün bir çıraq hazır etmişəm.

Gördüyünüz kimi, Zəbur 132 xüsusilə gələcək zaman barədə danışır (“…Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm…”). Tövrat və Zəburda belə ayələr çoxdur. Peyğəmbərliklərə nəzər salanda bunları unutmamaq gərəkdir. Aydındır ki, Zəbur gələcək barədə danışır və gələcəyə aid peyğəmbərlik sözünü deyir. Hirod Əhdi-Ətiq peyğəmbərlərinin gələcək Məsih barədə sözlərini bilirdi; məhz buna görə o, bu xəbərə hazır idi. Sadəcə, Hirodun məsləhətçiləri bu peyğəmbərliklərin təfsilatlarını ona söylədilər, çünki Hirod özü Zəburu çox yaxşı bilmirdi. Yəhudilər öz Məsihlərini gözləyirlər. Yəhudilər Məsihi İncildə yazılanlara görə deyil, Zəburdakı peyğəmbərliklərə əsaslanaraq gözləyirlər. 

Tövrat və Zəburda olan peyğəmbərliklər: qıfıl və açara bənzəyirlər

Tövrat və Zəburun gələcəyə aid peyğəmbərlikləri qıfıla bənzəyir. Qıfıl elə düzəldilib ki, onu yalnız öz açarı aça bilər. Eləcə də, Əhdi-Ətiqin açarı var. Artıq gördüyümüz kimi, İbrahimin (s) böyük qurbanı, Musa (s) peyğəmbərin Pasxa qurbanı (bunları oxumamısınızsa, lütfən, oxuyun) və daha sonra oxuyacağınız  Bakirənin Oğlunun əlaməti  adlı məqalələrdə bu gələcək şəxsə aid xüsusi peyğəmbərliklər var.  Zəbur 132 yazır ki, həmin Məsih padşah və peyğəmbər Davudun (s) nəslindən olacaq.  Beləliklə,  Əhdi-Ətiqdə peyğəmbərlik ayələrini oxuyanda açar daha aydın olur. Zəbur bu peyğəmbərliklərlə bitmir.  Zəburun bir çox ayələri Məsihin təfsilatlarını verir, onun işlərini xırdalıqları ilə təsvir edir. Biz Zəburu oxumaqla davam edəcəyik.