Pöhrənin əlaməti: gələcək Məsihin adı verilir

Surə Əhzəb (Surə 33 – Əzhəb) adını tanımadığımız adamı necə çağırmağı bizə öyrədir. Bu, bütün adamlar üçün adi bir haldır.

(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir.

Surə Əhzəb 33:5

Yəni insanın biliyi məhduddur. Çox vaxt biz ətrafdakı adamların adlarını bilmirik. Nəcm Surəsi (Surə 53 – Nəcm) Məhəmməd peyğəmbərin (s) dövründə mövcud olan bəzi bütlər barədə danışır: (Lat, ‘Uzza, və Manat)

“Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir”

Surə Əhzəb 33:5

Yəni insanın biliyi məhduddur. Çox vaxt biz ətrafdakı adamların adlarını bilmirik. Nəcm Surəsi (Surə 53 – Nəcm) Məhəmməd peyğəmbərin (s) dövründə mövcud olan bəzi bütlər barədə danışır: (Lat, ‘Uzza, və Manat)

“Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir”

Surə Nəcm 53:23

Bu bütlərə adları adi insanlar qoymuşdurlar. Bu ayələr həqiqi və səhv ibadəti fərqləndirmək üçün göstəriş verirlər. Biz bəzən hətta yanımızdakı adamların adlarını bilmirik. Bir çox il sonra gələcək peyğəmbərin adını necə bilərik? “Məsih” adı əvvəlcədən bir əlamət olaraq verilmişdi ki, bunun səhv deyil, Allahın həqiqi niyyətinin olduğunu bilək. Burada İsa Məsihin adına dair peyğəmbərlikləri görə bilərik.

Adın əlaməti

Biz Gələcək Padşahlığa aid Allahın vədini artıq oxuduq. Bu Padşahlıq bu dünyada olan padşahlıqlardan fərqlidir. Xəbərlərə baxın, görün yer üzündəki padşahlıqlarda nələr baş verir. Müharibə, rüşvətxorluq, qəddarlıq, qətl, güclü zəifi istismar edir. Bu, bütün dünyadakı padşahlıqlarda baş verir. Fərq etməz, bu ölkələrdə müsəlman, xristian, yəhudi, buddist, hindu və ya dinsiz Qərblilər yaşayır. Bütün bu padşahlıqlarda olan problem bundan ibarətdir ki, hər bir adamda olan bu susuzluq bizi günaha və bir çox problemlərə aparır. Korrupsiya, qətl, cinsi zorakılıq və s. Bunların hamısı günahın nəticəsidir. Beləliklə, Allahın Padşahlığının gəlişinə əsas maneə biz özümüzük. Allah bu yeni Padşahlığı elə indi qursa, heç birimiz bu Padşahlığa daxil ola bilmərik, çünki günah yer üzündəki padşahlıqları korladığı kimi, bu Padşahlığı da yaman günə qoyar. Yeremya (s) da Allahın Yeni Əhd bağlayacağı gün barədə peyğəmbərlik edir. Bu Əhd Yeni olacaq, çünki Musanın Qanunu kimi daş lövhələrdə deyil, ürəklərimizdə yazılacaq. Bu Əhd bizi daxildən zahirə dəyişəcək və bu Padşahlığa layiq vətəndaşlar edəcək.

Bu necə mümkündür? Allahın planı gizli xəzinəyə bənzəyir. Müqəddəs Kitab elə yazılıb ki, onu yalnız Padşahlığı axtaranlar anlaya bilsin. Digərləri isə Müqəddəs Kitabı başa düşməyərək nadanlıqda qalacaqlar. Biz indi bu ayələrə nəzər salacağıq. Allahın planının mərkəzində Məsihin gəlişidir (burada gördüyümüz kimi Məsih = Xristos). (Allahın ilhamı ilə Padşah Davudun yazdığı) Zəburda biz artıq gördük ki, Məsih Padşah Davudun (buraya baxın) nəslindən gəlməli idi.

Yeşaya peyğəmbər Ağac, Kötük … və Pöhrə barədə yazır

Yeşaya peyğəmbər (s) Allahın niyyətini açıqladı. Müqəddəs Kitabın bir hissəsi olan Yeşayanın kitabında padşah Davudun sülaləsi (b.e.ə. 1000 – 600) yazılmışdı. Kitab yazılanda (b.e.ə. 750) sülalə və İsraillilərin bütün padşahlığı tam pozulmuşdu. Səbəb – adamların ürəklərindəki susuzluqdur.

The dynasty of Dawud - like a Tree

Davudun sülaləsi ağaca bənzəyir

Yeşaya (s) Allahdan ilham alaraq İsraillilərin Rəbbə tərəf dönməsi və Musanın Qanununa riayət etməsi üçün yalvarışını yazıya aldı. Yeşaya həmçinin bunun mümkün olmadığını bilirdi. Buna görə də o, İsrail millətinin məhvi, sülalənin isə dağılması barədə də yazdı. Biz bu barədə Burada oxuya bilərik. Öz peyğəmbərliyində Yeşaya sülaləni böyük ağaca bənzədir; bu ağacın tezliklə kəsiləcəyi və yalnız kötüyün qalacağı barədə xəbərdarlıq edir. Bu, b.e.ə. 600-cı ildə baş verdi. O vaxt Babillilər Yerusəlimi dağıtdı və o vaxtdan etibarən Padşah Davudun nəslindən olan heç bir kəs daha Yerusəlimdə taxta çıxmadı.

http://al-injil.net/wp-content/uploads/2013/02/david-stump-300x167.jpg

Kəsilmiş ağacın kötüyü

Bu kitabda gələcək bəlalara aid peyğəmbərliklərlə bərabər xüsusi bir söz də yazılıb:

“Yesseyin kötüyündən yeni bir fidan çıxacaq,

Kökündən çıxan bir pöhrə bar verəcək.

Rəbbin Ruhu,

Hikmət və anlayış ruhu,

Öyüd-nəsihət və qüdrət ruhu,

Bilik və Rəbb qorxusu ruhu

Onun üzərində olacaq” (Yeşaya 11:1-2).

The dynasty of Dawud (PBUH)- now a shoot emerges from the dead stump

Davudun (s) sülaləsi – ölü kötükdən pöhrə çıxır

Yessey – padşah Davudun atası və beləliklə, sülalənin kökü olub. Buna görə də, ‘Yesseyin kötüyü’ Davudun sülaləsinin dağılmasına aid peyğəmbərlikdir. Lakin Yeşaya peyğəmbər, həmçinin, bundan da sonra baş verənləri gördü və kötük (padşahların nəslindən) ölü görünsə də, tam ölü olmayacaq. Bir gün, gələcəkdə həmin kötükdən bir pöhrə çıxacaq. Həmin Pöhrə Davudun nəslindən gələn bir “Şəxsdir”. Allahın Ruhu onun üzərində olduğu üçün o, xüsusilə müdrik, qüdrətli və bilikli olacaq. Yadınızdadırsa, peyğəmbərlik o

lunmuşdur ki, Məsih Davudun nəslindən gələcək. Bu, çox mühümdür. Pöhrə Məsih – hər ikisi Davudun nəslindən? Bu, eyni Şəxsin iki fərqli adları deyilmi? Gəlin Müqəddəs Kitabı araşdırmaqda davam edək.

Yeremya peyğəmbər … Pöhrə barədə

Yeşayadan 150 il sonra gələn Yeremya peyğəmbər (s) gəldi. Əslində, Davudun sülaləsi onun gözləri qarşısında kəsildi. O yazır:

Yeremya və digər peyğəmbərlər zaman xəttində

Rəbb bəyan edir: “Günlər gəlir, Davuda saleh bir budaq, ağıllı bir hökmranlıq edəcək və ölkədə ədalətli və düzgün işlər görən bir Padşah yetişdirəcəyəm. Onun günlərində Yəhuda xilas olacaq və İsrail təhlükəsiz yaşayacaq. Bu adlanacaq ad: Rəbb bizim salehliyimiz “

Yeremya 23: 5-6

Yeşayanın (s) 150 il əvvəl Pöhrə haqqında peyğəmbərlik etdiyi sözü Yeremya (s) davam edir. Həmin Pöhrə padşah olacaq. Biz gördük ki, Məsih də Padşah olacaq. Məsih ilə Pöhrə arasında oxşarlıq artır.

Zəkəriyyə peyğəmbər … Budağın adını söyləyir

Zəkəriyyə peyğəmbər (s) həmin mövzunu davam edir. O, təxminən, b.e.ə. 520-ci ildə yaşamışdır. Həmin vaxt yəhudilər Babilə birinci sürgündən Yerusəlimə qayıtsalar da, Farslar tərəfindən idarə olunurdular.

Zəkəriyyə və digər peyğəmbərlər zaman xəttində

(Zəkəriyyə peyğəmbəri Vəftizçi Yəhyanın atası Zəkəriyyə ilə səhv salmayın. Zəkəriyyə peyğəmbər Yəhyanın atası Zəkəriyyədən 500 il əvvəl yaşayıb. Əslində, Vəftizçi Yəhyanın atasına həmin bu Zəkəriyyə peyğəmbərin adı verilmişdir. Bu gün də bir çox insanın adı Məhəmməddir, çünki onlara Məhəmməd (s) peyğəmbərin adı verilmişdir. Həmin vaxt (b.e.ə. 520) yəhudilər dağılmış məbədi və Harunun (s) qurbanlarını  bərpa etdilər. Zəkəriyyə peyğəmbərin dövründə Harunun nəslindən olan Baş Kahinin adı Yeşua olub. Baş Kahin yalnız Harunun nəslindən ola bilərdi. Beləliklə,həmin vaxt (təxminən b.e.ə. 520) Zəkəriyyə peyğəmbər, Yeşua isə Baş Kahin olublar. Allah Zəkəriyyə peyğəmbər vasitəsilə Baş Kahin Yeşua barədə bunu söylədi:

“Ey baş kahin Yeşua, sən və sənin önündə oturan yoldaşların qulaq assın!

” Ey baş kahin Joshua və sizin qarşınızda oturan yoldaşlarınızı, gələcək hadisələrin simvolu olan dinləyin: Mən budaq qulumu gətirməyə hazırlaşıram. Yeşua’nın önünə qoyduğum daşa baxın! “… deyir Qüdrətli Rəbb,” bu ölkənin günahını bir gündə aradan qaldıracağam. “

Zəkəriyyə 3: 8-9

Yenə “Pöhrə”! Yenə! Lakin bu dəfə o, ‘mənim  qulum’ adlandırılır. Baş Kahin Yeşua bu gələcək Pöhrənin müəyyən mənada bir rəmzidir. Buna görə də, Baş Kahin Yeşua bir əlamətdir. Hansı əlamət? Allahın «bir gün içində bu ölkənin günahını ortadan götürəcəyəm” sözlərinin mənası nədir? (“ortadan götürəcəyəm…”)? Zəkəriyyə peyğəmbərin kitabını oxumaqda davam etsək heyranedici həqiqətləri öyrənəcəyik.

Mənə Rəbbin bu sözü nazil oldu: «…Baş kahin Yehosadaq oğlu Yeşua (barədə). Ona söylə ki, Ordular Rəbbi belə deyir: “Bax ‹Pöhrə› adlanan adam budur!”

Zəkəriyyə 6:10-11

Fikir verin ki, Yeşua məhz pöhrənin adıdır.  İbrani dilindən transliterasiya və tərcümə  barədə öyrəndiklərimizi xatırlayın. Biz burada ‘Yeşua’ adını tərcümədə oxuyuruq. Bəs, İbrani dilində ad necədir? Növbəti diaqram bunu göstərir.

Yeşua = İsa, çünki hər ikisi İbrani dilindən transliterasiyadır

(‘Məsih’ adının haradan gəldiyini öyrənəndə də bunu etmişdik). Kvadrat 1-dən 3-ə keçəndə biz görürük ki, ‘Yeşua’ adı İbrani ‘Yhovşuva’ adından gəlir. Əhdi-Ətiq Azərbaycan dilinə tərcümə olunanda bu ad ‘Yeşua’ kimi transliterasiya olundu. Həmçinin, yadınızdadırsa, Tövrat/Zəbur təxminən b.e.ə. 250-ci ildə Yunan dilinə tərcümə olunmuşdur (Kvadrat 1 -> 2). Əhdi-Ətiqi Yunan dilinə tərcümə edəndə tərcüməçilər İbrani ‘Yhovşuva’ adını transliterasiya etdilər. Yunan dilinə transliterasiya İesus oldu. Beləliklə, İbrani dilində Əhdi-Ətiqdəki ‘Yhovşuva’ adı Yunan dilində Əhdi-Ətiqdə İesus oldu. Yunan dilindən Əhdi-Cədid digər dillərə tərcümə olunanda İesus adı ‘İsa’ kimi transliterasiya olundu. Başqa sözlə, Məsih= Xristos=Məsh Olunmuş olduğu kimi,

‘Yovşuva’ = İesus = Yeşua = İsa 

Eyni ilə, Məhəmməd = محمد, Yeşua = İsa. Maraqlısı odur ki, (və bunu hamı bilməlidir), İncilin peyğəmbəri olan İsa Məsihdən 500 il əvvəl Zəkəriyyə peyğəmbərlik etmişdir ki, Pöhrənin adı İsa olacaq. İsa Pöhrədir! Pöhrə Məsih (yaxud Xristos) eyni şəxsin müxtəlif adlarıdır! Bəs nə üçün ona iki ad gərəkdir? böyük əhəmiyyət kəsb edən hansı işi yerinə yetirəcəkdi? Zəbur və digər peyğəmbərlərin kitabları bunu təfsilatlarla izah edirlər. Bu barədə növbəti məqalədə.

Susuzluğumuzun əlaməti

 İsraillilərin tarixi adlı məqalədə biz oxuyuruq ki, onlara Qanunun  verilməsinə baxmayaraq, Müqəddəs Kitab yazır ki, onlar bütün tarixləri boyu bu Qanuna qarşı çox itaətsizlik və günah ediblər.  Zəbur Kitabına giriş sözü adlı məqalədə mən qeyd edirəm ki, Davud və Süleyman (s) peyğəmbərlərdən sonra olan padşahlar onların nəslindən olsalar da, əksəriyyəti şər əməllərlə məşğul olub. Beləliklə,  Allah onlara xəbərdarlıq etmək üçün Zəburun bir çox peyğəmbərlərini göndərdi.

Yeremya – xəbərdarlıq edən peyğəmbər

Zaman xəttində Zəburun peyğəmbərləri ilə bərabər Yeremya peyğəmbər də qeyd olunur.

Yeremya (s) peyğəmbər (zaman xəttinə nəzər salın) padşahların dövrünün sonuna yaxın yaşamışdır. O vaxt günah və şər çoxalmışdı. Onun sadaladığı günahlar bu gün də çoxdur: zina, sərxoşluq, cinsi əxlaqsızlıq, bütpərəstlik, cadugərlik, rüşvətxorluq, dalaşqanlıq, zorakılıq, yalan, zənginin kasıbı istismar etməsi və s. Lakin Yeremya öz kitabını adamların günahlarını yekunlaşdırmaqla başlayır. Yeremya bütün günahları iki əsas hissəyə bölür:

““Çünki xalqım iki pis əməl etdi: Məni – axar suların mənbəyini atıb özlərinə hovuzlar, su saxlamayan çatlı hovuzlar düzəltdilər”

Yeremya 2:13

Yeremya peyğəmbər günahı yaxşı izah etmək üçün metaforadan istifadə edir. Allah (peyğəmbər vasitəsilə) onların susayan adamlar olduğunu deyir. Susamaq pis şey deyil. Sadəcə, onlar yaxşı sudan içməli idilər. Allah Özü onların susuzluğunu yatıra bilən yaxşı Sudur. Lakin susuzluqlarını yatırmaq üçün Allahın yanına gəlmək əvəzinə İsraillilər hovuzların yanına getdilər, lakin bu hovuzlar çatlı olduqlarına görə susuz idilər. Başqa sözlə desək, onların müxtəlif formalarda olan günahını belə yekunlaşdırmaq olar: onlar öz susuzluqlarını doyurmaq üçün Allaha deyil, başqa şeylərə müraciət etdilər və bu şeylər onların susuzluğunu yatıra bilmədi. Günahda davam edən İsraillilər hələ də susuz vəziyyətdə idilər, lakin indi Allah onların yanında deyildi və onlarda olan yalnız çatlı hovuz idi. Bu, günahın səbəbi ilə yaranan problem və çətinliklərdir.

Süleyman bizim ‘çatlı hovuzlarımız’ barədə yazır

Əslində, Süleyman (s) da bunu yaşamışdı. Allahın mərhəmətinə itaət edərkən əldə etdiyim müdriklik  adlı məqalədə izah etdiyim kimi, mənə ən böyük təsir göstərən məhz Süleymanın yazıları oldu. O, öz həyatını təsvir edirdi – insanın arzulaya bildiyi hər bir şey onda var idi, lakin Süleyman yenə də, susayırdı. Ətrafda saysız qədər çatlı hovuzlardan içmək cəhdini Süleyman belə təsvir edir.

Mən Vaiz Yerusəlimdə İsrailin padşahı idim. Ürəyimdə niyyət etdim ki, göylər altında edilən bütün işləri hikmətlə öyrənib araşdırım. Bu çətin işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib. Səma altında edilən bütün işlərə nəzər saldım və bildim ki, onların hamısı puçdur, külək dalınca qaçmağa bənzər.

Öz-özümə dedim: “Bax mən böyük adam olmuşam və məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından çox hikmət qazanmışam. Ağlımda çoxlu hikmət və bilik var” Sonra ürəyimdə niyyət etdim ki, hikmətin nə olduğunu, dəlilik və axmaqlığın nə olduğunu öyrənim. Amma bildim ki, bu da külək dalınca qaçmağa bənzər.

 Mən ürəyimdə dedim: “Gəl indi də şadlıq etməyi sınaqdan keçir və kefə bax”. Amma gördüm ki, bu da puçdur. Gülmək haqqında “Dəlilikdir!”, şadlıq haqqında “Nə faydası var?” dedim.Hələ ağlım başımda olarkən cəhd etdim ki, necə özümü şərabla şənləndirib ağılsız olum. Beləcə görmək istəyirdim ki, göylər altında insanlar üçün bir neçə günlük ömürlərində kef açan nədir.

Mən böyük işlər gördüm: özümə evlər tikdim, üzüm bağları saldım, özümə bağçalar və bağlar düzəltdim, orada hər cür meyvə ağacı əkdim. Özümə su hovuzları düzəltdim ki, meşədə bitən ağacları suvarsın. Nökərlər və kənizlər aldım, evimdə doğulan qullarım var idi. Naxırlarım və sürülərim də məndən əvvəl Yerusəlimdə yaşayanların hamısınınkından çox idi. Özümə qızıl-gümüş, padşahların və vilayətlərin xəzinələrini yığdım. Özümə kişi və qadın müğənnilər gətirtdim, kişilərin xoşuna gələn ən gözəl qadınların sayını artırdım.

Özümdən gözlərimin istədiyi heç bir şeyi rədd etdim; Mən ürəyimdən heç bir məmnuniyyətlə imtina etdim. Ürəyim bütün işlərimdən ləzzət aldı və bu, bütün əməyimin mükafatı idi. Əllərimin nə olduğunu və nəyə nail olmaq üçün səy göstərdiyimi araşdırdıqda, hər şey mənasız idi, küləyin arxasınca qaçmaq; heç bir şey alınmadı.

Süleymanın müdrikliyi və Yeremyanın xəbərdarlığı bu gün yaşayan bizlər üçün yazılıb. Bunun xüsusi səbəbi həmçinin odur ki, əvvəlki nəsillərlə müqayisədə biz daha zəngin, daha əyləncəli, çoxlu filmlər, musiqi və s. olan dünyada yaşayırıq. İstənilən dövrlə müqayisədə müasir cəmiyyətimiz daha varlı, daha savadlı, çoxlu səyahət etmiş, daha çox əyləncə görmüş, daha çox xoş olanı güdən və daha inkişaf etmiş texnologiya dövründə yaşayır. Beləliklə, biz bu şeylərə çox asanlıqla müraciət edə bilirik. Həyatımıza asanlıqla daxil olan digər şeylər də var:  pornoqrafiya, qadağan olunmuş münasibətlər, narkotiklər, spirtli içkilər, tamahkarlıq, pul, qəzəb, həsəd – bunların bizim susuzluğumuzu yatırmasına ümid edirik. Bütün peyğəmbərlərin yazdığı Qanundan bilirik ki, bunların hamısı səhvdir, lakin bunların ürəklərimizdəki susuzluğu yatıra biləcəyini düşünürük və ehtirasla bunların ardınca gedirik. Bu həm Süleymanın, həm Yeremyanın, həm digər peyğəmbərlərin, eləcə də, bizim dövrümüzdə belədir.

Yeremya və Süleyman vasitəsilə edilən xəbərdarlıq Allah tərəfindən göndərilmişdir ki, özümüzə bəzi düzgün suallar verək.

  • Nə üçün belə zəngin olan bu müasir dünyada biz depressiya, intihar, piylənmə, boşanma, qısqanclıq, paxıllıq, nifrət, pornoqrafiya, narkotik var?
  • Öz susuzluğunuzu yatırmaq üçün hansı hovuzlara müraciət edirsiniz? Bu hovuzlarda “su” varmı?
  • Sizcə Süleyman qədər müdriklik, məhəbbət və səxavət əldə edə bilərsinizmi? Öz nailiyyətləri Süleymanı qane etmədi. Bu şeylər vasitəsilə siz özünüzü qane edə biləcəksinizmi?

Məsələ təkcə əmrləri yerinə yetirməkdə deyil, başqa şey də var. Diqqət yetirməli olduğumuz başqa şey də var. Bu, bizim susuzluğumuzun Əlamətidir. Nəyə qarşı susuz olduğumuzu müəyyən etsək artıq müdriklik əldə etmiş olarıq. Allah bu barədə Zəburda yazır, çünki bizim susuz olduğumuzdan tam xəbərdardır. Allah bizim də bundan xəbərdar olmağımızı istəyir. Bizdə olan susuzluğu yalnız Allah Özü yatıra bilər və O, bunu etmək istəyir. Allah bunu həmişə etdiyi kimi edir  – O, peyğəmbərlik vədini verir və yenə peyğəmbərliyini Yeremya vasitəsilə edir. Buna növbəti məqalədə nəzər salacağıq.