Bələd Surəsi (Surə 90) şəhər, An-Nasr Surəsi (Surə 110) isə kütlələrin həqiqi Allaha səcdə qılmağa gəlməsindən yazır:
“And içirəm bu şəhərə! Sən də o şəhərin sakinisən”
Bələd Surəsi 90:1-2
“Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!”
Surə An-Nasr 110: 1-3
İsa Məsihin (s) dirilməsindən düz 50 gün sonra Bələd Surəsində və An-Nast Surəsində təsvir olunanlar baş verdi. Həmin şəhər Yerusəlim, İsa Məsihin şagirdləri – şəhərdə şəhadətçilik edənlər idi. Lakin həmin şəhərdə kütlələri hərəkətə gətirən Rəbbin Ruhu idi. Nəticədə bayram, şükürlər və bağışlanma oldu. Biz də həmin günü yaşaya bilərik. Gəlin bu xüsusi günün tarixini öyrənək.
Peyğəmbər İsa Məsih (s) Pasxa günü çarmıxa çəkildi, lakin növbəti gün olan Bazar günü ölülərdən dirildi. Ölüm üzərində qələbə çalaraq O, hər bir qəbul etmək istəyənə həyat ənamını təklif edir. Dirilməsində əmin olmaları üçün şagirdləri ilə 40 gün vaxt keçirən İsa Məsih daha sonra səmalara yüksəldi. Lakin göyə qalxmazdan əvvəl bu göstərişi verdi:
“Gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; sizə əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, Mən dövrün sonuna qədər hər gün sizinləyəm»”
Matta 28:19-20
O, həmişə şagirdləri ilə birlikdə olacağına söz verdi, lakin qısa müddət sonra onları tərk edərək göylərə yüksəldi. Göyə qalxandan sonra İsa Öz şagirdləri ilə (və bizimlə) necə birgə ola bilər?
Cavabı bir müddət sonra baş verən hadisə verir. Həbsdən əvvəl şagirdləri ilə şam yeməyi vaxtı İsa Məsih bir Vəsatətçi göndərəcəyinə söz verdi. Dirilmədən 50 gün sonra (göyə yüksələndən 10 gün sonra) bu söz yerinə yetirildi. Həmin gün Pentikost günü adlanır. Bu, böyük hadisəni qeyd edən bir bayramdır. Lakin məsələ həmin gün təkcə nəyin baş verməsi deyil, nə vaxt və nə üçündür. Bu, Allahdan olan bir Əlamət və sizin üçün möhtəşəm bir hədiyyədir.
Pentikost günündə nə baş verdi
Bu hadisələr Müqəddəs Kitabın Həvarilərin İşləri Kitabının 2-ci fəslində ətraflı təsvir olunur. Həmin gün Allahın Müqəddəs Ruhu İsa Məsihin (s) ilk davamçılarının üzərinə endi və onlar dünyanın müxtəlif dillərində ucadan danışmağa başladılar. Bu, elə böyük həyəcana səbəb oldu ki, Yerusəlimə gələn minlərlə adam baş verənlərə tamaşa etməyə gəldi. Toplanmış kütlənin qarşısında Peter ilk Müjdə vəzini etdi və ‘o gün üç min nəfərə yaxın insan imanlılara qoşuldu’ (Həvarilərin İşləri 2:41). Həmin Pentikost günündən başlayaraq Müjdə davamçılarının sayı artır.
Pentikost günündə baş verənlər bununla bitmir. Peyğəmbərin həyatında baş verən digər hadisələr kimi, Pentikost günü də bir bayram gününə düşdü. Həmin bayramın qeyd olunması Tövratda Musa peyğəmbər (s) tərəfindən başlamışdı.
Musanın Tövratında təsvir olunan Pentikost Bayramı
Musa (s) (b.e.ə.1500) il ərzində bir neçə bayramı qeyd etməyi əmr etmişdi. Pasxa yəhudi ilinin birinci bayramı idi. İsa Pasxa Bayramı günündə çarmıxa çəkildi. Onun ölümünün və Pasxa quzularının qurban təyin edilməsi bizim üçün bir Əlamətdir.
İkinci bayram Nübar adlanır, bu bayramda peyğəmbər dirildi. Nübar Bayramında dirildiyi üçün ona iman edənlərin dirilməsinə aid vəd verilir. Bayramın adı peyğəmbərlik etdiyi kimi, onun dirilməsi ‘Nübardır’.
Düz 50 gün ‘Nübar’ Bayramından sonra Tövrat yəhudilərdən Pentikost Bayramını qeyd etməyi tələb edir (‘Pente’ = 50). Əvvəlcə bu bayramın adı “Həftələr” olub, çünki yeddi həftə sayılaraq onun günü müəyyən edilirdi. Yəhudilər Həftələr Bayramını 1500 il ərzində peyğəmbər İsa Məsihin (s) dövrünədək qeyd ediblər. Peterin vəzini eşidən adamların bütün dünyadan gəlmələrinin səbəbi Həftələr Bayramı idi. Bu adamlar Tövratda təsvir olunan bayramı qeyd etmək üçün Yerusəlimə gəlmişdilər. Həmin gün də Allahın Müqəddəs Ruhu adamların üzərinə endi. Bu gün yəhudilər Pentikost Bayramını qeyd edirlər, lakin ona Şavuot deyirlər.
Tövratda Həftələr Bayramına dair bu göstərişləri oxuyuruq:
“Yeddinci Şənbə gününün ertəsinədək əlli gün sayın, sonra Rəbbə təzə taxıl təqdimi gətirin. Yaşadığınız hər yerdən yellədib təqdim etmək üçün bir efanın onda ikisi narın undan maya ilə bişirilmiş iki kömbə çörəyi Rəbbə nübar təqdimi gətirin”
Levililər 23:16-17
Pentikost: Allahdan bir Əlamət
Müqəddəs Ruh adamların üzərinə Pentikost Bayramında endi. Bu, Tövratın Həftələr (və ya Pentikost) Bayramıdır. İsa Məsih Pasxa Bayramı günü çarmıxa çəkildi, Nübar Bayramında dirildi, Müqəddəs Ruh isə Həftələr Bayramı günü verildi. Bunlar bizim üçün Allahdan olan Əlamətlərdir. İl ərzində nə çox gün var! Nə üçün çarmıxa çəkilmə, dirilmə və daha sonra Müqəddəs Ruhun gəlməsi Tövratın üç bayramının gününə düşür? Məgər bu, Allahın planını bizə göstərmək üçün deyilmi?
Pentikost: Vəsatətçi Yeni Qüdrət verir
Müqəddəs Ruhun gəlişinin Əlamətlərini izah edən Peter Yoel peyğəmbərin sözünə istinad edir. Yoel peyğəmbər Allahın Ruhunun bütün adamların üzərinə töküləcəyi barədə əvvəlcədən söyləmişdi. Pentikost günündə həmin peyğəmbərlik yerinə yetdi.
Gördüyümüz kimi, peyğəmbərlər bizi günaha aparan ruhani susuzluğun təbiətini göstərmişdilər. Peyğəmbərlər həmçinin Yeni Əhdin gələcəyini söyləyirdilər. Həmin vaxt Qanun təkcə daş lövhələr və kitablarda deyil, ürəklərimizdə yazılacaq. Yalnız Qanun ürəklərimizdə yazılanda bizdə Qanuna riayət etmək üçün qüdrət və bacarıq olacaq. Adamların qəlbində yaşamaq üçün Müqəddəs Ruhun Pentikost Günündə gəlməsi bu vədin yerinə yetirilməsidir.
Müjdənin ‘Xoş Xəbər’ olmasının daha bir səbəbi odur ki, Müjdə həyatı daya yaxşı yaşamaq üçün qüvvətlə təmin edir. Artıq həyat – Allah ilə adamların birliyidir. Bu birlik Allahın Ruhunun insanın daxildə yaşaması nəticəsində yaranır. Bu, Pentikost Günü başladı (Həvarilərin İşləri 2-ci fəsil). Artıq həyat başqa səviyyədə, Müqəddəs Ruh vasitəsilə Allah ilə birgə yaşana bilər. Xoş Xəbər budur. Allah Öz Müqəddəs Ruhu vasitəsilə bizi daxildən istiqamətləndirir. Müqəddəs Kitab bunu belə izah edir:
“Həqiqət kəlamını, xilasınızın Müjdəsini eşidib Məsihə iman edən zaman siz də vəd olunmuş Müqəddəs Ruhla Onda möhürləndiniz. Müqəddəs Ruh Allaha məxsus olanların satın alınmasından ötrü irsimiz üçün qoyulan girovdur. Belə ki Allahın izzətini mədh edək”
Efeslilərə 1:13-14
“Əgər İsanı ölülər arasından Dirildənin Ruhu sizdə yaşayırsa, Məsihi ölülər arasından Dirildən, sizdə yaşayan Ruhu ilə sizin də fani bədənlərinizə həyat verəcək”
Romalılara 8:11
“Ancaq təkcə Yaradılış yox, Ruhun nübarını alan biz özümüz də övladlığa qəbul olunmağımızı, yəni bədənimizin satın alınmasını gözləyərək içimizdə inildəyirik”
Romalılara 8:23
İnsanın daxilində yaşayan Allahın Ruhu ikinci Nübardır, çünki Ruh – möhür, girovdur, “Allahın övladı” olacağımız üçün tam dəyişəcəyimizin zəmanətidir.
Müjdə Qanunu icra etməyə çalışaraq, lakin buna nail olmadan yeni həyatı təklif edir. Bu, Süleymanın boş hesab etdiyi var-dövlət, vəzifə, mülk və bu dünyanın digər ötüb-keçən həzzləri sayəsində bol həyat deyil. İncil yeni və bol həyatı Allahın Müqəddəs Ruhunun qəlbimizdə yaşaması nəticəsində vəd edir. Allah qəlbimizə gəlib yaşamaq istəyir, bizə qüdrət və istiqamət vermək istəyir – Xoş Xəbər budur! Tövratın Pentikost Bayramında maya ilə bişirilən yumşaq çörək gələcək bol həyatın rəmzidir. Köhnə və Yeni Pentikost bayramlarının bir günə düşməsi Allahın bizə bol həyat vermək planına açıq-aydır bir Əlamət və işarədir.