Yusif kim olub? Onun ibrəti nədir?
Yusif Surəsi (Surə 12) Həzrət Yusifin hekayəsini təsvir edir. Həzrət Yusif Yaqubun oğlu olub; Həzrət Yaqub – Həzrət İshaqın, Həzrət İshaq isə Həzrət İbrahimin oğludur.… Read More »Yusif kim olub? Onun ibrəti nədir?
Yusif Surəsi (Surə 12) Həzrət Yusifin hekayəsini təsvir edir. Həzrət Yusif Yaqubun oğlu olub; Həzrət Yaqub – Həzrət İshaqın, Həzrət İshaq isə Həzrət İbrahimin oğludur.… Read More »Yusif kim olub? Onun ibrəti nədir?
Beyyinə Surəsi (Surə 98) yaxşı adam olmağın şərtlərini təsvir edir: “Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat… Read More »Əyyub peyğəmbər kim olub? Nə üçün o, bu gün məşhurdur?
Biz bu sualı dərindən araşdıracağıq. Bu məsələni aydın etmək üçün Kəbədən Qara Daşın aparılmasına (h.q.318) nəzər salacağıq. İsa Məsihin (s) çarmıxda ölümünü inkar edənlər adətən… Read More »Quran və tarix: İsa Məsih çarmıxda öldümü?
Biz İsraillilərin tarixində gördük ki, b.e. 70-ci ilində onlar Vəd Olunmuş Torpaqdan sürgün olundular və bütün dünyada yaşayan millətlər arasında qərib kimi yaşadılar. Təxminən 2000 il ərzində İsraillilər belə yaşadılar. Müxtəlif xalqlar arasında yaşayarkən vaxtaşırı kəskin təqib olunurdular. Xüsusilə bu, xristian olan Avropada baş verdi. Avropanın Qərbindən başlayaraq İspaniyadan Rusiyaya qədər İsraillilər çox vaxt təhlükədə yaşayırdılar. Musanın lənət sözləri yerinə yetdi:
“Bu millətlər arasında nə sülhünüz, nə də rahatlığınız olacaq. Rəbb sizə orada ürəkqopması, ümidsizlik, gözləməkdən yorulan gözlər verəcək”
Qanunun Təkrarı 28:65
Növbəti zaman xətti bu 2000 illik zamanı göstərir. İsraillilərin bu tarixi Müqəddəs Kitabın dövründən başlayır və qırmızı rənglə qeyd edilir.
Öz tarixlərində yaşadıqları iki sürgün zamanı İsraillilərin nələrdən keçdiyini aydın görə bilərsiniz. İkinci sürgün dövrü birinci sürgün dövründən daha uzundur (birincisi b.e.ə. 600 – 530-cu illərdə id).
Məni təəccübləndirən odur ki, İsraillilərin yeri olmasa da, eləcə də, sayca böyük millət olmasalar da (təqiblərdə ölüm səbəbi də əhəmiyyət kəsb edir), onlar 2000 illik müddət ərzində öz mədəniyyətlərini itirmədilər. Bu, çox qəribədir. Musanın (s) birinci nümunəsində qeyd etdiyimiz kimi, Tövratda Vəd Olunmuş Torpaqda yaşayan xalqların adları çəkilir:
“Mən ona görə gəldim ki, onları Misirlilərin əlindən qurtarıb bu ölkədən çıxarım və geniş, nemətli bir diyara, süd və bal axan torpağa – Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə aparım”
Çıxış 3:8
Xeyir-dua və lənətlər verilən zamanda da yaşayan xalqların adları verilir:
“Allahınız Rəbb sizi gedəcəyiniz torpağa aparır. Siz oranı mülk olaraq alacaqsınız. O sizin önünüzdən bir çox milləti – Xetliləri, Qirqaşlıları, Emorluları, Kənanlıları, Perizliləri, Xivliləri, Yevusluları – sizdən xeyli çox, xeyli qüvvətli yeddi milləti qovacaq”
Qanunun Təkrarı 7:1
Bu xalqlardan hansı bu gün mövcuddur, öz mədəniyyətini və dilini qoruyub-saxladı? Yox, onlar çoxdan yox olublar. Qədim tarixdən biz yalnız Qirqaşlılarla tanışıq. Böyük Babil, Fars, Yunan və daha sonra Roma kimi böyük İmperiyalar bu millətləri əsarətə alanda onlar çox tez öz dillərini və millətlərini itirdilər. Mən Kanadada yaşayıram və bütün dünyadan gələn immiqrantları görürəm. Üçüncü nəsildən sonra köçdüyü ölkədən nə mədəniyyət, nə də dil qalır. Mən özüm İsveçdən Kanadaya gənc ikən köçmüşəm. Oğlum İsveç dilində danışmır. Bacı-qardaşlarımın da uşaqları İsveç dilində danışmırlar. Ulu babalarımızdan bizdə olan İsveç milli mənsubiyyəti Kanadada yox olub gedir. Bu, bütün immiqrantlarda belədir. Çin, Yapon, Koreya, İran, Şimali Amerika, Afrika və ya Avropa ölkələrindən köçdükləri fərq etmir. Üç nəsildən sonra yox olub gedir.
Beləliklə, maraqlıdır ki, belə düşmənçilik içində yaşayan, əsrlər boyu bir yerdən o biri yerə köçməyə məcbur olan İsraillilərin dünyada sayı 15 milyondan çox olmadığı halda, 2000 il ərzində öz milli mənsubiyyətini – dinini, mədəniyyətini və dilini itirmədilər.
Yəhudilərə qarşı təqiblər çox gücləndi. İkinci Dünya Müharibəsi zamanı Nasist Almaniyada Hitler Avropada yaşayan bütün yəhudilərin kökünü kəsmək qərarına gəldi. Demək olar ki, o, qaz sobaları sayəsində buna nail oldu. Hərçənd, müharibədə məğlub olduğu üçün yəhudilərin qalığı xilas oldu.
Daha sonra, 1948-ci ildə yəhudilər BMT-nin qərarı ilə müasir İsrail dövləti yaratdı. Artıq qeyd etdiyimiz kimi, təəccüblü haldır ki, bu qədər il keçəndən sonra özlərini hələ də yəhudi adlandıran adamlar tapıldı. Lakin 3500 il əvvəl Musanın yazdığı sözlər həyata keçdi: vədi qəbul edəcək bir qalıq saxlanıldı. Beləliklə, uzun müddət sürgündə olmalarına baxmayaraq, onlar bir xalq olaraq qaldılar.
“Allahınız Rəbb sizə rəhm edib əsirlikdən geri qaytaracaq, sizi yenidən səpələdiyi bütün xalqların arasından toplayacaq”
Qanunun Təkrarı 30:3-4
Bu, doğrudan da, bir Əlamətdir: Allah Öz Sözünü yerinə yetirir.
Bu gün bütün bu müasir hadisələr çox ziddiyyətlidir. Demək olar ki, müasir dünyada baş vermiş heç bir hadisə İsrailin yenidən qurulması və İsraillilərin qayıtması qədər ziddiyyətli deyil. Bu, hər gün baş verir: bütün dünyada yaşayan millətlərin arasında minilliklər ərzində sürgündə yaşayan yəhudilər öz Torpağına qayıdırlar. Aydındır ki, müasir yəhudilər dindar deyil – əksəriyyəti dindən çox uzaq və ya ateistdirlər. Bu, Hitlerin, demək olar ki, uğurlu soyqırımı nəticəsində baş verdi. Demək olmaz ki, yəhudilər düzgün hərəkət edirlər. Qəribə məsələ lənətlər siyahısının sonunda Musanın yazdığının yerinə yetməsidir. Bunlar hələ də, yerinə yetirlər. Nə üçün? Bu, nə deməkdir? Onların Məsihi rədd etdikləri halda bu necə mümkündür? Bunlar vacib suallardır. Bu suallara bütün cavabları Tövrat və Zəburda tapmaq olar. Peyğəmbərliklər bizim faydamız üçün yazılıb. Bunların hamısı Mühakimə Günü üzə çıxacaq, çünki həm yəhudilər, həm də qeyri-yəhudilər – bütün insanlar Allah qarşısında eynidir. Ən azı, biz peyğəmbərlərin yazdıqlarını bilməliyik ki, bütün Yazılardan bir nəticə çıxara bilək. Biz Zəbur Kitabını tədqiq edərək davam edirik və sual veririk: “Nə üçün yəhudilər Məsihi rədd etdilər?”
İsrail xalqının tarixini izləməyi asanlaşdırmaq üçün tarixlərini izah edən bir sıra vaxt qurmaq fikrindəyəm. İsraillilərin tarixinə İsa əl Məsih (ə.s) -ın dövrünə qədər ən çox tanıan peyğəmbərləri qrafiki qoyduqdan başlayırıq.
Müqəddəs Kitabın böyük peyğəmbərləri
Burada Qərbi təqvim istifadə olunur (yadda saxlayın ki, bunların hamısı b.e.ə. və ya b.e. aiddir). Göy xəttin uzunluğu peyğəmbərin yaşadığı həyatın uzunluğunu göstərir. İbrahim və Musa (s) böyük peyğəmbərlərdir və biz artıq onların Əlamətlərinə nəzər saldıq. Davud (s) böyük peyğəmbər hesab olunur, çünki o, Zəburu başladı və Yerusəlimdə yaşayan sülalənin birinci padşahı idi. İsa Məsih (s) böyük peyğəmbərdir, çünki İncil bütövlüklə Ona həsr olunub.
Yaşıl xətt ilə qeyd olunan müddətdə İsrail xalqı qul əsarəti altında Misirdə yaşayıb.
Fironun qul əsarəti altında Misirdəki həyat
Tarixin bu hissəsi İbrahimin (s) nəticəsi Yusifin xalqı Misirə aparmasından başlayır. Lakin daha sonra xalq orada qul əsarətinə düşür. Musa (s) Pasxa günündə İsrailliləri Misirdən çıxarır.
Beləliklə, sarı xətt ilə qeyd olunan Musanın (s) dövründə İsraillilərin tarixi dəyişir.
Vəd olunmuş torpaqda həyat – hələ ki, Yerusəlimdə padşah yoxdur
Onlar İsrailin torpağında (və ya Fələstində) yaşayırdılar. Musa (s) onlara xeyir-dua və lənətlər oxuyur, sonra vəfat edir. Xəttin rəngi yaşıldan sarıya dəyişir. Beləliklə, bir neçə yüz il ərzində İsraillilər İbrahimin birinci nümunəsində təsvir edilən Vəd Olunmuş Torpaqda yaşadılar. Hərçənd bu vaxt onların padşahı və paytaxt şəhəri Yerusəlimi də olmayıb. O zaman Yerusəlim başqa xalqlara məxsus idi.
Hərçənd, b.e.ə. 1000-ci ildə Davudun gəlişi ilə İsraillilərin vəziyyəti dəyişir.
Davud Yerusəlim şəhərindən padşahlıq edir
Davud (s) Yerusəlimi ələ keçirərək onu paytaxt şəhəri edir. Burada padşahın sarayı tikilir, Şamuel (s) peyğəmbər Davudu padşah təyin edir. Davudun oğlu Süleyman da öz müdrikliyi ilə məşhur olur və Davuddan sonra padşah olur. Süleyman Yerusəlimdə Rəbb üçün gözəl məbəd tikir. Davudun nəsli 400 il ərzində padşahlıq edir. Bu dövr zaman xəttində mavi rəng ilə qeyd olunur (b.e.ə. 1000 – 600). Bu, İsraillilərin izzətli vaxtı olub; onlar vəd olunmuş xeyir-duaları yaşamağa başladılar. Onlar dünyada qüvvətli padşahlıq, qabaqcıl cəmiyyət idi, onların mənəviyyatı, Məbədi var idi; bu dövrdə bir çox peyğəmbər Allahın Sözünü bəyan edirdi. Bunlar Davudun başladığı Zəbur kitabında qeyd olunur. Çox sayda peyğəmbərlərin göndərilməsinin səbəbi bundan ibarət idi ki, İsraillilər getdikcə korlanır, bütlərə sitayiş edir və On Əmrə itaət etmirdilər. Buna görə də Allah onlara xəbərdarlıq etmək üçün peyğəmbərlər göndərirdi, onlara Musanın lənətlərini xatırladırdı. Lakin İsraillilər qulaq asmırdılar.
Nəhayət, b.e.ə. 600-cü ildə xalqın üzərinə lənət gəldi. Babilin qüdrətli padşahı Navuxodonosor gəldi və Musanın peyğəmbərlik etdiyi kimi lənətlər həyata keçdi:
“Rəbb uzaqdan, dünyanın ucqarlarından bir milləti – dilini başa düşmədiyiniz bir milləti qartal kimi üzərinizə şığıdacaq. Bu elə sərt sifətli bir millətdir ki, nə qocaların şəxsiyyətinə hörməti var, nə də uşaqlara rəhmi gəlir. Bu millət sizi həlak edənə qədər heyvanlarınızın balalarını, torpağınızın məhsulunu yeyib qurtaracaq, sizin üçün nə taxıl, nə təzə şərab, nə zeytun yağı, nə mal-qaranızın, nə də qoyun-keçilərinizin balalarını qoymayacaq. Bütün şəhərlərinizi mühasirəyə alıb ölkənizdəki güvəndiyiniz möhkəm və hündür divarlarınızı tamamilə yerlə yeksan edəcəklər. Allahınız Rəbbin sizə verəcəyi ölkənin bütün şəhərlərini mühasirəyə alacaqlar” Qanunun Təkrarı 28: 49-52
Navuxodonosor Yerusəlimi ələ keçirdi, onu yandırdı, Süleymanın tikdiyi Məbədi dağıtdı. Sonra o, İsraillilərin əksəriyyətini sürgün edərək bütün Babil İmperiyasında yaydı. Yerusəlimdə yalnız kasıb İsraillilər qaldı. Musanın dediyi kimi oldu:
“Sizə yaxşılıq etmək və artırmaqdan Rəbb necə razı qalırdısa, sizi həlak etdiyi və yox etdiyi üçün də elə razı qalacaq. Mülk olaraq almaq üçün gedəcəyiniz ölkədən qoparılacaqsınız. Rəbb sizi dünyanın bu başından o biri başınadək bütün xalqların arasına səpələyəcək. Orada sizin də, atalarınızın da tanımadığı, ağacdan və ya daşdan düzəldilmiş yad allahlara sitayiş edəcəksiniz” Qanunun Təkrarı 28:63-64
İşğal və Babilə sürgün
Beləliklə, qırmızı xətt ilə qeyd edilən 70 il ərzində İsraillilər Vəd Olunmuş Torpaqdan uzaqda sürgündə yaşadılar.
Bundan sonra Fars imperatoru Kir Babilə qalib gəldi; Kir dünyanın ən böyük hökmdarı oldu. O, verdiyi əmr ilə İsraillilərə öz torpaqlarına qayıtmağa icazə verdi.
Fars İmperiyası zamanı öz Torpaqlarında yaşadılar
Hərçənd, onlar daha müstəqil deyil, möhtəşəm Fars İmperiyanın bir vilayəti idi. Bu, 200 il davam etdi (zaman xəttində çəhrayı rənglə qeyd olunur). Bu müddət ərzində Məbəd bərpa olundu (və İkinci Məbəd adlandırıldı); Əhdi-Ətiqin sonuncu peyğəmbərləri Allahın sözlərini xalqa çatdırırdı.
Daha sonra Böyük İsgəndər Fars İmperiyasına qalib gəldi və İsrailliləri öz İmperiyasının vilayəti etdi. Bu, daha 200 il davam etdi (göy xətt).
Yunan İmperiyasının tərkibində öz Torpaqlarında yaşadılar
Sonra Romalılar Yunan İmperiyasına qalib gəldilər və böyük Roma İmperiyası yarandı. İsraillilər indi bu İmperiyanın vilayəti idi (sarı xətt). Peyğəmbər İsa Məsih İsraildə bu vaxt yaşadı. Məhz buna görə İncildə bir çox yerdə Roma Hakimi və Roma əsgərləri xatırladılır. İsa Məsihin dövründə yəhudilərin üzərində Romalılar hökm sürürdülər.
Roma İmperiyası zamanı öz Torpaqlarında yaşadılar
Hərçənd, Babil hakimiyyətindən (b.e.ə. 600-cü il) başlayaraq İsraillilər (və ya yəhudilər) bir daha Davudun sülaləsi zamanı olduğu kimi müstəqil olmadılar. Onları başqa adamlar və başqa hakimiyyətlər idarə edirdi. Onlar hiddətlənərək İsa Məsihin ölümündən sonra Roma hakimiyyətinə qarşı inqilab etdilər. Müstəqillik uğrunda müharibə başladı. Lakin yəhudilər məğlub oldular. O vaxt Romalılar gəlib Yerusəlimi və İkinci Məbədi dağıtdılar; yəhudiləri qul əsarətinə salaraq sürgün etdilər və bütün Roma İmperiyasına yaydılar. Bu İmperiya çox böyük olduğuna görə yəhudilər bütün dünyaya yayıldılar.
B.e. 70-ci ilində Yerusəlim və Məbəd dağıdıldı, yəhudilər bütün dünyaya sürgün olundu. Təxminən 2000 il ərzində onlar məhz belə – dünyaya yayılmış, pərən-pərən düşmüş; özgə torpaqlarda qərib kimi yaşadılar. Musanın lənət sözləri yerinə yetdi:
“… Bu millətlər arasında nə sülhünüz, nə də rahatlığınız olacaq. Rəbb sizə orada ürəkqopması, ümidsizlik, gözləməkdən yorulan gözlər verəcək” Qanunun Təkrarı 28:65
Beləliklə, Musanın lənətləri yerinə yetdimi? Bəli, hər biri yerinə yetdi. İsraillilərə qarşı bütün lənətlər yerinə yetdi ki, qeyri-yəhudi olan bizlər bu sualı verək:
Bütün millətlər “Rəbb bu ölkəyə niyə belə etdi? Bu böyük qəzəb niyə alovlandı?” deyə soruşacaqlar.
O zaman deyəcəklər: “Çünki onları Misir torpağından çıxararkən atalarının Allahı Rəbbin onlarla bağladığı əhdi atdılar” (Qanunun Təkrarı 29:24-25).
Bu, bizim üçün vacib Əlamətdir. Biz peyğəmbərlərin xəbərdarlıqlarına ciddi yanaşmalıyıq, çünki bunlar bizə də aiddir.
Əlbəttə, bu tarixi icmal yalnız 2000 il əvvələ gedir. Musa (s) peyğəmbərin lənət və xeyir-dualarının bizə aidiyyətini burada oxuya bilərsiniz.
Təəssüf edirəm. Bu, yaxşı xəbər deyil. Əslində, bu, çox pis xəbərdir, ona görə ki, sizdə (və məndə, çünki mən də eyni vəziyyətdəyəm) salehlik yoxdur. Salehlik mühümdür; cənnətdə Allahın Padşahlığının əsasını təşkil edən məhz salehlikdir. Bu, düzgün davranışımızdır (yalan, oğurluq, qətl, zina və s. olmamalıdır); bizi cənnətə gətirən Allaha düzgün səcdədir. Salehlik Müqəddəs Padşahlığa daxil olmaq üçün zəruridir. Davud bu barədə Zəbur Kitabında yazır. Yalnız saleh adamlar Müqəddəs Padşahlığa daxil olacaq və buna görə də bura Cənnət olacaq.
“Ya Rəbb, çadırında kim qalar?
Müqəddəs dağında kim məskən salar?
Kamillik yolu ilə gedən,
Əməlisaleh olan,
Ürəkdən həqiqəti söyləyən,
Dilinə böhtan gəlməyən,
Dostuna yamanlıq etməyən,
Qonşusunu təhqir etməyən,
Şərəfsizə xor baxan,
Rəbdən qorxanlarasa hörmət edən,
Zərərinə olsa belə, andından geri dönməyən,
Sələmlə pul verməyən,
Təqsirsizin əleyhinə işləmək üçün rüşvət almayan.
Əsla sarsılmaz belə həyat sürən insan!”
Zəbur 15:1-5
Siz (və mən) həmişə belə olmuruq, çünki bəzən Əmrləri pozub günah edirik. Günah nədir? Əhdi-Ətiqdə Tövratdan sonra gələn kitab bunu yaxşı izah edir. Ayədə deyilir:
“Bütün bu xalqın arasında solaxay olan yeddi yüz seçmə adam var idi ki, hər biri sərrast sapand atıb daşla başda olan bir tükü belə, vura bilirdi və atdıqları boşa çıxmırdı”
Hakimlər 20:16
Bu ayədə məharətli əsgərlər təsvir edilir. Bunların atdıqları heç vaxt boşa çıxmırdı. Tövrat və Əhdi-Ətiq peyğəmbərlər tərəfindən ibrani dilində yazılmışdır. İbrani dilində boşa çıxmaq sözü budur: יַחֲטִֽא (Khav-tav oxunur). İbrani dilində olan həmin sözTövratda günah kimi tərcümə olunur. Məsələn, Yusif Misirə qul əsarətinə satılanda ağasının arvadı ilə zina etmədi; qadın ona yalvarsa belə, Yusif günah etmədi (bu, Quranda da qeyd olunur: Surə 12:22-29 – Yusif). Yusif ona dedi:
“Bu evdə isə hətta o məndən böyük deyil və səndən başqa heç bir şeyi məndən əsirgəmədi, çünki sən onun arvadısan. Bəs mən necə bu böyük pisliyi edib Allahın önündə günaha bata bilərəm?”
Yaradılış 39:9
On Əmr veriləndən dərhal sonra Tövrat yazır:
“Qorxmayın, Allah ona görə gəlib ki, sizi sınağa çəksin və siz günah etməmək üçün Onun qorxusu qarşınızda olsun”
Çıxış 20:20
Hər iki ayədə “günah” kimi tərcümə olunan eyni ibrani sözü istifadə olunurיַחֲטִֽא ׃. Əsgərlərin “atdıqları boşa çıxmırdı” sözü və adamların bir-biri ilə münasibətdə etdikləri günah – eyni sözdür. Allah bizə günahı çox gözəl izah edir. Əsgər hədəfə vurmaq üçün daş götürür. Boşa çıxırsa, məqsədə nail olmur. Eləcə də, Allah bizi hədəfə düşmək üçün yaradıb; Ona səcdə etməkdə və bir-birimizlə münasibətdə biz qalib olmalıyıq. Günah etmək – məqsədə nail olmamaqdır, Allahın bizim üçün nəzərdə tutduğu hədəfdən yayınmaqdır. Bütün Əmrləri yerinə yetirməyəndə biz bu vəziyyətə düşürük – biz Allahın bizim üçün niyyətindən yayınırıq.
Beləliklə, günahın nəticəsi nədir? Adəmin nümunəsində biz bu barədə az da olsa, oxumuşuq. Adəm (bir dəfə!) itaətsizlik edəndə Allah onu öləri etdi. Başqa sözlə, Adəm ölməli idi. Bu, Nuhun nümunəsində davam etdi. Allah adamları mühakimə edərək su daşqınında ölümə məruz qoydu. Lutun nümunəsində də biz bunu görürük: günahın cəzası yenə ölüm idi. İbrahimin oğlu qurban gətirilərək ölməli idi. Onuncu cəza – Pasxada ilk övladlar öldü. Allah Musa (s) ilə danışanda da bu, davam edir. Oxuyuruq ki, Allah Özü lövhələrdə On Əmri yazmamışdan əvvəl əmr edir:
“Rəbb Musaya dedi: «Xalqın yanına get. Bu gün və sabah onları təqdis et. Qoy paltarlarını da yusunlar. Üçüncü günə hazır olsunlar, çünki üçüncü gün bütün xalqın gözü qarşısında Rəbb Sina dağı üzərinə enəcək. Xalqın ətrafına sərhəd çəkib de: “Özünüzü dağa çıxmaqdan, onun ətəyinə toxunmaqdan gözləyin. Dağa toxunan hər kəs öldürülməlidir”
Çıxış 19:10-12
Bu qayda bütün Tövratda davam edir. Daha sonra, İsraillilər Allaha tam itaət etmədilər (günah etdilər) və sonra Onun ibadətgahına yaxınlaşdılar. Fikir verin ki, nəticələri görəndə onlar təlaşa düşdülər.
İsrail övladları Musaya dedilər: «Yox olacağımız bəllidir! Məhv olacağıq! Hamımız həlak olacağıq! Rəbbin məskəninə yaxınlaşan hər kəs ölür. Doğrudanmı hamımız öləcəyik?»
Saylar 17:12-13
Musanın (s) qardaşı Harunun (s) da günaha görə ölən oğulları var idi. Onlar günah ilə Allahın Ən Müqəddəs Yerinə yaxınlaşdılar.
“Harunun iki oğlu Rəbbin hüzuruna yaxınlaşıb öləndən sonra Rəbb Musaya dedi: «Qardaşın Haruna söylə ki, istənilən vaxt pərdənin iç tərəfindəki Müqəddəs yerə, sandıq üzərindəki kəffarə qapağının önünə keçməsin ki, özü ölməsin, çünki Mən kəffarə qapağının üzərindəki buludda zahir oluram”
Levililər 16:1-2
Beləliklə, Haruna (s) göstərişlər verildi ki, o, müqəddəs yerə şəxsən özü keçsin. Allah kahin olan Haruna (s) Özü əmr etdi:
“Lakin qurbangaha və pərdənin iç tərəfinə aid olan hər şeyə yalnız sən və oğulların kahin kimi xidmət edin. Kahinlik xidmətinizi sizə hədiyyə olaraq verirəm. Sizdən başqa müqəddəs yerə kim yaxınlaşarsa, öldürülsün”
Saylar 18:7
Daha sonra, qardaşı olmayan bəzi qızlar torpağı miras almaq xahişi ilə Musanın (s) yanına gəldilər. Onların ataları nə üçün öldü?
“Atamız səhrada öldü, lakin Qorahın tərəfini tutub Rəbbə qarşı üsyan edənlərin arasında deyildi. O öz günahına görə öldü və oğulları olmadı”
Saylar 27:3
Beləliklə, ümumi qayda var idi. Bu qayda Tövratın sonunda belə yekunlaşdırılır:
“… hər kəs öz günahına görə öldürülsün”
Qanunun Təkrarı 24:16b
Allah İsraillilərə (və bizə) bu qaydanı öyrədir: günahın nəticəsi ölümdür.
Bəs Allahın mərhəməti? O vaxt mərhəmət nədə görünürdü? Biz bundan ibrət ala bilərikmi? Bəli! Əlbəttə! Salehliyi olmayan biz günahkarlara mərhəmət məsələsi çox vacibdir. Əvvəlki bir neçə Əlamətlərdə mərhəmətlə artıq rastlaşmışdıq. İndi isə Harunun nümunəsi – bir düyə və iki təkə məqaləsində daha aydın görəcəyik.
İlyas peyğəmbərin adı Ənam və Saffat Surələrində üç dəfə çəkilir: “Zəkəriyyəni, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər” Ənam Surələri 6:85 “Şübhəsiz ki, İlyas… Read More »İlyas peyğəmbər kim olub? Bu gün o bizə necə istiqamət verə bilər?
Bəzən mənə sual verirlər: Allah doğrudan da bizdən 100% itaət tələb edir? Biz insanlar öz aramızda bu barədə çox müzakirələr edə bilərik, lakin suala cavabı biz deyil, Allah Özü verir. Qanuna itaətin qədəri barədə Tövratın ayələrini diqqətinizə çatdırıram. Ayələrin çoxluğuna və aydın yazıldığına fikir verin. Həmin ayələrdə “bütün əmrlərimə”, ‘diqqətlə itaət’, ‘əmrlərimin hamısı’, “bütün ürəyinizlə”, “həmişə itaət”, “hər şeydə”, “bütün əmrlərimə”, “tam itaət”, “bütün sözlərimə”, “hamısına dillə” kimi ifadələr olduqca çoxdur.
Daha sonra gələn peyğəmbərlər 100% itaət qaydasını dəyişmədilər. İsa Məsih (s) İncildə deyir:
“Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq”
Matta 5:17-19
Məhəmməd (s) peyğəmbər bir hədisdə deyir:
SunanAbuDawudBook38,No.4434
Bu, çox aydındır. Allah Cənnəti hazırlayır. Bu, mükəmməl və müqəddəs yerdir. Allah Özü buradadır. Burada polis, ordular, qıfıllar və özümüzü bir-birimizin günahından qorumaq üçün bu gün istifadə etdiyimiz digər təhlükəsizlik vasitələri olmayacaq. Məhz buna görə bu yer cənnət olacaq. Bu yerin mükəmməl olaraq qalması üçün buraya yalnız mükəmməl adamlar daxil olmalıdır. Bunlar bütün əmrlərə həmişə, tam və hər şeydə riayət edən adamlardır.
Tövrat Qanuna tələb olunan riayətin qədəri barədə belə öyrədir.
Təbriklər! Məhkəmə Günündə arxayın və rahat ola bilərsiniz, çünki Qanunun bütün qaydalarına həmişə riayət etsəniz salehliyiniz olacaq. Şəxsən mən Qanuna həmişə riayət edən bir kəsə rast gəlməmişəm. Buna görə də, siz, həqiqətən, böyük adamsınız. Lakin çalışmaqda dayanmayın, çünki siz bu Doğru Yol ilə ömür boyu davam etməlisiniz.
Dediyim kimi, Qanundakı bu On Əmr heç vaxt ləğv edilməyib, çünki bunlar bir Allaha səcdə, zina, oğurluq, düzgünlük kimi əsas məsələlərə aiddir. Sonrakı peyğəmbərlər bu Əmrlərin tətbiqini izah ediblər. İncildə İsa Məsih (s) bu On Əmrin icrası barədə dindarlar və din alimləri olan fariseylərə belə demişdi:
“Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz.
Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan. Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan.
“Zina etmə” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, qadına şəhvətlə baxan hər adam artıq ürəyində onunla zina etmiş olur. Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə atılmasından yaxşıdır. Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin məhv olması bütün bədəninin cəhənnəmə düşməsindən yaxşıdır”
Matta 5:20-30
Bundan başqa, İsa Məsihin həvariləri də bütpərəstlik barədə öyrədirdilər. Onlar deyirdilər ki, bütpərəstlik yalnız daş bütlərə deyil, Allahdan başqa istənilən bir şeyə pərəstişdir. Bu, pula da aiddir. Beləliklə, görəcəksiz ki, acgözlük də bütpərəstlikdir, çünki pulpərəst insan Allahdan başqa pula da pərəstiş edir.
“Buna görə cisminizin dünyəvi meyilləri olan cinsi əxlaqsızlığı, murdarlığı, şəhvəti, pis ehtirası və bütpərəstliyə tay olan tamahkarlığı öldürün. Bunlara görə Allahın qəzəbi itaətsizlərin üzərinə gəlir”, “Ədəbsizlik, boşboğazlıq və yaxud kobud zarafat da olmasın. Bunlar sizə yaramaz. Bunun əvəzində qoy şükür olsun. Əlbəttə, bilirsiniz ki, heç bir əxlaqsız, murdar yaxud bütpərəstə tay olan tamahkar adam Məsihin və Allahın Padşahlığında irsə malik olmayacaq. Qoy heç kim sizi boş sözlərlə aldatmasın. Bu şeylərə görə Allahın qəzəbi itaətsiz adamların üzərinə gəlir”
Kolosselilərə 3:5-6; Efeslilərə 5:4-6
Bu nəsihətlər On Əmrdən qaynaqlanaraq zahiri hərəkətlərə, eləcə də, yalnız Allahın gördüyü daxili niyyətlərə aiddir. Bu, Qanunun icrasını daha da çətinləşdirir.
“İsa evdə süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. Fariseylər bunu gördükdə Onun şagirdlərinə dedilər: «Niyə Müəlliminiz vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» Amma İsa bunu eşidəndə dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Gedin və “Mən qurban deyil, mərhəmət istəyirəm” sözünün mənasını öyrənin. Çünki Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm”
Matta 9:10-13
Qanunun icrası barədə suala verdiyiniz cavaba bir daha nəzər salın. Bütün Qanuna mükəmməl riayət etdiyinizə əminsinizsə, onda sizə İncil gərək deyil. Davam edib Əlamətləri tədqiq etməyə və ya İncili anlamağa cəhdlərin də faydası yoxdur. Çünki İncil yalnız Qanunu icra edənlər üçün deyil, etməyənlər üçündür. İsa Məsih bunu belə izah edir:
Quranda Qədr Surəsi (Surə 97) Qədr gecəsini təsvir edir: “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr… Read More »Qədr gecəsi, izzətli sübh və peyğəmbərlərin dünyası