Yusif kim olub? Onun ibrəti nədir?

Yusif Surəsi (Surə 12) Həzrət  Yusifin hekayəsini təsvir edir. Həzrət Yusif Yaqubun oğlu olub; Həzrət  Yaqub – Həzrət  İshaqın, Həzrət  İshaq isə Həzrət  İbrahimin oğludur. Yaqubun on iki oğlu olub, oğullarından biri Yusif idi. Yusifin on bir qardaşı ona qarşı pis niyyətlə birləşdilər. Bu hekayə ilk dəfə Musanın Tövratında 3500 il bundan əvvəl qeyd olunmuşdu. Tövratdakı bütün hekayə buradadır. Yusif Surəsindən (Surə 12) olan hekayə buradadır. Yusif Surəsi bizə bunun, sadəcə, bir hekayə olmadığını deyir:

Sözsüz ki, Yusif və onun qardaşlarının (hekayətində) soru­­şanlar üçün ibrətlər vardır

Yusif Surəsi 12:7

Yusif və onun qardaşları barədə hekayədə bizim üçün ibrət nədir? Biz bu hekayəni həm Tövratdan, həm də Yusif Surəsindən oxuyaraq bu ibrətləri öyrənəcəyik.

Qarşısında səcdə…?

Bir Əlamət atası Yaquba Yusifin danışdığı yuxusudur:

Bir zaman Yusif atasına dedi: “Atacan! Mən (yuxuda) on bir ulduz, günəş və ay gördüm. Onların mənə baş əydiyini də gördüm”

Yusif Surəsi 12:4

Hekayənin sonunda biz oxuyuruq:

O, ata-anasını taxtın üstündə əyləşdirdi. Onlar (hamısı) onun qarşısında səcdə etdilər. O dedi: “Atacan! Bu, çoxdankı yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O, mənə lütf etdi. O, məni zindandan çıxartdı və şeytan mənimlə qardaşlarımın arasına ədavət saldıqdan sonra sizi səhradan (yanıma) gətirdi. Şübhəsiz ki, Rəbbim istədiyinə qarşı lütfkardır. Həqiqətən, O, Biləndir, Müdrikdir

Yusif Surəsi 12:100

Bütün Quranda ‘səcdə’ sözü dəfələrlə təkrar olunur, lakin bunların hamısı duada, Kəbədə, hər şeyə Qadir olan Allaha səcdəyə və ya Allahın möcüzələrinə aiddir (məsələn, Misirin cadugərləri və Musanın hekayəsində). Burada isə insanın (Yusifin) qarşısında ‘səcdə’dən söhbət gedir. Yalnız bir dəfə mələklərə Həzrət Adəmin qarşısında səcdə etmək əmr olunur  (Ta-Ha Surəsi 116 və Ərəf Surəsi 11). Lakin mələklər insan deyil; adamlara verilən qayda Rəbbin qarşısında səcdə etməkdir.

Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edərək yaxşı işlər görün ki, bəlkə nicat tapasınız

Həcc Surəsi 22:77

Yusif niyə istisna oldu? Atası Yaqub və onun qardaşları nə üçün Yusifin qarşısında səcdə etdilər?

Bəşər Oğlu

Historical Timeline showing Prophet Daniel and other prophets of Zabur

Historical Zaman xətti Daniel peyğəmbər və Əhdi-Ətiqin digər peyğəmbərləri

Müqəddəs Kitabda da yalnız Allahın qarşısında səcdə etmək, yalnız Ona ibadət etmək əmri verilir. Lakin burada da istisna var. Daniel peyğəmbər görüntüdə gələcəyi – Allahın Padşahlığının qurulmasını və ‘Bəşər Oğlu’nu gördü.

Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi. Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq”

Daniel 7:13-14

Yusifin ailəsi Yusifə səcdə etdiyi kimi, görüntüdə adamlar ‘Bəşər Oğlu’na baş əyirlər.

Peyğəmbər İsa Məsih (s)  çox vaxt Özü barədə ‘Bəşər Oğlu’ deyirdi. O, Öz təlimində, verdiyi şəfalardatəbiətin üzərində böyük səlahiyyətə malik idi. Lakin O, Danielin röyada gördüyü kimi, “göyün buludları ilə” gəlmədi. Səbəb həmin röyanın gələcəyə aid olmasındadır, birinci gəlişindən sonra baş verəcək ikinci gəlişinə aiddir. O, (Həzrət Adəmə deyildiyi kimi) Dəccalı məhv etmək üçün bir daha yer üzünə gələcək və Allahın Padşahlığını quracaq.

Birinci gəlişi zamanı O, bakirə Məryəmdən doğulduAllahın Padşahlığı üçün adamlarını satın aldı. Daha sonra O, Özü barədə Bəşər Oğlu kimi buludların üzərində gələcəyi və adamları ayıracağı barədə danışırdı. Yusifin qardaşları Yusifin qarşısında səcdə etdikləri kimi, İsa Məsih də bütün millətlərin qarşısına səcdə ilə gələcəyini gördü. Məsih öyrədirdi:

Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq. Bütün millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən ayıracaq. Qoyunları sağına, keçiləri isə soluna qoyacaq.

 O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın. Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz; çılpaq idim, Məni geyindirdiniz; xəstə idim, qayğımı çəkdiniz; zindanda idim, yanıma gəldiniz”. Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su verdik?  Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik? Nə vaxt Səni xəstə və ya zindanda görüb yanına gəldik?” Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”.

O zaman solundakılara deyəcək: “Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın! Çünki ac idim, Mənə yemək vermədiniz; susamışdım, Mənə su vermədiniz; qərib idim, Məni qəbul etmədiniz; çılpaq idim, Məni geyindirmədiniz; xəstə və zindanda idim, qayğımı çəkmədiniz”. Onda onlar da cavab verib deyəcəklər: “Ya Rəbb, Səni nə vaxt ac, susamış, qərib, çılpaq, xəstə və yaxud zindanda gördük ki, Sənə xidmət etmədik?” O zaman onlara cavab verib deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçiklərdən birinə etmədiyinizi Mənə etməmiş oldunuz”. Bunlar əbədi əzaba, salehlərsə əbədi həyata gedəcək»

Matta 25:31-46

Həzrət Yusif və İsa Məsih

Qarşısında başqa adamların səcdə etməsindən başqa, Həzrət Yusif və İsa Məsih digər oxşar hadisələri yaşadılar. Bu oxşarlığa fikir verin:

Həzrət Yusifin həyatındakı hadisələr İsa Məsihin həyatındakı hadisələr
İsrailin on iki qəbilə başçıları olan Yusifin qardaşları Yusifə nifrət edərək onu rədd etdilər. Bütün yəhudi xalqı İsa Məsihə nifrət edərək Onu Məsih kimi rədd etdilər.
Yusif qardaşlarının ona səcdə edəcəklərini söyləyir. İsa Məsih Öz qardaşlarının (yəhudilərin) Ona səcdə edəcəkləri barədə (Mark 14:62) söyləyir.
Atası Yaqub Yusifi qardaşlarının yanına göndərir, lakin qardaşları onu rədd edərək ona qarşı sui-qəsd hazırlayır, onu öldürmək istəyirlər. Atası İsa Məsihi qardaşları olan yəhudilərin yanına göndərir, “amma soydaşları Onu qəbul etmədi” (Yəhya 1:11); “İsanı öldürməyi qərara aldılar” (Yəhya 11:53).
Onlar Yusifi quyuya saldılar. İsa Məsih “əvvəlcə aşağılara, yer üzünə də enmişdi”.
Yusifi satdılar və öldürmək üçün özgə adamların əlinə verdilər. İsa Məsihi satdılar və öldürmək üçün özgə adamların əlinə verdilər.
O, uzağa aparıldı; atası və qardaşları onun öldüyünü zənn edirdilər. İsrail xalqı və Onun qardaşları olan yəhudilər İsa Məsihin hələ də ölü olduğunu zənn edirlər.
Yusif qul olaraq alçaldıldı. İsa Məsih özünü “qul surətinə sal”dı və “özünü aşağı tutdu və ölümə qədər itaət göstərdi” (Filipililərə 2:7).
Yusifə günah etməsi barədə böhtan atdılar. Yəhudilər Onu nahaq yerə “çox şeydə ittiham edirdilər” (Mark 15:3).
Yusif qul olaraq həbs olundu; zindanda o, bəzi məhbusların zülmətdən azad olmasını əvvəlcədən gördü.  İsa Məsih “…Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün, əsirlərə azadlıq, dustaqlara sərbəstlik elan etmək üçün…” göndərilmişdi (Yeşaya 61:1).
Yusif Misirin taxtına qalxır, bütün qüvvələrdən üstün olur, yalnız firona tabe olur. Onun qarşısında adamlar səcdə qılırdılar. “Allah Onu (Məsihi) çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin…” (Filipililərə 2:10-11).
Qardaşları onu ölü hesab etsələr də, millətlər Yusifin yanına gəlir, o isə onları çörəklə təmin edirdi. Yəhudi qardaşları (soydaşları) Onu rədd edərək ölü hesab etsələr də, millətlər İsa Məsihin yanına gəlib yalnız Onun təmin edə biləcəyi həyat çörəyini alırlar.
Yusif öz qardaşlarının xəyanəti barəsində deyir (Yaradılış 50:20). İsa Məsih yəhudi soydaşlarının xəyanəti barəsində deyir ki, bu, Allahın niyyətidir və çoxlu adamların həyatını xilas edəcəyini deyir (Yəhya 5:24).
Onun qardaşları və millətlər Yusifin qarşısında səcdə qılır. Daniel Bəşər Oğlu barədə peyğəmbərlik edir: “Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin”.

Bir çox təsvirlər və bir çox əlamətlər

Demək olar ki, Tövratın bütün qədim peyğəmbərlərinin həyatları İsa Məsihin həyatının təsviri olub. Bu, Məsihin gəlişindən yüzlərlə il əvvəl baş vermişdir. Bu, bizə göstərir ki, Məsihin gəlişi həqiqətən, Allahın planında olub. Bu, bir insan fikri deyil, çünki insanlar uzaq gələcəyi bilmirlər.

Həzrət Adəmdən başlayaraq, Məsih barədə peyğəmbərliklər olub. Müqəddəs Kitab deyir ki, Həzrət  Adəm

… o gələcək İnsanın əvvəlcədən göstərilən təsviri idi (yəni İsa Məsihin).

Lakin Adəmdən Musaya qədər ölüm hamıya, hətta Adəmin əmri pozmasına bənzər bir günah etməyənlərə də hökmranlıq etdi. Adəm o gələcək İnsanın əvvəlcədən göstərilən təsviri idi”

Romalılara 5:14

Axırda qardaşları Yusifə səcdə etsə də, onun həyatını səciyyələndirən qardaşlarının inkarı, onun qurbanı və qardaşlarından ayrı düşməsi olub. Məsihin qurbanı həmçinin İbrahim peyğəmbərin qurbanında əks etdirilir. Yusifdən sonra Yaqubun on iki oğlundan İsrail xalqının on iki qəbiləsi törəndi; Musa peyğəmbər (s) onları Misirdən çıxartdı. Misirdən çıxış da  Məsihin qurbanına bir işarə olub. Əslində, Tövratda  Məsihin gəlişindən min illərlə əvvəl bir çox Əlamətlər qeyd olunur. Zəbur və digər peyğəmbərlər Məsihin gəlişindən yüz illərlə əvvəl təfsilatları yazıblar.  Məsihin xalq tərəfindən rədd edilməsi Əzab çəkən Qul haqqında peyğəmbərlikdə təsvir edilir. Heç bir insan gələcəyə baxıb yüz illər sonra baş verənləri söyləyə bilməz. Bu peyğəmbərlər Allah tərəfindən ilham almasaydılar, bu təfsilatları haradan bilərdilər? Onlar Allahdan ilham almışdılarsa, onda İsa Məsihin inkar edilməsi və qurbanı Allahın planında olub.

Məsihin gəlişinə aid bu təsvir və peyğəmbərliklərin əksəriyyəti qurbanın səbəbini izah edir:  adamların Allahın Padşahlığına daxil olması və satın alınması üçün Məsih Özünü qurban verdi.

Yusifin nümunəsi, həmçinin uzaq gələcəyə işarə edir; Allahın Padşahlığı başlayacaq və İsa Məsih yer üzünə qayıdanda bütün millətlər Onun qarşısında səcdə qılacaq. İndi yaşadığımız dövrdə bütün adamlar Allahın Padşahlığına dəvət olunurlar. Gəlin  Məaric Surəsində təsvir olunan axmaq adam kimi olmayaq; o, Xilaskarı tapmaq üçün Qiyamət Gününə qədər ləngidi və daha gec oldu. Məsihin sənə həyat təklif etməsi barədə daha çox öyrənin.

Məsih Öz gəlişi barədə öyrədirdi:

O zaman Səmavi Padşahlıq çıraqlarını götürüb bəyin qarşısına çıxan on qıza bənzəyəcək. Onlardan beşi ağıllı, beşi isə ağılsız idi. Ağılsızlar özləri ilə çıraqlarını götürmüşdü, amma yağ götürməmişdi. Ağıllılarsa çıraqları ilə birgə qablarda yağ da götürmüşdü. Lakin bəy gecikdiyindən hamısını yuxu basdı və onlar yatdı. Amma gecə yarısı bir qışqırıq qopdu: “Budur, bəy gəlir, onu qarşılamağa çıxın!” O zaman o qızların hamısı durub öz çıraqlarını düzəltdilər. Ağılsızlar ağıllılara dedi: “Yağınızdan bizə də verin, çünki çıraqlarımız sönür”.  Ağıllılarsa cavab verib dedilər: “Belə olmasın ki, yağ nə bizə çatsın, nə sizə. Yaxşısı budur ki, gedib satıcılardan alasınız”. Onlar yağ satın almağa getdikləri zaman bəy gəldi. Hazır olanlar onunla toy məclisinə girdilər və qapı bağlandı. O biri qızlar da sonradan gəlib “Ağa! Ağa! Qapını bizə aç!” dedilər. O isə cavab verib dedi: “Sizə doğrusunu deyirəm: sizi tanımıram”. Beləliklə, oyaq olun. Çünki siz nə günü, nə də saatı bilirsiniz.

Səmavi Padşahlıq səyahətə çıxan bir adama bənzəyir. O, qullarını çağırıb əmlakını onlara əmanət etdi. O hər birinə öz qabiliyyətinə görə – birinə beş, birinə iki, birinə də bir talant verdi və yola düşdü. Beş talant alan dərhal gedib bunları sərmayəyə qoydu, daha beş talant qazandı. İki talant alan da beləcə daha iki talant qazandı. Bir talant alansa gedib torpağı qazdı və ağasının pulunu gizlətdi.

Uzun zamandan sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi. Beş talant alan gəlib daha beş talant gətirərək dedi: “Ağa, sən mənə beş talant əmanət etdin. Budur, mən daha beş talant qazandım”. Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”

İki talant alan da gəlib dedi: “Ağa, mənə iki talant əmanət etdin. Budur, mən daha iki talant qazandım”. Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”

Bir talant alan da gəlib dedi: “Ağa, sənin sərt bir adam olduğunu bilirdim. Əkmədiyin yerdən biçərsən, səpmədiyin yerdən yığarsan.  Ona görə qorxdum, gedib sənin talantını torpaqda gizlətdim. Buyur, öz malını geri götür!” Ağası isə cavab verib ona dedi: “Pis və tənbəl qul! Mənim əkmədiyim yerdən biçdiyimi və səpmədiyim yerdən yığdığımı bilirdinmi? Onda gərək mənim pulumu sərraflara verəydin ki, mən qayıdanda onu faizlə geri alım. İndi əlindəki talantı ondan alın və on talantı olana verin! Çünki kimin varıdırsa, daha çox veriləcək və o, bolluq içində olacaq, kimin yoxudursa, əlində olan da ondan alınacaq. Yaramaz qulu isə qaranlıq çölə atın. Orada ağlaşma və diş qıcırtısı olacaq”

Matta 25:1-30

Əyyub peyğəmbər kim olub? Nə üçün o, bu gün məşhurdur?

Beyyinə Surəsi (Surə 98) yaxşı adam olmağın şərtlərini təsvir edir:

“Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!”

Beyyinə Surəsi 98: 5

Eyni ilə, Əsr Surəsi (Surə 103) Allah qarşısında pis vəziyyətə qalmamaq üçün bizə gərək olan xüsusiyyətlər barədə yazır:

“Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər­­ və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa”

Əsr Surəsi 103:2-3

Əyyub (s) peyğəmbər Beyyinə və Əsr Surələrində təsvir olunan kimi olub. Əyyub peyğəmbər çox məşhur olmasa da, Quranda dörd dəfə adı çəkilir.

“Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik”

Nisa Surələri 4:163

“Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. (Bundan) əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq”

Ənam Surələri 6:84

Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”

Ənbiya Surələri 21:83

Qulumuz Əyyubu da yada sal! Bir zaman o, öz Rəbbinə yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”

Sad Surələri 38:41

Əyyub İbrahim, İsa Məsih, Davud kimi peyğəmbərlərin siyahısına daxildir, çünki o, daha sonra Müqəddəs Kitaba daxil edilən bir kitab yazmışdı. Onun kitabı onun həyatını təsvir edir. O, Nuhİbrahim (s) peyğəmbərlərin arasındakı dövrdə yaşayıb. Müqəddəs Kitab onun barəsində belə yazır:

“Us ölkəsində Əyyub adlı bir şəxs var idi. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adam idi. Onun yeddi oğlu, üç qızı var idi. O, yeddi min baş qoyuna, üç min baş dəvəyə, beş yüz cüt öküzə, beş yüz baş eşşəyə və çoxlu nökərlərə sahib olub şərqdə yaşayanlar arasında ən varlı adam sayılırdı.

Oğlanları növbə ilə evlərində ziyafət qurar və üç bacılarını da çağırardılar ki, birgə yeyib-içsinlər. Ziyafət müddəti bitəndən sonra Əyyub övladlarını çağırtdırıb təqdis edər və erkən qalxıb bütün övladlarının sayına görə yandırma qurbanı təqdim edərdi. Əyyub «bəlkə övladlarım günaha bataraq ürəklərində Allaha lənət ediblər» deyə düşündüyündən həmişə belə edərdi”

Əyyub 1:1-5

Beyyinə və Əsr Surələrinin təsvir etdiyi bütün zəruri xüsusiyyətlər Əyyubda olub. Lakin daha sonra Şeytan Rəbbin qarşısına gəldi. Əyyubun Kitabı onların arasında olan söhbəti qeyd edir:

“Bir gün ilahi varlıqlara Rəbbin hüzuruna qalxmaq üçün gələndə Şeytan da onlara qoşulub gəldi. Rəbb Şeytana dedi: «Haradan gəlirsən?» Şeytan cavabında «dünyanı gəzib-dolaşmaqdan» dedi. Rəbb ona dedi: «Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlisaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır».  Şeytan Rəbbə belə cavab verdi: «Əyyub Allahdan boş yerəmi qorxur? Canına, evinə, var-dövlətinə sipər olub onu qoruyan Sən deyilsənmi? Əlinin bütün əməyinə bərəkət vermisən, sürüləri bütün ölkəni bürüyüb. İndi bir əl uzadıb onun var-yoxunu əlindən al, o, gözünün qabağında mütləq Sənə lənət edəcək».

Rəbb Şeytana dedi: «Yaxşı, sahib olduğu hər şeyi sənə təslim edirəm, amma canına toxunma». Beləliklə, Şeytan Rəbbin hüzurundan getdi”

Əyyub 1:6-12

Beləliklə, bundan sonra Şeytan Əyyubun üzərinə bəlalar gətirir:

“Bir gün Əyyubun oğulları ilə qızları böyük qardaşlarının evində yemək yeyib şərab içərkən bir nökər gəlib Əyyuba belə dedi: «Öküzlər cüt sürür, eşşəklər də onların yanında otlayırdı. Bu zaman Səbalılar hücum edib onları apardılar və nökərləri qılıncdan keçirtdilər. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim». O hələ sözünü qurtarmamış başqa nökər gəlib dedi: «Göydən Allahın odu töküldü. Həm qoyunları, həm də nökərləri yandırıb külə çevirdi. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim». O, sözünü qurtarmamış başqa nökər gəlib dedi: «Xaldeylilərdən üç qoşun hücum edərək dəvələrini apardı və nökərləri qılıncdan keçirtdi. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim». O hələ sözünü qurtarmamış başqa bir nökər gəlib belə dedi: «Oğullarınla qızların böyük qardaşlarının evində yemək yeyib şərab içərkən qəflətən çöldə güclü tufan qopdu və evin dörd tərəfini bürüdü. Ev uçub bu cavanların üstünə töküldü, hamısı öldü. Təkcə mən sağ qalmışam ki, sənə xəbər gətirim».

Buna görə Əyyub durub cübbəsini yırtdı, saç-saqqalını kəsdi, yerə sərilib səcdə etdi.  O belə dedi:

«Bu dünyaya çılpaq gəlmişəm,

Çılpaq da gedəcəyəm.

Verən də Rəbdir, alan da Rəbdir.

Rəbbin isminə alqış olsun!»

Bütün bu hadisələr baş verərkən Əyyub özünə günah qazanmadı və Allahı təqsirləndirmədi”

Əyyub 1:13-22

Şeytan Əyyubu Rəbbə lənət oxumağa məcbur etmək istəyirdi. Buna görə də, ikinci dəfə hücum etdi.

“Başqa bir gün ilahi varlıqlar Rəbbin hüzuruna qalxmaq üçün gələndə Şeytan da onlara qoşulub Rəbbin hüzuruna qalxmaq üçün gəldi. Rəbb Şeytana dedi: «Haradan gəlirsən?» Şeytan «dünyanı gəzib-dolaşmaqdan» deyə cavab verdi. Rəbb dedi: «Qulum Əyyuba yaxşı-yaxşı nəzər sala bildinmi? Axı yer üzərində onun kimisi yoxdur. O, kamil, əməlİsaleh, Allahdan qorxan və özünü şərdən uzaq saxlayan bir adamdır. Məni vadar etdin ki, boş yerə onu məhv edim, amma o hələ kamil olaraq qalıb». Şeytan Rəbbə belə cavab verdi: «Dəri əvəzinə dəri! İnsan canına görə hər şeyini verər. Əlini uzadıb onun ətinə və sümüyünə toxun, o, gözünün qabağında mütləq Sənə lənət edəcək». Rəbb Şeytana dedi: «Yaxşı, onu sənə təslim edirəm. Yalnız canını alma».

Beləliklə, Şeytan Rəbbin hüzurundan getdi və sonra Əyyubun bədəninə başdan ayağadək ağrılı çibanlar çıxartdı. Əyyub çibanlarını qaşımaq üçün bir saxsı parçası götürdü və kül içində oturdu.  Arvadı ona dedi: «Yenə də kamil olaraq qalacaqsan? Lənət et Allaha, öl qurtar!» Əyyub cavab verdi: «Lap nadan arvadlar kimi danışırsan. Nə oldu, Allahdan yaxşılığı qəbul edək, pisliyi qəbul etməyək?» Bütün bu hadisələr baş verərkən Əyyub özünə günah qazandıran bir kəlmə də demədi”

Əyyub 2:1-10

Məhz buna görə Ənbiya Surəsi Əyyubun dərd içində fəryad etdiyi, Sad Surəsi isə Şeytanın onu xəstəliyə salması barədə yazır.

Əyyub bəlaya düşəndə üç dostu ona baş çəkməyə gəlir.

“Əyyubun üç dostu – Temanlı Elifaz, Şuahlı Bildad və Naamatlı Sofar onun başına gələn bütün bəlaları eşidərkən üçü də yaşadıqları yerdən çıxıb bir yerdə görüşdü. Onun dərdinə şərik olmaq və onu ovutmaq üçün yanına gəldilər. Əyyubu uzaqdan görərkən tanıya bilmədilər, hönkürüb ağlayaraq öz cübbələrini cırıb-dağıtdılar və yerdəki torpağı götürüb başlarına tökdülər. Yeddi gün-yeddi gecə onunla birlikdə quru yerdə oturdular. Kimsə ağzını açmadı, çünki Əyyubun dərdinin nə qədər böyük olduğunu gördülər”

Əyyub 2:11-13

Dostları Əyyubun başına gələn bəlaların səbəbini bilmək istəyirdilər. Əyyubun Kitabı onların uzun söhbətlərini bir çox fəsildə qeyd edir. Axırda dostlar Əyyuba bəlanın yalnız pis adamların üzərinə gəldiyini deyirlər: çox güman ki, Əyyub gizlicə günah edib. Günahlarını tövbə etsə, Allah onu bağışlayar. Lakin Əyyub hər dəfə təqsiri olmadığını, bəlaların səbəbini bilmədiyini söyləyir.

Onların söhbətləri uzun olduğu üçün bunları ətraflı tədqiq edə bilmərik, lakin Əyyub sualları arasında əmin olduğu bir söz deyir:

“Amma mən bilirəm ki, Satınalanım yaşayır,

Axırda O, yer üzərində dayanacaq.

Dərim yox olandan sonra

Bədən alıb Allahı görəcəyəm.

Mən Ona baxacağam,

Başqası yox, mən öz gözlərimlə görəcəyəm.

Budur, ürəyim həsrətdən üzülür!”

Əyyub 19:25-27

Bəlaların səbəbini bilməsə də, Satınalanın yer üzünə gələcəyini dəqiq bilirdi. Satınalan günahlarına görə qiymət ödəyəcək bir Şəxsdir. Əyyub ona ‘Satınalanım’ deyir. Yəni Əyyub onun üçün gələcək Satınalan barədə bilirdi. Əyyubun “dərisi yox olandan sonra” (yəni öləndən sonra) o, Allahı öz gözləri ilə görəcək.

Əyyub gələcəyə, Dirilmə Gününə baxır. Dirilmə Günü Allah ilə üz-üzə görüşəcəyinə əmindir, çünki onu Satınalan yaşayır və onu satın alıb.

Məaric Surəsi (Surə 70) həmçinin Dirilmə Günü və Satınalan barədə yazır. Lakin Məaric Surəsi həmin Günə və Xilaskara xor baxan axmaq barədə yazır: 

“(Halbuki) onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin”

Məaric Surələri 70:11-14

Axmaq adam Məaric Surəsində xilaskar axtarsa da uğursuz olur. O, həmin Günün – Qiyamət Gününün cəzasından onu xilas edəcək bir nəfəri axtarır. Onun övladları, arvadı, qardaşı və yer üzündə olan bütün adamlar onu xilas və ya satın ala bilmir. Onlar onu xilas edə bilmirlər, çünki özləri də öz cəzalarını çəkməlidirlər.

Əyyub saleh olub, lakin buna baxmayaraq, həmin Gün Satınalana ehtiyac duyduğunu bilirdi. Çətinliklərə baxmayaraq, o, Satınalanın olduğuna əmin idi. Tövrat “günahın əvəzi ölümdür”, “Satınalan öz həyatı ilə qiyməti ödəməlidir” yazır. Əyyub bilirdi ki, “axırda O, yer üzərində dayanacaq”. Əyyubun Satınalanı kimdir? Ölən və  yer üzündə dayanmaq üçün dirilən yeganə şəxs – peyğəmbər İsa Məsihdir (s). Cəzanın (Ölümün) qiymətini ödəyən və axırda yer üzərində dayana bilən Kəs yalnız Odur.

Əyyub kimi salehin Satınalana ehtiyacı olubsa, sizin və mənim də Qiyamət Günü Ona ehtiyacımız  böyük deyilmi? Beyyinə və Əsr Surələrində xüsusiyyətləri təsvir olunan xeyirxah adama Satınalan gərəkdirsə, bəs bizə necə? Gəlin Məaric Surəsindəki Sonuncu Günə qədər gözləyən və cəzasından onu satın alan şəxsi uğursuz axtaran axmaq kimi olmayaq. Peyğəmbər İsa Məsih (s) sizi satın ala bilər, bunu indi anlayın. Əyyub peyğəmbər əvvəlcədən bildiyi kimi, siz də bunu əvvəlcədən bilin.

Öz kitabının sonunda Əyyub Rəbb ilə görüşür (burada oxuyun) və onun xoş həyatı bərpa olunur (burada oxuyun). 

İlyas peyğəmbər kim olub? Bu gün o bizə necə istiqamət verə bilər?

İlyas peyğəmbərin adı Ənam və Saffat Surələrində üç dəfə çəkilir:

“Zəkəriyyəni, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər”

Ənam Surələri 6:85

“Şübhəsiz ki, İlyas da elçilərdəndir. Bir zaman o, öz qövmünə demişdi: “Məgər qorxmursunuz? Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ yalvarırsınız – həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi olan Allahımı (tərk edirsiniz)?” Onlar onu yalançı saydılar. Ona görə də hamısı (Cəhənnəmə) gətiriləcəkdir. Yalnız Allahın seçilmiş (səmimi) qullarından başqa. Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq. İlyasinə salam olsun! Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən, o, Bizim mömin qullarımızdandır”.

Saffat Surələri 37:123-132

Müqəddəs Kitabın peyğəmbərlərindən biri olduğuna görə İlyasın da adı Yəhya və İsa Məsihlə bərabər çəkilir. Qeyd etdiyimiz kimi, İlyas Baal bütünün peyğəmbərlərinə qarşı çıxmışdı. Bu, Müqəddəs Kitabda burada ətraflı təsvir olunur. İndi biz (Saffat Surəsinin vəd etdiyi kimi, “sonradan gələnlər”) İlyasın xeyir-duasına nəzər salacağıq.

İlyas və Baal bütünün peyğəmbərləri

İlyas Baal bütünün 450 peyğəmbərinə qarşı çıxan sərt insan olub. O, bu qədər adama necə qarşı çıxa bildi? Müqəddəs Kitabda yazılana görə o, ağılla bir sınağı təşkil etdi. Həm İlyas, həm də Baal bütünün peyğəmbərləri heyvan qurban təqdim etməli, lakin qurbanı yandırmaq üçün alov gətirməməli idilər. Hər kəs göydən alov endirməsi üçün öz Allahına dua etməli idi. Qurbana göydən alov göndərən Allah həqiqi, Var olandır. Beləliklə, bu 450 peyğəmbərlər bütün gün ərzində Baalı çağırdılar və göydən qurbana alov göndərməsi üçün yalvardılar, lakin alov gəlmədi. Daha sonra tək İlyas Yaradana göydən qurbana alov göndərməsi üçün dua etdi və dərhal göydən alov gəldi, bütün qurbanı yandırdı. Bu sınağın şahidi olanlar həqiqi Allahın və yalançı bütün kim olduğunu bildilər. Baalın yalanı üzə çıxdı.

Biz bu sınağın şahidi olmamışıq, lakin peyğəmbərin Allahdan gəlib-gəlmədiyini öyrənmək üçün İlyas kimi bunu sınaya bilərik. Sınaq elə olmalıdır ki, yalnız Allah və onun elçisi sınaqdan keçə bilsin, bütə sitayiş edən peyğəmbərlər isə sınaqdan keçməyəcəklər.

İlyasın sınağı bu gün

İlyasdan nümunə götürərək bunu necə sınamaq olar?

Nəcm Surəsi bizə deyir:

“Axirət də, dünya da Allahındır”

Nəcm Surəsi 53:25

Axirəti əvvəlcədən yalnız Allah bilir. Adamlar gələcəyi əvvəlcədən bilmir; yalnız hadisələr baş verəndən sonra bilirlər. Buna görə də gələcəyi söyləmək sınağı bizə yarayır. Heç bir insan və ya büt bunu edə bilməz. Gələcəyi yalnız Allah bilir.

Bir çox adam peyğəmbər İsa Məsihin (s) İncildə dediyi sözlərin Allahdan olub-olmamasına şübhə edirlər, bu sözlərin ağıllı adamlar tərəfindən yazıldığını düşünürlər. Bu suala cavab vermək üçün İlyasın sınağını keçirə bilərik. Tövrat, Zəbur və peyğəmbərlərin kitabları İsa Məsihdən (s) yüz illərlə, hətta min illərlə əvvəl yazılmışdır. Bunlar yəhudi peyğəmbərlər tərəfindən yazılmış kitablardır və buna görə də, ‘xristianların’ yazıları deyil. Bu qədim əlyazmalar İsa Məsihin həyatındakı hadisələr barədə dəqiq peyğəmbərliklər edirlərmi? Burada Tövratın peyğəmbərlikləri barədə oxuya bilərsiz. Burada Zəburun və sonrakı peyğəmbərlərin kitablarındakı peyğəmbərliklər barədə oxuya bilərsiz. İlyas kimi özünüz sınayıb yoxlayın: peyğəmbər İsa Məsih (s) haqqında İncilin yazdıqları həqiqətən Allahdandır, yoxsa adamlar İncili təhrif ediblər?

Ənam Surəsi Yəhya və İsa Məsih ilə bərabər İlyasın da adını çəkir. Maraqlıdır ki, Əhdi-Ətiqin sonuncu Kitabında İlyasın yer üzünə gələcəyi və adamları Məsihin gəlişinə hazırlaması haqqında yazır. İncildə  İlyas kimi gələn Yəhya peyğəmbər barədə oxuyuruq. O, adamların səhv həyat tərzinə qarşı çıxdı və onları  Məsihin gəlişinə hazırladı. Yəhya və Məsihlə bərabər İlyas haqqında da peyğəmbərliklər edilib.

Qədr gecəsi, izzətli sübh və peyğəmbərlərin dünyası

Quranda Qədr Surəsi (Surə 97) Qədr gecəsini təsvir edir:

“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrayıl) hər işə görə (yerə) enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur”

Qədr Surəsi 97:1-5

Qədr gecəsini təsvir edən Qədr Surəsi onun ‘min aydan xeyirli’ olduğunu söyləyir. Bu ayədə Qədr gecəsinin nə olduğu barədə sual verilir.  Qədr gecəsində Ruh nə edir ki, bu gecəni min aydan xeyirli edir?

Leyl Surəsi (Surə 92) həmin günü oxşar şəkildə təsvir edir və gecədən sonra gələn nurdan bəhs edir. Gündüz günəşin çıxması ilə gəlir və Allah insana istiqamət verir, çünki O, əvvəldən axıra qədər hər şeyi bilir. Buna görə də Allah bizi od və son barədə xəbərdarlıq edir.

“And olsun (yer üzünü zülmətə) bürüməkdə olan gecəyə! və olsun (günəşin çıxması ilə) aydınlaşan gündüzə!”

Leyl Surəsi 92:1-2

“Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir. Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir. Mən sizi alov saçan bir odla qorxutdum”

Leyl Surəsi 92:12-14

Qədr Surəsini və Leyl Surəsini növbəti ayə ilə müqayisə edin:

“Həmçinin bizdə daha əmin olan peyğəmbərlik sözləri var. Onlar qaranlıq yerdə işıq saçan bir çırağa bənzəyir. Səhər açılıb dan ulduzu ürəklərinizdə doğana qədər bu sözlərə diqqət verirsinizsə, yaxşı edirsiniz”

2 Peter 1:19

Oxşarlığı görürsünüz? Qədr Surəsini və Leyl Surəsini oxuyanda bu ayə yadıma düşdü. Ayə həmçinin gecədən sonra gələn səhər barədə yazır. Gecə vaxtı peyğəmbərlərə vəhy verilir. Ayə həmçinin peyğəmbərlərin sözünə etinasızlıq göstərməmək barədə bizə xəbərdarlıq edir. Əks halda kəskin nəticələrlə üzləşəcəyik.

Bu ayəni həvari Peter yazıb. O, şagirdlərin başçısı və peyğəmbər İsa Məsihin (s) yoldaşı olub. Saff Surəsi (Surə 61) İsa Məsihin şagirdləri barədə yazır:

Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?”– demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!”– demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər

Saff Surəsi 61:14

Saff Surəsi deyir ki, İsa Məsihin şagirdləri ‘Allahın köməkçiləri’ olub. Şagirdlərin sözlərinə iman edənlər bəhs edilən qüvvəni qəbul edəcəklər. Şagirdlərin başçısı kimi Peter Allaha kömək edərək rəhbərlik edirdi. Peyğəmbər İsa Məsihin (s) şagirdi olduğuna baxmayaraq, onun bir çox möcüzələrinin şahidi olduğuna, Onun təlimini öz qulaqları ilə eşitməsinə və onda olan səlahiyyəti gözləri ilə görməsinə baxmayaraq, Peter hələ də ayədə deyir ki, peyğəmbərlərin sözləri ‘daha əmin’dir. Nə üçün Peter gözləri ilə gördüklərinə deyil, peyğəmbərlərin sözlərində daha əmin idi? O davam edir:

Hər şeydən əvvəl bunu bilməlisiniz ki, Müqəddəs Yazılardakı peyğəmbərlik sözlərinin heç birini şəxsən şərh etmək olmaz.  Çünki heç vaxt peyğəmbərlik insan iradəsi ilə qaynaqlanmamışdır, lakin Müqəddəs Ruh tərəfindən yönəldilən insanlar Allahdan gələn sözləri söylədi”

(2 Peter 1:20-21

Ayə bizə deyir ki, Allahın Müqəddəs Ruhu peyğəmbərləri ‘yönəldirdi’. Beləliklə, onlar Allahdan gələn sözləri söylədilər və daha sonra yazdılar. Onların yazdıqları ‘Allahdan idi’. Məhz buna görə Qədr gecəsi min aydan daha xeyirlidir. Qədr gecəsinin kökü “insanın iradəsində” deyil, Müqəddəs Ruhdadır. Saff Surəsi bizə deyir ki, Peterin sözünə diqqət edən kəs Qədr gecəsində iştirak edən qüvvəni alacaq və qalib gələcək.

Peyğəmbər İsa Məsihin dövründə yaşayan Peter Əhdi-Ətiq dövrünün ‘peyğəmbərləri’ barədə yazırdı. Bu kitablar İncildən əvvəl yazılmışdır. Musanın Tövratında Adəm, Qabil və Habil, Nuh, Lutİbrahim peyğəmbərdən yazılır. Həmçinin, Musanın fironun qarşısına gəlməsi, Şəriət Qanununu Allahdan alması,  Bəqərə Surəsi adını daşıdığı qardaşı Harunun qurbanları barədə yazır.

 Tövratdan sonra Zəbur Kitabı gəlir. Burada Davud ilham alaraq gələcək Məsih barədə yazır. Sonrakı peyğəmbərlər Məsihin bakirədən doğulacağından,  Allahın Padşahlığının hamı üçün açıq olacağından və həmçinin, gələcək Qulun çoxlu əzab çəkəcəyindən yazırlar. Daha sonra  Məsihin adı barədə peyğəmbərlik olunur, həmçinin Onun gəlişinin dəqiq vaxtı , Vəsatətçi barədə vəd verilir.

Çoxumuzun bu müqəddəs kitabları oxumağa imkanımız olmayıb. Burada müxtəlif istinadlarla sizə bu imkan verilir. Leyl Surəsi gələcək od barədə xəbərdarlıq edir. Qədr Surəsi Qədr gecəsində fəal olan Allahın Ruhundan yazır. Saff Surəsi şagirdlərin sözlərinə iman edənlərə Qüvvəni vəd edir. Bu şagirdlərin başçısı Peter daha sonra bizə əvvəl gələn peyğəmbərlərin Vəhylərinə diqqət yetirməyi məsləhət edir. Onlar peyğəmbərlikləri gecə alaraq, gələcək səhəri görürdülər. Onların sözlərini oxuyub bilmək yaxşı deyilmi?

Quran və tarix: İsa Məsih çarmıxda öldümü?

Biz bu sualı dərindən araşdıracağıq. Bu məsələni aydın etmək üçün Kəbədən Qara Daşın aparılmasına (h.q.318) nəzər salacağıq. 

İsa Məsihin (s) çarmıxda ölümünü inkar edənlər adətən Nisa Surəsi 157-ci ayəyə istinad edirlər.

“Bir də: “Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!”– dediklərinə görə (lənətədüçaredildilər.) Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər”

Nisa Surəsi 4:157

İsa Məsih öldürüldümü?

Fikir verin,  ayə İsa Məsihin ölmədiyini söyləmir. Ayə deyir yəhudilər ‘nə öldürdülər, nə də çarmıxa çəkdilər…’. Bu, fərqlidir. İncil yəhudilərin peyğəmbəri həbs etdikləri, baş kahin Qayafanın sorğu-suala tutduğu barədə yazır:

Yəhudi başçıları İsanı Qayafanın yanından vali sarayına apardılar. Səhər açılırdı. Amma özləri vali sarayına girmədilər ki, murdar olmasınlar və Pasxa yeməyini yeyə bilsinlər”

Yəhya 18:28

Pilat Roma valisi idi. Roma işğalı altında olduqları üçün yəhudilər edam edə bilməzdilər. Daha sonra Pilat peyğəmbəri öz Roma əsgərlərinin əlinə verdi.

Onda Pilat İsanı çarmıxa çəkilmək üçün onlara təslim etdi”

Yəhya 19:16

Beləliklə, İsa Məsihi çarmıxa çəkən yəhudilər deyil, Roma hakimiyyəti və Roma əsgərləri olub. Peyğəmbərin şagirdi yəhudi rəhbərlərini ittiham edəndə demişdi:

İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı, ata-babalarımızın Allahı Qulu İsanı izzətləndirib. Siz Onu sataraq Pilatın qarşısında rədd etdiniz. Pilat Onu azad etmək üçün qərar vermişdi”

Həvarilərin İşləri 3:13

Yəhudilər onu Romalılara verdilər, onlar da onu çarmıxa çəkdilər. Çarmıxda öləndən sonra onun bədənini qəbirə qoydular:

İsanın çarmıxa çəkildiyi yerdə bir bağça, bu bağçanın içində də hələ heç kəsin qoyulmadığı təzə bir qəbir var idi. Qəbir yaxında olduğuna görə İsanın cəsədini oraya qoydular, çünki o gün Yəhudilərin Hazırlıq günü idi”

Yəhya 19:41-42

Nisa Surəsi 157 yəhudilərin İsa Məsihi çarmıxa çəkmədiyi barədə yazır. Bu, düzdür. İsa Məsihi çarmıxa Romalılar çəkdilər.

Məryəm Surəsi və peyğəmbərin ölümü

Məryəm Surəsi İsa Məsihin ölüb-ölməməsini aydınlaşdırır.

Doğulduğum gün də, öləcəyim gün də, yenidən dirildiləcəyim gün də mənə salam olsun!” Barəsində şübhəyə düşdükləri haqq söz olan Məryəm oğlu İsa budur

Məryəm Surəsi 19:33-34

Burada aydın deyilir ki, İsa Məsih gələcəkdə Öz ölümünü əvvəlcədən görür və bu barədə danışırdı. İncil də bu barədə yazır.

‘Əvəzində Yəhuda öldürüldü’ nəzəriyyəsi

Yəhudanın İsa Məsihə bənzər simasının dəyişməsi barədə nəzəriyyə geniş yayılıb: yəhudilər (İsa kimi görünən) Yəhudanı həbs etdilər, Romalılar (İsa kimi görünən) Yəhudanı çarmıxa çəkdilər, və nəhayət, (İsa kimi görünən) Yəhuda dəfn olundu. Bu nəzəriyyəyə görə, İsa Məsih ölmədən səmalara yüksəldi. Nə Quran, nə də İncil hadisələrin bu gedişini təsvir etmir, lakin buna baxmayaraq, bu nəzəriyyə geniş yayılıb. Beləliklə, gəlin bu nəzəriyyəni tədqiq edək.

İsa Məsih tarixi yazılarda

Dünyəvi tarixdə İsa Məsihə və Onun ölümünə dair bir neçə sənəd qalıb. Gəlin bunlardan ikisinə nəzər salaq. B.e.65-ci ilində İsa Məsihin davamçılarını təqib edən Roma İmperatoru Neron barədə yazaraq Roma tarixçisi Takit İsa Məsihdən bəhs edir:

 ‘Dəhşətli cinayətlərinə görə xristian adlananlara hamı nifrət edirdi. Neron… ən kəskin əzablar verərək onları cəzalandırırdı. Onların müəllimi Xristos Qeysər Tiberinin hakimiyyəti dövründə Yəhudeyanın valisi Ponti Pilat tərəfindən öldürülmüşdür. Lakin müvəqqəti yatırılmış bu ziyanlı mövhumat yenidən canlandı. Lakin təkcə bu bəlanın yarandığı Yəhudeyada deyil, bütün Roma şəhərində də yayıldı’.

Takit. Annals XV. 44

Takit İsa Məsih barədə növbəti qeyd olunanları təsdiqləyir:

  • 1) O, tarixi Şəxsiyyət olub;
  • 2) Ponti Pilat tərəfindən edam edilib;
  • 3) Peyğəmbər İsa Məsih öləndən sonra davamçıları hərəkatı Yəhudeyada (Yerusəlimdə) başladılar;
  • 4) B.e.65-ci ilində (Neronun dövründə) onlar Yəhudeyadan Romaya yayıldılar, elə ki, Roma İmperatoru bunun qarşısını almaq məcburiyyətində qaldı.

Yosef yəhudi hərbi komandanı/tarixçi olub. O, birinci əsrə aid yəhudi tarixini yazıb. İsa Məsihin həyatı barədə bunları qeyd edir:

‘O vaxt bir müdrik adam var idi … İsa. O, … xeyirxah və … saf idi. Yəhudilərdən və digər millətlərdən bir çoxları Onun şagirdi oldu. Pilat Onu çarmıxda ölümə məhkum etdi. Onun şagirdləri Onun təlimindən dönmədilər. Şagirdlərinin dediklərinə görə, çarmıxda öləndən üç gün sonra İsa onlara göründü və O, sağ idi’.

Yosef. 90 AD. Antiquities xviii. 33

Yosef bunların təsdiq edir:

  • 1) İsa Məsih tarixdə yaşayıb,
  • 2) O, dini müəllim olub,
  • 3) Roma valisi Pilat Onu edam etdirib,
  • 4) Ölümündən sonra şagirdləri Onun dirilməsini hamıya elan etdilər.

Tarixi yazılardan görünür ki, peyğəmbərin ölümü hamıya məlum idi, bu barədə mübahisə getmirdi; şagirdləri Onun dirilməsini Roma dünyasına elan etdilər.

Tarixi vəziyyət – Müqəddəs Kitabdan

Müqəddəs Kitabda Həvarilərin İşləri Kitabında yazılıb ki, çarmıxdakı ölümdən bir neçə həftə sonra şagirdlər İsa Məsihin dirilməsini Yerusəlimdəki Məbəddə bəyan etdilər:

Kahinlər, məbəd mühafizəçilərinin başçısı və sadukeylər xalqa vəz edən Peterlə Yəhyanın üstünə getdilər. Çünki bu həvarilərin xalqı öyrətməsinə, İsaya şamil edərək ölülər arasından dirilməni bəyan etməsinə qıcıqlandılar. Onları tutdular və axşam olduğu üçün sabahkı günə qədər zindanda saxladılar. Lakin onların sözünə qulaq asanlardan bir çoxu iman etdi. Beləliklə, iman edən kişilərin sayı beş minə qədər çatdı.

Ertəsi gün Yəhudilərin rəhbərləri, ağsaqqalları və ilahiyyatçıları Yerusəlimə toplaşdılar. Baş kahin Xanan, Qayafa, Yəhya, İsgəndər və baş kahinin nəslindən olanların hamısı orada idi. Peterlə Yəhyanı onların qarşısına gətirib soruşdular: «Siz bunu hansı qüdrətlə, kimin adı ilə edirsiniz?» O zaman Peter Müqəddəs Ruhla dolub dedi: «Ey xalqın rəhbərləri və ağsaqqalları! Əgər bu gün biz bir xəstəyə etdiyimiz yaxşılığa və onun necə sağalmasına görə sorğu-suala çəkiliriksə, hamınız, bütün İsrail xalqı bilsin ki, bu adam sizin çarmıxa çəkdiyiniz, lakin Allahın ölülər arasından diriltdiyi Nazaretli İsa Məsihin adı ilə qarşınızda sağlam durub. Siz “bənnaların rədd etdiyi daş guşədaşı olan” həmin İsadır. Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq».

Onlar Peter və Yəhyanın cəsarətini görəndə, onların savadsız, sadə insanlar olduğunu biləndə heyrətə düşdülər, amma tanıdılar ki, onlar İsa ilə birgə olmuşdular. Şəfa tapan adam Peter və Yəhya ilə birgə onların gözləri qarşısında durmuşdu, buna görə onların əleyhinə heç nə deyə bilmədilər. Ali Şuranın üzvləri onlara bayıra çıxmağı əmr edəndən sonra aralarında müzakirəyə başlayıb dedilər: «Bu adamlara nə edək? Bütün Yerusəlim əhalisinə aydın olub ki, bu adamların əli ilə əhəmiyyətli bir əlamət göstərilib və biz bunu dana bilmərik. Amma bu xəbərin xalq arasında daha çox yayılmasının qarşısını almaq üçün onlara hədə-qorxu gələk ki, bundan sonra bu Adı çəkib heç kimə heç nə deməsinlər»

-Həvarilərin İşləri 4:1-17 

Bu, baş kahini və yanındakıların hamısını, yəni sadukey təriqətinə mənsub olanları hərəkətə gətirdi, çünki qısqanclıqları aşıb-daşırdı. Ona görə də həvariləri tutub ümumi zindana atdılar. Amma Rəbbin mələyi gecənin bir vaxtında gəlib zindanın qapısını açdı, onları bayıra çıxarıb dedi: «Gedin, məbəddə durun və camaata yeni həyatla bağlı sözlərin hamısını deyin».Həvarilər bunu eşidəndə səhər tezdən məbədə daxil olub təlimlərini öyrətməyə başladılar.

Baş kahin və yanındakılar gəlib Ali Şuranı İsrailin bütün ağsaqqallar məclisini çağırdı ki, bir yerə yığılsınlar. Onlar həvariləri gətirtmək üçün mühafizəçiləri zindana göndərdilər. Lakin mühafizəçilər gəlib zindanda həvariləri tapa bilmədi və geri qayıdıb belə xəbər verdilər:  «Gördük ki, zindan bağlıdır, tamamilə nəzarət altındadır və gözətçilər qapıda dayanıb. Amma qapıları açanda içəridə heç kimi tapa bilmədik». Bu sözləri eşidən məbəd mühafizəçilərinin başçısı ilə başçı kahinlər «Bu işin sonu necə qurtaracaq?» deyə çaşıb-qaldılar.  Elə bu zaman kimsə onların yanına gəlib xəbər verdi: «Baxın, zindana saldığınız adamlar məbəddə dayanıb camaata təlim öyrədir». Bu vaxt başçı ilə mühafizəçilər gedib həvariləri gətirdilər. Xalqın onları daşqalaq etməsindən qorxduqları üçün güc tətbiq etmədilər.

Onlar həvariləri Ali Şuranın qarşısına gətirdilər. Baş kahin onlardan soruşdu: «Bu adla təlim öyrətməyi sizə qəti qadağan etmədikmi? Amma siz təliminizi bütün Yerusəlimə yaydınız və o Adamın qanını bizim boynumuza yükləmək istəyirsiniz». Peter və başqa həvarilər belə cavab verdi: «İnsana deyil, Allaha itaət etmək daha vacibdir. Ata-babamızın Allahı sizin çarmıxa çəkib öldürdüyünüz İsanı diriltdi. İsrailə günahlarından tövbə və bağışlanma imkanı vermək üçün Allah Onu Bani və Xilaskar olaraq Öz sağ tərəfinə qaldırdı. Bu şeylər barədə biz şahidik, Allahın Özünə itaət edənlərə verdiyi Müqəddəs Ruh da şahiddir».

Onlar bunu eşidəndə çox qəzəbləndi və həvariləri öldürmək istədilər. Lakin bütün xalqın hörmətini qazanmış Qanun müəllimi olan Qamliel adlı bir farisey Ali Şurada ayağa qalxdı və əmr etdi ki, bu adamları qısa müddətə bayıra çıxarsınlar. O, Ali Şuranın üzvlərinə belə dedi: «Ey İsraillilər, bu insanlara nə edəcəyiniz barədə yaxşı-yaxşı fikirləşin. Bir qədər bundan əvvəl Tevda özü barəsində yüksək iddiada olaraq ortaya çıxdı və ona təxminən dörd yüz nəfər qoşuldu. Lakin bu kişi öldürüldü, bütün tərəfdarları darmadağın edildi və bu hərəkat yatırıldı. Sonra siyahıyaalma zamanı Qalileyalı Yəhuda ortaya çıxdı və camaatı ardınca apardı. O da öldü və tərəfdarlarının hamısı darmadağın edildi. İndiki iş barəsində sizə onu deyirəm ki, bu adamlardan əl çəkin və azad buraxın. Əgər bu hərəkat, bu iş insandandırsa, məhv olub gedəcək. Yox, əgər Allahdandırsa, bu adamların işini məhv edə bilməzsiniz. Allaha qarşı çıxanların vəziyyətinə belə, düşə bilərsiniz». Onlar Qamlielin sözünə baxdılar, həvariləri içəri çağırıb qamçılatdılar və əmr etdilər ki, İsanın adını çəkərək heç nə danışmasınlar. Sonra onları azad etdilər.

Həvarilər bu ad uğrunda təhqirə layiq görüldükləri üçün sevinərək Ali Şuranın önündən ayrıldılar

Həvarilərin İşləri 5:17-41

Yəhudi rəhbərlərinin bunları susdurmağa çox çalışdıqlarlına fikir verin. Bu gün də hakimiyyətlər ölkədə yeni hərəkatların qarşısını almaq üçün şagirdləri həbs edir, hədələyir, döyür və daha sonra (bəzilərini) öldürürlər. Bu şagirdlər Yerusəlimdə öz sözlərini bəyan edirdilər. Həmin şəhərdə bir neçə həftə əvvəl İsa Məsihə bənzəyən şəxs açıq-aşkar edam olundu və sonra dəfn olundu. Kim edam olundu? Peyğəmbər? Yoxsa ona bənzəyən Yəhuda?

Gəlin müxtəlif variantlara nəzər salaq və məntiqi nəticəni seçək.

İsa Məsihin cəsədi və qəbir

Qəbirə aid iki variant var. Qəbir ya boşdur, ya da peyğəmbərə bənzəyən adamın cəsədi oradadır. Başqa variant ola bilməz.

Gəlin güman edək ki, Yəhuda peyğəmbər kimi göründü, onun əvəzinə çarmıxa çəkildi və daha sonra onun (peyğəmbərə bənzəyən) cəsədi qəbirə qoyuldu. İndi isə növbəti hadisələr barədə düşünün. Bunlar barədə biz tarixdən bilirik. Yosefus, Takitus və Həvarilərin İşləri kitabları – hamısı bizə çarmıxdakı ölümdən qısa müddət sonra şagirdlərin Yerusəlimdə xəbəri bəyan etmələrindən, hakimiyyətin isə onlara qarşı ciddi tədbirlər gördüklərindən yazır. Bu nəzəriyyəni araşdırdığımıza görə, deyək, ölən peyğəmbər kimi görünən Yəhuda olub. Lakin bu nəzəriyyəyə görə, Yəhuda ölü vəziyyətdə qaldı. Bu nəzəriyyəyə görə, cəsəd qəbirdə qaldı (lakin hələ də, peyğəmbərə bənzəyirdi). Şagirdlər, hakimiyyət, Takitus, Yosefus – hamı səhv edib cəsədin peyğəmbərə aid olduğunu düşünürdülər, əslində isə bu, (peyğəmbərə bənzəyən) Yəhudanın cəsədi olub.

Bu, sual yaradır. Nə üçün Yerusəlimdəki Roma və yəhudi rəhbərləri hələ də qəbirdə olan cəsədin dirilməsi haqqında əfsanələri susdurmaq üçün ciddi tədbirlər gördülər? Axı qəbir kütlələrə peyğəmbərin dirilməsi haqqında vəz edən şagirdlərin gözü qarşısında idi?! (İsa Məsihə bənzəyən) Yəhuda hələ də qəbirdə olsaydı, rəhbərlər, sadəcə, cəsədi hamıya göstərərdilər və beləliklə, (Məsihin dirildiyi barədə vəz edən) şagirdlərinin yalanı ifşa olunardı. Daha şagirdləri həbs etmək, onlara əzab vermək, öldürmək nəyə lazım idi? Rəhbərlər bunu etmədilər, çünki onlara cəsədi göstərə bilmədilər – qəbir boş idi.

Bir nümunə olaraq: Qara Daş, Kəbə, Məkkə və Mədinənin Məscidləri

B.e.930-cu (h.q.318-ci) ilində Qara Daş (Həcərül Əsvəd) o dövrdə Abbasid hakimiyyətinə qarşı olan Şiyələr qrupu tərəfindən Kəbədən oğurlanıb aparılmışdı. Qara Daşı 23 il saxladılar və sonra Qara Daş Kəbəyə qaytarıldı. Qara Daş yerində olmaya bilər.

Belə bir vəziyyəti təsəvvür edin: Məkkənin böyük Məscidində (Məscid-əl Haram) bir qrup adam kütlələrə bəyan edir ki, Qara Daş artıq Kəbənin Pasxan küncündə deyil. Onlar elə inandırıcı danışırlar ki, Məsciddəki zəvvarlar Qara Daşın yox olmasına inanmağa başlayırlar. İki müqəddəs Məscidin mühafizəçiləri (Xədim əl-Ḥaramayn aš-Šarīfayn) bunun qarşısını necə ala bilər? Bu uydurmadırsa və Qara Daş Kəbədədirsə, yaxşısı, hamıya Qara Daşın əsrlər boyu olduğu kimi Kəbədə olduğunu göstərməkdir. Onda bu söhbət dərhal bitər. Qara Daşın Məkkədəki Məscidə yaxın olması bunu mümkün edir. Əgər mühafizəçilər bu xəbəri susdurmaq üçün Qara Daşı göstərə bilmirlərsə, onda bu daş h.q.318-ci ildə olduğu kimi, yenə aparılıb.

Lakin şayiə yayan adamlar Mədinədə Peyğəmbər Məscidindədirsə (Məscid ən-Nəbəvi) və Qara Daşın (450 km məsafədə olan) Məkkədəki Kəbədən aparıldığını bəyan edirlərsə, Məscid mühafizəçiləri bu xəbəri elə də asanlıqla susdura bilməyəcəklər, çünki Mədinədəki adamlara uzaqda olan Qara Daşı göstərmək çətindir.

Müqəddəs əşyanın mübahisəyə yaxın olması yalanı təkzib və ya sözün doğruluğunu təsdiq etməyi mümkün edir, çünki o yoxlamaq üçün yaxındadır.

Dirilmə barədə xəbərə qarşı çıxan yəhudi rəhbərləri kütləyə cəsədi göstərmədilər

Bu prinsip Yəhudanın/İsanın Yerusəlimdəki cəsədinə də tətbiq oluna bilər. (İsaya bənzəyən) Yəhudanın qəbiri Məbəddən bir neçə metr məsafədə yerləşirdi. İsa Məsihin şagirdləri Məbəddə səs-küy salaraq kütlələrə peyğəmbərin dirilməsindən xəbər verirdilər. Yəhudi rəhbərlər qəbirdəki (İsaya bənzər) Yəhudanın cəsədini göstərərək dirilmə barədə şayiəni asanlıqla susdura bilərdilər. Əslində, (qəbirdəki cəsədin ifşa etdiyi) dirilmə barədə xəbər qəbirə yaxın yarandı; bunu təsdiq edən dəlil açıq-aşkar idi. Yəhudi rəhbərləri onları susdurmaq üçün cəsədi göstərmədiklərinə görə cəsəd orada yox idi.

Yerusəlimdə minlərlə adam dirilmə xəbərinə inandı

Həmin vaxt Yerusəlimdə minlərlə adam İsa Məsihin dirilməsinə iman etdi. Peteri dinləyən kütlənin içində olsaydınız və bu sözün düzgün olub-olmadığı barədə düşünsəydiniz, vaxt ayırıb qəbirdə cəsədin olub-olmadığını yoxlamazdınızmı? (Peyğəmbər İsa Məsihə bənzəyən) Yəhudanın cəsədi qəbirdə olsaydı həvarilərə heç kim inanmazdı. Lakin tarix onların Yerusəlimdə minlərlə davamçılarının yaranmasından yazır. Peyğəmbərə bənzəyən cəsəd Yerusəlimə yaxın bir yerdə olsaydı, bu, baş verməzdi. Qəbirdə qalan Yəhudanın cəsədi barədə söz cəfəngiyatdır. Bu, mənasızdır.

“Yəhudanın cəsədi” nəzəriyyəsi boş qəbirin səbəbini izah etmir.

İsa Məsihə bənzər dəyişən, Onun əvəzinə çarmıxa çəkilən və dəfn olunan Yəhuda nəzəriyyəsinin problemi bundan ibarətdir ki, cəsəd qəbirdə qalmalıdır. Şagirdlər peyğəmbərin dirilməsinə əsaslanan hərəkatı edamın icra olunduğu şəhərdə başladılar. Bu, Pentikost günündən cəmi bir neçə həftə sonra baş verdi. Bunun yeganə izahı boş qəbirdir. 

İki variant var idi: (1) ya peyğəmbərə bənzəyən Yəhudanın cəsədi qəbirdədir, ya da (2) qəbir boşdur və İsa Məsih dirilib. Qəbirdə cəsədin olduğu halda dirilmə haqqında söhbətin cəfəngiyat olduğu üçün, görünür, İsa Məsih Romalıların əlindən öldü və qəbirdən dirildi. Bu barədə aydın yazılıb. İsa Məsih bizə yeni həyat hədiyyəsini təklif edir.

Bu məsələni araşdıraraq, gəlin  tədqiqatçı Cumminq Sünni ədəbiyyatına dair yazdıqlarına, ruhanilərin və din alimlərinin şərhlərinə nəzər salaq.

Müqəddəs Kitab nə deyir?

Müqəddəs Kitab (Bibliya) tarixdə gördüyümüz kitab formasına salınmış ilk Kitabdır. Müqəddəs Kitab dünyada məşhur Kitabdır, yer üzündəki bütün adamlara və millətlərə aiddir. Bu məşhur Kitab demək olar ki, yer üzündəki bütün xalqların dilinə tərcümə olunmuşdur. Müqəddəs Kitab bir çox millətlərə təsir göstərib. Bu, planetimizdə ən çox oxunan Kitabdır. Lakin bu Kitab qalın və mürəkkəbdir. Çoxumuz bu Kitabın mövzusunu bilmir və ya anlamırıq. Bu məqalə Müqəddəs Kitabdan bir cümləni götürüb bu gözəl Kitabda yazılan peyğəmbər İsa Məsihin (s) işini izah edəcək.

Müqəddəs Kitab gələcəyimizdə olacaq böyük problemi həll etmək üçün verilib. Bu problem Mucadilə Surəsində (Surə 58) təsvir olunur və  gələcək Qiyamət Günü barədə yazır:

O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları hesaba almış, onlar isə (etdiklərini) unutmuşlar. Allah hər şeyə şahiddir. Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, (onların) dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, (Allah) onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir.

Mucadilə Surəsi 58:6-7

Mucadilə Surəsi bizə Allahın bilmədiyi bir sirrin olmadığı barədə deyir; Məhkəmədə Allah bu bilikdən istifadə edəcək. 

Qiyamə Surəsi (Surə 75) bunu ‘Dirilmə Günü’ adlandırır və adamların öz həyatlarına görə cavab verəcəkləri barədə xəbərdarlıq edir.

O gün insan deyəcəkdir: “Hara qaçaq?” Xeyr, (o gün ) pənah aparılacaq yer tapılmayacaq. O gün qayıdış (ancaq) sənin Rəbbinə olacaqdır. O gün insana əvvəllər etdiyi və sonraya saxladığı (əməlləri) barədə xəbər veriləcəkdir. Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir; üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da.

Qiyamə Surəsi 75:10-15

Beləliklə, həyatımızdakı xəcalət çəkdiyimiz niyyət və əməllərimiz varsa, nə edək? Bu barədə narahat olan adamlara Müqəddəs Kitabın sözü var.

Müqəddəs Kitabın sözü

Peyğəmbər İsa Məsihin (s) sonuncu həftəsini ətraflı araşdırdıq. İncil yazır ki, O,  6-cı gün – Xoş Cümə günündə çarmıxa çəkildi və  növbəti olan Bazar günü dirildi. Bu barədə Tövrat , Zəbur və Peyğəmbərlərin kitabları əvvəlcədən söyləyir. Bəs bu, nə üçün baş verdi? Bu gün sizə və mənə bunun nə xeyri var? Gəlin görək peyğəmbər İsa Məsih bizə nə təklif edir və biz mərhəməti və bağışlanmanı necə qəbul edə bilərik. Bunu bilsək, Saffat Surəsində təsvir olunan (Surə 37) İbrahimin qurbanını, Fatihə Surəsində (Surə 1) ‘bizi doğru yola yönəlt’ duasının mənasını başa düşərik. Həmçinin ‘Müsəlman’ sözünün mənası nə üçün ‘təslim olan’dır? Nə üçün dəstəmaz, zəkat və halal yemək kimi dini şərtlər yaxşıdır, lakin Mühakimə Günü üçün kifayət deyil?

Pis xəbər – bizim Allah ilə münasibətlərimiz barədə peyğəmbərlər nə yazır

Tövrat Allahın insanı yaratması barədə belə yazır:

“Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı.”

Yaradılış 1:27

“Surətində” fiziki mənada deyil, Allaha emosional, düşüncə, ünsiyyət və ruhani cəhətdən bənzəmək deməkdir. Biz Allah ilə ünsiyyətdə olmaq üçün yaradılmışıq. Biz bu münasibəti növbəti rəsmdə aydın görə bilərik. Uca Hakim olan Yaradan Allah yuxarıda, kişi və qadın isə şəkildə aşağıda yerləşdirilib, çünki biz fani məxluqlarıq. Allah ilə münasibət ox işarələri ilə göstərilir.

Adamlar Yaradan Allah ilə münasibətdə olmaq üçün Allahın surətində yaradıldılar 

Allahın xasiyyəti mükəmməldir. O, müqəddəsdir. Zəbur yazır:

“Sən pislikdən xoşlanan Allah deyilsən, Şər Sənin yanına gəlməz. Təkəbbürlülər hüzurunda dayana bilməz, Bütün şər iş görənlərə nifrət edirsən”

Zəbur 5:4-5

Adəm yalnız bircə dəfə itaətsizlik etdi və Allahın müqəddəsliyi Adəmi məhkum etməyi tələb etdi. Tövrat və Quran yazır ki, Allah insanı öləri etdi və Öz hüzurundan qovdu. Həmin vəziyyət bizə də aiddir. Biz günah edəndə və Allaha istənilən cəhətdən itaətsizlik edəndə Allaha hörmətsizlik etmiş oluruq, çünki biz yaradıldığımız surətə uyğun hərəkət etmirik. Allah ilə münasibətlərimiz pozulub. Nəticədə bizimlə Yaradan Allah arasında dəfedilməz divar yaranır.

Günahlarımız bizimlə müqəddəs Allah arasında dəfedilməz divar yaradır

Günahın yaratdığı divarı aşmaqda din kömək edirmi

Bir çoxumuz Allah ilə aramızda olan maneəni din vasitəsilə aradan qaldırmağa çalışırıq. Xeyirxah əməllərlə bu divarı aşmağa çalışırıq. Dualar, oruc, Həcc, məscidə getmək, zəkat, sədəqə – bütün bunlar növbəti şəkildə göstərildiyi kimi, divardan aşmağın cəhdləridir. Dini xeyirxahlığımızın bəzi günahları yox etdiyinə ümid edirik. Xeyirxah işlərimiz kifayət qədər çox olsa bütün günahlarımızdan azad ola bilərik və mərhəmətlə bağışlanmanı əldə edə bilərik.

Allah qarşısında layiq olmaq üçün xeyirxah əməllərlə divarı aşmağa çalışırıq

Görəsən, günahdan azad olmaq üçün nə qədər xeyirxah işlər görməliyik? Xeyirxah əməllərimizin günahlarımızı silmək və Allah ilə bizim aramızda divarı aradan qaldırmaq üçün kifayət olduğunu necə biləcəyik? Saleh niyyətlə olan cəhdlərimiz  kifayətdirmi? Biz əmin deyilik və buna görə də mümkün qədər çox cəhd edirik; Mühakimə Günündə kifayət qədər çox xeyirxah işlər görəcəyimizə ümidvarıq.

Layiq olmaq üçün xeyirxah işlər görmək cəhdlərdən başqa xoş niyyətlə cəhdlər edirik, çoxlarımız təmiz olmaq üçün çox çalışır. Biz duadan qabaq böyük səylə dəstəmaz alırıq. Bizi murdarlaya bilən adamlardan, əşyalardan və qida məhsullarından uzaq olmağa çalışırıq. Lakin peyğəmbər Yeşaya dedi:

“Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir. Hamımız yarpaq kimi soluruq, Şər əməllərimiz bizi külək tək sovurub-aparır.”

Yeşaya 64:6

Peyğəmbər bizə deyir ki, hətta bizi murdarlayan bütün şeylərdən uzaq dursaq belə, günahlarımız “bütün saleh əməllərimizi murdar əskiyə” bənzədir. Bu, pis xəbərdir. Lakin vəziyyət bundan da pisdir.

Daha pis xəbər: günah ilə ölümün gücü

Musa peyğəmbər (s) Qanunun tələbini aydın söylədi: tam itaət tələb olunur. Qanun heç vaxt “əmrlərin çoxuna riayət etməyə çalış” deməyib. Əslində Qanun dəfələrlə qeyd edir ki, günahın cəzası ölümdür.  Nuhun (s) dövründə və  Lutun (s) arvadı  məsələsində də günahın ölümlə nəticələndiyini gördük.

İncil bu həqiqəti belə söyləyir:

Günahın əvəzi ölümdür…

Romalılara 6:23

“Ölüm” sözünün hərfi mənası ‘ayrılıq’ deməkdir. Can bədəndən çıxanda insan fiziki cəhətdən ölür. Eyni ilə biz indi Allahdan ruhani cəhətdən ayrıyıq və buna görə də Onun gözündə ölü və natəmizik.

Bunun günahdan azad olmaq üçün xeyirxah əməllərlə layiq olmağa ümidin problemini üzə çıxarır. Məsələ bundadır ki, bizim cəhdlərimiz, xeyirxah işlərimiz, xoş niyyətlərimiz, əməlisalehliyimiz pis olmasa da, kifayət deyil, çünki günah əvəzində ölüm tələb edir. Yalnız ölüm bu divarı aşmağı mümkün edir, çünki bu halda, Allahın ədaləti qane olur. Layiq olmaq cəhdlərimiz xərçəng xəstəliyini halal qida ilə sağaltmaq cəhdlərinə bənzəyir (nəticəsi ölümdür). Halal qida pis deyil, yaxşıdır – və insan halal qidalanmalıdır – lakin bu, xərçəng xəstəliyini sağalda bilməz. Xərçəng üçün sizə tamamilə başqa şey – xərçəng hüceyrələrini öldürən bir müalicə gərəkdir.

Beləliklə, dini cəhətdən layiq olmaq üçün bütün cəhdlərimizə və xoş niyyətlərimizə baxmayaraq, Allahın gözündə biz əslində meyit kimi ölü və natəmizik.

Günahımızın nəticəsi ölümdür – Allah qarşısında biz natəmiz cəsədlər kimiyik

İbrahim doğru yolu göstərir

Peyğəmbər İbrahimlə (s) bu, başqa cür oldu.  ‘İbrahim Allaha iman etdi və bu, ona salehlik sayıldı’. İbrahim saleh əməllərinə görə deyil, iman etdiyinə və ona vəd edən Allaha etibar etdiyinə görə saleh oldu. Layiq olmaq cəhdləri əvəzinə o, lazım olan əvəzi təmin edən Allaha etibar etdi. Biz bunu İbrahimin oğlu əvəzinə Allahın qurbanlıq quzunu təmin etməsi barədə məqalədə gördük.

İbrahimə doğru yol göstərildi və o, vəd verən Allaha etibar etdi və Allah ölmək üçün qurbanı təmin etdi

Quran bu barədə Saffat Surəsində (Surə 37) yazır:

Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik. Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq. İbrahimə salam olsun!  

Saffat Surəsi 37:107-109

Allah ‘fidyə verdi’ (qiyməti ödədi) və İbrahim xeyir-dua, mərhəmət və bağışlanmanı aldı. Bunların hamısı “salam” sözündə cəmləşir.

Xoş Xəbər: İsa Məsihin bizim uğrumuzda etdikləri

İbrahim peyğəmbər bizə doğru yolu göstərən bir nümunədir. Fatihə Surəsi (Surə 1) yazır:

“Haqq-hesab gününün Hökmdarına! Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola yönəlt – nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!”

Fatihə Surəsi 1:4-7

İncil izah edir ki, İbrahimin nümunəsi Allahın əvəz qurbanını təmin etdiyini göstərir. Allah günahın əvəzini təmin edərək ölümə sadə, lakin çox möhtəşəm bir çarə verir.

“Günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.”

Romalılara 6:23

Bu vaxta qədər biz yalnız ‘pis xəbər’ lərdən danışırdıq. Lakin ‘İncil’ sözünün hərfi mənası ‘Xoş Xəbər’dir. İncilin əsas sözü budur: İsanın ölümü bizimlə Allah arasında olan divarı aradan qaldırmaq üçün kifayət olan qurbandır. Buna görə də İncil Xoş Xəbərdir. 

Qurbanlıq quzu İbrahimin qurbanını əvəz etdiyi kimi, Allahın Quzusu olan İsa Məsih də qurban olaraq günaha görə əvəzimizdə ölür

Peyğəmbər İsa Məsih qurban oldu və daha sonra  Nübar olaraq ölülərdən dirildi. İndi O, bizə Öz yeni həyatını təklif edir. Artıq biz günahın ölüm məhbusları olmamalıyıq.

İsa Məsihin dirilməsi ‘Nübar’ idi. Biz də ölümdən dirilərək yeni həyatı yaşaya bilərik.

İsa Məsih qurban və dirilmə vasitəsilə bizi Allahdan ayıran günah divarında bir qapı oldu. Buna görə Peyğəmbər dedi:

“Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və otlaq tapar. Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun.”

Yəhya 10:9-10
Beləliklə, İsa Məsih günah və ölüm divarında bir qapıdır

Bu qapı sayəsində biz Yaradan Allah ilə ilkin və günahdan əvvəl olan münasibətimizi bərpa edə bilərik, mərhəmət alaraq  günahlarımızın bağışlamasına əmin ola bilərik.

Qapı açıq olduğuna görə Yaradan Allah ilə münasibətimiz bərpa olunur

İncil bəyan edir:

“Bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır. O hamını satın almaq üçün Özünü fidyə verdi və bu da münasib vaxtda edilən şəhadətdir.”

1 Timoteyə 2:5-6

Allahın sənə hədiyyəsi

Peyğəmbər ‘hamını satın almaq’ üçün ‘Özünü fidyə verdi‘. “Hamı” bizi də daxil edir. Ölümü və dirilməsi vasitəsilə O, fidyə verdi, qiyməti ödədi ki, Vasitəçi olsun. O, bizə həyatı təklif edir. Bu həyat necə verilir?

“Günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.”

Romalılara 6:23

Fikir verin bu həyat bizə necə verilir. Bu, … ‘ənamdır’. Ənam və ya hədiyyə barədə fikirləşin. Hədiyyənin böyük-kiçiyi olmur. Hədiyyəni qazanmırlar, hədiyyə üçün layiq olmaq gərək deyil. Layiq olmağa çalışaraq qazanmısansa, bu, artıq hədiyyə deyil, zəhmət haqqıdır! Eyni ilə siz İsa Məsihin qurbanına layiq olmaq üçün onu qazana bilməzsiniz. Bu, sizə ənam və ya hədiyyə olaraq verilir. Bu, çox sadədir.

Bəs ənam özü nədir? Ənam – əbədi həyatdır. Yəni sizə və mənə ölüm gətirən günahın əvəzi ödənildi. Allah sizi və məni bu qədər sevir. Bu, möhtəşəmdir. 

Beləliklə, siz və mən yeni həyatı necə əldə edirik? Yenə də hədiyyələr barədə düşünün. Bir kimsə sizə hədiyyə vermək istəyirsə, siz onu qəbul etməlisiniz. Hədiyyə təklif olunanda iki variant var. Ya hədiyyə rədd olunur, (“Yox, sağ ol”), ya da qəbul olunur (“Hədiyyənə görə çox sağ ol. Qəbul edirəm”). Bu hədiyyəni də qəbul etmək lazımdır. Bu hədiyyəni dərk etmək, buna iman etmək, tədqiq etmək olmur. Fayda olsun deyə, təklif olunan hədiyyəni qəbul etmək gərəkdir.

“Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. O, başlanğıcda Allahla birlikdə idi. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. Həyat Onda idi və bu həyat insanların nuru idi. Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi.

Allahın göndərdiyi bir adam var idi, onun adı Yəhya idi. O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi.  Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.”

Yəhya 1:12-13

İncil Allah barədə deyir:

“Xilaskarımız Allah bütün insanların xilas olmasını istəyir…”

1 Timoteyə 2:3-4

O, Xilaskardır və O, təklif etdiyi hədiyyəni bütün adamların qəbul etməsini, günahdan və ölümdən xilas olmasını istəyir. Bu hədiyyəni qəbul etməyimiz Allahın iradəsidir. Allahın iradəsinə təslim olmaq – bu, “müsəlman” sözünün əsl mənasıdır. Müsəlman təslim olan kəsdir.
Beləliklə, bu hədiyyəni biz necə qəbul edirik? İncil deyir:

“Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir.”

Romalılara 10:12

Fikir verin ki,  bu vəd ‘hamı’ üçündür. Ölülərdən dirildiyi üçün  İsa Məsih indi sağdır. Beləliklə, Onun adını çağırsanız O eşidəcək və Öz hədiyyəsini sizə verəcək. Onun adını çağırın və Ondan xahiş edin. Çox güman ki, əvvəllər heç vaxt bunu etməmisiniz. Növbəti dua sizə kömək edə bilər. Bu, sehrli sözlər deyil. Allahın qüdrətini həyatınıza gətirən bu sözlər deyil. İbrahim kimi əvəz qurbanına etibar etməlisiniz. Bu hədiyyəni verən İsa Məsihə etibar etməlisiniz. Ona etibar edəndə O, bizi eşidəcək və cavab verəcək. İncil qüdrətlidir və eyni zamanda çox sadədir. Dua nümunəsinin sözlərini təkrar edə bilərsiz.

Əziz Peyğəmbər və Xilaskar İsa Məsih. Günahlarım məni Yaradan Allahdan ayırıb. Çox çalışsam belə, bu divarı aşa bilmirəm. Başa düşürəm ki, sənin ölümün günahlarımı təmizləmək üçün bir qurban idi. Bilirəm, qurban olandan sonra ölülərdən dirildin. Qurbanının kifayət olduğuna inanıram və Sənə təslim oluram. Xahiş edirəm, məni günahlardan təmizlə və Yaradanla münasibətimi bərpa etmək üçün Vasitəçim ol ki, əbədi həyatım olsun. İsa Məsih, bunların hamısını mənim üçün etdiyinə görə Sənə minnətdaram. Xahiş edirəm, məni həyatda istiqamətləndirməkdə davam et, mənim Rəbbim və Rəhbərim ol. Uca və mərhəmətli Allahın adı ilə dua edirəm. Amin.

Sağ və sol tərəfdə olan mələklər Qiyamət Günündə kömək edəcəklərmi?

Haqqə Surəsi (Surə 69) Qiyamət Günü səslənəcək sur barədə yazır:

Sur bircə dəfə üfürüləcəyi, yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman – həmin gün Vaqiə qopacaq. Göy yarılacaq və həmin gün o, süst olacaqdır. Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz (mələk) daşıyacaqdır. O gün siz (məhşərə) gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir.

Haqqə Surəsi 69:13-18

Qaf Surəsi (Surə 50), həmçinin Allahın surunun üfürüləcəyi günü təsvir edir. Həmin gün sağda və solda olan qoruyucu mələklər əməllərimiz və nailiyyətlərimizi üzə çıxaracaqlar:

İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır.) Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın. Ölüm bihuşluğu həqiqətən gələcəkdir. (Ey insan!) Bu sənin uzaq qaçdığın şeydir. Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür. Hər kəs onu qova-qova (məhşərə) gətirənlə və bir də (əməllərinə) şahidlik edənlə (birlikdə) gələcəkdir. Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!” Yoldaşı (şahid mələk) deyəcəkdir: “Bu yanımdakı hazırdır!”

Qaf Surəsi 50:16-23

20-ci ayə “sur üfürüləcəkdir” deyir.  Sur nə vaxt üfürüləcək? İncildə İsa Məsih (s) Öz gəlişi barədə peyğəmbərlik edəndə göydəki surun (şeypurun) üfürüləcəyi barədə deyir:

“O, mələklərini uca şeypur səsi ilə göndərəcək. Mələklər də göylərin bir ucundan o biri ucuna qədər dörd külək istiqamətindən Onun seçdiklərini toplayacaq”

Matta 24:31

Bundan sonra nə baş verəcək? Qaf Surəsi sağda və solda dayanan mələyin əməllərimizi qeyd etdiyini deyir. Allah bizə şah damarından da yaxın olduğuna görə İncil bizə əməllərimiz barədə qeydlərin çox olduğunu və kitablara yazıldığını deyir. Bu, İsa Məsihin şagirdi Yəhyanın gördüyü və yazdığı Vəhydə deyilir. Vəhy İncilin sonuncu Kitabıdır. Burada yazılıb:

“Böyük ağ taxt və onun üstündə Oturanı gördüm. Yer və göy Onun önündən qaçdı və onlara yer tapılmadı. Mən gördüm ki, böyükdən kiçiyə qədər ölülər taxtın önündə dayanıb. Kitablar açıldı və həyat kitabı olan başqa bir kitab da açıldı. Ölülər kitablarda yazılanlara əsasən öz əməllərinə görə mühakimə olundu. Dəniz öz içində olan ölüləri, ölüm və ölülər diyarı da öz qoynunda olan ölüləri təslim etdi. Hər biri öz əməlinə görə mühakimə olundu. Ölüm və ölülər diyarı odlu gölə atıldı. Bu odlu göl ikinci ölümdür. Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı”

Vəhy 20:11-15

Kitablarda qeyd olunan əməllərinə görə hamı mühakimə olunacaq. Buna görə də, sağda və solda olan mələkləri salamlayaraq əməllərimizin yazılmasına fayda verdiyimizə ümid edirik.

Həyat Kitabı

Lakin fikir verin ki,  ‘Həyat Kitabı’ adlanan başqa bir kitab da var. Bu kitab yaxşı və pis əməllərimizin qeyd olunduğu kitablardan fərqlidir. Belə yazılıb: “Kimin adı həyat kitabına yazılmayıbsa, o, odlu gölə atıldı” (cəhənnəmin başqa adıdır). Beləliklə, sağda olan mələk yaxşı əməllərimizin uzun siyahısını tərtib etsə belə və soldakı günah siyahımız qısa olsa belə, adımız ‘Həyat Kitabı’nda deyilsə, cəhənnəmə gedəcəyik. Bu ‘Həyat Kitabı’ nədir və adımız orada necə yazıla bilər?

Həm Tövrat, həm də Quran Həzrət Adəmin günah etməsindən, Allahın onu cənnətdən qovmasından və onu öləri etməsindən yazır. Yəni Adəm (və onun övladları olan biz) Həyat Mənbəyindən ayrı düşdü. Məhz bu səbəblə biz öləriyik və bir gün öləcəyik. Peyğəmbər İsa Məsih (s) bu Həyatı bərpa etməyə gəldi ki, adlarımız Həyat Kitabına yazılsın. Belə yazılıb:

“Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib”

Yəhya 5:24

İbrahim (s) peyğəmbər bu həyat ənamını necə görmüşdü? İsa Məsih bu həyatı bizə necə verir? Ətraflı cavab burada yazılıb. Qaf Surəsi bizə xəbərdarlıq edir:

(Allah əmr edib deyəcək:) “Atın Cəhənnəmə hər bir inadcıl kafiri”

Qaf Surəsi 50:24

Beləliklə, Əbədi Həyat təklif olunursa, nə üçün bundan xəbərimiz olmasın?

İsa Məsihdən həyat hədiyyəsini qəbul etməyin yolu

Peyğəmbər İsa Məsihin (s) sonuncu həftəsini ətraflı araşdırdıq. İncil yazır ki, O,  6-cı gün – Xoş Cümə günündə çarmıxa çəkildi və  növbəti olan Bazar günü dirildi. Bu barədə Tövrat , Zəbur və Peyğəmbərlərin kitabları əvvəlcədən söyləyir. Bəs bu, nə üçün baş verdi? Bu gün sizə və mənə bunun nə xeyri var? Gəlin görək peyğəmbər İsa Məsih bizə nə təklif edir və biz mərhəməti və bağışlanmanı necə qəbul edə bilərik. Bunu bilsək, Saffat Surəsində təsvir olunan (Surə 37) İbrahimin qurbanını, Fatihə Surəsində (Surə 1) ‘bizi doğru yola yönəlt’ duasının mənasını başa düşərik. Həmçinin ‘Müsəlman’ sözünün mənası nə üçün ‘təslim olan’dır? Nə üçün dəstəmaz, zəkat və halal yemək kimi dini şərtlər yaxşıdır, lakin Mühakimə Günü üçün kifayət deyil?

Pis xəbər – bizim Allah ilə münasibətlərimiz barədə peyğəmbərlər nə yazır

Tövrat Allahın insanı yaratması barədə belə yazır:

“Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı.”

Yaradılış 1:27

“Surətində” fiziki mənada deyil, Allaha emosional, düşüncə, ünsiyyət və ruhani cəhətdən bənzəmək deməkdir. Biz Allah ilə ünsiyyətdə olmaq üçün yaradılmışıq. Biz bu münasibəti növbəti rəsmdə aydın görə bilərik. Uca Hakim olan Yaradan Allah yuxarıda, kişi və qadın isə şəkildə aşağıda yerləşdirilib, çünki biz fani məxluqlarıq. Allah ilə münasibət ox işarələri ilə göstərilir.

Adamlar Yaradan Allah ilə münasibətdə olmaq üçün Allahın surətində yaradıldılar 

Allahın xasiyyəti mükəmməldir. O, müqəddəsdir. Zəbur yazır:

“Sən pislikdən xoşlanan Allah deyilsən, Şər Sənin yanına gəlməz. Təkəbbürlülər hüzurunda dayana bilməz, Bütün şər iş görənlərə nifrət edirsən”

Zəbur 5:4-5

Adəm yalnız bircə dəfə itaətsizlik etdi və Allahın müqəddəsliyi Adəmi məhkum etməyi tələb etdi. Tövrat və Quran yazır ki, Allah insanı öləri etdi və Öz hüzurundan qovdu. Həmin vəziyyət bizə də aiddir. Biz günah edəndə və Allaha istənilən cəhətdən itaətsizlik edəndə Allaha hörmətsizlik etmiş oluruq, çünki biz yaradıldığımız surətə uyğun hərəkət etmirik. Allah ilə münasibətlərimiz pozulub. Nəticədə bizimlə Yaradan Allah arasında dəfedilməz divar yaranır.

Günahlarımız bizimlə müqəddəs Allah arasında dəfedilməz divar yaradır

Günahın yaratdığı divarı aşmaqda din kömək edirmi

Bir çoxumuz Allah ilə aramızda olan maneəni din vasitəsilə aradan qaldırmağa çalışırıq. Xeyirxah əməllərlə bu divarı aşmağa çalışırıq. Dualar, oruc, Həcc, məscidə getmək, zəkat, sədəqə – bütün bunlar növbəti şəkildə göstərildiyi kimi, divardan aşmağın cəhdləridir. Dini xeyirxahlığımızın bəzi günahları yox etdiyinə ümid edirik. Xeyirxah işlərimiz kifayət qədər çox olsa bütün günahlarımızdan azad ola bilərik və mərhəmətlə bağışlanmanı əldə edə bilərik.

Allah qarşısında layiq olmaq üçün xeyirxah əməllərlə divarı aşmağa çalışırıq

Görəsən, günahdan azad olmaq üçün nə qədər xeyirxah işlər görməliyik? Xeyirxah əməllərimizin günahlarımızı silmək və Allah ilə bizim aramızda divarı aradan qaldırmaq üçün kifayət olduğunu necə biləcəyik? Saleh niyyətlə olan cəhdlərimiz  kifayətdirmi? Biz əmin deyilik və buna görə də mümkün qədər çox cəhd edirik; Mühakimə Günündə kifayət qədər çox xeyirxah işlər görəcəyimizə ümidvarıq.

Layiq olmaq üçün xeyirxah işlər görmək cəhdlərdən başqa xoş niyyətlə cəhdlər edirik, çoxlarımız təmiz olmaq üçün çox çalışır. Biz duadan qabaq böyük səylə dəstəmaz alırıq. Bizi murdarlaya bilən adamlardan, əşyalardan və qida məhsullarından uzaq olmağa çalışırıq. Lakin peyğəmbər Yeşaya dedi:

“Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir. Hamımız yarpaq kimi soluruq, Şər əməllərimiz bizi külək tək sovurub-aparır.”

Yeşaya 64:6

Peyğəmbər bizə deyir ki, hətta bizi murdarlayan bütün şeylərdən uzaq dursaq belə, günahlarımız “bütün saleh əməllərimizi murdar əskiyə” bənzədir. Bu, pis xəbərdir. Lakin vəziyyət bundan da pisdir.

Daha pis xəbər: günah ilə ölümün gücü

Musa peyğəmbər (s) Qanunun tələbini aydın söylədi: tam itaət tələb olunur. Qanun heç vaxt “əmrlərin çoxuna riayət etməyə çalış” deməyib. Əslində Qanun dəfələrlə qeyd edir ki, günahın cəzası ölümdür.  Nuhun (s) dövründə və  Lutun (s) arvadı  məsələsində də günahın ölümlə nəticələndiyini gördük.

İncil bu həqiqəti belə söyləyir:

Günahın əvəzi ölümdür…

Romalılara 6:23

“Ölüm” sözünün hərfi mənası ‘ayrılıq’ deməkdir. Can bədəndən çıxanda insan fiziki cəhətdən ölür. Eyni ilə biz indi Allahdan ruhani cəhətdən ayrıyıq və buna görə də Onun gözündə ölü və natəmizik.

Bunun günahdan azad olmaq üçün xeyirxah əməllərlə layiq olmağa ümidin problemini üzə çıxarır. Məsələ bundadır ki, bizim cəhdlərimiz, xeyirxah işlərimiz, xoş niyyətlərimiz, əməlisalehliyimiz pis olmasa da, kifayət deyil, çünki günah əvəzində ölüm tələb edir. Yalnız ölüm bu divarı aşmağı mümkün edir, çünki bu halda, Allahın ədaləti qane olur. Layiq olmaq cəhdlərimiz xərçəng xəstəliyini halal qida ilə sağaltmaq cəhdlərinə bənzəyir (nəticəsi ölümdür). Halal qida pis deyil, yaxşıdır – və insan halal qidalanmalıdır – lakin bu, xərçəng xəstəliyini sağalda bilməz. Xərçəng üçün sizə tamamilə başqa şey – xərçəng hüceyrələrini öldürən bir müalicə gərəkdir.

Beləliklə, dini cəhətdən layiq olmaq üçün bütün cəhdlərimizə və xoş niyyətlərimizə baxmayaraq, Allahın gözündə biz əslində meyit kimi ölü və natəmizik.

Günahımızın nəticəsi ölümdür – Allah qarşısında biz natəmiz cəsədlər kimiyik

İbrahim doğru yolu göstərir

Peyğəmbər İbrahimlə (s) bu, başqa cür oldu.  ‘İbrahim Allaha iman etdi və bu, ona salehlik sayıldı’. İbrahim saleh əməllərinə görə deyil, iman etdiyinə və ona vəd edən Allaha etibar etdiyinə görə saleh oldu. Layiq olmaq cəhdləri əvəzinə o, lazım olan əvəzi təmin edən Allaha etibar etdi. Biz bunu İbrahimin oğlu əvəzinə Allahın qurbanlıq quzunu təmin etməsi barədə məqalədə gördük.

İbrahimə doğru yol göstərildi və o, vəd verən Allaha etibar etdi və Allah ölmək üçün qurbanı təmin etdi

Quran bu barədə Saffat Surəsində (Surə 37) yazır:

Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik. Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq. İbrahimə salam olsun!  

Saffat Surəsi 37:107-109

Allah ‘fidyə verdi’ (qiyməti ödədi) və İbrahim xeyir-dua, mərhəmət və bağışlanmanı aldı. Bunların hamısı “salam” sözündə cəmləşir.

Xoş Xəbər: İsa Məsihin bizim uğrumuzda etdikləri

İbrahim peyğəmbər bizə doğru yolu göstərən bir nümunədir. Fatihə Surəsi (Surə 1) yazır:

“Haqq-hesab gününün Hökmdarına! Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola yönəlt – nemət bəxş etdiyin şəxslərin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) deyil!”

Fatihə Surəsi 1:4-7

İncil izah edir ki, İbrahimin nümunəsi Allahın əvəz qurbanını təmin etdiyini göstərir. Allah günahın əvəzini təmin edərək ölümə sadə, lakin çox möhtəşəm bir çarə verir.

“Günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.”

Romalılara 6:23

Bu vaxta qədər biz yalnız ‘pis xəbər’ lərdən danışırdıq. Lakin ‘İncil’ sözünün hərfi mənası ‘Xoş Xəbər’dir. İncilin əsas sözü budur: İsanın ölümü bizimlə Allah arasında olan divarı aradan qaldırmaq üçün kifayət olan qurbandır. Buna görə də İncil Xoş Xəbərdir. 

Qurbanlıq quzu İbrahimin qurbanını əvəz etdiyi kimi, Allahın Quzusu olan İsa Məsih də qurban olaraq günaha görə əvəzimizdə ölür

Peyğəmbər İsa Məsih qurban oldu və daha sonra  Nübar olaraq ölülərdən dirildi. İndi O, bizə Öz yeni həyatını təklif edir. Artıq biz günahın ölüm məhbusları olmamalıyıq.

İsa Məsihin dirilməsi ‘Nübar’ idi. Biz də ölümdən dirilərək yeni həyatı yaşaya bilərik.

İsa Məsih qurban və dirilmə vasitəsilə bizi Allahdan ayıran günah divarında bir qapı oldu. Buna görə Peyğəmbər dedi:

“Qapı Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və otlaq tapar. Oğru yalnız qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol həyata malik olsun.”

Yəhya 10:9-10
Beləliklə, İsa Məsih günah və ölüm divarında bir qapıdır

Bu qapı sayəsində biz Yaradan Allah ilə ilkin və günahdan əvvəl olan münasibətimizi bərpa edə bilərik, mərhəmət alaraq  günahlarımızın bağışlamasına əmin ola bilərik.

Qapı açıq olduğuna görə Yaradan Allah ilə münasibətimiz bərpa olunur

İncil bəyan edir:

“Bir Allah və Allahla insanlar arasında bir Vasitəçi vardır. O, İnsan olan Məsih İsadır. O hamını satın almaq üçün Özünü fidyə verdi və bu da münasib vaxtda edilən şəhadətdir.”

1 Timoteyə 2:5-6

Allahın sənə hədiyyəsi

Peyğəmbər ‘hamını satın almaq’ üçün ‘Özünü fidyə verdi‘. “Hamı” bizi də daxil edir. Ölümü və dirilməsi vasitəsilə O, fidyə verdi, qiyməti ödədi ki, Vasitəçi olsun. O, bizə həyatı təklif edir. Bu həyat necə verilir?

“Günahın əvəzi ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsada olan əbədi həyatdır.”

Romalılara 6:23

Fikir verin bu həyat bizə necə verilir. Bu, … ‘ənamdır’. Ənam və ya hədiyyə barədə fikirləşin. Hədiyyənin böyük-kiçiyi olmur. Hədiyyəni qazanmırlar, hədiyyə üçün layiq olmaq gərək deyil. Layiq olmağa çalışaraq qazanmısansa, bu, artıq hədiyyə deyil, zəhmət haqqıdır! Eyni ilə siz İsa Məsihin qurbanına layiq olmaq üçün onu qazana bilməzsiniz. Bu, sizə ənam və ya hədiyyə olaraq verilir. Bu, çox sadədir.

Bəs ənam özü nədir? Ənam – əbədi həyatdır. Yəni sizə və mənə ölüm gətirən günahın əvəzi ödənildi. Allah sizi və məni bu qədər sevir. Bu, möhtəşəmdir. 

Beləliklə, siz və mən yeni həyatı necə əldə edirik? Yenə də hədiyyələr barədə düşünün. Bir kimsə sizə hədiyyə vermək istəyirsə, siz onu qəbul etməlisiniz. Hədiyyə təklif olunanda iki variant var. Ya hədiyyə rədd olunur, (“Yox, sağ ol”), ya da qəbul olunur (“Hədiyyənə görə çox sağ ol. Qəbul edirəm”). Bu hədiyyəni də qəbul etmək lazımdır. Bu hədiyyəni dərk etmək, buna iman etmək, tədqiq etmək olmur. Fayda olsun deyə, təklif olunan hədiyyəni qəbul etmək gərəkdir.

“Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. O, başlanğıcda Allahla birlikdə idi. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. Həyat Onda idi və bu həyat insanların nuru idi. Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi.

Allahın göndərdiyi bir adam var idi, onun adı Yəhya idi. O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi.  Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu.”

Yəhya 1:12-13

İncil Allah barədə deyir:

“Xilaskarımız Allah bütün insanların xilas olmasını istəyir…”

1 Timoteyə 2:3-4

O, Xilaskardır və O, təklif etdiyi hədiyyəni bütün adamların qəbul etməsini, günahdan və ölümdən xilas olmasını istəyir. Bu hədiyyəni qəbul etməyimiz Allahın iradəsidir. Allahın iradəsinə təslim olmaq – bu, “müsəlman” sözünün əsl mənasıdır. Müsəlman təslim olan kəsdir.
Beləliklə, bu hədiyyəni biz necə qəbul edirik? İncil deyir:

“Burada Yəhudi ilə Yunan arasında fərq yoxdur, hamısının Rəbbi birdir və Onu çağıranların hamısına bol bərəkət verir.”

Romalılara 10:12

Fikir verin ki,  bu vəd ‘hamı’ üçündür. Ölülərdən dirildiyi üçün  İsa Məsih indi sağdır. Beləliklə, Onun adını çağırsanız O eşidəcək və Öz hədiyyəsini sizə verəcək. Onun adını çağırın və Ondan xahiş edin. Çox güman ki, əvvəllər heç vaxt bunu etməmisiniz. Növbəti dua sizə kömək edə bilər. Bu, sehrli sözlər deyil. Allahın qüdrətini həyatınıza gətirən bu sözlər deyil. İbrahim kimi əvəz qurbanına etibar etməlisiniz. Bu hədiyyəni verən İsa Məsihə etibar etməlisiniz. Ona etibar edəndə O, bizi eşidəcək və cavab verəcək. İncil qüdrətlidir və eyni zamanda çox sadədir. Dua nümunəsinin sözlərini təkrar edə bilərsiz.

Əziz Peyğəmbər və Xilaskar İsa Məsih. Günahlarım məni Yaradan Allahdan ayırıb. Çox çalışsam belə, bu divarı aşa bilmirəm. Başa düşürəm ki, sənin ölümün günahlarımı təmizləmək üçün bir qurban idi. Bilirəm, qurban olandan sonra ölülərdən dirildin. Qurbanının kifayət olduğuna inanıram və Sənə təslim oluram. Xahiş edirəm, məni günahlardan təmizlə və Yaradanla münasibətimi bərpa etmək üçün Vasitəçim ol ki, əbədi həyatım olsun. İsa Məsih, bunların hamısını mənim üçün etdiyinə görə Sənə minnətdaram. Xahiş edirəm, məni həyatda istiqamətləndirməkdə davam et, mənim Rəbbim və Rəhbərim ol. Uca və mərhəmətli Allahın adı ilə dua edirəm. Amin.

Zəbur və Peyğəmbərlərin kitabları İsa Məsih barədə necə peyğəmbərlik edir?

 Tövratda Musa peyğəmbər (s) gələcək İsa Məsih (s) barədə bildiyini göstərdi. O, bunu Əlamətlər vasitəsilə göstərdi. Bu Əlamətlər peyğəmbərin gəlişinə işarə edir. Musadan sonra gələn peyğəmbərlər Allahın planını açıqlayıblar. Allahdan ilham alan Davud (s) əvvəlcə Zəbur 2-də gələcək Məsih barədə yazır. Bu, təxminən b.e.ə. 1000-ci ildə baş verdi. Daha sonra Zəbur 22-də Davud əl-ayaqları “deşilən” və əzab çəkən bir nəfər barədə vəhy alaraq yazır. Daha sonra onun barəsində ‘torpağa salıb ölüm verdin’, sonra isə yer üzündə yaşayan “bütün millətlərin soyları”na təsir göstərəcək böyük qələbəyə nail olduğu barədə yazır.  Bu, gələcək İsa Məsihin çarmıxdakı qurbanı və dirilməsi barədə deyilmi? Gəlin görək Səba Surəsi (Surə 34) və Nəml Surəsi (Surə 27) bizə Zəbur (yəni Zəbur 22-də) Kitabında Allahın Davuda ilham verməsi barədə nə yazır.

Zəbur 22-də yazılan peyğəmbərlik

Burada siz  Zəbur 22-ni oxuya bilərsiniz. Növbəti cədvəl Zəbur 22-ni İsa Məsihin çarmıxa çəkilməsi ilə müqayisə edir.  İsa Məsihin çarmıxa çəkilməsi barədə Onun şagirdləri İncildə yazırlar. Mətnlərdə eyni yerlər eyni rənglə qeyd olunur ki, oxşarlığı asanlıqla görə biləsiniz.

Çarmıxa çəkilmə barədə İncildə yazılanlar Zəbur 22 – b.e.ə. 1000-ci ildə yazılıb
(Matta 27: 31-48) .. Sonra Onu (İsanı) çarmıxa çəkməyə apardılar….. 39 Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq 40 «Ey məbədi dağıdıb üç gündə tikən! Əgər Allahın Oğlusansa, Özünü xilas et və çarmıxdan düş!» deyirdilər.41 Eynilə baş kahinlər, Qanun müəllimləri və ağsaqqallar ona lağ edirdilər. 42 «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! İsrailin Padşahıdır, qoy indi çarmıxdan düşsün və biz də Ona iman edək. 43 Allaha güvənirdi. Allah Onu sevirsə, qoy indi xilas etsin! Çünki “Mən Allahın Oğluyam” dedi»… Doqquzuncu saata yaxın İsa uca səslə nida edərək dedi: «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» 48 Aralarından biri dərhal qaçıb bir süngər gətirdi, şərab sirkəsinə batırıb bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin. Mark 15:16-20, 37 16 Əsgərlər İsanı… apardılar. 17Ona tünd qırmızı bir xalat geyindirdilər və tikanlardan bir tac hörüb başına qoydular. 18«Yəhudilərin Padşahı sağ olsun!» deyərək İsanı salamlamağa başladılar. 19Sonra qamışla Onun başına vurub Ona tüpürdülər və önündə diz çökərək səcdə qıldılar. 20Onu ələ salandan sonra tünd qırmızı xalatı əynindən çıxarıb Öz paltarlarını geyindirdilər. Sonra Onu çarmıxa çəkmək üçün bayıra apardılar… 37 İsa uca səslə qışqırıb son nəfəsini verdi.(YƏHYA 19:34) əsgərlər onun ayaqlarını qırmadılar…, İsanın böyrünü nizə ilə deşdilər, oradan qan və su axdı.…onu çarmıxa çəkdilər… (YƏHYA 20:25) [Tomas] Onun əllərində mıxların açdığı yaraları görməsəm,…”…YƏHYA 20:23-24 Əsgərlər İsanı çarmıxa çəkdikləri zaman Onun paltarlarını götürüb hər əsgər üçün bir pay olmaqla dörd hissəyə böldülər. Tikişsiz və başdan-ayağa toxunma olan köynəyini götürdülər. 24 Onlar bir-birinə dedilər: «Bunu cırmayaq, püşk ataq, görək kimin olur». Müqəddəs Yazıdakı  «Aralarında paltarlarımı bölüşdürdülər, Geyimim üçün püşk atdılar» sözü yerinə yetsin deyə əsgərlər bunu etdilər 1 Ey Allahım, Allahım, niyə məni tərk etdin? Niyə ah-zarımdan uzaq durursan, mənə imdad etmirsən? 2 Ey Allahım, gündüz çağıranda mənə cavab vermirsən, Gecə rahatlığım yoxdur… 7 Məni hər görən lağ edir;
Dodaq büzüb, başını yırğalayıb belə deyir:
8 «Qoy güvəndiyi Rəbb onu azad etsin,
Rəbb ondan razı qalıb, qoy onu xilas etsin» 9 Lakin bətndən dünyaya məni gətirən, Ana qucağında ikən mənə əminlik verən Sənsən.
10
Doğulandan bəri Səndən asılıyam, Ana bətnindən bəri Allahım Sənsən.11 Məndən uzaq durma, çünki əzab yaxındır, Köməyimə çatan yoxdur.12 Nə qədər buğa məni dövrəyə salıb, Güclü Başan buğaları yan-yörəmi bürüyüb.
13
Yırtıcı aslanlar kimi nərə çəkirlər, Məni parçalamaq üçün ağızlarını açırlar.
14 Mən su kimi töküldüm, Bütün sümüklərim oynaqlarından çıxdı, Köksümdəki ürəyim mum kimi əridi. 15 Saxsı parçası kimi gücüm qurudu, Dilim damağıma yapışdı, Sən məni torpağa salıb ölüm verdin. 16 Şər insanlar dəstəsi məni dövrəyə aldı, İt sürüsü kimi yan-yörəmi bürüdülər, Ayaqlarımı, əllərimi deşdilər. 17 Sümüklərimi saya bilirəm, Onlar baxırlar, gözlərini mənə zilləyirlər! 18 * Aralarında paltarlarımı bölüşdürürlər, Geyimim üçün püşk atırlar.

İncil çarmıxdakı ölümü gözləri ilə görən şahidlər tərəfindən yazmışdı. Zəbur 22 isə çarmıxa çəkilən adamın adından yazılıb. Zəbur 22 və İsa Məsihin çarmıxa çəkilməsi arasında bu oxşarlığı necə izah etmək olar? Bu dərəcədə olan uyğunluq təsadüfdürmü? Paltarların bölünməsinə görə püşkün atılması necə? Tikişi olan paltarlar tikişindən bölünüb əsgərlərin arasında bölündü, tikişsiz paltar üçün isə püşk atıldı. Çarmıx edamı icad olunmasından xeyli əvvəl yazılmış Zəbur 22 onu ətraflı təsvir edir (əl-ayaqlar deşilib, ölən adamın əllərinin dartıldığına görə sümüklər oynaqdan çıxıb). Bundan başqa, Yəhyanın Müjdəsi yazır ki, İsanın böyrünü nizə ilə deşəndə qan və su axdı. Bu, ürəyin ətrafında mayenin yığılmasını göstərir. Beləliklə, İsa Məsih ürəyi partladığına görə öldü. Bu, Zəbur 22-də olan təsvir ilə eynidir: ‘Köksümdəki ürəyim mum kimi əridi’. Zəbur 22-də İbrani dilində ‘deşildi’ kimi tərcümə olunan söz əslində ‘aslan kimi’-dir. Başqa sözlə, əl-ayaqlar deşiləndə, sanki aslandan zərər çəkmiş kimi oldular.

Zəbur 22-nin İncil ilə uyğun gəlməsini imansızlar belə izah edirlər ki, İncili yazan şahidlər İsa ilə baş verənləri uyduraraq peyğəmbərliyə uyğunlaşdırıblar. Bu, oxşarlığın səbəbini izah edirmi?

Zəbur 22 və İsa Məsihin həqiqiliyi

Lakin Zəbur 22 yuxarıda qeyd olunan 18-ci ayə ilə bitmir. O davam edir. Ölümdən sonrakı təsvirlərin nə qədər zəfərli olduğuna fikir verin!

“Qoy məzlumlar doyunca yesin,

Rəbbi axtaranlar Ona həmd etsin!

Qoy canınız həmişə sağ olsun!

Yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar

Rəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər.

Bütün millətlərin soyları

Onun hüzurunda səcdə qılacaq.

Çünki hökmranlıq Rəbbindir,

Millətlər üzərində səltənət sürən Odur!

Bütün dünya zənginləri yeyib-doyacaq,

Rəbbin hüzurunda səcdə qılacaq.

Torpağa düşənlərin hamısı –

Özlərini ölümdən saxlaya bilməyənlər

Onun hüzurunda diz çökəcəklər.

Gələcək nəsillər Ona qulluq edəcək,

Xudavənd haqqında övladlarına deyəcək;

Onun ədalətini, Onun əməllərini

Gələcəkdə doğulan xalqa bildirəcək”

Zəbur 22:26-31

Bu, həmin adamın ölümü barədə yazmır. Ölüm barədə Zəbur 22-nin əvvəlində yazılıb. İndi Davud peyğəmbər (s) gələcəyə baxaraq həmin adamın ölümünün “nəsillərə” (30-cu ayə) və “gələcəkdə doğulan xalqa” təsiri barədə yazır. Bu, İsa Məsihdən 2000 il sonra yaşayan bizlər barədədir. Davud bizə “gələcəkdə doğulan xalq” deyir. Bu, xalq əl-ayağı deşilən, dəhşətli əzabda ölən adamdan sonra doğulacaq. “Gələcək nəsillər Ona qulluq edəcək, Xudavənd haqqında övladlarına deyəcək”. 27-ci ayə nəticəni təsvir edir: “Bütün millətlərin soyları

Onun hüzurunda səcdə qılacaq”. 29-cu ayə: “Torpağa düşənlərin hamısı – özlərini ölümdən saxlaya bilməyənlər (yəni biz) Onun hüzurunda diz çökəcəklər”. Bu adamın salehliyi Onun öldüyü vaxt hələ dünyaya gəlməyən adamlara bəyan ediləcək.

Beləliklə, “İncili yazanlar onu Zəbur 22-yə uyğunlaşdırıblar” sözü əsassız qalır, çünki peyğəmbərlik daha uzaq gələcəyə – bizim yaşadığımız vaxta aiddir. Birinci əsrdə yaşayan İncili yazanlar İsa Məsihin ölümünü bizim dövrümüzə qədər təsirli edə bilməzdilər. İmansızların söylədikləri Zəbur 22-nin 3000 il əvvəl peyğəmbərlik etdiyi İsa Məsihin bütün dünyaya uzun müddətli təsirini izah etmir.

Quran – Davuda Allah tərəfindən əvvəlcədən bilik verildi

Zəbur 22-nin sonunda qələbə barədə yazılan söz Quranın Saba Surəsinin və An-Naml Surəsinin (Saba 34 və An-Naml 27) təsdiqidir, çünki burada Zəburu yazan Davudun Allahdan lütf və bilik alması qeyd olunur:

“Biz Davuda Özümüzdən bir lütf bəxş etdik (və buyurduq:) “Ey dağlar və quşlar! Onunla birlikdə (Allahın şəninə) təriflər deyin!” Biz dəmiri onun üçün yumşaltdıq”

Səba Surəsi 34:10

Biz Davuda və Süleymana elm verdik. Onlar dedilər: “Bizi Öz mömin qullarının çoxundan üstün tutan Allaha həmd olsun!”

Nəml Surəsi 27:15

Burada deyildiyi kimi, gələcəyi görmək üçün Davuda Allah bilik və lütf verdi. Həmin bilik sayəsində Davud Zəbur 22-də şükür nəğmələrini yazdı.

İndi isə Vaqiə Surəsində (Surə 56) yazılan suala nəzər salaq:

(Can) boğaza yetişdiyi zaman – həmin an siz (can verən adama) baxırsınız. Biz ona sizdən daha yaxın oluruq, siz isə (bunu) görmürsünüz. Madam ki, siz (iddianıza görə) haqq-hesab olunmayacaqsınız və doğru danışanlarsınız, onda o canı geri qaytarın?

Vaqiə Surəsi 56:83-87

Ölüyə canı kim qaytara bilər? Allahın işini insanın işindən ayırmaq üçün bu tapşırıq verilir. Vaqiə Surəsi Zəbur 22-də yazılanları təsvir edir və İsa Məsihin (s) işi barədə xəbər verir və ya peyğəmbərlik edir.

Heç kim İsa Məsihin çarmıxdakı ölümünün təsiri barədə Zəbur 22-dən daha yaxşı peyğəmbərlik edə bilməzdi. Tarixdə daha kim Onun ölümünün təfsilatlarını, eləcə də Onun həyatının uzaq gələcəkdə yaşayanlara təsirini söyləyə bilərdi? Yalnız İsa Məsihdən 1000 il əvvəl yaşamış adam. Heç bir insan uzaq gələcəyi belə ətraflı və dəqiq peyğəmbərlik edə bilməz. Buna görə də, bu peyğəmbərlik İsa Məsihin qurbanının “Allahın planı və əvvəlcədən məlum” olduğunun dəlilidir.

Başqa peyğəmbərlər İsa Məsihin qurbanı barədə peyğəmbərlik edirlər

Tövrat İsa Məsihin son həftəsinin əksi olan hadisələrin təsviri ilə başlayır və daha sonra bu təsvirləri aydın edir. Davuddan sonra yaşayan peyğəmbərlər İsa Məsihin ölümü və dirilməsi barədə daha ətraflı məlumat verirlər. Növbəti cədvəl nəzər saldığımız məsələlərin xülasəsini təqdim edir.

Peyğəmbərlərin sözləri Bu, Məsihin gəlişinə aid planı necə açıqlayır
Bakirədən doğulacaq ‘Bakirə oğul doğacaq və bu oğul günahsız həyat yaşayacaq’ Yeşaya peyğəmbər b.e.ə.700-ci ildə söyləmişdi.  Yalnız mükəmməl həyat başqası uğrunda qurban olaraq təqdim edilə bilər. Bu peyğəmbərliyə uyğun doğulan İsa Məsih həmin peyğəmbərliyi yerinə yetirdi və müqəddəs həyat yaşadı.
Gələcək ‘Pöhrənin’ adı olacaq və o, bizim günahlarımızı üzərinə götürəcək Yeşaya, Yeremya və Zəkəriyyə peyğəmbərlər gələcək şəxs barədə bir çox peyğəmbərliklər etdilər. İsadan 500 il əvvəl yaşayan Zəkəriyyə onun adı “İsa” olacaq demişdi.  Həmçinin Zəkəriyyə “bir gündə adamların günahları təmizlənəcək” demişdi. İsa Özünü qurban verdi və bütün günahlara görə qurban bir günün içində təqdim olundu və peyğəmbərliklər yerinə yetirildi.
Daniel peyğəmbər və Məsihin gəlişinin vaxtı Daniel Məsihin gəlişinin dəqiq ilini – 480-ci ili peyğəmbərlik etmişdi. İsa peyğəmbərliyə uyğun vaxtda dünyaya gəldi.
Daniel peyğəmbər Məsih ‘kəsiləcək’ demişdi Daniel peyğəmbər yazmışdı: Məsih ‘kəsilmək və həlak olmaq’ üçün gələcək. Bu, gələcək İsa Məsihin ölümü barədə peyğəmbərlikdir, çünki O, həyatdan “kəsiləcək”.
Yeşaya peyğəmbər gələcək Qulun ölümü və dirilməsi barədə söyləyir Yeşaya peyğəmbər Məsihin ölümü, əzabı, bizim günahlarımıza görə əl-ayağının deşilməsi, kəsilməyə aparılan quzu kimi olması, günah qurbanı olması, yenə həyat görəcəyi və qələbə çalacağı barədə çox ətraflı peyğəmbərlik etmişdi. İsa Məsih çarmıxa çəkiləndə və ölülərdən diriləndə bütün bunlar baş verdi. Bu peyğəmbərlik Məsihdən 700 il əvvəl verilmişdi və bu peyğəmbərlik Allahın planına işarə edən böyük Əlamətdir.
Yunus peyğəmbər və İsa Məsihin ölümü Yunus peyğəmbər balığın qarnında olanda qəbirdə yaşadı. Bu, İsa Məsihin bənzər öləcəyini izah edir.
Zəkəriyyə peyğəmbər və məhbusların ölümdən azad edilməsi Zəkəriyyə İsa Məsih barədə peyğəmbərlik edir: o, ‘ölüm məhbuslarını (artıq ölən adamları) azad edəcək’. Peyğəmbərliklərə uyğun olaraq, Məsihin vəzifəsi ölümə daxil olaraq onun məhbuslarını azad etmək olub.

Bir-birini yüzlərlə il ayıran, müxtəlif ölkələrdə yaşayan, müxtəlif şəraitlərdə yaşayan peyğəmbərlərin hamısının İsa Məsihin ölümüdirilməsi  nəticəsində əldə etdiyi böyük qələbə barədə qismən peyğəmbərlik etmələri bunun Allahın planına uyğun olduğunu təsdiq edir. Məhz bu səbəblə İsa Məsihin şagirdlərinin başçısı Peter öz dinləyicilərinə dedi:

“Allah peyğəmbərlərin dili ilə Öz Məsihinin əzab çəkməsi barədə əvvəlcədən bəyan etdiyini yerinə yetirdi

Həvarilərin İşləri 3:18

Peter bunu deyəndən dərhal sonra bəyan etdi:

“Beləliklə, günahlarınız silinsin deyə tövbə edib Allaha tərəf dönün ki,…”

Həvarilərin İşləri 3:19

Burada bizə aid bir xeyir-dua var:bizi günahlarımız silinə bilər.Burada biz bu məsələyə daha ətraflı nəzər salacağıq.

Musanın Tövratında İsa Məsihə aid peyğəmbərliklər

İncil  Peyğəmbər İsa Məsihin (s) çarmıxdakı qurbanı və dirilməsinin Allahın planında əsas yer tutduğunu bəyan edir. Peyğəmbərin dirilməsindən 50 gün sonra şagirdlərin başçısı olan Peter İsa Məsih barədə hamıya bəyan etdi:

“Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz. Allah isə ölüm əzablarını kəsərək Onu diriltdi. Çünki Onu ölüm tutub saxlaya bilməzdi”

Həvarilərin İşləri 2:23-24)

Peterin sözündən sonra minlərlə adam iman etdi. Həmin sözü o dövrdə yaşayan külli miqdarda adam qəbul etdi; onları heç kim məcbur etmədi. Adamların qəbul etməsinin səbəbi Tövrat, Zəbur və Peyğəmbərlərin kitablarında yüz illərlə əvvəl yazılmışdı. Adamlar İsa Məsihin gəlişi, ölümüdirilməsi barədə peyğəmbərlikləri aşkar etmək üçün Müqəddəs Yazıları tədqiq etdilər. Dəyişməz Müqəddəs Yazılar bu gün də bizim əlimizdədir; biz onları tədqiq edə bilərik. Peter Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq” deyəndə həqiqəti deyibmi?

İncilin yazıldığı dövrdə yaşayan adamların Tövratdan Adəmə və Yaradılışın altı gününə aid oxuduqlarının nəticəsini diqqətinizə çatdırırıq:

“… Veriyadakı Yəhudilərsə Salonikdə olanlardan daha açıq fikirli idi. Kəlamı böyük həvəslə qarşılayaraq hər gün Müqəddəs Yazıları araşdırır, «Bu düzgün təlimdirmi?» deyə yoxlayırdılar…”

Həvarilərin İşləri 17:11

Onlar Müqəddəs Yazıları diqqətlə araşdırdılar, çünki həvarilərin sözləri onlara qəribə və yeni görünürdü. Biz qəribə və yeni səslənən sözləri rədd etməyə meyilliyik. Biz hamımız belə edirik. Lakin bu söz Allahdandırsa və onlar bu sözü rədd etsəydilər, Ğaşiyə Surəsindəki xəbərdarlıq (Surə 88) onların həyatında yerinə yetirilərdi.

Lakin üz döndərib küfr edəni, Allah ən şiddətli əzabla cəzalandırar. Şübhəsiz ki, onların dönüşü Bizədir. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir”

Ğaşiyə Surəsi 88: 23-26

Onlar yeni sözün Allahdan olub-olmadığını dəqiq yoxlamağın yolunu bilirdilər. Bunun üçün həmin sözü peyğəmbərlərin yazıları ilə müqayisə etmək lazım idi. Bu halda onlar Allahdan gələn sözü rədd etməyərək cəza ilə üzləşməyəcəkdilər. Onlardan nümunə götürsək müdrik olarıq. Onlar kimi biz də Peyğəmbər İsa Məsihin (s) ölümünə və dirilməsinə aid peyğəmbərliklərin olub-olmamasını bilmək üçün Müqəddəs Yazıları araşdıraq. Gəlin Tövratdan başlayaq.

Allahın gələcəyi bilməsi barədə Tövratın əvvəlində və Quranda yazılır

Biz Tövratın ilk səhifəsindən görürük ki, Allah İsa Məsihin (s) həyatı və qurbanı barədə əvvəldən bilirdi. Bütün Müqəddəs Kitablarda (Tövrat, Zəbur, İncil və Quranda) yalnız iki həftə var ki, bunların hər günü ardıcıllıqla təsvir olunur. Bu iki həftədən biri – Allahın hər şeyi yaratdığından bəhs edir; altı gün Tövratın ilk iki fəslində təsvir olunur. Fikir verin ki,  Quran Yaradılışın bu altı günü barədə yazır.

“Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır”

Əraf Surəsi 7:54

“O, göyləri, yeri və onların arasındakıları altı gündə yaratdı, sonra da Ərşə ucaldı. O, ər-Rəhmandır. Bunu biləndən soruş!”

Furqan Surəsi 25:59

“Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz?”

Səcdə Surəsi 32:4

“Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq üz vermədi” .

Qaf Surəsi 50:38

“Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür”

Hədid Surəsi 57:4

Hər günü ətraflı təsvir olunan digər həftə – Peyğəmbər İsa Məsihin həyatının sonuncu həftəsidir. İbrahim, Musa, Davud və Məhəmməd (s) – heç bir peyğəmbərin həyatındakı bir həftə ərzində gündəlik baş verən hadisələr Müqəddəs Kitabda təsvir olunmayıb. Yaradılış həftəsinin təsviri ilə Tövrat Kitabı başlayır (buraya baxın). İsa Məsihin sonuncu həftəsinin hər gününə biz artıq diqqətlə nəzər saldıq. Növbəti cədvəldə hər iki həftə günlər üzrə bir-biri ilə müqayisə olunur.

Həftənin günü Yaradılış həftəsi İsa Məsihin sonuncu həftəsi
1-ci gün Başlanğıcda qaranlıq var idi. Allah dedi: «Qoy işıq olsun». İşıq oldu. Qaranlığa nur gəldi.   Məsih Yerusəlimə gəlir və deyir: “Mən dünyaya nur olub gəldim…” Qaranlığa nur gəldi.
2-ci gün Allah göyü yerdən ayırır Dua Evi olan Məbədi təmizləyərək İsa yer üzünə aid olanları göylərə aid olandan ayırır
3-cü gün Allah dedi və dənizin içindən torpaq qalxdı. İsa dağları qaldırıb dənizə atan iman barədə danışır.
  Allah dedi: Qoy yer üzü bitkilər yetirsin və belə də oldu. İsa dedi və əncir ağacı qurudu.
4-cü gün Allah dedi: Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun və günəş, ay və ulduzlar yarandı. İsa yer üzünə qayıdacağı zamanın əlamətləri barədə danışır – günəş, ay və ulduzlar tutqun olacaq.
5-ci gün Allah uçan dinozavr – əjdahalar daxil olmaqla, bütün uçan məxluqları yaradır Şeytan – böyük əjdaha – Məsihi vurmaq üçün Yəhudanın ürəyinə girir.
6-cı gün Allah dedi və torpaqda heyvanlar yarandı. Pasxa quzusu – qurbanlıq heyvanları Məbəddə qurban gətirilir.
  ‘Rəbb Allah… Adəmə həyat nəfəsini üfürdü’. Adəm nəfəs almağa başladı “İsa uca səslə qışqırıb son nəfəsini verdi” (Mark 15: 37).
  Allah Adəmi Bağda yerləşdirir. İsa könüllü olaraq Getsemani bağına gedir  
  Adəmə xeyirlə şəri  bilmə ağacından yeməmək tapşırıldı, əks halda lənətli olacağı barədə xəbərdarlıq verildi. İsa ağaca mismarlanır və lənəti Öz üzərinə götürür (Qalatiyalılara 3:13).
  Adəmə tay olmaq üçün bir heyvan tapılmadı. Bir adam gərək idi. Pasxa qurbanlıq heyvanları kifayət olmadı. Adam gərək oldu (İbranilərə 10:4-5).
  Allah Adəmə yuxu göndərir. İsa ölüm yuxusuna daxil olur.
  Allah Adəmin böyrünü yaralayaraq Həvvanı – Adəmin gəlinini yaradır. İsanın böyrü deşilir. Bu qurban nəticəsində İsa Özünə gəlin – Ona məxsus olan adamları əldə edir (Vəhy 21:9).
7-ci gün Allah istirahət edir. Bu günü müqəddəs elan edir. İsa Məsih ölümdə istirahət edir.

Hər iki həftənin hər gününün hadisələri bir-birini əks etdirir. Burada bir oxşarlıq var. Hər iki həftənin sonunda yeni həyatın nübarı yeni Yaradılışda çoxalıb artmağa hazırdır. Adəm və İsa Məsih bir-birinin əksidir. Quran İsa Məsih və Adəm barədə belə yazır:

Həqiqətən, Allah yanında İsanın məsəli Adəmin məsəli kimidir. ( Allah) onu torpaqdan yaratdı, sonra isə ona “Ol!”– dedi, o da oldu.

Ali-İmran Surəsi 3:59

İncil Adəm barədə yazır:

“… Adəm o gələcək İnsanın əvvəlcədən göstərilən təsviri idi”

Romalılara 5:14

“Ölüm bir insan vasitəsilə gəldiyinə görə ölülərin dirilməsi də bir İnsan vasitəsilə gəlir”

1 Korinflilərə 15:21-22

Bu iki həftəni müqayisə edəndə biz görürük ki, Adəm İsa Məsihin əks nümunəsidir. Kainatı yaratmaq üçün Allaha altı gün gərək oldumu? O, bunu bir əmr ilə edə bilməzdimi? Nə üçün O, dünyanı məhz belə yaratdı? Nə üçün Allah yeddinci gün istirahət etdi, axı O yorğun deyildi?! O, bütün bunları belə bir nizamla etdi ki, İsa Məsihin həyatındakı son hadisələr Yaradılış həftəsinə uyğun gəlsin. Bu, xüsusilə altıncı günə aiddir. Biz sözlərdə bunu aydın görə bilirik. Məsələn, sadəcə, ‘İsa Məsih öldü’ demək əvəzinə İncil deyir: ‘son nəfəsini verdi’. Bu, Allahdan “həyat nəfəsini” alan Adəmin tam əksidir. Zamanın əvvəlində göstərilən bu nümunə əvvəlcədən olan bilikdən xəbər verir. İsa Məsihin dirilməsindən sonra Peter də bunu demişdi.

Tövratda növbəti nümunələr

Daha sonra Tövrat xüsusi hadisələri qeyd edir və gələcək Peyğəmbər İsa Məsihin qurbanına işarə edən ayinləri təyin edir. Bunlar bizə Allahın əvvəlcədən Öz planını bildiyini anlamaq üçün verilmişdir. Biz bəzi əsas mərhələlərə artıq nəzər saldıq. Növbəti cədvəl bunları cəmləşdirir, İsa Məsihdən min illərlə əvvəl göstərilmiş böyük Əlamətlərə istinadlar verir. 

Tövratdakı Əlamət Gələcək İsa Məsihin qurbanına aid planı bu necə aşkar edir
Adəmin nümunəsi Adəm Allaha itaətsizlik edəndə Allah bir oğul övladı barədə söylədi; bu oğul (yalnız) qadından doğulacaq (yəni bakirədən). Bu oğul Şeytanın başını əzəcək, lakin bu zaman Şeytan onu vuracaq.
 Qabil və Habilin nümunəsi Ölən qurban gərək idi. Qabil (cansız) tərəvəz, Habil isə heyvanın həyatını qurban təqdim etdi. Allah Habilin qurbanını qəbul etdi. Bu, İsa Məsihin qurbanına işarə edir.
İbrahimin qurbanının əlaməti İbrahim peyğəmbər öz oğlunu qurban gətirdiyi yerdə minlərlə il sonra peyğəmbər İsa Məsih qurban oldu. İbrahim peyğəmbər gələcəkdə təqdim olunan həmin o qurban barədə söylədi. Onun oğlu ölməli idi, lakin sonuncu an quzu öldü ki, onun oğlu sağ qalsın. Bu, ‘Allahın Quzusu’ olan İsa Məsihə işarə edir. İsa Məsih öldü ki, biz yaşayaq.
Musanın qurbanının əlaməti Xüsusi olan Pasxa günündə quzular qurban gətirilirdi. Misirin fironu quzunu qurban təqdim etmədi və ölümlə üzləşdi. İsraillilər isə quzu qurbanını gətirərək ölümdən yan keçdilər. Yüzlərlə il sonra  İsa Məsih təqvimin eyni günündə – Pasxa günündə qurban oldu.
 Harunun qurbanının əlaməti Harun heyvan qurbanlarının xüsusi mərasimlərini qayda olaraq qoyur. Günah edən İsraillilər təmizlənmək üçün qurbanlar təqdim etməli idilər. Lakin qurbanlıq heyvanın ölümü mütləq idi. Adamlar üçün qurbanları yalnız kahinlər təqdim edə bilərdi. Bu, İsa Məsihə işarə edir; kahin vəzifəsini yerinə yetirən Məsih Öz həyatını bizə görə qurban verdi.


Tövratda Musa peyğəmbər (s) gələcək peyğəmbər İsa Məsih barədə yazır. Buna görə də yazılıb:

“Qanunda gələcək nemətlərin əsli deyil, kölgəsi var. Buna görə də Qanun ildən-ilə daimi bir surətdə təqdim olunan eyni qurbanlar vasitəsilə Allaha yaxınlaşanları əsla kamil edə bilməz”

İbranilərə 10:1

İsa Məsih Onun vəzifəsinə iman etməyənlərə xəbərdarlıq etdi:

Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz. Siz bir-birinizdən izzət qəbul edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə bilərsiniz? Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham edən ümid bağladığınız Musadır. Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, çünki o, Mənim barəmdə yazıb. Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim sözlərimə necə inanacaqsınız?

Yəhya 5:43-47

Həmçinin İsa Məsih şagirdlərinə Öz vəzifəsini aydın etmək üçün söyləmişdi:

«Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır»

Luka 24:44

Peyğəmbər aydın söylədi ki, təkcə Tövrat deyil, həmçinin Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Onun haqqında yazılıb. Biz bunu burada oxuya bilərik. Tövrat Onun gəlişinə işarə edən hadisələri qeyd edir, sonrakı  peyğəmbərlər isə Onun gəlişi, ölümü və dirilməsi barədə bilavasitə yazırdılar.

Burada biz Peyğəmbər İsa Məsihin bizə təklif etdiyi əbədi həyat hədiyyəsini qəbul etməyin yolu barədə oxuya bilərik.