İncil dəyişdirilib! Hədislər bu barədə nə deyir?

Müqəddəs Kitabın – Tövrat, Zəbur və İncilin korlanmadığını Quran deyir. Biz bunu artıq gördük.  İncilin davamçılarında Allahın Kəlamı var – Quran bunu aydın yazır. Bu, Məhəmməd peyğəmbərin (s) dövründə, təxminən b.e. 600-cü ilində yazılmışdı. Beləliklə, Müqəddəs Kitab bu tarixə qədər korlanmamışdır. Quran bəyan edir ki, İncildə yazılanlar:

  1. Allahın Sözləri olub
  2. Allahın Sözləri heç vaxt dəyişdirilə bilməz.

Bu bəyanatların hər ikisi düzgün olduğu üçün demək olar ki, adamlar Allahın (Tövrat, Zəbur və İncili = Müqəddəs Kitabı) Kəlamını dəyişdirə bilməzlər.

Məhəmməd peyğəmbər (s) və Müqəddəs Kitab

Burada biz hədislərin və sunnanın bu barədə söylədiklərini tədqiq edəcəyik. Fikir verin ki, növbəti hədislər Məhəmməd peyğəmbərin (s) dövründə olan Tövrat və İncilin mövcudluğunu və istifadə olunmasını təsdiqləyir.

«Xədicə [onun arvadı] onunla [Peyğəmbərlə – (s)] birgə öz əmisi oğlu Varaqanın yanına getdi …, o, İslamdan əvvəlki dövrdə xristian olmuşdu və əvvəllər İbrani hərfləri ilə Müqəddəs Yazıları köçürürdü. O, Allahın izni ilə yəhudi dilində Müjdəni yazırdı».

Cild Buxari Cild 1, Kitab 1, № 3

Abu Huraira demişdi: … Müqəddəs Kitab əhli əvvəllər Tövratı yəhudi dilində oxuyub müsəlmanlara Ərəb dilində izah edirdilər. Sonra Allahın Elçisi dedi: «Müqəddəs Kitab əhlinə inanmayın, onlara imansızlıq da göstərməyin. Lakin belə deyin: ‘Biz Allaha və verilən bütün vəhylərə inanırıq …’

Buxari Cild 9, Kitab 93, №. 632

Yəhudilər Allahın Elçisinin yanına gəlib dedilər: aralarında olan bir kişi bir qadın ilə qanunsuz cinsi yaxınlıq ediblər. Allahın Elçisi onlara dedi: «Tövratdakı Qanunda Ər-Rəjm (daşlamaq) barədə nə oxuyursunuz?” Onlar cavab verdilər: «(Axı) biz onların cinayətini elan edib onları qamçılayırıq». Abdulla bin Salam dedi: «Siz yalan deyirsiniz; Tövratda Rəjm qaydası var». … Rəjm sözü burada yazılıb. Onlar dedilər: «Məhəmməd həqiqəti söylədi; Tövratda Rəjm sözü var.

Buxari Cild 4, Kitab 56, № 829

Abdulla İbn Umar danışıb: …Bir qrup yəhudi gəldi və Allahın Elçisini (s) Quff şəhərinə dəvət etdi. … Onlar dedilər: ‘Abul Qasım, aramızda olan bir kişi bir qadınla zina edib; onların cəzasını bəyan et’. Onlar Allahın Elçisi (s) üçün bir balış verdilər, o, üstündə oturub dedi: «Tövratı gətirin”. Gətirdilər. O, balışı altından çıxarıb üstünə qoyub dedi: «Səni və səni göndərənə iman etmişəm».

Sunan Abu Davud, Kitab 38, № 4434.

Abu Hurayra danışıb: Allahın Elçisi (s) dedi: Ən gözəl gün Cümədir. Cümə günü Adəm yaradıldı, …. Ka’b dedi: Bu, ildə bir dəfə olan gündür. Beləliklə,  mən dedim: Bu, hər Cümə günüdür. Kab Tövratı oxuyub dedi: Allahın Elçisi (s) həqiqəti dedi.

Sunan Abu Davud Kitab 3, No. 1041

Hamı tərəfindən qəbul olunan bu hədislər Məhəmməd peyğəmbərin (s) onun yaşadığı dövrdə Müqəddəs Kitaba münasibətini göstərir. Birinci hədis bizə deyir ki, peyğəmbər çağırışını aldığı vaxt İncil mövcud idi. İkinci hədis bizə deyir ki, Müsəlman cəmiyyəti yarananda yəhudilər Tövratı İbrani dilində oxuyurdular. Peyğəmbər (s) onların mətni barədə mübahisə etmirdi, onların Ərəb dilində verdiyi şərhlərə laqeyd idi (nə təsdiq, nə də inkar edirdi). Növbəti iki hədis bizə deyir ki, Məhəmməd peyğəmbər  (s) öz vaxtında qərar qəbul etmək üçün Tövratdan istifadə edirdi. Sonuncu hədis bizə göstərir ki, o dövrdə olan Tövrat Məhəmməd peyğəmbərin insanın yaradılması barədə sözünü təsdiqləmək üçün istifadə olunurdu (bu, Cümə günü baş vermişdi). Bu halda, Tövrat Məhəmməd peyğəmbərin  (s) təlimini yoxlamaq üçün istifadə olundu. Beləliklə, Tövrat belə istifadə olunduğu üçün həqiqi idi. Bu hədislərin heç birində biz Müqəddəs Kitabın mətninin dəyişdiyi və ya korlandığı barədə bir söz oxumuruq.

İncilin (Əhdi-Cədidin) qədim əlyazmaları

Mənim Əhdi-Cədidin (İncilin) qədim əlyazmaları barədə bir kitabım var. Kitab belə başlayır:

«Bu kitab 69 qədim Əhdi-Cədid əlyazmasını təqdim edir… bunların tarixi II əsrin əvvəlindən IV əsrin əvvəlinə aiddir (b.e.100-300) … bunlarda Əhdi-Cədid mətninin 2/3 hissəsi var”(P. Komfort, «

Qədim Əhdi-Cədid Yunan Əlyazmalarının mətni”. Ön söz, səh. 17. 2001 ).

Bu, çox vacibdir, çünki bu əlyazmalar Roma İmperatoru Konstantindən əvvəl (b.e.325) mövcud idi. Bəziləri onun da Müqəddəs Kitabın mətnini dəyişdirdiyini fikirləşirlər. Konstantin mətni korlayıbsa, biz onun dövründən sonrakı mətni onun dövründən əvvəlki əlyazmalarla müqayisə edə bilərik (bizdə bu əlyazmalar var).  Lakin bir fərqi aşkar etmirik.

Eləcə də, Müqəddəs Kitabın bu və digər nüsxələri Məhəmməd peyğəmbərdən   (s) xeyli əvvəl yazılmışdı. 600-cü ildən əvvələ aid olan minlərlə əlyazma dünyanın müxtəlif yerlərində aşkar olunub. Məhəmməd peyğəmbər (s) b.e. 600-cü ilində Müqəddəs Kitabı həqiqi hesab edirdi. Bizdə də Müqəddəs Kitabın bir çox nüsxələri var ki, bunlar Peyğəmbərin yaşadığı tarixdən yüz illərlə əvvəlki tarixə aiddir – bunların mətni bugünkü Müqəddəs Kitabın mətni ilə eynidir. Buna görə aydındır ki, Müqəddəs Kitab heç dəyişdirilməyib.

“Xristianlar mətnləri dəyişdiriblər” iddiası da mənasızdır. Bütün dünyada yayılmış adamlar razılaşıb eyni dəyişikliklər edə bilməzdilər. Hətta Ərəbistandakı xristianlar mətni dəyişdiribsə, Suriya və ya Avropada olan mətnlərlə müqayisədə fərq aşkar olunardı. Lakin bütün dünyada aşkar edilən və bütün dövrlərə aid olan əlyazmaların surətləri eynidir. Quran və hədislər b.e.600-cü ilində mövcud olan Müqəddəs Kitabın mətnini təsdiqləyirsə, Müqəddəs Kitab bu tarixdən əvvəlki dövrlərə aid olan əlyazmalara əsaslanırsa, onda bu gün istifadə olunan Müqəddəs Kitab dəyişdirilməyib. Aşağıda təqdim etdiyimiz zaman xətti bunu aydın nümayiş etdirir və Müqəddəs Kitabın b.e. 600-cü ildən əvvəlki mətnlərə əsaslandığını göstərir.

Tövrat ilə Zəburun ən qədim əlyazmaları daha da erkən tarixə aiddir. Ölü dəniz Əlyazmaları kimi tanınan əlyazmalar topluları 1948-ci ildə Ölü dənizin sahilində aşkar edilmişdir. Bu əlyazmalar Tövrat və Zəburdan ibarətdir və b.e.ə. 200-100-cü illərə aiddir. Yəni bizdə həm İsa Məsih (s) peyğəmbər, həm də Məhəmməd (s) peyğəmbərdən əvvəlki tarixə aid olan əlyazmalar var. Bu əlyazmaların  hər ikisi geniş istifadə olunduğuna, Tövrat və Zəburu təsdiqlədiyinə görə biz əminik ki, peyğəmbərlərin bu kitabları dəyişdirilməyib. Buradakı məqaləmdə mən mətnlərin dəyişdirilmədiyini və etibarlı olduğunu elmi nöqteyi-nəzərdən tədqiq edirəm. 

Məhəmməd peyğəmbərin (s) hədislərdəki şəhadəti və Müqəddəs Kitabın əlyazmalarına aid bilik Quranın şəhadəti ilə eynidir: Müqəddəs Kitabın mətni heç vaxt dəyişdirilməyib və korlanmayıb.

Bugünkü İncilin (əl kitab) əlyazmaları – çoxdan

Quran Müqəddəs Kitabı əvəz edir! Quran bu barədə nə deyir?

Biz gördük ki, Quran və Sunna Müqəddəs Kitabı (Tövrat, Zəbur və İncili) təsdiqləyərək onun dəyişdirilmədiyi barədə şəhadət edir (burayaburaya baxın). Lakin məsələ yenə də dəyişməz olaraq qalır: Quran Müqəddəs Kitabdan üstündür, onu ləğv edir, qaralayır və ya əvəz edir? Quran özü bu barədə nə deyir?

“Biz sənə, özündən əvvəlki kitabları təsdiqləyən və onları mühafizə edən Kitabı haqq olaraq nazil etdik. Elə isə onların arasında Allahın (sənə) nazil etdiyi (Kitabla) hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma. Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin (başqa-başqa olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir”

Surə 5:48 Maidə

“Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan Kitabı var idi. Bu isə zalımları qorxutmaq və yaxşı iş görənlərə müjdə vermək üçün ərəb dilində nazil edilmiş, (əvvəlkiləri) təsdiq edən bir Kitabdır”

Surə (46):12 Əhqaf

“Bu, şəhərlər anası (Məkkə əhlini) və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən mübarək bir Kitabdır. Axirətə inananlar ona da inanırlar. Onlar namazlarını doğru-düzgün qılırlar”

Surə (6):92 Ənam

“Sənə vəhy etdiyimiz Kitab, özündən əvvəlkiləri təsdiqləyici kimi (gələn) haqdır. Həqiqətən, Allah Öz qullarından Xəbərdardır, Görəndir” Surə 35:31

Bu ayələr Quranın təsdiq etdiyini göstərir. Bu ayələr Quranın Müqəddəs Kitabdan üstün olduğunu, onu ləğv etdiyini və ya əvəz etdiyini göstərmir. Başqa sözlə, bu ayələr demir ki, imanlılar əvvəlki vəhyləri kənara qoyub yalnız sonuncu vəhyi tədqiq etməlidirlər. İmanlılar əvvəlki vəhyləri də tədqiq edərək bilməlidirlər.

Bu, növbəti ayələrdə də təsdiqlənir. Burada deyilir ki, müxtəlif vəhylər arasında fərq yoxdur. Növbəti iki ayəyə fikir verin:

“Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!””

Surə 2:285 – İnək

“Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!””

Surə 2:136 – İnək

Birinci ayə bizə elçilərin arasında fərqin olmadığını deyir. Elçilərin hamısına qulaq asmaq gərəkdir. İkinci ayəyə görə, müxtəlif peyğəmbərlərin vəhyləri arasında fərq yoxdur – bunların hamısını qəbul etmək gərəkdir. Bu ayələrin heç birində deyilmir ki, sonuncu vəhy daha üstün olduğuna görə əvvəlki vəhylər ləğv olunur.

Bu həqiqət  İsa Məsihin (s) nümunəsi və təlimi ilə uyğundur. O, Özü daha əvvəl nazil olunmuş Tövrat və Zəburun ləğv olunması barədə heç vaxt deməmişdi. Əslində, İsa Məsih bunun əksini öyrədirdi. İncildəki Öz təlimində onun Tövrata verdiyi hörmətə və diqqətə fikir verin:

“Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq. Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz”

Matta 5:17-20

Əslində, İsa öyrədirdi ki, Onun təlimini düzgün anlamaq üçün əvvəlcə Tövratı, sonra isə Zəburu öyrənmək gərəkdir. İsa Öz şagirdlərinə bunu öyrədirdi:

“Sonra Musa ilə bütün Peyğəmbərlərdən başlayaraq Müqəddəs Yazıların hamısında Özü haqqında olanları onlara izah etdi”

Luka 24:27

“Sonra İsa onlara dedi: «Sizinlə birgə olarkən söylədiyim sözlər bunlardır: Musanın Qanununda, Peyğəmbərlərin kitablarında və Zəburda Mənim haqqımda yazılanların yerinə yetirilməsi lazımdır»”

Luka 24:44

İsa Məsih (s) əvvəlki vəhyləri ləğv etməyə çalışmırdı. Hərçənd, Öz təlim və məsləhətlərində əvvəlki vəhylərə əsaslanırdı. Məhz buna görə biz də, İncili anlamaq üçün İsadan nümunə götürərək Tövratın əvvəlindən başlayırıq.

Tənqidi mətnşünaslıq: Müqəddəs Kitab dəyişdirilib, ya yox

bir çox dillərə tərcümə olunub, düzəlişlər edilib. Eşitmişəm ki, onun orijinal «Müqəddəs Kitabı nə üçün oxumalıyam? Axı o, uzun müddət əvvəl yazılmışdır, məzmunu illər ötdükcə dəyişdirilib». Müqəddəs Kitabı təşkil edən Tövrat, Zəbur və İncil kitabları barədə bu sözləri dəfələrlə eşitmişəm.

Çoxlarımız Müqəddəs Kitab haqqında elə bunu eşitmişik. Doğrudan da, o, iki min ildən daha əvvəl yazılmışdır. Deyə bilərik ki, bu gün oxuduğumuz Müqəddəs Kitabda peyğəmbərlərin yazıları mövcuddur? Müqəddəs Kitab dəyişdirilibmi? Dindən başqa bu suala cavab verən elmi və ya məntiqi cavablar varmı?

Tənqidi mətnşünaslığın əsas prinsipləri

Bu sualı verən bir çox adam tənqidi mətnşünaslıq kimi tanınan elmin mövcudluğundan xəbərdar deyil. Bu elmin köməyi ilə həmin suallara cavab veririk. Həmin elm bir çox qədim əlyazmalara istinad edir. Bu məqalə tənqidi mətnşünaslıqda istifadə olunan iki əsas prinsipi Müqəddəs Kitab üçün istifadə edir. Beləliklə, növbəti diaqrama nəzər salaq. Burada təsvir olunan prinsip bizim üçün illər boyu qorunub-saxlanmış qədim əlyazmalara istinad edir.

Bütün qədim kitabların bu gün bizə necə gəldiyini göstərən zaman qrafiki

Bu diaqram b.e.500-cü ildə yazılmış kitabın nümunəsini bizə göstərir. Kitabın orijinalı əbədi deyil. Hələ ki o, çürüməyib, itməyib və ya məhv olunmayıb, onun surəti çıxarılır (1-ci surət). Əlyazmaları peşəkar mirzələr köçürürdülər. İllər ötdükcə həmin nüsxədən surətlər köçürülürdü (2-ci və 3-cü nüsxə). Bəzi hallarda nüsxə bu günə qədər qorunub-saxlanılırdı (3-cü surət). Diaqram nümunəsində bizə gəlib çatan nüsxə b.e.500-cü ilində yazılmışdı. Yəni biz bilirik ki, b.e.500-cü ilindən başlayaraq, kitab artıq mövcud idi. Buna görə də b.e.ə.500 – b.e.500 (diaqramda “x” işarəsi ilə qeyd edilir) bu müddət ərzində yazılmış surətlər bizdə olmadığından nüsxələri yoxlaya bilmirik. Məsələn, kitab 1-ci nüsxədən 2-ci nüsxəyə köçürüləndə səhv baş veribsə, bunu aşkar edə bilmərik, çünki müqayisə etmək üçün qədim nüsxələr bizdə yoxdur. Diaqramda “x” işarəsi ilə qeyd olunmuş müddət ərzində mövcud olan nüsxələr qeyri-müəyyəndir və bunlarda səhv ola bilər. Buna görə də, tənqidi mətnşünaslığın birinci prinsipi budur: “x” müddəti nə qədər qısa olsa, o qədər də bugünkü nüsxənin dəqiqliyinə əmin ola bilərik.

Əlbəttə ki, bu gün əlimizdə olan nüsxələrin sayı bir neçədir. Təsəvvür edin ki, əlimizdə iki nüsxə var və hər ikisinin eyni bölməsində belə bir ifadə var:

Bu bir variant oxu göstərir (biri ‘Yəhya‘ deyir, digəri ‘Yəvya‘ deyir), ancaq bir neçə əlyazma ilə hansının səhv olduğunu müəyyən etmək çətindir

Orijinalda müəllif ya Yəhya, ya da, Yəvya yazmışdır. Bu əlyazmaların ikisindən birində səhv var. Sual budur: Səhv hansı əlyazmadadır? Əlimizdə olan iki nüsxə əsasında qərar vermək çox çətindir.

İndi isə, təsəvvür edin ki, həmin kitabın daha iki əlyazmaları tapıldı. Növbəti şəklə nəzər salın:

İndi dörd əlyazma var və hansının səhvinin olduğunu görmək daha asandır

İndi səhvi tapmaq daha asandır. Çox güman ki, səhv üç dəfə deyil, bir dəfə baş vermişdi. Beləliklə, köçürmə vaxtı baş vermiş səhv 2-ci əlyazmadadır; müəllif Yəvya deyil, Yəhya barədə yazırdı.

Bu sadə nümunə tənqidi mətnşünaslığın ikinci prinsipini nümayiş etdirir: bu gün mövcud olan əlyazmaların sayı nə qədər çox olsa, o qədər də səhvləri aşkar edib düzəltmək, eləcə də, müəllifin orijinal mətndə dediyini müəyyən etmək asan olur.

Tarixi kitablar və tənqidi mətnşünaslıq

Beləliklə, qədim mətnin düzgünlüyünü təsdiqləmək üçün bizdə tənqidi mətnşünaslığın iki prinsipi var:

  • 1) Orijinal yazı ilə ən qədim surətin arasındakı vaxt müddətini müəyyən etmək və
  • 2) bu gün mövcud olan nüsxələrin sayını müəyyən etmək.

Bu prinsiplər bütün qədim əlyazmalara aid olduğu üçün onları Müqəddəs Kitaba və digər qədim kitablara da aid etmək olar. Növbəti cədvələ nəzər salın (McDovell, J. Evidence That Demands a Verdict. 1979. səh. 42-48).

Müəllif Yazılma tarixi Erkən nüsxə Müddət
Qeysər b.e.ə. 50 b.e. 900 950 10
Platon b.e.ə.350 b.e. 900 1250 7
Aristotel* b.e.ə.300 b.e.1100 1400 5
Fukidid b.e.ə.400 b.e. 900 1300 8
Herodot b.e.ə.400 b.e. 900 1300 8
Sofokl b.e.ə.400 b.e.1000 1400 100
Tasit b.e.ə.100 b.e.1100 1000 20
Pliniy b.e.ə.100 b.e. 850 750 7

* İstənilən əsər

Bu müəlliflər qədim zamanın əsas klassik müəllifləridir – bu yazılar müasir sivilizasiyanın inkişafına təsir göstərib. Əlyazmaların sayı təxminən 10-100; orijinalın yazılmasından sonra isə 1000 il sonra yazılmışdır.

Müqəddəs Kitab və tənqidi mətnşünaslıq

Növbəti cədvəl Müqəddəs Kitabın (İncilin və ya Əhdi-Cədidin) hissələri üzrə tərtib olunub (Comfort, P.W. The Origin of the Bible, 1992. səh. 193).

Əlyazma Yazılma tarixi Əlyazmanın tarixi Müddət
Yəhya Rylan b.e. 90 b.e. 130 40 il
Bodmer Papyrus b.e. 90 b.e. 150-200 110 il
Chester Beatty b.e. 60 b.e. 200 140 il
Codex Vaticanus b.e. 60-90 b.e. 325 265 il
Codex Sinaiticus b.e. 60-90 b.e. 350 290 il

Tənqidi mətnşünaslığın Müqəddəs Kitab üzrə araşdırmaları

Əhdi-Cədidin əlyazmaları o qədər çoxdur ki, bunları bir cədvələ sığmaq qeyri-mümkündür. Bu sahədə illər boyu çalışan bir alim demişdi:

«Bu gün bizdə Əhdi-Cədidin hissələri olan 24000-dən çox əlyazma nüsxələr var… Daha heç bir qədim sənəd belə say və təsdiqlə müqayisə oluna bilməz. Müqayisə üçün qeyd etmək olar ki, bu gün mövcud olan əlyazmaların sayı 643 olan Homerin “İlliada” əsəri ikinci yerdədir”

(McDowell, J. Evidence That Demands a Verdict. 1979. səh. 40)

Britaniya Muzeyinin baş mütəxəssisi bununla razıdır:

“Əsas Yunan və Roma müəlliflərin orijinal mətnləri bu gün mövcud olduğuna görə alimlər razıdırlar. Lakin buna baxmayaraq, bu mətnlərin, həmçinin, minlərlə surətləri də mövcuddur”

Kenyon, F.G. (Britaniya Muzeyinin keçmiş direktoru) Our Bible and the Ancient MSS. 1941 səh.23.

Əhdi-Cədidin qədim əlyazmaları barədə bir kitabım var. O, belə başlayır:

«Bu kitab Əhdi-Cədidin qədim əlyazmalarının 69 nüsxəsini sizə təqdim edir…Bunların yazılma tarixi b.e.II–IV əsrlərinə aiddir (b.e.100-300) … Bunlar Əhdi-Cədidin 2/3 hissəsini təşkil edir”

(P. Comfort, «The Text of the Earliest NT Greek MSS”. Preface səh. 17. 2001)

Başqa sözlə, bu gün mövcud olan əlyazmaların əksəriyyəti çox qədimdir, Əhdi-Cədidin yazılmasından təxminən 100 il sonraya aiddir. Bu əlyazmaların tarixi Konstantinin və ya Roma kilsəsinin dövründən daha əvvələ aiddir. Bu əlyazmalar bütün Aralıq Dənizi ölkələrində aşkar edilmişdir. Bir ərazidə aşkar edilmiş əlyazmada səhv olanda onu digər ərazilərdən tapılmış əlyazmalarla müqayisə edərək aşkar etmək mümkündür. Lakin bu əlyazmaların hamısı eynidir.

Beləliklə, hansı nəticəyə gəlmək olar? Obyektiv səbəblərə görə (mövcud əlyazmaların sayı və orijinal ilə ən qədim əlyazma arasındakı müddət) aydındır ki, Əhdi-Cədid (İncil) digər klassik əsərlərdən daha çox nüsxələrlə dəstəklənir. Nəticə belə cəmləşdirilir:

«Əhdi-Cədidin bugünkü mətninə şübhə etmək qədim klassik əsərləri qaranlığa salmaq deməkdir. Çünki heç bir qədim dövrə aid sənəd Əhdi-Cədid qədər digər kitablarla təsdiqlənmir”

Montgomery, History and Christianity. 1971. səh.29

O deyir ki, Müqəddəs Kitabın etibarlı olduğuna şübhə etsək, eləcə də, klassik tarixə aid bütün biliklərimizi də şübhə altına salmalıyıq, bunu isə heç bir tarixçi etməyib. Səkkiz əlyazma və orijinaldan əsərin bu gün mövcud olan surətinə qədər 1300 illik müddətin olduğu halda nə üçün Herodotun əsərləri dəqiq hesab edilir? Müqəddəs Kitabın 24000 əlyazmaları olduğu halda, orijinaldan bu gün mövcud olan surətinə qədər cəmi 100 il müddətin olduğu halda Müqəddəs Kitabın dəyişdirildiyini hesab etmək düzgündürmü? Bu, mənasızdır.

Biz bilirik ki, eralar, dillər və imperiyalar dəyişdikdə Müqəddəs Kitabın mətnləri dəyişməyib, çünki ən qədim əlyazmanın tarixi bu hadisələrdən əvvəlki dövrə aiddir. Məsələn, biz bilirik ki, nə Roma papası, nə də Roma imperatoru Konstantin Müqəddəs Kitabı dəyişməyiblər, çünki bizdə olan əlyazmalar Konstantinin və Roma papalarının dövründən daha əvvəl yazılıb və sonrakı mətnlərlə uyğun gəlir. Bu gün Müqəddəs Kitabı tərcümə edərkən istifadə olunan əlyazmaların tarixi Məhəmməd peyğəmbərdən (s) əvvəlki dövrə aiddir. Məhəmməd peyğəmbərin özü onun dövründə mövcud olan Müqəddəs Kitabı təsdiqləyirdi. Bu, vacibdir, çünki əlyazmaları müqayisə etməklə bilirik ki, onun dövründən sonra da mətnlər dəyişməyib.

Bu, növbəti diaqramda göstərilir. Müasir Müqəddəs Kitabların tərcüməsi zamanı mənbə olaraq istifadə olunan əlyazmalar çox qədim dövrlərə aiddir.

Müasir İncillər, erkən 100-300-cü illərdə mövcud olan ən qədim əlyazmalardan tərcümə olunur. Bu mənbə əlyazmaları Konstantindən və ya digər dini-siyasi güclərdən və Məhəmməd Peyğəmbərin (s.ə.v) vaxtından çox əvvəl meydana çıxmışdır.

Nəticə belədir: nə bir məsihçi rəhbər, nə də zaman Müqəddəs Kitabın orijinal yazılarını, mövzusunu və ya məzmununu dəyişməyib. Biz əmin ola bilərik ki, bu gün oxuduğumuz Müqəddəs Kitabın mətni min illərlə əvvəl yazılmış orijinal əlyazmaların mətni ilə eynidir. Bunu bizdə olan əlyazmalar təsdiqləyir. Tənqidi mətnşünaslıq Müqəddəs Kitabın etibarlı olduğunu təsdiqləyir.

Universitetdə tənqidi mətnşünaslıq mühazirəsi

Bu yaxında Kanadada Qərbi Ontario Universitetində bu mövzuda mühazirə oxumaq şərəfinə nail olmuşdum. Bu mühazirənin bir hissəsinə aşağıda təqdim olunan 17-dəqiqəlik videoda baxa bilərsiniz.

 [vimeo width=”625″ height=”400″]http://vimeo.com/25487525 [/vimeo]

Bu vaxta qədər biz, əslində, yalnız Əhdi-Cədidə aid olan tənqidi mətnşünaslıq dəlillərinə nəzər saldıq. Bəs, Əhdi-Ətiqin hissələri olan Tövrat və Zəbur necə? Növbəti 7 dəqiqəlik videoda mən Əhdi-Ətiqə aid tənqidi mətnşünaslıq prinsiplərini qısaca izah edirəm.

[vimeo width=”625″ height=”400″]http://vimeo.com/29541364[/vimeo]

İncil dəyişdirilib! Quran bu barədə nə deyir?

Mənim çoxlu müsəlman dostum var. Allaha iman etdiyimə və İncilə uyğun yaşadığıma görə müsəlman dostlarımla iman haqqında söhbətlərimiz olur. Əslində, bizim çox oxşarlığımız var. Qərbli adamlarla müqayisədə ümumi cəhətlər olduqca çoxdur. Qərbdəki adamların çoxu Allaha inanmır və ya imanı öz həyatlarına uyğun hesab etmirlər. Lakin buna baxmayaraq,  öz söhbətlərimdə həmişə İncilin (həmçinin Tövrat və Zəburun, yəni bütün Müqəddəs Kitabın) dəyişdirildiyini eşidirəm. Mənə deyirlər ki, Allahın peyğəmbərlərinin və elçilərinin vaxtilə yazdıqları kitablar bu gün artıq korlanıb və səhvlə doludur. Bir halda ki, biz daha Müqəddəs Kitaba etibar edə və İncili oxuyaraq Allahın həqiqətini aşkar edə bilməriksə, bu, heç də kiçik bir iddia deyil. Mən həm Müqəddəs Kitabı (Əl Kitab), həm də Müqəddəs Quranı oxuyuram; bu yaxında Sunnanı da öyrənməyə başlamışam. Məni heyrətə salan odur ki, bu gün geniş yayılmış şübhə ilə Müqəddəs Kitaba yanaşma Əl Quranda öz əksini tapmır. Əslində, Müqəddəs Quran Müqəddəs Kitaba çox ciddi yanaşır və bu, məni xeyli heyrətləndirir. Mən öz fikrimi sizə qısaca çatdırmaq istəyirəm.

Quran Müqəddəs Kitab (Əl Kitab) haqqında nə deyir

“De: “Ey Kitab əhli! Nə qədər ki, Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə düzgün əməl etmirsiniz, siz doğru yolda deyilsiniz”. Əlbəttə, Rəbbindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Sən isə kafir tayfa­ üçün heyfsilənmə.” (Surə 5:68 Maida – həmçinin 4:136-ya baxın)

“Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitab oxuyanlardan soruş. Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, şübhə edənlərdən olma.” (Surə 10:94 Yunus)

Mən görürəm ki, Quran bunu deyir: «Kitab Əhlinə» verilmiş vəhy Rəbdən nazil edilmişdir. Müsəlman dostlarım deyir ki, bu, ilkin verilmiş kitaba aiddir; orijinal korlandığına görə, ayə bugünkü Müqəddəs Kitaba aid deyil. Ancaq 2-ci istinad da Yəhudilərin Müqəddəs Kitabını oxuyan (indiki zaman deyil, keçmiş zamanda «oxuyanlardan») kəsləri təsdiqləyir. Söhbət ilkin vəhydən deyil, Əl Quranın verildiyi vaxt mövcud olan Müqəddəs Yazılardan gedir. Bu ayə bizim eranın təxminən 600-cü illərində Məhəmməd peyğəmbərə (s) verilmişdi. Beləliklə, bu ayə bizim eranın 600-cü ilində mövcud olan Yəhudilərin Müqəddəs Kitabını təsdiqləyir. Digər ayələr də buna bənzərdir. Məsələn:

“Biz səndən əvvəl də, özlərinə vəhy etdiyimiz məhz kişiləri (elçi) göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən so­­ruşun.” (Surə 16:43 Nəhl)

“Biz səndən əvvəl də onlara vəhy nazil etdiyimiz ancaq kişilər göndərmişdik. Əgər bilmirsinizsə, Zikr əhlindən soruşun.” (Surə 21:7 Ənbiya)

Bu ayələr Məhəmməd peyğəmbərdən (s) əvvəl gəlmiş elçilər haqqında danışır. Ancaq əsas məsələ budur ki, bu ayələr peyğəmbərlərə/elçilərə Allah tərəfindən verilmiş vəhyləri təsdiq edirlər, halbuki onların davamçıları bizim eranın 600-cü ilində hələ də bu vəhylərdən faydalanırdılar. Məhəmməd peyğəmbərin (s) vaxtına qədər Allahın nazil etdiyi vəhy korlanmamışdı.

Müqəddəs Quran deyir ki, Allahın Sözü dəyişdirilə bilməz

Ancaq bundan daha güclü bir ayə də var: Müqəddəs Quranda yazılana görə, Əl Kitabın dəyişdirilməsi qeyri-mümkündür.  Maida 5:68-i yadda saxlayaraq (Tövrat, İncil… Rəbbinizdən sizə nazil edilmişdir) buna diqqət yetirin:

“Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin Bizim köməyimiz onlara gələnədək yalançı sayılmalarına və onlara əziyyət verilməsinə səbir etdilər. Heç kəs Allahın kəlmələrini dəyişə bilməz. Artıq peyğəmbərlərə aid bəzi xəbərlər sənə gəlib çatdı.” (Surə 6:34 Ənam)

“Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir.” (Surə 6:115 Ənam)

“Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur.” (Surə 10:64 Yunus)

“Rəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən.” (Surə 18:27 Kəhf)

Beləliklə, Məhəmməddən (s) əvvəl gələn peyğəmbərlərə vəhy nazil olmuşdur (Maida 5:68-69). Yuxarıdakı ayələr dəfələrlə aydın söyləyir ki, heç kəs Allahın Sözlərini dəyişə bilməz. Onda bir kəs necə hesab edə bilər ki, Tövrat, Zəbur və İncil (yəni Əl Kitab = Müqəddəs Kitab) dəyişdirilə bilər? Müqəddəs Kitabın dəyişdirildiyinə inanmaq üçün Quranı təkzib etmək lazımdır.

Əslində, Allahdan nazil olunmuş vəhylərin bir hissəsini daha yaxşı və ya pis hesab etmək Quranda dəstəklənmir. Lakin adamlar yenə də belə edirlər.

Deyin: “Biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Surə 2:136 Bəqərə -Həmçinin bax 2:285)

Beləliklə, Allahdan nazil olmuş vəhylərin arasında heç bir fərq qoyulmamalıdır. Biz onların hamısını tədqiq etməliyik. Əslində mən bütün məsihçiləri Quranı, bütün müsəlmanları isə Müqəddəs Kitabı öyrənməyə inadla çağırıram.

Bu kitabları öyrənmək vaxt və cəsarət tələb edir. Çox sayda sual yaranacaq. Şübhəsiz ki, bu, yer üzündə vaxtımızın sərfəli istifadəsi – peyğəmbərlərin nazil etdiyi bütün kitablardan öyrənməkdir. Bilirəm ki, mənim üçün bütün Müqəddəs Kitabları oxumaq üçün vaxt və cəsarət tələb olunsa da, beynimdə bir çox suallar doğursa da, bu, yaxşı təcrübə oldu və məndə Allahın mənə xeyir-dua verdiyini hiss etdim. Ümid edirəm ki, bu veb saytdakı bəzi məqalə və dərsləri araşdırmağa davam edəcəksiniz. Bəlkə də başlamaq üçün yaxşı yer, hədislərin və Peyğəmbərimiz Peyğəmbərin (s.ə.s) Taurat, Zabur və İnjil haqqında düşündükləri və istifadə etdikləri (kitabı meydana gətirən kitablar = Bibliya) məqaləsidir. Bu məqalənin bağlantısı burada. Bütün qədim kitabların etibarlılığının necə müəyyənləşdirildiyi və İncilin bu elmi nöqteyi-nəzərdən etibarlı və ya pozğun hesab olunduğuna dair bir elmi marağınız varsa, məqaləyə baxın.